Fənn: İslam Fəlsəfəsi Tələbə: Ömər Süleymanlı Kurs



Yüklə 319,44 Kb.
səhifə7/9
tarix06.11.2022
ölçüsü319,44 Kb.
#67605
1   2   3   4   5   6   7   8   9
Fəlsəfə sərbəst iş

Əxlaq Fəlsəfəsi
Fərabinin əxlaq fəlsəfəsində əsas yeri nəyin insan üçün həqiqi mənada yaxşı olduğunu göstərmək tutur. Fərabiyə görə: “Xoşbəxtlik, mütləq xeyirdir. Ona görə də, insanı bu xoşbəxtliyə aparan hər bir fəaliyyət yaxşı, onu xoşbəxtlikdən məhrum edən hər bir fəaliyyət isə pisdir. İnsanda yetkinlik ilk başlanğıcda sadəcə imkan halındadır. Təbii bir varlıq olan insanın sırf insan olmağından qaynaqlanan hər hansı bir mənfi və ya pis tərəfi yoxdur”. Göründüyü kimi, Fərabi digər filosoflardan fərqli olaraq insanda ilkin günahın mövcud olduğu anlayışını qəbul etməkdədir.
Fərabiyə görə, “yaxşı” deyilən şeylər iki qismə ayrılır. Biri hər hansı bir vasitə ilə yaranan yaxşı, digəri isə öz-özlüyündə mövcud olan “yaxşı”, Öz-özlüyündə mövcud olan “yaxşı” son xeyrə çata bilmək üçün insanın doğru vasitələri bulmaqla çox çalışması lazım gəlir.
Fərabi göstərir ki: “Çox təəssüflər olsun ki, insanların çoxu doğru qayə və vasitələrin seçilməsində başarılı olmamışlar. Bütün insanlıq tarixində davam etməkdə olan amansız mübarizələrin ən mühüm səbəbi də bununla bağlıdır”.
Fərabiyə görə: “İnsan, Tanrının yardımına daima möhtac olmasına baxmayaraq, o, hansı qayənin yaxşı olduğunu müəyyənləşdirib ona görə hərəkət edə biləcək gücə malikdir. Əgər insanın təbii yönəlişlərinə qarşı hərəkət etməsi mümkün olmasaydı, o, təbii təcrübələrə və iradi hərəkətlərə bağlı olaraq qazandığı əxlaqi xaraxterdən bəhs etmək mümkün olmazdı”.
Fərabi sırf determinizmi və hər növ fatalizmi rədd tmiş və göstərmişdi ki: “İnsan seçmə azadlığına sahib olduğu üçün çiyinlərində ağır bir məsuliyyət yükü daşımaqdadır. İnsanın sağlam bir əxlaqi xarakterə sahib ola bilməsi üçün fəzilətli fəaliyyətlərin ortaya qoyulması ilə meydana gələn “orta yol”a sarılması gərəkdir. Fəzilətli fəaliyyətlər ifratçılıqdan və etinasızlıqdan uzaq olan fəaliyyətlərdir. Onlar yerinə yetirilməsi asan olan və həzzverici olan yaxşı fəaliyyətlərdir”.
Bəlli olduğu kimi insan ictimai bir varlıq olub yetkinlik və xöşbəxtliyini əldə edə bikmək üçün ictimai və siyasi bir dairəyə ehtiyacı vardır. “Siyasət” və ya Fərabinin deyimi ilə “Fəzilətli şəhərdə tətbiq edilən ən yüksək sənət ” olmadan insan öz imkan və qabiliyyətini gerçəkləşdirə bilməz.
Fərabi siyasi görüşlərində Stoalıqlardan və yeni Platonçulardan fərqli olaraq dini, ictimai bir hadisə hesab etmiş, onu siyasi fəlsəfə daxilində şərh etmişdir. Fərabinin siyasət fəlsəfəsində, xüsusilə onun dövlət sistemləri mövzusunda yapdığı təsnifatlandırma, geniş ölçüdə xoşbəxtlik qavramına dayanır.
Fərabi siyasət, psixologiya, əxlaq və metafizika ilə bağlı mövzuları ilk məşhur əsəri olan “Fəzilətli şəhər və siyasətül-mədəniyyə”11 də eyni çərçivə işərisində tədqiq etmişdir. Fəzilətli şəhər Fərabinin “Birinci Başqan” adlandırdığı ədalətli və şəfqətli bir idarəedici tərəfindən idarə edilir. Fərabiyə görə, bu yönətici hikmət, şücaət, fiziki sağlam və s. kimi müxtəlif xüsusiyyətlərə sahib olmaq məcburiyyətindədir. Başqa sözlə, bu idarəedici nəzəri və praktik kamillikləri özündə toplayan bir insan olmalıdır.
Filosof çox gözəl bilirdi ki, belə bir kamilliyə sahib bir yönətici bulmaq hər zaman mümkün olmur. Ona görə də Fərabi idarəediçilikdə bir neçə insanın iştirak etməsi fikrini irəli sürmüşdü. Filosofa görə, əhəmiyyətli olan gərəkli şərtlərin dövlət idarəçiliyində bulunması, ağıl və mühakimə gücünə sahib olan bir lider dövlətin qorunması üçün qərar vermə özəlliyinə sahib başqa bir insanla birləşməli və dövlətin işlərini birlikdə idarə etməlidirlər. Fərabinin bu çözüm şəklini mənimsəyə bilməyən bir sıra İslam filosofları onu şiddətlə tənqid etmişlər ki, bunların başında Əbülhəsən Əl-Amiri, Qəzzali və şiə təmayüllü digər mütəfəkkirlər durur.
Fəzilətli şəhər xalqının düşüncə və davranışlarını diqqətlə incələyən Fərabi sözü “Cahil şəhərlər” adlandırdığı yerlərin idarəçiliyinə gətirir. O, bu şəhərləri “Zəruri şəhər”, “Zövqü və ehtirası əsas götürən şəhər”, “Zorakılıq şəhəri” və s. kimi növlərə ayırır və göstərir ki, bu şəhərlərin hər birində insanların fərqli qayə və idealları vardır. Bəzilərinə görə, bədəni həzzlər, bəzilərinə görə də şərəf əhəmiyyətlidir. Bu topluluqların hər birinin insanın təbiəti, cəmiyyət və siyasət məsələsində yanlış düşüncələri vardır. Fəzilətli şəhərin yönəlticiləri bu cahil şəhərlərdə olub bitənləri diqqətlə izləmək və onlara qarşı mədəniləşdirici bir siyasət tətbiq etmək zorundadırlar. Fərabiyə görə, “Cihad”ın anlamı da məhz budur.


Yüklə 319,44 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin