Fənn: İslam Fəlsəfəsi Tələbə: Ömər Süleymanlı Kurs



Yüklə 319,44 Kb.
səhifə4/9
tarix06.11.2022
ölçüsü319,44 Kb.
#67605
1   2   3   4   5   6   7   8   9
Fəlsəfə sərbəst iş

Müəllimin xüsusiyyətləri


Fərabiyə görə nəzəri və əməli fəzilətlər ancaq cəmiyyət içində qazanılır və fəzilətli bir cəmiyyətin özü də nəzəri və əməli fəzilətlərlə sıx bağlıdır. Bu baxımdan mütəfəkkir fəzilətli bir cəmiyyətin formalaşdırılmasında təhsilin və müəllimlərin rolunu ön planda tutmuşdur. Təhsil prosesinin müvəffəqiyyətlə başa çatdırılması və təhsil hədəflərinin həyata keçirilməsi üçün həm müəllimlərin, həm də tələbələrin (yaşından asılı olmayaraq öyrənənlərin) müəyyən xüsusiyyətlərə sahib olmağı vacibdir. Təlimin (tədris) bir iş deyil sənət olduğunu irəli sürən Fərabi, (ehtiyac halı istisna olmaqla) onunla məcburi deyil, könüllü olaraq məşğul olmağı tövsiyə edir. Bu cəhətdən müəllim, davamlı olaraq elmlə, təlim-tərbiyə ilə məşğul olmalı, mümkün olduğu qədər başqa işlərdən uzaq durmalıdır. O, dəlilləri ilə öyrəndiyi nəzəri bilikləri nümunələrlə açıqlamalı və inandırıcı üsullarla tələbələrə öyrətməlidir. Bunlarla yanaşı müəllim sağlam bir xarakterə və güclü bir iradəyə sahib olmalıdır.4 O, ətalətdə qalmayıb davamlı öz üzərində çalışmalı, özünü inkişaf etdirməli, zehni qabiliyyətlərini gücləndirməlidir; nizam-intizamlı olmalı, tələbələrə qarşı nə həddindən artıq sərt, nə də yumuşaq davranmalıdır. Çünki sərtlik tələbədə həm müəlliminə, həm də öyrənməyə qarşı kin və nifrət duyğularını, yumuşaqlıq isə müəllimi ciddi qəbul etməmək, onun şəxsiyyəti və biliyinə qarşı etibarsızlıq oyandırır.
Fərabinin təhsil anlayışında müəllim qədər əhəmiyyətli bir ünsür də tələbədir. O, tələbənin xüsusiyyətlərini belə sıralamışdır: məfhumları başa düşməli və onları qavramaqabiliyyəti olmalıdır; güclü hafizəsi olmalıdır; çalışmağı sevməli, “su damcılarının uzun müddətdə daşı aşındırdığı”5 kimi davamlı olaraqoxumalı, səbrlə öyrənməli və gecə-gündüz çalışmalıdır; doğruluğu və doğru insanları, ədaləti və adil insanları sevməlidir; arzu etdiyi şeylərə görə dik başlı və davakar olmamalıdır; yemək-içməyə, maddiyyata qarşı acgöz, tamahkar olmamalıdır. Yüksək ruhlu olmalı, xalqın gözündə çirkin olan şeylərdən uzaq durmalıdır. Dindar olmalı, dini fəzilətləri və davranışları yerinə yetirməli, doğruluq və ədalətə asanlıqla boyun əyməli ancaq pislik və ədalətsizliyə qarşı dayanıqlı olmalıdır. İctimai dəyərləri mənimsəməli və bunlara zidd hərəkət etməməyə çalışmalıdır.
Fərabi, təhsilin insanın fitri qabiliyyətləri təməlində inşa edilməsinin faydalı olacağını irəli sürür. Bu prosesdə isə uyğun tədris üsulunun seçilməsinin vacibliyini də vurğulayır. Bu baxımdan o, tədrisi xüsusi və ümumi olmaqla iki qrupa bölür. Xüsusi tədris, anadangəlmə qabiliyyətləri və zəka səviyyələri yüksək olan seçilmiş uşaqlara qəti dəlil (bürhan) metodu ilə verilir. Ümumi tədrisdə isə anadan gəlmə bilik qazanmaqda bacarığı əksik olanlara inandırıcı və xəyal gücü ilə cisimlərin örnəklərini təmsil etməyə əsaslanan metodlardan istifadə edilir. Bununla yanaşı tədris üsulu öyrənmə sahələrinə görə də dəyişir. Məsələn,nəzəri fəzilətlər isbatlama üsulu ilə, praktik sənətlər isə inandırma üsulu ilə öyrədilir.


Yüklə 319,44 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin