Fənn: İslam Fəlsəfəsi Tələbə: Ömər Süleymanlı Kurs



Yüklə 319,44 Kb.
səhifə5/9
tarix06.11.2022
ölçüsü319,44 Kb.
#67605
1   2   3   4   5   6   7   8   9
Fəlsəfə sərbəst iş

Ümumi fəlsəfəsi

Fərabi Aristotelə qədərki mövcud fəlsəfi məktəblərin adlarını sadalayarkən Pifaqorun (eradan əvvəl 580-500-cü illər), Kirenli Aristippi (eradan əvvəl V əsr), “ Stoizmi” (eradan əvvəl IV-II əsrlər), Diogeni (eradan əvvəl 404-323-cü illər), Pirronu (eradan əvvəl 365-275-ci illər), Epikür tərəfdarlarını və peripatetikləri xatırlatmış, fəlsəfənin özünə qədərki keçdiyi yola nəzər salaraq göstərmişdir ki, fəlsəfə qədimdə İraq əhli olan Kəldanilərdə mövcud imiş. Sonra bu Misir əhlinə, ondan Yunanlara, daha sonra Süryanilərə və nəhayət İslam aləminə keçmişdir.6 Bu elmin bütün məzmunu öz ifadəsini Yunan dilində tapmış, sonra Süryani dilinə, daha sonra isə Ərəb dilinə çevrilmişdir. Yunanlardan bu elmə yiyələnənlər onu mütləq surətdə hikmət, ən əzəmətli hikmət, onu qazanmağı və ona vərdiş etməyi isə “ fəlsəfə ” adlandırmışdılar. Bununla onlar əzəmətli hikmətə rəğbəti, onu sevməyi nəzərdə tuturdular.
Fərabi davam edərək göstərirdi ki, qədimdə fəlsəfəyə “ elmlər elmi, elmlər atası, hikmətlər hikməti, sənətlər sənəti” kimi baxırdılar. Riyaziyyat elminin sahələri ayrı-ayrı alimlər tərəfindən müxtəlif cür təsnif edilmiş, əsasən onu hesab, həndəsə, astronomiya və musiqi kimi dörd qismə bölmüşlər .Fərabi isə bunlarla yanaşı, optika və ağırlıq haqqındakı elmi də riyaziyyata daxil etmişdir. Farabi yaşadığı cəmiyyətin sinfi quruluşunu müəyyənləşdirərkən göstərir ki, insanlar cəmiyyətdə tutduqları mövqeyə görə “tabe edənlərlə, tabe edilənlərə bölünürlər. Fərabi insanları dünyagörüşlərinə görə də iki ana zümrəyə ayırır. Bunlardan biri Tanrını, maddidən ayrı varlıqları, insanın xoşbəxtliyini təsəvvür və dərk edən seçkinlər zümrəsi, digəri isə bütün bunları təxəyyül gücü ilə anlaya bilən geniş xalq kütləsidir. Bu iki zümrə insanı dərk etmə qabilliyətinə görə bir-birindən fərqləndiyinə, yəni birinin ağıla,digərinin isə təxəyyülə əsaslandığından ağıl və hikmət sahibi olanların vəzifəsi xalq kütlələrini yetişdirmək və onlar üçün uyğun həqiqətləri təmin etməkdir” Ağılla bağlı Fərabi göstərir ki, fəal əql maddədə olmamış və əsla olmayacaq alstrakt formadır. Fəal əql, bir tərəfdən yer nəfslərinin, digər tərəfdən isə torpaq, hava,su və od kimi dörd ünsürün varlıqları üçün səbəbdir.
Fərabi eminasiya nəzəriyyəsini şərh dərkən yazır: “Fəal əqllər maddədən təcrid olunmuş fəal bir əqldə başa çatır. Göylərin sayı burada qurtarır. Bütün mövcudat eminasiya yolu ilə Vahid Varlıqdan törənmişdir.” Vahid Varlıq ilk səbəb, digər varlıqlar isə nəticədir. Nəticə öz varlığını ilk səbəbdən aldığı üçün ilk səbəbin mahiyyətini müəyyən dərəcədə təmsil edir. İlk səbəb öz mahiyyətini anlayır. Onun mahiyyəti bütün mövcud şeyləri təşkil etdiyi üçün, deməli o, bütün mövcud şeyləri anlaya bilir. Belə ki, əslində hər bir şey öz varlığını İlk Səbəbin varlığından alır. Materiya Tanrıdan çıxan nəticə olaraq və İlk Səbəb məsus xüsusiyyətlərə yiyələnərək Tanrının mahiyyəti, məzmunu olur. Farabi Allahdan bəhs edərkən göstərir ki, Allah nə kütləyə, nə maddiyə, nə də aksidensiyaya malikdir. O, substansiyadan və aksidensiyadan ayrı mövcuddur. Fərabi substansiyaya ulduzları, yer və onun hissələrini, su, daş, bitkilərin müxtəlif növlərini,heyvanları və hər bir heyvanın üzvlərini aid edir. Maddə ilə formanın qarşılıqlı əlaqəsindən bəhs edərkən Fərabi yazır: “Təbii cisimlərdən hər biri iki şeydən ibarətdir: onlardan biri çarpayının taxtası, digəri isə çarpayının quruluşu mislindədir. Taxta mislində olan şey maddə, onun quruluşu mislində olan şey isə formadır. Maddə elə bir təşəkküldür ki,forma ona istinad edir.Maddə olmadan formanın nə istinadı, nə də varlığı mümkündür. Maddənin varlığı formaya görədir. Əgər hər hansı bir forma mövcud olmasaydı, onda maddə də olmazdı. Farabi yer üzündə nəfsin nəbati, heyvani və insani kimi üç növünü qəbul etmişdir. Nəfsin nəbati qüvvəsi qidalanma, inkişaf etmə və çoxalma vəzifələrini yerinə yetirir. Nəfsin heyvani qüvvəsi şəhvət, qəzəb kimi təhrikedici, xarici və daxili hisslərlə bağlı qavrayıcı olmaqla iki yerə bölünür. İnsani ruh isə əqldən və ya düşünən qüvvədən ibarətdir. Özlərinə məsus ruhi qüvvələrlə bərabər, heyvan nəbati, insan isə heyvani və nəbati qüvvələrə də malikdir. Müxtəlif ruh qüvvələrinin olmasına baxmayaraq ruh vahid mahiyyətdir.7
Fərabi ruhun bədəndən qabaq mövcudluğunu deyən Platonu da, ruhun bədəndən ayrılıb başqa bədənə keçdiyinə inanan filosofları da, tənqid edib göstərmişdi ki: “Ruhun nə Platon deyən kimi bədəndən qabaq mövcudluğu mümkündür, nə də tənasüxçülər deyən kimi onun cəsəddən-cəsədə keçməsi mümkündür. Fərabi idrakın hissi və əqli formasını izah edərkən o dövürdə qazanılmış, yüksək elmi nailiyətlərə arxalanmış mühüm qnesoloji məsələlərin qoyuluşu və həllində əsasən Aristotelin əsərlərinə istinad etmişdir. Fərabi idrakın hissi mərhələsini iki qismə bölmüşdür. Birinci qismdə xarici ikinci qismdə isə daxili hisslərdən bəhs etmiş və göstərmişdi ki, xarici hisslərə beş duyğu, daxili hisslərə isə müştərək hiss-fəhm, xəyal, yadda saxlayan, yadda qalan qüvvə, xəyala gətirən, yaxud fikirləşən qüvvə daxildir. “Xəyal yaxud təsvir edən qüvvə istisna olmaqla xarici və daxili hisslərin bu göstərilən formaları haqqında ilk qiymətli mülahizələri Fərabi söyləmiş, İbn Sina, Bəhmənyar və sonraki flosoflar Fərabinin bu təlimini inkişaf etdirmişlər”
Fərabinin fikrincə, hissi qüvvələrin fəaliyyəti bədənin müvafiq üzvlərindən bilavasitə asılıdır. Fərabi yazır “Xatırladığımız həmin qüvvələrdən hər biri müəyyən üzvə görə fəaliyyət göstərir. Başqa cür ola da bilməz. Həmin qüvvələrdən heç biri cisimdən ayrı deyildir.


Yüklə 319,44 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin