27
Mikayılov Fəxrəddin
Heydər oğlu
1950-ci
ildə
Kəlbəcərin
Dalqılışlı kəndində anadan
olmuşdur.
Ali
təhsilli
maliyyəçidir.
1991-ci
ilin
oktyabrında Kəlbəcər
batalyonunda maliyyə xidməti
rəisi kimi xidmətə başlamış,
1992-ci ilin may ayında tağım
komandiri
təyin
edilmiş və
Kəlbəcər
bölgəsində
gedən
döyüşlərdə iştirak etmişdir. 01
aprel 1993-cü ildə Dikyurd
məntəqəsində gedən döyüşlərdə
yaralanmışdır.
1993-cü
ilin
avqustunda ordu sıralarından
tərxis olunmuşdur.
Kapitan Mehdiyev
Firudin Məhəmməd oğlu
1946-ci ildə Kəlbəcərin Alıkənd
kəndində anadan olmuşdur. Ali
təhsil almışdır. 1991-ci ilin
oktyabrında
Kəlbəcər
batalyonunda
baş
leytenant
rütbəsində kimya xidməti rəisi
kimi xidmətə başlamış, sonra
xidmətini
silahlanma
üzrə
komandir müavini vəzifəsində
davam etdirmişdir. Ağdərə,
Kəlbəcər, Laçın və Morovdağ
bölgələrində gedən döyüşlərdə
iştirak etmişdir. 1994-cü ildə
ordu
sıralarından
tərxis
olunmuşdur.