Gülnarə Fəxrəddin qızı. Türk dillərində zaman kateqoriyası. Bakı. 2010,s. 1 A



Yüklə 2.89 Kb.

səhifə1/13
tarix06.12.2016
ölçüsü2.89 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   13

Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010,s.1 
 
A
A
Z
Z
Ə
Ə
R
R
B
B
A
A
Y
Y
C
C
A
A
N
N
 
 
M
M
İ
İ
L
L
L
L
İ
İ
 
 
E
E
L
L
M
M
L
L
Ə
Ə
R
R
 
 
A
A
K
K
A
A
D
D
E
E
M
M
İ
İ
Y
Y
A
A
S
S
I
I
 
 
N
N
Ə
Ə
S
S
İ
İ
M
M
İ
İ
 
 
a
a
d
d
ı
ı
n
n
a
a
 
 
D
D
İ
İ
L
L
Ç
Ç
İ
İ
L
L
İ
İ
K
K
 
 
İ
İ
N
N
S
S
T
T
İ
İ
T
T
U
U
T
T
U
U
 
 
 
 
Bu kitabımı həyatda əldə etdiyim bütün uğurlarıma görə 
minnətdar olduğum  atam 
Fəxrəddin Fehruz oğlu Əliyevə
 
həsr edirəm. 
 
 
G
G
Ü
Ü
L
L
N
N
A
A
R
R
Ə
Ə
 
 
F
F
Ə
Ə
X
X
R
R
Ə
Ə
D
D
D
D
İ
İ
N
N
Q
Q
I
I
Z
Z
I

 
 
 
T
T
Ü
Ü
R
R
K
K
 
 
D
D
İ
İ
L
L
L
L
Ə
Ə
R
R
İ
İ
N
N
D
D
Ə
Ə
 
 
 
 
Z
Z
A
A
M
M
A
A
N
N
 
 
K
K
A
A
T
T
E
E
Q
Q
O
O
R
R
İ
İ
Y
Y
A
A
S
S
I
I
 
 
 
 
 
 
 
 
 
N
N
u
u
r
r
l
l
a
a
n
n
 
 
B
B
a
a
k
k
ı
ı
 
 


 
 
2
2
0
0
1
1
0
0
 
 

Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
2
 
 
 
 
 
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik   
           İnstitutu Elmi Şurasının qərarı ilə nəşr olunur. 
 
Elmi redaktor:             Məhəbbət MİRZƏLİYEVA  
                                        filologiya elmləri doktoru 
 
Rəyçilər:                               Kamilə VƏLİYEVA 
                                          filologiya elmləri doktoru 
  
                                                İlham TAHİROV 
                                          filologiya elmləri doktoru 
 
Gülnarə Fəxrəddinqızı.Türk dillərində  zaman kateqoriyası. Bakı, «Nurlan» -
264 s.  
 
Monoqrafiyada zaman kateqoriyası ilk dəfə olaraq bütün türk dillərinin materialları 
əsasında müqayisəli şəkildə tədqiq olunmuş, türk dillərinin dialekt və şivələrində felin zamanlar 
sistemi ilə bağlı morfoloji uyğunluqlar və morfoloji ayrılmalar öz əksini tapmış, türk dillərində 
felin zamanlarının semantik və üslubi xüsusiyyətləri dəqiqləşdirilmişdir. Bu baxımdan tədqiqatın 
nəticələri türkologiyada həmin sahə ilə bağlı əsərlərin yazılması üçün yeni istiqamətlər aça bilər. 
İltisaqi dil quruluşuna malik türk dillərində felin zamanlarının morfoloji,semantik və üslubi 
xüsusiyyətlərinin bütün çalarları ilə zəngin dil faktları əsasında araşdırıldığı tədqiqatın nəticələ-
rindən türk dillərinin morfologiyasına həsr olunmuş dərslik və ya dərs vəsaitlərinin hazırlanma-
sında, ali və orta ümumtəhsil müəssisələrində fel bəhsinin, eləcə də felin zamanlarının tədrisində 
istifadə oluna bilər. Monoqrafiya həm nəzəri, həm də  əməli  əhəmiyyətə malikdir. İşin elmi 
nəticələri türk dillərinin tarixi-müqayisəli morfologiyası, semasiologiyası, üslubiyyatının yaradıl-
ması istiqamətində yeni elmi monoqrafiyaların yazılmasında böyük rol oynaya bilər. 
Monoqrafiyadan türkoloq-dilçilər, filologiya fakültələrinin bakalavr, magistr və 
doktorantları faydalana bilərlər. 
 
4602000000        Qrifli nəşr 
Н - 098 - 2010                                          @Gülnarə Fəxrəddinqızı, 2010
 
                                                         gulnara.fakhraddin@gmail.com 

Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
3
 
 
 
 
 
 
İ
İ
S
S
T
T
E
E
D
D
A
A
D
D
 
 
V
V
Ə
Ə
 
 
E
E
L
L
M
M
İ
İ
 
 
Q
Q
A
A
B
B
İ
İ
L
L
I
I
Y
Y
Y
Y
Ə
Ə
T
T
İ
İ
N
N
,
,
 
 
N
N
Ə
Ə
Z
Z
Ə
Ə
R
R
İ
İ
 
 
B
B
İ
İ
L
L
İ
İ
K
K
 
 
V
V
Ə
Ə
 
 
B
B
A
A
C
C
A
A
R
R
I
I
Ğ
Ğ
I
I
N
N
,
,
 
 
E
E
L
L
M
M
Ə
Ə
 
 
V
V
U
U
R
R
Ğ
Ğ
U
U
N
N
L
L
U
U
Q
Q
 
 
V
V
Ə
Ə
 
 
Ç
Ç
A
A
L
L
I
I
Ş
Ş
Q
Q
A
A
N
N
L
L
I
I
Ğ
Ğ
I
I
N
N
 
 
L
L
A
A
B
B
Ü
Ü
D
D
 
 
N
N
Ə
Ə
T
T
İ
İ
C
C
Ə
Ə
S
S
İ
İ
 
 
 
 
 
 
 
Azərbaycan dilçiliyində dilin bu və ya digər kate-
qoriyası ilə bağlı istər sinxron, istərsə  də diaxron as-
pektdə saysız-hesabsız tədqiqatlar mövcud olsa da, hə-
min kateqoriyaların bu və ya digər problemini tarixi-
müqayisəli və tipoloji təhlilə cəlb etmək zəruriyyəti hələ 
də qalmaqdadır. Belə kateqoriyalardan biri də həm fəl-
səfi, həm də dilçilik baxımından xüsusi maraq doğuran 
və tədqiqinə bu gün də ehtiyac duyulan zaman kateqo-
riyasıdır.  
Felin zamanları dünya dilçilyində, eləcə  də tür-
kologiyada aktuallığını bu günə kimi itirməyən mövzu-
lardan olub, həllini hələ də tapmayan bir sıra mübahisəli 
məqamları ilə diqqət çəkir.  
Əyani aspirant Gülnarə Fəxrəddin qızı Əliyevanın 
“Türk dillərində zaman kateqoriyası” mövzusuna müra-
ciəti bu baxımdan heç də təsadüfi xarakter daşımır.  
Azərbaycan dilçiliyində akademik A.A.Axundov 
kimi görkəmli bir alimin vaxtı ilə yazdığı və bu gün də 
dilçilərin stolüstü kitabına çevrilmiş “Felin zamanları” 
əsərinin möhtəşəmliyi danılmaz faktdır. Belə bir əsər-
dən sonra bu mövzuya müraciət elmdə ilk addımlarını 
atan gənc tədqiqatçıdan böyük cəsarət istəyir. Özündə 
belə bir cəsarəti tapa bilmiş aspirant Gülnarə  Əliyeva 

Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
4
 
 
 
 
Azərbaycan dilçiliyində ilk dəfə olaraq türk dillərində 
felin zamanlarını  tədqiqata cəlb etmiş, istedad və elmi 
qabiliyyətinin, nəzəri bilik və bacarığının, elmə vurğun-
luğu və  həsəd aparılası çalışqanlığının labüd nəticəsi 
kimi türkologiyaya töhfə ola biləcək bitkin bir elmi əsər 
– hər bir gənc tədqiqatçının arzu etdiyi sanballı bir mo-
noqrafiya ortaya qoymuşdur.  
Sinxron planda yazılmış əsərdə tədqiqatçı ilk növ-
bədə türkoloji tədqiqatların araşdırılması – bu və ya 
digər türk dilində zaman kateqoriyasına həsr olunmuş, 
demək olar ki, bütün əsərlərin təhlili fonunda felin za-
man kateqoriyasının mahiyyətini açmağa, onun təsnifat 
prinsiplərini müəyyənləşdirməyə, fel zamanlarının say 
müxtəlifliyinin elmi izahını verməyə, zaman kateqo-
riyasının qrammatik əlamətlərini bütün əlvanlığı ilə türk 
dillərinin zəngin materialları  əsasında nümayiş etdir-
məyə, mövcud dilçilik baxışlarını müəllif mövqeyini 
bildirməklə şərh etməyə çalışmışdır. 
Zaman kateqoriyasının linqvistik tədqiqatı prose-
sində çox zaman ona sırf fəlsəfi tərəfdən, ən yaxşı halda 
yalnız semantik cəhətdən yanaşılmış və yanaşılır. Nəti-
cədə bu kateqoriyanın qrammatik mənasını müəyyən-
ləşdirən morfoloji xüsusiyyətlərin, zəngin morfoloji əla-
mətlərin əhəmiyyəti azaldılır, bununla da təkcə mübahi-
səli məqamlar deyil, yanlış mövqelər də ortaya çıxmış 
olur. 
Gülnarə Əliyevanın zaman kateqoriyasını sırf dil-
çilik hədəfinə çevirməsi, felin zamanlarına məhz bu 
yöndən yanaşması türk dillərində onların düzgün təsni-

Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
5
 
 
 
 
fatını aparmağa, zaman şəkilçilərinin linqvistik təbiəti-
nə aydınlıq gətirməklə onların mənşəyi və inkişaf yol-
ları haqqında elmi fikir yürütməyə imkan yaratmışdır. 
Zaman şəkilçilərinin aydın mənzərəsini yaratmaq məq-
sədi ilə türk dillərinin bütün qrupları üzrə müəllifin tər-
tib və təqdim etdiyi sxemlər bu və ya digər zaman şə-
kilçisinin türk ədəbi dillərində, eləcə də türk dillərinin 
dialektlərində yayılma arealını, istifadə dairəsini və iş-
lənmə tezliyini müəyyənləşdirmək üçün aydın göstəri-
cidir. 
Müəllifin  əsərdə zaman və  həmhüdud kateqoriya-
lar məsələsinə yer verməsi də, bizcə, təqdirəlayiqdir. 
Belə ki, feli sifət, feli bağlama, eləcə də felin arzu, va-
cib, lazım kimi şəkilləri yalnız semantik cəhətdən deyil, 
formal əlamətləri ilə də felin zaman kateqoriyasına bağ-
lıdırlar. İsmi və feli xəbərlərin şəxslər üzrə təsrifi zama-
nı işlənən şəkilçilərin ayrı-ayrı adlar daşımasına baxma-
yaraq eyni kökdən nəşət tapdıqlarını, mahiyyətcə eyni 
olduqlarını söyləyən aspirantın fikirləri də düşündürü-
cüdür və əslində yeni tədqiqatlara yol açır.  
Fel zamanlarının semantik təbiətini, zaman şəkilçi-
lərinin birinin digərinin yerində işlənə bilmə məqamla-
rını türk dillərinin zəngin dil faktları ilə çözələyən, bu 
zaman türk dillərinin dialektlərindən bəhrələnən və bu-
nunla da felin zamanlarının tarixi inkişaf yolunu izləmə-
yə çalışan müəllifin elmi mülahizələri də maraqlı  və 
cəlbedicidir.  
Mübahisələr hədəfi olan bütün bu məsələləri tədqi-
qatçı öz təhlil süzgəcindən keçirərək əsaslı elmi qənaət-

Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
6
 
 
 
 
lər  əldə etmişdir.  Əlbəttə, müəllifin bəzi mülahizələri 
(məsələn,  -maqda, -məkdə formal əlamətini zaman şə-
kilçisi kimi qəbul etməməsi,  şəxs sonluqları  və  xəbər 
şəkilçisi adları altında təqdim olunan morfoloji əlamət-
lərin eyniliyini göstərməyə çalışması  və s.) mübahisə 
obyektinə çevrilə bilər. Lakin yüksək elmi savadı, mən-
tiqi təfəkkürü və polemika mədəniyyəti aspirantın hər 
hansı mübahisəli məqamda öz şəxsi mövqeyini layiqin-
cə müdafiə edəcəyinə əminlik yaradır. 
Zəngin elmi-nəzəri  ədəbiyyatdan, müxtəlif türk 
xalqlarının  ədəbi nümunələrindən, intenetlə  əldə etdiyi 
məlumatlardan yaradıcılıqla bəhrələnən aspirantın mo-
noqrafiyası dilinin səlisliyi ilə seçilən, mövzunu tam 
əhatə edən və sruktur baxımdan bitkin olan dəyərli əsər-
dir.  
Azərbaycan dilçiliyində ilk dəfə olaraq bütün türk 
dillərinin  ədəbi dil və dialekt materialları  əsasında za-
man kateqoriyasını müqayisəli tədqiqata cəlb edən Gül-
narə Fəxrəddin qızı Əliyevanın timsalında türkoloji alə-
mə istedadlı, elmə vurğun,  əməksevər bir gənc qədəm 
basır. İnanıram ki, türk dillərinin hər hansı bir məsələsi-
nin araşdırılmasında,  ən mürəkkəb problemlərinin həl-
lində elmi-məntiqi təfəkkürü, yüksək məsuliyyətliliyi, 
elmə sonsuz istəyi və zəhməti ilə seçilən aspirantımın da 
öz sözü olacaqdır. 
Yekun olaraq demək istərdim ki, Gülnarə Fəxrəd-
din qızı  Əliyevanın “Türk dillərində zaman kateqori-
yası” monoqrafiyasını bu sahədə nəinki Azərbaycan dil-
çiliyində, eləcə də türkoloji aləmdə atılan  uğurlu addım 

Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
7
 
 
 
 
kimi yüksək qiymətləndirir və onun layiqli bir tədqiqat 
əsəri olaraq tanınmış türkoloqlar tərəfindən bəyəniləcə-
yinə, müəllifinə isə  rəğbət qazandıracağına  ürəkdən 
inanıram.   
                        
                            
                                Məhəbbət MİRZƏLİYEVA                    
                                filologiya elmləri doktoru 
 
 
 
 
 
 
 
 

Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
8
 
 
 
 
 
 
 
 
G
G
İ
İ
R
R
İ
İ
Ş
Ş
 
 
İstər Azərbaycan dilçiliyində, istərsə də türkologi-
yada ayrı-ayrı türk dillərinin materialları əsasında felin 
zamanlarına həsr olunmuş bir sıra əsərlər vardır. Lakin 
qeyd etməliyik ki, felin zaman kateqoriyası  əksər türk 
dillərinin – oğuz, qıpçaq, bulqar, karluq və uyğur-oğuz 
qrupları türk dillərinin materialları əsasında müqayisəli 
qarşılaşdırma üsulu ilə araşdırılmamış, xüsusi tədqiqata 
cəlb edilməmişdir. Bu vəziyyət “Türk dillərində zaman 
kateqoriyası” mövzusunun aktuallığını şərtləndirir.   
Digər tərəfdən, müqayisəli araşdırma zamanı türk 
dillərində felin zaman kateqoriyasında  ədəbi dil xüsu-
siyyətləri ilə dialekt xüsusiyyətlərinin indiyədək qarşı-
laşdırılmaması,morfoloji  əlamətlərin bu baxımdan üst-
üstə düşən və düşməyən tərəflərinin aydınlaşdırılmama-
sı mövzunun aktuallığına bir daha zəmin yaradır. 
Araşdırmanın əsas məqsədi türk dillərində felin za-
man kateqoriyasını həm sinxron, həm də diaxron planda 
struktur-semantik və üslubi xüsusiyyətləri ilə birlikdə 
tədqiq etməkdir.  
Bu məqsədlə monoqrafiyada müasir türk dillərində 
felin zaman kateqoriyasının mahiyyətinin açıqlanması-
na səy göstərilmiş, türk dillərində felin zaman kateqori-
yasının tədqiqi tarixi izlənilməklə mövcud istiqamət və 
baxışları təqdim və təhlil edilmiş, oğuz, qıpçaq, bulqar, 
karluq, uyğur-oğuz qrupu türk dillərində fel zaman-
larının oxşar və  fərqli  əlamətləri meydana çıxarılmış, 

Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
9
 
 
 
 
müasir türk dillərində felin zaman formalarının mor-
foloji əlamətləri, onun struktur-semantik və üslubi xüsu-
siyyətləri tarixi-müqayisəli təhlil fonunda aşkarlanmış, 
türk dillərində həmhüdud kateqoriyalarda zaman məsə-
ləsi araşdırılmış, müqayisə olunan türk dillərində felin 
zaman kateqoriyası dialektoloji aspektdə izlənilməklə 
ədəbi dil və dialekt xüsusiyyətləri üzə  çıxarılmış, felin 
zaman formalarının semantik və üslubi inkişaf yolu ay-
dınlaşdırılmışdır.  
Tədqiqat müasir türk dillərinin faktik materialları 
əsasında sinxron planda aparılmış, lakin lazım gəldikdə 
diaxron aspektə müraciət edilmişdir. Tədqiqat prosesin-
də  təsviri, müqayisəli və qarşılaşdırma metodlarından 
istifadə olunmuşdur.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
10
 
 
 
 
 
 
I
I
 
 
F
F
Ə
Ə
S
S
İ
İ
L
L
 
 
 
 
T
T
Ü
Ü
R
R
K
K
 
 
D
D
İ
İ
L
L
L
L
Ə
Ə
R
R
İ
İ
N
N
D
D
Ə
Ə
 
 
F
F
E
E
L
L
İ
İ
N
N
 
 
Z
Z
A
A
M
M
A
A
N
N
L
L
A
A
R
R
I
I
:
:
 
 
 
 
T
T
Ə
Ə
D
D
Q
Q
İ
İ
Q
Q
A
A
T
T
L
L
A
A
R
R
,
,
 
 
İ
İ
S
S
T
T
İ
İ
Q
Q
A
A
M
M
Ə
Ə
T
T
L
L
Ə
Ə
R
R
 
 
V
V
Ə
Ə
 
 
B
B
A
A
X
X
I
I
Ş
Ş
L
L
A
A
R
R
 
 
Qrammatik zaman bizdən asılı olmayaraq obyektiv 
aləmdə mövcud olan zamanın insan təfəkküründəki tə-
zahürünün dildə ifadə olunmasıdır.Qrammatika özün-
dən zaman yaratmır, o yalnız insan şüurunda əks olunan 
obyektiv zamanı dildə xüsusi əlamətləri ilə qeyd edir və 
bununla yanaşı onu xeyli konkretləşdirir
1

Felin zaman kateqoriyası obyektiv zamanın inikası 
olub, hərəkətin danışıq vaxtına və yaxud zaman əlaqə-
lərinin əsası kimi qəbul edilmiş hər hansı başqa bir da-
nışıq vaxtına münasibətini bildirir
2
.  
Türk dillərində felin zamanları olduqca geniş, ma-
raqlı və mürəkkəb kateqoriyadır. Türk dillərinin sayının 
çoxluğu, zaman formalarının müxtəlifliyi, hər bir türk 
dilinin özünəməxsus inkişaf tarixi, təbii ki, oxşar xüsu-
siyyətlərlə yanaşı, bir sıra fərqli xüsusiyyətlər də  kəsb 
etmişdir.  
Türkologiyada felin zamanları kəmiyyət etibarı ilə 
müxtəlifdir. Biz monoqrafiyada dilçilikdə hamı tərəfin-
dən qəbul edilən 3 zaman – indiki, keçmiş  və  gələcək 
zamanların formal əlamətlərindən bəhs edəcəyik. 
                                                 
1
 Axundov A.A. Felin zamanları. Bakı, ADU nəşri, 1961, s. 4.  
2
 Yenə orada, 12.  

Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
11
 
 
 
 
Hər saniyə  ərzində bir saniyə  əvvəlki gələcək za-
man indiki zamana, bir saniyə əvvəlki indiki zaman isə 
keçmiş zamana çevrilir. İnsan təfəkküründə indiki za-
man keçmiş  və  gələcək zamanın müəyyən olunması 
üçün meyar rolunu oynadığına görə “indiki zaman an-
layışı yoxdursa, keçmiş  və  gələcək zaman anlayışı da 
ola bilməz” fikri obyektiv zamanın dərk olunmasında 
bir aksiom kimi qəbul olunmalıdır
1

V.Q.Quzevin zaman kateqoriyasına münasibəti 
maraqlıdır. O yazır:“Əgər qrammatik zaman mənaları-
nın istiqamət nöqtəsi kimi indiki vaxtın dillə ifadə olu-
nan və qrammatikləşmiş obrazı, yəni qrammatik indiki 
zaman hesab olunarsa, onda hərəkətin qrammatik indiki 
zamanla xronoloji əlaqələndirilməsinin bu və ya digər 
növü istənilən feli zaman forması  (əgər belələri dildə 
varsa) mənasında əks olunur. Məsələn, onunla bir vaxta 
düşən, ondan əvvəl və sonra gələn. Zaman formalarının 
toplusu onların mənalarının yaxınlığı  əsasında(onların 
hər birində ümumi məzmunun – indiki zamanla xrono-
loji  əlaqələndirmənin mövcudluğu səbəbindən) zaman 
kateqoriyasını təşkil edir”
2
 
“Fellərdə zaman kateqoriyası iki işin icrası arasın-
dakı zamanın müddətini müəyyən edir. Yəni,icra olun-
muş, olunan və olunacaq bir işin icrası haqqında xəbər 
verilən zaman arasındakı müddəti müəyyən edir” 
3
 
                                                 
1
 Əsgərov M.B. Zaman formaları. Adverbial formaları və onlar arasında 
funksional semantik əlaqələr. Bakı, “Nurlan”, 2002, s. 11.  
2
Гузев
 
В.Г.Очерки по теории тюркского словоизменения:глагол.Л.,1990,с.68  
3
 Hüseynzadə M. Müasir Azərbaycan dili. Bakı, Maarif, 1973,  

Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
12
 
 
 
 
Qrammatik zaman bizdən asılı olmayaraq obyektiv 
aləmdə mövcud olan zamanın insan beynindəki inika-
sının dildəki ifadəsidir. Lakin məntiqi zaman kateqori-
yasından fərqli olaraq o (qrammatik zaman–G.Ə) müx-
təlif dillərdə müxtəlif formalarda olur
1
.  
Bu fikrə əsaslanaraq, biz də qrammatik zaman ka-
teqoriyasının müxtəlif türk dillərində müxtəlif forma-
larda təzahür etdiyini söyləyə bilərik.  
Türk dillərində tarixən və hal-hazırda da qramma-
tik zaman formalarının sayını artırma və azaltma hal-
larına həmişə rast gəlinir. İstər rus dilçiliyində, istər tür-
kologiyada, eləcə  də Azərbaycan dilçiliyində bununla 
bağlı xeyli fikirlər söylənilmiş, müxtəlif elmi araşdırma-
lar aparılmış, türk dillərində zaman formalarının sayının 
müəyyənləşdirilməsinə cəhdlər göstərilmişdir. Təbii ki, 
uyğun gələn fikirlərlə yanaşı, fikir ayrılıqları, mübahi-
səli məqamlar da olmuşdur. 
1. Azərbaycan dilçiliyində fel zamanlarının tədqiqi 
Azərbaycan dilçiliyində felin zamanlarının geniş 
və ətraflı tədqiqi akademik A.A.Axundovun adı ilə bağ-
lıdır. Onun Azərbaycan dilinin materialları  əsasında 
yazdığı “Felin zamanları” adlı namizədlik dissertasiya-

2
, 1961-ci ildə nəşr olunmuş eyniadlı kitabı,
1
  bu möv-
                                                                                                     
s.190.  
1
 Axundov A.A.Ümumi dilçilik (Dilçiliyin tarixi nəzəriyyəsi və metod-
ları). Bakı, “Maarif” nəşriyyatı, 1979,  
s. 82.  
2
 Axundov A.A.Felin zaman kateqoriyaları. Filologiya elmləri namizədi 
alimlik dərəcəsi almaq üçün təqdim olunmuş avtoreferatı. (NDA). Bakı, 
1958, 25 s.  

Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
13
 
 
 
 
zu ilə bağlı bir sıra məqalələri
2
  bu gün də öz elmi 
əhəmiyyətini və əvəzsizliyini saxlamaqdadır.  
Felin zamanlarının tədqiqi A.A.Axundovun 1961-
ci ildə nəşr olunmuş “Felin zamanları” kitabında geniş 
və ətraflı işıqlandırıldığından biz, əsasən, 1950-ci ildən 
sonra ümumi dilçilikdə, eləcə  də türkologiyada fel za-
manlarının tədqiqini,onların təsnifi prinsiplərini,struk-
tur-semantik və üslubi xüsusiyyətlərini araşdırmağa ça-
lışacağıq. 
1951-ci ildə  nəşr olunmuş “Azərbaycan dilinin 
qrammatikası” kitabında “idi”, “imiş” hissəciyi ilə əmə-
lə gələn mürəkkəb formalar felin keçmiş zaman forma-
ları kimi verilir, felin 12 zaman formasının olduğu gös-
tərilir
3
.  
Əsərdə qeyd olunan mülahizələrin yalnış, səhv və 
birtərəfli olması akademik A.A.Axundov tərəfindən ət-
                                                                                                     
1
 Axundov A.A. Felin zamanları. Bakı, ADU nəşri, 1961, 137 s. 
2
Axundov A.A.Felin gələcək zamanı.//Azərbaycan dili və  ədəbiyyatının 
tədrisi.I buraxılış. Bakı,1960,s.89-95;AxundovA.A.Felin indiki zamanı. // 
Azərbaycan dili materialları  əsasında.S.M.Kirov adına ADU-nun Elmi 
əsərləri.Bakı,1958, №2,s.119-130; Axundov A.A.Felin zaman kateqoriya-
sının tədqiqi tarixindən.//Aspirantların elmi əsərləri.3-cü buraxılış. Bakı. 
1957,s.21-37;Axundov A.A.Felin zamanları məsələsinə dair.// S.M.Kirov 
adına ADU-nun Elmi əsərləri.Bakı,1958,  №2, s.133-136;Axundov A.A. 
Felin zamanlarının üslubi xüsusiyyətləri//Filologiya fakültəsinin  əsərləri. 
Bakı,1958,s.211-213;Axundov A.Fəlsəfi və qrammatik zaman kateqoriya-
ları. Dil və  ədəbiyyat.I c.,2003,s.199-204; Axundov A.A.Türk dillərində 
felin zaman formalarının mənşəyi məsələsinə dair. Dil və  ədəbiyyat.I c. 
Bakı,2003,s.266-276;Axundov A.A.Türk dillərində zaman və sıra kateqo-
riyalarının qarşılıqlı əlaqəsi.Dil və ədəbiyyat.I c.,2003, s.200-266. 
3
Azərbaycan dilinin qrammatikası.I h.,Bakı,Azərb.SSR EA nəşriyyatı,1951 

Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
14
 
 
 
 
raflı izah edilərək sübut olunduğu üçün təkrarçılığa yol 
vermək istəmir və diqqəti 1960-cı ildə  nəşr olunan 
“Azərbaycan dilinin qrammatikası” əsərinə yönəldirik. 
“Azərbaycan dilinin qrammatikası”nın 1960-cı il 
nəşrində felin zamanları ilə bağlı fikirlər əslində 1951-ci 
ildə nəşr olunmuş qrammatika kitabındakı fikirlərin bir 
qədər inkişaf etdirilmiş, dəyişdirilmiş forması idi.  
1951-ci il nəşrindən fərqli olaraq burada aşağıdakı 
dəyişikliklər edilmişdir:  
1)
 
12 zaman deyil,11 zaman formasından bəhs olunur. 
Bu zaman formalarından bir neçəsi birləşdirilmiş və 
bir neçə yeni zaman forması  əlavə olunmuşdur.Hə-
min zaman formaları aşağıdakılardan ibarətdir:  
1. Şühudi keçmiş                      6. Bitməmiş keçmiş zaman  
2. Nəqli keçmiş                         7. Davamlı keçmiş zaman 
3. Uzaq keçmiş                         8. İndiki zaman  
4. Qəti-gələcəkli zaman            9. Davamlı indiki zaman 
5. Qeyri-qəti gələcəkli zaman  10. Qəti gələcək zaman 
                      11.Qeyri-qəti gələcək zaman  
 
2)
 
Nəqli keçmiş zaman forması öz daxilində nəqli keç-
miş-1 və nəqli keçmiş-2 formalarına ayrılır.  
3)
 
“idi”, “imiş” köməkçi felləri ayrı-ayrılıqda deyil, ey-
ni zaman forması daxilində birləşərək, biri-digərini 
asanlıqla  əvəz etməklə, müvafiq zaman formaları 
əmələ gətirirlər.  
Bu fikrə bir qədər aydınlıq gətirək. Belə ki, I kitab-
da “idi” və “imiş” köməkçi fellərinin əmələ gətirdiyi za-
man formalarının hər biri xüsusi növ kimi göstərilir: 

Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
15
 
 
 
 
bizə  məlum olan 2 keçmiş zaman formasından başqa 
aşağıdakı zamanların adı çəkilir:  
bitməmiş keçmiş                          nəqli rəvayət  
müzareli keçmiş                           bitməmiş rəvayət  
gələcəkli keçmiş                          müzareli rəvayət  
                                                     gələcəkli rəvayət  
“İdi” hissəciyinin iştirakı ilə  əmələ  gələn fel za-
manları ayrıca qeyd olunsa da,“imiş” hissəciyinin əmələ 
gətirdiyi zaman formalarından xüsusi söhbət açılmır.  II 
kitabda isə “idi” və “imiş” hissəciklərinin yaratdığı za-
man formaları birləşdirilərək bir zaman adı altında təq-
dim olunur.  
Məsələn, əgər I kitabda  felin əsası+ -ar
2
+ idi for-
ması müzareli keçmiş və felin əsası+-ar
2
+imiş forması 
müzareli rəvayət adlandırılırsa, artıq II kitabda bu iki 
forma bir zaman forması kimi göstərilərək  qeyri-qəti 
gələcəkli keçmiş zaman adlandırılır.  
İndiki zaman 2 növdə özünü göstərir:indiki za-
man(-ır
2
) və davamlı indiki zaman(-maqda
2
). Təbii ola-
raq indiki zamanın II növü keçmiş zamanda  da öz ək-
sini tapır. 
 
 
1961-ci ilin yanvar ayının 17-20-də, Bakıda Azər-
baycan SSR Elmlər Akademiyası Nizami adına Ədəbiy-
yat və Dil İnstitutunun təşəbbüsü ilə “Türk dillərində fe-
lin zaman və şəkil kateqoriyaları məsələsinə həsr olun-

Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
16
 
 
 
 
muş müşavirə keçirilmişdir
1
. Bu müşavirənin material-
larının toplusu 1968-ci ildə nəşr olunmuşdur
2
.  
Müşavirədə N.A.Baskakov,A.Tursunov,S.Cəfərov,  
M.Hüseynzadə, M.Şirəliyev, Z.Budaqova, N.Hacıyeva, 
N.Ağazadə, A.A.Axundov,A.K.Ələkbərov,M.Rəhimov, 
T.Əfəndiyeva, U.Əliyev, U.M.Yarullina, B.Xocayev və 
başqaları  iştirak etmiş, məruzələrin  əksəriyyəti Azər-
baycan dilinin zaman və  şəkil kateqoriyası probleminə 
həsr olunmuşdur. 
M.Hüseynzadə felin zamanlarını “zaman kateqori-
yası” başlığı altında verir. O, felin ənənəvi üç zamanını 
göstərir:  keçmiş, indiki və  gələcək zamanlar. Müəllif 
keçmiş zamanın şühudi və nəqli keçmiş, gələcək zama-
nın isə  qəti və qeyri-qəti gələcək zaman formalarından 
ibarət olduğunu yazır
3
.  
Bununla yanaşı, M.Hüseynzadə felin zaman, şəxs 
və  şəkil kateqoriyalarından bəhs edərkən felin xəbər 
şəklinin geniş izahını verir və burada da felin zamanla-
rından və onları ifadə edən morfoloji əlamətlərdən danı-
şır. O, xəbər şəklini iki hissəyə (sadə və mürəkkəb for-
malara) ayırır. Sadə xəbər şəklinə felin zamanlarını aid 
edir. Mürəkkəb xəbər şəklinin isə zaman şəkilçilərindən 
                                                 
1
Совещание по вопросам категорий времени и наклонения глагола в 
тюркских языках. Баку, Изд. АН Аз.ССР, 1961, 46 с.  
2
 Вопросы категорий времени и наклонения глагола в тюркских язы-
ках. Баку, «Элм», 1968, 229 с.  
3
 Hüseynzadə M. Müasir Azərbaycan dili.Bakı,Maarif,1983, s.169-176. 

Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
17
 
 
 
 
sonra felə  “idi”, “imiş” və ya “isə” hissəciyinin əlavəsi 
ilə yarandığını yazır
1
 . 
1958-ci ildə T.Əfəndiyevanın yazdığı namizədlik 
dissertasiyası
2
 felin  keçmiş zamanına həsr edilmişdir. 
Müəllif 2005-cü ildə bu mövzuya yenidən qayıtmış  və 
“Felin keçmiş zaman formaları”
3
 adlı kitabını nəşr etdir-
mişdir. N.H.Ağazadə 1965-ci ildə “Müasir Azərbaycan 
ədəbi dilində  şəkil kateqoriyası”
4
, M.Ş.Rəhimov 1966-
cı ildə “Azərbaycan dilində fel şəkillərinin formalaş-
ması tarixi”
5
 adlı doktorluq dissertasiyalarını yazaraq 
felin zaman kateqoriyasına  şəkil kateqoriyası daxilində 
yanaşmışlar.  
M.B.Əsgərovun 2002-ci il-də  nəşr olunmuş “Za-
man formaları, adverbial fel formaları və onlar arasında 
funksional semantik əlaqələr” adlı monoqrafiyası
6
   da 
məsələyə yanaşma orijinallığı ilə seçilir. 
Azərbaycan dilçiliyində felin zamanlarına dair 
konkret iki dilin müqayisəli şəkildə ifadəsi bir sıra əsər-
lərdə öz əksini tapmışdır. Felin zamanlarına həsr olun-
muş  tədqiqatlar arasında  İ.Tahirovun “Azərbaycan və 
                                                 
1
 Yenə orada.  s. 189-197. 
2
 Гаджиева  Т.А. (Эфендиева).  Система  форм  прошедшего  времени 
глагола  в  современном  азербайджанском  литературном  языке.АКД.  
М., 1958, 24 с. 
3
Əfəndiyeva T.Felin keçmiş zaman formaları.Bakı,“Nurlan”,2005,132 s. 
4
Агазаде  Н.Г.Категория  наклонения  в  современном  азербайджанском  лите-
ратурном языке. АДД. Баку, 1965, 75 с.  
5
Рагимов  М.Ш.История  формирования  наклонений  глагола  в  азер-
байджанском языке. АДД. Баку, Изд. АН АССР, 1966, 99 с.   
6
 Əsgərov M.B. Zaman formaları. Adverbial formaları və onlar arasında funksio-
nal semantik əlaqələr. Bakı, “Nurlan”, 2002, 146 s.  

Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
18
 
 
 
 
ingilis dillərində zaman kateqoriyası”  əsəri də özünə-
məxsusluğu və baxış yeniliyi ilə diqqətəlayiqdir.  
Müəllif Azərbaycan dilində ilk dəfə olaraq zaman 
probleminə yalnız felin zaman kateqoriyası daxilində 
deyil, Azərbaycan dilinin müxtəlif səviyyələrində təza-
hür edən temporal anlayışların kompleks təsvirinin fo-
nunda araşdırılmasına
1
  nail olmuşdur. Y.Kərimovun 
“Azərbaycan və qazax dillərində felin zamanları”, R.Sa-
dıqovun “Müxtəlif sistemli dillərdə obyektiv və qram-
matik zaman əlaqələri” adlı monoqrafiyaları, F.Cahan-
girovun “İngilis dilində perifrastik zaman formaları  və 
onların Azərbaycan dilində ifadə formaları”, A.Öksüzün 
“Müasir türk və Azərbaycan dillərində felin zamanları”, 
L.Hüseynovanın “Felin davamlı zamanlar sistemi”, B. 
Cəfərovanın “İngilis və Azərbaycan dillərində felin za-
manlar sistemi”, G.Həsənovanın “Fel zamanlarının mü-
qayisəli tipologiyası”
2
 adlı dissertasiyaları son dövrdə 
bu sahədə atılan uğurlu addımlar kimi qiymətləndirilə 
bilər. 


  1   2   3   4   5   6   7   8   9   ...   13


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə