Gülnarə Fəxrəddin qızı. Türk dillərində zaman kateqoriyası. Bakı. 2010,s. 1 A


§2. Həmhüdud kateqoriyalarda zaman



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə8/13
tarix06.12.2016
ölçüsü2,89 Kb.
#962
1   ...   5   6   7   8   9   10   11   12   13
§2. Həmhüdud kateqoriyalarda zaman 
Türk dillərində felin zaman kateqoriyasından da-
nışarkən feli sifət və felin şəkilləri(lazım, arzu, vacib, 
                                                 
1
 Поцелуевский А.П.Избранные труды.Ашхабад,“Ылым”,1975,с.116 
2
 Şirəliyev M.Azərbaycan dialektologiyasının əsasları.Bakı,1962,s. 245.  
3
Тумашева  Д.Г.  Язык  сибирских  татар.Ч.II.Изд.Казанского  Университета, 
1968, с. 63.  
4
 Керимов И.А. Очерки кумыкской диалектологии. АДД. Баку, 1967, с. 21.  

Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
148
 
 
 
 
şərt) mövzularına da toxunmağı lazım bilirik. Çünki bu 
mövzuların hər birində zaman kateqoriyası kateqorik 
şəkildə olmasa da, anlayış kimi mövcuddur.  
Təbii ki, feli sifət və felin şəkilləri bizim tədqiqat 
obyektimiz deyildir. Ancaq onların zaman anlayışı, 
zaman çalarlığı ifadə etməsi bu məsələyə də münasibət 
bildirməyimizin vacibliyini şərtləndirir. Fel daxilində 
öyrənilən feli sifət, felin lazım, vacib, şərt şəkillərində 
zaman anlayışı özünü göstərməkdədir. 
Məlum olduğu üzrə, feli sifət  şəkilçilərinin bir 
qismi həm feli sifət, həm də zaman kateqoriyasının şə-
kilçiləri kimi çıxış edir. Feli sifətdən törəmiş felin za-
man  şəkilçiləri kimi formalaşması feli sifət daxilində 
zaman anlayışının olması ilə bilavasitə əlaqədardır.  
Ümumiyətlə, istər Azərbaycan dilçiliyində, istər-
sə də digər türk dillərində feli sifətlə bağlı bir sıra əsər-
lər, məqalələr yazılmışdır
1
. Bunlardan bəzilərində feli 
sifətin zaman anlayışı ifadə etməsi məsələsinə toxunul-
muş, bəzilərində isə feli sifət tamamilə başqa aspektdə 
araşdırılmışdır. 
N.N.Canaşia  əmr, vacib, arzu şəkillərinin 2 za-
manda – keçmiş  və  gələcək zamanda təzahür etdiyini 
yazır
2

                                                 
1
 Алиев В.Г. Неспрягаемые формы глагола в азербайджанском язы-
ке. АДД,Баку,1989, 57 с. Алиев В.Г. Причастия в современном азер-
байджанском  и  узбекском  языках.  АКД,  Ташкент,  Изд. «Наука» 
Узбекской  ССР, 1965,23 с.  Инкижекова-  Грекул  А.И.  Причастия  в 
хакасском языке. Академику Владимиру Александровичу Гордлев-
скому, к его семидесятипятилетию. Сборник статей. Изд.АН СССР,  
Москва, 1953, с. 108-123.  
2
 Джанашиа Н.Н. Исследование по морфологии турецкого глагола. 
АДД, Тбилиси, 1970, с. 26-28.  

Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
149
 
 
 
 
Dilçilikdə müasir türk dillərində  gələcək zaman 
formalarının sayının artırılması hallarına da rast gəli-
rik. S.Cəfərov yazır:“...Azərbaycan dilinin gələcək za-
man kateqoriyası indiyə  qədər iddia edildiyi kimi iki 
formaya deyil, altı formaya (-acaq/-əcək, -ar/ər, -ası/   
-əsi, -a/-ə, -malı/-məli, -sa/-sə  şəkilçili:  alacaqlar, 
alar, alasıdır, ala, almalıdır, alsa) malikdir ki, onların 
da hər birinin öz mənası vardır”
1

S.Əlizadə yazır:“XVI əsr ədəbi dilindəki feli sifət 
şəkilçilərini öz fəallığına, işlənmə tezliyinə görə üç 
qrupa bölmək olar: 1.Bütün mənbələrdə norma səviy-
yəsində olub,çox işlənənlər – -/y/an, -/y/ən; -mış, -miş, 
-dığı, -digi.  2. Norma səviyyəsində olub, universallıq 
baxımından  əvvəlkilərdən geri qalanlar: -ar,-ər, -maz,  
-məz; -acaq,-əcək. 3. Məhdud dairədə işlənənlər:-malı, 
-məli, -malu, -məlü, -ası, -əsi; -ır, -ir, -ur, ür
2

A.N.Kononov VII-IX əsr türk run abidələrinin di-
lində feli sifəti üç hissəyə ayırır: 
1) indiki-gələcək zaman feli sifətləri 
2) keçmiş zaman feli sifətləri 
3) gələcək zaman feli sifətləri
3

Beləliklə, müasir türk dillərində feli sifətləri ifadə 
etdikləri zaman anlayışına görə üç qrupa ayıra bilərik: 
1)  Keçmiş zaman feli sifətləri: -qan, -kən, ğan,  -ken,  
-mış, -miş, -muş, -müş, -dıq, -dik, -duq, -dük, -çaŋ,    
-çeŋ  
                                                 
1
Джафаров С. О постановке вопроса наклонения глагола в азербайджанском языке. 
//Вопросы  категорий  времени  и  наклонения  глагола  в  тюркских  языках.  Баку, 
«Элм», 1968, с. 76.  
2
 Əlizadə S.Q.Orta əsrlərdə Azərbaycan yazı dili. Bakı,ADU,1985, s. 68. 
3
 Кононов А.Н. Грамматика языка тюркских рунических памтников VII-IX 
вв. Л., «Наука», 1980, с. 120. 

Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
150
 
 
 
 
2)  İndiki zaman feli sifətləri: -an, -ən  
3)  Gələcək zaman feli sifətləri:  -ır,  -ir,  -ur,  -ür,       
-ar, -er, -r, -acaq, -əcək, -ası, -əsi, -malı, -məli 
-an, -ən feli sifəti indiki zaman anlayışını bildirir və 
Azərbaycan, türk, qaqauz və türkmən dillərində müşa-
hidə olunur:qaçan oğlan, gülən qız (Azərbaycan), oku-
nan kitap, söylenen şarkı (türk) və s.                                             
V.A.Qordlevski “Türk dilinin qrammatikası” əsə-
rində  -an, -en şəkilçili  feli sifətə münasibət bildirərək 
onun həm keçmiş, həm də indiki zamana aidliyini qeyd 
edir
1

A.N.Kononov və A.Samoyloviç isə  -an, -en for-
mantlı feli sifətlərin həm indiki, həm də gələcək zaman 
anlayışı ifadə etdiyini yazırlar
2

-qan, -kən,  ğan, -ken  keçmiş zaman feli sifətini 
əmələ gətirir və türk dillərində geniş işləkliyə malikdir. 
Belə ki, o, oğuz qrupu türk dilləri istisna olmaqla, 
qıpçaq, bulqar, karluq və uyğur dillərində feli sifət şə-
kilçisi kimi mövcuddur.  
Haqqında danışdığımız  -qan,  ğan, -ken, -kən  şə-
kilçiləri keçmiş zaman feli sifətini, həm də mövcud ol-
duğu türk dillərində qeyri-müəyyən keçmiş zaman for-
masını əmələ gətirir.  
Qaraqalapaq dilinin cənub-qərb dialektinin 
qarışıq türkmən-qaraqalpaq  şivəsində  şəkilçinin  -an,     
                                                 
1
 Гордлевский  В.А.  Грамматика  турецкого  языка.(морфология  и 
синтаксис) Москва.   1928, с. 113.  
2
 Кононов А.Н. Грамматика современного турецкого литературного 
языка. М.-Л., Изд. АН СССР, 1956, с. 252; Самойлович А. Краткая 
учебная грамматика современного османско -турецкого языка. Ле-
нинград, 1925. Российская  государственная  академическая  типо-
графия. с. 218. 

Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
151
 
 
 
 
-en variantı  işlənir:kelen(kelgen), alan(alqan), salan 
(salqan)
1
 
-mış, -miş, -muş, -müş  şəkilçisi  -qan,  ğan,  -ken,    
-kən feli sifət şəkilçisinin ekvivalenti kimi çıxış edir və 
yalnız oğuz qrupu türk dillərində özünü göstərir. 
Türk dilçisi M.Malkoçun fikrincə, Partisip eki 
olarak bu ekin geçmiş ifadesinde öğrenilen geçmiş za-
man ifadesi pek yoktur. Sadece geçmiş zaman ifadesi 
vardır
2

-ar, -ər şəkilçisi ilə bağlı S.Cəfərov yazır:“Əslin-
də müzare(qeyri-müəyyən gələcək) zaman əmələ gətir-
məyə xidmət edən qrammatik şəkilçidən qrammatik-
leksik mənasını  kəsb edərək, eyni zamanda feli sifət 
şəkilçisi yerinə keçmiş,  ən nəhayət, öz mənasını in-
kişaf etdirərək, leksik-qrammatik bir şəkilçi kimi də 
formalaşmışdır”
3
.  
-acaq, -əcək şəkilçili feli sifət zaman forması ki-
mi mövcud olduğu türk dillərində həm də gələcək za-
man feli sifəti kimi fəaliyyət göstərir. Məsələn: Azərb.: 
oxunacaq məktub-məktub oxunacaq(dır);türk:alınacak 
kitap-kitap alınacak(tır);  türkmən: okacak oglan – og-
lan okacak və s. 
T.A.Borovkova Mahmud Kaşğarlının “Divanü 
lüğət-it-türk” əsərinin dilindəki -mas haqqında yazır:“-
mas indiki, gələcək və ümumi zamanın inkar feli sifəti-
dir; funksiyasına görə  -ur  şəkilçili təsdiq feli sifətinə 
                                                 
1
 Баскаков  Н.А.  Каракалпакский  язык, II, М.-Л.,  Изд.  АН  СССР, 1952, с. 
440. 
2
 Malkoç  Muzaffer.-dı'lı ve -mış'lı Geçmiş Zaman.//Türk Dili Araştırmaları 
Yıllığı Belleten 2004, c:II, s. 110.  
3
 Cəfərov S. Azərbaycan dilində söz yaradıcılığı. Bakı, Azərbaycan Universiteti 
nəşriyyatı, 1960, s. 96.  

Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
152
 
 
 
 
uyğun gəlir”
1
.  
Maraq doğuran şəkilçilərdən biri də -a, -e (-ə), -y 
şəkilçiləridir. Belə ki,-a,-e(-ə),-y şəkilçilərinin türk dil-
lərində indiki zaman forması  əmələ  gətirməsi hamıya 
məlumdur. Bununla yanaşı bu şəkilçi həm də arzu şək-
linin morfoloji əlaməti kimi çıxış edir. Müasir Azər-
baycan dilindən fərqli olaraq, orta əsrlərdə bu şəkilçi 
dilimizdə həm də indiki zaman mənasında işlənmişdir. 
Türk dillərində arzu şəklinin ifadəçisi kimi gələcək za-
man anlayışına malikdir. 
Bəzən feli sifət  şəkilçiləri yalnız müəyyən bir 
qrup üçün, yaxud müəyyən bir dil üçün spesifik sayıla 
bilər. Məsələn, uyğur-oğuz qrupu türk dillərindən olan 
xakas dilində türk dillərində geniş işləkliyə malik olan 
-ğan, -ar, -er, -r feli sifət  şəkilçiləri ilə yanaşı, digər 
qrup türk dillərində rastlanmayan -çan,  -çen,  -xalak,    
-kelek, -xadıq, -kediq, -aaçı, -eeçi
 
kimi feli sifətləri də 
müşahidə olunur.  
H.Mirzəzadə bu şəkilçi ilə bağlı yazır:“-(y)-əsi,   
-ası  şəkilçisinin mənaca dəqiqləşməsi, bir vəzifədən 
başqa bir vəzifəyə doğru meyl etməsi prosesi təxminən 
XVII  əsrin sonundan başlayır. Bu dövrə  qədər həmin 
şəkilçinin feli sifət  şəkilçisi kimi işlənməsinə çox az, 
gələcək zamanın  şəkilçisi kimi işlənməsinə isə daha 
çox təsadüf edilir. Müasir Azərbaycan dilində bu nis-
bət pozulmuş, o, gələcək zaman əvəzinə feli sifət şəkil-
çisi kimi özünü göstərməkdədir”
2

                                                 
1
 Боровкова  Т.А.  Грамматический  очерк  языка  «Дивану  лугат-ит-
турк» Махмуда Кашгари. АКД, Ленинград, 1966, с. 10.  
2
 Mirzəzadə H. Azərbaycan dilinin tarixi morfologiyası. Bakı, Azərb. 
Dövlət tədris-pedaqoji ədəbiyyatı nəşriyyatı, 1962, s. 261.  

Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
153
 
 
 
 
Ümumiyyətlə,  -ası,-əsi  şəkilçisinin Azərbaycan 
dilində, eləcə də bir sıra türk dillərində funksiyası ge-
nişdir. Belə ki, -ası,-əsi şəkilçisi feli sifəti, felin lazım 
şəklini ifadə etməklə yanaşı, həm də tarixən dilimizdə 
qəti gələcək zaman formasını bildirmişdir. 
H.Mirzəzadə M.Füzulinin dilində  də  gələcək za-
manın  -ası, -əsi  şəkilçisi ilə  də ifadə edildiyini, lakin 
buna aid nümunələrin o qədər də çox olmadığını yazır. 
Məs.: Mən deməzmidim ki, bir gün ağlayasıdır gülən 
(M.Füzuli). 
-ası, -əsi formasının qəti gələcək zaman mənasın-
da işlənməsi yalnız Azərbaycan dilində deyil, çox ge-
niş şəkildə türk dilinin keçmiş dövrlərində, qismən də 
müasir tatar dili və onun dialektlərində müşahidə olu-
nur
1
.  
Felin  şərt  şəkli bütün türk dillərində mövcuddur 
və digər fel şəkilləri ilə müqayisədə bütün türk dilləri 
üçün sabit bir morfoloji əlamətə malikdir. Belə ki, -sa, 
-se şəkilçi variantı daha çox müşahidə olunur. Araşdır-
dığımız müasir türk, türkmən, qazax, qaraçay-balkar, 
qaraqalpaq, noqay, krım-tatarlarının dillərində  -sa,-se 
variantından istifadə olunur. Azərbaycan, qaqauz, ka-
zan-tatar, uyğur dilləri üçün -sa, -sə variantları xarak-
terikdir. Türk dillərindən yalnız başqırd dilində  -ha,     
-hə  şəkilçisi müşahidə olunur. Müasir qırğız dilində     
-sa, -se, -so, -sö, altay dilində -sa, -se, -so, -sö, -za, -ze, 
-zo, -zö, xakas və tuva dillərində  -sa, -se, -za, -ze fo-
netik variantlarına rastlanır. 
                                                 
1
 Rüstəmov R.Ə. Azərbaycan dilinin dialekt və  şivələrində fel. Bakı, 
Azərb. SSR EA nəşriyyatı, 1965, s. 225.  

Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
154
 
 
 
 
A.N.Kononov türk və özbək dillərində şərt şəkli-
nin iki zamana indiki-gələcək (-sa
2
) və keçmiş (-sa idi) 
zamana malik olduğunu yazır
1
.  
V.M.Nasilov  şərt  şəklinin qədim uyğur dilində     
-sar, -ser forması ilə ifadə olunduğunu və şərt şəklinin 
indiki-gələcək zamanı ifadə etdiyini qeyd edir
2

N.K.Dmitriyev -sa, -se şəkilçisinin qədim variantı 
kimi Orxon-Yenisey abidələrində,eyni zamanda -sar/-
ser<-ısar/-iser variantlarının müşahidə olunduğunu və 
şərtdən başqa, həm də zaman ifadə etdiyini yazır. 
P.Melioranski isə onu şərt feli bağlaması hesab edir
3

Feli bağlamaları həmhüdud formalara daxil etmə-
məyimizin səbəbi feli bağlamaların müstəqil zaman 
anlayışı ifadə edə bilməməsi ilə əlaqədardır.  
Doğrudur, dilçilikdə A.M.Şerbak  -a//-ə-ni  gələ-
cək zaman, N.K. Dmitriyev -ıb, -ib, -ub, -üb şəkilçisini 
keçmiş zaman, -alı//-əli-ni isə gələcək zaman şəkilçisi 
adlandırmışdır.  
A.N.Kononov haqlı olaraq göstərmişdir ki, feli 
bağlamaları zamanlara görə təsnif etmək düzgün deyil, 
bunları ancaq formaya görə  təsnif etmək lazımdır. 
Çünki feli bağlamalar müstəqil surətdə zaman məzmu-
nu ifadə edə bilmir.Onların zaman məna çalarlığı müs-
təqil fellə qarşılaşdıqda müəyyənləşir, yəni feli bağla-
                                                 
1
 Кононов  А.Н.  Грамматика  современного  турецкого  литературного  язы-
ка.М.-Л.,1956,  с.243;  Кононов  А.Н.Грамматика  современного  узбекского 
литературного языка. М.-Л.,1960, с. 232.  
2
 Насилов В.М. Древнеуйгурский язык. Москва, ИВЛ, 1963, с. 78.  
3
 Дмитриев Н.К. Категория наклонения. Строй тюркских языков. М.,1962, 
с. 164.  

Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
155
 
 
 
 
manın zaman çaları müstəqil felin zamanından asılı ol-
duqda müəyyənləşir
1
.  
A.N.Kononovun bu fikri ilə tam razılaşır və ona 
görə də feli bağlamanı zaman anlayışı ifadə edən həm-
hüdud formalara aid etmirik. 
Fikrimizcə, feli sifət və felin şəkillərində zaman 
və ya onları formalaşdıran morfoloji əlamətlərin za-
man üzrə bölgüsü məsələsi ayrıca araşdırılma tələb et-
diyindən gələcəkdə  xüsusi tədqiqat obyektinə çevril-
məlidir. 
§3. Türk dillərində fel zamanlarının  
semantik-üslubi xüsusiyyətləri 
1.
 
Keçmiş zamanın semantik-üslubi üsusiyyətləri 
-dı  şəkilçili  keçmiş zaman.  Məlum olduğu üzrə,    
-dı  şəkilçili keçmiş zaman forması bütün türk dillə-
rində mövcuddur. Haqqında danışdığımız bu zaman 
forması türk dillərində bir sıra spesifik məna xüsusiy-
yətlərinə malikdir. -dı şəkilçili keçmiş zaman forması-
nın məna xüsusiyyətlərinin müəyyənləşdirilməsi ilə 
bağlı qeyd etməliyik ki, bu ayrı-ayrı türk dillərində 
müxtəlif cür təqdim olunur. Belə ki, -dı  şəkilçili keç-
miş zamanın məna xüsusiyyətlərinin normal şəkildə 
təqdim edilməsi və sayının artırılması halları vardır.  
Zaman formalarını  tədqiq edən dilçilər arasında 
türk dillərində felin keçmiş zamanının 5 məna xüsusiy-
yətinin olduğunu söyləyən dilçilər daha çoxdur. Belə 
ki, akademik A.Axundov şühudi keçmiş zamanın 5 
məna xüsusiyyətinin olduğunu göstərir
2
. Azərbayacan 
                                                 
1
 Müasir Azərbaycan dili. II cild. Bakı, “Elm” nəşriyyatı, 1980, 
 s. 380.  
2
 Axundov A.A. Felin zamanları. Bakı, ADU nəşri, 1961, s. 51-55. 

Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
156
 
 
 
 
dilçiliyində felin keçmiş zaman formalarını  tədqiq et-
miş professor T.Əfəndiyeva da şühudi keçmiş zamanın 
semantik xüsusiyyətlərini ətraflı şərh etmişdir
1
.  
Y.Kərimov Azərbaycan və qazax dillərində  qəti 
keçmiş zamanın ifadə etdiyi 5 məna xüsusiyyətini gös-
tərmişdir
2
.  
B.Xəlilov akademik A.Axundovun fikirlərini eyni 
ilə təkrar edərək şühudi keçmiş zamanın 5 məna çala-
rını göstərmişdir
3

İ.Vəliyev Azərbaycan dilinin XIV-XIX əsr yazılı 
abidələrində, N.Salehova tatar dilində, R.Əskər Mah-
mud Kaşğarlının “Divanü lüğat-it-türk”  əsərində  -dı 
şəkilçili keçmiş zaman formasının 4 semantik xüsu-
siyyəti
4
  haqqında danışmışlar. 
Bu haqda saysız-hesabsız türkoloji tədqiqatlar 
mövcuddur. O.Allanazarov -dı şəkilçili keçmiş zamanı 
qəti keçmiş zaman adlandıraraq türkmən dilində onun 
altı semantik xüsusiyyətini fərqləndirir
5
. K.Ubaydulla-
yev “Категория  прошедшего  времени  глаголов  в 
изъявительном  наклонении  в  современном  кара-
калпакском  языке” adlı  əsərində qaraqalpaq dilində 
                                                 
1
 Əfəndiyeva T. Felin keçmiş zaman formaları. Bakı, “Nurlan”, 2005, s. 32-35.  
2
 Керимов  Я.  Времена  глагола  в  азербайджанском  и  казахском  языках. 
АКД. Баку, 1973, c. 11-12.  
3
 Xəlilov B. Müasir Azərbaycan dilinin morfologiyası. II hissə. Bakı, Nurlan, 
2007, s. 221-222.  
4
Велиев И.Д. Формы прошедшего времени в письменных памятниках азер-
байджанского  языка XIV-XIX вв.  АКД.  Баку, 1969, с. 11; Салехова  Н.Х. 
Грамматическая  категория  времени  татарского  глагола  и  темпоральность. 
АКД.  Казань, 1975, с. 7; Əskər Ramiz. Mahmud Kaşğari və onun “Divanü 
lüğat-it-türk” əsəri. Bakı, “MBM”, 2008, s. 264.  
5
 Алланазаров  О.  Прошедшее  время  в  современном  туркменском 
литературном языке. Ашхабад, “Ылым”, 1975, с. 53-57.  

Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
157
 
 
 
 
qəti keçmiş zamanın bir sıra semantik xüsusiyyətlə-
rindən bəhs etmişdir
1
.  
E.İ.Korkina da yakut dilində qəti keçmiş zamanın 
5 məna xüsusiyyətini göstərir
2
. Lakin təəssüflə qeyd 
etməliyik ki, o da bu  məna xüsusiyyətlərinə qəti keç-
miş zamanın malik olduğu iki üslubi xüsusiyyəti daxil 
edir.  
B.Çarıyarov leksik mənasından və mətnin xarak-
terindən asılı olaraq cənub-qərb qrupu türk dillərində 
qəti keçmiş zamanın 16 müxtəlif məna növünü qeyd 
edir
3
. Müəllifin göstərdiyi məna xüsusiyyətlərinin bir 
neçəsi üslubi xarakter daşıyır və burada qəti keçmiş 
zaman forması müvafiq zaman formalarını  əvəz edir. 
Başqa sözlə desək, burada qəti keçmiş zamanın sırf 
məna xüsusiyyətləri ilə yanaşı, digər xüsusiyyətlər və 
ya çalarlar məna xüsusiyyətləri kimi təqdim olunmaqla 
onun semantik xüsusiyyətləri lüzumsuz sayda artırılır. 
Ona görə də B.Çarıyarovun zaman formalarının üslubi 
xüsusiyyətlərini felin zamanlarının bilavasitə semantik 
xüsusiyyətləri və mənaları kimi təqdim etməsi fikri ilə 
razılaşmırıq.  
Felin zaman formalarının semantik xüsusiyyətlə-
rinin bütün türk dillərində müşahidəsi onun semantik 
xüsusiyyətlərinin inkişafını  və  zənginliyini təmin edir 
və bu da eyni zamanda türk dillərində  həmin zaman 
                                                 
1
 Убайдуллаев  К.  Категория  прошедшего  времени  глаголов  в  изъявитель-
ном наклонении в современном каракалпакском языке. Изд. «Каракалпак-
стан», Нукус, 1978, с. 43-52.  
2
 Коркина  Е.И.  Наклонения  глагола  в  якутском  языке.  Москва, «Наука», 
1970, с. 71-75.      
3
 Чарыяров Б. Времена глагола в тюркских языках юго-западной 
группы. АДД. Ашхабад, 1970, с. 50-53.  

Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
158
 
 
 
 
formalarının üslubi xüsusiyyətlərinin zənginliyini 
şərtləndirir. Ona görə də müxtəlif zaman formalarının 
semantik xüsusiyyətlərini göstərdikcə üslubi məqam-
ları da şərh etməyə çalışacağıq. 
Türk dillərində  -dı  şəkilçili keçmiş zaman for-
masının semantik xüsusiyyətləri aşağıdakılardır: 
1.  Qətilik xüsusiyyəti.  Şühudi keçmiş zaman for-
ması hal və ya hərəkətin keçmişdə qəti icra olunub bit-
diyini göstərir. Təsadüfi deyil ki, əksər türk dillərində 
bu zaman forması qəti keçmiş zaman adlandırılır. Mə-
sələn: Azərb.:Cəbrayıl gedib lap küncdəki stolun ya-
nında dayandı(İMəlikzadə,Günəşli payız); Onlar təsdiq 
etdilər, zirzəminin qapısını bağlayıb çölə çıxdılar (M. 
İbrahimov, Gələcək gün); qaqauz:Sevä-sevä  evlendi 
Çokoy Kostinin kızına Paşikaya (N.Baboqlu); Geldi 
avqust da Kırboba  gitti  instituta  эkzamen vermää (D. 
Kara Çoban, İdeya kurbanı); başqırd: -İptəş komandir, 
leytenant! Serjant Qalin diviziya politotdelenən  kayttı 
(X.Kərim);özbək:Maҳalliy ҳokimiyat orqanlari raxbar-
lariqa işninq borişi ustidan nazoratni kuçaytiriş  topşi-
rildi(Marifat qazetasi);qırğız:Ömür-ölüm!Bul eköönün 
– jarık menen karaŋqılıktın betteşüüsü kırqız jerinin 
biyik çokusu Üzönqülöş aşuusunda boldu. Çıqarmanın 
sujettik-kompozisiyalık mazmunu da önüqüp oturup 
biyiktiqine jetti(http://newskg.narod. ru/ kut/06/0623).    
2.  Şahidlik xüsusiyyəti. Danışanın  şahidliyi ilə 
keçmişdə  baş verən hal və ya hərəkəti ifadə edir. Da-
nışan elə hərəkətlər haqqında məlumat verir ki, həmin 
hərəkətləri o ya bilavasitə gözü ilə görmüş, səsini qula-
ğı ilə eşitmiş, ya da ki, həmin hərəkətlərin icra olunma-

Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
159
 
 
 
 
sında bilavasitə  iştirak etmişdir
1
. Bu mənada onları 3 
məna çalarına ayırmaq olar:  
a) Danışanın şahidliyi ilə və bilavasitə danışan tərə-
findən icra olunan hal və ya hərəkəti ifadə edir. Bu hə-
rəkəti icra edən  şəxsin özünə aid olur və ona görə  də 
əsasən özünü I şəxsin təkində göstərir. Bu I məna ça-
ları adlanır; məs.:Azərb:yanvarın ikisində  təzə  işimə 
gəldim. Bütün günü böyük bir materialı redaktə etdim, 
işin axırına yaxın makinaçıya verdim.(Anar, Mən, sən, 
o və telefon); - Hələlik, Adil, - deyib körpüsalanların 
yanına tennis oynamağa  getdim.(İ.Əfəndiyev, Körpü-
salanlar) mən yaxındakı avtomat budkasına girdim, ya-
rığa iki qəpiklik saldım və nömrəni yığdım(Anar); türk: 
- Hastasınız...Dinleniniz diye getirdim; Senin kıyme-
tini şimdi anladım.Seni sevdiğimi şimdi anladım, Cev-
riye...(S.Derviş, Fosforlu Cevriye);  qaqauz:  Saptım 
bän da bir tarla boyu kadar çektim onu sürülmüştä, ter-
su içindä kaldım  (D.Kara Çoban,Tamannık); -Gezdim 
sürüleri, sürekleri xem xezgeleri, öbür günä xepsi yola 
deyni xazır olaceklar...(N.Baboqlu,Legendanın izi); 
kazan-tatar:Xəzer min,bütən uennarımnı onıtıp,könneη 
kolın tirəsendə böterelə başladım(Q.Bəşirov); qaraqal-
paq: Men de ündemey murtımnan külip jüre berdim 
(Karakalpak xalık ertekileri). 
b) Danışanın  şahidlik etdiyi, eyni zamanda
bilavasitə  iştirakçısı olduğu hal və ya hərəkəti ifadə 
edir. Bu II məna çaları hesab olunur. Məsələn: Azərb: 
Sonra biz Soltanla Kərəmxanın yanında, göy otların 
üstündə  əyləşib  söhbət elədik  (İ.Əfəndiyev, Körpüsa-
                                                 
1
 Axundov A.A. Felin zamanları. Bakı, ADU nəşri, 1961, 
 s. 52.  

Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
160
 
 
 
 
lanlar); Biz Dağüstü parka getdik, açıq yay kafesində 
yemək yedik (Anar,Gürcü familiyası); qaqauz: Bölä bir 
çirkin çamurda biz yollandık dostumnan Anika Örgiy-
län Komrada (D.Kara Çoban,Korunmak); kazan-tatar: 
Ul könne bez җiləktən üzebez qenə  kayttık  (Q.Bəşi-
rov). 
Nümunələrdən də göründüyü kimi, danışan icra 
olunan hərəkətin həm şahidi, həm də iştirakçısı olur. 
c) Hərəkətin icrasında bilavasitə  iştirak etmədən 
yalnız  şahid olduğu hal və ya hərəkəti ifadə edir. Bu 
isə III məna çalarıdır. Məsələn: Azərb:Zəki ayağa du-
rub çobanın göstərdiyi yerə diqqətlə  baxdı, sonra xə-
ritəni büküb kitabçanın içinə qoydu. Səfərlə xudahafiz-
ləşib,Qafar dayının həyətində qoyduğu maşının yanına 
getdi(M.Süleymanov); Sadıqcan ani təəccüblə  məktu-
bu alıb, nə isə demək istədi. Lakin Cəmil döngəni bu-
rulub gözdən itdi. Sadıqcan məktuba ani bir nəzər sa-
laraq, cibinə qoyub darvazanı açaraq, həyətə daxil ol-
du(İ.Əfəndiyev); türk: Biraz sonra iki polisle adam ve 
beş yaşındaki Metin karakola geldi(A.Nesin,Çocuk); 
Müdür -Bir Amerikan hava gediklisi bir çocuğu vurdu 
(N.Hikmet); Sabiha-Mahsustan ne demek? Sen benim 
nezaketimi ne zaman gördün?(N.Hikmet,Her şeye rağ-
men); kazan-tatar: Karasak, tıkrıktan biş-altı çalmalı 
kilep çıktı. Alar, atlıy-yöqerə, tayakların bolqıy-bolqıy, 
yaşьlər östenə taşlandılar. Alarqa kotoçkıç karqau süz-
ləre yaudırdılar (Q.Bəşirov). 
Türk dillərində  qəti keçmiş zaman formasının  şa-
hidlik xüsusiyyətində müxtəlif məna çalarlarının ya-
ranması şəxs əvəzliklərinə əsaslanır.  

Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
161
 
 
 
 
Belə ki, hərəkət danışanın  şahidliyi və yalnız 
subyektin özü tərəfindən icra edildiyindən birinci 
şəxslə  əlaqədar olur və ona görə  də I məna çaları 
birinci şəxsin təkində özünü göstərir. II məna çalarında 
da subyektin şahidliyi özünü göstərir və burada 
subyekt iş, hal və ya hərəkətin iştirakçılarından birinə 
çevrilir. Bu isə əsasən birinci şəxsin cəmi üçün xarak-
terikdir.  
III məna çalarında isə hər hansı müəyyən hərəkətin 
icrası baş verir və burada subyekt hadisəyə yalnız 
şahidlik etməklə kifayətlənir. Bu məna çalarına ikinci 
və üçüncü şəxsin tək və cəmində rast gəlinir.  
Burada qeyd etmək lazımdır ki, digər cənub-qərb 
qrupu türk dillərinə nisbətən türkmən dilində müəyyən 
keçmiş zamanın işlənmə sferası daha genişdir.  
Məlumdur ki, Azərbaycan, türk və qaqauz dillərin-
də danışanın  şahidliyi olmadan baş verən hərəkət         
-mış/-miş şəkilçili qeyri-müəyyən keçmiş zamanla hə-
yata keçirilir, müasir türkmən dilində isə bu forma 
yoxdur, ona görə  də onu mənasının bir hissəsi  -dı/-di 
şəkilçili keçmiş zamanın köməkliyi ilə ifadə olunur
1

3.Ardıcıllıq xüsusiyyəti. Qəti keçmiş(-dı) zaman 
formasının bütün türk dillərində müşahidə olunan se-
mantik xüsusiyyətlərindən biri də icra olunan hərəkət-
lərin ardıcıl  şəkildə biri-birini izləməsidir. Burada 
“müəyyən bir hərəkət icra olunur, sonra onun nəticəsi 
olan digər hərəkətlər də icra edilir”
2
. Məs.:türk:Otur-
dum, romanda ne kadar Türk adı varsa değiştirdim
                                                 
1
 Чарыяров  Б.  Времена  глагола  в  тюркских  языках  юго-западной 
группы. АДД. Ашхабад, 1970, с. 51.  
2
 Axundov A.A. Felin zamanları. Bakı, ADU nəşri, 1961, s. 54.  

Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
162
 
 
 
 
Amerikan ismi koydum.elime bir yerden de Newyork”-
un planını geçirdim. Romandakı yer adları da Ameri-
kanca  oldu.  Şimdi sıra  geldi, romanın yazarına. Mark 
Obrien diye bir de ortaya Amerikan yazarı  çıkardım 
(A.Nesin,Çeviri Hikayeler, Romanlar); qaqauz:  İndim 
bän çaak o punarın suyuna, doldurdum  şişeyi da gü-
culä  çıktım, ama suladım onu(D.Kara Çoban); yakut: 
Биирдэ Микиитэ эĥэтэ дьие таĥыттан сүүрэн киир-
дэ,  кулун  бергэĥэтин,  таба  сађынньађын  хастыы 
тардыталаан ороЊЊо элитэлэттэ уонна таĥырьда 
төттөрү ыстанан тађыста.  
Təbii ki, hərəkətlərin ardıcıllığı, müəyyən zaman 
kəsiyini əhatə edir.Hərəkət ardıcıllığı arasındakı zaman 
məsafəsi müxtəlif ola bilər. Belə ki,bir neçə dəqiqə ön-
cəki hadisədə baş vermiş hərəkətin ardıcıllığı, eləcə də 
on il yaxud yüz il və s. arasında baş verən hərəkətlərin 
ardıcıllığı mümkündür. Nümunələrə  nəzər yetirək: 
Azərbaycan dilində: Sonra küncdəki maşın işə düşdü
işığı küçə pəncərəsini işıqlandırdı, sonra maşın da, elə 
bil, o uzun şinelli kimi, hirslə yerindən  götürüldü  və 
get-gedə səsi uzaqlaşdıeşidilməz oldu (Elçin,  Ağ də-
və); Onların dörd oğlu, bir qızı oldu, Gülməmməd Xo-
rasana gedib “Məşədi Gülməmməd” oldu. Amma Kər-
balayı İbixandan bir neçə il sonra Məşədi Gülməmməd 
də rəhmətə getdi. Kürdobanın başbiləni, qonaq qabağı-
na çıxanı, qan bağlayanı, elçi gedəni Səkinə arvad ol-
du. Dünyagörmüş kişilər deyərdilər, “Səkinə  ağılda, 
kamalda atası  Kərbalayı  İbixana çəkib” (İ.Əfəndiyev, 
Geriyə baxma, qoca). 
Müşahidələr onu deməyə  əsas verir ki, bu hərə-
kətlər real həyatda baş verənlərin zaman etibarilə bir-

Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
163
 
 
 
 
birini izləməsidir. Belə bir ardıcıllıqla baş verən hərə-
kətlər ümumi dinamikaya malikdir və onlardan biri di-
gəri üçün səbəb və ya nəticə bildirir
1
.  
Hərəkətlərin bir-birini izləməsi ardıcıllığı, eyni 
zamanda, digər zamanlar üçün də xarakterikdir. Fik-
rimizcə, bu hər bir zamana aid oluna bilən ümumi se-
mantik xüsusiyyətdir. Çünki eyni xüsusiyyəti indiki və 
gələcək zaman formalarında da müşahidə etmək olar.  
4. Qəti keçmiş zaman formasının semantik xüsu-
siyyətlərindən “birdəfəlilik” xüsusiyyətini xüsusi qeyd 
etmək lazımdır. Bu xüsusiyyət qəti keçmiş zamanın 
ifadə etdiyi iş, hal və ya hərəkətin dəfələrlə deyil, bir 
dəfə icra olunduğunu göstərir. Məsələn: Azərb.:Cavad 
bəy Cahangir bəylə birlikdə qalanın keşikçi dəstəsini 
möhkəmlətdikdən sonra qərargaha  qayıtdılar  (İ.Şıxlı, 
Ölən dünyam); Bir azdan Canəli imtahan vermiş tələbə 
kimi sevinə-sevinə içəridən  çıxdı  (İ.Məlikzadə); türk: 
Polis işe  karıştı. Çekişmenin sonunda Metin babasına 
kaldı  (A.Nesin); qaqauz: Dolapsiz avşamadak  döndü 
kuydän; Sabaylan onnar uyandılar erken (D.Kara Ço-
ban); Hepsi çingenelär kuvannar gibi sardılar balaban 
xem gözäl iyri çatma kaşlı Mixalakiyi (N.Baboglu); 
başqırd:70-90 yıllarda boşqird adabiyotida ko'plab pro-
zaik asarlar yaratildi 
Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin