Gülnarə Fəxrəddin qızı. Türk dillərində zaman kateqoriyası. Bakı. 2010,s. 1 A



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə10/13
tarix06.12.2016
ölçüsü2,89 Kb.
#962
1   ...   5   6   7   8   9   10   11   12   13

 
-dı<-acaq. “-dı... şəkilçisi vasitəsilə ifadə olunan 
gələcək zaman anlayışında qətilik daha kəskin çalarlı-
dır, icra olunmaq üçün nəzərdə tutulan hərəkət qarşı-
sıalınmazdır. -acaq... şəkilçisi ilə ifadə olunmuş  gələ-
cəklik nə qədər qəti olsa da, hərəkətin icrasında istisna 
ola bilər, müsahib hərəkətin icra olunmasına etiraz edə 
bilər, onu təxirə sala bilər və s”
2

Azərb.: –Gəlməyəcəklər ki?.. – Bəlkə yayda gəl-
dilər. Ancaq deyirdi ki, getmək istəmirəm (S.Səxavət, 
Daş evlər); -Klubda gənclərin iclası olacaq, sonra da 
                                                 
1
 http://yazıkiiteratura.boom.ru/linqva.html. 
2
 Məmmədov İ. Azərbaycan dilində qrammatik sinonimlik. Bakı, Azərb. 
Dövlət Universiteti, 1985, s. 109.  

Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
185
 
 
 
 
kino göstərəcəklər, gələcəksənmi? – Bəlkə  gəldim, -
deyə Zərifə könülsüz cavab verdi(M.Süleymanov, Ye-
rin sirri); -Dur, Səriyyə xala, gəl halallaşaq, kim bilir 
bir də bir-birimizi grəcəyikmi? Bəlkə mən Rəştə, əmi-
min yanına getdim...; -Səriyyə xala, bu oğlan sənə Səa-
dət xanımın evini nişan verər. Onun əsil adı Qəmərba-
nudur. Bəlkə Gülnazı tapdın  (M.İbrahimov, Gələcək 
gün); - Yəqin bu mənim axırıncı quyumdu. Kim bilir, 
bəlkə Minnət qarıdan tez ölüb getdim...(İ.Məlikzadə, 
Quyu); ...Sabah orada görüşərik. Bəlkə,Gülmalı kişinin 
oğlunu da orada gördüm (S.Əhmədov, Gülmalı kişinin 
axırı); türk:Müneccim-(Düşünür) Hastayı iyi edemez-
lerse biz de öldük (N.Hikmet). 
-dı < -ar. Azərb.: - Birdən gəldi?.. –Bu, əlbəttə, o 
deyən söz idi ki, yəni mən sənə inanıram, öz işində ol, 
mənə fikir vermə (Elçin, Ağ dəvə); 
Türk və Azərbaycan dillərinin zaman baxımından 
oxşar cəhətlərindən biri də -maz, -məz şəkilçisinin bi-
rinci şəxsin təkini ifadə edə bilməsidir. Belə ki, bəzən 
üçüncü  şəxsin təki birinci şəxsin təkini  əvəz edə bilir 
və bu zaman heç bir şəxs sonluğundan istifadə olun-
mur. Maraqlısı budur ki, üçüncü şəxsin təki birinci 
şəxsin təkinin yerində  işlənərkən gələcək zaman for-
masını deyil, indiki zamanın inkarını ifadə edir. Məs.: 
Azərbaycan dilində:  
Hiç məraq istəməz, xayır, haşa 
Bana sən mane olmadın əsla.   
Şu qəza doğdu bir təsadüfdən,          
Məni tale ayırdı Arifdən (H.Cavid, İblis) 
İstəməz başqa laf!   
Söylə, açıq söylə, hər nə var, söylə! 

Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
186
 
 
 
 
Doğru söylə, İsmət! Şaşırma böylə.(H.Cavid, Ana) 
-Dərisini sənin üçün qurudacağıq, -dedi. –Sağ olun, 
istəməz  (İ.Əfəndiyev); -Kağızlarını  bəri ver baxım. –
İstəməz, -Əsmər başını buladı, kağızlarda hər  şey 
yerindədir (M.Süleymanov); türk dilində: Mehmene 
Banu – gidin (Servinaza). Sen Gülteni yolla buraya. 
Gelen –İstemez, kimse gelmesin(N.Hikmet); Kahval-
tıdan sonra Hayriye Hanım, kocasının öğle yemeğini 
hazırlamağa başlamıştı. Ali Rıza bey, kızararak: -İste-
mez hanım, zahmet etme...dedi (R.N.Güntekin, Yaprak 
dökümü).  
 Türk  dilində geniş zamanın birinci şəxsin təkinin 
inkarını bildirən -mam, -məm şəkilçisi bəzən indiki za-
man formasını əvəz edə bilir və bu xüsusiyyətə Azər-
baycan dilində də rast gəlinir. Azərbaycan dilində: 
Bilməm, bu da bir həyatmı, yahu?  
Bir gün bizə Varmı rahət uyqu?   (H.Cavid, İblis)  
Qaqauz dilinin səciyyəvi xüsusiyyətlərindən biri də 
açan “haçan” sözünün feli bağlama  şəkilçilərini  əvəz 
edə bilməsidir; məs.: 
Açan biz geldik, kız yoktu orada (D.Kara Çoban, 
Tamannık); Tätü, ama niҗeydi o zaman, açan siz 
başladınız? Hadi soolä! Söölesänä ba-a-a!; Açan 
sesleyiҗilär bunnarı  işittilär hepsi başladılar bayıla-
bayıla gülmää, sadä benim çoҗuum Lambu eltenmädi 
gülsün, o, bezbelli, yınanamazdı, ani bu işlär var aslı; 
Açan o etişti, primprietor taa gelmemişti (N.Baboqlu). 
 
 
 
 

Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
187
 
 
 
 
 
NƏTİCƏ 
 
 Türk  dillərində felin zamanlar sistemində ümumi 
cəhətlərlə yanaşı xüsusi cəhətlərin olması onu göstərir 
ki, hər bir türk dilində felin zamanlarının özünəməxsus 
inkişaf tarixi vardır. Müasir türk dillərində felin za-
manları mövzusunda apardığımız tədqiqat nəticəsində 
əldə olunmuş nəticələr aşağıdakılardan ibarətdir: 
1.  İstər Azərbaycan dilçiliyində, istərsə  də digər 
türk dillərində felin zamanları ilə bağlı kifayət qədər 
tədqiqatlar aparılsa da, onların sayının müəyyənləş-
dirilməsi ilə bağlı  qəti fikir söyləmək çətindir. Çünki 
hər bir türk dilində fel 3 məntiqi zaman kateqoriyasına 
əsaslansa da, qrammatik cəhətdən müxtəliflik hökm 
sürür.  
2.Türk dillərində felin zaman formalarının müqayi-
səsindən aydın olur ki, felin bəzi zaman şəkilçiləri       
(-ar, -dı) bütün türk dillərində, bəzi zaman şəkilçiləri 
qrup daxilində  (-mış) – oğuz qrupu türk dillərində  və 
salar dilində; bəziləri (-a, -e, -y; -qan, -kən) əksər türk 
dillərində – qıpçaq, bulqar, karluq qrupu türk dillərində 
özünü göstərir. 
Bəzi zaman şəkilçiləri qrup daxilində (-mış) – oğuz 
və karluq qrupu türk dillərində  və tuva dilində mü-
şahidə olunur. Lakin -mış zaman şəkilçisinin istifadə 
olunduğu digər türk dillərindən fərqli olaraq salar di-
lində fərqli mövqedə çıxış edir və bu xüsusiyyət yalnız 
bu dil üçün xarakterik hesab olunur. Belə ki, salar di-
lində  -mış zaman şəkilçisi  -dı  şəkilçisinin fonetik va-
riantı olan -ži-nin ekvivalenti hesab olunaraq, biri digə-

Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
188
 
 
 
 
rini asanlıqla əvəz etməklə eynihüquqlu sinonim şəkil-
çi kimi çıxış edir. -mış şəkilçisinin yerinə yetirdiyi za-
man funksiyası isə salar dilində  -qan  şəkilçisi vasitə-
silə yerinə yetirilir. Türk dillərində morfoloji göstəri-
cilərlə bağlı belə istisna hallar rastgəlinəndir.  
Bəzi zaman şəkilçiləri yalnız müəyyən bir türk dili 
üçün spesifik sayılır: indiki zaman üzrə: -yor türk dili, 
-yar, -yər türkmən dili, -ıuçu, -iuçan qaraçay-balkar 
dili,  -atığan barabin tatarlarının dili, -por salar dili, 
keçmiş zaman üzrə: -ça, -çe xakas və şor dilləri, -qalak 
xakas dili, -çan, -çen xakas və tuva dilləri, gələcək 
zaman üzrə:-qadıq, -gedik şor dili, -qalak, -kalak altay, 
tuva,  şor və barabin-tatar dilləri üçün xarakterik olan 
zaman şəkilçiləridir. 
Zaman kateqoriyasının qrammatik baxımdan ifadə-
si etibarilə oğuz, qıpçaq, bulqar, karluq və uyğur-oğuz 
qrupu türk dillərində araşdırmalar nəticəsində qramma-
tik uyğunluqlar və qrammatik ayrılmalar müəyyən 
edilmişdir. Konkret olaraq keçmiş zaman forması üzə-
rində apardığımız tədqiqat onu deməyə  əsas verir ki, 
iki keçmiş zaman forması bütün türk dilləri üçün xa-
rakterikdir. Bunlardan birincisi -dı şəkilçili keçmiş za-
man forması bu və ya digər fonetik variantlarla bütün 
türk dillərində çıxış edir. Təbii ki, bu bütün türk dilləri-
nin qrammatik uyğunluğunu şərtləndirən cəhətdir. Di-
gər ikinci forma isə müasir Azərbaycan, türk, qaqauz 
dillərində  -mış, qıpçaq, bulqar, karluq və uyğur-oğuz 
qrupu türk dillərində  -qan  şəkilçisi vasitəsilə  həyata 
keçirilir. Bütün türk dillərinin eyni dil quruluşuna ma-
lik olmasına baxmayaraq fərqli elementlərin aşkarlan-
ması dillərdə qrammatik ayrılmaları şərtləndirir. 

Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
189
 
 
 
 
İndiki zaman əksər türk dillərində ifadə forması   
-a, -e, -y  şəkilçisidir. Araşdırdığımız müasir qazax
qırğız, altay, noqay, qaraqalpaq, krım-tatar, qaraçay-
balkar, özbək, qumuq, kazan-tatar, başqırd, tuva, xa-
kas, tofalar, barabin-tatar və çuvaş dillərində bu və ya 
digər fonetik variantlarda özünü göstərir. Bu o demək-
dir ki, -a, -e, -y şəkilçili indiki zaman forması qıpçaq, 
bulqar qrupu türk dillərinə daxil olan hər bir türk dili 
üçün xarakterikdir. Karluq qrupu türk dillərindən yal-
nız özbək dilində, uyğur-oğuz qrupu türk dillərində isə 
şor dilindən başqa, digər tuva, xakas, tofalar və barabin 
tatarlarının dilində rastlanır.  
Türk dillərində felin gələcək zaman sistemində 
qrammatik uyğunluqlar və qrammatik ayrılmalar bəzən 
bütün dil qruplarını, bəzən bir neçə dil qrupunu, bəzən 
isə yalnız bir qrupu əhatə edir. Bu baxımdan gələcək 
zaman üzrə bütün türk dillərini əhatə edən qrammatik 
forma -r, -ar, -ər, -ır, -ir, -ur, -ür şəkilçili gələcək za-
man formasıdır. Ayrı-ayrı qruplar daxilində özünü gös-
tərən gələcək zamanın qrammatik göstəricisi isə -acaq, 
-əcək  şəkilçili gələcək zaman formasıdır. Bu zaman 
forması Azərbaycan, türk, türkmən, qaqauz, noqay, qu-
muq, özbək, başqırd, krım-tatar, qaraqalpaq, kazan-ta-
tar, yakut dillərində özünü göstərir. 
3. Türk dillərində zaman formaları ilə  işlənən 
şəxs sonluqları spesifikliyi, variantlılığı ilə seçilir. Belə 
ki, bütün türk dillərində zaman formalarında işlənən 
şəxs sonluqları -m, -қ, (-k), (-q) şəxs sonluqlarıdır. Bu 
da -dı şəkilçili keçmiş zaman formasının mövcudluğu 
ilə bilavasitə  əlaqədardır.Müasir Azərbaycan, türk, 
qaqauz dillərində şəxs sonluqlarında sağır nun (ŋ) mü-

Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
190
 
 
 
 
şahidə olunmur. Bu dillər istisna olmaqla, türkmən di-
lində və qıpçaq, bulqar, karluq, uyğur-oğuz qrupu türk 
dillərində ikinci şəxsin tək və cəmində sağır nundan(ŋ) 
istifadə edilir.  
Oğuz qrupu türk dilləri istisna olmaqla, digər qıp-
çaq, bulqar, karluq, uyğur-oğuz qrupu türk dillərində 
şəxs  əvəzliklərilə eyni fonetik tərkibli  şəxs sonluqları 
özünü göstərir. Bu şəxs sonluqları əsasən, -dı şəkilçili 
keçmiş zaman formasından başqa bütün zaman forma-
larına şamil edilir. 
Bəzi türk dilləri vardır ki, burada zaman formaları 
şəxs sonluqları olmadan ifadə olunur. Məhz bu səbəb-
dən felin neçənci  şəxsə aid olduğunu bildirmək üçün 
fel formasından əvvəl şəxs əvəzliklərinin işlənməsi zə-
ruridir. Salar və sarı-uyğur dillərində bütün zaman for-
maları, tofalar dilində indiki və gələcək zaman forma-
ları, türkmən dilində qəti gələcək zaman forması şəxs 
sonluqları olmadan ifadə olunur. 
4. Müqayisə olunan türk dillərində felin hər üç 
zaman formasının – keçmiş, indiki və  gələcək zaman 
formalarının transpozisiyası özünü göstərir. Bu isə türk 
dillərində zaman kateqoriyasının qrammatik cəhətdən 
zənginliyini və inkişafını əks etdirir. Bu xüsusiyyət ey-
ni zamanda semantik əlamətlərin də  zənginliyini  şərt-
ləndirir. 
Türk dillərində -dı<-mış, -ır<-dı, -ır<-mış, -ıb,    
-dı<-ır, -acaq<-ır, -ır<-acaq, -ır<-ar, -ar<-acaq, -dı< 
-acaq, -dı<-ar və s. kimi üslubi məqamlar özünü gös-
tərir.  
5. Həmhüdud kateqoriyalarda zaman məsələsi ilə 
əlaqədar alınan nəticə  ondan ibarətdir ki, feli sifət və 

Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
191
 
 
 
 
felin  şəkillərində zaman kateqorik şəkildə olmasa da, 
anlayış kimi hər birində mövcuddur. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
192
 
 
 
 
Гюльнара АЛИЕВА 
 
КАТЕГОРИЯ ВРЕМЕНИ 
 В ТЮРКСКИХ ЯЗЫКАХ 
РЕЗЮМЕ 
В монографии в сравнительном аспекте иссле-
дуются  материалы  тюркских  (огузского,  кыпчак-
ского,  булгарского,  карлугского,  уйгур-огузского) 
языков.  
Монография  состоит  из  введения,  трех  глав, 
заключения и списка использованной литературы.  
Первая глава монографии называется «Вопро-
сы  изучения  глагольных  времен  в  тюркских  язы-
ков».  Первая  глава  затрагивает  следующие  вопро-
сы: исследование глагольных времен, принципы их 
классификации,  обозначение  терминами  времен-
ных форм и т.п. в азербайджанском и других част-
ных тюркских языкознаниях.  
Вторая глава посвящена анализу «Средств вы-
ражения глагольных времен в тюркских языках». В 
ней  исследуются  морфологические  средства  выра-
жение  настоящего,  прощедшего  и  будущего  вре-
менных форм в тюркских языках. Анализ опирает-
ся на богатую источниковую базу. 
Вместе  с  тем  в  сравнительном  плане  просле-
живается  диалектологический  аспект  категории 
времени глагола в тюркских языках.  
Третья  глава  монографии  называется  «Кате-
гория  времени  в  смежных  явлениях,  семантиче-
ский  и  стилитический  аспекты  глагольного  вре-
мени  в  тюркских  языках».В  данной  главе  особое 

Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
193
 
 
 
 
внимание  уделено  исследованию  личных  оконча-
ний глагольных временных форм, а также времени 
в сопряженных категориях. Анализируются общие 
и  специфические  особенности  семантики  глаголь-
ных  времен.  В  этой  главе  отражена  транспозиция 
трех  (настоящего,  прошедшего  и  будущего)  вре-
менных форм глагола, что, в свою очередь, свиде-
тельствует  о  богатстве  и  развитии  категории  вре-
мени  с  грамматической  точки  зрения,  обуславли-
вающий семантические признаки и богатство кате-
гории времени.  
В «Заключении» обобщаются основные поло-
жения монографии. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
194
 
 
 
 
Gulnara Fakhraddin ALIYEVA 
 
TENSE CATEGORY IN TURKIC  
LANGUAGES 
SUMMARY 
The monograph has been investigated on the basis 
of the materials of all Turkic languages – oguz, gyp-
chag, bulgar, karlug, uygur-oguz group. The research 
work consists of an introduction, three chapters, a con-
clusion and the list of the used literature. 
In the first chapter of the monograph which is 
named “Problems of the research of the verb tenses in 
Turkic languages” the study of the verb tenses, the 
principles of their classification, expression of the 
tense forms through terms are analyzed not only in 
Azerbaijani linguistics, but also in other Turkic lan-
guages. 
The second chapter has been dedicated to the study 
of “Methods of expression of the verb tenses in Turkic 
languages”. Morphological features which express 
past, present, future tense forms are researched and 
based on the rich sources, at the same time the catego-
ry of tense of the verb in the compared Turkic lan-
guages is investigated from the diachronic aspect. 
The third chapter is named “The tense in the related 
category and semantic and stylistic features of the verb 
tenses in Turkic languages”. In order to study the prob-
lem put in this chapter personal suffixes in the verb 
tenses and the tense of the related category have been 
investigated in details, general and special properties 
in the semantics of the verb tenses have been found 

Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
195
 
 
 
 
out. The transposition of all three tense forms- past, 
present and future tense forms of the verb in Turkic 
languages have been looked through in this chapter. It 
reflects the richness of the verb tense category from a 
grammatical point of view and development.At the 
same time this feature also denotes the richness of the 
semantic features. 
Essential points of the monograph obtained in the 
process of the investigation have been summed up in 
the conclusion.   
 
 
 
 

Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
196
 
 
 
 
 
 
İXTİSARLAR 
АДД – Автореферат докторской диссертации. 
АКД – Автореферат кандидатской диссертации. 
АН СССР – Академия Наук СССР 
СТ – «Советская тюркология».  
TDK – Türk Dil Kurumu.  
DD – Doktorluq dissertasiyası. 
DDA – Doktorluq dissertasiyasının avtoreferatı. 
ND – Namizədlik dissertasiyası.  
NDA – Namizədlik dissertasiyasının avtoreferatı. 
 
 
 
 
 
 
 
 
 
 
 

Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
197
 
 
 
 
 
İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT 
 
Azərbaycan dilində  
1.
 
Abdullayev Ə.Z. Azərbaycan dili məsələləri. Bakı, 
Bakı Universiteti nəşriyyatı, 1992, 330 səh.  
2.
 
Axundov A.A. Bir daha qrammatik normalar haq-
qında. Dil və mədəniyyət. Bakı, Yazıçı, 1992, s.94-
102.  
3.
 
Axundov A.A. Dilin estetikası. Bakı, Yazıçı, 1985, 
224 s.  
4.
 
Axundov A.A. Felin gələcək zamanı.//Azərbaycan 
dili və ədəbiyyatının tədrisi. I buraxılış. Bakı, 1960, 
s.89-95. 
5.
 
Axundov A.A.Felin indiki zamanı.//Azərbaycan dili 
materialları əsasında. S.M.Kirov adına ADU-nun 
Elmi əsərləri. Bakı, 1958, №2, s.119-130. 
6.
 
Axundov A.A. Felin keçmiş zamanı. Şühudi keçmiş. 
S.M.Kirov adına ADU-nun Elmi əsərləri. Bakı, 
1958, №4, s.43-52.  
7.
 
Axundov A.A. Felin zaman kateqoriyaları. Filologi-
ya elmləri namizədi alimlik dərəcəsi almaq üçün 
təqdim olunmuş avtoreferatı.(NDA).Bakı,1958,25 s.  
8.
 
Axundov A.A.Felin zaman kateqoriyasının tədqiqi 
tarixindən.//Aspirantların elmi əsərləri.3-cü buraxı-
lış. Bakı. 1957, s.21-37.   
9.
 
Axundov A.A. Felin zamanları məsələsinə dair. //  
S. M.Kirov adına ADU-nun Elmi əsərləri. Bakı, 
1958, №2, s.133-136.  
10.
 
Axundov A.A. Felin zamanları. Bakı, ADU nəşri, 
1961, 137 s. 
11.
 
Axundov A.A. Felin zamanlarının üslubi xüsusiy-
yətləri. //Filologiya fakültəsinin əsərləri. Bakı, 1958, 
s.211-213. 

Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
198
 
 
 
 
12.
 
Axundov A.A.Fəlsəfi və qrammatik zaman kateqo-
riyaları. Dil və ədəbiyyat. I cild, 2003, s.199-204. 
13.
 
Axundov A.A.Türk dillərində felin zaman formala-
rının mənşəyi məsələsinə dair. Dil və ədəbiyyat. I 
cild. Bakı, 2003, s.266-276.  
14.
 
 Axundov A.A. Türk dillərində zaman və sıra kate-
qoriyalarının qarşılıqlı əlaqəsi. Dil və ədəbiyyat. I 
cild, 2003, s.200-266. 
15.
 
Axundov A.A.Ümumi dilçilik(Dilçiliyin tarixi nəzə-
riyyəsi və metodları.Bakı,“Maarif” nəşriyyatı, 1979, 
254 s.  
16.
 
Azərbaycan dilinin Dərbənd dialekti. Bakı, “Elm”, 
2009, 445 s.  
17.
 
Azərbaycan dilinin Qərb qrupu dialekt və şivələri. I 
cild, Bakı, Azərb. SSR. EA nəşriyyatı, 1967, 280 s.  
18.
 
Azərbaycan dilinin qrammatikası. I h., Bakı, Azərb. 
SSR EA nəşriyyatı, 1951, 333 s.  
19.
 
Azərbaycan dilinin qrammatikası. I h., Morfologiya, 
Bakı, 1960, Azərb. SSR EA nəşriyyatı, 334 s.  
20.
 
Azərbaycan dilinin Muğan qrupu şivələri. Bakı, 
Azərb. SSR EA nəşriyyatı, 1955, 262 s.   
21.
 
Bağırov Ə.A. Azərbaycan dilinin üslubıyyatı (mor-
fologiya). Bakı, ADU nəşri, 1985, 77 s.  
22.
 
Bağırov Q. Azərbaycan dilində fellərin leksik-se-
mantik inkişafı. Bakı, Maarif, 1971, 160 s.  
23.
 
Binnətova G. Azərbaycan dilinin Lerik rayonu şivə-
ləri. Bakı, “Nurlan”, 2007, 175 s.  
24.
 
Budaqova Z., Hacıyev T. Azərbaycan dili. Bakı, 
Elm, 1992, 198 s.  
25.
 
Cahangirov F. İngilis dilində perifrastik zaman for-
maları və onların Azərbaycan dilində ifadə forma-
ları. NDA. Bakı, 2000, 23 s. 
26.
 
Cəfərov S. Azərbaycan dilində söz yaradıcılığı. 
Bakı,Azərbaycan Universiteti nəşriyyatı,1960,203 s.  

Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
199
 
 
 
 
27.
 
Cəfərova B. İngilis və Azərbaycan dillərində felin 
zamanları sistemi. DDA. Bakı, 2006, 34 s.  
28.
 
 Cəlilov F. Azərbaycan dili morfonologiyasından 
oçerklər. Bakı, ADU, 1985, 108 s.  
29.
 
Dəmirçizadə Ə.M. “Kitabi-Dədə Qorqud” dastanla-
rının dili. Bakı, Elm, 1999, 140 s. 
30.
 
Dəmirçizadə Ə.M. Azərbaycan dilinin tarixi qram-
matikası. Bakı, ADPİ., 1967, 52 s. 
31.
 
Eyvazova R. Kişvəri “Divan”ında -ğay, -ğa, -ay for-
malarının məna xüsusiyyətləri.//Azərbaycan SSR 
Elmlər Akademiyasının xəbərləri.Bakı,“Elm”, 
1974, s.75-81.  
32.
 
Eyvazova R. Kişvəri “Divan”ının dili (morfoloji xü-
susiyyətlər). Bakı, “Elm”, 2005, 154 s.  
33.
 
Əfəndiyeva T. Azərbaycan ədəbi dilinin üslubiyyat 
problemləri. Bakı, Elm, 2001, 182 s.  
34.
 
 Əfəndiyeva T. Felin keçmiş zaman formaları. Bakı, 
“Nurlan”, 2005, 132 s. 
35.
 
Əliyev V. Azərbaycan dilində feli bağlama. Bakı, 
ADPİ, 1989, 95 s.  
36.
 
Əliyev V. Azərbaycan dilində feli sifət. Bakı, 1989,  
37.
 
 Əlizadə S.Q. Orta əsrlərdə Azərbaycan yazı dili. 
Bakı, ADU, 1985, 84 s.  
38.
 
Əsgərov M.B. Zaman formaları. Adverbial formala-
rı və onlar arasında funksional semantik əlaqələr. 
Bakı, “Nurlan”, 2002, 146 s.  
39.
 
Əskər Ramiz. Mahmud Kaşğari və onun “Divanü 
lüğat-it-türk” əsəri. Bakı, “MBM”, 2008, 432 s.  
40.
 
Əzizov E. Azərbaycan dilinin tarixi dialektologiya-
sı. Bakı, Bakı Universiteti nəşriyyatı, 1999, 352 s.  
41.
 
Hacıyev T.İ. -dürür/-türür şəkilçisinin mənşəyinə 
dair.Türk dillərinin tarixi morfologiyasına dair araş-
dırmalar. Bakı, Universiteti nəşriyyatı,1990,63-66 s. 

Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
200
 
 
 
 
42.
 
Həsənova G. Fel zamanlarının müqayisəli tipologi-
yası. Dis...f.e.n.. Bakı, 2009, 132 s. 
43.
 
Hüseynzadə Ç. Azərbaycan dilində morfoloji norma. 
Bakı, Nurlan, 2004, 280 s.  
44.
 
 Hüseynzadə M. Müasir Azərbaycan dili. Bakı, 
Maarif, 1973, 358 s. 
45.
 
 Hüseynzadə M. Müasir Azərbaycan dili. Bakı, 
Maarif, 1983, 319 s. 
46.
 
Xəlilov B. Müasir Azərbaycan dilinin morfologiyası. 
II hissə. Bakı, Nurlan, 2007, 351 s.  
47.
 
Xəlilov Ş.X. Felin vacib şəklinin tarixi inkişafı və 
müzare zamanın inkarı haqqında. Türk dillərinin 
leksik-morfoloji quruluşu. Bakı, S.M. Kirov adına 
ADU nəşri, 1981, s.71-84. 
48.
 
 İslamov M.İ. Azərbaycan dilinin Nuxa dialekti. 
Bakı, Azərb. SSR EA nəşriyyatı, 1968, 274 s.  
49.
 
 İslamov M.İ. Türk dillərində əvəzliklər. Bakı, Elm, 
1986, 204 s.  
50.
 
 Kazımov İ.Axısqa türklərinin dili.Bakı,1999, 278 s. 
51.
 
 Qurbanov A. Müasir Azərbaycan ədəbi dili. Bakı, 
Maarif, 1985, 405 s.  
52.
 
 Məmmədov İ. Azərbaycan dilində qrammatik sino-
nimlik.Bakı, Azərb. Dövlət Universiteti, 1985,87 s.  
53.
 
 Məmmədov N. Azərbaycan dilçiliyinin nəzəri əsas-
ları. Bakı, Maarif, 1971, 367 s.  
54.
 
 Məmmədova N. Azərbaycan dilində fel şəkillərinin 
semantikası. Dis...f.e.n... Bakı, 2000. 
55.
 
Mirzəliyeva M.M. Məna növ şəkilçili bəzi fellərin 
etimoloji təhlili./Türk dillərinin tarixi-müqayisəli 
leksikologiyası məsələləri. I cild. Bakı, Kitab aləmi, 
2004, s. 172-181. 
56.
 
Mirzəyev H. Azərbaycan dilində fel. Bakı, “Maarif” 
nəşriyyatı, 1986, 316s.  

Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
201
 
 
 
 
57.
 
 Mirzəzadə H. Azərbaycan dilinin tarixi qrammati-
kası. Bakı, Azərb.Universitet nəşriyyatı,1990, 375 s.  
58.
 
 Mirzəzadə H. Azərbaycan dilinin tarixi morfologi-
yası. Bakı, Azərb. Dövlət tədris-pedaqoji ədəbiyyatı 
nəşriyyatı, 1962, 369 s.  
59.
 
Mirzəzadə H. M.Füzulinin dili. Bakı, 1965, 91 s. 
60.
 
Müasir Azərbaycan dili. II cild. Bakı, “Elm” nəşriy-
yatı, 1980, 510 s.  
61.
 
Müasir Azərbaycan dilinin morfologiyası. Bakı, 
APİ-nin nəşri, 1961, 190 s.  
62.
 
 Oğuz qrupu türk dillərinin müqayisəli qrammati-
kası. II hissə. Morfologiya. Bakı, Elm, 1986, 132 s.  
63.
 
 Öksüz A.M. Müasir türk və Azərbaycan dillərində 
felin zamanları. NDA. Bakı, 2003, 27 s.  
64.
 
Rəcəbli Ə. Qədim türk yazısı abidələrinin dili. I 
hissə. Bakı, Nurlan, 2006, 648 s. 
65.
 
 Rəhimov M.Azərbaycan dilində fel şəkillərinin for-
malaşması tarixi. Bakı, Azərb. SSR EA nəşriyyatı, 
1965, 266 s.  
66.
 
Rəsulov Ə.,Rüstəmov R.Türk dili.Bakı, Azərbaycan 
Universiteti nəşriyyatı, 1989, 226 s.    
67.
 
 Rüstəmov R.Ə. Azərbaycan dilinin dialekt və şivə-
lərində fel. Bakı, Azərb. SSR EA nəşriyyatı, 1965, 
320 s. 
68.
 
 Rüstəmov R.Ə. Quba dialekti. Bakı, Azərb. SSR 
EA nəşriyyatı, 1961, 281s.  
69.
 
Sadıqov R. Müxtəlifsistemli dillərdə obyektiv və 
qrammatik zaman əlaqələri. Bakı, “Nurlan”, 2004, 
115 s.  
70.
 
 Serebrennikov B.A., Hacıyeva N.Z. Türk dillərinin 
müqayisəli tarixi qrammatikası. Bakı, Səda nəşriy-
yatı, 2002, 380 s.  
71.
 
 Seyidov Y. Azərbaycan dilinin qrammatikası (mor-
fologiya). Bakı,Bakı Universiteti nəşri, 2000, 374 s.  

Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
202
 
 
 
 
72.
 
Şəbnəm Həsənli. Mahmud Kaşğarlının “Divanü Lu-
gati-it-Türk” əsərində felin zamanları.// Tədqiqlər. 
Bakı, 2008, № 3-4. s. 33-38.  
73.
 
 Şirəliyev M. Azərbaycan dialektologiyasının əsas-
ları. Bakı, Azərtədrisnəşr, 1962, 423 s.  
74.
 
Tahirov İ.Azərbaycan və ingilis dillərində gələcək 
zaman mikrosahəsi // “Tədqiqlər”, 2007, №3, s.207-
222.  
75.
 
 Tahirov İ. Azərbaycan və ingilis dillərində zaman 
kateqoriyası. Bakı, “Nurlan”, 2007, 324 s.  
76.
 
Tahirov İ. Temporallıq sahəsinin üfüqi strukturu 
(Azərbaycan dili materialları əsasında). //Türkolo-
giya №1-2, Bakı, 2007, yanvar-iyun, s.46-52. 
77.
 
Vəliyev A.H. Azərbaycan dialektologiyası (keçid 
şivələrin morfologiyası və sintaksisi). Bakı, ADU 
nəşri, 1975, 120 s.  
78.
 
Vəliyev İ. Mahmud Kaşğarinin “Divanü lüğət-it-
türk”də keçmiş zamanın ifadə vasitələri. Elmi əsər-
lər – Учение записки. Dil və ədəbiyyat seriyası. 
Bakı, S.M.Kirov adına Azərb. Dövlət Universiteti. 
1968, №5,  s. 89-96. 
79.
 
Vəliyev İ.D. Azərbaycan yazılı abidələrinin dilində 
-ıb şəkilçili nəqli keçmiş zaman. //Türk dillərinin ta-
rixi morfologiyasına dair araşdırmalar. Bakı, Uni-
versiteti nəşriyyatı, 1990, s.47-57. 
80.
 
Vəliyev İ.D. Azərbaycan yazılı abidələrinin dilində 
-mış şəkilçili nəqli keçmiş zaman. //Türk dillərinin 
leksik-morfoloji quruluşu. Bakı, S.M. Kirov adına 
ADU nəşri, 1981, s.85-96. 
81.
 
 Zeynalov F. Türk dillərinin müqayisəli qrammati-
kası. II. Bakı, ADU nəşriyyatı, 1975, 130 s.  
82.
 
 Zeynalov F. Türkologiyanın əsasları. Bakı, Maarif, 
1981, 347 s.  
Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin