MəMMƏdova fəRİDƏ Səbuhi Azərbaycan Dillər Universiteti



Yüklə 27,87 Kb.
səhifə1/2
tarix16.04.2023
ölçüsü27,87 Kb.
#98891
  1   2
Məmmədova Fəridə məqalə1


MƏMMƏDOVA FƏRİDƏ Səbuhi
Azərbaycan Dillər Universiteti
e-mail: mammedoffaa7@gmail.com
+994705325595
FRAZEOLOJİ BİRLƏŞMƏLƏRİN İNKİŞAF YOLU .
Açar sözlər. Frazeoloji birləşmələr, tarixi, ümumi dilçilikdə frazeologiya, Azərbaycan dilçiliyində frazeologiya
Key words. Phraseological combinations, history, phraseology in general linguistics, phraseology in Azerbaijani linguistics
Ключевые слова. Фразеологические сочетания, история, фразеология в общем языкознании, фразеология в азербайджанском языкознании

Dilin zənginləşməsi prosesində məhz frazeoloji birləşmələrin rolu böyükdür. Frazeoloji birləşmələrdə xalqın adət və ənənələrinin, tarixi keçmişinin, milli psixologiyasının aydın, parlaq əks olunduğunu görə bilirik. Məlumdur ki, frazeologiya sırf müstəqil dilçilik sahəsi kimi birdən-birə yaranmamışdır. Ümumiyyətlə, frazeologiya müstəqil bir elm kimi təşəkkül tapdıqdan sonra diqqəti daha çox cəlb etmiş, müxtəlif aspektlərdə təhlil olunmağa başlanmışdır


Dilçiliyin tarixindən məlumdur ki, müstəqil dilçilik şöbəsi kimi frazeologiya birdən-birə yaranmamışdır. Bir çox dilçilik sahəsi kimi frazeologiyanın da müstəqil dilçilik şöbəsi kimi formalaşması uzun tarixi bir prosesin nəticəsidir. İstər ümumi dilçilikdə, istərsə də Azərbaycan dilçiliyində frazeologiyadan əvvəllər leksikologiyanın bir şöbəsi kimi bəhs etmişlər. Sonralar isə frazeologiyanın rəngarəngliyi, zəngin təbiəti nəzərə alınaraq frazeologiyanın müstəqil dilçilik şöbəsi kimi araşdırılması və frazeologiya adlanan dilçilik şöbəsinin yaradılması zərurəti yaranmışdır. Buna görə də Azərbaycan dilçiliyində də frazeologiyanın inkişaf tarixinin hərtərəfli öyrənilməsi aktual xarakter daşıyır.Azərbaycan dilçiliyində, o cümlədən keçmiş sovet dilçiliyində də qəbul edilmişdir ki, frazeologiya bir elm sahəsi kimi məhz SSRİ dövründə təşəkkül tapmışdır.
Frazeologiyanın ümumi dilçilikdə inkişafından danışarkən F. Sössürün adını xüsusilə vurğulamalıyıq. Salayeva Fidan “ XX əsrin ikinci yarısında Azərbaycan dilçiliyində farzeologiya nəzəriyyəsinin inkişafı” adlı avtoreferatında F.Sössürün bu sahədə araşdırmaları haqqında yazır: “F.de Sössür iki növ sistem əlaqə haqqında danışır. Bunlardan birini assosiativ, digərini isə sintaqmatik adlandırır. Assosiativ əlaqələr seçim nəzərdə tutur. Yəni eyni vəzifəni yerinə yetirən iki və yaxud ikidən çox işarədən biri seçilib nitqdə istifadə oluna bilər. Sössürün fikrinə görə, eyni vəzifə ilə bağlı sistemdə neçə ünsür varsa, bunlar assosiativ əlaqələrlə bir-birilə bağlıdır. Paradiqma isə həmişə müəyyən bir əlamət üzərində qurulur. Bunların əksi olan sintaqmatik əlaqələr də, əslində, assosiativ səciyyə daşıyır. Sadəcə, bu assosiasiyalar paradiqmatik assosiasiyalardan fərqlənir. Sintaqmatik əlaqələrin mahiyyəti ondadır ki, dil ünsürlərinin heç biri müstəqil şəkildə nə öz məzmununu realizə edə bilir, nə də öz vəzifəsini yerinə yetirə bilir” ( 7, s. 7)
H. Bayrmov da öz monoqrafiyasında F. de Sössürün frazeoloji birləşmələrin sərbəst söz birləşmələrindən necə fərqləndiyini göstərərkən yazır: “ Biz hər şeydən əvvəl, külli miqdarda ifadələrə rast gəlirik ki, bunları dilə aid etmək lazımdır. Bunlar dildə elə hazır nitq parçalarıdır ki, adətən daxilindəki ayrı-ayrı mənalara malik olan sözləri dəyişmək mümkün olduğu halda, bu, məqbul sayılmır... Bunların ənənəyə görə daşıdığı məna komponentlərinin bütövlükdəki mənasından və sintaktikə, adətən daxilindəki ayrı-ayrı mənalara malik olan sözləri dəyişmək mümkün olduğu halda, bu, məqbul sayılmır... Bunların ənənəyə görə daşıdığı məna komponentlərinin bütövlükdəki mənasından və sintaktik quruluşundan asılıdır. Belə ifadələr düzəldilmir, bunlardan dildə hazır şəkildə istifadə edilir” ( 2, s. 7)
Bütün bünları nəzərə alaraq deyə bilərik ki, F. de Sössürün irəli sürdüyü dil və nitq haqqındakı bu təliminin frazeoloji birləşmə ( sabit birləşmə) anlayışının yaranıb inkişaf etməsində rolu böyükdür. Onu da qeyd edək ki, frazeoloji birləşmələr başqa ölklərdə müxtəlif terminlərlə ifadə olunsalar da, onları birləşdirən əsas ortaq cəhət odur ki, frazeoloji birləşmələr ( sabit söz birləşmələr) dil faktıdır, nitq faktı deyil. Yəni frazeoloji birləşmələr məcazi məna bildirərək nitqə hazır şəkildə əlavə edilir və beləliklə də sərbəst söz birləşmələrindəm kəskin surətdə fərqlənir.
Frazeologiyadan danışarkən biz həmçinin V. V. Vinoqradovun adını da xüsusilə vurğulamalıyıq. V. V. Vinoqradov frazeologiyaya dair iki məqalə yazmışdır. Akademik V.V.Vinoqradovun frazeoloji konsepsiyası metadil baxımından, fikrimizcə, vahid məktəb yaratmamışdı. Bu iki istiqamətdə özünü büruzə verir. Birincisi, qeyd olunduğu kimi, Vinoqradovun ardıcılları atalar sözlərini frazeologiyaya aid etməklə dil sistemininfundamental prinsiplərini pozmuş olurlar. İkinci istiqamət isə özünü əsas terminlərin sistemsiz şəkildə istifadəsində və terminoloji aparatın tam formalaşmasında göstərir
Azərbaycan dilçiliyində frazeologiyaya aid bütün əsas əsərlərdə ümumi nəzəri məsələlər öz əksini tapmış və elmin tarixi nəzərdən keçirilmişdir. Frazeologiyanın nəzəri problemləri, həmçinin praktiki əhəmiyyəti M. T. Tağıyevin, H. A. Bayramovun, S. Cəfərovun, A. Qurbanovun, M. İ. Adilovun, A. M. Məmmədlinin, S. N. Murtuzayevin, Z. Əlizadənin və s. Azərbaycan alimlərinin əsərlərində öz əksini tapmışdır.
Ümumiyyətlə, frazeologiya xüsusilə keçən əsrin 60-cı illərində daha çox inkişaf edib. Dilçiliyin bu sahəsini obyekt seçən alimlər çox olub. Frazeologiyanın tədqiqi zamanı qarşıya çıxan problemlərdən biri sabit söz birləşmələri ilə sərbəst söz birləşmələrini fərqləndirmək idi. Y. Seyidov bununla bağlı yazır: “Azərbaycan dilində söz birləşmələri” kitabında yazır: “Nəticə olaraq deyək ki, həm sərbəst, həm də sabit birləşmələr iki və daha artıq müstəqil mənalı sözün leksik və qrammatik cəhətdən birləşməsindən əmələ gələn söz birləşmələridir. Buna görə də söz birləşmələrindən bəhs edərkən sərbəst və sabit birləşmələr məsələsinə toxunmadan keçmək mümkün olmur. Lakin sabit birləşmələrin semantikasında əmələ gələn keyfiyyət onu söz birləşmələri silsiləsindən tamamilə ayırır və başqa elm sahəsinin tədqiqat obyektinə çevirir. Sintaksisdə isə yalnız sərbəst birləşmələrin tədqiqi nəzərdə tutulur” (8, s. 160)
Akademik nəşr olan “Müasir Azərbaycan dili” kitabının birinci cildində frazeologiyaya həsr olunmuş bölmədə belə bir fikirlə rastlaşırıq: “ Hər bir dilin leksik sistemində ayrıca formalaşan və funksional cəhətdən ayrı-ayrı sözlərə uyğun olan çoxlu müstəqil dil vahidləri mövcuddur ki, bunlara dilçilik ədəbiyyatında frazeoloji vahid, yaxud frazeologizm deyilir. Bunların həcmi isə frazeologiya adlanır”.(Müasir Azərbaycan dili, I cild, 1978, s. 248) Bu fikir də frazeologiya haqqında təsəvvürlərin qarışıq olduğunu göstərir.
Azərbaycanda frazeologiyanın təşəkkül dövrü üçün xas olan xüsusiyyətlərdən əsası sabit söz birləşməsi ilə frazeoloji vahidi fərqləndirməmək idi. Afad Qurbanov bu haqda yazır: “ “Frazeoloji sabit söz birləşmələri öz xüsusiyyətlərinə görə həm frazeoloji ifadə və ibarələrdən, həm də digər növ birləşmələrdən (sərbəst söz birləşmələrindən) fərqlənir” ( 4, s. 361)
Azərbaycan dilçiliyində frazeologiyadan danışarkən M. T. Tağıyevin adını xüsusilə vurğulamalıyıq. O, 1966-cı ildə “ Müasir rus dilinin feili frazeologiyası” monoqrafiyasını çapdan çıxarır və bu monoqrafiya çıxdığı ilk gündən etibarən akademik V.V. Vinoqradovun və digər rus alimlərinin diqqətini cəlb edir. Bu diqqətin isə əsas səbəbi o idi ki, M.T. Tağıyevin təklif etdiyi elmi üsul bu vaxta kimi sovet dilçiliyində ilk dəfə idi işlənirdi. Belə ki, M.Tağıyev sovet dilçiliyində ilk dəfə olaraq frazeoloji vahidləri yalnız daxili yox, xarici əlamətləri baxımından da təhlil etməyi təklif edirdi. Alim göstərirdi ki, frazeoloji vahid öz-özlüyündə nəzərdən keçirilə bilməz, çünki öz-özlüyündə frazeoloji vahid natamamdır. Son illər prof. M.T.Tağıyev haqqında yazılan əsərlər içərisində görkəmli alim prof. F.Y.Veysəllinin “Azərbaycan tədqiqatçısı professor M.T.Tağıyevin dilçilik konsepsiyasına dair fikirlər” adlı məqaləsi xüsusi əhəmiyyətə malikdir. (7, 2013, s. 15)
Müasir Azərbaycan dilinin frazeologiyasından danışarkən biz H.H.Baxşıyevin, N.Seyidəliyevin adlarını xüsusi vurğulamalıyıq. Onların tədqiqat işləri mövcud frazeoloji lüğətləri haqqında məlumat verir və onlara münasibət bildirilir. Lüğətlərdən də aydın olur ki, frazeoloji baxışlarda bəzən ardıcıllıq gözlənilmir. Lüğətlərdə sərbəst söz birləşmələri, sabit söz birləşmələri və frazeoloji vahidlər əksər hallarda fərqləndirilmir.
Müasir dövr frazeologiyadan danışarkən biz həmçinin S.Mehdiyevanın və Q.Kazımovun da fəaliyyətini yüksək qiymətləndirməliyik. Q. Kazımov digərlərindən fərqli olaraq daha da irəli getmiş, frazeologiyanın qədim bir tarixə malik olduğunu göstərmişdir. Bu baxımdan onun “Azərbaycan dili frazeologiyasının ən qədim qatı (“Yazıyaqədərki dövr)” əsəri bu sahədə çox qiymətli əsər sayıla bilər. Qeyd edək ki, professor Qəzənfər Kazımovun elmi yaradıcılığının bir qismi də Azərbaycan dilinin frazeologiyası ilə bağlıdır. Belə ki, hələ 1965-ci ildə yazdığı “Ə.Haqverdiyevin dramaturgiya dili” adlı əsərində frazeologiyadan bəhs etmişdir ki, bunun da Azərbaycan dili frazeologiyasının tarixində mühüm rolu vardır. (7, s.17) Frazeoloji birləşmələr müxtəlif ölkələrdə müxtəlif cür adlansalar da mahiyyətcə eyniyyət təşkil edirlər. Çünki bütün frazeoloji birləşmələr nitq faktı yox, dil faktıdır. Yəni frazeoloji birləşmələr nitqə hazır şəkildə gəlir.
Sonda deyilən fikirləri ümumiləşdirərək deyə bilərik ki, ümumi dilçilikdə frazeologiya anlayışının yaranması F.de Sössürün adı ilə bağlıdır. Həmçinin ümumi dilçilikdə frazeologiya sahəsinin inkişafında V.V. Vinoqradovun nəzəriyyəsinin böyük əhəmiyyəti olmuşdur. Onu da qeyd edək ki, Azərbaycan dilçiliyi müstəqil şəkildə frazeoloji problemləri həll etmək istiqamətində inkişaf edib. Əlbəttə, dünya dilçiliyinin təsiri özünü bilavasitə vahid metadil və metodlar sistemindən istifadədə büruzə verib. Lakin Azərbaycan dilçiliyi bütün bu mücərrəd frazeoloji müddəaları yalnız Azərbaycan dili materialına tətbiq olduqdan sonra qəbul etmişdir

Yüklə 27,87 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin