İLQAR HÜSEYNOV
AZƏRBAYCAN MİLLİ
ADƏT VƏ ƏNƏNƏLƏRİNİN
BƏDİİ-ESTETİK
MAHİYYƏTİ
BAKI – 2002
2
Az2
H 83
Redaktoru: -Filologiya elmləri doktoru, professor
NİZAMƏDDİN ŞƏMSİZADƏ;
Rəyçilər: - Azərbaycan MEA-nın müxbir üzvü, sənətşünaslıq
doktoru, professor İNQİLAB KƏRİMOV;
-
Azərbaycan Respublikasının əməkdar incəsənət
xadimi, sənətşünaslıq doktoru, professor RAMİZ
ZÖHRABOV;
-
Azərbaycan Respublikasının əməkdar incəsənət
xadimi, professor ARİF ƏZİZOV.
-
HÜSEYNOV İ.
H 83
Azərbaycan milli adət və ənənələrinin bədii-estetik mahiyyəti.
(monoqrafiya) Azərbaycan dilində. Red. N.
Şəmsizadə, rəs.E.Nəzərov, B.:
Mars-Print, 2002, 305s.
Pedaqoji elmlər namizədi, dosent Hüseynov İlqar Həsrət oğlu 7 kitabın, 20-
dən çox metodik vəsait və tövsiyənin, 60-a qədər elmi məqalənin müəllifidir.
Oxuculara təqdim olunan bu monoqrafiya İlqar Hüseynovun uzun illər
apardığı elmi-tədqiqat və yaradıcılıq fəaliyyətinin məhsuludur.
İlqar Hüseynov bədii-estetik mahiyyət kəsb edən milli adət və ənənələrimizi
dərindən araşdırmış, bədii-yaradıcılıq prosesində varisliyin mövcudluğunu təhlil
etməyə çalışmışdır. Eyni zamanda mədəniyyət və incəsənətin təkamül etməsində
mənəvi-əxlaqi dəyərlərimizin elmi mahiyyətini izah etmiş, əldə olunan tarixi
təcrübəni müasir sənətkarlar üçün də yaradıcılıq amili olduğunu aşkarlamışdır.
Mədəniyyət və incəsənət tariximizə aid bu kitabda kifayət qədər emprik və
rasional təhlillər vardır.
Monoqrafiyadan alimlər, müəllimlər, ali məktəblər, həmçinin mədəniyyət və
incəsənət işçiləri istifadə edə bilərlər.
3
G İ R İ Ş
Milli adət və ənənələrin öyrənilməsi və onların mənəvi dəyərlər
sistemindəki rolunun tədqiqi həmişə aktual olmuşdur. Çünki milli adət
və ənənələr tarixin bütün mərhələlərində ictimai, mədəni tərəqqinin
əsas göstəricisi kimi nəzərə çarpmışdır. Cəmiyyət inkişaf etdikcə adət
və ənənələr də ayrı-ayrı quru-luşların ictimai-siyasi xüsusiyyətlərinə bu
və ya digər formada inteqrasiya etmişdir. Buna görə də hər bir ictimai-
siyasi quruluş həm bütövlükdə adət və ənənələrə, həm də onun
mənəvibədii dəyərlərinə öz möhürünü vurmuşdur. Cəmiyyət dəyişdikcə
adət və ənənələr də təkmilləşmiş, millətin, xalqın yaradıcılıq nümu-
nələrini yaşatmış, nəsildən-nəslə ötürцlmüşdür. Yeni yaranan hər bir
mənəvi dəyər isə tarixi ənənələrimizin varisi kimi təşəkkül tapmışdır.
Bu səbəbdən də bütün dövrlərin adət və ənənələrində baş verən
yeniliklərin, istiqamətlərin öyrənilməsinə, əldə olunan tarixi təcrübənin
müasir sənətşünaslıq və kulturologiya elmlərinə şamil edilməsinə
böyük ehtiyac vardır.
Bildiyimiz kimi, uzun illər ərzində öz müstəqilliyini itirmiş
Azərbaycan xalqının bir çox milli-mənəvi dəyərləri deformasiyaya
məruz qalmış, tarixin yalnız şifahi yaddaşına çevrilmişdir. Keçmiş
Sovet dövlətinin kommunist ideoloji mühiti isə dini-milli аdəт və
ənənələrimizin öyrənilməsinə və təbliğinə qadağalar qoymuşdur. Yeni
adət və ənənələr adı altında əsasən sosialist həyat tərzinin mahiyyətini
və məzmununu ifadə edən ideoloji, siyasi xarakterli mənəvi cəhətlər
diqqət mərkəzinə çıxarılmışdır. Sözsüz ki, xalqımıza, onun milli
xüsusiyyətlərinə və iradəsinə uyğun olmayan cəhətlər də hakim
zümrələr tərəfindən bədii sənət aləminə diqtə edilmişdir. Xüsusilə,
4
Sovet məkanında mədəniyyət və incəsənət kommunist əxlaqı
prinsiplərinin emosional vasitələrinə çevrilmişdir. Mədəni inkişafın
sosialist realizmi metoduna, üslubuna uyğunlaşdırılmasına üstünlük
verilmişdir. Ancaq bu dövrdə də Azərbaycan sənətkarları tarixi varislik
prinsipindən imtina etməmiş, milli-ənənəvi key-fiyyətləri
müasirləşdirməyi, onları mənəvi stimula çevirməyi bacarmışlar. Yəni
mədəniyyət və incəsənət ənənəvi olaraq bədii estetik mahiyyətini
itirməmiş, keçmiş irsimizin tarixi təcrübəsindən bəhrələnə bilmişdir.
Təbii ki, bu bəhrələnmə əsasən emprik anlayışlarda daha çox nəzərə
çarpmış, rasional təfəkkürdə isə dini-milli olana qarşı cəmiyyətin
siyasi, ideoloji baxışlarına uyğun olaraq yanaşılmışdır. Xüsusilə,
sənətşünaslıq və mədəniyyətşünaslıq elmləri sahəsində tarixi-ənənəvi
təcrübənin nəzəri problemlərinin öyrənilmə metodları sosializm
realizmi metodları və yanaşma тərzi ilə məhdudlaşdırılmışdır. Bu da
mədəni-mənəvi təkamülün tədqiqinin ideoloji baxışlara
uyğunlaşdırılmasına təminat yaratmışdır. Halbuki, hələ vaxtilə
G.V.Plexanov incəsənətin estetikası və sosiologiyasını şərh edərkən
estetik zövqün və estetik qiymətləndirmənin tarixiliyini xüsusi olaraq
qeyd etmişdir [122, s.151-152].
Azərbaycan mədəniyyətи və incəsənəti hələ qədim daş dövründən
başlayаrаг bəşər tarixinin bütün ictimai, siyasi, bədii-estetik
xüsusiyyətlərini özündə əks etdirir. Pedaqoq-kulturoloq alim Ələkbər
Məmmədovun təbirincə desək, “Milli adət və ənənələr, mərasimlər
xalqımızın milli sərvətidir. Onları öyrənmək, öz əməli fəaliyyətlərində
ləyaqətlə yaşatmaq hər bir tədris-tərbiyə müəssisəsinin, hər bir
Azərbaycanlının müqəddəs borcudur” [98, s.268].
5
Filoloji, tarixi-etnoqrafik və fəlsəfi ədəbiyyatlarda adət və
ənənələrin sosial-mədəni mahiyyəti qismən qeyd olunmuşdur. Xüsusilə,
sovet alimləri adət və ənənələrin elmi-mədəni mahiyyətini marksist-
leninçi metodlara uyğun olaraq təhlil etmiş, onların əhəmiyyətini
məhdud
şəkildə
dəyərləndirmişlər. Azərbaycan alimlərindən
O.Abdullayev “Sosial fəallıq və yeni adət-ənənələr”, F.Xəlilova “Adət
və ənənələr”, A.Nəbiyev “El nəğmələri, xalq oyunları”, R.Əfəndiyev
“Azərbaycan xalq sənəti”, B.Qurbanov “Mənəvi saflıq dünyası”,
Q.Cavadov “Azərbaycanda el köməyi adətləri”, R.Ağayev
“Azərbaycanda bədii xalq yaradıcılığı”, A.Şükürov “İslam, adət və
ənənə”, M.Səttarov “Dini ayinlər və xalq adətləri haqqında” adı altında
yazdıqları kitablarda adət və ənənələrin elmi-mədəni mahiyyətinə ötəri
də olsa, nəzər yetirmişlər.
Alimlərdən Ə.S.Məmmədov [105, s.46-47], F.Mirzəxanov [106,
s.17-19], M.M.Səttarov [133,s.42], H.A.Quliyev, Ə.S.Məmmədov [90,
s.83-85] və başqaları öz əsərlərində dini adət və ənənələrin mənəvi
əhəmiyyətini azaltmış, sovet adət və ənənələrinin təhlilinə исə daha çox
üstünlük vermişlər. Мəhz еlə оnа görə də иctimai-siyasi quruluşun
yaratdığı məhdudiyyətlər adı çəkilən alimlərə daha əhatəli və obyektiv
elmi təhlillər aparmaq imkanınы verməmişdir.
Sənətşünas Mübariz Süleymanov “M.Ə.Rəsulzadə və Azərbaycan
mədəniyyəti” adlı namizədlik dissertasiyasında həmin dövrün
mahiyyətini şərh edərək yazmışdır: “Türk xalqlarını birbirindən təcrid
etmək, ictimai fikirdə bu xalqların qədimliyinin möhkəmlənməsinə
imkan verməmək sovet ideologiyasının da başlıca cəhətlərindən idi”
[130, s.5].
6
Məhz elmə, mədəniyyətə qarşı ideoloji yanaşma elmi təhlildə
qeyri-obyektiv münasibətlər doğurmuş, adət və ənənələrin bədii-estetik
əhəmiyyətinin, milli-tarixi, təcrübi mahiyyətinin öyrənilməsini
məhdudlaşdırmışdır.
Adət və ənələrimizdə milli-bədii cəhətlərin dini etiqad hissi ilə
bağlılığı, eyni zamanda bəşəri mənəvi mahiyyət daşıyan incəsənət
nümunələrinin milli-estetik zövqün formalaşmasına təsiri tədqiqatın
əsas mövzu obyekti kimi nəzərdə tutulmuşdur.
Bütün elmi araşdırmalar prosesində adət və ənənələrin bədii, hissi
tərəflərinə xüsusi diqqət yetirilmiş, onların emosional mənəvi dəyəri
nəzərdən keçirilmişdir. Adət və ənənələrin yaranmış mənəvi sərvətləri
qoruyub gələcək nəsillərə ötürmək funksiyası dəqiqləşdirilmişdir.
Müasir sənətkarların təcrübəsinə istinad edərək varislik prinsipləri
nəzərdən keçirilmişdir. Eyni zamanda, milli-mənəvi keyfiyyətin
mühafizə olunmasına tarixibədii irsin təsiri amilləri təhlil olunarkən bir
çox elmi ədəbiyyatlara istinad edilmişdir. Ayrı-ayrı alimlərin elmi
baxışlarına münasibət bildirməyin zəruriliyi aşkar olmuşdur.
Hazırki dövrdə Azərbaycanın milli adət və ənənələrinin bədii-
estetik mahiyyətinin öyrənilməsinə, sənətşünaslığın müasir tələblərinə
uyğun olaraq milli mentalitetlə bədii-emosional xüsusiyyətlərin
vəhdətinin tədqiqinə böyük ehtiyac vardır.
Azərbaycanın mədəniyyət və incəsənəti qədim tarixi köklərə
malik olduğundan bəşəri təkamülün bütün mərhələlərində ənənəvi milli
yaradıcılıq prinsipləri qorunub saxlanılmış, sənətin müasir
mərhələsində də varislik amili öz əhəmiyyətini itirмəmişdir. Lakin
incəsənətin adət və ənənələrlə qarşılıqlı əlaqələrinin öyrənilməsinə
müəyyən obyektiv səbəblərə görə az diqqət yetirilmişdir. Azərbaycanda
7
bədii-emosional yaradıcılığın milli-ənənəvi cəhətlərinin mahiyyəti rus
mədəniyyətşünaslığı
və
sənətşünaslığı fonunda kiçildilmiş,
“beynəlmiləlçi” mədəniyyətin təbliği və inkişaf etdirilməsi adı altında
ayrı-ayrı xalqların milli-etnik, dini-rasional xüsusiyyətlərinin tədqiqinə
az diqqət yetirilmişdir. Rus alimlərindən D.M.Uqrinoviç, V.A.Zots,
A.S.Vıqodskiy, P.S.Quryeviç, M.S.Kaqan, İ.N.Krotova, A.A. Leontyev,
Y.İ. Smirnova və başqaları marksizm-leninizm metodologiyasına uyğun
olaraq mədəniyyətin və incəsənətin elmi mahiyyətini və tarixi köklərini
tədqiq edərkən mövcud quruluşun ideoloji tələblərindən kənara çıxa
bilməmişlər. Eyni zamanda onların kulturologiya sahəsində apardıqları
tədqiqatlar da rus adət və ənənələri, sosializm realizmi məkanı
daxilində öz həllini tapmışdır.
Keçmiş SSRİ-nin tərkibində olan bütün respublikaların
mədəniyyət və incəsənət təmayüllü təhsil ocaqlarında rus xalqının milli
xüsusiyyətlərini əks etdirən dərsliklərdən istifadə olunmuş, əslində rus
mədəniyyəti, incəsənəti, adət və ənənəsi təbliğ edilmişdir. Yerlərdə
milli kültürlərin öyrənilməsinə isə ateizm mövqeyindən yanaşılmış,
qismən dini mahiyyət kəsb edən adət və ənənələrin estetik dəyəri,
bədii-mədəni xüsusiyyətləri də diqqətdən yayındırılmışdır.
Bu tədqiqat əsərində isə milli soykökünə qayıdışın müasir
mərhələdəki əhəmiyyəti xüsusi olaraq nəzərə alınmış, Azərbaycan
mədəniyyət və incəsənəti mövzunun tələblərinə uyğun olaraq kompleks
şəkildə tədqiqatın obyektinə çevrilmişdir. Klassik mədəniyyət və
incəsənətimizlə müasirliyin qarşılıqlı vəhdətinin zəruriliyini eyni
zamanda milliliklə
bəşəriliyin
əlaqəsinin təkamülə
təsirinin
əhəmiyyətinin tədqiqi həmişə aktual olmuş və indi də aktualdır.
8
Eyni zamanda tədqiqat əsərində ənənəviliyin dialektikasının
açılışına, sənətdə tarixi təcrübənin bütün dövrlər üçün örnək olduğunu
təsdiqləyən faktorların rasional və emprik təhlilinin aparılmasına
xüsusi diqqət yetirilir. Dünya xalqlarının mədəniyyətindən emprik
nümunələrin göstərilməsi və onların müqayisəli təhlili nəzərdən
qaçırılır. Xüsusilə, milli və dini olan bayram və mərasimlərin
mədəniyyət və incəsənətin inkişafının əbədi mühiti, ənənəvi yaradıcılıq
məkanı olduğu şifahi yaddaşımızda yaşayan nümunələrlə izah olunur.
Tədqiqatın aktuallığının bir cəhəti də onun milli adət və
ənənələrimizin bədii-estetik əhəmiyyətinin qiymətləndirilməsindən,
Azərbaycan xalqına məxsus olan lirik duyğuların, humanist
xüsusiyyətlərin formalaşmasında adət və ənənələrin əhəmiyyətinin elmi
təhlilindən ibarətdir.
Tədqiqat zamanı aparılan araşdırmalar nəticəsində mədəniyyət və
incəsənətin irsi xarakteri üzə çıxır. Azərbaycan sənətkarlarının yaşayıb
yaratdıqları tarixi mərhələlərdən asılı olmayaraq ruhən bir-birinə
oxşarlıqları aşkar edilir. Bu cəhətlər Əcəmi Əбубəкir oğlu
Naxçivaninin memarlıq sənətində də, Sultan Məhəmmədin miniatür
əsərlərində də diqqətdən yayınmır. Onların yaratdıqları mənəvi irsi
xüsusiyyətlər müasir sənətkarların əsərlərində də bu və ya digər
formalarda özünü birüzə verir. Eyni zamanda milli poetik düşüncə
məkanında baş verən təkamül də milli irsi xüsusiyyətlərə istinadən
davam edir, müasirləşir. Bu gün şairlərimiz, aşıqlarımız, başqa lirik söz
ustalarımız mənəvi irsi mühafizə edərək tarixi kökləri üzərində yaşadır
və milli-mənəvi sərvətlərimizdən, yaradıcılığın ənənəvi üslublarından,
formalarından bir məktəb kimi istifadə edirlər. Məhz mövcud olan bu
xüsusiyyətlərin öyrənilməsi isə bu günümüz üçün çox aktualdır. Bu
9
baxımdan tədqiqatın predmetini aşkar edən mövzu dairəsi daha
genişdir. Belə ki, Azərbaycanın milli adət və ənənələrinin bədii-estetik
mahiyyətinin elmi təhlili prosesində tədqiqatın predmetinin əsas
istiqamətləri aşağıdakı ardıcıllıqla müəyyən-ləşdirilmişdir:
1.
Varisliyin adət və ənənələrdə yeri və onun mənəvi təsir dairəsi;
2.
Adət və ənənələrdə bədii-estetik dəyərlərlə milli-ənənəvi
təkamülün vəhdəti;
3.
Müasir incəsənətdə ənənəvilik və tarixi təcrübə;
4.
Müasir mədəniyyətin tarixi-ənənəvi əsasları;
5.
Müasir mədəniyyətin inkişafında milli-ənənəvi xüsusiyyətlərin
rolu;
6.
Mədəniyyət müəssisələrində müasir adət və ənənələrin yeri və
inkişaf dialektikası.
Dəqiqləşdirilmiş bu tədqiqat istiqamətlərinə uyğun olaraq adət və
ənənələrin tarixi ictimai mühiti, onun siyasi, mədəni proseslərinin
təhlili ilə bağlı olan araşdırmalar, tarixi təcrübə prosesində meydana
gələn bir çox yaradıcılıq üslublarının və cərəyanlarının təhlili, onların
müasir mədəniyyətin inkişafına ənənəvi təsiri və s. tədqiqatın əsas
predmeti kimi diqqəti cəlb edir.
Tədqiqatın birinci bölməsində milli adət və ənənələrimizdə bədii-
estetik duyumu aşkar edən tarixi faktların və mənəviemosional
materialların öyrənilməsi, bədii-estetik dəyərlərlə milli ənənəvi
təkamülün vəhdətinin araşdırılması, mədəni varisliyin davam etməsində
incəsənət sahəsindəki tarixi təcrübənin rolunun dəqiqləşdirilməsi əsas
yer tutur. Bu məqsədlə Azərbaycanın musiqi, teatr, təsviri incəsənət
tarixinə, dünya muzeylərində mühafizə olunan milli sənət
nümunələrimizə istinad edilir. İncəsənətin müxtəlif sahələrinə aid olan
10
kitablar, qəzet və jurnal məqalələri, muzey eksponatları təhlil olunur və
araşdırılır.
Ənənəvi sənət nümunələri ilə müasir bədii yaradıcılığın
xüsusiyyətləri arasında müqayisəli təhlillər aparılır. Azərbaycanın və
dünyanın görkəmli alimlərinin ənənəvi incəsənətə, milli kültürə aid
fikirlərinə münasibət bildirilir.
İkinci bölmədə isə, tədqiqatın predmeti kimi mədənyyətin müasir
mərhələdə adət və ənənələr zəminində inkişaf dialektikası araşdırılır.
Mədəniyyətin ənənəvi təkamül proseslərinin təhlili ilə yanaşı, mədəni
asudəvaxtın müasir formaları, bazar iqtisadiyyatı şəraitinə uyğun olaraq
onların təşkili metodları
nəzərdən keçirilir. Mədəniyyət
müəssisələrində adət və ənənələrin yeri mövzunun tədqiqat
istiqamətlərindən biri kimi diqqəti cəlb edir. Asudəvaxtın funksiyaları
bir çox sahələri əhatə etdiyindən onun mahiyyət və əhəmiyyətinə də
müxtəlif aspektlərdən yanaşılır.
Milli-ənənəvi mədəniyyətin inkişaf konsepsiyasını, onun varislik
prinsiplərini, bəşəri mədəniyyətlə milli mədəniyyətin vəhdətinin
təşkilini öyrənmək, eyni zamanda tarixi irsimiz zəminində Azərbaycan
incəsənətinin təkamül aspektlərini açıqlamaq tədqiqatın əsas məqsəd və
vəzifələridir.
Azad, müstəqil bir dövlətə çevrildikdən sonra xalqımızın
unudulmuş adət və ənənələrinin bədii-estetik mahiyyətinə, onların
mədəniyyət və incəsənətinin inkişafına təsirinə diqqət yetirmək, yeni
quruluşun xüsusiyyətlərinə uyğun olaraq mədəniyyət və incəsənət
anlayışları haqqında daha yeni və sırf elmi fikirlər söyləmək üçün
aşağıdakı sahələrin araşdırılması məqsəd və vəzifə kimi qarşıya
qoyulmuşdur:
11
-
Mədəniyyət anlayışının milli adət və ənənələr zəminində təhlili;
-
İncəsənət və dinin bir-birinə təsirinin təhlilində mövcud olan
fikirlərin müqayisəli şərhi, dinin tarixən bədii təfəkkürdə
tutduğu yer haqqında rasional və emprik xarakterli məlumatları
aşkarlamaq, eyni zamanda onlara münasibət bildirmək;
-
Adət və ənənələrin, milli bayram və mərasimlərin incəsənətin
inkişafında rolu;
-
Ənənəviliklə varisliyin vəhdətini təmin edən milli amillərin və
mentalitetin nəzəri və təcrübi aspektdən təhlili;
-
Ənənəvi mədəniyyətin müasir inkişaf sferasında tutduğu
mövqeyin dəqiqləşdirilməsi;
-
Milli mədəniyyətlə bəşəri mədəniyyətin inteqrasiyasının bəzi
aspektlərini müəyyənləşdirmək;
-
Ənənəviliyin dialektikasını açıqlamaq və adət-ənənələrin
müasir mədəniyyət müəssisələrində davamlı yaşantılarını təhlil
etmək;
-
Bir çox dünya dövlətlərinin mədəniyyətə olan münasibətlərini
nəzərdən keçirmək və onların əldə etdikləri təcrübənin
ölkəmizdə tətbiq olunmasının əhəmiyyətini şərh etmək.
Elmi tədqiqat işində əhatə olunan bir çox problemlər
mədəniyyətşünaslığın və
sənətşünaslığın müasir elmi-nəzəri
qaynaqlarından bəhrələnir. Həmçinin, milli mədəniyyət və
incəsənətimizin indiyə qədər mövcud olan tarixi təcrübəsindən
faydalanır. Mövzu ilə bağlı olan problemlərin araşdırılmasında əsasən
milli ideologiyadan və müqayisəli tarixi-təcrübi metodlardan geniş
istifadə olunur. Yaradıcılıq prosesində Azərbaycan alimlərinin, eyni
zamanda xarici ölkə
tədqiqatçılarının, mədəniyyətşünasların,
12
sənətşünasların fikir və mülahizələrinə üstün-lük verilir, onların hər
birinə münasibət bildirilir. Sovet ideolo-giyasının milli mədəni irsimizə
olan birtərəfli münasibətləri əsaslandırılmış şəkildə tənqid edilir və
problemlərin sırf milli məfkurə işığında təhlilinə üstünlük verilir. Eyni
zamanda mədəniyyətin mütərəqqi bəşəri təcrübəsinin nəzəri və təcrübi
cəhət-lərinə, onlarla əlaqə yaratmağın nəzəri, emprik nümunələrinə
istinad edilir.
Bu baxımdan problemlərin qoyuluşu, mövzuya milli ideologiya
zəminində yanaşma, mədəniyyət və incəsənətin müxtəlif sahələrinə
varisliyin mövcudluğu prinsipləri əsasında münasibət bildirmək və s.
tədqiqatın elmi-tarixi yeniliyi kimi qiymətləndirilə bilər.
Onu da qeyd edək ki, sovet məkanında adət və ənənələrimiz sırf
ideoloji baxım-dan tədqiq edilmiş, mədəniyyətin və incəsənətin dini
təfəkkürlə əlaqələndirilməsinə qadağalar qoyulmuşdur. İmperialist
ideolo-giya milli tarixi təkamülün təhrif olunmuş formalarının, sosialist
həyat tərzinin prinsiplərinə ideyaca uyğun gələnlərinin tədqiqi-nə və
cəmiyyətdə təbliğinə şərait yaratmışdır. Mövcud tədqi-qatın elmi-tarixi
yeniliyi məhz adət və ənənələrimizlə mədəni inkişafın vəhdətdə
olduğunu, eyni zamanda milli, dini, mədəni irsimizin bədii-estetik
zövqün formalaşmasına təsirini işıqlandırmaqdan, varislik
prinsiplərinin yaşamasında ənənəvi, tarixi, milli mədəniyyət
nümunələrinin dəyərləndirilməsindən ibarət-dir. Bu mənada adət və
ənənələrimizin milli dəyərlər siste-mindəki əhəmiyyəti, mədəniyyətin
sırf milli mənsubiyyət baxımından təhlili elmi tarixi yenilik hesab edilə
bilər.
Tədqiqatın mövzusuna ilk dəfə olaraq müstəqil təhlil obyekti kimi
baxılır. Milli incəsənətimizin tarixi qədim daş dövründən başlayaraq
13
indiki dövrümüzə qədər təhlil olunur. Orta əsrlərdə yaşamış və tanınmış
Azərbaycan sənətkarlarının incəsənət haqqında yazdıqları fikirlərə
istinad edilərək təsviri incəsənətdə, musiqidə, memarlıqda,
xoreoqrafiyada, teatrda mövcud olan varislik prinsiplərinin və milli
ənənəvi zəmində inkişafın dialektikası nəzərdən keçirilir. Bu məqsədlə
XVI əsrdə öz estetik baxışlarına görə bütün Yaxın Şərqdə tanınan
Təbrizli Sadıq bəy Əfşarın “Qanun-süvər” (“Təsvirlər qanunu”), Soltan
Məhəmməd tərəfindən
əsası qoyulmuş “Təbriz məktəbi”nin
nümayəndələri Mirzə Əli, Müzəffər Əli, Mir Seyid Əli Mir
Zeynalabdinin, Mir Yəhya Əli Rzanın, Sadıq bəy Əli Rzanın,
Məhəmməd Hüseynin və başqa təsviri sənət ustalarının yaradıcılığına
istinad olunur. Onların yaşadıqları dövrlərin sənətkarlığı haqqında
tarixi məlumatlar verilir. Eyni zamanda bədii toxuculuq və zərgərlik
sənətimizdə mövcud olan varislik prinsipinə xüsusi diqqət yetirilir.
Təbriz, Ərdəbil, Şamaxı, Gəncə, Naxçıvan, Quba və başqa
şəhərlərimizdə inkişaf edən xalq sənətkarlığının milli xüsusiyyətlərinə
diqqət yetirilir.
Eyni zamanda təsviri incəsənət sahəsində ənənəviliyin davam
etməsinin sübutu kimi Qədim Misir heykəltaraşı Tutmos, yunan
heykəltaraşı Fidi, Miron, Praksitol, intibah dövrünün görkəmli
heykəltaraşı Mikelancelo, XX əsrin məşhur rus heykəltaraşı
S.T.Kononkov, Azərbaycan heykəltaraşları Fuad Əbdürrəhmanov, Cəlal
Qaryağdı, Tokay Məmmədov, Ömər Eldarov, görkəmli rəssamlar Səttar
Bəhlulzadə, Mikayıl Abdullayev, Tahir Salahov və başqalarının
yaradıcılığındakı varisliyə əməl etmək ənənələrindən, yaradıcılıq
üslublarından nümunələr göstərilmişdir.
14
Musiqi mədəniyyəti tariximizdə də adət və ənənənin inkişafа
təsiretmə konturları təhlil edilmiş, milli muğamlarımızdan üzübəri
müasir peşəkar musiqi yaradıcılığımızdakı tarixi bağlılıq ənənələrinin
mövcudluğu açıqlanmışdır. Orta əsrin görkəmli sənətkarlarında mövcud
olan universallığın irsi xarakter daşıdığı aşkarlanmış, Fərabidən, İbn
Sinadan, sonra da Azərbaycanın musiqi tarixində Səfiəddin Urməvi,
Əbdülqədir Marağayi, Şəmsəddin Səhrəvəridi, Əli Sitayi, Həsən Zafer,
Hüsaməddin Qoşluq Buğa və sair kimi universal sənətkarlar
yetişmişdir. Yəni bu sənətkarların demək olar ki, əksəriyyəti şair,
rəssam, xəttat, alim, musiqi ifaçısı peşələrinə yiyələnmişlər.
Universallığın bu əlamətləri irsi olaraq Azərbaycan peşəkar musiqisinin
banisi Üzeyir Hacıbəyova da keçmişdir. Eyni zamanda Üzeyir
Hacıbəyovun yaratdığı mədəni irsin özü də müasir sənətkarlarımızın
ənənəvi örnək məktəbidir.
Mədəniyyət və incəsənət tariximizdə baş verən ənənəvi proseslər
də tədqiqat əsərində ümumiləşdirilmiş şəkildə təhlil olunur.
Memarlıqda mövcud olan simmetriya qanunlarını öz fəaliyyətinə tətbiq
edən xalq sənətkarları haqqında da elmi-tarixi məlumatlar verilir və
eyni zamanda bədii poetikanın ənənəvi xüsusiyyətləri də şərh olunur.
Tədqiqatda teatr və kino incəsənətinin ənənəvi xüsusiyyətləri də
öz əksini tapır. Müasir mədəni-kütləvi tədbirlərimizin tarixi kökləri
mifologiyamızla, qədim milli, dini adət və ənənələrimizlə, bayram və
mərasimlərimizlə əlaqələndirilir. Aparılan bu araşdırmalar tədqiqatın
elmi-tarixi əhəmiyyətə malik olduğuna dəlalət edir.
Aparılan elmi araşdırmalar zamanı əldə olunan başlıca qənaətə
görə tədqiqatın nəticələri Azərbaycan mədəniyyət və incəsənət tarixinin
milli-ideoloji mənbələrinin ənənəvi-tarixi təcrübəsini aşkar etməklə,
15
mədəniyyətdə varislik prinsipinin real mənzərəsini açıq-lamaqla elmi-
nəzəri əhəmiyyət daşıyır.
Adət və ənənələrin tarixi yaradıcılıq təcrübəsini nəsildən-nəslə
ötürmək xüsusiyyətləri müasir mədəniyyət və incəsənətin daha da
zənginləşməsinə və inkişafına kömək edən elmi-nəzəri, ənənəvi vərdiş
və biliklərə yiyələndirmək vasitələri kimi, xüsusi əhəmiyyət kəsb edir.
Mədəniyyət və incəsənət tarixi-mizin müəyyən dövrlərinə və həmin
dövrlərdə yaranmış nümunələrə elmi təhlil baxımından istinad etməklə
gələcəkdə aparılacaq yeni tədqiqatlar üçün də zəngin təcrübi yaddaş
toplusu meydana çıxır. Həmçinin, mövzuya uyğun olan müxtəlif
əsərlərə istinad etməklə nəzəri-təcrübi ümumi-ləşdirmələr aparılmış,
təhlil obyektinə çevrilən mənbələr izahlı şəkildə, emprik materiallarla
müqayisəli formada təhlil edilmişdir. Eyni zamanda müasir dövrdə
mədəniyyət və incəsənət sahəsində ya-ranmış yeniliklərin milliideoloji
məzmun fərqləri, türk dünyası məkanındakı əhəmiyyəti, dünyəvilik
baxımından elmi şərhi nə-zəritəcrübi əhəmiyyət kəsb edir. Bu
baxımdan tədqiqat əsəri mədəniyyət konsepsiyaları üzərində işləyən
mütəxəssislər,alim-lər üçün, elmi araşdırmalar aparan aspirantlar,
dissertantlar, ma-gistrlər və başqa yaradıcı adamlar üçün böyük nəzəri-
təcrübi əhəmiyyətə malikdir. Ali məktəblərin humanitar fakültələrиndə,
mədəniyyət və incəsənət təmayüllü tədris müəssisələrində möv-cud
tədqiqat əsərindən dərs vəsaiti kimi də istifadə etmək olar.
Tədqiqat əsərində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət
Universitetinin “Teatrşünaslıq”, “Rəssamlıq və sənətşünaslıq”,
“Mədəniyyətşünaslıq”, “Tətbiqi kulturologiya”, “Muzeyşünaslıq”
kafedralarında aparılmış elmi araşdırmalardan, metodiki
ədəbiyyatlardan istifadə olunmuş, həmçinin iş bu qurumlarda geniş
müzakirə edilmiş, çapa tövsiyə olunmuşdur. Tədqiqat işi ilə bağlı
müəllifin məqalə və tezisləri, kitabları çap olunmuş, müxtəlif konfrans
16
və elmi seminarlarda mövzu üzərindəki axtarışlarını əks etdirən məruzə
və çıxışları dinlənilmişdir. Mövzu ilə əlaqədar olaraq “Ənənə və
müasirlik” (Bakı, ADMİU-nun mətbəəsi, 1996), “Kulturologiya və
onun əsas istiqamətləri” (Bakı, ADMİU, 1996), “Dünya muzeyləri və
tarixi mədəniyyət abidələri” (Bakı, BDU-nun nəşriyyatı, 1997), “Adət
və ənənələr mənəvi-əxlaqi dəyərlər kimi” (Bakı, “Nər-giz” nəşriyyatı,
2000) və s. adda kitab və metodik tövsiyələri nəşr olunmuşdur.
17
Dostları ilə paylaş: |