AZƏrbaycan miLLİ adət və ƏNƏNƏLƏRİNİn bəDİİ-estetik mahiYYƏTİ


Mədəniyyət müəssisələrində adət və ənənələrin



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə8/9
tarix23.02.2017
ölçüsü5,03 Kb.
#9424
1   2   3   4   5   6   7   8   9
2.3. Mədəniyyət müəssisələrində adət və ənənələrin 
 yeri və onların inkişaf dialektikası. 
Mədəniyyət müəssisələrində xalqın mədəni irsinin qorunub 
mühafizə olunmasına diqqət yetirilməklə yanaşı, eyni zamanda əsrlər 
boyu yaşayıb inkişaf edən, insanlara yüksək mənəvi-əxlaqi 
keyfiyyətlər aşılayan adət və  ənənələrimizdən bir tərbiyə vasitəsi, 
milli xüsusiyyətlərimizi formalaşdıran amil kimi geniş istifadə edilir. 
Xüsusilə, adət və  ənənələrimiz mədəniyyət müəssisələrində  təşkil 
olunan bədii-kütləvi işin mövzu mənbəyini yaradır. Buna görə  də 
mövzu və keyfiyyət baxımından mədəniyyət və istirahət parklarının, 
mədəni idman komplekslərinin və müxtəlif  əyləncə  mərkəzlərinin 
planlaşdırdığı  bədii-kütləvi tədbirlər ya bütövlükdə ayrı-ayrı adət və 
ənənələrimizə, mərasim və bayramlarımıza həsr olunur, ya da hər bir 
tədbirdə adət və  ənənələrimizin müəyyən  əlamətləri öz əksini tapır. 
Təşkil olunan hər bir bədii-kütləvi tədbirin mövzusuna uyğun olaraq 
adət və  ənənələrdə qorunub mühafizə olunmuş mahnılardan, 
rəqslərdən, atalar sözlərindən, bayatılardan və s. bədii folklor 
nümunələrindən geniş istifadə edilir. 
Azərbaycanın kulturoloq alimlərindən biri olan T.Haqverdiyev 
yazmışdır: “Bədii-kütləvi işin mövzuları 
mədəni-maarif 
müəssisələrinin yerləşdiyi  ərazinin təsərrüfat həyatından, adamların 
məşğuliyyətindən, yerli adət və  ənənələrdən, dövrün ictimai-siyasi 
hadisələrdən götürülür. Müxtəlif mənbələrdən mövzular və  bədii 
materiallar toplanılarkən hər biri xalqın öz milli ənənəvi 
xüsusiyyətlərinə daha geniş yer verilir. Bunun üçün xalqın adət və 
ənənələrinin, bədii-kütləvi işin yaradıcılıq prinsiplərinə uyğun gələn 

 
 
242
mənəvi sərvətlərinin təkamül prosesi nəzərdən keçirilir. Milli 
tamaşalar, məzhəkələr, el nəğmələri və oyunları diqqətlə öyrənilir, 
onların hər birindən bədii-kütləvi tədbirin mövzu mənbəyi və  bədii 
materialı kimi istifadə olunur” [51, s.84-85]. 
Mədəniyyət müəssisələrində, eləcə  də özəl  şadlıq və  əyləncə 
mərkəzlərində bayram və  mərasimlərin bədii-kütləvi vasitələrin 
köməyi ilə keçirilməsi müasir mərhələdə  də geniş yer tutur. Onların 
fəaliyyət dairəsi demək olar ki, ictimai-siyasi həyatın bütün tərəflərini 
əhatə edir. Aparılan müşahidələrə görə bayram və  mərasimlər 
mahiyyət etibarı ilə əsasən aşağıdakı qruplara bölünür: 
1.
 
Əmək bayram və mərasimləri; 
2.
 
Fəsillərin dəyişməsi ilə əlaqədar olan bayram və mərasimlər; 
3.
 
Ailə və məişətlə bağlı olan bayram və mərasimlər; 
4.
 
İctimai-siyasi və dini xarakterli bayram və mərasimlər. 
Əmək bayram və  mərasimləri keçid dövrünün yaratdığı kütləvi 
işsizlik problemləri fonunda nəzərə çarpacaq dərəcədə 
məhdudlaşmışdır. Bu gün əmək kollektivlərinin tarixi ənənələri 
özünün durğunluq dövrünü yaşayır. İndi məhsul bayramları keçirilmir, 
ayrı-ayrı peşə bayramları demək olar ki, qeyd olunmur. Lakin vaxtilə 
bu  ənənələrin mədəniyyət müəssisələrində  bədii-kütləvi tədbir kimi 
təşkil olunması böyük ideoloji və  mənəvi  əhəmiyyət kəsb edirdi. 
Müasir dövrdə isə yalnız dövlət sərəncamı  və  fərmanları ilə peşə 
bayramları kütləvi şekildə qeyd olunur. 
Sözsüz ki, Azərbaycanda mövcud olan iqtisadi gərginlik, 
xususilə,erməni-Azərbaycan münaqişəsi aradan qaldırıldıqdan sonra 
ölkə bütün gücünü daxili problemlərin həlli istiqamətinə yönəldə 
biləcək və əmək ənənələrimiz də bərpa ediləcəkdir. Çünki bu ənənələr 

 
 
243
bizə sovet rejimindən  yox, xalqımızın tarixi yaradıcılıq  əzmindən, 
fəaliyyətindən miras qalmışdır. Onlar məhz bu gün də böyük tərbiyəvi 
əhəmiyyətə malik olan milli-mənəvi sərvətlərimizdir. Bu sərvətləri 
qoruyub saxlamaq üçün mədəniyyət müəssisələri onların bədii-estetik 
təsir gücünün əhəmiyyətini üzə çıxarmalıdır. 
Meydan tamaşalarımızın çoxu həmişə insan əməyinin, gücünün 
tərənnümçüsü olmuşdur. Onlar arasında cıdır tamaşaları xüsusi 
əhəmiyyət kəsb etmişdir. 
Məhsul bayramları  təşkil olunarkən zorxana tamaşalarına da 
xüsusi yer ayrılmışdır. Bu baxımdan uzun illər boyu xalqımızı iqtisadi 
bolluğa səsləyən “Şum bayramı”, “Səpin bayramı”, “Çoban bayramı” 
və s. kimi el şənlikləri də yaranmışdır. Onu da deyək ki, mədəniyyət 
müəssisələri də xüsusi tapşırıqla el bayramlarımızı emosional tamaşa 
şəklində nümayiş etdirə bilmişlər. 
İctimai quruluşun dəyişməsi adət və  ənənələrin tərbiyəvi 
mahiyyətini heç də başqalaşdıra bilməmişdir. Yəni adət və  ənənələr 
müasir mərhələdə bütün nəsillərin  əxlaqına, rəftar və davranışlarına 
təsir etmiş, onların bir-biri ilə münasibətlərini tənzimləmişdir. Qeyd 
edək ki, adət və ənənələrlə əxlaq normaları qırılmaz tellərlə bir-birinə 
bağlıdır. Hər bir adət və  ənənə özlüyündə müəyyən  əxlaqi mahiyyət 
daşıyır və insanların bütün həyat fəaliyyətlərində  nəzərə çarpır. Bu 
səbəbdən də adət və  ənənələr  əxlaq və davranış haqqında yazılmamış, 
lakin insanların gündəlik həyatında görünən qanun kimi diqqəti cəlb 
edir. 
Lakin bütün bunlar adət və  ənənəni  əxlaqla eyniləşdirmək cəhdi 
kimi başa düşülmür.  Əxlaq ayrılıqda ictimai şüur formalarından biri 
olub, davranışın, ünsiyyətin, rəftarın ümumi prinsiplərini müəyyən 

 
 
244
edir. Adət və  ənənələr isə  əxlaqın ümumi prinsiplərinə uyğün olaraq 
yaranır və formalaşır. Adət və  ənənələr məhz  əxlaqın ümumi 
prinsipləri  əsasında formalaşdığı üçün qanun təsiri bağışlayır. Bu 
yazılmamış qanunlar insanın hissi-emosional duyğularına təsir 
göstərməklə yanaşı, onu özünə tabe edə bilir. Çox maraqlıdır ki, adət 
və  ənənə insanın özünəməxsus olan şəxsi həyat yaşamına da təsir 
göstərə bilir. Hər bir fərd geyimində  də adət və  ənənə qanunlarından 
kənara çıxmağa çəkinirdi. Yaxud şəxsiyyətin yalnız özü ilə bağlı olan 
ad günlərinin ənənəvi olaraq qeyd olunması da adətlərin əhatə və təsir 
dairəsinin geniş və mühafizəkar mahiyyətindən irəli gəlir. 
Ad günlərinin kütləvi  şəkildə qeyd olunması  ənənəsi çox böyük 
mənəvi-tərbiyəvi  əhəmiyyət kəsb edir. Hər bir insanın ad günü ona 
yaşadığı ömrün ötüb keçmiş  məqamlarının bir daha xatırlanmasına 
səbəb olur. Doğulduğu ildönümü qeyd edən  şəxsin yaxın qohum və 
tanışları onun insani keyfiyyətləri haqqında fikirlər söyləməklə bütün 
məclis iştirakçılarını  mənalı ömür yaşamağa sövq edir. Keçən ömrün 
xeyirxah hadisələri,  şəxsin vətən qarşısında, ailəsi, dostları üçün 
etdiyi xidmətlər və yaxşılıqlar xatırlanır. Ad günü mərasimində iştirak 
edən başqa qonaqlar da səbəbkarın keçdiyi ömür yolunun xeyirxah 
nümunələrinin öz həyatlarına da aid etməyə çalışırlar.  
Digər tərəfdən ad günləri də insanlar arasında mədəni ünsiyyətin 
davam etməsinə  zəmin yaradan ənənəvi vərdişlərimizdən biridir. Bu 
ənənəvi mərasim qohum və tanışları ardıcıl olaraq bir-birinə 
yaxınlaşdırmaq vasitəsidir. Təbii ki, bu kütləvi tədbirlərdə incəsənət 
vasitələrindən də geniş istifadə  edilir.  Bu  da  insanların bədii-estetik 
zövqlərinin formalaşmasında xüsusi rol oynayır.  

 
 
245
Müasir mərhələdə  təhsil sistemi ilə bağlı adət və  ənənələrimizə 
də geniş yer verilir. Demək olar ki, ölkəmizin bütün məktəblərində 
“əlifba bayramı”, “bilik günü”, “ilk zəng”, “son zəng” və s. adlarda 
müxtəlif ənənəvi tədbirlər keçirilir. Belə tədbirlər ilk növbədə uşaq və 
yeniyetmələrin cəmiyyət və  məktəb qarşısındakı  məsuliyyətlərini 
artırır. Nəticədə  məktəbə yenicə daxil olanlar da, məktəbi bitirib 
cəmiyyətin başqa sahələrinə qovuşanlar da öz qarşılarına konkret 
məqsədlər qoyurlar. Həmçinin uşaqlıq və  gəncliyin bu anları 
unudulmaz və  əbədi xatirəyə çevrilir. Xüsusilə, “Son zəng” günü hər 
bir gəncin kövrək yaşam anları kimi yadda qalır. Onlar on bir il 
oxuduqları doğma məktəbdən və müəllimlərdən ayrı düşürlər. Bu 
səbəbdən də, “Son zəng” gunü onlar bir-biri ilə xatirə  şəkilləri 
çəkdirir, küt-ləvi gəzintilər təşkil edir, müxtəlif  şənliklərin 
iştirakçıları olurlar. 
“Müəllim günü”nün kütləvi  şəkildə qeyd olunması da 
ənənəviləşmişdir. “Müəllim günü”nün 1965-ci ildə 29 sentyabr tarixi 
SSRİ Ali Sovetinin 29 sentyabr tarixli qərarından sonra keçirilməsinə 
baxmayaraq, təhsil sistemində çalışan insanların zehni əməkləri, 
onların xidmətləri indiki dövrdə də qiymətləndirilir. Məhz Azərbaycan 
müstəqillik  əldə etdikdən sonra da bu peşə bayramı  hər il oktyabr 
ayının birinci bazar günündə ölkə ictimaiyyəti tərəfindən qeyd olunur. 
Xüsusilə, həmin bayram günü şagirdlər və  tələbələr öz sevimli 
müəllimlərini təbrik edirlər. 
Qeyd olunan adət və  ənənələrin təşkili prosesində  mədəniyyət 
müəssisələri də yaxından iştirak edir, özlərinin bədii özfəaliyyət 
kollektivlərinin iştirakı ilə  həmin tədbirlərə  bədii-emosionallıq 
gətirirlər. 

 
 
246
Adət və  ənənələrlə bağlı olan kütləvi tədbirlərin təşkil olunması 
xüsusi peşəkarlıq səviyyəsi tələb edir. Məhz bu cəhəti nəzərə alaraq 
sovet hakimiyyəti illərində müxtəlif peşə  işçilərinə xidmət göstərən, 
onların  ənənələrini dərindən mənimsəyib bu ənənələri öz mədəni 
tədbirlərində yüksək səviyyədə  işıqlandırmağı bacaran mədəniyyət 
müəssisələri yaradılmışdır. Məsələn, tibb işçilərinin, inşaatçıların, 
neftçilərin, metallurqların və s. peşə adamlarının Bakı  şəhərində 
mədəniyyət sarayları, klubları, mədəniyyət evləri fəaliyyət 
göstərmişdir. Müəllimlərin və  təhsil sisteminin demək olar ki, əsas 
mədəni tədbirləri Respublika Müəllimlər evində hazırlanmış  və  təşkil 
olunmuşdur. Hətta ayrı-ayrı  məktəblərdə  təşkil olunan mədəni 
tədbirlərin hazırlanmasında Respublika Müəllimlər evinin bədii 
kollektivləri və metodistləri yaxından iştirak etmişlər.  
Bakıda onlarla özfəaliyyət kollektivlərinə malik olan Sürücülər 
klubu da fəaliyyət göstərmişdir. Onlar Respublika nəqliyyat işçilərinin 
mədəni-kütləvi sifarişlərini böyük məsuliyyətlə yerinə yetirə 
bilmişlər. Maraqlıdır ki, həmin klubun uzun müddət müdiri 
vəzifəsində çalışan mərhum Əlibaba Əliyev nəqliyyat işçilərinin bütün 
əlamətdar günlərinə aid bilgiləri toplayıb xüsusi lövhələr üzərində 
ictimaiyyətin diqqətinə çatdıra bilirdi. Eyni zamanda Respublika 
nəqliyyat işçilərinin bu kiçik klubunda görkəmli sənətkarlarımız İslam 
Rzayevin yaratdığı xalq çalğı alətləri ansamblı  fəaliyyət göstərir, 
Aydın Çobanoğlunun rəhbərliyi ilə  aşıqlar ansamblı bir çox 
sənətkarların yetişməsinə  və püxtələşməsinə  şərait yaradırdı. Burada 
dram dərnəyi, nağaraçılar kursu və s. özfəaliyyət kollektivləri 
fəaliyyət göstərirdi. 

 
 
247
Yaxud tibb işçilərinin mədəniyyət evində respublikanın xalq 
artisti  Əminə Dilbazinin rəhbərliyi ilə ölkədə tanınmış “Çinar” rəqs 
ansamblı yaradılmışdı. Tərkibcə Tibb Universi-tetinin tələbələrindən 
ibarət olan həmin ansambl öz peşəkarlıq səviyyəsinə görə Azərbaycan 
Dövlət Filarmoniyasında fəaliyyət göstərən Dövlət Rəqs ansamblından 
fərqlənmirdi. Mədəniyyət sarayının müxtəlif bədii kollektivlərlə 
yanaşı xalq teatrları var idi. Xalq teatrı böyük tamaşalar hazırlayır, 
həmin tamaşalarda həvəskar aktyorlarla tərəf müqabili olmaq üçün 
dövlət teatrlarının görkəmli aktyorları da dəvət olunurdu. Bunun da 
nəticəsində peşəkar aktyorlarla tərəf müqabili olan hər bir həvəskar 
sənət məsuliyyətini dərk edir, görkəmli sənətkarlardan teatr 
incəsənətinin xarakterik cəhətlərini öyrənə bilirdilər. 
Mədəniyyət müəssisələrinin çoxluğu Azərbaycanda incəsənətin 
bütün növlərinin ardıcıl olaraq inkişaf etməsinə müsbət təsir 
göstərirdi. Çünki həmin mədəniyyət müəssisələrində incəsənətin bütün 
sahələri üzrə  dərnək və birliklər, kurslar yaradılmışdı. Kursları 
bitirənlərə xüsusi diplomlar verilirdi. Onlar gələcək talelərini 
incəsənətlə bağlayır, öz ixtisaslarını respublikanın bədii təmayüllü ali 
məktəblərində davam etdirirdilər. 
Zavod və fabriklərin, idarə və təşkilatların, təhsil müəssisələrinin 
nəzdində  də klub və  mədəniyyət evləri fəaliyyət göstərirdi.  İndiki 
Səttarxan adına Maşınqayırma zavodunun güclü rəqs, xalq çalğı 
alətləri ansamblı, teatr kollektivi var idi. Təbii ki, bu kollektivlər 
maşınqayıranların asudə vaxtının səmərəli təşkil olunmasında xüsusi 
rol oynamaqla yanaşı, həmçinin onların bədii-estetik zövqlərinin 
inkişaf etməsində də mühüm əhəmiyyət kəsb edirdilər. Demək olar ki, 
Azərbaycanın bütün ərazisində  zəhmətkeşlərin asudə vaxtlarının 

 
 
248
səmərəli keçirilməsi imkanı var idi. Hətta ucqar kəndlərdə  də  hər bir 
fərd kənd klubunda stolüstü oyunlardan başlamış  mədəni istirahətin 
başqa növlərində  iştirak etmək imkanına malik idi. Ən geridə qalmış 
klublarda heç olmasa bir və ya iki özfəaliyyət kollektivi yaradılırdı. 
Seçim imkanı  məhdud olsa da, adamlar həmin özfəaliyyət üzvlərinin 
xidmətindən kəndin  şənliklərində,  ənənəvi bayramlarında kifayət 
qədər  istifadə edə bilirdilər.  
XX  əsrin 80-ci illərinin ortalarında respublikamızın  ərazisində 
klubu olmayan kənd yox idi. Hətta  əksər kəndlərdə kom-pleks şəraiti 
olan mədəniyyət evləri də inşa edilmişdi. Həmin mədəniyyət evlərinin 
əksəriyyətində  əhalinin asudə vaxtının səmərəli keçməsi üçün 
kitabxana  şəbəkələri də yaradılmışdı. Bu kitabxanalar da əhalinin 
maariflənməsi və onun intellektual səviyyəsinin artması üçün planlı 
şəkildə  fəaliyyət göstərirdilər. Bu kitabxanalarda vaxtaşırı olaraq 
müxtəlif sahələrə aid disputlar, mühazirələr, müzakirələr, görüş 
gecələri və s. təşkil olunurdu. Eyni zamanda bütün kitabxanalarda 
ədəbiyyatsevərlər üçün dərnək və birliklər də yaradılırdı. Həmin 
dərnək və birliklərdə minlərlə poeziya həvəskarları  iştirak edirdi. 
Onların istedadlarının inkişaf etməsi üçün real şərait var idi. Həmin 
dərnək və birliklərə respublikada tanınmış  şair və yazıçılar rəhbərlik 
edirdilər. Təbii ki, belə  ədəbi birlik və  dərnəklərin kitabxanalarda 
yaradılması Azərbaycanın ədəbi mühitinə öz müsbət təsirini göstərirdi. 
Bu həvəskarların çoxu sonralar peşəkarlaşa bilirdilər. 
Məlumdur ki, milli mədəniyyətlərin inkişafı eyni zamanda dünya 
mədəniyyətini estetik-bədii sərvətlərlə zənginləşdirir. Babək Qurbanov 
haqlı olaraq qeyd edir ki, hər bir xalqın mədəniyyəti tarixən insanların 
mütərəqqi ideyalarını, həyat tərzini, hiss və  həyəcanlarını, adət və 

 
 
249
ənənələrini əks etdirməklə yanaşı, tez-gec dünya sivilizasiyasının malı 
olur, dünya mədəniyyətini yeni-yeni estetik sərvətlərlə  zənginləşdirir 
[81, s.18]. Məhz bu zənginləşmə prosesində bədii dəyərlərin inkişafına 
xidmət edən mədəniyyət müəssisələrinin çox olması böyük əhəmiyyət 
kəsb edir. 
Qeyd edək ki, 1991-ci ilə qədər “cəmiyyətin intellektual, mənəvi, 
siyasi həyatında mühüm rol oynayan mədəniyyət, incəsənət, mədəni-
maarif müəssisələrinin geniş  şəbəkəsi yaradılmışdır. Respublikamızda 
15 dövlət teatrı, 117 muzey, 50-yə yaxın mədəniyyət və istirahət 
parkı, 4000-dən çox kitabxana, 3500-ə yaxın klub və  mədəniyyət 
evləri, yüzdən çox xalq kollektivi, 2500-dən çox teatr kollektivi, 
1000-dən artıq rəqs kollektivləri fəaliyyət göstərmişdir” [9, s.98]. 
Təbii ki, belə böyük bir potensialla bütün adət və ənənələrimizi bədii-
kütləvi tədbir şəklində təcəssümləşdirmək mümkün olmuşdur.  
Respublikamızın müxtəlif  şəhərlərində  və rayon mərkəzlərində 
kütləvi xalq bayramlarını yüksək bədii emosional səviyyədə  təşkil 
etmək üçün peşəkar rejissorlar, ssenariçilər, bədii tərtibatçılar və 
başqa sənət adamları  cəlb edilmişdir. Bu işin peşəkar mütəxəssislərlə 
təmin olunmasında Respublika Xalq Yaradacılığı  və  Mədəni-Maarif 
İşi üzrə Elmi-Metodik Mərkəzin fəaliyyəti xüsusi olaraq nəzərə 
çarpmışdır. Bu mərkəzdə yaradılmış kütləvi tamaşalar bölməsi bir çox 
ənənəvi el bayramların, mərasimlərin keçirilməsi üçün ssenarilər 
hazırlamış, həmin dramatik materiallar əsasında onları 
teatrlaşdırmışlar.  
Lakin onu da deyək ki, XX əsrin 90-cı illərinin  əvvəllərində 
başqa sahələrdə olduğu kimi mədəniyyət və incəsənət sahəsində də bir 
boşluq yarandı. Təxminən, 2-3 ilə yaxın davam edən bu prosesin acı 

 
 
250
nəticələri boş qalmış teatrlarda, “hörümçək toru” basmış kinoteatr 
salonlarında aydın  şəkildə hiss olunurdu. İncəsənətlə  məşğuliyyət  
unudulurdu. Cəbhə hakimiyyəti hansı məqsədləsə elm və mədəniyyətin 
inkişaf etməsi üçün heç bir tədbir görmürdü. 1993-cü ildən başlayaraq 
isə yeni hakimiyyət nümayəndələri mədəniyyətə olan neqativ 
münasibətləri kökündən dəyişdilər. Hətta, müxalifət qəzetlərindən 
birinin etiraf etdiyinə görə “istər teatr və kino sahəsində, istər 
musiqidə, istərsə  də  rəssamlıq və heykəltaraşlıqda” müəyyən 
tərpənişlər, dirçəlişlər başlandı. Geniş anlamda “mədəniyyət” deyə 
idarə elədiyimiz müstəvidə, “incəsənət” adı altında qavradığımız 
sahədə baş verən həmin dirçəlmə beş ildən çoxdur ki, davam etməkdə 
və bu gün artıq bizdə, sovet dövrünün “standart”larını o qədər də 
yadırğamayan müasir Azərbaycan cəmiyyətində tamam yeni, fərqli 
şəkildə təzahür tapmaqdadır
 
[162, 525-ci qəzet, 2 may, 2001].  
Mədəniyyət sahəsində keçmiş  ənənələrin qorunmasına və inkişaf 
etdirilməsinə olan münasibətlə yanaşı, bazar iqtisadiyyatının 
özünəməxsus tələblərinə uyğun olaraq şoubiznes anla-yışı  və 
maraqları da meydana gəlmişdi. Mədəniyyətdə yaranan yeniliklə 
köhnə  mənəvi xüsusiyyətlər arasında mövcud olan ziddiyyətli 
məqamlar da vardır.Xüsusilə, həmişə dövlət dotasiyası ilə  fəaliyyət 
göstərməyə öyrənmiş  mədəniyyətşünaslar özü-özünü idarə etməyə  və 
maliyyələşdirməyə çalışan  şou-biznes mədəniyyətini peşəkar fəaliyyət 
kimi qəbul etmişdir. Təəssüf Azərbaycan Respublikasının Milli 
Məclisinin Mədəniyyət Məsələləri Daimi Komissiyasının üzvü, 
filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi Nizami 
Cəfərov 
şoubiznes mədəniyyətini ciddi qəbul etmir. O, 
müsahibələrinin birində demişdir: “Ümumiyyətlə,  şou-biznes, yəni 

 
 
251
mədəniyyətin  şoulaşdırılması, publisistikləşdirilməsi, mədəniyyətin 
estrada-laşdırılması    Azərbaycanda müasir dünyada mövcud olan 
vəziyyətdən çıxış eləmir. Sanki, bizim nəvaxtsa, məsələn, XX əsrin 
əvvəllərində unutduğumuz bir dövr olub və biz indi mədəniyyətin 
şoulaşdırılmasına o mərhələdən, yəni dünyanın bu məsələyə  həmin 
dövrdəki münasibətindən başlayırıq. Bu gün dünya mədəniyyətə 
münasibətdə kifayət qədər elitar prizmadan çıxış eləyir, mədəniyyətə 
olduqca fərdi münasibət göstərir. Dünyanın heç bir yerində 
mədəniyyətlə bu cür bizdəki kimi lağlağı eləmirlər”[“525-ci qəzet”, 2 
may, 2001]. 
Lakin  əgər mədəniyyəti maddi və  mənəvi sərvətlərin ümumi 
toplusu kimi qəbul ediriksə,  şou-biznes sənətini də  mədəniyyətdən 
ayırmaq, onun qarşısına sipər çəkmək, mümkün deyildir. Əslində, 
indiki ictimai-siyasi qurum şou-biznes amilinin önə  çəkilməsinə, 
ondan mədəniyyətin inkişafı üçün bir vasitə kimi istifadə edilməsinə 
şərait yaradır. Çünki, müasir şəraitdə  mədəniyyətin özünü 
maliyyələşdirmə problemi bir ehtiyac kimi ortaya çıxmışdır. Məhz bu 
səbəbə görə  də incəsənət sahəsində  şou yaratmaqdan, tamaşaçının, 
dinləyicinin təkcə elitar təbəqənin yox, bütün cibi doluların diqqətini 
cəlb etmək marağı önə  çəkilmişdir. Ancaq bütün bunlar milli-mədəni 
ənənələrdən uzaqlaşmaq amili kimi qiymətləndirilməməlidir.  Şou-
biznes maraqlarından asılı olmayaraq ənənəvi mədəniyyət ləng də olsa 
inkişaf edir və  gələcəkdə  də edəcəkdir. Bu və ya digər formada şou-
biznes də mədəniyyətin ənənəvi formalarının inkişafına yardımçı olur. 
Müğənni, bəstəkar,rejissor və s. sənətkarlar  şou-biznes maraqlarını 
reallaşdırmaqla yaşayır, sənətdən uzaqlaşmır. Deməli o, həm də 
ənənəvi sənətin canlı orqanizmini yaratmaq imkanı əldə edir.  

 
 
252
“Yuğ” teatrının bədii rəhbəri və rejissoru Vaqif İbrahimoğlu da 
“mədəniyyət” anlamı ilə “şou-biznes” anlamının bir-birinə əks qütblər 
kimi qiymətləndirilməsinin  əleyhinədir. O, mədəniyyətə daha geniş 
prizmadan yanaşaraq demişdir: “Geniş  mənada götürəndə, bir ənənəvi 
mədəniyyət var, bir də  təsisatlı  mədəniyyət.  Ənənəvi mədəniyyət öz 
qanunları ilə inkişaf edərək, Bu günkü həddə çatıb və biz istəsək də, 
istəməsək də həmin əbədi, əzəli qanunları ilə də yoluna davam edəcək. 
Söhbət 
ənənəvi-tarixi mədəniyyətdən gedirsə, onun indiki 
durumundan, yaşadığı proseslərdən gileylənməyə  dəyməz” [162, 3-5, 
2001].  
Yuxarda qeyd olunan misallardan göründüyü kimi müasir 
mərhələdə  mədəniyyətin özünün müstəqilləşməsi, onun inkişaf 
xüsusiyyətlərini də  rəngarəng formaya salır.  Ən  əsası odur ki, indi 
mədəniyyət siyasiləşdirilmir. O, günün tələbləri səviy-yəsində  təzahür 
edir. Azərbaycan xalqının  ənənəvi mədəniyyətini təmsil edən 
aktyorlar, müğənnilər, musiqiçilər və başqa incəsənət adamları estetik 
təlabatı  əsas götürsələr də, fərdi iqtisadi problemlərin həllinə  də 
xüsusi diqqət yetirməyə  məcburdurlar. Onlar dinləyicilərin, 
tamaşaçıların bütün təbəqələrinin estetik tələbatlarına tam şəkildə 
cavab verməsələr də, özlərinin biznes maraqlarına uyğun  şəkildə 
hərəkət etməyə çalışırlar. Bu da nəticədə müasir mərhələnin  şou-
biznes ənənələrinin yaranmasına və inkişafına səbəb olur. 
Ən maraqlı  cəhət odur ki, uzun müddət incəsənətin  ənənəvi 
sahələrinə xidmət edən sənətkarlar da müasir bazar iqtisadiyyatı 
şəraitində  şou-biznes  ənənələrinə daha çox meyllənirlər. Onlar da 
auditoriyanın xüsusiyyətlərinə uyğun olaraq yeni ifa tərzləri, üsulları 
seçirlər. Məsələn, dünyada tanınmış müğənnilərimizdən biri olan Alim 

 
 
253
Qasımovun son dövrlərdəki ifaçılıq xüsusiyyətlərini misal göstərmək 
olar. Alim milli ənənəvi muğam və  təsniflərimizi yeni bir tərzdə ifa 
etməklə öz sənətinə olan marağı kütləviləşdirə bilmişdir. Alimin 
ifasında  ənənəvi incəsə-nət və  şou incəsənəti vəhdət halında 
mövcuddur və onlar bir-birini tamamlayır. 
Əslində “şou” özü də mədəniyyətin ayrılmaz hissəsidir. Bu sözün 
hərfi mənası “oyun” və ya “nümayiş etdirmək”, “göstərmək” 
mənasında anlaşılır. 
Rejissor Vaqif İbrahimoğlu haqlı olaraq qeyd edir ki, “hər bir 
konsert, hər bir teatr tamaşası  şoudur.  İstər səhnədə  Şekspirin faciəsi 
oynansın, istərsə  də Molyerin komediyaları. Bizdə  bəzən estradaya, 
əyləncə musiqisinə  “şou”, başqalarına isə “mədəniyyət” adı qoymaqla 
məsələni qarışdırırlar” [162, 3-5, 2001]. 
Əvvəllər rəsmi və ya qeyri-rəsmi mədəniyyət anlayışları mövcud 
idisə, indi müasir ictimai quruluşun xüsusiyyətlərinə uyğun olaraq 
mədəniyyətdəki həmin fərq aradan götürülmüşdür, bu fərqli cəhətlər 
arasında artıq olan sərhədlər ortadan silinmişdir.  İndi yalnız 
kefiyyətdə  və maddi təchizat sahələrində  fərqlər nəzərə çarpır. Qeyd 
olunan fərqli cəhəti rejissor Vaqif İbrahimoğlu aşağıdakı  məzmunda 
izah edir: “Şou-biznesdə maddi təchizat, yəni “raskrutka” ən vacib, ən 
önəmli amillərdən biridir. Məsələn, sizin gözəl səsiniz yoxdur, amma 
mənə 50 – 60 min dollar pul verən olsa, sizdən “pop ulduzu” yaparam. 
Xüsusi bəstəkar tutaram, dalbadal kliplər çəkdirərəm, geniş 
reklamınızı  təşkil edərəm, bir-iki də “skandal” ataram ortaya, 
vəssalam. Siz olarsınız “pop ulduzu”. Və buna mənfi, aşağı  səviyyəli 
bir iş kimi baxmaq da olmaz. çünki mən bu işə xərc, zəhmət qoyuram, 
kimisə, nəyisə  səhnəyə  çıxarıram, cəmiyyətə  təqdim edirəm və  əgər 

 
 
254
cəmiyyətdə ona ciddi tələbat olursa, mən bu işdən qazanıram,  əks 
təqdirdə isə, itirirəm, ziyana düşürəm” [162, 3-5, 2001]. 
Rejissorun fikrindən belə bir Nəticə  çıxır ki, şou-biznes 
mədəniyyəti də  cəmiyyətin və onun üzvlərinin estetik tələbatına, 
zövqünə, rəyinə uyğun olaraq inkişaf edir. Onu zorla kimlərəsə  qəbul 
etdirmək mümkün deyildir. Hər  şey könüllülük prinsipləri  əsasında 
baş verir. Belə ki, indi biznes maraqları təkcə teatr, musiqi sahələrində 
deyil, rəssamlıqda, memarlıqda və digər incəsənət məşğuliyyətlərində 
də özünü büruzə verir. 
Müasir mədəniyyət müəssisələri də  şou-biznesin maliyyə 
dəyərlərini nəzərə alıb onun inkişaf etdirilməsində daha maraqlıdırlar. 
Məhz buna görə  də  mədəniyyət növlərinə  təkcə  mənəvi kamilləşmə 
vasitəsi kimi baxılmır, ona gəlir əldə etmək, varlanmaq imkanları kimi 
də diqqət yetirilir. 
Ənənəvi mədəniyyətdən ayrılıb  şou-biznesə kömək hələlik bütün 
mədəniyyət müəssisələrinə müyəssər olmur. Xüsusilə, kənd 
mədəniyyət müəssisələri mahiyyət etibarı ilə  ənənəviliyə üstünlük 
versə  də,  əslində özünün tam durğunluq dövrünü yaşayır. Çünki, 
dövlət dotasiyasının ümidinə qalmaq kənd mədəniyyət müəssisələrinin 
fəaliyyətini məhdudlaşdırır.  Əhalinin çətin iqtisadi vəziyyətdə 
yaşaması da kənd yerlərində  mədəni  əyləncələrə marağı azaltmışdır. 
Daha doğrusu, həm kənd mədəniyyət müəssisələrinin  şou-biznes 
xarakterli tədbirlər keçirmək imkanı yoxdur, həm də  kənd  əhalisinin 
sosial-iqtisadi durumu belə tədbirlərin reallaşmasına imkan vermir.  
Vaxtilə  kənd klublarında fəaliyyət göstərən xalq özfəaliyyət 
kollektivlərini də yaratmaq və saxlamaq çətinləşmişdir. Maliyyə 
çətinlikləri ilə  əlaqədar olaraq son beş ildə klublar üçün musiqi 

 
 
255
alətləri, texniki vasitələr, bədii özfəaliyyət iştirakçıları üçün paltar 
alınmamışdır.  İstər rayon, istərsə  də respublika tədbirlərinin 
keçirilməsində böyük çətinliklər mövcuddur.  
Qusar rayon Mədəniyyət şöbəsinin müdiri Ş.Şərifovun 1999-cu il 
“Mədəni-maarif” jurnalının 2-ci sayında dərc olunan məqaləsindən 
götürülmüş bu ifadələr  əslində Azərbaycanın bütün rayonlarındakı 
vəziyyəti  əks etdirir. Faktiki olaraq köhnə üsullar ilə  işləməyə  vərdiş 
etmiş mədəniyyət müəssisələri müasir cəmiyyətin tələbləri səviyyəsinə 
uyğunlaşa bilmirlər. Məhz buna görə  də  əsasən iqtisadi çətinliklərdən 
şikayət edilir. Köhnə iş mexanizmi isə müasir dövr üçün yaramır. 
Kənd mədəniyyət müəssisələrindəki durğunluq istedadların aşkar 
edilib üzə  çıxmasına da mane olur. Halbuki, vaxtilə  ən istedadlı 
müğənnilər və aktyorlar kənd özfəaliyyət kollektivləri içərisindən üzə 
çıxırdı. 
Bakı  şəhər mədəniyyət müəssisələrində isə  mədəniyyətin 
inkişafına olan ənənəvi münasibətlər çətin də olsa, hələlik yaşayır. 
Məsələn, 2001-ci ilin aprel ayında  Şəhriyar adına mədəniyyət 
mərkəzində Azərbaycan “Muğam assosiasiyası  gənc muğam ustaları 
arasında “Muğam-2001” adlı respublika müsabiqəsi keçirmişdir. Üç 
turdan ibarət olan müsabiqədə 30 nəfər gənc iştirak etmişdir. Onlardan 
14 nəfəri finala çıxmışdır. Finalçıların 11 nəfəri laureat adı 
qazanmışdır.  
Müsabiqənin sponsor-təşkilatçıları “Devon Energi Korporesion” 
şirkətinin filialı “Penuvoyi Kaspion Korporesion” və “Yunikal Xəzər” 
neft şirkətləri olmuşlar. 
Mədəniyyət müssisələrində xeyriyyə marafonlarının keçirilməsi 
də  ənənəvi xarakter daşıyır. Belə marafonları keçirməklə  mədəniyyət 

 
 
256
müəssisələri həm özlərinin maliyyə  çətinliklərini qismən aradan 
qaldıra bilir, həm də şəhid ailələrinə və imkansız qaçqınlara yardımlar 
edirlər.  
Qum adası NQÇİ-nin Qurban Abbasov adına mədəniyyət 
sarayında belə  tədbirlərin keçirilməsi  ənənəvi hal almışdır. Burada 
tez-tez “Torpaq uğrunda ölən varsa, vətəndir” devizi altında maraqlı 
tədbirlər keçirilir. “Atəşgah” instrumental ansamblının, “Gülarə” milli 
rəqs qrupunun iştirakı ilə geçirilən belə  tədbirlərin birində 7 milyon 
356000 manat vəsait toplanmış, həmin vəsaitdən 30 şəhid ailəsinə 
yardımlar edilmişdir. Eyni zamanda həmin pulla mədəniyyət sarayının 
bəzi kollektivlərinin paltar problemi də həll olunmuşdur.  
Mədəniyyət sarayı  ətraf  ərazidə yaşayan  əhalinin mənəvi 
cəhətdən zənglinləşməsi, onların vətənə olan məhəbbətinin artması, 
milli  ənənələrimizin yaşaması  və inkişaf etməsi üçün müxtəlif 
məzmunlu tədbirlər geçirir. Xalqımıza qarşı  təcavüzü  əks etdirən 
“Qanlı yanvar”, “Xocalı, qan yaddaşı” ədəbi bədii kopozisiyalar, milli 
el bayramına həsr olunmuş “Novruz şənlikləri”, uşaq bayramları  və s. 
mədəniyyət sarayının özünün keçmiş  iş  ənənələrinə sadiq qaldığını 
göstərən faktlardır.  İqtisadi çətinliklərə baxmayaraq kollektiv 
vaxtaşırı olaraq mədənikütləvi tədbirlərin təşkilinə  də imkan əldə edə 
bilər. Mədəniyyət müəssisəsi pullu xidmət sahələrini yaradır, müəyyən 
şirkət və özəl təşkilatların hamiliyindən istifadə edərək tarixi, ənənəvi 
günlərin bədii-emosional səviyyədə keçirilməsi üçün imkanlara malik 
olur. Mədəniyyət sarayında 2 ədəd fəaliyyət göstərən kinoqurğu, 1 
ədəd videozal, oyun avtomatları salonu, əyləncə  və istirahət otaqları 
vardır. Eyni zamanda burada tar, qarmon, saz, nağara dərnəkləri, 
biçmə-tikmə, bərbərlik, tibb bacısı kursları fəaliyyət göstərir.  

 
 
257
Təkcə 2000-ci ildə  mədəniyyət sarayında 92 mədəni-kütləvi 
tədbir keçirilmişdir. Həmin tədbirlərdə 30600 nəfər adam iştirak 
etmişdir.  
Mədəniyyət sarayının 2 rəqs kollektivi, dram və kukla teatrları, 
sirk studiyası, bədii qiraətçilər qrupu, xalq çalğı alətləri ansamblı və s. 
vardır.  
Yuxarıda adı  çəkilən mədəniyyət sarayından götürülən faktlar 
mədəni  ənənələrin qorunmasında mədəniyyət işçisinin peşəkarlığının, 
yüksək erudisiyaya malik olmasının böyük əhəmiyyət kəsb etdiyini bir 
daha təsdiqləyir. Peşəkar olan və müasir iqtisadi çətinlik 
vəziyyətindən çıxmağı bacaran mədəniyyət işçiləri ictimai-siyasi 
proseslərə ayıq gözlə baxır və real çıxış yolu tapa bilirlər. Onlar bütün 
fəaliyyətlərini özlərinin işgüzarlığı ilə  tənzimləyir, gözlərini dövlət 
dotasiyasına dikmirlər. Yeri gəldikdə  şou-biznesə  əl atır, mədəniyyət 
müəssisəsi üçün müstəqil fəaliyyət məkanı yarada bilirlər. Təbii ki, 
ölkədə mövcud olan müstəqil fəaliyyət azadlığı  mədəniyyət 
müəssisələrinin həm qazanmaq, həm də  mədəni  ənənələrə sadiq 
qalmaq imkanlarını artırır. Bacarıqlı  mədəniyyət işçisi öz işini sosial 
sifarişlər  əsasında qurur, biznesmenlərin maraqlarını  nəzərə alaraq 
onun nümayəndələri ilə  mədəni iş birliyi yarada bilirlər. Bu iş birliyi 
həm də  mədəniyyət müəssisəsinin fəaliyyətində  rəngarənglik yaradır, 
müxtəlif məzmunlu və müxtəlif estetik təsir gücünə malik olan 
tədbirlər meydana gəlir. Onların arasında həm  şou-biznes, həm də 
ənənəvi mədəniyyət vardır.  
İndiki tarixi mərhələdə yasaqlar, qadağalar olmadığından, 
qanunlarımızın mədəniyyətin azad inkişafına  şərait yaratdığından 
mədəni fəaliyyət dairəsi də genişlənir. 

 
 
258
Əgər  əvvəllər Azərbaycan mədəniyyəti dar çərçivədə SSRİ 
məkanında tanınırdısa, indi dünyanın bir çox ölkələrində 
Azərbaycanın mədəniyyət ongünlükləri keçirilir, muzeylərimizin və 
rəssamlarımızın sərgiləri təşkil olunur. Rusiyada, Türkiyədə, 
Almaniyada, Gürcüstanda, ABŞ-da, Kanadada və başqa ölkələrdə 
Azərbaycanın mədəniyyət və incəsənət ustalarının çıxışları olmuşdur. 
Əvvəlki dövrdən fərqli olaraq mədəniyyət və incəsənət ustalarımız 
xarici səfərlər zamanı  həm Azərbaycanın mənəvi mədəniyyətinin 
zənginliyini nümayiş etdirmək imkanı  əldə edir, həm də onlar öz 
yaradıcılıq fəaliyyətlərinin bəhrəsini görürlər.  
Rus kulturoloqu Q.L.Tulçinski çox haqlı olaraq sovet dövründə 
mədəniyyət müəssisələrinin fəaliyyətinin partiya, komsomol və 
həmkarlar təşkilatları  tərəfindən idarə olunduğunu qeyd edir. 
Mədəniyyət müəssisələrində  əsasən qeyd olunan bu təşkilatların 
iclasları, konfransları,  əlamətdar günlərlə bağlı olan tədbirləri 
keçirilirdi. Onun fikrincə, sosializm cəmiyyəti dağıldıqdan sonra 
mədəniyyət müəssisələrinin  əvvəlki sifarişçiləri mahiyyət etibarı ilə 
dəyişdi. Mədəniyyət müəssisələrinin sifarişçilərinin miqyası daha da 
genişləndi. Sənaye müəssisələri, kommersiya strukturları, banklar, 
kənd təsərrüfatı müəssisələri, siyasi partiyalar, ictimai birliklər 
mədəniyyət müəssisələrinin sifarişçiləri oldular. Onların hər biri 
özlərini ictimaiyyətə  təqdim etmək üçün mədəniyyətin bədii-
emosional vasitələrinə ehtiyac duyurlar [152, s.28-29].  
Deməli, bütün mərhələlərdə  mədəniyyət və incəsənətin bədii-
emosional vasitələrinə olan ehtiyac mahiyyət etibarı ilə  dəyişmir. O, 
həmişə bir tələbat  şəklində yaşayır, insanların gündəlik fəaliyyətlərini 
stimullaşdırır.  İnsan fəaliyyətinin keyfiyyət dərəcəsinə  təsir göstərir. 

 
 
259
Məsələn, hər hansı istehsal müəssisəsi geniş əhali səviyyəsində reklam 
olunmaq üçün incəsənət vasitələrindən istifadə edir. Müəssisə  bədii 
şoutamaşalarda,  şou-idman oyunlarında,  şou-konsertlərdə özünün 
məhsulunun reklamı üçün mədəniyyət müəssisəsi ilə müqavilələr 
bağlayır. Bu tipli əlaqələr maddi maraqlar əsasında baş verir. 
Mədəniyyət müəssisəsi özünün fəaliyyətini mövcud reallıqlara, bazar 
iqtisadiyyatının tələblərinə uyğunlaşdıraraq qurur və ilk növbədə 
özünün maddi maraqlarına üstünlük verir. Buna görə də bütün mədəni 
kütləvi tədbirlərini həm də sifarişçi təşkilatın maraqlarına 
uyğunlaşdırır. Hətta bir mədəni kütləvi tədbir  ətrafında müxtəlif 
maraqlar cəmlənir. Məsələn, hər hansı kütləvi tədbirdə dövlətin, siyasi 
və ictimai qurumun, istehsal müəssisəsinin, təhsil müəssisəsinin, 
mədəniyyət və  səhiyyə müəssisəsinin və s. təşkilatların maraqları 
birləşə bilər. Məsələn, S.Əmirxanov “Muzey və 
məktəbli 
dünyagörüşü” kitabında muzeyin iş  təcrübəsinə istinad edərək 
yazmışdır: “R.Mustafayev adına Azərbaycan Dövlət  İncəsənət 
Muzeyinin yaradıcı kollektivi, xüsusilə, ekskursiya-kütləvi iş 
şöbəsinin, məktəb bölməsinin  əməkdaşları  məktəblilərin bədii-estetik 
tərbiyəsi sahəsində  səmərəli fəaliyyət göstərir. Muzeyin məktəb 
bölməsi bir qayda olaraq ibtidai, orta və yuxarı siniflər, habelə 
texniki-peşə, ali və orta ixtisas məktəbləri üçün hər tədris ili üzrə 
mühazirə  və söhbətlərin mövzusunu qabaqcadan müəyyənləşdirərək 
“məktəbə kömək” adı ilə çap etdirir, yerlərə göndərirlər [44, s.60].  
Məhz muzeyin həyata keçirdiyi bu mədəni tədbirdə muzey, 
məktəb, cəmiyyət, dövlət və s. kimi təşkilatların maraqları var. 
Onların hər biri bu tədbirdən bəhrələnir. Eyni zamanda ayrı-ayrı  fərdi 
şəxslərin də maraqları mövcuddur. Mədəni fəaliyyəti yüksək 

 
 
260
peşəkarlıqla təşkil etmək hesabına muzeyin gəlirini də artırmaq 
mümkündür. Bu da indiki bazar iqtisadiyyatı  mərhələsində muzey 
əməkdaşlarının hər birinin xeyrinədir. Çünki indiki şəraitdə muzeyin 
ümumi gəliri artdıqca onların  əməkdaşlarının da maddi imkanları 
yaxşılaşır.  
Müstəqillik əldə olunduqdan sonra mədəniyyət sahəsində mövcud 
olan milli ənənələrin, bayram mərasimlərinin yaşamaq və inkişaf 
etmək mühitinin yaxşılaşdırılması ilə yanaşı, yeni məzmun kəsb edən, 
xüsusilə, bir soy kökdən olan türk dünyasını birləşdirmək məqsədinə 
xidmət edən yeni adət və ənənələrimiz də meydana gəlmişdir. Bu adət 
və  ənənələrin yaranmasında  əsas rolu türk dilli dövlətlərin başçıları 
oynamışlar. Tarixin yaddaşında qalmış  ən böyük hadisələr, 
şəxsiyyətlər türk dilli xalqları bir-birinə yaxınlaşdırmaqda xüsusi 
əhəmiyyət kəsb edir. Məhz, türkdilli xalqların başqanlarının zirvə 
görüşləri də  əsasən yeni məzmunlu mədəni-kütləvi  ənənələrin 
meydana gəlməsindən qidalanır. “Manas” eposunun, “Kitabi – Dədə 
Qorqud” dastanının ildönümlərinin,  Əmir Teymurun 660, Məhəmməd 
Füzulinin 500, Abay Kununbayevin 150 illik yubileylərinin 
başqanların zirvə görüşləri səviyyəsində qeyd edilməsi, Qazaxıstanın 
təzə paytaxtının açılış  mərasiminin bayrama çevrilməsi və başqa 
əlamətdar anların birgə yaşamı yeni mədəni  əlaqələrin inkişafını  əks 
etdirir. Belə mədəni əlaqələr Sovet İttifaqı dağıldıqdan sonra mahiyyət 
etibarı ilə yeni məzmunlu  ənənələr olsa da, əsrlər boyu yaranmış  və 
yaşamış zəngin mənəvi irs üzərində təşəkkül tapır. 
Müasir tarixi mərhələdə  həmişə  “Şərqin qapısı” kimi tanınmış 
Azərbaycan yeni “İpək yolu” üzərində öz mədəniyyətini inkişaf 
etdirmək  şansı  əldə etmişdir.  İndi bütün Qafqaz, eləcə  də Azərbaycan 

 
 
261
dövləti Avrasiya siyasətində böyük strateji əhəmiyyətə malikdir. “İpək 
yolu” bütün türk dilli xalqlar arasında mədəni  əlaqələrin daha da 
genişlənməsinə yeni imkanlar açır. Bu yol Azərbaycandan Orta 
Asiyanın mərkəzindəki  Əhməd Yasəvi türbəsinə, Macarıstandakı 
Gülbaba türbəsinə, Dobrucadakı Babadağ camisinə, Bosniyadakı 
Mostar körpüsündən Aşqabaddakı  Ərtoğrul Qazi körpüsünə  qədər 
uzanır. 
Türkdilli xalqların mədəni-ənənəvi  əlaqələrinin genişlənməsində 
“TÜRKSOY” adlanan təşkilatın da böyük xidmətləri vardır. Bu 
mərkəz 1993-cü ildə Azərbaycan, Qazaxıstan, Türkiyə, Özbəkistan və 
Türkmənistan dövlətlərinin mədəniyyət nazirlərinin toplantısı zamanı 
yaradılmışdır. TÜRKSOYUN fəaliyyət mərkəzi kimi Türkiyənin 
Ankara  şəhəri seçilişidir. Bir müddətdən sonra Başqırdıstan və 
Tatarıstan respublikalarının mədəniyyət nazirlikləri də bu təşkilatla 
mədəni işbirliyinə qoşulmuşdur. TÜRKSOYUN ilk baş direktoru isə 
Azərbaycan Dövlətinin mədəniyyət naziri Polad Bülbül oğlu 
seçilmişdir [77, s.193]. Məhz Azərbaycan Dövlətinin Mədəniyyət 
Nazirinin TÜRKSOYUN rəhbəri seçilməsi türk dünyası daxilində 
aparıcı dövlətlərdən biri kimi nüfuza malik olduğumuzu təsdiqləyir.  
Azərbaycanın müstəqillik  əldə etdiyi 1991-ci ildən başlayaraq 
mədəniyyət və incəsənətimizin bir sıra sahələri üzrə yeni beynəlxalq 
ənənələrimiz yaranmışdir. 
1991-ci ildən başlayaraq Başqırdıstanın paytaxtı Ufada türkdilli 
xalqların iştirakı ilə beş ildən bir keçirilən “Tuqanlıq” (doğmalıq, 
qardaşlıq mənasındadır) adlı teatr festivalı siyasi və mədəni baxımdan 
əlamətdar olduğu kimi Azərbaycan – Türkiyə teatr əlaqələri sahəsində 
də mühüm əhəmiyyət kəsb etmişdir. “Tuqanlıq” festivalı ikinci dəfə 

 
 
262
1996-cı ildə yenidən Ufada keçirilmişdir. Burada Azərbaycanı “Yuğ” 
teatrı  təmsil etmişdir. Üçüncü festival 2000-ci ilin may ayının 26-dan 
iyunun 2-nə  qədər Ufada davam etmişdir. Burada Azərbaycan Dövlət 
Akademik Milli Dram teatrı  şair-dramaturq Nəbi Xəzrinin eyni adlı 
pyesi  əsasında hazırlanan “Burlaxatun” tamaşası ilə  təmsil 
olunmuşdur. Festivalda Başqırdıstanın A.Mübarəkov adına Sibay 
Dövlət teatrı T.Qəniyevanın “Tıeqaris” adlı iki hissəli faciə, 
Qırğızıstan Respublikasının “Tuncuq” Gənclər Dram Teatrı 
S.Rzayevlə, N.Abdıqədirovun, Çingiz Aytmatovun “İldən uzun gün” 
əsəri əsasında yazdıqları “Tayamam” pyesi, Krım-Tatar Musiqili Dram 
Teatrı V.Şekspirin “Maqbet” M.Auzov adına Qazaxıstan Dövlət 
Akademik Teatrı K.Aşirin “Adamın oğlu Kain” əsəri, Türkiyənin 
Sivas Dövlət Teatrı O.Asanla, D.Atayın “Qərbdə intiqam” əsəri, 
M.Qafuri adına Başqırd Akademik Dram Teatrı M.Kərimin “Aygül 
diyarı”, Tuvin Musiqili Dram Teatrı E.Micitin “Sən kimsən, Südabə?” 
dramı, Mqagira adına Qaqauz Teatrı A.Buranın “Mənbə” romantik 
dramı, K.Quliyev adına Bolqar Dövlət Teatrı M.Olmazovun “Knyagina 
Roşiyar” pyesi, Altay Respublikasının Dram Teatrı K.Nağıyevin 
“Sənin günəşin doğacaq”  əsəri, Karaçayev Respublikasının Dram 
Teatrı M.Vatçayevin “Tale və namus” dramı ilə təmsil olunmuşlar. Bu 
teatr festivalı türkdilli xalqları birləşdirmək yolunda atılan ilk 
addımlardan biri olmuşdur. Həmin festivalın 3-cü mərhələsindən sonra 
elmi-əməli konfrans keçirilmiş  və ayrı-ayrı respublikalardan gəlmiş 
alimlər və teatr xadimləri tədbirin mədəni  əhəmiyyəti haqqında 
çıxışlar etmişlər. 
Türkiyə dövləti ilə Azərbaycan arasında daha geniş  mədəni 
ənənələr yaranmışdır. Musiqi, teatr, kino, təsviri incəsənət sahəsində 

 
 
263
meydana gələn ənənələr iki qardaş xalqa bir-birinin mədəniyyətləri ilə 
daha yaxından tanış olmaq imkanı vermişdir. Türkiyənin tanınmış 
sənət adamları Bakıya gəlmiş, eyni zamanda bizim musiqiçilərimiz, 
teatr xadimlərimiz Türkiyədə qastrol səfərlərində olmuşlar. Məsələn, 
2000-ci ilin iyul ayının 17-dən xüsusi dəvətlə Türkiyəyə gedən 
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyorları bir 
həftə  ərzində qardaş ölkənin  bir çox şəhərlərində  Nəbi Xəzrinin 
“Burlaxatun” əsərinin tamaşasını göstərmişlər. 
1995 – 2000-ci illər arasında Türkiyə Cumhuriyyəti ilə teatr 
əlaqələrimiz daha geniş yer tutmuş, buranın ayrı-ayrı  şəhərlərində 
İ.Əfəndiyevin “Hökmdar və  qızı”, B.Vahabzadənin “Özümüzü kəsən 
qılınc”, Elçinin “Mənim sevimli dəlim” və başqa  əsərlər tamaşaya 
qoyulmuşdur. 
1999-cu ilin noyabr ayının 22-dən 28-dək Ankarada olan 
“Pantomim” teatrı “Yaşanır bir dünya üçün sənət” devizi altında çox 
maraqlı  çıxışlar etmişlər. Həmin vaxt teatr Məhəmməd Füzulinin 
“Leyli və Məcnun” poemasının motivləri əsasında hazırlanan proqram, 
Polad Bülbüloğlunun musiqisinin əsasında işlənilmiş pantomim 
tamaşa ilə çıxışlar etmişlər. 
Türkiyəyə qastrol səfərlərinə getmək bu teatrda da ənənə  şəklinə 
keçmişdir. Onlar 2000-ci ildə də Azərbaycanı təmsil etmişlər. 
1999-cu ilin mart ayında  İstanbul  şəhərində Osmanlı Türk 
İmperatorluğunun 700 illiyinə  həsr olunmuş “Türk dünyası” teatrları 
ilə yanaşı, Milli Akademik Teatrımız Elçinin “Mənim sevimli də-lim” 
əsəri ilə təmsil olunmuşdur. Onların bu çıxışları Türkiyə – Azərbaycan 
teatr  əlaqələri sahəsində yadda qalan əlamətdar hadisəyə çevrilmişdir. 
Belə ki, ölkəmizin Prezidenti Heydər  Əliyevin sədr olduğu “Mərmərə 

 
 
264
qrupu” idarə heyətinin qərarı ilə tamaşanın dramaturqu, Azərbaycan 
dövlətinin  baş nazirinin müavini, xalq yazıçısı Elçin ölkələrarası 
mədəni  əlaqələrin inkişaf etməsi sahəsindəki xidmətlərinə görə  fəxri 
mükafata layiq görülmüşdür [77, s.196]. 
Əvvəllərdə olduğu kimi, indi də türkdilli dövlətlərlə  mədəni 
əlaqələrin genişlənməsində TÜRKSOY mərkəzinin  ənənəvi fəaliyyəti 
daima müxtəlif tədbirlərlə zənginləşir. 2001-ci ilin yanvar ayının 16 – 
17-də Bakıda Rəşid Behbudov adına Mahnı teatrında TÜRKSOY-un 
XV toplantısı keçirildi. Toplantıda Türkiyə, Qazaxıstan, Qırğızıstan, 
Türkmənistan, Quzey Kıprız, Tatarıstan, Başqırdıstan, Xakasiya, 
Qaqauz – Yeri, Saxa (Yakutiya) nümayəndələri də iştirak etdilər. 
TÜRKSOY-un bu yığıncağında türkdilli xalqların zəngin mədəni 
irsi haqqında məruzələr dinlənilmiş,  əlaqələrin beynəlxalq miqyasda 
inkişaf etməsi üçün yeni proqram qəbul olunmuşdur. Sənəddə 
TÜRKSOY-un YUNESKO ilə ikitərəfli  əlaqələrinin genişləndirilməsi 
və onun Parisdəki mənzil qərargahında türk dili və  mədəniyyəti 
həftəsinin  keçirilməsi nəzərdə tutulur. Həmin tədbir 2002 – 2003-cü 
illər üçün proqramlaşdırılır.  
1998-ci ildə Türkiyədə türk dünyası  rəssamlarının Bey-nəlxalq 
Yaradıcılıq laboratoriyası təşkil olunmuşdur. 
Burada ardıcıl olaraq keçirilən “Opera günləri”, “Şairlər 
bulaşmaları” (məclisləri) və başqa tədbirlər türkdilli xalqların adət və 
ənənələrinin qarşılıqlı şəkildə inkişafına təkan verir. 
Azərbaycanın  İran, Çin, Rusiya, Gürcüstan və başqa ölkələrlə  də 
mədəni əlaqələri ölkəmizin  milli maraqları zəminində inkişaf etdirilir. 
1997-ci ilin dekabr ayının 8 – 11-də Tehranda keçirilən  İslam 
konfransı təşkilatının zirvə toplantısında İranın Prezidenti S.M.Hatəmi 

 
 
265
və digər rəhbərlərlə görüşlər zamanı Azərbaycan Prezidenti Heydər 
Əliyev ölkələr arasında mədəni  əlaqələrin genişlənməsinə yüksək 
qiymət vermişdir [61, s.34]. 
Rusiya ilə isə iki ölkə arasında imzalanmış sazişlərə uyğun 
olaraq mədəni  əlaqələr gündən-günə artır, Moskvada, Sankt-
Peterburqda və Bakıda iki ölkənin mədəniyyət və incəsənət ustalarının 
ardıcıl olaraq mədəniyyət ongünlükləri keçirilir. Məsələn, Rusiyanın 
A.Çexov adına MBAT-ı, Osipov adına xalq çalğı alətləri orkestri, 
Perm  şəhər Akademik Opera və Balet teatrı, P.Çaykovski adına 
Akademik Simfonik Orkestrinin konserti və bir çox məşhur estrada 
artistləri Bakının və Sumqayıtın mədəniyyət müəssisələrində  çıxışlar 
etmişlər. 
Həmçinin, Moskvada və Sankt-Peterburqda Azərbaycanın 
mədəniyyət ongünlüyü keçirilmişdir. 2000-ci ilin dekabr ayında 
Azərbaycan Mədəniyyət Nazirliyi İncəsənət baş idarəsinin rəisi 
Ə.Lalayevin rəhbərliyi ilə bir qrup sənət ustaları Moskva şəhərində 
xalq artisti Nəsibə Zeynalovanın adını daşıyan teatrın açılışında iştirak 
etmişlər.  
Mədəni əlaqələr tariximizdə əldə etdiyimiz təcrübədən aydın olur 
ki,  ənənəvi proseslərin qarşılıqlı ünsiyyət münasibətlərində inkişaf 
etməsi millətlərarası  əlaqələrin, yaxınlaşmaların adət  şəklində 
formalaşmasına əsaslı zəmin yaradır.  
Məhz Rusiya və başqa MDB ölkələri ilə indi də davam edən 
mədəni  əlaqələr sovet dövründə adət  şəklini almış  mədəni  əlaqələrin 
ənənəvilik halına keçməsindən irəli gəlir. Maraqlıdır ki, hazırda ayrıca 
müstəqil dövlətlər olsaq da, böyük tarixə malik olan mədəniyyət 
ənənələrindən ayrıla bilmirik. Xalqımıza tarixən düşmən kəsilmiş 

 
 
266
Ermənistanı  çıxmaq  şərtilə, başqa MDB ölkələri ilə  mədəni  əlaqələri 
qoruyub saxlaya bilmişik.  
Sevindirici haldır ki, Azərbaycanda mədəniyyəti və incəsənəti 
daha da inkişaf etdirmək üçün müxtəlif ictimai təşkilatlar və 
assosiasiyalar yaradılmışdır. Onlar mədəniyyət və incəsənət sahəsinə 
xidmət edən dövlət təşkilatları  və müəssisələri ilə  iş birliyi yaradır, 
dövlətin mədəniyyət siyasətinin formalaşmasına kömək edən müxtəlif 
layihələr hazırlayırlar. “Simurq” Azərbaycan Mədəniyyət 
Assosiasiyası respublikada milli mənafeyimizə uyğun olan yeni 
mədəni fəaliyyət  ənənələri yarada bilmişdir. Məsələn, “Simurq” 
Mədəniyyət Assosiasiyası 2001-ci ilin iyun ayının 5-dən 9-na qədər 
Mədəniyyət Nazirliyi, Sülh fondu, “İrşad” mərkəzi ilə, “Soros” Açıq 
Cəmiyyət institutunun maliyyə köməyindən istifadə edərək, 
“Azərbaycanda yeni mədəniyyət siyasətinin formalaşmasına kömək” 
adı altında elmi-təcrübi seminar-treninqlər keçirmişdir. Seminar-
treninqdə Nizami adına 
Ədəbiyyat muzeyinin, Mədəniyyət 
Nazirliyinin, Azərbaycan Dövlət Mədəniyyət və 
İncəsənət 
Universitetinin,  İdman, Gənclər və Turizm Nazirliyinin, Mədəniyyət 
İşçiləri Həmkarlar  İttifaqının, Azərbaycan qadın təşkilatlarının 
nümayəndələri iştirak etmişlər. Seminar-treninqlərin  əsas aparıcı 
mövzusu “Mədəniyyətin sosial imkanları  və Azərbaycanda yeni 
mədəniyyət politalogiyasının formalaşmasında vətəndaşların rolu” 
olmuşdur [157, 7 iyun, 2001]. Respublikada görülən bu işlər müasir 
mərhələdə  mədəniyyətin inkişaf yollarına nəzər salmağa, yeni 
ənənələrin inkişafını sürətləndirməyə  təkan verir. Eyni zamanda 
keçmiş zamanlarda yaranmış adət və  ənənələrimiz də unudulmur, 
onlara müasir həyat tərzinin tələblərinə uyğun olaraq dövlət 
səviyyəsində qayğı göstərilir. Məsələn, fəsil bayramımız olan 
“Novruz”un  şəxsən ölkə Prezidentinin iştirakı ilə qeyd olunması 

 
 
267
ənənəvi hal almışdır. Bununla əlaqədar olaraq Novruz bayramı 
haqqında mətbuatda, ictimai elmi ədəbiy-yatlarda geniş  məlumatlar 
verilmişdir. Milli Elmlər Akademi-yasının 2001-ci ildə filologiya, 
tarix, incəsənət üzrə elmi axtarışlarının IV toplusunda Natiq Abbasov 
yazmışdır: “Bu gün müstəqil dövlətimizin suverenliyi şəraitində 
Novruz əsl bayram kimi qeyd edilir. Hətta Prezidentimiz həmin gün də 
elin, camaatın içərisinə  çıxır, meydanlarda, şənliklərdə xalqın 
sevincinə şərik olur… Musiqiçilərimiz, aktyorlarımız bayram xüsusiy-
yətlərinə uyğun tamaşalar göstərir, musiqilər ifa edirlər” [1, s.276]. 
İndiki mərhələdə  mədəniyyət müəssisələri məhz Novruz bayramı 
gününü yeni il şənliyi səviyyəsində qeyd edirlər. Bu xüsusiyyət 
Novruz bayramının daha da təntənəli keçirilməsinə imkanlar yaradır. 
Mədəniyyət müəssisələri Novruz bayramı günlərindəki  şənliklərdə 
iştirak edən uşaqlara bayram hədiyyələri təqdim edir, hazırladıqları 
bədii proqramlarla onun mədəni-estetik mahiyyətini daha da artırırlar.  
Məlum olduğu kimi, Novruz bütün bayramlardan fərqli olaraq 
həmişə xalq tərəfindən sevinc hissi ilə qarşılanmışdır. Çünki o, öz 
gəlişi ilə xalqın həyat  şəraitinin yaxşılaşacağına ümidlər yaratmışdır. 
Bu bayram əkinçilik, məhsul bolluğu yaratmaq etiqadları ilə 
zənginləşmişdir.  
Novruz bayramını kütləvi  şəkildə qeyd etmə  ənənəsinin qədim 
tarixi vardır. Onun mənşəyi və mahiyyəti haqqında  Ə.Firdovsinin 
“Şahnamə”sində, Ömər Xəyyamın “Novruznamə”sində,  Əbu Reyhan 
Əl-Biruninin “Keçmiş  nəsillərdən qalan izlər”  əsərində, Nizam Əl-
Mülkün “Siyasətnamə”sində, 
Əfzə-ləddin Xaqaninin, Nizami 
Gəncəvinin, Qətran Təbrizinin, Nəsrəddin Tusinin, Məhəmməd 
Füzulinin və s. başqa klassik-lərin  əsərlərində,  şer və poemalarında 
geniş  məlumatlar verilir. Novruz bir çox şərq ölkələrinin ayrı-ayrı 

 
 
268
xalqları  tərəfindən yeni il bayramı kimi qeyd edilir. Təəssüflər olsun 
ki, Novruzun tarixini İslamın yaşı ilə  əlaqələndirmək onun ömrünü 
azaltmaq cəhdləri də olmuşdur. Onu Cəmşidin taxta oturması günü ilə 
əlaqələndirənlər də vardır. Lakin bütün bu fikirlər sadəcə olaraq 
mifoloji xarakter daşımış, elmi mənbələrə  əsaslanmamışdır. Məsələn, 
Novruzu qədim  Şumerlər də yeni il, Bahar bayramı kimi qeyd 
etmişlər. “Gilqamıs və Aqa” dastanında da türk xalqlarının adət və 
ənənələrindən, bayram və  mərasimlərindən bəhs edən məlumatlar 
çoxdur. 
Tədqiqatlardan aydın olur ki, qədim  Şumerlər bu bayramı 
“Novruz “, “Yeni gün”, “Yeni il”, “Yazın ilk günü” “Bahar bayramı” 
kimi qəbul edirdilər. Yuxarıda adı  çəkilən qədim türk dastanı isə 
miladdan  əvvəl III minillikdə  qədim  Şumer dilində  şifahi  şəkildə 
yayılmış, II minillikdə isə Akkad dilində gil lövhələrə köçürülmüşdür. 
12 gil lövhə üzərində  həkk olunan dastanın qəhrəmanı isə  Şumercə 
“Bilqamıs” adlanırdı [42, s.276]. Məhz bu faktlar Novruz bayramının 
İslamdan daha qədim olan dövrlərdən keçirilməsini təsdiqləyir. 
N.Rzayevin elmi qənaətinə görə  səma cisimlərini diqqətlə 
öyrənən  Şumer münəccimləri  ilk dəfə olaraq məhz yazda gecə ilə 
gündüzün bərabərləşdiyini astronomik hadisə kimi kəşf edə bilmişlər. 
Həmin vaxtdan da təbiətin dəyişdiyini görən  Şumerlər bu münasibətlə 
ay ilahəsinə  həsr olunmuş  məbədlərin qarşısına toplaşaraq baharın 
gəlişini bayram etmişlər. Ur şəhərinin Allahı  və hökmdarı sayılan 
Ninnanın himayəsi altında mahnılar oxumuş, idman yarışları, meydan 
tamaşaları göstərmişlər [127, № 10(150), 1995]. 
Novruz bayramının keçirilməsi nə  qədər qədim tarixə malik olsa 
da, o bütün dövrlərdə özünün mədəni  əhəmiyyətini itirməmiş,  əksinə 

 
 
269
olaraq, yeni adət və  ənənələrlə, bədii folklor nümunələri ilə 
zənginləşmişdir. Bütün mədəni dəyərlərimizin toplusu kimi müstəqil 
Azərbaycan dövlətinin mənəvi dayaqlarının möhkəmlənməsində, 
ənənəvi milli xüsusiyyətlərin qorunub gələcək nəsillərə ötürülməsində 
Novruz bayramının mədəniyyət müəssisələrində  də qeyd olunmasının 
böyük əhəmiyyəti vardır. 
Tarixi faktlar göstərir ki, hələ  qədim Babilistanda dövlətin 
özünün varlığının qorunması üçün Novruz bayramından emosional bir 
vasitə kimi istifadə edilmişdir. Yerli adətə uyğun olaraq yeni il 
bayramı hökmdarın və kahinlərin nigahı ilə başa çatmışdır. Bu gün də 
Bakının mədəniyyət və istirahət parklarında keçirilən bayram 
şənliklərində Azərbaycan Prezidentinin və başqa dövlət xadimlərinin 
iştirak etməsi dövlətçiliyin qorunması  və  təbliği üçün də geniş 
imkanlar yaradır. Onlar xalqla canlı görüşmək və ünsiyyətdə olmaq 
fürsəti  əldə edir, təbriklərlə yanaşı, həyatımızın yaxşılığa doğru 
dəyişəcəyi barədə  vədlər verirlər. Təbii ki, bayram şənliklərində 
verilən bu vədlər insanların yaradıcılıq ruhunu gücləndirir, ölkənin 
sabahına nikbinliklə yanaşmaq istəyini artırır. 
Müasir mərhələdə  bəzi adət və  ənənələrin icra edilməsinin 
məkanı və təşkil olunmuş formaları ictimai quruluşun xüsusiyyətlərinə 
uyğun olaraq təkmilləşdirilmişdir. Xüsusilə, toy mərasimlərinin 
keçirilməsi üçün yeni, daha əlverişli şərait meydana gəlmişdir. 
Sovet hakimiyyəti dövründə  kənd yerlərində insanlar ağır 
zəhmətə qatlaşaraq toy mağarları qurur, məclisin süfrəsinin açılması 
üçün onlarla insan primitiv məişət  şəraitində  əziyyətlərə düçar 
olurdular. 

 
 
270
Şəhər yerlərində isə sayca çox az olan restoran və  şadlıq 
evlərində toy keçirmək üçün növbələr yaranırdı. Bütün ağırlıqlar toy 
sahiblərinin üzərinə düşürdü. 
İndi isə  təkcə Bakı  şəhərində toy keçirmək üçün minlərlə  şadlıq 
evləri vardır. Bu şadlıq evlərində peşəkar aşpazlar, musiqiçilər, 
fotoqraflar, videooperatorlar, masabəylər və s. sahələrdə xidmət 
göstərən  adamlar çalışırlar.  Şadlıq evləri milli ənənəviliyi qoruyub 
saxlamaq  şərti ilə  mədəni xidmət sahəsində yeniliklər yaradır, məclisi 
də toy sahibinin arzusuna uyğun olaraq təşkil edirlər. Toy mərasiminin 
daha cazibəli olması üçün rəngarəng bədii vasitələrdən istifadə olunur, 
şadlıq evinin hesabına bəylə  gəlinə xatirə olaraq qızıl üzüklər 
bağışlanılır. 
Toy mərasimlərinin təşkilinin  əvvəlki dövrlərə nisbətən daha 
stabil və  bədii vasitələrlə keçirilməsi  əsasən ölkəmizdə sahibkarlığın 
inkişafı ilə bağlıdır. Məhz sahibkarlığın yaratdığı imkanlara uyğun 
olaraq toy məclislərinin daha yaxşı keçirilməsi istiqamətində  də 
ölkəmizdəki şadlıq evləri arasında rəqabət yaranmışdır. 
Şadlıq evlərinin sayının artması xalq musiqi sənətinin 
qorunmasına və inkişaf etməsinə  də kömək edir. İndi xalq arasında 
yetişən istedadlı müğənnilərimiz, musiqiçilərimiz  əsasən  şadlıq 
evlərində  fəaliyyət göstərir, özlərinin maddi ehtiyaclarını ödəyə 
bilirlər. Təbii ki, şadlıq evlərinin tələbatına uyğun olaraq onlar öz 
sənətkarlıq səviyyələrinin artmasına da diqqət yetirirlər. Çünki, şadlıq 
evinin müştərilərinin çoxalması toyun əsas bədii hissəsini idarə edən 
müğənnilərin və musiqiçilərin peşəkarlığından da çox asılıdır. 
Sənətkar yüksək peşəkarlığı  və istedadı ilə  şöhrət qazanır. Məsələn, 
“Mədəniyyət” qəzetində  dərc olunan “El sənətkarlarımız” başlıqlı 

 
 
271
yazıda xanəndə şöhrətinin əhatə dairəsi bir xalq müğənnisinin simasın-
da belə  təsvir olunur: “Məmləkətimizin cənub bölgəsində muğam 
sənəti həmişə sevilib, təqdir olunub. Elə buna görə  də, xalq 
mahnılarının  ən məşhur ifaçıları, muğam ustaları burada məclislərin 
başında oturub. Lerikdə, Lənkəranda, Masallıda, Astarada adı dillər 
əzbəri olan, şöhrəti bu rayonların da hüdudlarını çoxdan aşmış 
xanəndə Adil Nüsrətoğlu toyların, el şənliklərinin yaraşığıdır”. 
Lakin qeyd etmək lazımdır ki, istedadların aşkar olunmasında və 
bədii xalq yaradıcılığının inkişaf etməsində indi Həmkarlar  İttifaqının 
mədəniyyət müəssisələri tarixi ənənələrinə sadiq qalaraq, xüsusi rol 
oynayır. Bu müəssisələrdə, “müxtəlif qrup adamların peşə, yaş, təhsil, 
milli və digər əlamətlərini nəzərə alaraq: 
-
 
biliklərin müxtəlif istiqamətləri üzrə mühazirələr, disputlar 
keçirir, incəsənət və elm xadimləri,  əmək veteranları  və 
Vətənin müdafiəçiləri (ölkənin Silahlı Qüvvələrinin 
nümayəndələri) ilə görüşlər təşkil edir; 
-
 
xalq yaradıcılığının xor,xalq çalğı alətləri ansamblları, dram, 
bal rəqsləri, sirk, estrada və digər kollektivlərini təşkil edir; 
-
 
bədii özfəaliyyət iştirakçılarının, peşəkar artistlərin konsert və 
tamaşalarını, bədii sənədli, elmi-texniki və  həvəskar filmlərin 
nümayişini təşkil edir, bədii gecələr, ballar, karnavallar, 
öfəaliyyət kollektivlərinin baxış və müsabiqələrini keçirir; 
-
 
kütləvi gəzintilər, məktəblə birlikdə  uşaqlar üçün xüsusi 
tədbirlər təşkil edir” [49, 25.10.1996]. 
Göstərilən bu məlumat “Həmkarlar  İttifaqı klubu, mədəniyyət 
sarayı  və evi haqqında  Əsasnamə”dən (1996-cı il) götürülmüşdür. Bu 
əsasnamə  Həmkarlar  İttifaqının mədəniyyət müəssisələrinə pullu 

 
 
272
xidmətlər təşkil etmək səlahiyyətləri də vermişdir.  Əsasnamədə qeyd 
olunur ki, “Həmkarlar  İttifaqı klubları, mədəniyyət sarayları  və evləri  
əhaliyə aşağıdakı pullu xidmətləri göstərə bilər; 
a)mütəxəssislər cəlb olunmaqla müxtəlif mühazirələrin, 
görüşlərin (elm, mədəniyyət, incəsənət və digər xidmətlər) 
keçirilməsi; 
b)əhaliyə  mədəniyyətin, incəsənətin, hüququn, tibbin, məişətin 
və digər məsələlər üzrə məsləhətlərin təşkili; 
v)musiqinin, rəqsin, təsviri və dekorativ tətbiqi-incəsənətin 
müxtəlif növləri üzrə məktəblər, studiyalar açır; 
q)biçmə 
və tikmə, toxuma, naxış vurma, paltarın 
modelləşdirilməsi, kulinariya, makinada yazma, stenoqrafiya, 
xarici dillərin öyrənilməsi və kompüter texnikası ilə  iş, ilk 
tibbi yardımın göstərilməsi üzrə tibb bacısı  və digər sahələr 
üzrə kurslar, dərnəklər təşkil edir; 
ğ)ümumxalq və peşə bayramlarına həsr olunmuş istirahət 
axşamlarının, diskotekaların, balların, tamaşa və konsertlərin 
(peşəkar və bədii özfəaliyyət kollektivləri), modaların, kino və 
videoproqramların təşkili; 
d)xalq yaradıcılığı yarmarkalarının, lotereyaların keçirilməsi; 
e)oyun avtomatlarından, stolüstü oyunlardan, idman 
trenajorlarından,atıcılıq tirlərindən,tennis kortlarından istifadə 
edilməsi; 
ə)musiqi alətlərinin, audio və videotexnikanın kirayə verilməsi, 
musiqi alətlərinin təmiri; 
j)respublika hüdudlarında və ondan kənara turist marşrutlarının 
təşkili; 

 
 
273
z)fotosurətçıxarma, kserosurətçıxarma və digər çoxaltma 
xidmətləri; 
i)bir dildən digərinə tərcümə; 
ı)müxtəlif tədbirlərin keçirilməsi üçün ssenarilərin işlənib 
hazırlanması; 
o)mədəni-bədii təyinatlı  məhsulların, reklam nəşrlərinin, 
ədəbiyyatın, suvenir məmulatların, bufet və 
mətbəx 
məhsullarının və s. satışı” [49, 25.10.1996]. 
Misaldan göründüyü kimi, Azərbaycan Respublikasının 
Həmkarlar  İttifaqı özünün qəbul etdiyi hüquqi sənəd  əsasında 
tabeliyində olan mədəniyyət müəssisələrinin fəaliyyət dairəsini 
genişləndirmiş, bazar iqtisadiyyatı şəraitinə uyğun olaraq onlara əlavə 
gəlir  əldə etmək və bu yolla da öz maddi-texniki imkanlarını 
yaxşılaşdırmaq statusu da vermişdir. Məhz bu statusdan istifadə 
edərək ölkəmizin bir çox mədəniyyət və istirahət parkları, sarayları, 
klubları  və  s.  öz  işini göstərilən  əsasnaməyə uyğun olaraq qura 
bilmişlər.  
Həmkarlar İttifaqı öz tabeliyində olan mədəniyyət müəssisələrinə 
müstəqil yaradıcılıq və istehsalat fəaliyyəti imkanı vermişdir.  İndi də 
bu mədəniyyət müəssisələri müstəqil olaraq özlərinin sosial inkişaf 
planını  işləyib hazırlayır, təsdiq edir və  həyata keçirirlər. Təbii ki, bu 
müstəqillik  əhalinin asudə vaxtının səmərəli keçirilməsinə, onların 
yaradıcılıq fəaliyyətlərinin inkişaf etdirilməsinə müsbət zəmin yaradır. 
Müstəqillik  əldə etdikdən sonra Azərbaycan dövlətinin milli 
sərvətlərimizin, eləcə  də  mədəni irsimizin qorunmasına olan qay-ğısı 
daha da artmışdır. Buna Azərbaycan Respublikası Prezidentinin “Bakı 
şəhərindəki  dənizkənarı bulvara Milli park statusu verilməsi 

 
 
274
haqqında” fərmanı misal göstərmək olar. Fərmanda dənizkənarı parkın 
tarixi, mədəni  əhəmiyyəti açıqlanmış  və  aşağıdakı  məzmunda konkret 
qərar verilmişdir: 
“Yuxarıda göstərilənləri nəzərə alaraq qərara alıram: 
1.
 
Bakı  şəhərindəki dənizkənarı bulvara Azərbaycanın milli 
sərvəti kimi “Təbiəti mühafizə və təbiətdən istifadə haqqında” 
Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə uyğun 
olaraq milli park statusu verilsin. 
2.
 
İzah edilsin ki, Bakı şəhərindəki dənizkənarı bulvar milli park 
olduğuna görə “Təbiəti mühafizə  və  təbiətdən istifadə 
haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq 
xüsusi mühafizə olunur və bu mühafizə rejimini pozan şəxslər 
Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq 
məsuliyyət daşıyırlar. 
3.
 
Bakı şəhər İcra Hakimiyyətinə tapşırılsın ki: 
-
 
Dənizkənarı milli parkın  ərazisində tikintisi qanunvericiliklə 
nəzərdə tutulmuş qaydada razılaşdırılmış obyektlərin 
tikintisindən başqa bütün növ tikintilərin dayandırılmasını  və 
parkın funksiyalarına zidd olan obyektlərin dərhal oradan 
çıxarılmasını bir ay müddətində təmin etsin; 
-
 
İki ay müddətində  Dənizkənarı milli parkın statusuna aid 
sənədləri hazırlayıb Azərbaycan Respublikası Prezidentinə 
təqdim etsin; 
-
 
Dənizkənarı milli parkın bərpası  və yenidənqurulması baş 
planını iki ay müddətində hazırlayıb Azərbaycan 
Respublikasının Prezidentinə təqdim etsin. 
4.
 
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu fərmandan 
irəli gələn digər məsələləri həll etsin. 

 
 
275
Heydər Əliyev 
Azərbaycan  Respublikasının   Prezidenti 
Bakı şəhəri, 29 dekabr 1998-ci il”[13, 29.12.1998] 
 
Azərbaycan Prezidentinin verdiyi bu fərmandan sonra Bakıda və 
başqa  şəhərlərdə parkların yenidənqurulmasına, salınmasına xüsusi 
diqqət yetirilmişdir. Yüzlərlə  mədəniyyət parkları meydana gəlmiş  və 
“Lunapark” kimi onlarla yeni tipli əyləncə mərkəzləri yaradılmışdır. 
Yeni yaradılmış  mədəniyyət müəssisələri uşaq və  gənclərin 
istedadlara, yaradıcılara çevrilməsinə,onların istirahət və 
əyləncələrinin təşkil olunmasına daha geniş  əhəmiyyət verməyə baş-
lamışlar. 
Mədəniyyət müəssisələri BMT-nin insan hüquqları  mərkəzinin 
Uşaq hüquqları konvensiyasında irəli sürülən tələblərə uyğun olaraq 
fəaliyyət göstərir. Mədəniyyət müəssisələri “Uşaq istirahət, asudəvaxt 
və  mədəni həyatda, yaradıcılıq həyatında iştirak etmək hüququna 
malikdir” [47, 1996] prinsipinə uyğun olaraq iş qururlar. Onların 
müxtəlif vərdişlərə yiyələnməsinə, mənəvi cəhətdən zənginləşməsinə 
ardıcıl olaraq kömək edilir. 
Mədəniyyət müəssisələri məktəblərlə,  əmək kollektivləri ilə, 
ictimai-siyasi təşkilatlarla və s. dövlət müəssisələri ilə birlikdə  uşaq 
və yeniyetmələrin ahəngdar inkişafı üçün hərtərəfli iş aparırlar. Bu 
işin realizə olunmasında Azərbaycan uşaq fondunun fəaliyyətini də 
müsbət qiymətləndirmək lazımdır. Fond uşaqların həm fiziki cəhətdən, 
həm də  mənən tərbiyə olunması, onların təhsilə, peşəyə yiyələnməsi, 
vətəndaşlıq hüquqlarının qorunması üçün digər təşkilatlarla da 
əməkdaşlıq edir, qəbul etdiyi nizamnaməyə uyğun olaraq fəaliyyət 
göstərir. 

 
 
276
Uşaq Fondunun Nizamnaməsinin bir yerində deyilir: 
“…Uşaqların və yeniyetmələrin inkişafı üçün ahəngdar  şərait 
yaradılması  məqsədilə  vətəndaşların,  əmək kollektivlərinin, dövlət və 
ictimai orqanların, təşkilatların faydalı  təşəbbüslərini, uşaqların 
asudəvaxtının oricinal təşkilinin müsbət təcrübəsini aşkara çıarır, 
öyrənir və tətbiq edir, bu təşəbbüs lərə və təcrübəyə maddi, mənəvi və 
təşkilati kömək göstərilməsini təşkil edir, onların istedadlarının üzə 
çıxması üçün lazımi  şərait yaradılmasına yardım göstərir” [14, 
27.12.1991]. 
Uşaq və yeniyetmələr ölkənin əsas potensial qüvvəsi olduğu üçün 
dövlət səviyyəsində onların yaradıcılıq və istirahət hüquqları  rəsmi 
qanunlarla müdafiə olunur [14, 17.12.1991]. 
Hər bir uşağa istirahət etmək və asudəvaxtdan bəhrələnmək 
imkanı verilir. Uşaqlar özlərinin maraqlarına uyğun olaraq 
məktəbdənkənar istirahət və  məşğuliyyət növləri seçə bilirlər. Təbii 
ki, onların fəaliyyətlərinin düzgün istiqamətləndirilməsi üçün 
mədəniyyət müəsisələri  əməkdaşları üzərinə daha ciddi vəzifələr 
düşür. Onlar hər bir uşağa fərdi yanaşaraq onların istedad və 
bacarıqlarını üzə  çıxarmağı, onları yaradıcılıqla məşğul olmağa 
həvəsləndirməyi bacarmalıdırlar. Xüsusilə, mədəniyyət müəssisələri 
uşaq və yeniyetmələrin potensialından istifadə edərək Azərbaycan 
xalqına məxsus olan incəsənət yaradıcılığı  ənənələrini davam 
etdirməlidir.  
Uşaqların oyuna, əyləncəyə bütün dövrlərdə maraqları olmuşdur. 
Bu xüsusiyyəti nəzərə alaraq mədəniyyət müəssisələri  əyləncəli 
oyunların təşkilinə daha çox üstünlük verir. Xüsusilə, Mədəniyyət və 
İstirahət parklarında fiziki oyunlardan tutmuş məntiqi xarakter daşıyan 

 
 
277
oyunlara qədər istifadə olunur. Bu oyunlar mənəvi cəhətdən 
zənginləşdirici  əhəmiyyət kəsb etməklə yanaşı, biliklərə  və  vərdişlərə 
yiyələndirmək funksiyasını da yerinə yetirir. Xüsusilə, elektron 
oyunlar uşaqların zehni biliklərinin formalaşmasına daha çox imkan 
yaradır. Həmçinin onlarda müasir texnika ilə davranmaq vərdişləri 
formalaşdırır. Müasir mərhələdə  bədii mədəniyyətin də çox mürəkkəb 
yaşamları  və  həyati funksiyaları vardır. Buna görə  də müasir 
mədəniyyətin əsas ənənəvi cizgiləri də müxtəlifdir. Çünki müasir bədii 
mədəniyyətdə kommersiya maraqları ilə siyasi maraqlar paralellik 
təşkil edir. Bu cəhət mədəniyyətdə bir çox qatlara malik olan 
yaradıcılıq istiqamətlərinin yaranmasına və inkişafına səbəb olur Belə 
ki, bədii mədəniyyətdən paralel olaraq müxtəlif məqsədlər üçün 
yararlanmaq mümkündür. Məsələn, son dövrlərdə xarici ölkələrlə 
mədəni  əlaqələri inkişaf etdirmək üçün İstam-buldakı Memar Sinan 
Universiteti ilə Azərbaycan Dövlət Mədəniyyət və  İncəsənət 
Universiteti arasında əməkdaşlıq müqaviləsi mövcuddur. Bu əlaqələrin 
əsas təşkilatçısı Azərbaycan Dövlət Mədəniyyət və  İncəsənət 
Universitetinin rektoru, professor Timurçin Əfəndiyevdir.  İndi nəinki 
iki təhsil müəssisəsi arasında, həmçinin iki dövlət arasında bədii 
yaradıcılıq  əlaqələri genişləndirilmişdir. Məhz bu cəhət bədii 
mədəniyyətin  əlaqələndirilməsinin həm də siyasi mahiyyəti kimi 
qiymətləndirilməlidir. Bu əlaqələr iki dövlətin həm də siyasi 
tərəflərinin bir-birinə yaxınlaşmasına mənəvi zəmin yaradır. Deməli, 
bədii yaradıcılıq həm siyasi əlaqə funksiyasını yerinə yetirir, həm də 
mənsubiyyətindən asılı olmayaraq minlərlə insanlara mənəvi, bədii 
zövq aşılayır. Eyni zamanda yaradıcılıq ənənələri xalqlar arasında bir-
birinə dair yeni biliklər formalaşdırır.  

 
 
278
Hələ 1989-cu ildən başlayaraq Türkiyə dövləti ilə mədəniiqtisadi 
əlaqələr qurmağa cəhd etmişik. Elə  həmin dövrdə Bakı  şəhərində 
“Türk dünyası” adlı kitab mağazası yaradıldı. Bu mağazada Türkiyədə 
çap olunan 75 adda kitab Azərbaycan oxucularına təqdim olundu. O 
vaxt  İstambulda da “Azərbaycan dünyası” adlı kitab mağazası açıldı. 
Məhz bu illərdən elmi, mədəni, iqtisadi əlaqələr daha geniş miqyasda 
təşəkkül tapmağa başladı.  
1990-cı ilin oktyabr ayında Türkiyə Yazarlar Birliyi ilə 
Azərbaycan Yazıçılar  İttifaqı arasında xüsusi müqavilə  əsasında iş 
birliyi yaradıldı. Covet İmperiyası hakimiyyətinin zəifləməsi 
Azərbaycan vətəndaşlarının beynəlxalq miqyasda ünsiyyətə girmək, 
yaradıcılıqla məşğul olmaq imkanlarını artırdı. Bütün sahələrdə 
olduğu kimi mədəniyyət və incəsənət sahəsində  də  iş birliyi 
yaradılması ənənələrinin əsasını qoydu. 
Müstəqil Azərbaycan Dövləti yarandıqdan sonra isə  hər kəsin 
yaradıcılıq azadlığı Azərbaycan Respublikasının  əsas qanunu olan 
Konstitusiyada öz əksini tapdı. 
Azad yaradıcılıq hüquqları ilə  əlaqədar olaraq Konstitusiyanın 
51-ci maddəsində deyilir: “Yaradıcılıq–ədəbiyyat, incəsənət, elm və 
texnika sahəsində yeni müstəqil yaradıcı  nəticə ilə bitən  əqli 
fəaliyyətdir. Yaradıcılıq fəaliyyəti cəmiyyətin inkişafı üçün mühüm 
əhəmiyyət kəsb edir. Elm və texnika təbiətin nemətlərindən daha 
səmərəli istifadə olunmasına,  ədəbiyyat və incəsənət isə  cəmiyyətin 
humanizm ruhunda tərbiyəsinə xidmət edir” [15, maddə 51]. 
Eyni zamanda “Mədəniyyət haqqında” Qanunun 7-ci maddəsinə 
əsasən hər bir Azərbaycan vətəndaşına öz maraq və qabiliyyətinə 
uyğun olaraq istənilən sahə üzrə yaradıcılıqla məşğul olmaq hüququ 

 
 
279
verilir. Bu hüquq əhalinin bütün təbəqələrini  əhatə edir və 
qanunvericilikdə onların yaradıcılıq fəaliyyəti ilə  məşğul olmaları 
üçün münasib şəraitin yaradılmasını qanuniləşdirir. 
Azərbaycan Respublikasının Konstitusiyasının 40-cı maddəsi 
əsasında hər kəsə mədəniyyət hüququ verilir. Konstitusiyada göstərilir 
ki, “hər kəsin mədəni həyatda iştirak etmək, mədəniyyət 
təsisatlarından və mədəni sərvətlərdən istifadə etmək hüququ vardır”.  
Məhz Azərbaycan Respublikasının  əsas qanununa uyğun olaraq 
vətəndaşların mədəniyyət hüquqlarının həyata keçirilməsinə  təminat 
verən xüsusi qanun qəbul edilmişdir [15, s.104]. 6 fevral 1998-ci il 
tarixli həmin Qanuna görə  mədəniyyət hü-quqlarına təminat yaratmaq 
məsuliyyəti  əsasən mədəniyyət və yaradıcılıq fəaliyyəti olan 
təşkilatların, idarələrin və müəssisələrin üzərinə düşür. Xüsusilə, 
mədəniyyət müəssisələri Konsti-tusiya hüququnun təmin edilməsi 
üçün daha çox məsuliyyət daşıyırlar. Buna görə  də Azərbaycan 
cəmiyyətinin indiki bazar iqtisadiyyatı  mərhələsində  də  mədəniyyət 
müəssisələri xalq yaradıcılığının inkişaf etdirilməsinə  və  mədəni 
irsimizin qoru-nub saxlanılmasına təminat yaratmalı, tarixi 
ənənələrimizin mü-hafizə olunması üçün Konstitusiya tələblərinə əməl 
etməlidirlər.  
Bildiyimiz kimi, hər kəsin cəmiyyətin mədəni həyatında 
yaxından iştirak etmək və  mədəni sərvətlərdən bəhrələnmək hüququ 
vardır.  Şübhəsiz ki, xalqımızın mədəni sərvətləri  əsasən mədəniyyət 
müəssisələrinin  əhatə dairəsində  cəmlənmişdir. Xalqımızın istedadını, 
tarixini, mədəniyyətini əks etdirən mənəvi irsimizlə yalnız muzeylərdə 
yaxından tanış olmaq mümkündür. Bu baxımdan muzeylərimiz 
mədəniyyət müəssisəsi kimi, mənəvi sərvətlərimizin təbliğ 

 
 
280
olunmasında, gənc nəslin xalqımızın keçdiyi tarixi yollara hörmət 
hissinin artırılmasında daha böyük işlər görmək imkanlarına 
malikdirlər. 
Ümumiyyətlə, mədəniyyət və incəsənət müəssisələri həmişə uşaq 
və yeniyetmələrin məktəbdənkənar yaradıcılıq və  tərbiyə  mərkəzləri 
olmuşlar. Hələ sovet dövründə fəaliyyət göstərən pionerlər evləri uşaq 
və yeniyetmələrin istedad və bacarıqlarının üzə  çıxmasında böyük 
əhəmiyyət kəsb etmişdir. Pioner evlərində tarixi əhəmiyyətə malik 
olan mədəni  ənənələr formalaşmışdır. Təsadüfi deyil ki, məhz 
pionerlər evini, bu keyfiyyətinə görə Azərbaycan Prezidenti Heydər 
Əliyev də 1997-ci ilin fevral ayının 1-də gənclərlə keçirdiyi görüşündə 
çox böyük ehtiramla yada salmışdır. Prezident H.Əliyev toplanışdakı 
yekun çıxışında demişdir: “Burada uşaq təşkilatı  və pionerlər evi 
haqqında məsələ qaldırıldı. Keçmişdə respublikamızın hər yerində 
pionerlər evi var idi. Bu gün demək lazımdır ki, həmin pionerlər evi 
gənclərin, yeniyetmələrin həyatında çox böyük rol oynayıbdır. Biz onu 
qiymətləndirməliyik, heç vaxt unutmamalıyıq. Ola bilər ki, sizin 
çoxunuz uşaqlıq dövrünüzü pionerlər evində keçirmisiniz. Kim həmin 
pionerlər evindən necə istifadə edib, yaxud öz həyatı üçün ondan nə 
alıb, onu özü bilər. Mən isə demək istəyirəm ki, uşaqlıq  dövründə 
məktəblə  bərabər pionerlər evi mənim həyatımda  ən böyük rol 
oynayıb. Mən bütün uşaqlıq dövrümü, yəni orta məktəbin X sinfini 
qurtaranadək pionerlər evinin daimi müdavimi olmuşam. Mən 
pionerlər evində  şahmat, dama oynamışam, dram, özfəaliyyət və bir 
sıra digər dərnəklərdə, müxtəlif idman yarışlarında iştirak etmişəm. 
Pionerlər evinə ömrüm boyu minnətdaram”
 
[17, s.9]. 

 
 
281
Misaldan göründüyü kimi, dünyada tanınmış böyük bir 
şəxsiyyətin yetişməsində pionerlər evi və onun tərbiyəvi, yaradıcılıq 
mühiti, məşğuliyyət şəraiti xüsusi rol oynamışdır. 
Deməli, pionerlər evi sosializm cəmiyyətinin mədəniyyət 
nümunəsi olmasına baxmayaraq onun gördüyü işlərin bir çox tarixi, 
ənənəvi  əhəmiyyəti vardır. Həmin  ənənələri indiki cəmiyyətimizə 
tətbiq etməklə ondan bəhrələnər, xalqımızın mədəni inkişafının daha 
da sürətlənməsinə yardımçı ola bilərik. 
Milli-mənəvi irsimiz adamlarımızın daxili mədəniyyətinmn 
formalaşmasında da xüsusi əhəmiyyət kəsb edir. Akademik Azad 
Mirzəcanzadə demişkən: “Daxili mədəniyyət olmadan ədəb 
qaydalarını, “yaxşı  rəftarı” və s. əzbərləmək – mədəniyyətsiz 
mədənilər üçün səciyyəvidir” [102, s.25]. 
Etiraf etmək lazımdır ki, sosializm cəmiyyətindən qalmış  ən 
humanist  ənənələr  əsasən mədəniyyət və elm sahələrini  əhatə edir. 
İndiki bazar iqtisadiyyatı  mərhələsində  də  həmin  ənənələri qoruyub 
saxlamağa və daha da inkişaf etdirməyə ehtiyac vardır. Elə bu 
məqsədlə  də pionerlər evlərinin maddi-texniki bazası, onun iş 
ənənələri “uşaq və  gənclər evi” adı altında qorunub saxlanılmışdır. 
Başqa mədəniyyət müəssisələri ilə yanaşı, onlar da elmi, mədəni, 
yaradıcı potensialımızın inkişafına daima kömək edirlər. 
Qeyd etmək lazımdır ki, Azərbaycan xalqının tarixi, mədəni 
ənənələrinin qorunmasında və inkişaf etdirilməsində Heydər  Əliyevin 
də böyük xidmətləri vardır. Hələ sovet dövründə Azərbaycan SSR-ə 
rəhbərlik edən Heydər 
Əliyev mədəniyyət müəssisələrinin 
yaradılmasına xüsusi diqqət yetirmişdir. Müstəqil Azərbaycan 
Respublikası yarandıqdan sonra da özünün quruculuq ənənələrindən 

 
 
282
uzaqlaşmamış, mədəniyyətin inkişafına bir prezident kimi qayğı 
göstərməyi davam etdirmişdir.  
Azərbaycan Respublikasının Prezidenti Heydər  Əliyevin 1993-cü 
il oktyabrın 3-dən 1998-ci il oktyabrın 3-dək olan dövr ərzində 
keçirdiyi tədbirlər və görüşlər haqqında Azərbaycan Respublikası 
Prezidenti katibliyinin məlumatında deyilir ki, bu dövrdə Azərbaycan 
Prezidenti mədəniyyət, səhiyyə, elm, təhsil və idman məsələlərinə 
daim qayğı göstərmiş, mövcud problemlərin həlli istiqamətində real 
addımlar atmışdır. Prezident H.Əliyev xalqımızın zəngin milli-mədəni 
irsinin qorunub saxlanılması  və inkişaf etdirilməsi məsələlərini daim 
diqqət mərkəzində saxlamışdır.  
Azərbaycanın qocaman mədəniyyət və incəsənət xadimlərinə, 
gənc yazıçı  və  şairlərinə, gənc istedadlara Prezident tərəfindən təyin 
edilən fərdi və xüsusi təqaüdlər ölkə başçısının bu sahəyə böyük 
qayğısının parlaq təzahürüdür. Ümumiyyətlə, Prezident Heydər Əliyev 
bu sahələrin problemləri ilə bağlı bu illər  ərzində 177 yığıncaq, iclas 
və görüş keçirmişdir. 
Xalqımızın  əsrlər boyu yaratdığı adət və  ənənələr dövlət 
səviyyəsində qayğı ilə əhatə olunduqca hər bir vətəndaşın mənəvi irsə, 
mədəni köklərə bağlılığı daha da artır. Mədəniyyət müəssisələri isə bu 
qayğıdan istifadə edərək adət və  ənənələrimizin, milli yaradıcılıq 
təcrübəmizin inkişafına əsaslı zəmin yaradır.  
İndiki mərhələdə  mədəniyyət müəssisələri dini bayramlarımızın 
təntənəli  şəkildə keçirilməsi üçün də konkret proqramlar hazırlayır, 
həmin bayramın ictimai, mədəni  əhəmiyyətini artırmaqdan ötrü bədii-
emosional vasitələrdən istifadə edirlər. Qurban və Ramazan 
bayramlarında dini və ictimai təşkilatlarla  əlaqələr genişləndirilir, 

 
 
283
onların arzu və istəklərinə uyğun olaraq ssenarilər və  həmin 
ssenarilərə əsasən bədii nümunələr hazırlanır. 
Mədəniyyət müəssisələri adət və  ənənələr zəminində  tədbirlər 
hazırlayarkən milli-etnoqrafik xüsusiyyətlərin qorunması qayğısına da 
qalırlar. İfaçı-aktyorlar, rəqqaslar və tədbirdə iştirak edən başqa sənət 
adamları  ənənəvi, etnoqrafik milli geyimlərimizdən istifadə edirlər. 
Dekorasiyalar və butaforlar adət və  mərasimin milli-ənənəvi 
xüsusiyyələrinə  uyğun olaraq hazırlanır. 
Bu gün aparılan müşahidələr bir daha təsdiq edir ki, mədəniyyət 
müəssisələri öz tədbirlərini milli adət və  ənənələrimizə daha çox həsr 
etməklə  tədbir iştirakçılarının sayını  və  fəallığını artırmaq üçün real 
imkanlar əldə edirlər.  
Xalq öz mədəni irsinə, xüsusilə, adət və ənənələrinə qarşı tarixin 
bütün dövrlərində yüksək həssaslıqla yanaşmışdır. Bu da ondan irəli 
gəlir ki, xalqın özünün yaratdığı  mənəvi sərvətlər, adət və  ənənələr 
məhz bayram və  mərasimlərin tərkibində  cəm olmuşdur. Onlar xalqın 
mənəvi həyatı  və duyğular toplusudur. Buna görə  də, mədəniyyət 
müəssisələrinin kütləvi tədbirlərində xalqın özünün yaşatdığı  həyat 
materiallarından istifadə etmək istəyi tədbiri daha da 
emosionallaşdırır, milli duyğularla zənginləşdirir. Xalq öz bayramında 
əsrlər boyu yaratdığının bədii estetik əhəmiyyətini görür və  fəxarət 
hissi keçirir. 
Nəhayət, belə nəticəyə gəlmək olar ki, adət və ənənələr, mərasim 
və bayramlar əslində  mədəniyyət müəssisələrinin işinin mürəkkəb, 
çoxfunksiyalı formasını yaratmaqla, həm  şəxsi, həm də ictimai məna 
qazanır. Bu istiqamətdə keçirilən tədbirlər insanları  cəmiyyətin 
mənəvi zənginlikləri ilə birləşdirir, adamlara nəsillərin tarixi 

 
 
284
təcrübəsini öyrədir, onlara mənəvi təsir göstərərək bədii-estetik hisslər 
aşılayır. Eyni zamanda bu tədbirlər cəmiyyətin bütün üzvləri üçün 
məzmunlu, əyləncəli istirahət şəraiti yaradır.  
 
 
 

 
 
285

Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin