AZƏrbaycan miLLİ adət və ƏNƏNƏLƏRİNİn bəDİİ-estetik mahiYYƏTİ



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə9/9
tarix23.02.2017
ölçüsü5,03 Kb.
#9424
1   2   3   4   5   6   7   8   9
N Ə T İ C Ə 
Azərbaycan mədəniyyəti və incəsənəti tarixin bütün dövr-lərində 
milli adət və  ənənələrlə bağlı olmuş, xalq yaradıcılığı  mənbələrindən 
qidalanmışdır. Milli adət və  ənənələrimiz  şifahi ensiklopedik toplu 
kimi mədəni irsimizin, bədii-estetik fikir tariximizin incilərini özündə 
qoruyub saxlaya bilmişdir. Həmçinin, dini mənəvi dəyərlərimiz də 
adət və ənənələrin şifahi yaddaşında əbədiləşmişdir. Bu baxımdan adət 
və  ənənələrin bədii-emosional hissin formalaşmasında və inkişafında 
da rolu əvəzsizdir. 
Adət və  ənənələr tədqiqat obyekti kimi mənəviyyatın bütün 
sahələrini özündə birləşdirdiyindən bir və ya bir neçə araşdırma 
çərçivəsinə sığmır. Burada mövzu rəngarəngliyi, müxtəlif kontekstlərə 
aid olan elmi tədqiqat istiqamətləri vardır. Hətta bizim tərəfimizdən 
araşdırılmasına cəhd olunan “Azərbaycan milli adət və  ənənələrinin 
bədii-estetik mahiyyəti” mövzusu da bir tədqiqat  əsəri həcminə 
sığışmır. Çünki məqsəd estetik dəyərlərin bədii-emosional 
əhəmiyyətini təkcə adət və  ənənələr zəminində izah etmək deyil, eyni 
zamanda mədəniyyət və incəsənət sahəsində mövcud olan tarixi 
varislik proseslərinin, irsi təcrübədən müasir yaradıcılıq prosesində 
bəhrələnmənin faktiki mənbələrinin araşdırılmasından ibarətdir. Digər 
tərəfdən, Azərbaycan siyasi mühiti və  həyat tərzi dəyişmişdir. Yeni 
quruluşun mədəniyyət və incəsənəti də ideoloji məhdudiyyətlər 
məngənəsindən çıxmış, müstəqil demokratik inkişaf yoluna qədəm 
qoymuşdur. Məhz bu səbəbdən də  həm mədəniyyət və incəsənətdə, 
həm də insani münasibətlərin mənəvi  əsasını  təşkil edən adət və 
ənənələrdə modernləşmənin baş verməsi məhz tarixi zərurətdən 

 
 
286
meydana çıxmışdır. Azər-baycanın bu gün dünya ölkələri ilə  sərbəst 
mədəni  əlaqələr qurmaq imkanları genişləndikcə  mənəviyyatımıza 
xarici mədəniyyətlərin təsiri də artmaqdadır. Hətta dünyanın bəzi 
ölkələri yaranmış dini azadlıq faktorundan istifadə edərək yenicə müs-
təqillik  əldə etmiş ölkəmizin insanlarını özlərinin dini-ideoloji 
tərəfdaşına çevirməyə  cəhd göstərirlər.  Əhalinin müəyyən müsəlman 
olan qrupları arasında xristianlaşdırma, vəhabiləşdirmə  və s. kimi 
dinimizə ziddi olan siyasətlər aparırlar. Hazırda azərbaycanda 
müxtəlif Qərb yönümlü missioner təşkilatları  fəaliyyət göstərir ki, 
onlar təmsil olunduqları  Qərb dövlətlərinin maraqlarına uyğun olaraq 
dini-milli mənsubiyyətimizə  əks olan adət-ənənələrin, vərdiş  və 
etiqadların yayılmasına çalışırlar. Sözsüz ki, xarici dövlətlərin 
ölkəmizə  mədəniyyət və incəsənət vasitəsi ilə  təcavüzü insan-
larımızda milli mənsubiyyətimizə yad olan estetik duyumun, əxlaqi 
keyfiyyətlərin formalaşmasına gətirib çıxarır. Bu da insanların 
davranışında milli ənənəvi xüsusiyyətləri sıxışdırır, özgələşmək, milli 
adət və  ənənədən uzaqlaşma prosesini sürətləndirir. Məsələn, Qərb 
ölkələrində istehsal olunmuş  və milli əxlaqımıza yad olan 
kinofilmlərin, mahnı – kliplərin tele-viziya kanallarında ardıcıl olaraq 
hər gün nümayiş etdirilməsi insanlarımızın psixologiyasında mənəvi 
aşınmalar yaradır. Onlar get-gedə milli-ənənəvi xüsusiyyətləri 
zəiflədir və  nəinki adi vətəndaşları, eyni zamanda mədəniyyət və 
incəsənət xadimlə-rimizi də  mənəvi-əxlaqi kökümüzdən uzaqlaşdırır. 
Məhz bu səbəbdən də Azərbaycanın bir çox müğənniləri milli adət və 
ənənələrimizə, mentalitetimizə xas olmayan, milli-etik normalara 
uyğun gəlməyən kliplər çəkdirirlər. Beləliklə də, dünya mədəniyyətinə 
inteqrasiya prosesi milli-etik normalar çərçivəsindən çıxır. Təbii ki, 

 
 
287
bu cəhətlər musiqimizə, teatrı-mıza, xoreoqrafiyamıza, təsviri 
incəsənətimizə, mədəni-əyləncəli tədbirlərimizə  və s. mənəvi 
dəyərlərimizə yad təsirini göstərə bilir. 
Lakin tarixən  əxlaqımıza daxil olmuş adət və  ənənələrimiz 
əhalinin böyük əksəriyyətini milli əxlaq normalarımıza uyğun olmayan 
yad mədəniyyətlərə aludə olmaqdan çəkindirir. Adət və  ənənələr milli 
mənsubiyyətimizin qoruyucuları kimi yad meyllərlə üz-üzə dayanır, 
milli-əxlaqi dəyərlərin mənəvi daya-ğına çevrilir. Məhz bu baxımdan 
milli adət və  ənənələrimizin qorunması  və inkişaf etdirilməsi üçün 
həmin sahəyə  həsr olunan elmi tədqiqatların müasir keçid 
mərhələsində böyük əhəmiyyəti vardır. Tərəfimizdən işlənilən tədqiqat 
əsəri də adət və ənənələrimizin əhəmiyyətinin təbliği və dərk olunması 
üçün gərəklidir.  
Adət və ənənələrimizin məzmunu bütün dövrlərdə insan amili ilə 
zənginləşmiş, elə buna görə  də onlar milli-əxlaqi dəyərlərin 
daşıyıcıları kimi həmişə tərbiyə mənbəyi, elmi-tədqiqat obyekti olaraq 
diqqəti cəlb etmişdir. Çünki “insan amilinin daima diqqət mərkəzində 
olması  və  təkmilləşdirilməsi, mənəvi tərbiyənin aşılanması  əsaslı 
dərəcədə  mədəniyyət müəssisələrində asudəvaxtın səmərəli və 
məzmunlu təşkil edilməsindən daha çox asılıdır” [16, 06.02.1998]. 
Asudəvaxtın məzmununu isə tarixi təcrübə  və  bədii dəyərlərlə  zəngin 
olan adət və  ənənələrimizlə dolğunlaşdırmaq mümkündür. Elə  təkcə 
Novruz bayramının ölkəmizin hər yerində  təntənəli  şəkildə qeyd 
olunması milli-ənənəvi xüsusiyyətləri qoruyub saxlamağın bariz 
nümunəsidir. Belə ki, Novruz bayramı Azərbaycan xalqının  ən qədim 
milli-mənəvi və  əxlaqi dəyərlərini özündə  əks etdirir. Bu bayram 
Azərbaycan xalqının məişətində, el ədəbiyyatında, incəsənətində 

 
 
288
etnoqrafiyasında xüsusi yer tutur. Novruzla bağlı sayagəlməz  ədəbi 
nümunələr var. Bu, xalqın Novruz bayramına olan ruhi, əxlaqi, 
iqtisadi, siyasi bağlılığın nəticəsidir. Onu da qeyd edək ki, başqa milli, 
ənənəvi, dini bayramlarımız  ədəbi-bədii, etnoqrafik xüsusiyyətli 
materiallarla zəngindir. İndiyə kimi bir çox milli-dini bayramlarımızın 
bədii-emosional nümunələri tədqiq edilməmiş, mədəniyyət 
müəssisələrinin fəaliyyətində onlara yer verilməmişdir.  
Apardığımız tədqiqat işində Azərbaycan adət və  ənənələrindəki 
bədii nümunələrin əhəmiyyətinə kompleks şəkildə yanaşılır və onların 
yaşaması, nəsildən-nəslə ötürülməsi üçün konkret tövsiyələr verilir. 
Məlum ictimai-siyasi səbəblərə görə milli və dini dəyərlərin obyektiv 
şərhinə qoyulan qadağalar aradan qaldırılır. 
Azərbaycan müstəqillik  əldə etdikdən sonra milli və dini 
mədəniyyətimizin öyrənilməsi istiqamətində çox uğurlu elmi işlər 
görülmüşdür. Məmməd  Əmin Rəsulzadənin,  Əlibəy Hüseynzadənin, 
Əlimərdan Topçubaşovun və başqalarının mədəni irsinə aid tədqiqat 
əsərləri yazılmışdır. Hacı Sabir Həsənli, Vasim Məmmədəliyev və 
başqa dinşünas alimlər tərəfindən  İslam mədəniyyətinə aid maraqlı 
tədqiqat əsərləri çap olunmuşdur. 
Eyni zamanda milli-mədəni mentalitetimiz haqqında da fikirlər 
elmi ədəbiyyata çıxarılmışdır. 
Təqdirəlayiq haldır ki, son zamanda Azərbaycan alimlərinin 
mentalitet problemi ilə bağlı yazıları  dərc olunmaqdadır. Fəlsəfə 
elmləri doktoru Ə.Tağıyevlə  fəlsəfə elmləri namizədi Q.Əliyevin 
müştərək yazmış olduqları “Kulturologiya” (dərs vəsaiti), fəlsəfə 
elmləri doktoru, professor Ağayar Şükürovun “Kulturologiya” dərsliyi 
bu yönümdə  uğurlu addım kimi qiymətləndirilməlidir. Hər iki əsərdə 

 
 
289
mentalitet anlayışının mahiyyəti açıqlanır, mentallıq mədəniyyət tipi 
kimi verilir. 
Adət və  ənənələr milli mentaliteti formalaşdıran  əsas amillərdən 
biri kimi qiymətləndirilir. 
Bildiyimiz kimi, qədim dövrlərdən başlayaraq indiyə qədər bütün 
türk dünyasında baharın gəlişi bilavasitə  təbiətin oyanışı, dastanlarda, 
nağıllarda,  şerlərdə, aşıqların avazında, el nəğmələrində isə 
şadlanmaq, gülmək, sevinmək, nura və çiçəklərə  qərq olmaq, 
bəzənmək və  şux görünmək  ənənəsi kimi başa düşülmüşdür. Məhz 
xalqımıza məxsus olan bu xüsusiyyət onun bədii-estetik duyğularını 
zaman-zaman formalaşdırmış, bayramlar keçirmək 
ənənələri 
yaratmışdır. Həmin  ənənələrin davamı olaraq indi də Azərbaycanın 
paytaxtı Bakıda və başqa rayon və şəhərlərimizdə sazlı, sözlü, nəğməli 
“gül” bayramları keçirilir, yaşıllıqlar salınır, gözəlliklər yaradılır. 
Azərbaycan xalqı müsəlmanlığı  qəbul etdikdən sonra da əvvəlki 
adət və  ənənələrinin çoxunu qoruyub saxlaya bilmişdir. Bir sıra 
mövsüm bayramlarının keçirilmə vaxtı “Avesta” təqviminə  əsasən 
dəqiqləşdirilmiş, onlar fəsillərin xüsusiyyətlərinə uyğun olaraq 
nizamlanmışdır. Məhz bu nizamlama insanların təbiətə 
uyğunlaşmasına, onların həyat vərdişlərinin tənzimlən-məsinə kömək 
etməklə yanaşı, mənəvi düşüncələrinə  və  mədəni fəaliyyətlərinə  də 
təsir etmişdir. Nizamlı  şəkildə keçirilən bay-ramlarımızın mənəvi 
mühitində  ənənəvi milli mədəniyyətimiz formalaşmışdır. Onlar nəinki 
əsrlər boyu inkişaf edən xalq yaradıcılığına öz təsirini göstərmiş, eyni 
zamanda peşəkar incəsənətin təşəkkül etməsində  də böyük əhəmiyyət 
kəsb etmişdir. Bütün bunlar bu və ya digər formada tədqiqat  əsərində 
öz əksini tapmışdır.  

 
 
290
Tədqiqatın qarşıya qoyduğu vəzifəyə uyğun olaraq adət və 
ənənələrimizdə xüsusi əhəmiyyət kəsb edən bədii-estetik nümunələr 
araşdırılarkən çoxəsrlik mədəniyyət və incəsənətimizin müxtəlif tarixi 
inkişaf mərhələlərinə  də diqqət yetirilmiş, onların ayrı-ayrı sahələri, 
janrları, növləri, formaları təhlil olunmuşdur. Araşdırmalar göstərir ki, 
hətta müasir beynəlxalq incəsənət cərəyanlarına, inkişaf etmiş 
ölkələrin yeni texnologiya əsasında fəaliyyət göstərən mədəni-kütləvi 
iş  təcrübəsinə  əsaslanma meylləri olduqda da sənətkarlarımız və 
mədəniyyət xadimlərimiz milli ənənəvi xüsusiyyətlərdən uzaq 
düşmürlər.  Əksinə olaraq, beynəlxalq təcrübə  əsasında milli-ənənəvi 
mədəniyyət və incəsənətimizi zənginləşdirməyə  cəhdlər edilir. Bu da 
ənənənin irsi davamlılığını  təsdiqləyən  əsas amillərdən biri kimi 
qiymətləndirilir. Nəticədə müəyyən olur ki, adət və ənənələr çox geniş 
funksional mahiyyət kəsb edir, insanın fəaliyyətini, onun həyat 
tərzinin mühüm komponenti, tərkib hissəsi kimi bir sıra sosial-mədəni 
amilləri özündə
 
birləşdirir. 
 
 
 
 
 
 
 

 
 
291
İSTİFADƏ  EDİLMİŞ  ƏDƏBİYYAT 
1.
 
Abbasov N. Elmi araşdırmalar, IV toplu, Filologiya, 
tarix, incəsənət. Bakı, “Elm”, 2001. 
2.
 
Abdullayev O. Sosial fəallıq və yeni adət-ənənələr. Bakı, 
Azərnəşr, 1987. 
3.
 
Aslanov A. İncəsənət və  tərbiyə. Bakı, “Gənclik” 
nəşriyyatı, 1967. 
4.
 
Aslanov A. Estetika aləmində. Bakı,“Yazıçı”, 1987,245 s. 
5.
 
Aslanlı M. Fiziki mədəniyyət və  mənəvi kamillik. Bakı, 
“Maarif”, 1993. 
6.
 
Alışanov Ş. Sözün estetikası. Bakı, “Elm”, 1994.  
7.
 
Allahverdiyev M. Azərbaycan xalq teatrı tarixi. Bakı, 
Azərnəşr, 1978. 
8.
 
Алпатов  М.В.  Всеобщая  история  искусств.  том I. 
Москва – Ленинград, 1948.  
9.
 
Ağayev R. Azərbaycanda bədii xalq yaradıcılığının inki-
şaf mərhələləri. Bakı, İnform-servis, 1992.  
10.
 
Ağayev R. Müasir Azərbaycan xalq teatrları, Bakı, “Yazı-
çı”, 1979. 
11.
 
Ağamalı F. XVIII əsrin II yarısı – XIX əsrin  əvvəllərində 
Qüzey Azərbaycan xanlıqlarının sosial-iqtisadi vəziyyəti. 
Bakı, “Azərbaycan ensiklopediyası”, 1999, “Qızıl  Şərq” 
mətbəəsi. 
12.
 
Адам М. Мусульманский ренессанс. Баку, Наука, 1992. 
13.
 
«Bakı  şəhərindəki dənizkənarı Bulvara Milli park statusu 
verilməsi haqqında» Azərbaycan Respublikası 

 
 
292
Prezidentinin fərmanı, Bakı  şəhəri, 29 dekabr 1998. 
«Azərbaycan» qəzeti, 30 декабр, 1998. 
14.
 
Azərbaycan Uşaq Fondunun Nizamnaməsi, Bakı, 
Azərbaycan  МЕА-нын Geologiya İnstitunun mətbəəsi, 27 
dekabr 1991 il. 
15.
 
Azərbaycan Respublikasının Konstitusiyası. Bakı, «Şur» 
nəşriyyatı, 2000-ci il. 
16.
 
Azərbaycan Respublikasının «Mədəniyyət haqqında» 
qanunu. «Azərbaycan» qəzeti, 18 апрел, 1998.  
17.
 
Azərbaycan Prezidentinin gənclərlə görüşü. Bakı, 
«Sabah» nəşriyyatı, 1997. 
18.
 
Azərbaycan incəsənəti.Bakı,“İşıq” nəşriyyatı, 1992. 
19.
 
Axundov M.F. Kəmalüddövlə 
məktubları. Bakı, 
“Azərnəşr”, 1969. 
20.
 
Adilov M. Niyə belə deyirik. Bakı, Azərbaycan Dövlət 
nəşriyyatı, 1982. 
21.
 
Aristotel. Poetika. Bakı, Azərnəşr. 1974. 
22.
 
Azərbaycan folkloru antologiyası. Bakı, Elm, 1968. 
23.
 
Бертельс  Е.Э.  Низами  и  Фюзули.  Изд.вос.литературы, 
М., 1962. 
24.
 
Большаков  О.Г.  История  халифата.  Ислам  в  Аравии. 
М., Наука, 1989. 
25.
 
Буров А. Об архитектуре. М., 1958, с.111, 
26.
 
Bülbül. Seçilmiş  məqalə  və  məruzələri. Bakı, Azərnəşr, 
1968, 227s. 
27.
 
Vətənə, dövlətə, xalqa sədaqətин parlaq nümunəsi. Bakı, 
Azərnəşr, 1998. 

 
 
293
28.
 
Cəfərov N. Milli-ictimai fikir tariximizdən. (1914 fevral, 
1917), Bakı, Azərnəşr, 1993. 
29.
 
Cəfərov C. Azərbaycan teatrı. Bakı, «Elm», 1974.  
30.
 
Cавадов Q. Azərbaycanda el köməyi adətləri. Bakı, 
«Ozan», 1993.  
31.
 
Чернышевский  Н.Г.  О  поезии  сочинения  Аристотелья – 
«Философские сочинения», М., 1938. 
32.
 
Чечетин  А.И.  Основы  драматургии  театрализованных 
представлений, М., 1981. 
33.
 
«Декоративное искусство в СССР» журнал, №  6, 1959. 
34.
 
Estetik tərbiyə. Bakı, Maarif nəşriyyatı. Bakı, 1972. 
35.
 
El sənətkarlarımız. Xanəndə Adil ürəkləri fəth edir. 
“Mədəniyyət” qəzeti, 5 iyun, 2001-ci il. 
36.
 
Əfəndiyev T.İ.Hüseyn. Cavidin ideyalar aləmi, Bakı, 
«Yazıçı» 1985. 
37.
 
Əfəndiyev R. Azərbaycanın bədii sənətkarlığı dünya 
muzeylərində, Bakı, «İşıq» 1980.  
38.
 
Əfəndiyev R. Azərbaycan xalq sənəti. Bakı, «İşıq», 1960.  
39.
 
Əfəndiyev A. Qəm və üsyan. “Ulduz” jurnalı, № 8, 1970. 
40.
 
Ələkbərov S. İncəsənət və estetika. Bakı, АДУ, 1992. 
41.
 
Əlizadə M. Teatr: Seyr və sehr. Bakı, «Elm», 1998. 
42.
 
Əlibəyzadə E. Qədim dünyamızın ulu kitabı. 
“Azərbaycan” qəzeti, 1990, 2 noyabr, № 43 (55). 
43.
 
Əmirxanov S.A. Yuxarı sinif şagirdlərinin estetik 
tərbiyəsinin formalaşmasına incəsənət muzeylərindən 
istifadənin təsiri. (Avtoreferаt) Bakı, Biznes 
Universitetinin nəşriyyatı, 1997. 

 
 
294
44.
 
Əmirxanov S.A. Muzey və  məktəbli dünyagörüşü. Bakı, 
Biznes Universitetinin nəşriyyatı, 2001. 
45.
 
Ənənə  və müasirlik. (Azərbaycan Dövlət Mədəniyyət və 
İncəsənət universitetində  nəşr olunan metodiki göstəriş)  
Bakı, ADMİU, 1996.  
46.
 
Ömərova H. Alman kino tarixi. Bakı, “Ozan”, 2000. 
47.
 
Uşaq hüquqları konvensiyası. BMT-nin insan hüquqları 
mərkəzi. İnformsiya toplusu, Bakı, 1996. 
48.
 
Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının 
qanunu. Bakı, 1998. 
49.
 
Həmkarlar  İttifaqı klubu, mədəniyyət sarayı  və evi 
haqqında  Əsasnamə. Bakı, «Ülfət» qəzeti, 13 dekabr, 
1996 (Əsasnamə AHİK-nin 25.10.1996-jı il tarixli qərarı 
ilə 586.2 № li protokol ilə təsdiq edilmişdir). 
50.
 
Haqverdiyev  Ə. Seçilmiş  əsərləri, Il cild, Bakı, «Elm», 
1957.  
51.
 
Haqverdiyev T.Ş. Bədii-kütləvi işin təşkili və metodikası, 
Bakı, ADU nəşriyyatı, 1992. 
52.
 
Haqverdiyev T.Ş. Abidələr tarixin sirdaşıdır. Bakı,  
“Gənclik”, 1982.  
53.
 
Hacıbəyov Ü. Сечилмиш əsərləri, II cild, Bakı, 1965. 
54.
 
Həsənov K. Qədim Azərbaycan xalq rəqsləri, Bakı, 
«İşıq», 1983. 
55.
 
Həsənli S. İslam mədəyyətində elm. Bakı, «Nərgiz», 
1998.  
56.
 
Hüseynov Q. Milli qürur hissi, Bakı, Azərnəşr, 1991.  
57.
 
Hüseynov İ. Adət və ənənələr mənəvi əxlaqi dəyərlər kimi 
(metodik vəsait), Bakı, « Nərgiz», 2000.  

 
 
295
58.
 
Hüseynov 
İ. Mədəniyyətin aktual problemləri. 
Azərbaycan Dövlət Mədəniyyət və 
İncəsənət 
Universitetinin elmi məqalələr məcmuəsu. Bakı, ADMİU, 
2000-ci il. 
59.
 
Hüseynov  İ. Kulturoloji ədəbiyyatda mentalitet problemi. 
Azərbaycan Elmlər Akademiyası  fəlsəfə  və hüquq 
institutunun “Ekologiya, fəlsəfə, mədəniyyət” elmi 
məqalələr məcmuəsi. Bakı, “Elm”, 1999. 
60.
 
Hüseynov  İ. Asudəvaxt mədəniyyətinin tərbiyə edilməsi 
sahəsində başlıca məqsəd və  vəzifələr (metodik göstəriş), 
Bakı, « Nərgiz», 2000. 
61.
 
Həsənov  Ə. Azərbaycanın xarici siyasəti: Avropa 
dövlətləri və ABŞ, Bakı, «Bilik», 1998. 
62.
 
Xalqımızın deyimləri və duyumları, Bakı, Azərnəşr,1986. 
63.
 
Xəlilova F. Adət və ənənələr, Bakı, Azərnəşr, 1986. 
64.
 
Xudiyev N. Radio, televiziya və  ədəbi dil. Bakı, 
Azərnəşr, 2001. 
65.
 
“Xəzər” jurnalı, 1990, № 2. 
66.
 
Искусство Азербайджана,том II,Баку, Наука,1949. 
67.
 
İsmail Tunali. Sanat ontolojisi, İstanbul, 1965. 
68.
 
Жарков  А.Д.  Клуб  в  дни  всенародных  праздников,  М., 
1983. 
69.
 
Каган  М.С.  Философия  культуры.  Санкт-Петербург, 
1996. 
70.
 
“Кузница”журнал № 7, Москва, 1921. 
71.
 
Kelli J.R. Leisure Identities and Inderactions. London, 
1983. 

 
 
296
72.
 
Кротова    Ю.Н.  Педагогика    досуга  в  англоязычных 
странах. Санкт-Петербург. 1994. 
73.
 
Коменский Я.А. Материнская школа. М., 1947. 
74.
 
Клинтон  Б.  Америка  конца  ХХ  века.  М.,  Институт 
США и Канады, 1993. 
75.
 
Klubşünaslıq. Bakı, “Maarif”, 1984. 
76.
 
Kərimov K. Azərbaycan miniatürləri, Bakı, Elm, 1980. 
77.
 
Kərimov  İ. Azərbaycan – Türkiyə teatr əlaqələri, Bakı, 
“Nağıl evi”, 2000.  
78.
 
Qasımzadə F., Hacıyev T. Avestadan bu günədək, Bakı, 
«Bilik», 1982. 
79.
 
Qasımzadə F.F. Novruz – bahar bayramı. Bakı, «Bilik», 
1989.  
80.
 
Qurbanov B. Estetika aləminə  səyahət, Bakı, «Elm», 
1977. 
81.
 
Qurbanov B. Mənəvi saflıq dünyası. Bakı, Azərnəşr, 
1989. 
82.
 
Qurbanov B. “Musiqinin bədii-estetik məsələləri”, Bakı, 
“Ağrıdağ” nəşriyyatı, 2000. 
83.
 
Qaraoğlu. Azərbaycan dastanları, Bakı, Azərnəşr, 1977. 
84.
 
Гегель. Эстетика, томI, М., 1968. 
85.
 
Гегель. Эстетика, томIII, М., 1968. 
86.
 
Qısa estetika lüğəti, Bakı, Azərnəşr, 1984. 
87.
 
Гуревич П.С. Культурология. М., «Гардарики», 1999. 
88.
 
Грубер  Р.И.  Всеобщая  история  музыки.  М.,  Изд. 
«Искусство». 
89.
 
Qorki M. Ədəbiyyat haqqında. Bakı, Azərnəşr, 1950. 

 
 
297
90.
 
Quliyev H.A., Məmmədov  Ə.S. Azərbaycan adət və 
ənənələri. Bakı, Azərnəşr. 
91.
 
Qurbanlı M. Sülhə gedən yol. Bakı, “Ozan”, 2000. 
92.
 
Лосов А.Ф. Эстетика возраждения. М., 1978. 
93.
 
Лотман  А.Д.  Философская  мысль  независимый  Индии. 
М., «Знание», 1966. 
94.
 
Липис  Ю.  Происхождение  вешей.  Из  истории  культуры 
человечества. М., 1954. 
95.
 
Lettenmair J.G. Das grosse Orient – Teppich – Buch 
Munchen, 1969. 
96.
 
Леонтьев  А.А.  Общежитие  как  психологические 
исследовательской обьект. М., 1984. 
97.
 
Майкл  Э.  Туризм-крупнейшая  мировая  индустрия. 
Журнал «Экономист», март, 1991, № 776. 
98.
 
Məmmədov Ə. Milli adət və ənənələr. Bakı, “Mars Print” 
nəşriyyatı, 2000.  
99.
 
Məmmədov  Ə. Mədəni fəaliyyətin diфferensial təşkili. 
Bakı, “Mars Print” nəşriyyatı, 1998. 
100.
 
Makarenko A.S. Seçilmiş pedaqoji əsərlər. “Azərbaycan 
məktəbi” jurnalının nəşri, Bakı, 1950. 
101.
 
Миллс Р. Властвующая элита, М., 1959. 
102.
 
Mirzəcanzadə A.X. Yaradıcılıq haqqında düşüncələr. 
Bakı, «Yazıçı», 1984. 
103.
 
Muradxanov M.M. A.S.Makarenkonun pedaqoji irsi və 
ondan Azərbaycanda istifadə edilməsi təcrübəsi, Bakı, 
«Yazıçı», 1965. 

 
 
298
104.
 
Məmmədbəyova  İ. Müstəqil Azərbaycan Respublikasında 
mədəni asudəvaxt:  ənənə  və varislik (metodik vəsait) 
ADMİU-nun nəşri, Bakı, 2001. 
105.
 
Məmmədov  Ə.S. Kommunis şüurunun formalaşmasında 
yeni adət və ənənələrin rolu. Bakı, Azərnəşr, 1972. 
106.
 
Mirzəxanov F. Zəhmətkeşlərin ateist tərbiyəsində yeni 
adət və ənənələrin rolu. Bakı, Azərnəşr, 1976. 
107.
 
Məmmədov X. “Simmetriya və  sənət”. “Qobustan” 
incəsənət toplusu № 1, Bakı, 1970.   
108.
 
Mədəniyyət və incəsənətin ümumnəzəri problemləri 
(elmi-metodik məqalələr tоplusu). Bakı, ADMİU, 1998.  
109.
 
Mədəni maarif işi. Bakı, Мaarif; 1974, s 7. 
110.
 
“Mədəni maarif” jurnalı, № 6, 2000.  
111.
 
Məmmədov M. İncəsənət və diн. Bakı, Azərnəşr, 1971. 
112.
 
Морган Л.Древнее общество. Ленинград, 1934. 
113.
 
Маркс К., Энгельс Ф, М., Соч., т1. 
114.
 
Melehet Örgü. “Şer ve musiki” Şer ve plastik sanatlar. 
Sanatla dünya görüşü. Ankara Universiteti. Dil ve Tarih-
Coğrafya fakultesi aylmları  № 855 konfranslar serigi, 
L.Pulhan matbaasi, İstanbul, 1946. 
115.
 
«Наука и религия» журнал, 1967, № 5. 
116.
 
Новикова  И.А.  Организация  досуга  подрастающего 
поколения  в  США:  Традиция  и  современность.  Санкт-
Петербург, 1991. 
117.
 
Наджафов М. Азим Азимзаде, Баку, Азернешр, 1965. 
118.
 
Nəbiyev A. El nəğmələri, xalq oyunları, Bakı, Azərnəşr, 
1988. 
119.
 
Nəbiyev A. İlaxır çərşənbələr, Bakı, Azərnəşr, 1992. 

 
 
299
120.
 
Понамарев  В.Д.  Формирование  культуры  игры  в 
праздничных  отдыха  (Канд.диссертация),  Санкт-
Петербург. 
121.
 
Платон, Федр. Сочинения, в. 3-х томах, М., 1910, т.II. 
122.
 
Плеханов  Г.В. «Литература  и  эстетика»  том1,  М., 
1958. 
123.
 
Плеханов Г.В. Искусства и литература, М., 1948. 
124.
 
Почта  Ю.М.  Возникновение  ислама  мусульманского 
общество  (философско-методологический  анализ),  М., 
1993. 
125.
 
Pilberg F. Muzik in der Sowietunion. Kеln, 1965. 
126.
 
Roma ədəbiyyatı  müntəxəbatı. Bakı, Maarif, 1967. 
127.
 
Rzayev N. “Novruz” türkçülüyümüzün tarixi yadigarı. 
“Yeni mцsavat” qəzeti, 1995, 17 mart, № 10 (150). 
128.
 
Sadıq bəy Əfşar. Qanun üs-süvər. Bakı, “Elm”, 1971. 
129.
 
Siracəddin Hacı. Milli düşüncəmizin qaynaqları – Bahar 
bayramı”, 525-ci qəzet, 12 mart, 1997. 
130.
 
Süleymanov M.A. M.Ə.Rəsulzadə 
və Azərbaycan 
mədəniyyəti (namizədlik dissertasiyası), Bakı, 2000, 
Mədəniyyət və İncəsənət Universitetinin kitabxanası. 
131.
 
Süleymanov M.A. Novruz (metodik vəsait), Bakı, 
ADMİU, 1998. 
132.
 
Sadıqov A. Asudəvaxt və  mənəvi-estetik tərbiyə. 
“Mədəni-maarif işi” jurnalı. 1990, № 2. 
133.
 
Səttarov M.M. Dini ayinlər və xalq adətləri haqqında. 
Bakı, Azərnəşr, 1965. 
134.
 
Sultanov  Ş., Sultanov K. Ömər Xəyyam. Bakı, 
“Gənclik”, 1991. 

 
 
300
135.
 
Смирнова  Е.И.  Теория  и  методика  организации 
самодеятельного  творчества  трудящихся  в  культурно-
просветительных  учреждениях.  М., «Просвещение», 
1983. 
136.
 
Seyidov M. “Varsaq, ozan, aşıq”. “Qobustan” incəsənət 
toplusu, № 1, 1970. 
137.
 
Swift M.G. The art of the dan e in the USSR. University 
Notre Dance, Indiana, 1968, 316с. 
138.
 
Spry I. Ieisure and Nature. Philadelphia, 1987. 
139.
 
Şəxsiyyətin mənəvi aləmi. Bakı, ADU, 1982 
140.
 
Шарль В. Мусульманское право, М., «Знания», 1959. 
141.
 
Шарль  Д.  Воспоминания  и  заметки  актера,  М., 
Искусства, 1958. 
142.
 
Şükürov A. Kulturologiya. Bakı, Elm, 1998. 
143.
 
Şükürov A. Fəlsəfə, Bakı, Elm, 1997. 
144.
 
Şükürov А. İslam, adət, ənənə. Bakı, Azərnəşr, 1981. 
145.
 
Шароев 
И.Г. 
Режиссура 
эстрады 
и 
массовых 
представлений. М., 1985.  
146.
 
Шнирельман  В.А. «Евразийская  идея  и  теория 
культуры»,  Этнографическое  обозрение»,  М., 1996, № 
4. 
147.
 
Şuşinski F. Cabbar Qaryağdıoğlu. Bakı,İşıq, 1987. 
148.
 
Şəmsizadə N. Azərbaycan  ədəbiyyatşünaslığı. Bakı, 
“Ozan”, 1997. 
149.
 
Tərlanov M., Əfəndiyev R. Azərbaycan xalq sənəti. 
Bakı, Azərnəşr, 1960. 
150.
 
Təhmasib M.H. Azərbaycan xalq dastanları. Bakı, 
Azərnəşr, 1965. 

 
 
301
151.
 
Təhmasib M.H. Azərbaycan xalq dastanları. Bakı,  Еlm, 
1972. 
152.
 
Тульчинский  Г.Л.  Культура  и  бизнес.  Репутация, 
влияние,  связи  с  прессой  и  общественностью, 
спонсорство.Санкт-Петербург. 
Гос. 
Академия 
культуры, 1994.  
153.
 
Trends in Leisure Research in VSA. Research group ed 
ABS News and Harrish Surrey. Washington, 1992. 
154.
 
Tağıyev  Ə.,  Əliyev Q. Kulturologiya, Bakı, BDU-nun 
nəşriyyatı, 1997. 
155.
 
Угринович Д.М. Искусства и религия. М., 1963. 
156.
 
Угринович  Д.М.  Обряды  за  и  против.  М., «Знания», 
1975с. 
157.
 
“Ulus” qəzeti, 7 iyun, 2001. 
158.
 
Уильям Р. Становление музыки. М., «Музгиз», 1961. 
159.
 
Vəliyev K. Elin yaddaşı, dilin yaddaşı. Bakı, Gənclik, 
1987. 
160.
 
Выгодский А.С. Психология искусства, М., 1968. 
161.
 
Владимир  Зоц.  Несостоятельные  претензии.  М., 
«Знания», 1975. 
162.
 
Vaqif İbrahimoğlu. “525-ci qəzet”, 2 may, 2001. 
163.
 
Vəliyev V. Azərbaycan folkloru. Bakı, Maarif, 1985. 
164.
 
Вопросы эстетики. М., 1960, № 13. 
165.
 
Яковлев  Й.Г.  Эстетическое  познание  и  религия.  М., 
1962. 
166.
 
Yusifov Y. Qədim  Şərq tarixi. Bakı Universiteti 
nəşriyyatı, Bakı, 1993. 

 
 
302
167.
 
Yeqorov Y.S., Yuxneviç M.Y. Müasir şəraitdə 
muzeylərin elmi-kütləvi işi (Тярcцмя). Bakı, 1991, 
Mədəniyyət Nazirliyinin nəşri. 
168.
 
Ziya Göyalp. Türkçülüyün əsasları. Bakı, Maarif, 1991. 
169.
 
Zərdabi H. Seçilmiş əsərləri. Bakı, «Yazıçı», 1960. 
170.
 
Zeynalov F. Azərbaycan dilinin mənşəyi məsələsinə dair. 
“Azərbaycan filologiyası  məsələləri” məcmuəsi, 2-ci 
buraxılış, Bakı, Elm, 1984. 

 
 
303
 
M Ü N D Ə R I C A T  
 
Giriş ………………………………………………………..……3-16 
 
I fəsil. 
Milli adət və ənənələrdə bədii- estetik duyum
 
 
1.1
 
Varisliyin adət və  ənənələrdə  yeri və onun  mənəvi təsir  dairəsi 
……………………………………………………………...……… 17 
1.2
 
Adət və  ənənələrdə  bədii  estetik dəyərlərlə  milli-  ənənəvi 
təkamülün vəhdəti……………………………………...…………60 
1.3
 
Müasir incəsənətdə 
ənənəvilik və tarixi 
təcrübə………………………………..………………..…………113 
 
II fəsil.        
Mədəniyyətin müasir inkişaf  mərhələsində adət və ənənələrin yeri
   
 
2.1.  Müasir  mədəniyyətin  tarixi-ənənəvi əsaslar……..….155 
2.2.  Asudəvaxt   mədəniyyətinin   inkişafında   milli ənənəvi 
xüsusiyyətlərin rolu…………………………………………….…196 
2.3.  Mədəniyyət müəssisələrində  müasir  adət  və  ənənələrin 
yeri və inkişaf dialektikası ………………………………….….240 
Nəticə…………………………………………………..…….…...285 
İstifadə edilmiş ədəbiyyat…………………...…….……………291 

 
 
304
ABSTRACT
 
In this book, both spiritual and moral characteristics in the 
traditions of old Azerbaijan are investigated and some idelogical 
reasons why some of these values were followed and some were 
resfrikted during former Soviet Union are handled. At the some time 
investigates the introduction of some traditions to our social life during 
the period of Soviet Union. And the writer is on behalf of the idea that 
those traditions are inevitable to perish since they do not respond the 
spiritual and aesthetic ideals and desires of the people.
 

 
 
305
Texniki redaktor:   
Valeh Əsgərov  
Kompüter tərtibatçıs:  
Narminə Qasımova  
Korrektor:   
 
Vəfa Karimova  
Rassam:      
 
Etibar Nazarov
 
Hüseynov İlqar Həsrət oğlu
 
Azərbaycan milli adət və ənənələrinin
 
bədii-estetik mahiyyəti
 
(monoqrafiya)  
Azərbaycan dilind
ə 
Yazılmağaverilmis 08.05.2002 Çapa imzalanmış 01.08.02. 
Format 60x84 1/16. Fiziki ç.v. - 19,25.
 
Tiraj - 500. Sifariş - 30.
 
Bakı  - "Mars-Print" - 2002
 
Ünvan: Ə.Hüseynzada 59. Tel: 94-5144
 
 

Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin