Mühazirə. Dünya iqtisadiyyatı fənninin predmeti, vəzifələri və tədqiqat metodları



Yüklə 25,78 Kb.
səhifə1/2
tarix16.12.2023
ölçüsü25,78 Kb.
#183723
növüMühazirə
  1   2
Movzu 1 Dunya iqtisadiyyati fnninin pre


1-ci mühazirə.
Dünya iqtisadiyyatı fənninin predmeti, vəzifələri və tədqiqat metodları
1.Dünya iqtisadiyyatı və dünya təsərrüfatı anlayışları
2.Dünya iqtisadiyyatı fənninin predmeti və metodu
3.Dünya təsərrüfatının subyektləri və tipləri
4.Dünya ölkələri arasında iqtisadi əlaqələrin inkişafının səbəbləri və ona təsir göstərən amillər
5.Dünya iqtisadiyyatının formalaşma və inkişaf mərhələləri

Dünya miqyasında məhsuldar qüvvələrin sürətli inkişafı nəticəsində insan fəaliyyəti ölkədaxili çərçivədən çıxaraq bütün ölkələri əhatə etməyə başlayır.Bu zaman ölkələr arasında meydana gələn siyasi,iqtisadi,mədəni və s. əlaqələr vahid dünya iqtisadiyyatının yaranmsını zəruri edir.


Dünya iqtisadiyyatı-dünya təsərrüfat əlaqələrinin müxtəlif növlərini özündə birləşdirən milli təsərrüfatların məcmusudur.Başqa sözlə,dünya iqtisadiyyatı bir-biri ilə BƏB sistemi əsasında yaranan milli təsərrüfatların iqtisadi və siyasi münasibətlərinin məcmusu kimi ifadə edilir.
Dünya iqtisadiyyatı,eləcə də ayrıca götürülmüş ölkənin və ya konkret istehsal sahəsinin iqtisadiyyatı əmək,kapital və torpaq kimi amillərə əsaslanır.Onlar arasındakı nisbət milli təsərrüfatların inkişafının potensial imkanlarını,son nəticədə ayrı-ayrı ölkələrin təsərrüfatlarıının inkişaf səviyyəsini nəzərdə tutur.Dünya iqtisadiyyatı dünya ölkələrinin milli təsərrüfatlarının qarşılıqlı əlaqədə və bir-birinə təsir göstərən sistemidir.Bu sistem əmək bölgüsü,ticarət,elmi-texniki və istehsalın kooperasiyalaşdırılması,əmtəə-pul münasibətləri,nəqliyyat,rabitəsisteminin əsas cahətləri ilə birlikdə müstəsna əhəmiyyət kəsb edir.
Dünya iqtisadiyyatının başlanğıc kateqoriyası insanların yaşayışını təmin edən iqtisadi fəaliyyətdir.İqtisadi fəaliyyətin təşkilati forması təsərrüfatdır.Dünya təsərrüfatı bir-birilə qarşılıqlı asılılıqda olan dünya təsərrüfat əlaqələrinin müxtəlif növlərinin məcmusu olub BƏB əsasında yaranır.Dünya təsərrüfatı beynəlxalq ticarət-iqtisadi,maliyyə infrastruktur və elmi-texniki əlaqələrin bütün tərəf və istiqamətlərini birləşdirir.Dünya təsərrüfatı tarixi,siyasi və iqtisadi kateqoriyadır.Dünya iqtisadiyyatı tarixi insanlığın tarixi,eyni zamanda iqtisadi tarixdir.
Dünya təsərrüfatının 2 tipi mövcüddur:1.Avtargiya təsərrüfatı.” Autarky“ yunan sözü olub mənası özünütəminat deməkdir.Bu tam bağlı təsərrüfatı ifadə edir.Burada iqtisadi qruplar özünütəminat prinsipi əsasında fəaliyyət göstərirlər.Ölkə dünya təsərrüfatından tam təcrid olur.Müasir dövrdə demək olar ki,tam mənada avtargiya təsərrüfatı mövcud deyi.Lakin müəyyən mənada Şimali Koreya,Kuba kimi ölkələri buraya aid etmək olar.
2.Bu tipdə ölkənin iqtisadiyyatı xarici dünya ilə sərbəst,qarşılıqlı iqtisadi əlaqədə olur.Dünya ölkələrinin demək olar ki,hamısı açıq təsərrüfata malikdir və onun inkişafı qloballaşma prosesi ilə daha da güclənmişdir.
Dünya təsərrüfatı mürəkkəb iqtisadi sistem olduğu üçün onun subyektlərini, başqa sözlə tərkib hissələrini aşağıdakılar təşkil edir:
1)Milli təsərrüfatlar
2)Transmilli kompaniyalar
3)Beynəlxalq iqtisadi inteqrasiya birlikləri
4)Beynəlxalq iqtisadi təşkilatlar
Dünya ölkələrində iqtisadi ehtiyyatların qeyri-bərabər olması bir tərəfdən BƏB-nə,digər tərəfdən isə iqtisadi ehtiyyatların ölkələr arasında hərəkətinə səbəb olmuşdur.Beləliklə,dünya ölkələri arasındakı iqtisadi əlaqələrin inkişafının əsas səbəbləri aşağıdakılardır:
1)Beynəlxalq əmək bölgüsü-ayrı ayrı ölkələrin əmtəə və xidmətlər istehsalı üzrə ixtisaslaşması və bu sahələr üzrə öz aralarında mübadilə etməsidir.Məhz BƏB nəticəsində istehsalın təşkili və kapitalın hərəkəti beynəlxalq xarakter alır ki,bu da dünya iqtisadiyyatının obyektiv əsasını təşkil edir.
2)İstehsal amillərinin beynəlxalq hərəkəti.Ölkələr həmişə bir tərəfdən daxildə izafi iqtisadi ehtiyatları ixrac etmək;digər tərəfdən çatışmayan ehtiyatları ölkəyə idxal etmək istəyində olurlar.Bunun nəticəsində beynəlxalq ticarət və istehsal amillərinin beynəlxalq hərəkəti baş verir.
3)Bir çox ölkələr dünya səviyyəsində iqtisadi ehtiyyatlar üzrə mütləq və nisbi üstünlüyə malikdir.(Mütləq və nisbi üstünlüklər nəzəriyyələri)
4)Beynəlxalq rəqabət
5)Kapitalın beynəlxalq hərəkəti
6)İşçi qüvvəsinin beynəlxalq miqrasiyası
7)Bilik və texnologiyaların beynəlxalq hərəkəti
Dünyanın qədim və antik təsərrüfat sistemləriçoxərzlik iqtisadi inkişaf səviyyələrikeçərək Qərbi Avropanın inkişafına və beləliklə də dünya bazarının yaranmasına gətirib çıxartmışdır.Bu da öz növbəsində məhsuldar qüvvələrin səviyyəsinin yüksəlməsinə zəmin yaratmışdır.Deməli dünya iqtisadiyyatı uzun inkişaf yolu keçərək XIX əsrin ortalarında artıq formalaşmışdır.
Formalaşma mərhələləri aşağıdakılardır:

Yüklə 25,78 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin