Soyad: Əliyeva Qrup: 384 Kurs



Yüklə 17,66 Kb.
tarix03.12.2022
ölçüsü17,66 Kb.
#72177
The Verb


Azərbaycan Respublikasının Təhsil Nazirliyi
Bakı Dövlət Universiteti nəzdində
Bakı Dövlət İqtisadiyyat və Humanitar kolleci

Ad: Gülay
Soyad: Əliyeva
Qrup: 384
Kurs: 3
Fakültə: Bank işi
Fənn: Xarici dildə işgüzar və akademik kommunikasiya
Mövzu: The Verb
Müəllim: Sadıqova Vüsalə

BAKI – 2022
İngilis dilində fellər qaydalı (Regular) və qaydasız (Irregular) olmaqla iki qrupa ayrılır. Qaydalı fellərin keçmiş zamanının, yəni Past Simple və Past Particle formalarının düzəldilmə şəkilləri adından da məlum olduğu kimi ümumi qaydalara tabedirlər və felin sonuna –d, -ed şəkilçilərindən birini artırmaqla düzəldilir. Məsələn, I work, I worked. Qaydasız fellərin isə xüsusi bir düzəldilmə qaydası yoxdur. Bu fellərin həm Past Simple formaları, həmdə Past Particle formaları düzəldilirkən müxtəlif formalar müşahidə edilir və bu felləri yalnız və yalnız əzbərləmək lazımdır.
Qaydasız fellər siyahısını aşağıdakı yazılarımızdan baxa bilərsiniz.
İngilis dilində qaydasız fel çekimi nümunəsi:

  • to break

  • Simple Present Tense: It breaks.

  • Present Continuous Tense: It is breaking.

  • Future Tense: It will break.

  • Past Tense: It broke.

  • Present Perfect Tense: It has broken

İngilis dilində mütləq şəkildə bilməli olduğumuz bütün qaydasız feillərin cədvəli aşağıda verilmişdir: Sırasıyla, V1 (Base Form), V2 (Past Simple), V3 (Past Particle)

  • Awake — awoke — awoken — oyatmaq, oyanmaq

  • Be — was, were — been — olmaq

  • Bear — bore — borne/born — dözmək

  • Beat — beat — beaten — vurmaq, döymək

  • Become — became — become — olmaq

  • Begin — began — begun — başlamaq

  • Bend — bent — bent — əymək, əyilmək

  • Bet — bet —bet — mərc eləmək

  • Bid — bid — bid — buyurmaq, əmr etmək

  • Bind — bound — bound — bağlamaq

  • Bite — bit — bitten — dişləmək

  • Bleed — bled — bled — qanamaq

  • Blow — blew — blown — üfürmək; əsmək

  • Break — broke — broken — sındırmaq

  • Breed — bred — bred — yetişdirmək, çoxalmaq

Qaydasız feillərin ikinci forması olan V2, keçmiş zaman, yəni Past Tense formasıdır. Past Tense hərəkətin keçmişdə reallaşdığını göstərir. Past Simple Tense olaraq qurulan cümlələrdə V2 istifadə edilir. Azərbaycan dilindəki tərcüməsi “keçmiş sadə zaman”-dır. Bu feillərin Past Simple Tense olaraq istifadə edildiyi formul belədir: Subject + Verb2 + Object. Qaydasız feillərin 3-cü formasının bir neçə istifadəsi mövcuddur
“-Ed” və “-ing” şəkilçiləri ilə bitən sözlər ingilis dilində yaygındır.
-İng bir şeyin indi və ya keçmişdə etdiyi bir hərəkəti ifadə etmək üçün istifadə olunur. İnsanlar və ya hərəkətlərdən bəhs edərkən -ing sözündən istifadə olunur, hər hansı bir vəziyyətin və ya hərəkətin an üçün deyil, ümumiyyətlə etibarlı olduğu ifadə edilir.

  • I live in perfect room overlooking the garden.- Bağa baxan mükəmməl bir otaqda yaşayıram.

  • The road joining the two villages is very narrow.- İki kəndi birləşdirən yol çox dardır

İngilis dili d, ed və ied simple past tense yəni keçmiş zamanlarda (regular verb) felin qəbul etdiyi şəkilçilərdir. “-Ed” və “-ing” şəkilçiləri ilə bitən sözlər ingilis dilində yaygındır.
İngilis Dilində Present Perfect Tense Fel
Present Perfect Tense təkrarlanan hərəkətlər üçün istifadə edilir, hansı ki, konkret zaman forması bu hərəkətlər üçün önəmli deyil və hadisə keçmişdə başlayıb, lakin hələ də bitməyib, davam etməkdədir. Present Perfect Tense keçmiş bir hadisə və ya vəziyyət ilə bu gün arasında bir əlaqə yaradır. Xüsusilə “just” zərfində çox yaxın bir hərəkət üçün istifadə olunur, ancaq nə qədər vaxt keçdiyini göstərmir. “Yet” zərfi hələ edilməmiş, lakin edilməsi ehtimalı olan hərəkətlər üçün və ya belə bir ehtimalın olub- olmadığını soruşmaq üçün istifadə edilir. “Never” zərfi keçmişdə müəyyən bir nöqtədən heç bir hərəkət edilmədiyini və ya belə bir vəziyyətlə qarşılaşmadığını ifadə etmək üçün istifadə olunur.
has/ have + 3rd form of Verb

  • I have worked

  • you have worked

  • he/ she/ it has worked

  • we have worked

  • you have worked

  • they have worked

  • I have broken

  • you have broken

  • he/ she/ it has broken

  • we have broken

  • you have broken

  • they have broken

Keçmişdə olan və indiki zamanda təsiri davam edən hal və vəziyyətlər üçün istifadə edilir. Formulu belədir: Subject + Have/ Has + Verb3 + Object.

ƏDƏBİYYAT

  1. https://www.getwordly.com/blog/az/ingilis-dilind%C9%99-sif%C9%99tl%C9%99r-adjectives/

  2. İ.Rəhimov, T.Hidayətzadə, S.Cəfərova, İngilis dilinin praktik qrammatikası, Azərnəşr, 2003

  3. B.Əzimov, Q.Quliyeva, İngilis dili, Hədəf nəşriyyatı, 2014

  4. O.Musayev, İngilis dilinin qrammatikası, Maarif nəşriyyatı, 1979

  5. N.Adıgözəlova, E.Axundov, İ.Sadıqova, İngilis dili, Hədəf nəşriyyatı, 2009

Yüklə 17,66 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin