(www.samdu.uz/files/web/napr/
filologiya/txa/html).
5. Bəzən ola bilər ki, qəti keçmiş zaman forması
hər hansı mənbədən alınmış məlumatı, tarixi faktı ifa-
də edə bilər. Məsələn: Azərb.:1931-ci il yanvarın 7-də
1
Vəliyev İ.D. Azərbaycan yazılı abidələrinin dilində -ıb şəkilçili nəqli
keçmiş zaman. //Türk dillərinin tarixi morfologiyasına dair araşdırmalar.
Bakı, Universiteti nəşriyyatı, 1990, s. 158.
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
164
“Molla Nəsrəddin” jurnalının son nömrəsi çıxdı. Cəlil
Məmmədquluzadə bu gündən sonra cəmisi bir il yaşa-
dı. 1932-ci il yanvarın 4-də vəfat etdi(Anar); 1994-cü il
iyulun 1-də təxribatçı təyyarə ilə Yerevandan Mineral-
nıe Vodı şəhərinə yola düşdü (M.Qacar, Metroda ter-
ror); özbək:... Şuninqdek, respublikada taъlim, tojik,
қirğiz, қozoқ, turkman tillarida olib boriladiqan mak-
tablar uçun imtiҳon materiallari “Nurli jol”(1999 yil,
12 may), “Ovozi tojik” qazetalari orқali elon қilindi.
Қirğiz, turkman maktablari uçun materiallar 13.05.-
470 raқamli (1999 yil 11 may) xat bilan teqişli viloyat
XTB lariqa etkazildi (Marifat qazetasi).
6. Dinamiklik xüsusiyyəti. Qəti keçmiş zamanın
məna xüsusiyyətlərindən biri də odur ki, o, iş, hal və
ya hərəkətin dinamikliyini bildirir. Qeyd edək ki, keç-
miş zamanla ifadə olunan bütün fellər dinamik xüsu-
siyyətlidir. Məsələn:Azərb.:Onların ətrafına toplaşan
göytəpəlilər susdular. Böyük narahatlıqla bu höcət-
ləşmənin nə ilə qurtaracağını gözlədilər (İ.Şıxlı, Dəli
Kür); türk: Ali – Kamil bey amcam sana bir avukat tut-
tu(N.Hikmet); kazan-tatar: Çəyqə kerqəç, əti belən əle-
qe avıldaş, üzləre türqə uzıp, samavır yanına utırdılar
(Q.Bəşirov); türkmən:Ah çekdim, bilim büküldü; Sütü-
nim arşa çekildi; Gözümden sil dek döküldi, Gan bir
yana, yaş bir yana(N.Saryhanov, Şükür Bagşy)
-mış şəkilçili keçmiş zaman. A.A.Axundov nəqli
keçmiş zaman formasının 8 məna xüsusiyyətini fərq-
ləndirir
1
.
1
Axundov A.A. Felin zamanları. Bakı, ADU nəşri, 1961, s. 61-67.
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
165
İ.Vəliyev XIV-XIX əsrlər ədəbi-bədii materialla-
rın dilində -ıb şəkilçili nəqli keçmiş zamanın 5 məna
çalarına rast gəlindiyini yazır
1
. Müəllif -mış şəkilçili
nəqli keçmiş zamanın abidələrimizin dilində işlənmiş 6
məna xüsusiyyətini nəzərdən keçirmişdir
2
. 1980-ci ildə
nəşr olunmuş “Müasir Azərbaycan dili” dərsliyində də
nəqli keçmiş zaman formasının 5 semantik xüsusiyyəti
göstərilmişdir
3
.
Oğuz qrupu türk dillərində geniş yayılmış -mış
şəkilçili keçmiş zaman formasının aşağıdakı məna
xüsuiyyətləri vardır:
1. Keçmişdə icra olunmuş hər hansı bir iş, hal və
ya hərəkətin danışıq vaxtında nəticəsini bildirir; məs.:
Azərb.:Lalə - Vəzir ağa, mən bunu sənin adamlarına
beş dəfə danışmışam. Bilmirsən? (K.Abdulla, Şah İs-
mayıl); Yatmışam... yaxşı... lap yaxşı yatmışam, əmi-
can. Ancaq bağışlayın, gecə çox yorğun idim, deyəsən
yuxuya qalmışam(S.Qədirzadə, Burada insan yaşamış-
dır); türk: “Bizim doktor, Amerika'dan geçen yıl gel-
miş!” (A.Mengüç, Kum saati);
2. Qeyri-şahidlik bildirir; məs.: Azərb.: – Əlli ilə
yaxındır mədəndə işləyirəm, - dedi,- amma nə belə şey
görmüşəm, nə də eşitmişəm (M.Süleymanov,Yerin sir-
ri); türk: Hatçe – Annemden kaldı bana, evlendiğim
gün boynundan çıkarıp taktı boynuma, ona da anasın-
1
Vəliyev İ.D. Azərbaycan yazılı abidələrinin dilində -ıb şəkilçili nəqli keçmiş
zaman. //Türk dillərinin tarixi morfologiyasına dair araşdırmalar. Bakı,
Universiteti nəşriyyatı, 1990, s. 53-54.
2
Vəliyev İ.D. Azərbaycan yazılı abidələrinin dilində -mış şəkilçili nəqli keçmiş
zaman. //Türk dillərinin leksik-morfoloji quruluşu. Bakı, S.M. Kirov adına ADU
nəşri, 1981, s. 90-92.
3
Müasir Azərbaycan dili. II cild. Bakı, “Elm” nəşriyyatı, 1980, s. 328-
330.
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
166
dan kalmış(N.Hikmet,Fatma,Ali ve başkaları); qaqauz:
Tilkiyi bir vakıt düünä çaarmışlar. O da zavallı şu
davranınca, donnarını ütüya urunca, geç kalmış (Qa-
qauz folkloru).
3. Bu zaman formasının diqqəti cəlb edən se-
mantik xüsusiyyətlərindən biri də onun hal və hərə-
kətin qeyri-müəyyən keçmiş zamanda icra olunduğunu
bildirməsidir; məs.: Azərb.: Mən səninlə bir yerdə çox
işləmişəm, – deyə Namiq Həsənov təklifinin həmka-
rına necə təsir etdiyini öyrənmək üçün onu süzdü (M.
Qacar, Metroda terror); türk: – Peki, siz o zaman aynı
adamı övmüşsünüz (A.Nesin);
4. Hal və ya hərəkətin qəti surətdə bitdiyini gös-
tərir; məs.:Azərb.: – Pazaq Vəlini nahaq milisə apar-
mısan(İ.Məlikzadə,Evin kişisi); – Yoldaş direktor, ba-
ğışlayın, uzaqdan gəlmişik, olarmı sizə zəhmət verək
(Mir Cəlal, Açıq kitab); qaqauz: Xoca ertesi günü gel-
miş çıraklaa qaydasınnan da koymuş onu saçak altına
(Qaqauz folkloru);
5. -mış şəkilçili keçmiş zaman ardıcıllıq xüsusiy-
yətinə malikdir: məs.:Azərb.: türk: Bu kez halk, yangı-
nın daha birinci evde söndürülmesine o kadar sevinmiş
ki, çağdaş itfaiyeyi kuran Haydar bey hatırlanmış, bir
qrup mahalleli kendisini ziyaret edip şükranlarını sun-
muş (A.Boysan, Yangın var);
“...Felin zaman formalarının üslubi xüsusiyyətləri
onun qrammatik mənaları ilə sıx əlaqədə özünü gös-
tərir. Bununla belə, bu formaların üslubi tərəfinin öz
səciyyəvi cəhətləri vardır. Bu və ya digər zaman şək-
lindən istifadə edilməsi onun daxili zaman anlayışı ilə
bağlıdırsa, onların üslubi fəaliyyəti funksional üslublar
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
167
sistemi və ən əvvəl bədii təsvir sistemi ilə sıx şəkildə
bağlıdır”
1
. İndiki, keçmiş və gələcək zamanların qram-
matik cəhətdən bir-birindən kifayət qədər fərqlənməsi-
nə baxmayaraq, bir zamanın o birinin sahəsinə “girmə-
si” imkanı kontekstin xüsusi şəraiti ilə müəyyən edi-
lir
2
. “... bir mətndə şühudi və nəqli keçmiş zaman şə-
kilçilərindən birinin digərinə nisbətən az və çox işlən-
məsi onun (mətnin) ədəbi dilin hansı üslubuna aid ol-
ması ilə birlikdə yazının məzmunundan da müəyyən
dərəcədə, asılıdır”
3
.
-dı<-mış. Üslubiyyat sözün linqvistik mənasında
danışanın ümumxalq dilindən istifadə üsullarından
bəhs edir. Belə olduğu təqdirdə “danışan felin zaman
formalarından da öz məqsədinə uyğun surətdə istifadə
edə bilər”
4
. Türk dillərində hər hansı bir zamanın digər
zamanın yerində işlənməsi eyni deyildir. Tutaq ki, türk
dillərindən biri üçün üslubi sayılan bir xüsusiyyət digər
türk dili üçün norma hesab oluna bilər, yaxud əksinə,
müəyyən bir türk dili və ya dil qrupu üçün dilin qram-
matik norması hesab olunan cəhət digər bir türk dili
üçün üslubi cəhət sayıla bilər. Məsələn, Azərbaycan və
türk dillərində -mış şəkilçili keçmiş zaman formasının
olmasına baxmayaraq çox vaxt türk dilində bu zaman
-dı şəkilçisi ilə verilir. Türk dilində bu norma sayılsa
da, Azərbaycan dilində üslubi xüsusiyyət hesab olunur.
Başqa sözlə, -mış şəkilçili keçmiş zaman formasının
1
Əfəndiyeva T. Azərbaycan ədəbi dilinin üslubiyyat problemləri. Bakı, Elm, 2001, s. 95.
2
Sadıqov R. Müxtəlifsistemli dillərdə obyektiv və qrammatik zaman əlaqələri. Bakı,
“Nurlan”, 2004, s. 54.
3
Bağırov Ə.A. Azərbaycan dilinin üslubıyyatı (morfologiya). Bakı, ADU nəşri,
1985, s. 48.
4
Axundov A.A. Dilin estetikası. Bakı, Yazıçı, 1985, s. 65.
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
168
yerində -dı şəkilçili keçmiş zaman forması işlənir:
türk: Çekinme, söyle, dedi, ben artık her şeye alıştım; -
Şevket, bir az uyan. Ben geldim oğulcuğum, dedi; -
Ben eski bir insanım. Anlaşmamıza imkan yok. İnsan-
ların paradan başka şeylerle de mesut olacaklarına
inanarak yaşadım. O kanaatle öleceğim; Ne söylüyor-
sunuz, dedi, size ne yaptım? Benden ne fenalık gör-
dünüz?(R.N.Güntekin,Yaprak dökümü);-Buraya bunun
için mi geldiniz?(A.Nesin); Aptallaşdığımı görünce
sordu: - Siz köyden mi geldiniz?(A.Nesin,Satılmıştır).
Türk dilində işlənən bu cümlələrdəki alıştım, gel-
dim, yaşadım, yaptım, gördünüz, geldiniz görülən keç-
miş zamanı ifadə edən fellər Azərbaycan dilində alış-
mışam, gəlmişəm, yaşamışam, etmişəm, görmüsünüz,
gəlmisiniz nəqli keçmiş zamanda olan fellərə uyğun
gəlir. Türk dilində müşahidə olunan bu cəhətə qaqauz
dilində də rast gəlinir. Yəni, Azərbaycan dilində işlə-
nən -mış şəkilçili keçmiş zaman formasının qaqauz di-
lində də mövcud olmasına baxmayaraq Azərbaycan
dilində işlənən -mış şəkilçili keçmiş zaman forması qa-
qauz dilində bəzi məqamlarda -dı şəkilçili keçmiş za-
manla ifadə olunur; məs.: qaqauz:
Ne geldin? –sordu sabaam
-Gün için duudum
- Ne geldin? –sordu bobam
-Kanımı duydum
“Xoş geldin”, bey Quboqlu
sefaladın çok!
İçerdä – taazä soluk,
payacan da yok. (S.Kuroqlu)
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
169
Əksər türk dillərində bu vəziyyətlə qarşılaşırıq:
uyğur:U mäĭlämdin bu m äĭläηqä
Sini däp käldim!
Meĭlim bar mo, meĭlim yok mo
Sınaĭ däp käldim.
(С.Е.Малов, Уйгурский язык, с.15)
Özbək: Zahiriddin Muhammad Bobur 1483 yilning
14 fevralida Andijonda tug'ildi.
Müasir Azərbaycan dilində bəzən üslubi məqam-
larda -dı şəkilçisi -mış şəkilçisini əvəz edir; məs.: -Xoş
gəldin, - deyib Məcid kişi qırağı əyilmiş köhnə vedrəni
torpaq qalağının yanına tulladı (İ.Məlikzadə, Quyu).
Müasir türk dilində -dı şəkilçisinin dil norması
kimi -mış şəkilçisini əvəz etməsi xüsusiyyətinə hətta
felin mürəkkəb formasında da təsadüf olunur. Məlum
olduğu kimi, müasir Azərbaycan dilində,eləcə də,digər
türk dillərində -dı şəkilçili keçmiş zamanın mürəkkəb
formasına rast gəlinmir. Yəni -dı şəkilçisindən sonra
idi hissəciyinin işlənməsi qeyri-mümkündür. Müasir
türk dilində isə -dı şəkilçili keçmiş zamanın idi hissə-
ciyi qəbul etməsi mümkündür. Bu məqamda şəxs son-
luğu -dı şəkilçili keçmiş zaman şəkilçisindən sonra və
idi hissəciyindən isə əvvəl işlənir. Türk dilində işlənən
həmin -dı şəkilçili mürəkkəb forma müasir Azərbay-
can dilində -mış şəkilçili keçmiş zamanın mürkkəb for-
masına uyğun gəlir.Məs.:Orhan – Ha...(Birdenbire Ay-
şenin elini öper) Kızımı kurtardınızdı...; Ayşe –Ham-
let'te de seyrettimdi sizi.(N.Hikmet, Her şeye rağmen);
-Bir defa sizinle Akif Beyin yalısında görüştüktü Ha-
nımefendi, dedi. Bir gün de ben sizi yine Akif Beyin
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
170
ailesiyle Küçüksu'da gördüm (H.E.Adıvar, Zeyno'nun
oğlu).
N.Məmmədov yazır: “Nəqli keçmiş zaman hal, və-
ziyyət bildirən(oturmaq, durmaq, qalmaq, yatmaq, da-
yanmaq, uzanmaq, söykənmək) fellərlə işlənərək, həm
də indiki zamanı bildirir”
1
.
Həqiqətən də,oturmuşam, durmuşam, qalmışam,
yatmışam, dayanmışam, uzanmışam, söykənmişəm və
s. kimi ifadələri nəqli keçmiş zamanda işlənsə də, əs-
lində indiki zaman məzmunu daşıyır.
İndiki zamanın
semantik-üslubi xüsusiyyətləri
Akademik A.A.Axundov felin indiki zamanının
məzmununda iki əsas cəhəti vurğulayır:
1. felin indiki zamanı danışıq vaxtı ilə bilavasitə
əlaqədardır;
2. felin indiki zamanı danışıq vaxtı ilə bilavasitə
əlaqədar deyil
Akademik hər bir cəhət daxilində özünəməxsus
xüsusiyyətlərin olduğunu göstərir. Belə ki, o,birinci,
yəni danışıq vaxtı ilə bilavasitə əlaqədar olan indiki za-
manın daxilində bunları qeyd edir:
a) hal və ya hərəkət danışıq vaxtı ilə tam uy-
ğunluq təşkil edir;
b) hal və ya hərəkət danışıq vaxtı ilə tam uyğun-
luq təşkil etməklə bərabər, subyektin ümumi xüsusiy-
yətini əks etdirir;
1
Məmmədov N.Azərbaycan dilçiliyinin nəzəri əsasları.Bakı,Maarif,1971,
s. 236.
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
171
v) danışıq vaxtı ilə tam uyğunluq təşkil edən fel
eyni zamanda uzun dövrlərə, həm keçmiş, həm də
müəyyən dərəcədə gələcək zamana aid olan ümumi
halları ifadə edir
1
.
Müəllif ikinci – danışıq vaxtı ilə bilavasitə əlaqə-
dar olmayan indiki zamana aşağıdakı xüsusiyyətləri
aid edir:a) subyektə aid peşə və ya sənətlə, habelə vər-
dişlə əlaqədar olan ümumi hal və hərəkətlər; b)subyek-
tin sürəkli xarakterdə olan vaxaşırı hal və hərəkətlər;
v) yalnız müəyyən zaman ərzində, müəyyən indiki za-
man hüdudunda fəaıliyyət göstərən hal və ya hərəkət-
lər;q)danışılan vaxtdan əvvəl olmuş bir əhvalatın və ya
hadisənin hekayətində işlədilməsi; ğ)təbiət və müəy-
yən şəraitin təsvir edilməsi; d)elmi əsərlərdə proseslə-
rin ifadəsi; e) hökm ifadə etməsi və s
2
.
M.Ş.Rəhimov Azərbaycan dilinin XIV-XVIII əsr
yazılı abidələrində -ır, -ir, -ur, -ür şəkilçili indiki za-
man formasının 5 məna xüusiyyəti haqqında danışır
3
.
D.M.Nasilov qədim uyğur dilində -ur şəkilçili in-
diki zamanın 6 məna xüsusiyyətindən bəhs etmişdir
4
.
“Müasir yakut ədəbi dilinin qrammatikası” əsə-
rində felin indiki zaman formasının 3 məna xüsusiyyəti
fərqləndirilir:1)danışıq anında baş verən hərəkət, 2)da-
nışıq anından sonra baş verən hərəkət, 3)öz təbiətinə
1
Axundov A.A. Felin zamanları. Bakı, ADU nəşri, 1961, s. 74-76.
2
Axundov A.A. Felin zamanları. Bakı, ADU nəşri, 1961,s. 77-83.
3
Рагимов М. Формы выражения настоящих и будущих времен в
письменных памятниках азербайджанского языка XIV – XVIII ве-
ков. АКД. Москва, 1957, с. 7.
4
Насилов В.М. Древне - уйгурский язык. Москва, ИВЛ, 1963, с. 9-
10.
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
172
görə konkret vaxt çərçivəsində məhdudlaşmayan, adi,
həmişə, təbii baş verən hərəkət
1
.
B.Çarıyarov cənub-qərb qrupu türk dillərində in-
diki zamanın 6 məna xüsusiyyətini göstərmişdir. Qeyd
olunan bu xüsusiyyətlərin ikisi üslubi məqamları özün-
də əks etdirir
2
.
“Türkmən dilinin qrammatikası”nda -yar, -yər şə-
kilçili ümumi indiki zamanın 5 məna xüsusiyyətinin
olduğu göstərilir
3
.
İ.Tahirov Azərbaycan dilində -(y)ır
4
şəkilçili indi-
ki zamanın funksional baxımdan üç növünü
4
göstərir:
1. Əsl indiki zaman
2. Geniş indiki zaman
3. Mücərrəd indiki zaman
Müəllifin bu bölgüsü ilə tam razılaşırıq və onun
bu bölgüsünü düzgün, konkret və məqbul hesab edirik.
Bu bölgünü nəinki Azərbaycan dilində -ır, -ir, -ur, -ür
şəkilçili indiki zamana, eləcə də türk dilində -yor şəkil-
çili indiki zamana, türkmən dilində -yar, -yər şəkilçili
indiki zamana, qaqauz dilində -er, -yer şəkilçili indiki
zamana aid etmək olar.
Biz A.Axundovun bölgüsünü əsas götürərək türk
dillərində indiki zamanın müşahidə olunan, əsasən,
aşağıdakı məna xüsusiyyətlərini qeyd edirik. Bütün
türk dillərində müşahidə olunan bu xüsusiyyətlərin
1
Грамматика современного якутского литературного языка (фонетика и
морфология). Москва, «Наука», 1982, с. 306.
2
Чарыяров Б. Времена глагола в тюркских языках юго-западной группы.
АДД. Ашхабад, 1970, с. 19-20.
3
Грамматика туркменского языка.Ашхабад,“Ылым”,1970,c.273-274.
4
Tahirov İ.Azərbaycan və ingilis dillərində zaman kateqoriyası.Bakı,“Nurlan”,2007,s. 182
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
173
qrammatik zamandan daha çox obyektiv indiki zamanı
ehtiva etməsi ilə əlaqədardır.
1. Hal və ya hərəkət danışıq vaxtı ilə tam uyğun-
luq təşkil edir. İ.Tahirovun dili ilə desək, əsl indiki za-
manda işlənən felin ifadə etdiyi hal və ya hərəkət nitq
momenti(və ya danışıq vaxtı – G.Ə.) ilə üst-üstə düşür,
başqa sözlə, burada qrammatik indiki zaman obyektiv
indiki zamana uyğun gəlir
1
.Azərb.:-Gülşən xanım, bu
saat nə barədə fikirləşirsiniz? (M.Süleymanov, Yerin
sirri); türk:Ama Doktor bey, ben hastayım diyorum, siz
ise zevkinizi düşünüyorsunuz (A.Boysan,Yangın var);
Neye öyle yarım ağızla cevap veriyorsun? ...diye sor-
du; Şimdi, bu zavallı kıza yapılacak hiçbir şeyiniz yok
mu? Bu suali hâlâ vicdanınızın temizliğinden şüphe
etmediğim için soruyorum (R.N.Güntekin,Yaprak dö-
kümü); qaqauz:- Sen neçin üzüü parmaana koymээsın?
– sormuş askerlär batüsuna; Ne o kalpak senin tependä
durэr? – sormuşlar (Masallar).
2. Hal və ya hərəkət danışıq vaxtı ilə tam uy-
ğunluq təşkil etməklə bərabər, subyektin ümumi xüsu-
siyyətini əks etdirir. Bu məna növü İ.Tahirovun geniş
indiki zaman adlandırdığı xüsusiyəti ilə üst-üstə düşür:
Azərb:Qafar dayı çubuğu doldurub cavab verdi:- Bibi-
heybət trestinin qazma idarəsində baş mühəndisin
müavini işləyir (M.Süleymanov,Yerin sirri); Yuxarıda
dediyimiz kimi, Mazan Əliyev trestdə işləyir (Anar,
Adamın adamı); Ceyhun kiçik qardaşımdır. Moskvada
memarlıq institutunda oxuyur; Hümmət nazir müavini
olub, Bakıda yaşayır(İ.Əfəndiyev,Söyüdlü arx); türk:
1
Tahirov İ. Azərbaycan və ingilis dillərində zaman kateqoriyası. Bakı, “Nurlan”,
2007, s. 182.
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
174
Hiç mukaddeme yapmadan: - Ben evleniyorum baba,
dedi(R.N.Güntekin,Yaprak dökümü);Orhan –(Ayşeye)
Nerede okuyorsunuz? (N.Hikmet)
3. Danışıq vaxtı ilə tam uyğunluq təşkil edən fel
eyni zamanda uzun dövrlərə, həm keçmiş, həm də
müəyyən dərəcədə gələcək zamana aid olan ümumi
halları ifadə edir: Azərb.: Əgər bu əməliyyat baş tutsa,
onda hər ikimizi yaxşı gələcək gözləyir(M.Qacar, Met-
roda terror)
Müasir türk dilində bu məna xüsusiyyəti əsasən,
geniş zaman vasitəsilə həyata keçirilir.Məs.:“Dil ve
Kültür” adı ile bir kitap halinde topladığı bu yazılar dil
devrimine en karşı olanları bile yumuşatıp, ikna ede-
cek sağlam temellere dayanır(H.Taner, Ölürse ten ölür,
Canlar ölesi değil).
Ç.Hüseynzadə indiki zamanın üslub xüsusiyyət-
lərini 4 formada xarakterizə edir:
1
1) indiki zaman forması ilə keçmiş zaman anlayı
şının canlandırılması
2) indiki zaman anlayışının keçmiş zaman şəkilçi
si ilə verilməsi
3) indiki zaman forması ilə gələcək zaman anlayı
şı ifadə olunması
4)
indiki zaman şəkilçisində ixtisaretmə yolu ilə
fərdi üslubi norma yaradılması
“Fel zamanlarının müxtəlif üslub xüsusiyyətlərinə
malik olması yalnız bu və ya digər bir dillə məhdudla-
şıb qalmır, bu hal özünü ümumi dil hadisəsi kimi gös-
1
Hüseynzadə Ç. Azərbaycan dilində morfoloji norma. Bakı, Nurlan,
2004, s. 226-227.
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
175
tərir”.
1
Yalnız Azərbaycan dilində deyil, digər türk dil-
lərində də indiki zaman formasının yaratdığı üslubi xü-
susiyyətləri izləyərkən onların daha geniş təzahürə ma-
lik olduqlarının şahidi oluruq.
-ır<-dı. Bəzən türk dillərində indiki zamanı ifadə
edən müvafiq morfoloji göstəricilər -dı şəkilçili qəti
keçmiş zamanın yerində işlənə bilir. Bu da o deməkdir
ki, indiki zaman keçmiş zamanı əvəz etməklə hərəkəti
daha qabarıq ifadə edir. Bunu aşağıdakı nümunələrdən
də görmək olar:türk:Kadınlar, erkekler, çocuklar. Bun-
ların bir kısmı düğün evinin saadetini sokaktan seyre-
diyor; bir kısmı içerideki kargaşalıktan ardına kadar
açılmış kapılardan cesaret alarak yavaş yavaş bahçeye
yayılıyor. Ali Rıza beyin özene bezene işlediği çiçek
tarhlarının kenarına oturuyor (R.N.Güntekin, Yaprak
dökümü); qaqauz:Dädu oturэr da bekleer. O bakэr uz
kendi önünä, xiç çevirmeer kafasını başka taraflara.
Onun gözleri batэrlar sade bir ona görünən erä (D.Kara
Çoban, İxtiar); qaraqalpaq:Bödene buqup catırqan tül-
küniŋ kasına kelse, tülküniŋ işek-silesi қatıp, cer tır-
malap külip atırqanın köredi(85,139); kazan-tatar:
Bezdna avılına törle yaktan dürt meŋləp krestyan jıela.
Alar alpavıt jirləren tartıp ala başlıylar. Alpavıtlar Ka-
zanqa kaça. Eş zurqa kitə. Kuzqalış kürşe Samar, Pen-
za, Sember qubernalarına jəelə... “Bütün ətrafdan dörd
minə qədər kəndli Bezdnaya yığışır. Onlar mülkədar
torpaqlarını ələ keçirməyə başlayırlar.Mülkədarlar Qa-
zana qaçırlar. İş ciddi görkəm alır. Üsyan qonşu Sa-
1
Axundov A.A. Felin zamanları. Bakı, ADU nəşri, 1961, s. 110.
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
176
mara, Penza və Simbirsk quberniyalarına yayılır” (K.
Nəjmi).
-ır < -mış, -ıb. :Azərb.: Kamil onun sözünü kəsdi:
- Buyu dənizə buraxıb gedirsiz, bir neçə aydan sonra
bünövrə kürsülərini gətirib qurursuz. Daha fikirləşmir-
siz ki, külək, dalğalar buyu sürükləyib aparır başqa ye-
rə, bunula da layihə nöqtəsi dəyişir. Quyu da qazılır ta-
mam başqa yerdə; neft də ala bilmirsiz(M.Süleyma-
nov,Dalğalar qoynunda); İyirmi ilə yaxındır ki, görüş-
mürük, tanımazsan da (H.Abbaszadə); - A sədr, mən
iyirmi ildi quyu qazmıram. İndi qollarımda heylə güc
də qalmayıb (İ.Məlikzadə, Quyu)
Bu cümlələrdə gedirsiz –getmişsiniz, qurursuz –
qurmuşsunuz, fikirləşmirsiz – fikirləşməmişsiniz, apa-
rır – aparıb, dəyişir–dəyişib, qazılır – qazılıb, bilmirsiz
– bilməmişsiniz, görüşmürük – görüşməmişik, qazmı-
ram – qazmamışam mənalarını ifadə edir.
-dı<-ır. Türk dillərində -dı şəkilçili keçmiş zaman
forması indiki zamanın yerində işlənərək indiki zaman
mənasının ifadə olunmasına xidmət edir:Azərb.:Ana-
xanım Feyzullanı görüb:-Hər vaxtınız xeyir.–dedi, son-
ra Həcərə tərəf döndü – yaxşı, bacı, mən getdim (Anar,
Dantenin yubileyi); Uşaq, “anam gəldi” deyə sürətlə
qapıya yüyürdü (İ.Əfəndiyev); -Bala, nənəmə deyərsən
ki, mən çarxları almağa getdim(M.İbrahimov, Böyük
dayaq); -Sən də orda otur, -dedi, səsini də çıxartma,
bildin!?(M.Süleymanlı,Şanapipik);–Xudahafiz, Ağata-
lıb, mən getdim! – deyə o, iş paltarını soyunmadan əl-
üzünü yuyub, nahar etmədən evdən qaçdı. Suğraxanım
ərinin arxasınca çığırdı: - Hara getdin, a kişi? (S.Dağlı,
Absətəli avsaytdadır) türk: İsmilin sesi- Ah yandım...;
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
177
İbrahim - İsmailin ah yandım demesiyle omuzuma yas-
lanması bir oldu...; Orhan - Geliyoruz...(Gitmeğe dav-
ranır durur) Gidemem...Öldüm...Yazık...;Avrupalı: Ni-
ye güldün? Biz ölüyüz, unuttun mu? Ölüler güler mi?
(N.Hikmet); Siyen(sözünü keserek)–Yetmiş mi?Aaa!
(Güler) Diha -Ne oldu? Neye güldün?(A.Nesin,Hadi
öldürsene Canikom); kazan-tatar:-Bernərsə birəse bul-
ma, sıηar Tavık ta! Jitte-dide; İkenşe xatıηda “bik ük
ömetle yüqel”, diyarsen. Berər aydan son qına ni dip...
İşettenme? Minem küzlərqə yaşь tuldı. Çak kına kıç-
kırıp elap җibərmi kaldım. – İşettem...(Q.Bəşirov, Tu-
qan yaqım- yaşel bişek); yakut: Onno min bardım, en
da bar “onda mən getdim, sən də gəl”
1
Gələcək zamanın
semantik-üslubi xüsusiyyətləri
Türk dillərində felin gələcək zamanı zəngin se-
mantik xüsusiyyətlərə malik zaman formalarındandır.
Müasir Azərbaycan dilində və əksər türk dillərində
müşahidə olunan iki gələcək zaman forması – qəti gə-
ləcək (-acaq) və qeyri-qəti gələcək (-ar) zaman for-
malarının semantik xüsusiyyətlərini göstərməyə çalışa-
cağıq.
A.A.Axundov qəti gələcək zamanın 6, qeyri-qəti
gələcək zamanın 7 məna xüsusiyyətini qeyd edir
2
.
B.Çarıyarov müəyyən gələcək zamanın 10
3
, qeyri-
1
С.В.Ястремский. Грамматика якутского языка, s. 191.
2
Axundov A.A. Felin zamanları. Bakı, ADU nəşri, 1961, s. 94-107.
3
Чарыяров Б. Времена глагола в тюркских языках юго-западной
группы. АДД. Ашхабад, 1970, с. 40-41.
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
178
müəyyən gələcək zamanın 11 semantik və üslubi xüsu-
siyyətlərini məna xüsusiyyəti kimi fərqləndirir
1
.
-acaq şəkilçili qəti gələcək zaman. Bu zaman
forması ədəbi dildə işləkliyinə görə oğuz qrupu türk
dillərində daha geniş yayılmışdır. Ona görə də -acaq
şəkilçili qəti gələcək zaman semantik xüsusiyyətləri
oğuz qrupuna daxil olan türk dillərində öz zənginliyi
ilə seçilir. Çünki -acaq şəkilçili qəti gələcək zaman öz-
bək, kazan-tatar, başqırd və s. kimi türk dilləri üçün
xarakterik olsa belə, haqqında danışdığımız zaman for-
masının bu dillərdə ədəbi dil səviyyəsində işlənməsi
yox dərəcəsindədir.
Türk dillərində -acaq şəkilçili qəti gələcək zaman
forması aşağıdakı məna xüsusiyyətlərinə malikdir:
1. Bu zaman formasının ən geniş yayılmış və
özünəməxsus xüsusiyyətlərindən biri iş, hal və ya hə-
rəkətin gələcəkdə qəti şəkildə icra olunacağını bildir-
məkdir. Məs.:Azərb.: –Şimal məntəqələrdə qazılacaq
hər bir amerikan quyusu, qurulacaq hər bir amerikan
buruğu sizi xarici təərrüzlərdən qoruyacaqdır, bizim
siyasi-iqtisadi əlaqələrimizin daha da genişlənməsinə
səbəb olacaqdır(M.İbrahimov,Gələcək gün);Şah. Yox,
çəkil. Getməliyəm. Axşam görüşərik. Sənə yeni yazdı-
ğım şeri oxuyacağam (K.Abdulla, Şah İsmayıl); türk:
Ayda dörtyüz lira kazanç getirecek sağlam bir iş için
yirmi bin lira sermaye vereceğim (A.Nesin, Satılmış-
tır); türkmən: Olar öz bagşylarınıň öňünden çykyp, oňa
hormat goýcaklar(N.Saryhanov,Şükür Bagşy); qaqauz:
–Dayan,kaşım, tä bän gidecäm da getirecäm sana bişey
1
Yenə orada, s. 29-31.
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
179
imää, –üreklendirdi onu Dolapsız da gitti küyä (D.Kara
Çoban, Tamannık).
2. Digər zaman formalarında olduğu kimi qəti
gələcək zaman forması da ardıcıllıq məna xüsusiyyəti-
nə malikdir:Azərb.: – Söyüdlü arx bütün acıqları, kə-
dərləri yuyub aparacaq, onun suyu ilə boy atmış ağac-
ların kölgəsində gənc analar uşaqlarına layla deyəcək.
Acıqlanmış cavan ərlər arvadlarını əfv edəcək, günlər
də Söyüdlü arx kimi sülh ilə, mehribanlıqla axıb ge-
dəcək, çünki su xoşbəxtlikdir, su aydınlıqdır! (İ.Əfən-
diyev, Söyüdlü arx); qaqauz: İşittik bu küydä yaşarmış
bir küllü kalpaklı, çıksın meydana eşäännan, görelim,
tanıyalım da padişax ona kızını verecek! O padişaxa
güvä olacek! Yarım padişaxlık kabul edecek! – baarır-
mış xabercilär gezeräk sokak – sokak(Masallar,Kelcä –
külcä)
3. Hər hansı müəyyən gələcək zamanda icra olu-
nacağını bildirir; məs.: Azərb.:Bütün kəndi ayaqdan
salacağam, ana “Güllü düzənliyə” enəcəyəm, lap çay
qırağına qədər gedəcəyəm (S.Qədirzadə, Burada insan
yaşamışdır); türk:Dört ay için çevrede sıtma inceleme-
si yapacağım. Ama korkma, sizinle beraber değil, nisa-
nın sonunda hareket edeceğim (H.E.Adıvar, Zeyno'nun
oğlu)
4. Qəti gələcək zaman birdəfəlilik xüsusiyyətinə
malikdir ki, bu da iş, hal və ya hərəkətin bir dəfə icra
olunacağını bildirir:Azərb.:Çağıracaq sənin oğlunu ya-
nına!..Çağıracaq!..(Elçin,Ağ dəvə); türk:Şerif –Demir-
dağının suyu yirmi dört çeşmeden akacak (N.Hikmet,
Bir aşk masalı); “Kalacağım, söz veriyorum. Sen dö-
ner-dönmez, bütün ötekileri sepetleyeceğim”(A.Boy-
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
180
san,Yangın var); qaqauz:– Burada erleşecez. Şindan
sora duşman bizdän irak, burada yaşaycez (Qaqauz
folkloru, Bayır oolu).
5. -acaq, -əcək şəkilçili gələcək zaman forması
kontekstdən asılı olaraq əmr, vaciblik ifadə edə bilər:
Azərb.: – Bir hadisə baş versə cavabdeh siz olacaqsı-
nız (İ.Şıxlı, Dəli kür); Mən başlasam kağız, mürəkkəb
çatmaz. Gedin dedim, özüm Bakıya gələcəyəm (M.Cə-
lal, Açıq kitab).
6. Qəti gələcək zamanın məna xüsusiyyətlərindən
biri də şərt məzmunu ifadə edə bilməsidir; məs.: türk:
Gelen –Üçüncü şartımı söylüyorum Mehmene Banu.
Kardeşinin ölmemesi için üçüncü şartımı... Sen güzel-
liğini vereceksin, kardeşin yaşayacak (N.Hikmet, Bir
aşk masalı). Bu tipli nümunələr Azərbaycan dilində də
mövcuddur.
-ar, -ər şəkilçili gələcək zaman
1. Hərəkətin qeyri-müəyyən gələcək zamanda icra-
sını bildirir. Məs.:Azərb.:– Ata, anamı fikir eləməyə
qoyma, sağlıq olar, tezliklə gələrəm, görüşərik (S.Qə-
dirzadə, Burada insan yaşamışdır); türk:Beni çoğun-
lukla gündüzleri sokakta görürler.Ben devamlı bir yer-
lere giderim (H.Taner).
2. Hərəkətin gələcəkdə icrası başqa bir hərəkətin
icrasından asılı olur, başqa sözlə, müəyyən bir hərəkət
digər hərəkətin gələcəkdə qeyri-qəti gələcək zamanda
icrasına zəmin yaradır.Məs.:Azərb.:Əgər indi, doğru-
dan da tələsirsənsə, mən axşam səninlə görüşərəm (S.
Qədirzadə, Burada insan yaşamışdır); türk: “Karanlığa
kızma, bir mum yak” özdeyişini yaşama getirirsek, son
zamanlarda iyice kararmış olan dünyamızı kendi çapı-
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
181
mızda da olsa aydınlatmaya yardımcı oluruz (A.Men-
güç, Kum saati); qaqauz: -Kurtar beni, kardaşım, büük
iilik sana yaparım! (Qaqauz folkloru).
3. Qeyri-qəti gələcək zaman gələcəkdə ardıcıl
icra olunacaq iş, hal yaxud hərəkəti bildirir. Məs.:
Azərb.: – Qış ötər, yaz keçər, yay gələr. Bu ağac bir
armud bar verər. O armud yetişəndə verərsən Mahmu-
da yeyər, həmən də sənin dərdinə əlac olar(Elçin,
Mahmud və Məryəm).
4. -ar, -ər şəkilçili gələcək zamanın spesifik cə-
hətlərindən biri məhz onun bütün zamanları əhatə edə
bilməsidir. Məs.:türk:Sarhoşluk kusur yaratmaz, kusur-
ları gözönüne çıkarır (A.Boysan, Zıkkımlanmak); De-
nizde boğulan insan seni de boğar(A.Mengüç, Çim-
mek mi?).
-ar, -ər şəkilçili gələcək zamanın bu xüsusiyyəti,
eyni zamanda, atalar sözləri, zərb məsəlləri, tapmaca-
larda geniş yayıldığından, demək olar ki, bütün türk
dilləri üçün səciyyəvidir. Məs.:Azərb.:Özgəsinə quyu
qazan özü düşər; Cücəni payızda sayarlar; türk:İt hü-
rür, kervan yürür; Kör Allah`a nasıl bakarsa Allah da
köre öyle bakar; türkmən:Yurdı belet çapar; noqay:
Tav tavqa jalukpas, Adam adamqa jaluqur “Dağ dağa
rast gəlməz, İnsan insana rast gələr”
1
; uyğur: Aq yädä
bala yatur Kır) “ağ yerdə bala yatar”(Tarla)
2
. Bu
xüsusiyyət -ar,-ər şəkilçili gələcək zamanın inkar for-
masındada geniş yayılmışdır.Məs.:türk:Görünen köy
klavuz istemez; uyğur:Kuruk şakka koşkaç konmas
3
.
1
Н.А.Баскаков. Ногайский язык и его диалекты, s.158
2
С.Е. Малов. Уйгурские тексты, s.119
3
Yenə orada. s.122
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
182
Gələcək zamanla bağlı bəzi üslubi məqamlar da
xüsusi maraq doğurur.
-acaq<-ır. Bu üslubi məqam zamanı -acaq şəkil-
çili gələcək zaman forması ilə işlənmiş fel mənaca in-
diki zamanın ifadəsinə xidmət edir: türk: Orhan – (Ay-
şeye) Ben sizi bir yerlerden tanıyacağım...(N.Hikmet);
qaqauz: Uzattı şişeyi Varaklıya: - İçeҗän mi? (D.Kara
Çoban).
-ır<-acaq. Bəzən indiki zaman şəkilçiləri qəti
gələcək zamanın şəkilçilərinin ekvivalenti kimi çıxış
edərək biri digərinin sinonimi olur və cümlədə -ır
indiki zaman şəkilçisi asanlıqla -acaq qəti gələcək
zaman şəkilçisinin yerində işlənə bilir.
Aşağıdakı nümunələr də sübut edir ki, bu türk dil-
lərində geniş yayılmış üslubi məqamlardandır.
A.Axundov indiki zamanın gələcək zaman
məqamında işlənməsinin səbəbini gələcəyin qəti hesab
edilməsi ilə bağlayır
1
.
Azərb.:Bu gün tennis oynayırıqmı? – deyə nəvaziş-
lə gülümsəyərək ondan soruşdum; -Demək, bunu qur-
tarandan sonra yuxarıda, Qızılqayanın altındakı körpü-
nü başlayırıq?(İ.Əfəndiyev,Körpüsalanlar); -İşdən çıx-
mışam. Çamadanımı hazırla, axşam yola düşürəm (İ.
Məlizadə, İki gün qabaq); -Tələbəyəm. Bu il universi-
teti qurtarıram(S.Səxavət,Daş evlər); Gələn il köçürəm
Şuşaya - ana vətənə. Qəti sözümdü...(İ.Məlikzadə, Gü-
nəşli payız); Toçilov sevindi:-Nə yaxşı, nə yaxşı! Qu-
yu bəs havaxt qurtarır?; Gülşən radioya yaxınlaşdı: -
Filarmoniyada bu axşam yaxşı konsert verirlər, görək
1
Axundov A.A. Dilin estetikası. Bakı, Yazıçı, 1985,
s. 83.
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
183
nə oxuyurlar, -dedi (M.Süleymanov,Yerin sirri); Məm-
mədbağır:- Qəzeti oxuyub gedib yatıram...-dedi (Elçin,
Ağ dəvə); Gəldiyev paltosunun boğazını qaldırıb, dəh-
lizə çıxanda Ağca xanım dalınca gəldi: “Axşam göz-
ləyirəm” (Mir Cəlal, Açıq kitab); türk: -Şişman kadın-
(oturduğu yerden müdüre) Peki ama, ben yarın sabah
Parise gidiyorum...Dört saat şimdi gece yarısı sıra bek-
liyemem doğrusu kasanızın önünde; Şişman kadın –
Niye iltimasmış? Ben yarın şafakla Parise uçuyorum
(N.Hikmet); Zerzevatçı- (Hizmetçiye) Başınız sağ ol-
sun...Allah gani gani rahmet eylesin...Cenaze ne vakit
kalkıyor?; Ferhad- İnsan yıllarca da konuşmasa ana
dilini unutur mu, baba. İşe ne zaman başlıyorsunuz?
(N.Hikmet); qaqauz: - Kömür bulacez yarın bän gide-
rim rayona, kopardaҗam kolxoza deyni iki-üç ton
(N.Baboqlu, Legendanın izi).
Bu cümlələrdə “hərəkətin icrası məntiqi cəhətdən
gələcək zamana aid olduğu halda, qrammatik cəhətdən
indiki zamanı bildirir. Ümumiyyətlə, bütün qrammatik
zaman formalarında belə məntiqi sərbəstlik müşahidə
olunur”
1
.
İ.Tahirov bu xüsusiyyəti, yəni -dı şəkilçili keçmiş,
-ır şəkilçili indiki zamanın gələcək zaman yerində iş-
lənməsini gələcək zaman mikrosahəsində ikinci dərə-
cəli morfoloji komponentlər sırasında göstərir
2
.
-ır<-ar. Bəzən indiki zaman forması qeyri-qəti gə-
ləcək zaman formasının yerində işlənərək onu əvəz
1
Axundov A.A. Ümumi dilçilik ( Dilçiliyin tarixi nəzəriyyəsi və
metodları). Bakı, “Maarif” nəşriyyatı, 1979, s. 83.
2
Tahirov İ. Temporallıq sahəsinin üfüqi strukturu (Azərbaycan dili ma-
terialları əsasında). //Türkologiya №1-2, Bakı, 2007, yanvar-iyun, s. 51.
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
184
edir:Azərb.:Bax, bu ispiçkanı nişan qoyacam. Əgər bi-
rinci gülləyə vura bilsəm,gedirik. Əgər vura bilməsəm,
sən deyən olsun, qayıdırıq(İ.Şıxlı, Ölən dünyam); Əgər
Səriyyə soruşsa ki, “o nə gurultudur” mən tamam biga-
nə ifadə ilə deyirəm ki, “görəsən, yenə yuxarıdan hey-
vandan-zaddan keçib nədir...yıxıl yat.. (İ.Əfəndiyev); -
Şamil müəllim, onda belə danışaq - mayın birində nü-
mayiş qurtqran kimi yığışıb gedirik Ziya balamızın
elçiliyinə, danışdıq? (S.Səxavət, Daş evlər).
Bu cümlələrdə gələcəkdə nəzərdə tutulan və ya
ehtimal olunan hərəkət indiki zaman şəkilçisi ilə ifadə
olunmuşdur, başqa sözlə, gedərik, qayıdarıq, deyərəm,
gedərik əvəzinə gedirik, qayıdırıq, deyirəm, gedirik
işlənmişdir.
-ar<-acaq. Azərb.:-Yox,Adil, -dedi, -körpünü sa-
lıb qurtarmayınca heç yerə getmərəm(İ.Əfəndiyev,
Körpüsalanlar); türk: Eski azatlıların çocuklarına da
bayramda bir şey yapamazsan gözüm açıkta giderim
1
Dostları ilə paylaş: |