İbtidai sinif şagirdlərində vətənə məhəbbət hissinin formalaşdırılması
Bildiyimiz kimi son günlərdə vətənimizdə baş verən hadisələrdən sadəcə böyüklər yox uşaqlarda təsirləndilər.Biz bu hadisələri ibtidai siniflərdədə görə bilərik. Biz ibtidai siniflərə vətənə qarşı olan məhəbbəti aşılamaq üçün onlara Azərbaycan xəritəsini göstərməliyik. Şagirdlərə ermənikərin işğal etdikləri əraziləri göstərib onlara bu ərazilərin ermənilərin oğurladığını deməliyik. Çünki təzə məktəbə gələn uşaqlar işğalın nə olduğunu bilmirlər. Vətənə qarşı məhəbbətin 50% müəllimin üstünə düşürsə əgər 50%-də valideynin üzərinə düşür.əgər ailədə vətənə qarşı məhəbbət öyrədilməyibsə bu məhəbbəti şagirdlərə hiss etdirmək müəllimlər üçün bir qədər çətin olacaq. Bu yaşdaki uşaqlar çox suallar verirlər. Biz onların suallarının hər birinə cavab verməliyik.
Şagirdləri Şəhidlər Xiyabanına aparmalıyıq. Oradaki şəhidlər haqqında ayrı-ayrı məlumat verməliyik. Onların gpstərdiyi igidlikdən danışmalıyıq. Bu yaşdaki uşaqlar nağıllara qarşı həvəsləri var. Şagirdlərə nağıllarla müqayisəli şəkildə qəhrəmanlarımız haqqında məlumat verməliyik. Çünki uşaqların ilkin qəhrəmanlıq bilikləri nağıllarla bağlı olur.
Şagirdləri Şəhidlər Xiyabanına aparmalıyıq. Oradaki şəhidlər haqqında ayrı-ayrı məlumat verməliyik. Onların gpstərdiyi igidlikdən danışmalıyıq. Bu yaşdaki uşaqlar nağıllara qarşı həvəsləri var. Şagirdlərə nağıllarla müqayisəli şəkildə qəhrəmanlarımız haqqında məlumat verməliyik. Çünki uşaqların ilkin qəhrəmanlıq bilikləri nağıllarla bağlı olur.
Məktəbdə vətənpərvərliyi aşılamaq üçün ilk növbədə şagirdlərə vətənin sərvətləri, milli atributları haqqında məlumat verirlər:»Sərvətlərimiz haqqında danışırıq. Bizim nəyimiz var,nəyimiz yoxdur. Başqalarında nə var,bizdə yoxdur,yaxud bizdə nə var ki,başqalarında yoxdur? Amma əsas onu aşılayırıq ki,ən quru torpağımda mənim üçün əzizdir. Çünki orada bizim ata-babalarımız,əcdadlarımız doğulub.»
Vətən üçün gözümüzü belə qırpmadan ölümə getməyə hər an, hər dəqiqə hazır olmağıda uşaqlara öyrətmək lazımdır. Amma burada uşaqlara qəhrəmancasına ölümün nə olduğunu savadlı, şüurlu şəkildə başa salmaq lazımdır ki,»ucuz qəhrəmanlıqlar» etməsinlər:Biz uşaqlarımıza başa salmalıyıq ki,vətənə xidmət yalnız cəbhədə olmur.Savadlı bir həkim,mühəndis və ya siyasətçi olmaq və vətən uğrunda işlər görmək,arxa cəbhədə vətən üçün çalışmaqda vətənpərvərlikdir.