Azərbaycanda daha bir körkə ölümü "Həkim terroru" davam edir



Yüklə 14,84 Kb.
tarix07.01.2017
ölçüsü14,84 Kb.
#4577
Azərbaycanda daha bir körkə ölümü – “Həkim terroru” davam edir

Azərbaycanda daha bir uşaq ölümü qeydə alınıb. Budəfəki hadisə də həkim əhlənkarlığı ucbatından baş verib.

İyunun 14-də 1984-cü il təvəllüdlü Aygün Süleymanova Gəncədə yerləşən Abbas Səhhət adına xəstəxananın doğum şöbəsində oğlan uşağı dünyaya gətirib. Uşağının atası Fərəhim Eyvazovun AzNews.az-a bildirdiyinə görə, uşaq anadan olanda onlara heç bir problemin olmadığını deyiblər: “Uşaq qeysəriyyə əməliyyatı ilə dünyaya gətirilib. Hamiləliyin ilk günlərindən yoldaşım həmin xəstəxananın həkimlərinin nəzarətində olub. Nə deyiblərsə, hansı resepti yazıblarsa almışıq”.

F.Eyvazov deyir ki, uşaq dünyaya gələndən bir gün sonra onun göyərdiyini, gecə saat 11-də isə körpənin öldüyünü bildiriblər. AzNews.az məsələ ilə bağlı Aygün Süleymanovanın ilk aylardan həkimi olan ginekoloq Ağcagül Qasımovanın da mövqeyini öyrənib. A.Qasımova bildirib ki, uşaq doğularkən onda göyərmə əlamətləri olub: “O qadını əri gətirib qoyub getmişdi. Uşaq doğulanda sağlam deyildi, göyərmə əlamətləri var idi. Atası yalan deyir. Əməliyyatda məndən başqa Ruvella və Vəfa doktor olub. Vəfa doktor əməliyyatdan sonra uşağın həkimi olub”.

İntiqam Valehoğlu

AzNews.az
Yüklə 14,84 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin