Su obyektləri- çaylar, göllər, arxlar, dənizlər də tarixən türk xalqlarının mədəni və təsərrüfat həyatında önəmli və həlledici rola malik olmuşdur. Bu obyektləri linqvistik baxımdan onomastika, onun qolu olan hidronomika elmi öyrənir. «Onomastikada hidronimlər iki variantda tədqiq edilir. Birinci, toponimlərin bir növü kimi, ikinci ayrıca onomastik vahid kimi. Yer adlarından seçilərək su obyektlərinin adlarını bildirdiyinə görə və həm də bu kimi xüsusi sözlərin toponimlərdən fərqli, özünəməxsus fonetik, leksik, semantik və qrammatik xüsusiyyətləri olduğu üçün ayrıca onomastik vahid kimi öyrənilməsi daha məqsədəuyğundur»
Hidronimləri eləcə də tarixilik baxımından öyrənmək xalqların keçmiş təsərrüfatını, məşğuliyyətini də öyrənmək cəhətdən əhəmiyyətlidir.
Müşahidələr göstərir ki, xalq sənətkarlarının əsərlərində Azərbaycan ərazisinə aid hidronimlərden ən çox istifadə edilən Araz və Kürdür. Maraqlı olan budur ki, söz sənətkarlarının bütün əsərlərində Araz və Kür hidronim vahidlərinin adları bəzən cüt, bəzən ayrı-ayrı çəkilməkdədir. Kür hidroniminin ayrıca üslubi semantikasına duygu, hissiyyat məxsusdursa, mətn daxilində isə eyni onomastik vahidin bir mənası, ictimai-tarixi məlumat kimi maraq çəkir. Çünki məna, anlam özlüyündə statik xarakterdə olub passiv mövqedə dayanır. Yalnız ünsiyyət və düşünmə prosesində eyni məna, aktuallaşır, nisbətən dinamik xarakter kəsb edir .
Kür -Gürcüstan, Azərbaycan və Türkiyə ərazisində yerləşən o cümlədən
Qafqazda ən böyük çaydır. Mənbəyini Türkiyədəki Qızılgədik dağının Şm.-Ş
yamacından (2740 m. yüksəklikdən) alır. Xəzər dənizinə tökülür. Azərbaycan
ərazisində Kür çayının başlıca qolları sağdan Ağstafa, Həsənsu, Tovuz, Zəyəm,
Şəmkir, Gəncə, Kürək, Tərtər, Araz; soldan isə Qabırrı, Qanıx, Göyçay və
Türyan çaylarıdır. Kür çayı haqqında bir çox antik və orta əsr müəlliflərinin
əsərlərində məlumat verilmişdir. Qədim yunan, latın, ərəb, fars, türk, erməni,
gürcü mənbələrində Kor, Kur, Kir, Kiri, əl-Kurr, Mtkuari və s. kimi adı çəkilir.
Tədqiqatçılara görə, "su, çay" mənası verən kür sözü yerli alban (Qafqaz)
tayfalarının birinin dilindən götürülmüşdür. Azərb.-da yaşayan qrızların və
buduqların dillərində indi də kur sözü "su, çay" mənasında işlədilir. Türk
dillərində isə bu sözün "sürətli, inadkar, güclü" mənaları vardır. Ümumiyyətlə Azərbaycan toponimikasında Kür hidronimi haqqında çox sayda araşdırma edilmişdir.A.Akundov yazır ki, Kür sözü Azərbaycan fonemlerinin kompleksidir. Bu söz bəzi ləhcələrimizdə (Cənubi Qarabağ şivələri) "çay",bəzilərində (məsələn, Qarabağ,Şəki.vəs.)"Yaramaz", bəzilərində isə (məsələn,Gəncəağızları) "təmizlik" deməkdir, "K" ön damaq süzülən səsinin xüsusi Azərbaycan faktı olması və başqa Türk dillərində "çay" sözününün keçməməsi ilə əlaqədar olaraq Kür sözünün"çay", "yaramaz", "təmizlik" mənasını ifadə edən Azərbaycan sözü olduğunu təxmin edilə bilər Azərbaycan xalqının ən qədim yazılı abidəsi olan "Kitabi- Dədə Qorqud" un dilində bu söz "Yaramaz" mənasında istifadə edilməkdədir: - Görmürsənmi, Dirsə xan, nələr oldu. yarıma, yarğımasın, sənin oğlun Kür qopdu, ercil qopdu. Qırx yigidin boyuna aldı. Qalın Oğuzun üstünə gediş etdi. Yerdə (bir) gözəl qopdusa çəkib aldı. Ağ saqqallı Becanın ağzın söydü.
Ağbirçekli qarının saçın darttı (yoldu). Müasir dialektlerimizde də "Kür" sözü "Yaramaz" mənasında istifadə edilməkdədir. Ana öz uşağı haqqında: - Uşaq yaman kürdür deyir. Ümumi olaraq, bu çayın adı Azərbaycan xalqının təfəkküründə "yaramaz", "ərköyün", "aşıb daşan "kimi əbədiləşmiştir.
Qədim skiflərdə "Kur" tanrısı xüsusi yer tutmuşdur. Skiflərdə Kürün funksiyaları belə səciyyələndirilir: "Skif tanrısı Kur sözün həm fəlsəfi, həm də psixoloji mənalarında yaxşılıq və zərər, savaş və sülh, yaratmaq və məhv etmək tanrısı idi. "Kur" insandakı yaradıcı və dağıdıcı başlanğıcları əlaqələndirir. Skif tanrısı Kur yaradan və məhv edəndir, insana göz verib, onu kor edəndir, insana güc verib, ona qul itaəti təlqin edəndir, onu cəsur və qorxaq edəndir, onu yandırıb külə çevirəndir, gözəlliyi və eybəcərliyi yaradandır. Rütubəti və quruluğu verəndir, insana cavanlıq və qocalıq əta edəndir, dostluq və düşmənçiliyi yaradan da o özüdür.
Şumer miflərində adı çəkilən Kür miflərinin birində o biri dünyanın (yəni, yeraltı - qaranlıq dünyanın) təmsilçisidir. Yeri gəlmişkən onu da demək lazımdır ki, Kür (Kur-Qur) mifik obrazı bəzi mətnlərdə bir-birinə yaxın olan başqa mifik funksiyalara da malikdir. Asaqa Kürün hakim olduğu həmin "o biri" dünyaya məxsus olduğundan orada yaşayır. Ona görə də həmin yerə ancaq Ninurta gedə bilərdi. Mifdə ayrı-ayrılıqda Ninurta və Şərur haqqında öyüdlər - şeirlər də xüsusi yer alır. Mətndə təsvir olunan Ninurtanın əsas fəaliyyəti və qəhrəmanlığı onunla bağlıdır ki, o çox güclüdür və xüsusi silahlara malikdir. Məhz ona görə də Şərur Ninurtaya müraciət edir və ona belə bir qəhrəmanlıq göstərməyi tövsiyə edir.
Görkəmli mifoloq S.N.Kramer həmin mifik süjet haqqında yazır: "Burada təsvir olunan (pis qüvvə) Kür deyil. Kürdə (yəni, yeraltı dünyada) yaşayan, xəstəliklərin və azarlıqların cini - Asaqadır. Ninurta isə hava tanrısı, qəhrəman Enlilin oğlu kimi tanınan cənub küləklərinin tanrısıdır.
Haqqında söhbət gedən həmin mifik mətndə Kür yeraltı dünyanın təmsilçisi kimi, həm də mifik yer və obraz kimi təsvir olunur. Şumer mifoloji mətnlərində Kürə bir neçə mənada və müxtəlif formalarda da rast gəlinir. Haqqında söhbət gedən mətndə isə o, yalnız yeraltı dünyanın və sularının sahibi kimi göstərilir. Asaq öldürüldükdən sonra yeraltı dünyanın çirkab suları, yəni, Kür suları coşur, daşır və onun zəhərli suları Yer üzünə qalxır. Onu da qeyd edək ki. bəzi miflərdə Kür indi bizdə olduğu kimi, coşub-daşan çay kimi də xatırlanır. Bu mətndəki hadisədə yeraltı dünyanın təmsilçisinin, yəni, Kürün daşması, Yer üzərinə çıxması böyük fəlakət gətirir. Şumerin içməli və suvarma suları xarab olur. Burada bir məsələ diqqəti cəlb edir: Kür suyu, yəni, yeraltı dünyanın çirkab suyu Yer üzünə çıxaraq şirin sulara qarışır ki, bu da Yer üzündə təlatüm, daşqın əmələ gətirir. Kür suyu Yer üzündəki təmiz və nizamla axan sulara qarışmaqla onların dadını, şirinliyini də pozur. Belə çətin məqamda yenə Ninurta köməyə gəlir. Şumerlə Kür arasında böyük bir divar qurur. Beləliklə, Kür suları geri çəkilir və bir də dünya üzünə çıxmır. Sonra Ninurta ölkədəki bütün şirin suları bir yerə yığır və Dəclə çayına yönəldir. Tarlalar suvarılır, həyat cana gəlir. Mətndə bu əhvalat belə təsvir olunur:
Dağıdılan suları bir yerə topladı o,
Kürün məhv etdiyini bir məcraya yığdı o.
Bütün sular yığılıb Dəclə səmtə yol aldı.
Coşqun sular yüksəlib tarlalara yayıldı.
Bir bax, bütün Yer üzü sanki üzünə gülür.
Ninurtanın - padşahın üzündən nur tökülür.
Indi həmin tarlalar bol-bol taxıl yetirir,
Bağ-bağçada ağaclar hər cür meyvə gətirir.
Məhsullar anbarlara, tayalara vurulur,
Yas saxlayan bəylərin indi kefi durulur.
Tanrıların ruhunu bununla şad etdi o.
Yeni həyat yaratdı bu solan məmləkətdə o.
(Tərcümə məqalə müəllifinindir.)
Göründüyü kimi, burada suları aşıb-daşan Kür çayının, yəni, "Dəli Kür" sözünün qədimliyinin göstəricisidir.
Urartu mənbələrində Kuriani adlı “ölkə” haqqında danışılır. Tədqiqatçılara görə bu ölkə Türkiyədə Çaldıran gölü hövzəsində, Kür çayının yuxarı axarında ərazi adıdır və Kür çayının adını əks etdirir. Deməli, Kür çayının adı eradan əvvəl XIII əsrdən məlumdur. A. A. Axundov və K. H. Əliyev Kür çayının adının Qafqaz mənşəli olduğunu yazmışlar. Həqiqətən də məsələn, Dağıstan dillərinə mənsub qrız dilində kur “çay” deməkdir. Biz də əvvəllər bu fikrin tərəfində durmuşuq. Lakin son tədqiqatlar və Kür adlı çayın arealı göstərmişdir ki, Kür hidronimi türk mənşəlidir. Türk dillərində kür “əzəmətli”, “böyük”, “güclü”, “səbatlı”, “gur (sulu)”, “inadkar” və s. mənalarındandır. Maraqlıdır ki, keçən əsrdə Şimali Qafqazda türkdilli əhalinin yaşadığı yerlərdə -Maykopda və Kubanda iki çay Kür adlanırdı.
Araz — Türkiyə, İran, Azərbaycan və Ermənistan əraziləri və sərhədləri ilə axan çaydır.
Çay öz mənbəyini Türkiyə ərazisindəki (Bingöl massivi) Ərzurum dağlarından götürür. Azərbaycan Respublikası və Güney Azərbaycan ərazilərindən keçərək, Azərbaycanın Sabirabad rayonunun Suqovuşan kəndi ərazisində Kür çayı ilə birləşibXəzər dənizinə tökülür.
Bu çay iki Azərbaycanı - Cənubi Azərbaycan ilə Şimali - Azərbaycan Respublikasını bir-birindən ayıran çay olaraq, hər iki tərəfin mədəniyyətində əks olunur.
Hələ Qədim yunan (Araxes) və Roma (Araxe, Araxes) qaynaqlarında Araz çayının adına rast gəlinməsi onun tarixinin eramızdan çox-çox əvvəllərə getdiyini göstərir. Araz kökündən çoxlu toponimlər və digər adlar yaranıb. Füzuli rayonundakı Araz Dilağarda və Araz Zərgər, Ağcabədi rayonundakı Arazbarı kəndlərinin, Arazbarı məşhur Azərbaycan muğamının adları Arazla bağlıdır. Qədim yunan və latın qaynaqlarında Orta Asiyada, indiki İranda və Cənubi Qafqazın qədim Azərbaycan torpaqları olan digər bölgələrində də Araz çay adına rast gəlinir. Araz toponiminin etimologiyasının açılmasında bütün bu faktlar nəzərə alınmalıdır.
Araz çayının etimologiyası ilə bağlı az yazılmayıb, lakin onların heç birində bu adın necə yarandığı, hansı kökdən qaynaqlandığı düzgün açılmayıb. Əksinə, yanlış olaraq onun kökü yunan dilinə bağlanıb: "Araz" adının əmələ gəlmə tarixi bizim e.ə. III-I əsrlərə aiddir. Yunan dilində "qazıram" deməkdir". Yenə yunan dili, yenə yanlış yozum, adın etimologiyasına qeyri-elmi yanaşma. Əgər "qazıram" deyəndə çayın yatağını nəzərdə tuturlarsa, onda İtilin, Kürün yatağı yoxdurmu? Onlar niyə Araz adlanmayıb? Bu sualın cavabı yoxdur, çünki yozum doğru deyil.
Şumerlərin tikinti tanrısının adı Araz olub. Araz çayının adı həmin tanrının adından götürülüb. Hər iki adın tamamilə eyniliyi bu fikri söyləməyə əsas verir. Burda heç bir ehtimal və şübhə doğuracaq şey yoxdur. Bu günə qədər Araz hidroniminin etimologiyası haqqında danışılarkən onun Şumer tanrısının adından yarandığına toxunulmayıb.
Aparılan müqayisəli təhlillərdən aydın görünür ki, Az etnonimi də Araz tanrı adının ikinci hecasından götürülüb. Onun hecalarının yerini dəyişdikdə Az-ar/Az-ər alınır ki, bu da Azərbaycan sözünün kökünü əmələ gətirir. F.Rəşid-əd-din "Camiə-ət-Təvarix" əsərində Araz adlı türk hökmdarının adını çəkir. Midiyada Arazi şəxs adına rast gəlinir ki, burda "i" sonradan artırılıb. Hər iki şəxs adı Araz olub, Araz tanrı adıyla bağlıdır.
Araz çayının adı qədim erməni mənbələrində Erasx kimi yazıldığına və erməni dilindəndə də belə tələffüz olunduğuna görə S. T. Yeremyan yazmışdır ki, bu ad Urartu mənbələrində qeyd olunan Eriaxi toponimindən yaranmışdır. Bu fikri irəli sürən müəllifin niyyətini başa düşmək çətin deyil.
Lakin bu fikir tamamilə səhvdir. Əvvələn, Urartu mənbələrində bir neçə dəfə Muna adlı çayın adı çəkilir və tədqiqatçılar belə hesab edirlər ki, bu ad altında Araz çayı nəzərdə tutulur. İkincisi, Eriaxi əyaləti əvvəldən Urartuya mənsub deyildi. Mənbələrdə Urartu çarlarının bu əyalətlərə hərbi səfərlərindən danışılır; demək, bu əyalətin adı urartu və erməni dilində ola bilməzdi; üçüncüsü, yuxarıda deyildiyi kimi “Eriaxi” toponiminin sonluğu olan “xi” sözü urartu dilinə əlavə olunmuş şəkilçidir, demək, bu toponimin kökünü urartu dilinin tələffüzündə “Eria” komponenti təşkil edir. Həmin komponent isə, yuxarıda deyildiyi kimi, qafqazdilli er, her tayfasının adı ilə əlaqələndirilir. Belə olduqda er, her etnonimindən Erasx (Aras, Arax) hidronimi
necə yarana bilərdi? Bu kiçik misal erməni tədqiqatçılarının tarixi faktları şərh
etdikləri zaman qondarma mülahizələr irəli sürdüklərini aydın göstərir
Araz çayının adının mənası haqqında çox yazılmışdır.
N. Y. Marrın bu hidronimin qədim fars dili əsasında “ailəni qoruyan” mənasını verdiyi haqqındakı fikri də Qiyasəddin Qeybullayevə görə düz fikir deyil.Tarixçi qeyd edir: -“Son illərdə Azərbaycanda bu hidronim haqqında iki fikir irəli sürülür: Y. B. Yusifov onun Hind – Avropa dillərindəki art “su”, “çay” və türk dillərindəki okus “çay” “su” sözlərinin birləşməsindən, Ə. Ş. Haqverdiyev isə türk dillərindəki ar “çay”, “su” və az, uz, us “çay”, “su” sözlərinin birləşməsindən əmələ gəldiyini yazırlar .Bu nöqteyi-nəzərlər də fikrimizcə, inandırıcı deyil, çünki bir çayın adı eyni mənalı iki sözün birləşməsindən yarana bilməz. Hər halda bu yolla düzəlmiş ikinci bir çay adını misal göstərmək mümkün deyil. Fərziyyə şəklində bir mülahizə də söyləmək olar.”
Heredot (e. ə. V əsr) Midiya tayfa ittifaqına daxil olan tayfalardan birinin adını arizant kimi yazır. Nəzərdə tutulmalıdır ki, tayfanın əsl adı məlum deyil. İki
fikir ola bilər. Heredotun qeyd etdiyi arizant etnonimi qədim yunan dilinə
uyğunlaşdırılmış formadadır, ya da Heredotun informantının tələffüz şəklidir.
İndiyədək bütün tədqiqatçılar bu etnonimi Herodotun yazdığı kimi (deməli, onun
təhrif olub-olmadığını müəyyənləşdirmədən) götürmüş, ari (qədim farsların etnik
adı) və qədim fars dilində zantu “tayfa” sözlərindən ibarət olduğunu yazmışlar.
Məhz bu etimologiya midiyalıların irandilli, ari mənşəli xalq olmasını sübut etmək
üçün bir əsas olmuşdur. Tarixçilər hesab edirik ki, bu tayfanın əsl adı arazat olmuş, Herodot, ya da informant (Herodota bu barədə məlumat verən) danışıqda “n” səsini əlavə etmişlər. Bu etnonim Araz sözündən və qədim türk dillərində cəm bildirən və adətən tayfa adlarına əlavə edilən –t (“a” birləşdirici səsdir) şəkilçisindən ibarətdir.Bu mülahizənin xeyrinə bəzi paralellər gətirmək olar. Orta Asiyanın türk xalqları
içərisində orıs, urus adlı tayfa vardır. Urus adlı tayfa XII əsrdə Cənubi Rusiya
çöllərində qıpçaqların içərisində də vardı. Nəzərdə tutulmalıdır ki, “a” səsinin “o”,
“u”, “ı” səslərinə keçməsi türk dilləri üçün qanunauyğun fonetik hadisədir. Türkmənlərdə Ersari adlı böyük bir el məlumdur. Əslində bu elin adı da aras etnoniminin fonetik şəklindən və türk dillərindəki ar, ər “döyüşçü”, “kişi” və s.
sözündən ibarətdir. Buradan belə nəticəyə gəlmək olar ki, araz etnoniminin ilkin
forması “aras” olmuşdur (farslarda da “aras”dır), lakin hələ qədim Midiyada və
sonra da yalnız azərbaycanlılarda “araz” kimi tələffüz olunmuşdur. .
Dostları ilə paylaş: |