Qərbi Kaspi Universitetinin kolleci
Sərbəst iş
Tələbə: Ağabala Mirzəzadə
İxtisas: Metrologiya
Tədris ili: 2023/2024
Qrup: 2200
Fənn: Kvalimetriya və keyfiyyətin idarə olunması
Elmi rəhbər: Əhmədov Ələkbər
Mövzu: Texniki nəzarətin növləri
Bakı-2023
Plan
Texniki nəzarətin formaları
Nəzarət sistemi
Texniki nəzarət sisteminin vəzifələri
Məhsulun keyfiyyətinin idarə edilməsində kompleks sistemində əsas tələb texniki nəzarətin təşkilinə qoyulur ki, bu da istənilən istehsal prosesinin ayrılmaz tərkib hissəsidir. Texniki nəzarətin əsas məsələsi tələblərə cavab verməyən məhsul istehsalının qrşısının alınmasıdır. Texniki nəzarətin müxtəlif üsullarından istifadə olunur. Beə ki, texniki nəzarət aparılma anından asılı olaraq giriş (əvvəlcədən), cari (aralıq) və son (qəbul) texniki nəzarəti fərqləndirirlər. Giriş nəzarəti ─ material və detalların istehsala daxil olmaqdan qabaq yoxlanılmasıdır. Məsələn, belə nəzarət qoruyucu kəmərləri quyuya buraxmadan qabaq həyata keçirilir, burada yiv birləşmələri, daxili diametri və düzlüyü, hər borunun uzunluğu ölçülür. Cari nəzarət istehsal prosesinin hər hansı hissəsi başa çatdıqdan sonra həyata keçirilir. Məsələn, vertikal quyunun gövdəsinin əyilməyə yoxlanması. Son nəzarət məhsulun hazırlanması ilə bağlı bütün istehsal əməliyyatlarının qurtarmasından sonra həyata keçirilir. Məsələn, istismara verilən neft quyusunun yoxlanılması.
Obyektin kəmiyyət əhatəsindən asılı olaraq texniki nəzarət bütöv və seçmə kimi həyata keçirilir. Bütöv nəzarətdə bütün istehsal prosesi və ya bütün istehsal olunan məhsul yoxlanılır. Seçmə nəzarəti isə itehsal prosesinin və məhsulun bir hissəsini əhatə edir. Seçmə üsulu ilə nəzarətin nəticəsi bütövlükdə istehsal prosesi və ya hazırlanan məmulata qiymət verməyə imkan verir. Texniki nəzarət zamanı yoxlanılan obyektin xassələrini təyin etmək üçün aşağıdakı üsullardan istifadə olunur: orqanoleptik, alət, analitik və avtomatik. Orqanoleptik üsulda yoxlama obyektinin xassəsi hiss etmə orqanlarının vasitəsilə; alət vasitəsilə nəzarət çox da mürəkkəb olmayan (mikrometr, şablon və s) alətlərlə; analitik üsulda – mürəkkəb alət, cihaz və aparatlarla; avtomatik üsulda – avtomatik cihazlarla yerinə yetirilir.
Məhsulun keyfiyyətinə nəzarət – istehsal prosesinin bütün mərhələlərində, yəni ilkin xammal və materialların istehsala daxil edilməsindən başlamış, ta hazır məhsul əlavə edilənə və istehlakçılara göndərilənədək olan bütün mərhələlərdə həyata keçirilir. Bu məqsədlə sənaye müəssislərində xüsusi şöbə -texniki nəzarət şöbəsi yaradılır.
Texniki nəzarət şəbəsinin müxtəlif funksiyaları vardır: kənardan daxil olan xammal və materialların yarımfabrikatların, komplektləşdirici məmulatların keyfiyyətinə nəzart etmək; texnoloji proseslərin gedişatına nəzarət etmək; hazır məhasulların qəbuluna nəzarət ; saxlanılmasına göndərilməsinə məhsulların anbarlarda və sitehlakçılara nəzarət və S.
Texniki nəzarətin müxtəlif formaları vardır.
Onlara aiddir: texniki vasitələrlə həyata keçirilən fəal texniki nəzarət: qrafik üzrə yerinə yetirilən planlaı texniki nəzarət4 Əvvəlcədən nəzərədə tutulmamaış vaxtlarda həyata keçirilən (birdən birə, qəflətən aparılan) ötəri texniki nəzarət; qəbul nəzarəti- buna bəzən müfəttiş əzarəti də deyilir.
Təşkilatın uğurlu biznesi üçün buraxılan məhsulun keyfiyyətinə nəzarət böyük məna daşıyır. Keyfiyyətə nəzarətin təşkili - normativ-texniki sənədlərin tələblərinə tam uyğun olan məhsulun istehsalının təmin olmasına yönəlmiş inzibati tədbirlər sistemidir. Keyfiyyətə nəzarət anlayışı altında məhsulun və ya prosesin xassələrinin kəmiyyət və keyfiyyət xarakteristikalarının texniki tələblərə uyğunluğunun yoxlanılması başa düşülür.
Məhsul, onun yaradılma prosesləri, tətbiq edilməsi, nəql olunması, saxlanılması, texniki xidməti və təmiri, həmçinin müvafiq texniki sənədlər texniki nəzarət obyekti ola bilər.
Nəzarət obyekti obyektin xassələrinin kəmiyyət və keyfiyyət xarakteristikalarına malik olan ayrı-ayrı əlamətlərlə xarakterizə olunur və onlara nəzarət olunmalıdır. Bu halda nəzarət olunan xassələrin tərkibi nəzarət obyektinin özündən asılıdır.
Texniki nəzarətin vacib tərkib hissəsi məhsulun xassələrinin kəmiyyət və keyfiyyət xarakteristikalarını müəyyən edən məhsulun keyfiyyətinə nəzarətdir.
Nəzarətin mahiyyəti nəzarət olunan obyektin vəziyyəti, onun xassələri və göstəriciləri haqqında alınmış informasiyanın çertyojlarda, texniki şərtlərdə, standartlarda, məhsulun tədarükü üzrə müqavilələrdə və digər sənədlərdə təyin olunmuş tələblərlə tutuşdurulmasından ibarətdir. Nəzarət üsulu kimi təyin olunmuş prinsiplərin və nəzarət üsullarının istifadə olunma qaydaları başa düşülməlidir. Nəzarət üsuluna nəzarətin aparılma texnologiyası, nəzarət olunan əlamətlər, nəzarət vasitələri və nəzarətin dəqiqliyi daxildir.
Nəzarət prosesinə nəzarət obyekti, nəzarət üsulu, nəzarətin icraçıları və nəzarətin aparılması üçün sənədlər daxil edilir.
Nəzarət prosesində həmçinin nəzarət nümunələri də istifadə olunur. Nəzarət nümunəsi – müəyyən edilmiş qaydada təsdiq olunmuş məhsul vahidi və ya onun müəyyən hissəsidir (probudur). Bu nümunələrin xarakteristikaları belə məhsulun hazırlanmasında və nəzarətində əsas kimi götürülür.
Nəzarət sistemi aşağıdakı elementləri daxil edir (şəkil 5):
Şəkil 5. Keyfiyyətə nəzarət sisteminin mərhələləri
Nəzarət sistemi aşağıdakı elementləri daxil edir (şəkil5):
keyfiyyətə nəzarət mərhələlərindən asılı olaraq nəzarət obyektlərini
(şəkil 5)
nəzarət əməliyyatları və onların ardıcıllığını;
nəzarət vasitələri, qaydaları və üsullarını;
nəzarətin mexanikləşdirilməsi və avtomatlaşdırılması vasitələrini;
sənədləri;
müvafiq ixtisaslı icraçıları.
Nəzarət sistemi aşağıdakıların uyğunluğunu təmin etməlidir:
layihə-konstruktor işləmələrin müasir texniki səviyyəsinə, istehlakçılara və xarici bazarın tələblərinə;
layihələndirmədə əsası qoyulmuş məhsulun keyfiyyət göstəricilərinin məhsulun istehsal prosesinə;
istehsal olunan məhsulun keyfiyyət səviyyəsinin, standartların və texniki şərtlərin tələblərinə;
texnikanın təmirinin və texniki xidmətinin keyfiyyətinin normativ-texniki sənədlərin tələblərinə;
icraçıların əməklərinin keyfiyyətinin təyin olunmuş tələblərə.
əmək və keyfiyyəti idarəetmə sisteminin effektivliyi müəssisədə nəzarət
sisteminin düzgün təşkilindən və fəaliyyətindən asılıdır.
Nəzarət sisteminin təşkili prinspial müddəalara əsaslanmalıdır:
Nəzarət sistemi istehsal prosesinin ayrılmaz hissəsidir və ona görə baş texnoloqun texnoloji xidməti yaxud müvafiq layihə-konstruktor təşkilatları ya texniki nəzarət xidmətinin birbaşa iştirakı ilə ya da onunla razılaşma əsasında texnologiya eyni zamanda işlənib hazırlanır və mütləq təsdiq olunmuş texniki proseslərdə qeyd olunur. Əgər aparıcı xidmət müəssisədə tək deyilsə, bu zaman müəssisənin baş mühəndisinin sərəncamı ilə bu iş başqa bir xidmətə həvalə olunur.
Texniki nəzarət sistemi sistemli yanaşma əsasında, yəni məhsulun yaradılması, istehsalı və istismarı mərhələlərini əhatə edən, öz aralarında qarşılıqlı əlaqələndirilmiş elmi, texniki, iqtisadi və təşkilati tədbirlərin istifadə olunması ilə işlənib hazırlanır. Bütün bu tədbirlər məhsulun yüksək keyfiyyətini təmin etməlidir.
İstehsalatda zay məhsulun alınmasının, xüsusən də təkrarlanmasının mümkünlüyünü istisna etmək üçün nəzarət sistemi texnoloji prosesin gedişinə aktiv təsir etməlidir. Bu prinsipin pozulması aktiv nəzarəti passiv nəzarətə, texniki nəzarət xidməti işçilərini isə zay məhsul istehsalçılarına çevirir.
Məhsulun keyfiyyət səviyyəsini reqlamentləşdirən normativ-texniki sənədlərin tələbləri müəssisə işçiləri tərəfindən qeyri şərtsiz yerinə yetirilməsidir (fəhlədən direktora qədər).
Nəzarət sisteminin effektivliyi müəssisədə işin keyfiyyətinin yüksək göstəricilərinə görə mükafatlandırma və müəyyən olunmuş əmək keyfiyyəti normalarını pozanlara qarşı daima fəaliyyətdə olan maddi, inzibati və başqa cəzalandırma tədbirlərinin həyata keçirilməsi sistemi ilə təmin olunur.
Müəssisədə nəzarət sisteminin fəaliyyət göstərməsini təmin etmək üçün xüsusi xidmət - texniki nəzarət şöbəsi (TNŞ) və ya texniki nəzarət idarəsi (TNİ) yaradılır.
Texniki nəzarət xidmətinin ən vacib vəzifəsi normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan məhsul buraxılışının qarşısının alınması, istehsalda nizam-intizamın möhkəmləndirilməsi və buraxılan məhsulun keyfiyyətinə görə bütün istehsal bölmələrinin məsuliyyətinin yüksəldilməsidir.
Texniki nəzarət işləri müxtəlif təyinatlı və xarakterli ola bilər. Odur ki, onların səmərəli surətdə həyata keçirmək və qüsurlu məhsulların hazırlanması hallarını aradan qaldırmaq üçün lazımi texniki- təşkilati tədbirlərin tərtib edilməsini asanlaşdırmaq məqsədi ilə texniki nəzarət işləri qruplaşdırılır. Texniki nəzarət işləri aşağıdakı əlamətlərə görə qruplaşdırılır:
Nəzarət əməliyyatlarının aparılması yerinə görə- texniki nəzarət işləri iki qrupa: səyyar və stasionar texniki nəzarət işlərinə ayrılır. Stasionar nəzarət xüsusi nəzarət vasitələri ilə təchiz edilmiş nəzarət məntəqələrində aparılır. Bunun üçün keyfiyyətinə nəzarət ediləcək məhsullar nəzarət məntəqəsinə gətirilir və burada onların keyfiyyəti müvafiq texniki vasitələrdən istifadə edilərək yoxlanılır. Məhsulların nəzarətlə əhatə olunması əlamətinə görə - texniki nəzarət ucdantutma (başdan başa) və seçmə nəzarətinə bölünür. Ucdantutma texniki nəzarətdə müəssisədə buraxılan bütün məhsullar, seçmə nzarətdə isə - onların müəyyən hissəsi texniki nəzarətdən keçirilir;
Istehsal mərhələsini əhatə etməsinə görə -ilkin, aralıq və son nəzarət növlərini fərqləndirilər. Ilkin nəzarətdə kənardan alınan xammal və materialların, yarımfabrikatların və komplektləşdirici məmulatların keyfiyyəti onların istehsala buraxılmamışdan əvvəl yoxlanılır; aralıq nəzarətdə müəyyən bir məhsulun hazırlanması prosesində onun ayrı-ayrı hissələrinin hazırlanmasına nəzarət edilir; son nəzarətdə isə - istehsal edilmiş məhsulun standartlara, texniki şərtlərə, müəssilərə normativlərinə uyğunluq dərəcəsi yoxlanılır;
Nəzarət işlərinin xarakterinə görə -texniki nəzarət baxış, həndəsi və keyfiyyət nəzarətinə ayrılır. Baxış nəzarətində məhsula kənardan adi gözlə baxmaqla onun keyfiyyətli olub-olmaması təxmini müəyyən edilir; həndəsi nəzarətdə məhsulun ölçüləri xüsusi texniki vasitələr tətbiq etməklə yoxlanılır; keyfiyyət nəzarətində isə məhsulu fiziki-kmyəvi və mexaniki xüsusi laboratoriya cihazlarının köməyi ilə dəqiq yoxlanılır.
Texniki nəzarət xidmətinin vəzifələrinə daxildir:
Nəzarət sisteminin effektivliyinin təhlili, aşağı keyfiyyətli məhsul buraxılışı səbəblərinin aradan qaldırılması, texniki nəzarət xidmətləri işçilərinin əmək məhsuldarlığının yüksəldilməsi, mütərəqqi nəzarət və məhsulun keyfiyyətinin qiymətləndirmə üsullarının, həmçinin nəzarət əməliyyatlarının mexanikləşdirmə və avtomatlaşdırma vasitələrinin tətbiqi yolu ilə nəzarət sistemlərinin inkişafını və təkmilləşdirilməsini təmin etmək ;
hazır məhsulun təsdiq olunmuş texnoloji proseslə nəzərdə tutulmuş giriş, əməliyyat və qəbul nəzarəti və digər nəzarət əməliyyatları;
texnoloji proseslə təsdiq olunmamış, lakin normativ-texniki sənədlərin tələblərinə cavab verən məhsul buraxılışını təmin etmək üçün lazım olan seçmə yoxlamalar;
texnoloji nizam-intizama riayət olunmasına seçmə nəzarət;
qəbul olunmuş məhsula və giriş nəzarəti nəticələrinə görə tədarükçülərə iradların təqdim edilməsı üçün sənədlərin işlənməsi;
buraxılan məhsulun tədarükü şərtləri ilə nəzərdə tutulubsa, müəssisənin başqa bölmələrinin işçiləri ilə birlikdə sifarişçinin nümayəndəsinə hazır məhsulun təqdim olunması;
iradların qeydiyyatı və məhsulun keyfiyyəti haqqında hesabatın tərtib olunması;
məhsulun sertifikatlaşdırmaya hazırlanması işlərində iştirak etmək və məhsuun istehsalı prosesində sertifikatlaşdırma şərtlərinə əməl edilməsinə nəzarət;
sexlərdə, sahələrdə və briqadalarda məhsula, həmçinin özünənəzarətə keçirilmiş işçilərlə hazırlanmış məhsula vaxtaşırı seçmə nəzarət;
zay malın kənarlaşdırılmasına və çıxdaşlaşdırılmış məhsulun müvafiq markalaşdırılmasına nəzarət.
Texniki nəzarət şöbəsi, əlavə olaraq, müəssisəyə xammalın, materialların və dəstləşdirici məmulatların tədarükünə müqavilələrin hazırlanmasında iştirak edir; təşkilat standartların, məhsulun keyfiyyətinin qiymətləndirilməsi üzrə sənədlərin təkmilləşdirilməsinə dair təkliflər işləyib hazırlayır, yüksək keyfiyyətli məhsul buraxılışının stimullaşdırılması və keyfiyyətsiz məhsul buraxılışı üzrə mübarizənin təkmilləşdirilməsi üzrə təkliflər verir.
Adətən, istehsal təşkilatlarının texniki nəzarət xidmətinin tərkibinə üç növ struktur bölmələr daxil edilir (şəkil 6). Struktur bölmə altında büro, sektor, laboratoriya və s., yaxud iki və ya bir neçə icraçılardan ibarət olan qrup, və ya texniki nəzarət xidməti üzərinə qoyulmuş bir və ya bir neçə funksiyanı tam yerinə yetirən ayrıca icraçı başa düşülür [7,8].
Ümumi səriştəli bölmə verilən təşkilatın bütün istehsalatına nəzarət məsələləri ilə məşğul olur. İri müəssisələrdə bu texniki büro, orta müəssisələrdə- texniki nəzarət xidmətinin texniki qrupu və xırda müəssisələrdə – texniki nəzarət xidmətinin texniki büro vəzifəsini icra edən ümumi səriştəli mütəxəssisi ola bilər.
Xüsusi (funksional) səriştəli bölmələ müəssisənin bütün istehsalatı üçün hər-hansı bir nəzarət funksiyası ilə məşğuldur. (məsələn, giriş nəzarəti bürosu, çıxdaşların və reklamasiyaların təhlili qrupu).
Təbiidir ki, konkret müəssisəyə aid edildikdə bu struktur geniş hüdudlarda dəyişə bilər. Verilən müəssisəyə və ya istehsalata xas olmayan funksiyalar istisna olunur. Məs. əgər texniki nəzarət xidməti tərkibində hazır məhsul anbarında nəzarətlə məşğul olan bölmə yoxdursa, bu funksiya ümumi səriştəli bölməyə- texniki nəzarət xidmətin texniki bürosuna- həvalə olunur.
Əgər texniki nəzarət xidməti tərkibində zay malın və reklamasiyaların təhlilini aparan bölmə nəzərdə tutulmayıbsa, bu halda məhsulun təyin olunmuş tələblərə uyğun olmaması barədə narazılıqların qeydiyyatı və hesabatını texniki nəzarət xidmətinin texniki bürosu apara bilər. Bir çox müəssisələrdə müfəttişlik nəzarətini texniki büronun iki-üç nəfərdən ibarət qrupu (bölmə) aparır və bəzi hallarda isə bu işləri bir icraçıya tapşırırlar.
Texniki nəzarət bölməsi müəssisənin digər bölmələri və xidmətləri ilə sıx qarşılıqlı əlaqədə fəaliyyət göstərir. Müəssisənin laboratoriyaları texniki nəzarət xidmətinin tələbi ilə yeni nəzarət üsullarının işlənməsi, buraxılan məhsulun keyfiyyətinin yüksəldilməsi üçün tələb olunan sınaqları və məhsulun əlavə tədqiqini aparırlar, ölçü vasitələrinin yoxlanmasını, tənzimlənməsını və təmirini həyata keçirir.
Təbiidir ki, konkret müəssisəyə aid edildikdə bu struktur geniş hüdudlarda dəyişə bilər. Verilən müəssisəyə və ya istehsalata xas olmayan funksiyalar istisna olunur. Məs. əgər texniki nəzarət xidməti tərkibində hazır məhsul anbarında nəzarətlə məşğul olan bölmə yoxdursa, bu funksiya ümumi səriştəli bölməyə- texniki nəzarət xidmətin texniki bürosuna həvalə olunur.
Şəkil 6. Texniki nəzarət xidmətinin birtipli struktur bölmələri
Əgər texniki nəzarət xidməti tərkibində zay malın və reklamasiyaların təhlilini aparan bölmə nəzərdə tutulmayıbsa, bu halda məhsulun təyin olunmuş tələblərə uyğun olmaması barədə narazılıqların qeydiyyatı və hesabatını texniki nəzarət xidmətinin texniki bürosu apara bilər. Bir çox müəssisələrdə müfəttişlik nəzarətini texniki büronun iki-üç nəfərdən ibarət qrupu (bölmə) aparır və bəzi hallarda isə bu işləri bir icraçıya tapşırırlar.
Texniki nəzarət bölməsi müəssisənin digər bölmələri və xidmətləri ilə sıx qarşılıqlı əlaqədə fəaliyyət göstərir. Müəssisənin laboratoriyaları texniki nəzarət xidmətinin tələbi ilə yeni nəzarət üsullarının işlənməsi, buraxılan məhsulun keyfiyyətinin yüksəldilməsi üçün tələb olunan sınaqları və məhsulun əlavə tədqiqini aparırlar, ölçü vasitələrinin yoxlanmasını, tənzimlənməsını və təmirini həyata keçirir.
Baş mexanik və baş energetik şöbələri texniki nəzarət xidməti ilə birgə texnoloji avadanlığın dəqiqliyinə və stabilliyinə nəzarət edirlər. Maddi-texniki təchizat xidməti texniki nəzarət xidmətini müəssisəyə daxil olan məhsul haqqında vaxtlı-vaxtında məlumatlandırmalı və qoşma sənədlərini təqdim etməlidir. Adətən, zay maldan yaranan itkilərin uçotunu aparmaq, zay məhsulun buraxılışnda təqsirkar olan şəxslər tərəfindən vurulmuş zərərin ödənilməsi və yüksək əmək keyfiyyətinə görə işçilərin mükafatlandırılması üçün texniki nəzarət xidməti əmək və əməkhaqqı şöbəsinə və mühasibata zay məhsul haqqında sənədləri təqdim edir.
Yuxarıda qeyd olunanları yekunlaşdıraraq qeyd etmək olar ki, keyfiyyətə müasir nəzarət bütün təşkilatı əhatə edən mürəkkəb sistemdir və keyfiyyət problemlərinin effektiv həlli onun uğurlu fəaliyyətindən asılıdır.
Texniki nəzarət işlərini həyata keçirmk üçün statistik texniki nəzarət, öz-özünə nəzarət və qarşlıqlı nəzart üsullarından istifadə edilir. Statistik üsul statistik məlumatların təhlilinə Əsaslanır.
Statistik nəzarət üsulunun aşağıdakı növləri vardır: statistik təhlil üsulu -maddi istehsal sahələrində buraxılan məhsulların keyfiyyəti haqqında faktiki məlumatların təhlilinə Əsaslanır; qəbul texniki nəzarət üsulu- məhsul hazırlanıb başa çatdıqdan sonra müəssiəsnin texniki nəzarət şöbəsi tərəfindən həayat keçirilir4 xəbərdarlıq texniki nəzarət üsulu texnoloji proseslərin normal gedişatının pozulması qorxusu olduğu hallarda tətbiq edilir.
Öz-özünə texniki nəzarət üsulunda texniki nəzarət işi məhsulu hazırlayan fəhlənin özü tərəfindən həyata keçirilir.
Qarşılıqlı texniki nəzart üsulunda fəhlələr özləri hazırladıqları məhsulların keyfiyyətini yoxlayırlar, yəni bir fəhlə tərəfindən hazırlanan məhsul eyni məhsul hazırlayan digər İşçi tərəfindən yoxlanılır.
İstifadə olunan ədəbiyyat siyahısı
Mehdi İ.Mehdiyev-Keyfiyyətin idarə edilməsi
Esmira Məmmədova, Arzu Mirheydərova-Keyfiyyətə nəzarət, Bakı-2017
https://avtovsamare.ru/az/vidy-i-metody-tehnicheskogo-kontrolya-kachestva-produkcii-kontrol/
Dostları ilə paylaş: |