§4.Abidələrin dilində zaman formaları
1
Любимов К.М. О настоящем-будущем времени в турецком языке. Акаде-
мику Владимиру Александровичу Гордлевскому к его семидесятипятиле-
тию. Сборник статей. Изд. АН ССР, Москва, 1953, с. 167.
2
Axundov A.A. Felin zamanları. Bakı, ADU nəşri, 1961, s. 101.
3
Yenə orada.s. 101.
4
Коклянова А.А.Категория времени в современном узбекском языке.
ке. Москва, Изд. АН СССР, 1963, с. 63.
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
57
Von Gabainin “Eski Türkçenin Grammeri” əsərin-
də felin zamanlarını aşağıdakı kimi qruplaşdırır:
1.
geniş zaman (-ur, -ür män)
2.
görülen geçmiş zaman I (-t+ım)
3.
görülen geçmiş zaman II (-yuk män)
4.
belirsiz zaman(anlatılan geçmiş zaman)(-mış -män)
5.
gelecek zaman I (-ğay män)
6.
gelecek zaman II (-taçı män, -çı, -çi, -ça, -çä)
1
.
Son dövrdə yazılan sanballı əsərlərdən biri tanın-
mış Azərbaycan kaşğarşünası filologiya elmləri doktoru
Ramiz Əskərin “Mahmud Kaşğari və onun “Divanü lü-
ğat-it-türk” əsəri” adlı tədqiqat işidir. Müəllif “Divan”ın
dilində
şühudi keçmiş zaman, nəqli keçmiş zaman, indiki
zaman, qəti gələcək zaman, yaxın gələcək zaman, qeyri-qəti
gələcək zaman
formalarının olduğunu göstərir
2
.
R.Eyvazovanın 2005-ci ildə nəşr etdirdiyi “Kişvəri
“Divanı”nın dili” əsərində də felin zamanları bəhsinə
toxunulmuşdur. Burada üç qrammatik zamanda özünü
göstərən beş zaman – şühudi keçmiş zaman, nəqli keç-
miş zaman, indiki zaman, qəti gələcək zaman, qeyri-qəti
gələcək zaman formalarının olduğu göstərilir
3
.
Kişvəri “Divan”ı ilə müasir Azərbaycan ədəbi dili-
nin felin zamanlar sistemi baxımından müqayisəsində
müşahidə olunan əsas fərqlər “Divan”dakı morfoloji
göstərici variantlarının daha çox olması ilə şərtlənir.
1
Von Gabain A.Eski Türkçenin Grameri. Ankara, 2007, s. 80-82.
2
Əskər Ramiz.Mahmud Kaşğari və onun “Divanü lüğat-it-türk” əsəri.
Bakı, “MBM”, 2008, s. 262-270.
3
Eyvazova R.Kişvəri “Divan”ının dili(morfoloji xüsusiyyətlər). B.,“Elm”,
2005, s.124-139
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
58
Burada indiki zaman forması morfoloji əlamətlərinin
çoxluğu ilə seçilir. Bu şəkilçilərin bir qismi müasir
Azərbaycan ədəbi dilində işlənməsə də, Azərbaycan di-
linin dialekt və şivələrində, eləcə də digər türk dillərin-
də işlənməkdədir.
İ.Vəliyev felin zamanlarına diaxron aspektdən ya-
naşmış, “XIV-XIX əsrlərdə Azərbaycan dilinin yazılı
abidələrində keçmiş zaman formaları” adlı namizədlik
dissertasiyasını yazmışdır
1
.
A.N.Kononov VII-IX əsr türk run abidələrinin di-
lində zamanlar sistemini felin xəbər şəkli daxilində təq-
dim etmiş və xəbər şəklini iki hissəyə - sadə və mürək-
kəb xəbər şəkillərinə ayırır. Sadə xəbər şəklinə
indiki-gə-
ləcək I, indiki-gələcək II, qəti keçmiş, qeyri-məlum keçmiş,
qəti gələcək I, qəti gələcək II, mümkün gələcək zaman
for-
malarını, mürəkkəb formalara isə
qeyri-müəyyən imper-
fekt, uzaq keçmiş, gələcək-keçmiş
formalarını aid etmiş-
dir
2
.
X.Q.Niqmatov yazır:“Xəbər şəkli zaman formala-
rının inkişaf etmiş sisteminə malikdir.Mahmud Kaşğari
“Divan”ının dilində xəbər şəkli
qəti keçmiş, -mış şəkilçili
keçmiş, qeyri-müəyyən imperfekt, qəti gələcək, yaxın gələcək
və
aorist zaman
formaları ilə ifadə olunmuşdur”
3
.
1
Велиев И.Д.Формы прошедшего времени в письменных памятниках
азербайджанского языка XIV-XIX вв. АКД. Баку, 1969, 22 с.
2
Кононов А.Н.Грамматика языка тюркских рунических памтников
VII-IX вв. Л., «Наука», 1980, с. 186-192.
3
Нигматов Х.Г.Соотношении категорий времени и наклонения в
тюркском глаголе (по материалам словаря Махмуда Кашгарско-
го).//Советская тюркология.,Баку-1970,№5 с..52
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
59
I
I
I
I
F
F
Ə
Ə
S
S
İ
İ
L
L
T
T
Ü
Ü
R
R
K
K
D
D
İ
İ
L
L
L
L
Ə
Ə
R
R
İ
İ
N
N
D
D
Ə
Ə
F
F
E
E
L
L
Z
Z
A
A
M
M
A
A
N
N
L
L
A
A
R
R
I
I
N
N
I
I
N
N
M
M
O
O
R
R
F
F
O
O
L
L
O
O
J
J
İ
İ
Ə
Ə
L
L
A
A
M
M
Ə
Ə
T
T
L
L
Ə
Ə
R
R
İ
İ
Felin zamanları dildə şəkilçilərlə ifadə olunur. Bu
şəkilçilər kəmiyyət müxtəlifliyinə, fonetik variantlılığı-
na görə türk dillərində xeyli fərqlənir. Bir sıra dünya
dillərində olduğu kimi, müasir türk dillərinin də qram-
matik zamanını göstərən morfoloji əlamətlər vardır. Za-
manlar həmin morfoloji əlamətlər vasitəsilə dəqiqləşdi-
rilir, yəni keçmiş, indiki və gələcək zaman formalarında
ifadə edilir.
Türk dillərində zaman formalarını ifadə edən şəkil-
çilər müxtəlif işlənmə tezliyinə malikdir. Oğuz qrupu
türk dillərində aktiv şəkildə özünü göstərən və daha çox
işlənən zaman şəkilçiləri digər qrup türk dillərində bir o
qədər də çox işlənmir.
Oğuz qrupu türk dillərində keçmiş zaman -mış şə-
kilçisinə digər türk dillərində (salar dili istisna olunmaq-
la) zaman şəkilçisi kimi təsadüf olunmur, salar dilində
isə tamam başqa funksiyada çıxış edir. Yaxud -çaŋ, -çeŋ
şəkilçili və -çık, -çik; -çuk, -çük şəkilçili keçmiş zaman
formaları yalnız uyğur-oğuz qrupu türk dillərində rast-
lanan formadır.
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
60
Eyni fikri digər qrup türk dilləri haqqında da söy-
ləmək olar. Məsələn, qıpçaq, bulqar, karluq, uyğur-oğuz
qrupu türk dillərində geniş şəkildə yayılmış -qan, -kən
keçmiş zaman şəkilçisi, -a, -e, -y indiki zaman şəkilçisi
oğuz qrupu türk dillərində, ümumiyyətlə, zaman forma-
sını yaratmağa xidmət etmir.
Zaman formalarını ifadə edən elə morfoloji əla-
mətlər vardır ki, onlar yalnız həmin türk dilində özünü
göstərir.
Oğuz qrupu türk dillərinin hər birində indiki za-
man formasını əmələ gətirən morfoloji əlamətlər öz spe-
sifikliyi ilə seçilir. Belə ki, Azərbaycan, türk, türkmən,
qaqauz dillərində müşahidə olunan indiki zaman şəkil-
çiləri hər bir dilin özünə məxsusdur. Türk, türkmən, qa-
qauz dillərində indiki zamanın morfoloji göstəriciləri
digər türk dillərində müşahidə olunmur. Azərbaycan di-
lində indiki zamanı əmələ gətirən şəkilçilər isə digər
türk dillərində başqa mövqedə - gələcək zaman şəkilçisi
kimi işlənir. Karluq qrupu türk dillərində indiki zaman
şəkilçiləri də yalnız həmin dillərdə müşahidə olunan
zaman göstəriciləridir.
Gələcək zaman şəkilçilərinə gəldikdə isə qeyd et-
məliyik ki, bütün türk dillərində müşahidə etdiyimiz gə-
ləcək zaman şəkilçiləri ilə yanaşı, yalnız müəyyən bir
türk dili üçün yaxud müəyyən qrup türk dilləri üçün
xarakterik olan gələcək zaman şəkilçiləri də nəzərə çar-
pır. Məsələn,-ar, -er, -ır, -ir, -ur, -ür, -r şəkilçili gələcək
zaman forması bütün tük dilləri üçün xarakterik olduğu
halda, -acaq, -əcək şəkilçili gələcək zaman forması
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
61
bütün oğuz qrupu türk dillərində geniş istifadə tezliyinə
malik olduğu halda, uyğur-oğuz qrupu türk dillərində
ümumiyyətlə, rast gəlinmir. Qıpçaq, bulqar, karluq qru-
pu türk dillərində isə pərakəndə şəkildə təsadüf olunur.
Türk dillərində müşahidə olunan digər gələcək zamanın
morfoloji göstəriciləri isə məhdud dairədə bir və ya bir
neçə bu və ya digər türk dilində spesifik gələcək zaman
formasının ifadəsinə xidmət edir.
Bütün bu söylədiklərimizi nəzərə alaraq türk dillə-
rində müşahidə olunan bütün zaman şəkilçilərini işlən-
mə arealına görə iki qrupa ayırmaq olar:
1. geniş arealda işlənən zaman şəkilçiləri;
2. məhdud(dar) arealda işlənən zaman şəkilçiləri.
Geniş arealda işlənən zaman şəkilçilərinə aşağıda-
kıları aid etmək olar:
1.
-dı, -di, -du, -dü; -mış, -miş, -muş, -müş; -qan, -kən;
-ıb, -ib, -ub, -üb keçmiş zaman şəkilçiləri;
2.
-a, -e (-ə), -y indiki zaman şəkilçiləri;
3.
-ır, -ir, -ur, -ür, -ar, -ər, -r; -acaq, -əcək gələcək
zaman şəkilçiləri.
Məhdud (dar) arealda zaman şəkilçilərinə isə aşa-
ğıdakılar daxildir:
1.
-an, -en; -çaŋ, -çeŋ; -çu, -çü; -atın, -etin; -çık, -çik; -
çuk, -çük keçmiş zaman şəkilçiləri;
2.
-yor; -yar, -yər; -er, -yer; -yap; -ıuçu, -ıçan; -por; -
yaq, -qaq, -gak, -kek; -oyan, -uyan indiki zaman
şəkilçiləri;
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
62
3.
-arlık, -erlik; -γyr, -qyr, -gyr, -kyr; -γy, -qy, -yo, -go,
-yu, -gu; -qadıq, -qediq; -qalak, -kalak, -qelek
gələcək zaman şəkilçiləri.
Göründüyü kimi, türk dillərində məhdud (dar)
arealda işlənən – yalnız bir türk dili yaxud bir neçə türk
dilinə məxsus olan zaman şəkilçiləri daha çox indiki və
gələcək zamanla bağlıdır. Bu da təbii ki, türk dillərində
zaman formalarından birinin digərinə nisbətən daha
sonra yaranması və inkişafı ilə əlaqədardır.
§1. Keçmiş zamanın morfoloji əlamətləri
Müasir türk dillərində keçmiş zaman müxtəlif mor-
foloji əlamətlərlə çıxış edir: -dı, -di, -du, -dü; -mış, -miş,
-muş, -müş; -qan, -kən; -ıb, -ib, -ub, -üb; -an, -en; -çaŋ,
-çeŋ; -çık, -çik, -çuk, -çük; -çu, -çü; -atın, -etin və s.
Bildiyimiz kimi, bu şəkilçilərin bir qismi əksər
türk dillərində müşahidə olunduğu halda, digər qisminin
işlənmə dairəsi məhduddur. Məsələn, -dı, -di, -du, -dü
şəkilçili keçmiş zaman bütün türk dillərində, yaxud
-qan, -kən şəkilçili keçmiş zaman əksər türk dillərində
müşahidə olunduğu halda, -çu, -çü şəkilçili keçmiş za-
man yalnız qırğız ədəbi dilində işlənir.
Bir cəhəti qeyd edək ki, bütün türk dillərində felin
mürəkkəb formalarını da keçmiş zaman forması kimi
təqdim etmə halları olmuşdur. Dilçilər arasında belə fi-
kir ayrılığı bu gün də davam etməkdədir.
-Dı şəkilçili keçmiş zaman. -Dı şəkilçili keçmiş za-
man forması müasir türk dillərinin hər birində bu və ya
digər fonetik variantlarda özünü göstərir. Daha çox mü-
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
63
şahidə olunan şəkilçi variantları -dı, -di, -du, -dü və -tı,
-ti, -tu, -tü formalarıdır.
Müasir türk, qaqauz, şor, tofalar dillərində həm -dı,
həm də -tı şəkilçisinin hər dörd variantından istifadə
olunur. Müasir Azərbaycan, türkmən,qırğız, noqay, baş-
qırd, qaraçay-balkar, özbək dillərində yalnız dördva-
riantlı -dı şəkilçisinə rast gəlinir.
Qaraqalpaq, qumuq, xakas, qazax dilləri üçün iki-
variantlı -dı, -di və ikivariantlı -tı, -ti şəkilçisi xarakte-
rikdir. Sarı-uyğur və karaim dillərində bu şəkilçi həm
kar, həm cingiltili samitli özünü göstərir. Lakin hər iki
dildə -dı və -tı morfoloji əlamətləri üç cür yazılır : -ťe,
-ťy,-ti, -de, -dy, -di (sarı-uyğur); -dı, -di, -du, -tı, -ti, -tu
(karaim). Karaim dilinin Trakay dialektində -tyu, -dyu,
salar dilində isə -žı, -ži formalarına rastlanır.
Q.Abdullayeva şühudi keçmiş zaman şəkilçisinin
“kar” variantının (-tı, -ti) qədim türk yazılı abidələrinin
dilində daha çox l, n, r sonor samitləri ilə bitən sözlər-
dən sonra işləndiyinin şahidi olduğunu yazır (internet
mənbəyi: http://yazıkiliteratura2.narod.ru/lin64.htm).
Orxon abidələrində şəkilçinin həm cingiltili, həm
də kar variantının istifadəsi müşahidə olunur. Sait, cin-
giltili və kar samitlə bitən əsaslara cingiltili variant -dı/-
di, sonor samitlərlə bitən əsaslara kar variant -tı/-ti ar-
tırılır. Məsələn: süledim,yarlıkadı, itdim,sançdım və s.
1
M.Şirəliyev Azərbaycan dilinin dialekt və şivələ-
rində şühudi keçmiş zamanı ifadə edən -dı şəkilçisinin
1
Ахметов М.А. Глагол в языке Орхоно-енисейских памятников. Изд. Са-
ратовского Университета. Башкирский госуниверситет, 1978, с. 69.
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
64
dördvariantlı, ikivariantlı və müxtəlifvariantlı işlənmə-
sini nəzərə alaraq dialekt və şivələrimizi üç qrupa ayı-
rır
1
. Bu o deməkdir ki, ədəbi dildə şühudi keçmiş za-
manda dördvariantlı -dı, -di, -du, -dü şəkilçisindən isti-
fadə olunduğu halda, dialekt və şivələrdə şəkilçilərin iş-
lənmə mövqeyi bir qədər dəyişir.
İndi isə tədqiq etdiyimiz türk dillərində bu şəkilçi-
nin işlənmə vəziyyətinə nəzər salaq:
I şəxs II şəxs IIIşəxs
Tək: azərb.: oxudum oxudun oxudu
türkmən: bildim bildiŋ bildi
qazax: aldım aldıŋ aldı
özbək: yaşadim yaşadinq yaşadi
karaim: keldim keldin keldi
qumuq: ałdım ałdïn ałdï
bar.tat.: kiltim kiltiŋ kilti
şor: attım attınъ attı
yakut: bardım bardıŋ barda
Cəm azərb.: oxuduq oxudunuz oxudular
türkmən: bildik bildiŋiz bildiler
qazax: aldık aldıŋızdar aldılar
özbək: yaşadik yaşadinqiz yaşadilar
karaim: keldik keldiniz keldiler
qumuq: ałdïq ałdïġiz ałdïłar
bar.tat.: kiltik kiltiğis kiltilər/ kiltiŋnər
şor: attıbıs attaar attılar
yakut: bardıbıt bardıqıt bardılar
1
Şirəliyev M.Azərbaycan dialektologiyasının əsasları.Bakı,1962, s. 207-208.
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
65
Nümunələrə nəzər yetirək: Azərb.:Bu zaman kupe-
nin yarımaçıq qapısı ağzında polis serjantı göründü (M.
Qacar, Metroda terror); türk: Kadın,artık çocuklarına
işittirmekten korkmayarak yüksek sesle ağlaya ağlaya
mutfağa girdi. Ali Rıza Bey, olduğu yerde donup kaldı
(R.N.Güntekin,Yaprak dökümü); qaqauz: – Usek saabi
kabaatlılar ondukuzu da senin izinini tamamnadılar (N.
Baboqlu, Legendanın izi); qırğız:Ömür-ölüm! Bul эköö-
nün – jarık menen karanqılıktın betteşüüsü kırqız jerinin
biyik çokusu Üzönqülöş aşuusunda boldu. Çıqarmanın
syujettik-kompozisiyalık mazmunu da önütüp oturup
biyiktiqine jetti(Kutbilim); xakas:Çilbiqen palaları çıca-
ğın potxı tip, çip saldılar; kazan-tatar: İkençe könne irtə
belən ike tien sədaka, ber kisək utın alıp, yanqa kitap-
bukçamnı asıp, məzin yortına “qıylem estərqə” kittem
(Q.Bəşirov);
qazax: Balalar! Oқuğa bar! Jatpa қarap!
Juınıp, kiininder şapşaŋıraқ!
Şaқırdı tauıқ mana əldeқaşan,
Karap tür terezeden kün jıltırap
(Ə.Baytursınov)
Məlum olduğu kimi, bütün türk dillərində mövcud
olan -dı şəkilçili keçmiş zamanın birinci şəxsin cəmində
əksər müasir türk dillərində -k, özbək dilində isə -mız
şəxs şəkilçisindən istifadə olunur. Bu şəxs sonluqların-
dan hansının daha qədim olması tədqiqatçıların diqqə-
tindən kənarda qalmamışdır.
Müasir dövrdə bu forma təkcə özbək dilinin Daş-
kənd şivəsində qalmışdır. Həmin şivədə M.Kaşğarlının
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
66
“Divan”ında olduğu kimi, birinci şəxs cəmdə -mız//-miz
şəkilçisindən istifadə olunur. Məsələn, Daşkənd şivəsin-
də birinci şəxs cəmdə ədəbi dildə “oldik” əvəzinə “oldı-
mız”, “berdik” əvəzinə “berdımız” və s. işlənir
1
.
Azərbaycan dilinin yazılı abidələrində -mız//-miz
formasına rast gəlmədik. Onu da qeyd edək ki, nə müa-
sir Azərbaycan dilində, nə də onun dialekt və şivələ-
rində -mız şəkilçisinin birinci şəxsin cəmində fellərlə iş-
ləndiyinə təsadüf edilmir.
Qədim türk yazılı abidələrindən Tonyukukun şərə-
finə qoyulmuş abidənin dilində də -dimiz, -timiz forma-
larından istifadə olunmuşdur. Məsələn: Biz jämä sülä-
dimiz, any irtimiz; Bän anča tirmän: bän bilgä Toñuquq
Altun jysyγ asa kältimiz, Ärtis ügüzüg käčä kältimiz
2
.
V.V.Reşetov yazır:“Qeyd etmək yerinə düşərdi ki,
etimoloji baxımdan -dımız Daşkənd forması -dık müasir
özbək ədəbi dil formasından daha qədimdir. Biz Kül-Ti-
gin abidəsində(sözläşdimiz “danışdıq”,birtimiz “verdik”,
itdimiz “etdik”, konturtımız “yerləşdik”), Mahmud Kaş-
ğarlının “Divan”ında, İbn-Mühənnada, Məhəmməd Sa-
lihin “Şeybani-namə”sində buna rast gəlirik. Bu forma-
1
Vəliyev İ. Mahmud Kaşğarinin “Divanü lüğət-it-türk”də keçmiş zamanın
ifadə vasitələri. Elmi əsərlər – Учение записки. Dil və ədəbiyyat seri-
yası.Bakı, S.M.Kirov adına Azərb.Dövlət Universiteti.1968,№5, s. 91.
2
Кононов А.Н.Грамматика языка тюркских рунических памтников
VII-IX вв. Л., «Наука», 1980, с. 63-64.
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
67
nın mənbələrini, şübhəsiz, Qaraxanlı dialekt birliyində
axtarmaq lazımdır”.
1
A.N.Kononov isə bu fikrin əksinə olaraq, -mız şə-
kilçili formanı -k şəkilçili forma ilə müqayisədə (-mız)
mənşəcə nisbətən daha sonrakı forma hesab edir və eh-
timal edir ki, o, birinci və ikinci şəxsin tək formaları
yaranan zaman, başqa sözlə, bütün təsrif sistemi ciddi
simmetrik xarakter alanda yarana bilərdi
2
.
-Dı
4
şəkilçili keçmiş zaman, demək olar ki, bütün
türk dillərində müşahidə olunur. -Dı
4
şəkilçili zaman
forması Azərbaycan dilində şühudi keçmiş zaman, türk
dilində isə görülən keçmiş zaman adlanır. Müasir türk
dilində sonu cingiltili samitlərlə bitən fellərə -dı
4
, kar
samitlərlə bitən fellərə -tı
4
şəkilçisi artırılır. Bu cəhət
türk dilindən başqa qaqauz,şor,tofalar dilində də vardır.
-Dı
4
şəkilçisi bəzən diftonq şəklində üzə çıxır. Məs.:
aldınız-alduuz,gördünüz-gördüüz,bildiniz-bildiiz və s.
Bu xüsusiyyətə Kars azərbaycanlılarının dilində,
eləcə də Naxçıvan dialektində rast gəlinir.
Azərbaycan dilinin Otmanoba kənd şivəsində ikin-
ci şəxsin təkində yalnız birvariantlı -dū şühudi keçmiş
zaman şəkilçisi işlənir, təsrif zamanı ikinci şəxs şəkilçi-
si (-n) düşməklə zaman şəkilçisindəki sait burun varian-
1
Решетов В.В. О наманганском говоре узбекского языка. Академику
Владимиру Александровичу Гордлевскому, к его семидесятипяти-
летию. Сборник статей. Изд. АН ССР, Москва, 1953, с.216-230.
2
Кононов А.Н.Происхождение прошедшего категорического времени в
тюркских языках. //Тюркологический сборник, I, 1951, М.-Л., Изд. АН
СССР, с. 119.
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
68
tına çevrilir; məs.: aldū, gəldū, durdū, döndū
1
. Bu, o
deməkdir ki, dörd variantda – -dı, -di, -du, -dü şəklində
özünü göstərən şühudi keçmiş zaman şəkilçisi yalnız bir
variantda müşahidə olunur. Ədəbi dildə aldın, gəldin,
durdun, döndün həmin sözlərin qarşılığıdır. Ehtimal ki,
bu xüsusiyyət digər türk dillərinin dialektlərində də rast-
lanır.
Şühudi keçmiş zamanla bağlı Azərbaycan dilinin
Şəki dialektində fərqli cəhət özünü göstərir. Belə ki, Şə-
kinin İncə və Zunud kəndlərində sonu m və n samitləri
ilə bitən fellər birinci şəxsin təki və üçüncü şəxsin tək
və cəmində -nı, -ni, -nu, -nü; birinci şəxsin cəmi və
ikinci şəxsin təkində -nı, -nu şəkilçilərini, sonu l samiti
ilə bitən fellər isə birinci şəxsin təki və üçüncü şəxsin
tək və cəmində -lı, -li, -lu, -lü; birinci şəxsin cəmi və
ikinci şəxsin təkində -lı, -lu şəkilçilərini qəbul edir.Məs:
qannım, qannın, qannı, qannıx, gəllim, gəllin, gəlli,
gəllıx, gəllilər və s. Azərbaycan dilinin Şamaxı dialek-
tində, Göyçay və Muğan qrupu şivələrində bəzən -dı
4
şühudi keçmiş zaman şəkilçisinin -zı
4
, -sı
4
variantlarına
rast gəlinir. Fel z səsilə bitərsə -zı
4
, s səsi ilə bitərsə -sı
4
şəkilçisi artırılır. Eyni vəziyyəti türkmən dilinin əksər
şivələrində müşahidə edirik. Sonu n, l, z, s samitləri ilə
bitən fellərə müvafiq olaraq -nı,-ni -lı, -li, -zı, -zi, -sı, -si
variantları əlavə olunur. Məsələn, yannı, gelli, yazzı,
kessi.
1
Vəliyev A.H.Azərbaycan dialektologiyası (keçid şivələrin morfologiyası və
sintaksisi). Bakı, ADU nəşri, 1975, s. 37.
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
69
Türkmən dilinin əksər şivələrində n, l, z, s səssizlə-
ri ilə bitən fellərə müvafiq şəkildə -nı, -ni, -lı, -li, -zı, -zi,
-sı,-si şəkilçiləri qoşulur.Məs.:yannı, gelli yazzı, kessi
1
.
Türkmən dilinin Manış dialektində konkret keçmiş za-
man adlandırılan bu zaman forması ədəbi dillə müqayi-
sədə müəyyən fonetik fərqlərə malik olan -dı, -di, -tı,
-ti, -nı, -ni, -lı, -li şəkliçiləri ilə düzəlir
2
.
M.Saliyev yazır: “Türkiye Türkçe'si ile Kırgız
Türkçe'sinde zaman ekleri üzerinde çok aşırı derecede
farklılık bulunmaktadır. Bu farklılıklar sadece fonetik
farklılıklar değil de morfem farklılıklarını taşımaktadır.
Bu iki şive sadece görülen geçmiş zaman ekinde bir-
leşiyorlar. Gördüğünüz gibi Kırgız Türkçe'si geçmiş za-
man ekleri bakımından fazladır. Kırgız Türkçe'sinde si-
fat fiil görevinde olan –gen eki geçmiş zamanı, -ar eki
de arsar gelecek zaman ekinin görevini de taşımakta-
dır”
3
.
Barabin tatarlarının dilində zamanlarla bağlı xüsusi
bir cəhəti qeyd etmək lazım gəlir. Bu da ondan ibarətdir
ki, qəti-keçmiş zamanla indiki II zaman formalarının
morfoloji əlamətləri üst-üstə düşür. Həmin morfoloji
əlamət -tı şəkilçisidir. Doğrudur, hər iki zamanı forma-
1
Rüstəmov R.Ə.Azərbaycan dilinin dialekt və şivələrində fel.Bakı,1965,s.
198
2
Атамедов Н. Манышский говор анауского диалекта туркменского
языка. АКД, Ашхабад, 1965, с. 21.
3
Saliyev M. Kırgız Türkçe'si ile Türkiye Türkçe'sindeki Grammatikal
Eklerin Tasviri ve Eş zamanlı Karşılaştırılması. //Uluslararası Türk Dili
ve Edebiyyatı öğrenci kongresi,11-13 Eylül 2006. İstanbul, İstanbul
Kültür Üniversitesi yayını, 2008, s. 122.
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
70
laşdıran -tı şəkilçisi müasir dil baxımından səs tərkibinə
görə eyni olsalar da, mənşə etibarilə bir-birindən tama-
milə fərqlənirlər. Barabin tatarlarının dilində -tı şəkilçisi
qəti-keçmiş zamanla -tı şəkilçili indiki zaman forması
yalnız vurğu ilə fərqlənirlər
1
. Belə ki, qəti-keçmiş zama-
nın morfoloji göstəricisi -tı vurğulu, indiki II zamanın
morfoloji göstəricisi -tı isə vurğusuzdur; məs.:kilti, altı,
kitti, utırtí – qəti keçmiş zaman, kilti, áltı, kitti, utırtı –
indiki II zaman.
-Mış və -qan şəkilçili keçmiş zaman. Müasir Azər-
baycan, türk, qaqauz dillərində -mış, -miş, -muş, -müş,
özbək və uyğur dillərində təkvariantlı -miş formasında
təzahür edir. Burada uyğur dilini digər türk dillərindən
fərqləndirən cəhət -miş şəkilçili keçmiş zamanın yalnız
üçüncü şəxsin tək və cəmi üçün xarakterik olmasıdır.
Məs.:almiştur,gelmiştur və s. Tək və cəm üçün eyni for-
ma xarakterikdir. Eyni zamanda uyğur dilində bunun
şəxs sonluqsuz variantına da rast gəlinir. Tuva dilində
isə -mışaan, -mişaan, -muşaan, -müşaan və -bışaan
4
,
-pışaan
4
, -vışaan
4
fonetik variantlarından istifadə olu-
nur.
-Mış şəkilçili keçmiş zaman formasının digər türk
dillərində sinonim qarşılığı -qan şəkilçili keçmiş zaman
formasıdır. Bu forma müxtəlif türk dillərində müxtəlif
fonetik variantlarda təzahür edir. Qumuq, qaraçay-bal-
kar dillərində -ğan,-gen, qazax, qaraqalpaq, krım-tatar
1
Тумашева Д.Г.Язык сибирских татар. Ч.II.Изд.Казанского Универ-
ситета, 1968, 184 с.
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
71
dillərində -ğan, -gen, -qan, -ken, altay, noqay dillərində
-ğan, -gen, -kan, -ken, başqırd, kazan-tatar, uyğur dillə-
rində -ğan, -gən, -qan, -kən, özbək dilində -qan, xakas
dilində -ğan, -gen, xan, -ken,-an, -en formalarında özü-
nü göstərir. Altay dilində həmin şəkilçi variantları ilə
yanaşı, həm də -ğon, -gön, -kon, -kön variantlarından da
istifadə olunur. Nümunələrə nəzər yetirək:
Tək Cəm
I şəxs Azərb.: getmişəm getmişik
türk: anlamışım anlamışız
qaqauz: kalmışım kalmışık
qazax: alğanmın alğanbız
qırğız: bilgenmen bilgenmiz
qaraqalp.:bilgenmen bilgenbiz
başqırd: kitkənmen kitkənbež
xakas: tökkem tökkebis
özbək: қilqanman қilqanmiz
qumuq: satqamman satqammïz
tuva: öörenmişaan men öörenmişaan bis
II şəxsAzərb.: getmi[ş]sən getmi[ş]siniz
türk: anlamışsın anlamışsınız
qaqauz: kalmışın kalmışınız
qazax: alğansıŋ alğansıŋdar
qırğız: bilgensiŋ bilgensiz
qaraqalp.: bilgenseŋ bilgensiz
başqırd: kitkənheŋ kitkənhegež
xakas: tökkeziŋ tökkezer
özbək: қilqansan қilqansiz
qumuq: satqansan satqansïz
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
72
tuva: öörenmişaan sen öörenmişaan siler
III şəxs Azərb.: getmişdir getmişlər
türk: anlamış anlamışlar
qaqauz: kalmış kalmışlar
qazax: alğan alğan
qırğız: bilgen bilgenler
qaraqalp.: bilgen bilgen
başqırd: kitkən kitkəndər
xakas: tökken tökkenner
özbək: қilqan қilqanlar
qumuq: satqan satqallar
tuva: ol öörenmişaan olar öörenmişaan
Azərb.: – Altı saat növbədə duracağam. Məndən
nigaran olmayın, gündüz doyunca yatmışam; –Deyəsən
onun adını ştabdan çıxardıblar(Mir Cəlal, Açıq kitab);
türk:Siyen – Ah, ne hassas bir insan.Sonra? Neler yaz-
mış daha?(A.Nesin, Hadi öldürsene Canikom); qaqauz:
Karaullar ölə da yapmışlar. Gelmişler avşamnein bu çor-
bacının pençeresinä da sölemişlər ona yukardan mer-
kezdän izini(Qaqauz folkloru,Kara bakla); kazan-tatar:
Berkönne işek yapkanda xuja səer ber tavış işetkən
(Q.Bəşirov); xakas:Mıyağıs pastap pir xat alğan (126,
34); özbək:Bobirnoma mavzusida qator badiiy asarlar
ham yaratilgan
(www.turan.info/forum/showthread. php?t);
qazax: Özende balıқşılar au қarap jür,
Toğayda oraқ dausı şaŋ-şüŋ orğan.
“Allalap”, al kitaptı қoldarıŋa!
Küldarın Küday suymes jalқau bolğan
(A.Baytursinov,Oқuğa şaқıru).
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
73
qırğız:Oşonduktan jan balam,
Adil adamlar baskan
Ak joldorqo tüşkünüŋ,
Takıbaalar taptaqan.
(Suleyman padişanın nuskaları)
N.K.Dmitriyev yazır:“Bu nəticə mühümdür ki,“ob-
yektiv”(yaxud “qəti”) keçmiş zamana əks olan bu forma
mənasına görə vahid deyil, dörd başlıca məqamdan iba-
rətdir:
1)
nəticə anı(=lat.perfectum logicum,
məsələn: “gəlmişəm”
= “burdayam”; “o,ölümcül zədələnib” – “o ölübdür” –
subyektiv nəticə);
2
) şübhə anı (=conjunctivus potentialis:
“deyəsən, sən zə-
dələnmisən”);
3)
tarixi ötürmə anı(=perfectum historicum:“
deyirlər ki, o
ölub”);
4)
gözlənilməz hökm anı
(“belə çıxır ki, məni aldadıblar”)
1
.
-Mış şəkilçili keçmiş zaman orxon abidələrinin di-
lində də işlənmişdir; məs.:
Sü:sül(e)p(e)n:tört:bul(u)ñd(a)kı:bod(u)n(u)g:kop:
(a)lm(ı)ş:kop:b(a)z:kılm(ı)ş:b(a)şl(ı)g(ı)g:yük(ü)nt(ü)r-
m(i)ş:tizl(i)g(i)g:sökürm(i)ş:ilg(e)rü:k(a)d(ı)rk(a)n:yış-
ka: t(e)gi:kirü:t(e)m(i)r:k(a)p(ı)gka:tegi:koont(u)rm(ı)ş
(KTD2)
2
1
Дмитриев Н.К.К вопросу о значении османской глагольной формы на
-мыш. Строй тюркских языков. Москва, ИВЛ, 1962, с. 185.
2
Tekin Talât.Orhon Yazıtları.Ankara,Türk Dil Kurumu Yaınları,2008,
s.24.
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
74
-Mış
şəkilçili keçmiş zaman Azərbaycan dilində
nəqli keçmiş, türk dilində “öğrenilen geçmiş zaman” ad-
lanır. Türk dilindən fərqli olaraq Azərbaycan dilində
-mış, -miş, -muş, -müş
şəkilçisinin qrammatik sinonimi
kimi -ıb, -ib, -ub, -üb şəkilçisindən də istifadə olunur.
Azərbaycan dilində -ıb
4
forması ilə düzələn nəqli keç-
miş zamanın birinci şəxs tək və cəmi yoxdur. Bu o de-
məkdir ki, bu forma yalnız ikinci və üçüncü şəxslər
üçün xarakterikdir; məs.: gəlibsən, gəlibdir, gəlibsiniz,
gəliblər və s. Birinci şəxs tək və cəminin olmamasının
səbəbi dilimizin inkişafının sonrakı dövrlərində -mış
4
formasının daha çox işlənməsi ilə əlaqədardır. -Ib, -ib,
-ub, -üb şəkilçisi birinci şəxs tək və cəminin formal
əlaməti kimi müasir Azərbaycan dilində işlənməsə də,
tarixən birinci şəxsin təkində işləndiyini müşahidə edi-
rik:
Ey Füzuli, olubam ğərqeyi-girdabi-cünun,
Gör nə qəhrin çəkirəm dönə-dönə dövranın
(Füzuli)
H.Mirzəzadə də -ib şəkilçisinin nəqli keçmiş za-
man üçün işləndiyi vaxt ikinci və üçüncü şəxsdə olduğu
qayda üzrə birinci şəxsin də şəkilçisini sərbəst şəkildə
qəbul etdiyini yazır;məs.:Can birlə sana yar olubəm yari
unutma(Kişvəri); Didi axır peyğəmbərzadəyəm və atam
ilən taət mehrabında çox durubəm...(Şühədanamə)
1
1
Mirzəzadə H.Azərbaycan dilinin tarixi morfologiyası.Bakı,1962,
s. 145.
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
75
Bundan başqa, Azərbaycan dilində -mış
şəkilçisi-
nin ekvivalenti olan -ıb şəkilçisinə müxtəlif fonetik va-
riantlarla qırğız, qazax, özbək barabin tatarları, türkmən
və uyğur dillərində də rast gəlinir. Oğuz qrupu türk dil-
lərində -mış
4
şəkilçisinin yerinə yetirdiyi funksiyanı qıp-
çaq, karluq, bulqar qrupu dillərində -qan şəkilçisi yerinə
yetirir.
Maraqlı cəhətlərdən biri budur ki, yuxarıda sadala-
dığımız türk dillərində -qan və -ıb şəkilçilərinin hər iki-
sinin işlədilməsinə baxmayaraq onlar keçmiş zamanın
eyni formasını deyil, iki ayrı-ayrı formasını yaradırlar.
-ıb, -ib, -ub, -üb şəkilçili keçmiş zaman əvvəllər
türkmən dilində də geniş şəkildə işlənmiş, sonralar isə
dəyişərək başqa şəkil almışdır. -ıb, -ib, -ub, -üb şəkilçisi
müasir türkmən dilində uzaq keçmiş zamanın (-ıpdı) və
subyektiv keçmiş zamanın (ıpdır) morfoloji göstəricilə-
rinin tərkib hissəsidir. Əksər türk dillərində -ıb
4
şəkilçi-
si, əsasən, feli bağlama şəkilçisi kimi fəaliyyət göstərir.
Müasir Azərbaycan dilinin bəzi dialektlərində -ıb,
-ib, -ub, -üb şəkilçisi -ıp, -ip, -up, -üp, -ıf, -if, -uf, -üf
formalarında rastlanır. -ıb
4
şəkilçisinin -ıf
4
formasında
təzahürü Azərbaycan dilinin qərb qrupu dialekt və şivə-
lərində geniş yayılmışdır
1
.
Azərbaycan dilində -ıb, -ib, -ub, -üb, türkmən di-
lində -ıpdı, -ipdi, -updı, -üpdi və -ıpdır,-ipdir, -updır,
-üpdir, özbək dilində -ib, qazax dilində -p, qırğız və tu-
va dillərində -ıptır, iptir, -uptur, -üptür, qırğız dilində,
1
Azərbaycan dilinin Qərb qrupu dialekt və şivələri. I cild, Bakı, 1967, s. 114.
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
76
eyni zamanda -ıpır,-ipir,-upur,-üpür, altay dilində -ıptır,
iptir, -uptır, -üptir, noqay və qaraqalpaq dillərində -ıptı,
-ipti, sarı-uyğur dilində -ptyr, -ptro, xakas dilində -ptır,
-ptir, -tır, -tir formalarında özünü göstərir.
Yuxarıda qeyd etdiyimiz kimi, barabin tatarlarının
dilində -ıb şəkilçili zaman forması subyektiv keçmiş za-
man adlanır. Bu dildə subyektiv keçmiş zamanın inkar
formasına rast gəlinmir
1
.
Azərbaycan dilində -mış, -miş, -muş, -müş şəkilçisi
ilə əmələ gələn nəqli keçmiş zaman ikinci şəxsin tək və
cəmində tam şəkildə işlənə bildiyi kimi, bəzən sonun-
dakı ş samiti olmadan da işlənir, yəni ş samiti düşür.
Bu, əsasən, danışıq dilində müşahidə olunur:gəlmişsən-
gəlmisən, almışsınız-almısınız və s.
-Mış, -miş, -muş,
-müş şəkilçisinin bu formada işlənməsi ədəbi dilə də
sirayət etmiş və demək olar ki, ədəbi dildə də sabitləş-
məyə başlamışdır:-Nə var, nə olub belə, hay küy qaldır-
mısan? –deyə Rüstəm kişi qaşqabaqlı soruşdu; -Sən qo-
yun fermasını yoxlamağa getməmisən?(M.İbrahimov,
Böyük dayaq);
Sındırmısan, əl vurma sınıq könlümə, zalim,
Viranə düzəlməz, necə abad eləsən də (Ə.Vahid).
Cəbrayıl rayonunun Sirik kəndində birinci şəxs tək
və cəmdə -mıs/-mis/-mus/-müs şəkilçisi işlənir: satmı-
1
Тумашева Д.Г.Язык сибирских татар.Ч.II, .Изд.Казанского Университета,
1968, с. 60.
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
77
sam, cəlmisəm, durmusam, cörmüsəm, satmısıx, cəlmi-
six, durmusux, cörmüsüx
1
.
Müasir qaqauz ədəbi dilində qeyri-müəyyən keç-
miş zamanın ikinci şəxs tək və cəminin ifadəsində belə
bir cəhətlə qarşılaşırıq. İlk növbədə qeyd edək ki, bu za-
man forması fel kökünə -mış və müvafiq şəxs son-
luqlarının artırılması ilə düzəlir. Digər türk dillərindən
fərqli olaraq qaqauz ədəbi dilində bu zamanın təsrifi za-
manı II şəxsin təkində -sın, -sin, -sun, -sün deyil, -ın,
-in, -un, -ün, II şəxsin cəmində isə -sınız, -siniz, -sunuz,
-sünüz deyil, -ınız, -iniz, -unuz, -ünüz şəxs sonluğundan
istifadə olunur:
tək
I ş. gelmişim oturmuşum
II ş. gelmiş in oturmuş un
III ş. gelmiş oturmuş
cəm
I ş. gelmişik oturmuşuk
II ş. gelmiş iniz oturmuş unuz
III ş. gelmişlär oturmuşlar
Göründüyü kimi, fel təsrif olunarkən ikinci şəxsin
tək və cəmində şəxs sonluğundakı s düşür; məs.:Pek se-
vinerim, ani bulmuşun kendinä eni işçi; Ax, sän taa
bişey annamamışın! –yaptı Vera kendi üzündä; Kocası
biraz içer, deer, ama Qalya almış onu elä, yaşээrlar...
sora andık seni, soru näbarmışın; -Sordu, näbarmışın
sen; -İslä yapmışın.Ya bak, yoktu umudum, ani sän bölä
patretlär yapasın! –yapılmaksız şaştı Vera(D.Kara Ço-
1
Rüstəmov R.Ə. Azərbaycan dilinin dialekt və şivələrində fel. Bakı,1965,
s. 202.
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
78
ban); –Var mı sizdä akıl, işittim kansamol girmişiniz?
(N.Baboglu).
Kaplunbua, kaplunbua
Nereyi yollanmışın?
Ne iyersin acaba?
Taş gibi kalmışın.
(G.Karanfil)
Qaqauz dilində ikinci şəxsin tək və cəmində haq-
qında danışdığımız şəxs sonluqları ilə əlaqədar müşahi-
də olunan vəziyyət müasir türk dilində də özünü gös-
tərir. Lakin qaqauz dilindən fərqli olaraq -ın, -in, -un,
-ün və -ınız, -iniz, -unuz, -ünüz şəxs sonluqları türk ədə-
bi dilində deyil, danışıq dilində və dialektlərdə müşa-
hidə olunur. Danışıq dilində hər iki şəkilçi variantından
istifadə olunur; məs.:
gitmişsin-gitmişin gitmişsiniz-gitmişiniz
bakmışsın-bakmışın bakmışsınız-bakmışınız
söylemişsin-söylemişin söylemişsiniz-söylemişiniz
Ədəbi dildə ikinci şəxsin təkində -sın,-sin,-sun,
-sün, ikinci şəxsin cəmində -sınız, -siniz, -sunuz, -sünüz
formalarının işlənməsinə baxmayaraq türk yazıçısı Na-
zim Hikmətin əsərlərində -sın, -sin, -sun, -sün deyil, -ın,
-in, -un, -ün variantına kifayət qədər rast gəlindiyini
müşahidə edirik; məs.:Şahende –Sen de gülmemişin bu
dünyada, Fatma hanımcığım...(oğluna seslenir) Hasan...
Uzaklara gitme; Fatma -...Vah yavrum, vah canım za-
yıflamışın; Reis –İlk defa görüp görmediğini sormu-
yorum (zabit katibinin uzattığı vekaletnameyi alır). Bak
burda vekaletnamen. Bu da mührün. Demek beyi avukat
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
79
tutmuşun. İstediğin kadar avukat tutarsın, buna kimse
karışmaz; İsmail -Vay bizimkinin kitabını almışın; Beh-
zad–Ah oğul... Yine kan tepeme çıktı...Senin gibi nak-
kaş.. Hünerini bunca yıldır unutmamışın da (N.Hikmet).
Müasir Azərbaycan ədəbi dilində -mış
4
şəkilçili
keçmiş(nəqli keçmiş) zaman forması ikinci şəxsin tə-
kində -san
2
, cəmində -sınız
4
şəxs şəkilçiləri ilə işlənsə
də, Azərbaycan dilinin Qərb qrupu dialekt və şivələrin-
də II şəxsin təkində -an
2
, cəmində -ınız
4
şəxs şəkilçiləri
ilə də işləndiyinə rast gəlirik; məs.:getmişən, yazmışan,
bilmişiniz, qalmışınız və s.
II şəxsin təkində -an, -ən şəxs şəkilçisinin işlədil-
məsi daha çox Cənubi Azərbaycan dialektlərinə aiddir
1
.
Cənubi Azərbaycanın Zəncan dialektində -mış şəkilçisi
II şəxsdə də özünü göstərir;məs.:almışan, gəlmişən
2
.
Ş.Xəlilov XV əsr Azərbaycan yazılı abidəsi olan
“Əsrarnamə”nin dilində keçmiş zaman formalarından
bəhs edərkən abidənin dilində nəqli keçmiş zamanın
morfoloji əlamətlərindən olan -mış şəkilçisinə ikinci
şəxsin cəmində rastlanmadığını və ümumiyyətlə Azər-
baycan yazılı abidələrinin dilində az işləndiyini yazır
3
.
1
Azərbaycan dilinin Qərb qrupu dialekt və şivələri.I cild,Bakı,1967,s. 114.
2
Vəliyev A.H.Azərbaycan dialektologiyası(keçid şivələrin morfologiyası
və sintaksisi). Bakı, 1975, s. 213.
3
Халилов Ш.Х.Язык азербайджанского письменного памятника XVв.
«Асрарнаме».(морфологические особенности).АКД,Баку,1974,с. 42.
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
80
Çuvaş dilində ikinci şəxsin təkini ifadə etmək üçün
-ān, -ēn şəkilçisindən istifadə olunur
1
.
Digər türk dillərindən -ın, -in şəxs sonluğu türk-
mən ədəbi dilində I şəxsin təkində( alyarın, bilyərin), al-
tay dilində ikinci şəxsin təkində istifadə edilir. Lakin
haqqında danışdığımız s səsi ilə əmələ gələn -ın şəxs
şəkilçisindən fərqli olaraq burada səs düşümü baş
vermir və bu şəxs sonluğu türkmən və altay dillərində
sabitləşmiş şəxs şəkilçilərindən biridir.
I şəxs tək və cəmdə p səssizi ilə bitən fellərdə bə-
zən -mış, nəqli keçmiş zaman şəkilçisi əvəzinə -bış, şə-
kilçisi işlədilir. Əlbəttə, bu, yarımçıq irəli assimilyasiya
nəticəsidir; məs.: tapbışam, tapbışıx, səpbişəm, səpbişik
(D.Qır.)
2
.
Salar dilində felin keçmiş zamanının 2 forması var:
1) məlum keçmiş zaman
2) nəticəli keçmiş zaman
3
.
Salar dilində digər türk dillərində müşahidə olun-
mayan bir cəhət diqqəti cəlb edir. Danışanın bilavasitə
şahidliyi olmadan, icra olunmuş iş, hal və ya hərəkətin
söz söylənən vaxtda nəticəsini bildirən keçmiş zamanı
ifadə etmək üçün oğuz qrupu türk dillərində -mış
4
(türk-
mən dilində -an, -en), digər türk dillərində isə -qan şə-
1
Баскаков Н.А. Система спряжения или изменения слов по лицам в
языках тюркской группы. Исследования по сравнительной грамма-
тике тюркских языков, ч. II. Морфология, Москва, 1956, с.266.
2
Azərbaycan dilinin Qərb qrupu dialekt və şivələri.I cild,Bakı,1967,
s. 113.
3
Тенишев Э.Р. Саларский язык. Москва, 1963, ИВЛ, с. 33-34.
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
81
kilçilərindən istifadə olunur. Bu şəkilçilərin hər ikisi sa-
lar dilində keçmiş zamanın morfoloji əlamətləri kimi
müşahidə olunur, lakin onlar eyni deyil, keçmiş zama-
nın iki müxtəlif formalarını əmələ gətirirlər.
Türk dillərində -mış və -qan şəkilçilərinin yerinə
yetirdiyi zaman funksiyası salar dilində -qan şəkilçisi
vasitəsilə yerinə yetirilir. -mış şəkilçisi isə -dı şəkilçisi-
nin fonetik variantı olan -ži-nin ekvivalenti hesab olu-
naraq, biri digərini asanlıqla əvəz etməklə eynihüquqlu
sinonim şəkilçi kimi çıxış edir. Beləlikə, keçmiş zaman
formasının salar dilində iki morfoloji əlaməti özünü
göstərir. Halbuki müasir Azərbaycan, türk, qaqauz dillə-
rində -mış
4
nəqli keçmiş, -dı
4
şəkilçisi qəti keçmiş (şü-
hudi keçmiş) zamanın göstəricisi kimi çıxış edir.
Salar dilində -ži şəkilçisi hər üç şəxsdə iştirak etdi-
yi halda, -mış şəkilçisi yalnız ikinci və üçüncü şəxslərdə
özünü göstərir:
Men kelži piser kelži
Sen kelži /kelmiş seler kelži /kelmiş
Vu kelži /kelmiş vuler kelži /kelmiş
Bəzi türk dillərində olduğu kimi(türkmən dilində
qəti gələcək zaman forması, tofalar və tuva dillərində -
ar şəkilçili gələcək zaman və onun inkarı və s.) salar di-
lində də fel təsrif olunan zaman şəxs sonluqlarından is-
tifadə olunmadığı üçün feldən əvvəl şəxs əvəzliklərinin
işlənməsi mütləqdir.
Bəzən elə olur ki, eyni dildə eyni zaman forması
müxtəlif adlarla adlandırılır. Müasir Azərbaycan dilində
-mış
4
, -ıb
4
şəkilçili zaman formasının nəqli keçmiş za-
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
82
man adlandırılması dilçilərimiz tərəfindən birmənalı qə-
bul olunur.
Müasir Azərbaycan dilində -mış və -ıb şəkilçiləri
bir-birinin qrammatik sinonimi hesab olunaraq eyni mə-
nanı ifadə edirsə və birinci şəxsin tək və cəmi istisna
olmaqla biri digərinin yerində asanlıqla işlənə bilirsə,
digər türk dillərində bu vəziyyət bir qədər fərqlidir.
Azərbaycan, türk və qaqauz dillərində -mış şəkilçisinin
felin keçmiş zaman şəkilçisi kimi yerinə yetirdiyi funk-
siya əksər türk dillərində -qan şəkilçisi vasitəsilə həyata
keçirilir. Azərbaycan dilində -mış şəkilçisinin qramma-
tik sinonimi sayılan -ıb şəkilçisi müxtəlif fonetik va-
riantlarla qırğız, türkmən, qazax, özbək, uyğur, barabin
tatarları dillərində özünü göstərir.
Lakin sadaladığımız türk dillərində -qan və -ıb şə-
kilçilərinin hər ikisinin işlədilməsinə baxmayaraq onlar
keçmiş zamanın eyni formasını deyil, iki ayrı-ayrı for-
masını yaratmağa xidmət edirlər. Məsələn, qırğız di-
lində -qan şəkilçisi qeyri-müəyyən keçmiş zamanın, -ıp
şəkilçisi isə subyektiv keçmiş zamanın yaradıcısı kimi
çıxış edir.
“Müasir türkmən dilində -ib şəkilçisi keçmiş zama-
nın müstəqil morfoloji əlaməti, -miş şəkilçisi isə ümu-
miyyətlə müşahidə olunmadığı halda, türkmən dilinin
XVIII-XIX əsr yazılı abidələrində -mış , -ıb və -an/-en
şəkilçiləri perfekt formasının 3 qrammatik sinonim şə-
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
83
kilçisi kimi fəaliyyət göstərmişdir”
1
. Başqa sözlə, bu şə-
kilçilərdən eyni fel formasını yaratmaq üçün istifadə et-
mişlər.
Nəticəli keçmiş zaman qumuq dilinin qaytaq dia-
lektində ədəbi dildə və onun digər dialektlərində müşa-
hidə olunmayan xüsusi formaya malikdir
2
. Qumuq di-
lində zaman formasını ifadə etmək üçün -ıp şəkilçisin-
dən istifadə olunmur.Yuxarıda da qeyd etdiyimiz kimi,
-ıp və -qan şəkilçilərinin müşahidə olunduğu dillərdə bu
şəkilçilər müxtəlif zaman formalarını əmələ gətirirlər.
Lakin bütün bu deyilənlərdən fərqli olaraq nəticəli keç-
miş zaman forması qumuq ədəbi dilində -qan şəkilçisi
ilə ifadə olunursa, qumuq dilinin kaytaq dialektində -ip
ilə formalaşır:
ədəbi dildə qaytaq dialektində
bilipman bilqemmen
bilipsan bilqensen
bilipdi bilqen
bilipbiz bilqenmiz
bilipsiz bilqensiz
bilip(di) bilqen(ler)
Müasir özbək dilində -qan şəkilçisi perfektli keç-
miş zamanın morfoloji əlaməti kimi, -ıb şəkilçisi isə
1
Каджарова Э.Прошедшее время изъявительного наклонения в пись-
менных памятниках туркменского языка XVIII-XIX вв.АКД, Ашха-
бад, 1964, с. 7.
2
Керимов И.А.Очерки кумыкской диалектологии.АДД.Баку,1967,
с. 9.
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
84
subyektiv keçmiş zamanın morfoloji əlaməti kimi çıxış
edir.
Azərbaycan, türk, qaqauz dilləri üçün -mış, digər
qrupları təşkil edən türk dilləri üçün isə -qan şəkilçisi
xarakterikdir.
Yalnız müasir türkmən dilində bu şəkilçiləri əvəz
edə biləcək -an, -en morfoloji göstəricisindən istifadə
olunur. Doğrudur, türkmən dilinin inkişaf tarixinə nəzər
saldıqda -mış şəkilçisinin zaman formasının istifadəçisi
kimi bu dildə vaxtilə geniş yayıldığının şahidi oluruq.
Bununla belə, müasir türkmən dilində -mış şəkilçisinin
işlənməməsindən əlavə, həm də müasir dildə bu zaman
formasının məhdudluğu özünü göstərir. Belə ki, müasir
türkmən dilində nəqli keçmiş zamanı formalaşdıran -an,
-en şəkilçisi yalnız üçüncü şəxsin tək və cəmində
istifadə olunur.
Müasir qaraqalpaq dilində ikinci şəxsin cəmində
şəxs sonluğu üç cür – -sız, -sızlar, -saŋlar şəklində ifadə
olunur: okığansız, okığansızlar, okığansaŋlar və s.
Bu şəkilçi ilə bağlı A.M.Şerbakın fikirləri olduqca
maraqlıdır. O yazır: “Türk dillərində -ŋаn şəkilçili və
-mïş şəkilçili ən qədim formalar ulu dil səviyyəsində qa-
zandığı xarici simasını əsasən saxlayır. Güman edilir ki,
çuvaş dilində -ŋan şəkilçili formaya maddi olaraq məz-
mun planında -ně şəkilçili forma uyğun gəlir: ŋ düşmüş
və metateza hadisəsi baş vermişdir.Yakut dilindəki -bït~
-pït türk dilindəki -mïş şəkilçisinə heç də uyğun deyil:
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
85
ümumtürk ş səsi son mövqedə yakut dilində s-ə keç-
miş, ümumtürk s də -t-yə dəyişmişdir”
1
.
Dostları ilə paylaş: |