▲ ƏFSANƏVĠ ALAYIN DÖYÜġ SALNAMƏSĠNDƏN 01 oktyabr 1991-ci il- Kəlbəcər Ərazi Müdafiə Batalyonu
yaradılmağa başladı. 09 oktyabr 1991-ci il– Bakı şəhərində 18110 saylı Motoatıcı
Desant hücum briqadası yaradılmağa başlandı:
9 dekabr 1991-ci il- 18110 saylı briqadanın ilk döyüşçülərindən
ibarət ilk döyüş tağımı Şuşaya ezam edildi.
10 dekabr 1991-ci il- Kərkicahanda ermənilərə qarşı ilk döyüş
müvəffəqiyyətlə aparıldı, tağım itki vermədən düşmənin xeyli
canlı qüvvəsini məhv etdi.
12 dekabr 1991-ci il- Kərkicahan kəndinə hücum edən
ermənilərlə döyüş oldu. Düşmən 8 nəfər itki verdi. Gizir
Məmmədov Firdovsi həlak oldu.
15 dekabr 1991-ci il- briqadanın digər bölmələri də Qarabağa-
Kərkicahan, Malıbəyli, Quşçular, Kosalar, Qaybalı, Umudlu və
Kəlbəcərin Ağdaban kəndlərinə göndərildi. Həmin gün düşmənin
Kərkicahana hücumu dəf edildi.