A k ġ f k a m a L



Yüklə 10,02 Mb.
Pdf görüntüsü
səhifə42/197
tarix02.01.2022
ölçüsü10,02 Mb.
#2249
1   ...   38   39   40   41   42   43   44   45   ...   197
  
 
Vətənini və ailəsini qorumaq-kiĢilərin vəzifəsidir. 
                                                                                           M ü ə l l i f 
 
 
 
  
 “Çapar” əməliyyatı 
Kəlbəcərin  Ağdaban  kəndi  bölgənin  şimal-şərqində  Dağlıq 
Qarabağın  Ağdərə  bölgəsinin  ermənilər  yaşayan  Çapar,  Kərəmli, 
Həsənriz  kəndləri  ilə  sərhəddə  yerləşir.  Ağdabanda  Kəlbəcər 
Batalyonunun 5-ci bölüyünüyn bir tağımı yerləşdirilmiş və silah-sursatla 
təmin  edilmişdir.  Həmin  tağım  Ağdaban  kəndinin  ermənilərlə  sərhəd 
yüksəkliklərində  ön  mövqedə  keşik  çəkirdi.  Bundan  başqa  1991-ci  ilin 
sonlarında  Bakıdan-701  saylı  hərbi  hissədən  36  nəfərlik  bir  dəstə 
Kəlbəcərin 
müdafiəsini  möhkəmləndirmək  üçün  göndərilmişdi. 
Komandiri  baş  leytenant  Bəhrəm  Lazımov  olan  həmin  dəstəni  də 
Ağdaban  kəndində  yerləşdirmiş  və  onlar  ərzaqla,  yatacaqla  təmin 
etmişdik.  
Ağdabanla  həmsərhəd  olan  Çapar,  Həsənriz  və  Qozlukörpü 
kəndlərində  rusların  silahlandırdığı  ermənilər  1988-1991-ci  illərdə 
Kəlbəcərin 
Ağdərədən 
keçən 
yolunu 
bağlayaraq 
dəfələrlə 
azərbaycanlılara qarşı hücumlar təşkil etmiş, onları öldürmüş, yaralamış, 
bir  neçə  dəfə  Ağdaban  və  Çərəkdar  kəndlərini  gülləboran  etmişlər. 
Həmin  illərdə  Kərəmli,  Umudlu  və  digər  kəndlərin  əhalisi  ermənilər  və 
rus əsgərləri tərəfindən qovulmuş və evləri qarət edilərək yandırılmışdı. 
Dekabr  ayının  21-də  Ağdərənin  Çapar  kəndini  düşməndən  azad 
etmək üçün qərərgah rəisi baş leytenant Tahir Mehdiyevlə mən əməliyyat 
planı qurduq. Döyüşə ümumi rəhbərlik mənə tapşırılmışdı. Bu döyüşə baş 
leytenant  Əhmədov  Ələddinin  komandirlik  etdiyi  5-ci  bölüyün 
Ağdabanlılardan  ibarət  tağımı  (bölük  komandirinin  müavini:  Quliyev 
Zahid,  tağım  komandiri  leytenant  Nəsib  Nəsibov,  baş  çavuş  Əjdər 
Nəsibov),  Çərəkdar  kəndindəki  tağım,  zabitlərdən:  leytenant  Hüseyn 
Nəbiyev,  leytenant  Akif  Mirzəliyev,  leytenant  Seyfəli  Orucov,  baş 
leytenant  Çıraq  Bayramov,  kiçik  leytenant  Mehdi  Şahüseynov,  baş 
leytenant  Xalid  Hümbətov,  leytenant  Rəsul  Əmirov,  leytenant  Fehruz 
Alışov, gizir Tofiq Rzayev, leytenant Ziyafət Tağıyev, leytenant 


 
56 
DöyüĢ ruhuna malik olmadan, kiĢi adını daĢımaq olmaz. 
                                                                                           M ü ə l l i f 
Hicran  Abbasov,  baş  gizir  Arif  Abbasov,  batalyonun  digər  bölüklərində 
xidmət  edən  könüllülərdən:  Nemət  Nadirov,  Dadaş  Hacıyev,  Vahib 
Allahverdiyev,  Habil  Mürsəlov,  İlqar  Əsədov,  Habil  Sadıqov,  Vüqar 
Qurbanov, Nəriman Məmmədov, Natiq Əhmədov, Sərdar Cəfərov, Elxan 
Əliyev, Mətləb, Ədalət Rəhimov,və s.-cəmi 120 nəfərədək döyüşçü cəlb  
olunmuşdu.  Batalyonda  əsgər  çox  idi,  lakin  hamını  silahlandırmağa 
silahımız  çatmırdı.  Biz  bəzi  əsgərləri  kiçik  çaplı  tüfənglə-TOZ-8, 
beşaçılan və əldə düzəldilmiş təlim avtomatları ilə silahlandırmışdıq. 
Əsas ümidimiz; baş leytenant Bəhrəm Lazımovun komandirlik etdiyi və 
yaxşı silahlanmış 36 nəfərlik Bakı dəstəsi idi.  
Əməliyyat  gecə  keçirilməli  idi.  Çapar  kəndi  Ağdaban  kəndinin 
üst  tərəfindəki  yüksəklikdə  yerləşdirilmiş  top  və  alazan  raketləri  ilə 
vurulmalı,  Kərəmli  dəstəsi  Çapar  kəndinin  şimal  tərəfindən  Həsənriz 
kəndinə  gedən  yolu  bağlamalı  və  Çapara  kömək  gələsi  təqdirdə  onları 
atəşlə  məhv  etməli  idi.  Çərəkdar  kəndindən  olan  dəstə  Çaparın  cənub 
tərəfindən  hücum  etməli,  əsas  hücum  qüvvəsi  olan  Kəlbəcər 
batalyonunun  və  Bəhrəm  Lazımovun  döyüşçüləri  isə  kəndin  qərb 
tərəfindən  hücuma  keçməli  idilər.  Üç  tərəfdən  hücuma  məruz  qalan 
ermənilər mütləq Çaparı tərk etməli idilər.  
Axşam  saat  11-də  erməni  və  rusların  mövqe  tutduqları  Qozlu 
kəndini  topla,  Çapar  kəndini  və  kəndə  gələn  yolu  isə  “Alazan”  raketləri 
ilə vurmağa başladıq. 1 saata qədər davam edən artilleriya atəşi Çapar və 
Qozlu  kəndində  15-20  evi  dağıtmış  və  yandırmışdı.  Qozlu  və  Çapar 
kəndləri  od  içində idi.  Artıq  yanan  evlərin  işığında  ermənilərin  kənddən 
çıxıb  qaçdıqlarını  görürdük.  Gecə  gizlicə  Çapara  tərəf  irəliləyən 
döyüşçülərimiz  artıq  evlərin  yaxınlığında  idilər.  Bizim  döyüşçülər 
sürünə-sürünə yaxınlaşırdılar. Çapar kəndindən rus və ermənilərin döyüş 
maşınları  ilə,  iri  çaplı  pulemyotlar  və  avtomatlarla  bizə  kor-koranə  atəş 
açır, yerimizi dəqiq bilmirdilər. Əsgərlər hücum əmrini gözləyirdilər. Elə 
bu  zaman  pusqudakı  dəstə  Həsənrizdən  Çapara  köməyə  gələn  düşmən 
əsgərləri  ilə  dolu  Kamaz  markalı  maşını  atəşə  tutaraq  məhv  etdi.  30 
nəfərədək  düşmən  məhv  edilmişdi.  Bizim  döyüşçülərdən  isə  ölən  və 
yaralanan yox idi.  
Əməliyyat  planına  uyğun  olaraq  Çərəkdar  tərəfdən  (Çapar 
kəndinin  cənubundan)  atəşin  açılması  ilə  qəti  hücuma  keçməliydik.  Biz 
oradakı  döyüşçülərin  kəndə  yaxınlaşmalarını  gözlədimiz  bir  vaxtda 
əsgərlərdən kimsə ehtiyatsızlıq edərərk düşmən tərəfə işıqsaçan güllələrlə  
 


 
57 

Yüklə 10,02 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin