107
Qətiyyətsiz komandir döyüĢ meydanında əsgərlərindən
məhrum olmalıdır. M ü ə l l i f
müşahidə etdik. Onlar elə zənn edirdilər ki, həmin mövqelər boşdur.
Lakin əsgərlərin atəşi ilə onları geri çəkilməyə məcbur etdik. Gündüz
düşmən top və minaatanlarla mövqelərimizi atəşə tutdu. Lakin bizim
tutduğumuz mövqelər etibarlı idi. Həmin gün polkovnik Z.Rzayev bütün
komandirləri toplayıb hücum planı ilə tanış etdi. Hoçaz dağının
ermənilərdən azad edilməsi əməliyyatına başlamalı idik. Mənə verilən
tapşırığa əsasən mən düşmən qüvvələrinin atəşini öz üzərimə cəlb etməli
idim. Deyilən vaxtda mən tabora hücum əmri verdim. Bir neçə xırda
yüksəklikləri ələ keçirdikdən sonra doğrudan da düşmən bütün
qüvvələrini mənim üzərimə tərəf cəmləşdirdi. Biz təpəni aşıb dərəni
keçməliydik. Lakin hər bir hərəkətimiz top və minaatanlarla qarşılanırdı.
Birinci bölüyün komandiri baş leytenant Əzimov Əzim və daha bir
döyüşçümüz qəhrəmanlıq göstərərək həlak oldular. Eyni zamanda
Ç.Əliyevin taboru isə düşmənin gözləmədiyi istiqamətdən hücum edərək
düşmən qüvvələrini pərən-pərən saldı və düşmən tutduğu mövqeləri
buraxaraq qaçmağa başladı...”
Artıq əfsanəyə çevrilmiş alay bütün ermənistanı vahiməyə
salmışdı. Tezliklə Laçın şəhəri də azad ediləcək, ermənilərin qüvvələri
parçalanacaq və Qarabağ düşməndən təmizlənəcəkdi. Lakin 28 oktyabr
1992-ci il tarixdə Müdafiə Nazirinin əmri ilə briqadanın bölmələri 16
kilometr geri çəkilərək Hoçaz dağında müdafiə mövqeyi tutmalı oldu və
bütün qışı müdafiə döyüşləri aparmağa məcbur edildi. Ermənilərin
Qarabağla yeganə əlaqəsi olan Laçın dəhlizi isə yenə də düşmənin əlində
qaldı.
Hücum əməliyyatlarında püxtələşmiş, qarşısı alınmaz sayılan
“Əəfsanəvi Alay”-ı müdafiəyə çəkilməyə məcbur edənlər ermənilərə bir
daha özlərinə gəlməyə imkan verdilər. Lakin briqada müdafiə
döyüşlərində də düşmənə ağır zərbələr vurdu. Bu zaman əlverişli
yüksəklik sayılan Hoçaz dağı uğrunda aparılan müdafiə döyüşlərində
düşmən çox böyük itkilər verdi. Hoçaz dağı və onun ətrafında düşmənin
böyük qüvvələrinin darmadağın edilməsi briqadanın gücünü bir daha
sübut etdi.
Kəlbəcər Batalyonunun döyüşçülərindən Məmmədov Oktay,
Cəfərov Ülfət, Hüseynov Qurban Laçın bölgəsində gedən döyüşlərdə
həlak olmuşlar.
Dostları ilə paylaş: