19 iyul 1992-ci il - 1-ci tabor düşmənin qəfil hücumu nəticəsində
azad edilmiş kəndlərdən geriyə çəkildi.
12 avqust 1992-ci il- 1-ci tabor (komandir kapitan Zərbəliyev
Elşad, müavinlər kapitan Sadıqov Rasim, mayor Yaqubov Zəfər)
yenidən hücuma keçərək Həsənriz, Umudlu, Kərəmli, Çapar,
Qozlukörpü kəndlərini-Tərtərçayın sol sahilini tamamilə
düşməndən azad etdi.
13 avqust 1992-ci il- 3-cü taborun (Kəlbəcər Batalyonunun) bir
dəstə döyüşçüsü (komandir: kapitan B.Nəsibov, tağım komandiri
leytenant Rəsul Əmirov) Qozlu kəndi ətrafında əhəmiyyətli bir
yüksəklik uğrunda düşmənlə qeyri-bərabər döyüşə girdi. Dəstə
itkilər verərək geriyə çəkildi. Bu döyüşdə leytenant Rəsul
Əmirov, Fariz Sarıyev, İlham Xəlilov, Əkbər Cabbarov, Zülfüqar
Qurbanov-cəmi 13 nəfər həlak oldu, Mahir Abbasov, Fariz
Seyidov, Qərib Hüseynov, Xəlil Xəlilov-cəmi 10 nəfər yaralandı.