A k ġ f k a m a L



Yüklə 10,02 Mb.
Pdf görüntüsü
səhifə73/197
tarix02.01.2022
ölçüsü10,02 Mb.
#2249
1   ...   69   70   71   72   73   74   75   76   ...   197
                                                                                                    M ü ə l l i f 
 
döyüşçü  ilə  özünü  yetirdi.  Amansız  bir  döyüş  gedirdi.  Sağ  cinahda 
düşmən    zirehli  maşını  göründü.  Mən  qumbaraatanla  iki  mərmi  atdım. 
Elə  bu  zaman  Ç.Əliyev  tankla  köməyə  gəldi.  Tankın  gəlişi  əsgərləri 
ruhlandırdı.  Tankın  hərəkət  etməyi  buralarda  çətin  olsa  da  bizimkilər 
ondan  məharətlə  istifadə  edirdilər.  Çaş-baş  qalan  ermənilər  xeyli  itki 
verərək  geriyə  çəkildilər.  Biz  tapşırığı  yerinə  yetirərək  lazımi 
yüksəklikləri  ələ  keçirdik.  Axşam  düşürdü  düşmənin  19  əsgəri 
öldürülmüş  və  bir  PDM-i  ələ  keçirilmişdi.  əsgərlərimizdə  8  nəfər  şəhid 
olmuş, 17 nəfər yaralanmışdı.”  
Dovşanlı kəndi ətrafına sıxışdırılmış düşmən çıxılmaz vəziyyətdə 
idi. Həmin kəndin azad edilməsindən sonra ermənilər Xankəndində qala 
bilməyəcəkdi.  1992-ci  ilin  yayından  1993-cü  ilin  fevralınadək  amansız 
döyüşlər  gedirdi.  Rusların  birbaşa  köməyi  ilə  ermənilər  bərk 
dirəşmişdilər.  Bu  kənd  ətrafında  gedən  döyüşlərin  iştirakçısı  Vəli  Sabir 
oğlu Mehrəliyevin dediklərindən: “Mən 1992-ci ilin may ayında 713 saylı 
taborun  tərkibində  Laçın  bölgəsinə  göndərildim.  Bir  neçə  kəndi  azad 
etdikdən  sonra  bizi  Ağdərə  bölgəsinə-  Dovşanlı  (Vəng)  kəndi  ətrafına 
gətirdilər.  Dovşanlı  aşırımı  uğrunda  qanlı  döyüşlər  başladı.  Bir  dəfə  9 
saatlıq  döyüş  zamanı  320  nəfərədək  ermənini  məhv  etdik.  Tabor 
komandiri  Vaqif  (ləqəbi  “Qaçaq  Nəbi”  idi)  və  bir  neçə  igid  yoldaşları 
itirdik, çoxlu əsgərimiz yaralandı. Həmçinin bölük komandirləri Etibar və 
Şəmil  də  yaralandılar.  Bu döyüşdə  həmin  kəndi  azad  edə  bilmədik.  Biz 
uzun  müddət Vəng ətrafında müdafiəyə çəkildik. Biz hücuma can atsaq 
da, yuxarı komandanlıq icazə vermədi ki, bu kəndi də azad edək. 1993-cü 
ilin martında erməni və rus hərbi birləşmələri bizi Narışdar kəndinə doğru 
sıxışdırdılar.  Biz  Narışdar  kəndi  ətrafında  mühasirəyə  düşdük.  Qeyri-
bərabər  döyüşdə  mühasirədən  çıxmağa  çalışırdıq.  Düşmən  itki  versə  də 
hücumlara  ara  vermirdi.  Mühasirədən  çıxmaq  üçün  amansız  döyüşlər 
apardıq.  Bir  neçə  döyüşçü  itirsək  də  (Əli,  Murad,  Nəsimi)  mühasirədən 
çıxmağa  nail  olduq.  Bu  döyüşdə  iyirmiyədək  erməni  əsgərini  məhv  
etdik”.  


 
103 
Məğlubiyyəti həzm edə bilən xalqın yaĢamağa haqqı yoxdur. 
                                                                                                    M ü ə l l i f 
 
 
17  iyul  1992-ci  il  tarixdə  Ağdərə  bölgəsinin  Vaquas  kəndinə 
hücum planlaşdırılmışdı. Hücuma Kapitan Kamil Mehdiyev (Spartak) öz 
84 nəfərlik dəstəsi ilə qoşulmuşdu. Kəlbəcərlilərdən ibarət olan bu dəstə 
Spartakın komandirliyi ilə bir neçə döyüşdə uğur qazanmışdı.  
Spartakın  dediklərindən:  “Biz  Vaquas  yaxınlığındakı  bir  neçə 
yüksəkliyi ələ keçirsək də , kəndi düşməndən azad edə bilməmişdik. Mən 
meşəlikdə  ciddi  kəşfiyyat  aparır,  lazımsız  itki  verməkdən  çəkinirdim. 
Kəşfiyyat  apardığımız  zaman  ermənilərlə  dolu  bir  maşın  vurduq.  Bu 
bizim  həmin  günə  düşən  qənimətimiz  idi.  Buna  görə  kəşfiyyatı  növbəti 
günə  saxladım.  Səhərisi  gün  kənd  yüksəkliklərinə  doğru  hücum  əmri 
verdim.  Çünki  gecə  özüm  bir  neçə  əsgərlə  kəşfiyyat  apararaq  ,  həmin 
yüksəkliklərdə  düşmənin  az  bir  qüvvəsi  olduğunu  aşkar  etmişdim. 
Yüksəkliklərə doğru atəş açaraq gedirdik. Üç istiqamətdə qəfil yaxalanan 
düşmən  bir  neçə  meyit  qoyaraq  qaçdı.  Həmin  gün  kəndin 
yüksəkliklərində  yeni  atəş  mövqelərində  möhkəmləndik.  Ertəsi  gün  
düşmən  böyük  qüvvə  ilə  hücuma  keçdi  və  biz  mühasirəyə  düşdük. 
Kömək isə gəlib çıxmadı. Bir sutka mühasirədə döyüşdük. Səhərisi gün 
yuxarı  komandanlıqdan  əlavə  kömək  gəldi  və  biz  kəndə  hücumu 
planlaşdırmalı  olduq...  Sonra  mən  43  nəfərlə,  o  cümlədən  Çingiz  Qadir 
oğlu  Bayramovla  Laçın  bölgəsinə  köməyə  göndərildim.  Burada  “Bərdə 
batalyonu”  ilə  döyüşlərə  qatıldıq.  Döyüş  zamanı  xeyli                erməni 
döyüşçüsü məhv etdik və 13 nəfərini əsir götürdük...  
1992-ci  ilin  sonunda  könüllü  döyüşçülər  ordu  sıralarından 
qovuldular  və  mən  də  öz  dəstəmlə  tərksilah  edildim.  Lakin  1993-cü  ilin 
martında  Kəlbəcərin    erməni  və  rus  hərbi  birləşmələri  ilə  mühasirəyə 
alınaraq  işğal  edilməsindən  sonra  yenidən  döyüşə  getməyi 
qərarlaşdırdım.  Lakin,  bu  qərarım  1994-cü  ilin  martında  baş  tutdu. 
Beləliklə  Kəlbəcərlilərdən  ibarət  bir  dəstə  könüllü  döyüşçü  ilə  yenidən 
Murovdağda  xidmətə  başladıq.  Murovdağdakı  qış  döyüşlərindən- 
Kəlbəcərin  ikinci  dəfə  itirilməsindən-  sonra  dağlarda  don  vurmadan  və 
döyüşlər zamanı həlak olmuş əsgərlərimizdən 112 nəfərinin meyidini  
çıxara bildik...” 


 
104 
 
Xalq onda böyük xalq olar ki, analar öz oğlunun 
vətən uğrunda Ģəhid olmasına heyifsılənməsin! 
                                                                               M ü ə l l i f 

Yüklə 10,02 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin