1-ci Çərəkdar döyüşü
1992-ci ilin yayı idi. Qarabağ cəbhəsindən xoş xəbərlər
alınmaqdaydı. Azərbaycan ordusunun bölmələri Tərtər, Ağdam və
Goranboy batalyonları müxtəlif istiqamətlərdən hücuma keçərək Ağdarə
bölgəsinin xeyli ərazisini düşməndən azad etmişlər. Ağdərə şəhəri, və
onun ətrafındakı kəndlər-Tərtər batalyonları, tərtər çay boyunca olan
ərazilər Goranboy, Xanlar və tərtər batalyonları tərəfindən azad
edilmişdir. Eyni zamanda Ağdərə bölgəsinin qərbindən-Kəlbəcərdən isə
Əfsanəvi hərbi hissə Ağdərənin Çapar, Həsənriz, Umudlu, Qozlu körpü,
Çıldıran, Dovşanlı və s. istiqamətindən isə hücumlara başlamaq üçün
Çərəkdar, Ağdaban, Mərcimək və Narışdar məntəqələrində toplaşmışdı.
Hərbi hissə son hazırlıq işlərini görürdü.
Aprelin 8-də Ağdabanda vəhşiliklər törədən ermənilər daha da
azğınlaşaraq 500 nəfərədək canlı qüvvə, tank, PDM və zirehli texnika ilə
silahlanaraq Qozlu körpüdə toplaşmışdı. Bizim kəşfiyyatçılar düşmənin
hücuma hazırlaşdıqlarını xəbər vermişdilər.
2 iyul 1992-ci il tarixdə ermənilər rus hərbi birləşmələri ilə
birlikdə Çərəkdar kəndinə hücum etdilər. Polkovnik Z.Rzayevin
komandanlığı altında Çərəkdar kəndində erməni və rus hərbi birləşmələri
ilə döyüş başladı. Ermənilər Rusların artilleriyasının köməyi ilə beş tank,
2 PDM və 500 nəfərədək canlı qüvvə ilə hücum edirdilər. Lakin,
əvvəlcədən əsas yüksəkliklərdə mövqe tutmuş döyüşçülərimiz düşmənləri
duyuq salmamaq üçün yaxşı gizlənmişdilər. Düşmən onların
yüksəkliklərdə olduğunu bilmirdi. Buna görə də onlar tank və PDM-lərin
müşaiyəti ilə asfalt yol və onun ətrafı ilə arxayın Çərəkdar kəndinə
yaxınlaşırdılar. Polkovnik Z.Rzayev bütün döyüşçülərə düşməni xeyli
yaxına buraxmaq üçün əmr vermişdi. Düşməni gözləmədən yaxalamaq
lazım idi. Artıq düşmən PDM-i kəndin girəcəyinə çatmışdı. Döyüş əmri
verilən kimi erməni piyadalarının sıraları güclü pulemyot və avtomat
atəşinə məruz qaldı. Lakin, ermənilərin PDM-i xeyli irəliləyərək öz atəşi
ilə bizimkilərin mövqelərini xeyli sıxışdırmağa başladı. Bu zaman
komandirin əmri ilə bizim PDM yolla düşmən PDM-nə doğru hərəkətə
başladı. Bir azdan PDM-lər qarşı-qarşıya gələcəkdi. Amansız bir döyüş
başlamışdı. Əsgərlərimiz qəhrəmanlıqla döyüşürdü. Sayca üstün olan
düşmən elə zənn edirdi ki, Çərəkdar kəndini də Ağdaban kimi asan işğal
edəcəkdir. Bizim döyüşçülər tərəfindən əvvəlcədən yüksəkliklər
97
Faydasız həyat-vaxtsız ölümə bərabərdir.
tutulmuş, ermənilərin gözləmədikləri yerlərdə pulemyotçular və
qumbaratanlar yerləşdirilmişdi.
Kəndin içərisində və güneydəki qayalarda mövqe tutmuş
əsgərlərimiz asfalt yolla və onun ətrafı ilə 4-5 ədəd zirehli texnikanın
köməyi ilə irəliləyən düşməni kəndin lap yaxınlığına buraxaraq qəfil
atəşlə onları biçib yerə tökürdü. Kəndin qarşı tərəfindəki güney
qayalıqlarında mövqe tutmuş Yunis Nəcəfovun bölüyünün əsgərləri
aşağıdan yol ilə kəndə tərəf hərəkət edən düşməni bir qədər də irəli
buraxıb arxa tərəfini kəsməyi nəzərdə tutmuşdular. Elə bu məqsədlə bir
dəstə döyüşçü dağın yamacı ilə aşağı endirilmişdi. Düşmən Tərtərçay
dərəsinə sıxışdırmaq lazım idi. Beləliklə, ermənilər demək olar ki,
mühasirə vəziyyətində qala bilərdilər.
Kəndin girəcəyindəki döngələrin birində qəflətən düşmən PDM-i ilə
bizim PDM üz-üzə gəldi. Hər ikisi eyni vaxtda atəş açdılar. Bizim döyüş
maşınından atılan mərmi düşmən maşınının zirehinə dəyərək partlamadan
çovudu. Lakin düşmənin atəşi ilə bizim maşın vuruldu, maşın
tüstüləməyə başladı. Lakin düşmən irəliləməyə macal tapmadı.
Tərtərçayın sağ sahilində, kəndin içərisində mövqe tutmuş bizim
əsgərlərdən biri qumbaratanla düşmən PDM-nə atəş açdı. Düşmən maşını
da alışdı. Sən demə həmin əsgər vurulan bizim PDM-in sürücüsünün
qardaşı imiş. Amansız bir döyüş gedirdi. Geriyə qaçan düşmən isə yolun
döngələrində məhv edilirdi... 4-5 saat davam edən döyüşdə düşmənin iki
zirehli maşını, 54 əsgəri məhv edildi, onlar 106 yaralı ilə qaçmağa
məcbur oldular. Bizim briqadanın bir PDM-i vuruldu, bir əsgər şəhid
oldu və bir əsgər yaralandı. Bu döyüşdə Kəlbəcər batalyonunun
döyüşçüləri də fərqləndilər. Onlar ərazini yaxşı tanıdıqları üçün döyüşün
müvəffəqiyyətlə aparılmasına böyük kömək göstərdilər. Bu döyüşdən
sonra ermənilər uzun müddət özlərinə gələ bilmədilər.
1-ci Çərəkdar döyüĢündə düĢmən tərəfindən vurulmuĢ PDM.
98
Məni Vətənimin sərhəddində dəfn edin. Övladlarımın
qeyrəti olsa, qoymazlar qəbrimi düĢmən tapdalasın.
C a v a n Ģ i r
Dostları ilə paylaş: |