A k ġ f k a m a L


Ağdərədə düşmənə divan tutulur



Yüklə 10,02 Mb.
Pdf görüntüsü
səhifə71/197
tarix02.01.2022
ölçüsü10,02 Mb.
#2249
1   ...   67   68   69   70   71   72   73   74   ...   197
Ağdərədə düşmənə divan tutulur   
1992-ci  ilin  oktyabrınadək  Əfsanəvi  hərbi  hissə  Kəlbəcər 
istiqamətindən  Ağdərənin  azad  olunması  əməliyyatlarında  Qozlu  körpü, 
Çapar,  Həsənriz,  Qozlu,  Umudlu,  Çıldıran  və  digər  kəndləri  erməni 
işğalçılarından azad etmişdi. Polkovnik Z.Rzayevin komandanlığı altında 
müvəffəqiyyətlə  aparılan  döyüşlərdə  Kəlbəcər  Batalyonunun  əsgər  və 
zabitləri də iştirak edirdi. Məhz onların bu yerlərə bələdçiliyi nəticəsində 
qələbələr əldə olunurdu. Bu döyüşlərdə Kəlbəcər  batalyonunun bir neçə 
zabiti  və  onlarla  əsgəri  həlak  olmuşdu.  Bölük  komandiri  baş  leytenant 
Yunis  İsa  oğlu  Nəcəfov  Qozlu  kəndi  uğrunda  döyüşlərdə  göstərdiyi 
qəhrəmanlığa  görə  ölümündən  sonra  Azərbaycanın  Milli  Qəhrəmanı 
adına  layiq  görülmüşdü.  Onun  qardaşı  Nəcəfov  Əli  isə  bir  ay  əvvəl 
Ağdərədə  qəhrəmancasına  həlak  olmuşdu.  Batalyonun  döyüşçülərindən 
Ərşad  Sarıyev,  Akif  Rzayev,  İlqar  Həsənov,  Bəhrəm  Nəsirov,  Natiq 
Məlikov,  Əli  Quliyev,  Habil  Uğurluyev,  Bəxtiyar  İsayev  və  başqaları 
Ağdərə  bölgəsində  gedən  döyüşlərdə  həlak  oldular.  Bu  döyüşlər 
nəticəsində  Tərtər-Kəlbəcər  yolu  açılmış,  rayona  ərzaq  və  silah-sursat 
gətirilməsi asanlaşmışdı.  
Tərtər,  Goranboy  batalyonları  isə  Ağdərə  bölgəsinin  şərqindən 
hücum  edərək  Ağdərə  bölgəsinin  demək  olar  ki,  əksər  ərazilərini 
düşməndən azad etmişdilər. Ağdərədə xeyli itki verən düşmən Rusiyadan 
kömək istəyirdilər. 19 iyul 1992-ci il tarixdə ermənilər rusların biləvasitə 
köməkliyi  ilə  öz  qüvvələrini  toplayaraq  əks-hücuma  keçdilər  və 
Tərtərçayın sol sahilinə keçə bildilər. Həsənriz, Umudlu, Çapar və digər 
kəndlər  yenidən  düşmən  əlinə  keçdi.  Bu  döyüşlər  zamanı  bizim 
briqadanın iki PDM-i vurulmuş, əsgərlərdən 5 nəfər həlak olmuş və PDM 
sürücüsü  Elxan  əsir  düşmüşdü.  Həmin  döyüşlərin  iştirakçısı  olmuş 
kapitan  Balay  Nəsibovun  dediklərindən:  “Ağdərənin  Tərtərçayın  sol 
sahilində yerləşən kəndləri düşməndən azad edilmişdi. Dovşanlı  ətrafına 
doğru geri çəkilən düşmən rusların köməyi ilə qüvvələrini cəmləyib əks 
hücuma  keçməyə  hazırlaşırdı.  Biz  bunu  bilirdik,  lakin  əlavə  qüvvələr 
lazım  idi  ki,  mövqeləri əldə  saxlayaq.  Bunun  üçün bir  neçə  dəfə  yuxarı 
komandanlığa  məlumat  verilmişdi.  19  iyulda  briqadanın  qərərgah  rəisi 
təcili  məni  çağırıb  Həsənriz  kəndinə  göndərdi  ki,  rabitə  əlaqəsi  itib, 
vəziyyəti öyrənməli idim. Xidməti maşınla Həsənrizə yaxınlaşanda kənd 
və onun ətrafı düşmənin top atəşi altında idi. Top atəşi altında olan yolu 
sürətlə keçib kəndə girdik. Qərərgaha çatanda oranın dağıldığını gördüm.  


 
99 
Hədəfi vurmaq üçün sərrastlıq deyil, cəsarət tələb olunur. 
M. J v a n e t s k i 
Kəndin şimal-qərb tərəfindəki mövqelərimizə tərəf yaxınlaşdıq. Orada da 
heç  kim  yox  idi.  Başa  düşdüm  ki,  düşmən  kəndə  hücum  edir.  Vaxt 
itirmək  olmazdı.  Kənddən  çıxmaq  lazım  idi.  Lakin  atılan  minaatan 
mərmiləri  bizə  imkan  vermədi  ki,  maşına  oturaq.  Düşmən  bizi 
mühasirəyə  alırdı.  Atəş  aça-aça  taxıllığa  doğru  çəkildik.  Düşmən  lap 
yaxında  idi.  Taxıllıqda  sürücü  Adil  ilə  yan-yana  uzanmışdıq.  Biz  atəşi 
dayandırıb  taxıllıqla  sürünürdük.  Meşə  bizdən  7-8  yüz  metr  aralıda  idi. 
Məqsədimiz sürünərək meşəyə çatmaq idi. Bir qədər süründükdən sonra 
taxıl  zəmisi  qurtardı.  İsti  və  susuzluq  taqətimizi  kəsmişdi.  Açıqlığa 
çıxmaq  isə  ölüm  demək  idi.  Lakin,  başqa  yolumuz  qalmadığından  biz 
qaçaraq meşəyə çatmağa çalışırdıq. Ermənilərin atdığı güllələr və minalar 
isə bizdən yan keçirdi. Meşədə bir neçə dəqiqə dincimizi aldıq və Çapar 
kəndinə-qərərgaha  doğru  getməyə  başladıq.  Qərərgah  rəisinə  məlumat 
verdim ki, düşmən Həsənrizi götürdü. Qərərga rəisi isə bildirdi ki, mənə 
məlumat verdilər ki, sizi öldürüblər. Biz qərərgahı Ağdabana köçürdük və 
yeni əməliyyat planı hazırlamağa başladıq”. 
1992-ci  ilin  iyun  ayında  Kəlbəcər  bölgəsinin  şərqində  yerləşən 
Narışdar kəndi uğrunda döyüşlər başladı. Ermənilər bir neçə dəfə kəndə 
hücum  etdisə  də  əsgərlərimizin  sayıqlığı  nəticəsində  kəndə  girə 
bilməmişdilər. Düşmənin aramsız hücumlarının qarşısının alınması üçün 
Narışdara  əlavə  qüvvələr  göndərildi.  Bu  dəstələrdən  biri  Kəlbəcər 
Batalyonunun 3-cü bölüyünün Aşağı Ayrım kəndində-Göyçə ilə sərhəddə 
müdafiə  döyüşləri  aparan  bir  tağımı  idi.  Tağım  komandiri  çavuş  Vahib 
Allahverdiyevin dediklərindən: “Yay günləri idi. Axşamüstü bizim tağımı 
Narışdar  kəndinə  gətirilən  kimi  ön  mövqeyi  701-ci  briqadanın 
bölmələrindən  təhvil  götürdük.  Bir  neçə  gün  mövqe  döyüşləri  və 
kəşfiyyat  xarakterli  döyüşlər  apardıq.  Sonra  bizə  Aydoğan  yüksəkliyini 
düşməndən azad etmək tapşırığı verildi. Tağımda qoçaq əsgərlər çox idi: 
Aşağı  Ayrım  kəndindən  Qənimət  Süleymanov,  Natiq  İbrahimov,  Yaşar 
Abdullayev, 
Kəlbəcərdən 
Xəqani 
Hüseynov,  Adil  İsmayılov, 
Çaykənddən  Famil  Atayev,  Cavanşir,  Daşbulaqdan  Zabil,  Allı  kənddən 
Naib,  Qanlıkənddən  Mehdiyev  Nəsimi,  Famil  Oruc  oğlu  və  digər 
əsgərlərə  güvənərək  hücum  əməliyyatını  götür-qoy  etdik.  Əməliyyata 
ixtisasca həkim olan “Spartak” ləqəbli kapitan Kamil Mehdiyev rəhbərlik 
edirdi.  Məhz  bu  əməliyyatı  da  o  hazırlamışdı.  Gecə  saat  5-də  Aydoğan 
yüksəkliyinə hücuma keçdik. Bizim mövqelərimiz olduqca əlverişsiz idi. 
Düşmən  bütün  yüksəkliklərdə  mövqe  tutaraq  irəliləməyimizə  imkan 
vermirdi. Hər tərəfdən üstümüzə avtomat və pulemyot güllələri yağırdı.  


 
100 

Yüklə 10,02 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin