284
Qoy bizim ana və bacılarımız öz övladlarına xalqımızın
qəhrəmanlıq ənənələrini öyrətsinlər. M ü ə l l i f
300 meyidini apardıqlarını, atəşkəs olmasaydı Qarabağdan qaçacaqlarını,
onlarla döyüşən ordunun Türk ordusu olduğunu yəqin etdiklərini bildirdi.
Sonra erməni zabiti döyüş planlarına əsasən bizim cəbhə xəttini
Seysulan-Qazyan
istiqamətində
yarmaq, Dördyol istiqamətində
irəliləyərək Bərdə şəhərinin cənubundan Kür çayına çıxmaq istədiklərini
bizə bildirdi. O sonra bildirdi ki, sizin “dəmiryeyən” olmasaydı biz bu
planı həyata keçirəcəkdik... Biz sözləşdik ki, sabah yenə görüşək...
Gəncədən, Tərtərdən və digər rayon və şəhərlərimizdən gələn
zabit və əsgərlərimiz danışırlar ki, oralarda heç bir müharibə əhval-
ruhiyyəsi duyulmur. Elə bil ki, torpaqlarının 20 faizinə qədəri ermənilər
tərəfindən işğal edilib, yandırılan bu millətin deyil, elə bil bir milyondan
çox azərbaycanlı öz yurdundan, yuvasından qaçqın düşməyib, elə bil on
minlərlə vətən uğrunda həlak olan igid oğlanlar bu millətdən deyil, elə bil
minlərlə oğulu, qızı, gəlini, uşağı, qocası, qarısı erməni əlində min bir
əzab və işgəncəyə, alçaqlıqlara məruz qalan bu millət deyil...
Indi 1-ci tağımın komandiri gizir Əlövsət Həsənov gəldi və ön
mövqedəki vəziyyət barədə məlumat verdi. Oturub çay içirik. Gizir
Əlövsət Beyləqanda anadan olub, Türkmənistanda yaşayırmış. 1993-cü
ilin payızında Azərbaycan Prezidentinin çağırışı ilə Türkmənistandan
gələrək Azərbaycan ordusu sıralarına qoşulub və Fizuli, Ağdam və
Tərtər ərazilərində gedən döyüşlərdə iştirak edib. Bu döyüşlərdə
göstərdiyi igidliklərə görə ona gizir hərbi rütbəsi verilib və tağım
komandiri təyin edilib. Döyüşkən və işgüzar oğlandır. Həm döyüşdə, həm
də nizam-intizamda nümunəvi olmağa çalışır. Döyüşlər zamanı iki yerdən
deşilmiş əsgər dəbilqəsini xatirə kimi saxlayır.
Gecəyarıdır, səssizlikdir. Blindajın qabağında keşik çəkən əsgərin
addımlarının və oxuyan böcəklərin aramsız səslərindən başqa heç bir səs
eşidilmir. Bir azdan durub ön mövqeyi yoxlayacağam. Atəşkəs olmağına
baxmayaraq arxayınlaşmaq olmaz. Düşmən düşməndir... Atalar deyir ki,
düşmən yatmır.
Gizir Əlövsət kitab oxuyur, ləqəbi “Koroğlu” olan 2-cü tağım
komandiri kiçik leytenant Yadigar Ağayev yatıb. Mən isə... Mən isə
indiyədək apardığımız müharibə və döyüşlər barədə yazmaq istəyirəm.
Istəyirəm ki, heç nə unudulmasın, döyüşlər zamanı çəkdiyimiz əzab-
əziyyətləri (əgər onları olduğu kimi yazmaq mümkündürsə) bir daha
xatırlayım və gələcəkdə bu gündəliyi oxuyanlar hər şeyi olduğu kimi dərk
etsinlər.
Dostları ilə paylaş: