HĐSSƏ
(HƏLQƏ)
(KOMMERSĐYA)
ƏMSALI
– malın istehsalçıdan istehlakçıya
keçdiyi yolda həlqələrin orta sayını xarakterizə
edir və malın neçə dəfə alınıb-satıldığını göstərir.
Həlqə
(hissə)
əmsalı
aşağıdakı
düsturla
hesablanır:
E
O
E
O
K
t
u
z
∆
±
∆
±
=
258
burada: O
u
və O
i
uyğun olaraq, ümumi və xalis
mal dövriyyə,
E
∆
- mal ehtiyatlarının artımıdır
(+
E
∆
- artım;
E
∆
- ixtisardır). Mal ehtiyatları
çoxaldıqda onların artımı hissə əmsalının surət və
məxrəcinə əlavə edilir, ixtisarında (azalmasında)
isə əksinə, çıxılır.
HOLDĐNQ
– öz aktivlərinin tərkibində digər
şirkətlərin səhmlərinin nəzarət paketlərinə malik
olan səhmdar şirkətlər və ya korporasiyalardır.
Səhmlərin nəzarət paketi dedikdə, digər şirkətlərin
və korporasiyaların kapitalında iştirak payı başa
düşülür. Bu, onların fəaliyyəti üzərində tam
nəzarətin və səhmdarların və ya bu şirkətlərin
idarəetmə orqanlarının ümumi iclaslarında qəbul
edilən ən vacib qərarların qəbul edilməsi və ya
rədd etmə hüququnun təminatına imkan verir.
Bunun nəticəsində onlar fəaliyyətin vahid
strategiyasını, siyasətini və taktikasını, holdinq
kompaniyasının bütün bölmələrinin maraqlarının
razılaşdırılmasını və nəzərə alınmasını həyata
keçirir və ya fəaliyyətin, uyğun olaraq riskin
diversifikasiya prosesini sürətləndirir.
Holdinqlər iri müəssisələrin tərkibindən hüquqi
sərbəst törəmə müəssisələr kimi bölmələrin
ayrılması; hüquqi sərbəst müəssisələrin səhm
paketlərinin
birləşdirilməsi;
yeni
səhmdar
cəmiyyətlərinin təşkil edilməsi şəklində yaradılır.
Holdinq şirkətlərinin ana firması digər şirkətlərin
səhmlərinin çox da böyük olmayan hissəsinə
malik olmaqla, onların fəaliyyətinə nəzarət edir,
yəni mülkiyyətinə sərəncam verir.
Holdinq
şirkətlərinin
əsas
funksiyaları
aşağıdakılardır:
investisiyalaşdırma,
innovasiyalaşdırma və marketinq.
Holdinq şirkətləri iki yerə bölünür: səhmdar
holdinq şirkətləri və qeyri-səhmdar holdinq
şirkətləri.
HOLDĐNQ MƏNFƏƏTĐ (ZƏRƏRĐ)
–
inflyasiyaya
görə
aktivlərin
qiymətlərinin
dəyişməsi nəticəsində onların sahiblərinin əldə
etdikləri mənfəətdir (zərərdir). MHS-də yenidən
qiymətləndirmə hesabı göstəricisidir. Holdinq
mənfəətinin hesablanması üçün fərdi qiymət
indeksindən istifadə etməklə, orta illik qiymətlə
aktivlərin yenidən qiymətləndirilməsi metodu
tətbiq edilir.
HOMOGEN
(OXŞAR)
ĐSTEHSAL
VAHĐDLƏRĐ
– müşahidə vahidləri deyil,
statistik təhlil vahidləri hesab edilir. O, xərclərin
və
istehsal
prosesinin
yekcinsliyi
üzrə
müəyyənləşdirilən
vahid
iqtisadi
fəaliyyət
növünün həyata keçirilməsi, həmçinin yekcins
məmulatların buraxılması ilə xarakterizə olunur.
Öz növbəsində, məhsullar təsnifatına uyğun
olaraq, sərf olunan (ilkin) və buraxılan məhsullar
öz fiziki xarakteristikalarına, emal səviyyəsinə və
tətbiq olunan istehsal texnologiyalarına görə bir-
birindən fərqlənirlər. Homogen istehsal vahidləri
bir institusional vahidə və ya onun hissəsinə
uyğun ola bilər və əksinə, o heç vaxt iki müxtəlif
institusional vahidə aid ola bilməz.
HOMPERS ƏYRĐSĐ
– S şəkilli əyrilərə aid
olan trend növüdür. Bu əyrinin tənliyi aşağıdakı
şəkildə olur:
1
*
b
t
a
k
y =
a və b parametrləri Hompers əyrisinin formasını
müəyyən edir. Əgər ln a<0-sa, əyri S şəklli
formanı alır. Bununla yanaşı, funksiya k
parametrinin qiymətinə bərabər olan yuxarı
asimptota malik olur.
Əgər ln a>0 olarsa, onda asimptota əyrinin
aşağısından keçir, bununla yanaşı, b<1 üçün
monoton əyri aradan çıxır (azalır), b>1 üçün isə
monoton artır.
Hompers əyrisində ən çox diqqəti cəlb edən ln
a<0 və b<1 olan hallarda, bu növ əyridən
təcrübədə “doyma” ilə müxtəlif proseslərin təsvir
edilməsi üçün istifadə edilir.
Hompers əyrisi tənliyinin loqarifmləşdirilməsi
yolu ilə şəkli dəyişdirilmiş eksponentə keçilir:
ln y
t
= ln
k
+ b
t
* ln a
HOSPĐTALA YERLƏŞDĐRĐLMĐŞ XƏS-
TƏLƏRĐN TƏRKĐBĐ
– stasionarda müalicədə
olan xəstələrin yaş, cins, xəstəlik, bölmə profili
üzrə bölünməsidir. Bu əlamətlər üzrə aşağıdakı
göstəricilər
hesablanır:
hospitalda
yerləşdirilənlərin
strukturu,
müalicənin
orta
uzunluğu, əhalinin ayrı-ayrı qruplarının hospitalda
yerləşdirilmə tezliyi, ölüm hallarının sayı.
HTML (HYPERTEXT MARKUP LAN-
GUAGE)
– brauzerin oxuya biləcəyi hər hansı
sənədi və ya səhifəni yaratmaq üçün xüsusi
hipermətn dilidir. HTML Đnternetin fundamental
baza texnologiyasıdır. HTML veb-səhifənin
növünü və funksiyasını təyin edən diskriptorlar
əsasında yaradılmış dildir. Hipermətn koduna
malik
olan
fayllar
(.htm)
və
(.html)
genişləndirməsi ilə göstərilir.
HÜQUQ
STATĐSTĐKASI
-
hüquqi
pozuntuların və onlar üzərində sosial nəzarət
tədbirlərinin öyrənilməsi sahəsində tətbiq olunan,
hüquq
elminin
ümumi
prinsiplərinə
və
mahiyyətinə
əsaslanan
statistikanın
ümumi
nəzəriyyəsinin əsasları və üsulları sistemidir.
Hüquq statistikasının göstəriciləri ictimai və
dövlət quruluşunun və mülkiyyətin müxtəlif
259
formalarının qorunmasını, ayrı-ayrı fiziki və
hüquqi şəxslərin Konstitusiya ilə verilmiş hüquq
və maraqlarının müdafiə olunmasını əks etdirir.
Hüquq statistikasının əsas məqsədi – Daxili Đşlər
Nazirliyi, Prokurorluq və məhkəmələr tərəfindən
qanun pozuntularının hesaba alınması və qanun
pozuntularına qarşı həyata keçirilən tədbirlərdən
ibarətdir.
Hüquq statistikası cinayət hüququnu, ictimai və
dövlət quruluşunun inzibati – mülki hüquqlarını,
mülkiyyətin bütün formalarında vətəndaşların,
təşkilatların hüquq və maraqlarının mühafizəsini
həyata keçirən bütün dövlət orqanlarının işlərini
nəzərə alır.
Hüquqi
pozuntuların
xüsusiyyətləri
nəzərə
alınmaqla,
hüquq
statistikası
aşağıdakılara
bölünür:
a) cinayət-hüquq statistikası;
b) mülki-hüquq statistikası;
c) inzibati-hüquq statistikası.
HÜQUQ SUBYEKTĐ
– 1) qanuna görə,
birbaşa özü və ya nümayəndəsi vasitəsi ilə hüquqi
qayda və vəzifələrə malik olan və onları həyata
keçirən şəxsdir (fiziki və ya hüquqi). Hüquq
subyekti – hüquq sahəsinin bütün sahələrində
hüquqi
münasibətlərin
vacib
elementidir,
baxmayaraq ki, o, bu sahələrin hər birində
müəyyən spesifik xüsusiyyətə malikdir; 2) dövlət
tərəfindən mühafizə olunan subyektiv hüquqlara
və hüquqi vəzifələrə malik olan vətəndaşlar və
təşkilatlardır. Hüquq subyektləri hüquq və
fəaliyyət qabiliyyətlərinə malik olmalıdırlar.
Hüquq subyektlərinə vətəndaşlar (fiziki şəxslər),
dövlət, dövlət orqanları, ictimai birliklər və siyasi
partiyalar daxildir. Azərbaycan Respublikasında
“Vətəndaşlar” kateqoriyasına ölkə vətəndaşları,
Azərbaycan
Respublikasında
olan
əcnəbilər
(onlara verilmiş hüquq qabiliyyəti həddində),
həmçinin vətəndaşlığı olmayan şəxslər daxildir.
Azərbaycan dövləti hüququn xüsusi subyektidir.
O, hüququn subyekti kimi, konstitusiya hüquq
münasibətləri sahəsində çıxış edir.
HÜQUQĐ AD
- təsisçiləri tərəfindən hüquqi
subyektə verilən və qanuna müvafiq olaraq dövlət
qeydiyyatına alınmış addır. Bu ad səhmdarlar və
ya tərəfdaşlar tərəfindən dəyişdirilə bilər.
HÜQUQĐ ƏHALĐ (YAZILMIŞ ƏHALĐ,
SĐYAHI ƏHALĐSĐ)
- hər hansı qeydiyyatla,
məsələn, qeyd etmə ilə, verilmiş yaşayış
məntəqəsi ilə bağlı adamların məcmusunu
birləşdirən
əhalinin
əsas
kateqoriyalarından
biridir. Hüquqi əhali nə daimi əhaliyə, nə də
mövcud əhaliyə bərabər (eyni) deyil. Belə ki, bu
iki kateqoriya adamların inzibati rəsmiləşdirilməsi
əsasında deyil, onların yaşına xarakterik olaraq
bir-birindən fərqləndirilir. Hazırkı vaxtda hüquqi
əhali çox vaxt statistika müşahidələrinin obyekti
olur. Belə ki, bir qayda olaraq, faktiki əhali ilə
uyğun gəlmirlər.
HÜQUQĐ STATUS
– (I) - AĐ-nin əksər üzv
ölkələrində aşağıdakı hüquqi status formalarına
rast gəlmək olar:
- tək (vahid) sahib olma: müəssisəyə yalnız bir
fiziki şəxs sahiblik edir.
- yoldaşlıq: kollektiv ad altında sahibkarlıq
fəaliyyətini
həyata
keçirən
şəxslərin
assosiasiyasıdır. O, adətən məhdud məsuliyyətlə
yoldaşlıq formasını qəbul edir.
-
məhdud
məsuliyyətli
şirkət:
məhdud
məsuliyyətlə
səhmdar
kapitalı
ilə
şirkətə,
yoldaşlığa və məhdud məsuliyyətlə özəl şirkətə
daxil olan müəssisədir. Avropa səviyyəsində bu
kimi şirkətlər üçün hesabların nəşrinin ümumi
qaydaları Şuranın 4-cü direktivində göstərilmişdir.
-
korporativ
cəmiyyət:
belə
təşkilatların
mövcudluğu hər bir ölkənin qanunvericiliyi ilə
şərtlənir və müəyyən hüquqi statusa malik olur.
Onlar ümumi prinsiplər üzrə fəaliyyət göstərir:
məsələn, onlara öz xidmətlərini cəmiyyətin
üzvlərinə təqdim etmək, fəaliyyətlərinə mütənasib
olaraq, onlar arasında gəlirləri bölüşdürmək
hüququ verilir.
- digər hüquqi formalı müəssisələr: bu qrupa
milliləşdirilmiş müəssisələr, dövlət müəssisələri,
həmçinin dövlət və yerli icra orqanlarının
inhisarında olan müəssisələr daxildir.
(II) - qanuni tanınmış hüquq və vəzifələrin
toplusudur: mülkiyyət hüququdur. O, fiziki şəxsə
xüsusi mülkiyyətə malik olmağa aşağıdakı
imkanları verir:
- öz adından müxtəlif fəaliyyət növlərini həyata
keçirmək və şəxsi bizneslə məşğul olmaq hüququ;
- digər şəxslərlə müqavilələr bağlamaq hüququ;
- məhkəmədə iddiaçı və cavabdeh kimi iştirak
etmək hüququ. Bu, öz maraqlarını qorumaq
deməkdir.
Hüquqi status istehsal hüquqları ilə də müəyyən
edilir: öz əmlakı və pul vəsaitinə malik olmaq və
onları idarə etmək hüququna malik olmaq.
Bütün ölkələrdə hüquqi statusu təşkil edən hüquq,
qanuna müvafiq olaraq, fiziki şəxslər üçün qəbul
edilir, hüquqi şəxslər üçün isə onlar müəyyən
edilmiş rəsmiyyətlər yerinə yetirildikdən sonra
qəbul edilir.
HÜQUQĐ ŞƏXS (VƏ YA HÜQUQĐ
SUBYEKT)
– (I) – qanunla müəyyənləşdirilən
qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi
yaradılmış elə bir qurumdur ki, mülkiyyətində
ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu
260
əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi
qeyri-əmlak hüquqları əldə etmək və həyata
keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı
və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi
şəxsin müstəqil balansı olmalıdır.
Hüquqi şəxslər bir fiziki və ya hüquqi şəxs
tərəfindən, yaxud fiziki və hüquqi şəxslərin
toplusu tərəfindən yaradıla bilər, üzvlüyə əsaslana
bilər, üzvlərin olmasından asılı ola və ya asılı
olmaya bilər, sahibkarlıq fəaliyyəti ilə məşğul ola
və ya məşğul olmaya bilər.
Hüquqi şəxs 4 xarakterik əlamətə malikdir:
- müstəqil balansın (kommersiya təşkilatında),
yaxud müstəqil smetaların (qeyri-kommersiya
təşkilatında) mövcudluğu. Hüquqi şəxsin əmlakı
mülkiyyət hüququ ilə və ya digər məhdud əşya
hüququ ilə (təsərrüfat və ya əməli idarə etmə) ona
aid olmalıdır;
- müstəqil əmlak cavabdehliyi. Hüquqi şəxs öz
öhdəlikləri üzrə xüsusiləşmiş əmlakı ilə (yalnız
mülkiyyətçisi tərəfindən maliyyələşdirilən istisna
təşkil edir) cavab verir;
- öz adından mülki dövriyyəyə müstəqil daxil
olma. Hüquqi şəxs öz adından mülki-hüquqi
müqavilələri (alış-veriş, mal göndərmə, daşıma,
borc, icarə, podrat və digər) bağlamaq, yaxud
digər üsullarla hüquqlar əldə etmək və ya
cavabdehlik daşımaq hüququna malikdir;
- təşkilatı vahidlik. Hüquqi şəxslər, onun
təsisçilərinin sənədlərində möhkəmləndirilmiş
müvafiq sabit quruluşa malikdir.
Hüquqi şəxslər iki əsas meyar üzrə təsnifləşdirilir:
fəaliyyətin məqsədi; təsisçilərin hüquqi şəxsin
əmlakına hüququnun növlərinə görə.
Fəaliyyətin məqsədindən asılı olaraq, bütün
hüquqi şəxslər iki kateqoriyadan birinə aid
olurlar: öz fəaliyyətlərində əsas məqsəd mənfəət
əldə
etmək
olan
kommersiya
təşkilatları
(təsərrüfatçılıq yoldaşlıqları və cəmiyyətləri,
istehsal kooperativləri, dövlət və bələdiyyə
müəssisələri) və əsas məqsədi mənfəət əldə etmək
olmayan və əldə olunmuş mənfəətin iştirakçılar
arasında bölüşdürülməsi nəzərdə tutulmayan
qeyri-kommersiya
təşkilatları
(müəssisənin
mülkiyyətçisi
tərəfindən
maliyyələşdirilən
istehlak kooperativləri, ictimai birliklər, dini
təşkilatlar,
xeyriyyəçilik
və
digər
fondlar,
assosiasiyalar).
Təsisçilərin
hansı
hüquqları
özlərində
saxlanmasından asılı olaraq, hüquqi şəxsləri üç
qrupa bölmək olar:
- təsisçilərin məcburi hüquqlara malik olduqları,
lakin əmlak hüququna malik olmayan hüquqi
şəxslər (təsərrüfatçılıq yoldaşlıqları və birlikləri,
istehsal və istehlak kooperativləri);
- əmlaka təsisçilərin öz mülkiyyət hüquqlarını
saxladıqları
hüquqi
şəxslər
(dövlət
və
bələdiyyələrin unitar müəssisələri, o cümlədən
törəmə
müəssisələr,
həmçinin
müəssisənin
mülkiyyətçiləri tərəfindən maliyyələşdirilən);
- təsisçilərinin onlara münasibətdə əmlaka heç bir
hüquqa malik olmadığı hüquqi şəxslər (ictimai və
dini təşkilatlar (birliklər), xeyriyyəçilik və digər
fondlar, hüquqi şəxslərin birlikləri - assosiasiyalar
və ittifaqlar).
Hüquqi şəxslər onun təşkilati hüquqi forması və
yerləşdiyi yeri göstəricilərini əks etdirən adla
malik olurlar. Hüquqi şəxsin adı və yerləşdiyi yer
onun təsis sənədlərində göstərilir.
(II) - bir çox ölkələrin qanunvericiliyində istifadə
edilən “hüquqi subyekt” və ya “hüquqi şəxs”
(“fiziki şəxs” termininin əksi kimi) termini
ölkələrin konstitusiya və qanunlarına və hüquqi
status üçün xarakterik olan xüsusi hüquq və
vəzifələrə uyğun olaraq, tam hüquqi normalar
kompleksinə cavab verir.
HÜQUQĐ ŞƏXSĐN DÖVLƏT QEYDĐY-
YATI
– dövlət reyestrinə (rəsmi siyahı) yeni
yaradılmış,
yaxud
yenidən
təşkil
edilmiş
təşkilatların daxil edilməsi, onlara müvafiq icra
hakimiyyəti
orqanı
tərəfindən
təsərrüfat
subyektinin
dövlət
qeydiyyatı
haqqında
şəhadətnamənin verilməsidir. Bu cür qeydiyyat
vasitəsilə onların hüquqi statusu müəyyənləşdirilir
və maliyyə orqanlarında (vergi, sosial-müdafiə)
qeydiyyatı üçün əsas sayılır.
HÜQUQĐ
ŞƏXSLƏRĐN,
ONLARIN
XÜSUSĐLƏŞDĐRĐLMĐŞ
BÖLMƏLƏRĐ-
NĐN VƏ SAHĐBKARLARIN DÖVLƏT
STATĐSTĐK REGĐSTRĐ
- hüquqi şəxslər,
onların xüsusiləşdirilmiş bölmələri və sahibkarlar
haqqında, onların illik mühasibat hesabatları və
dövlət statistika sisteminin bütün səviyyələrində
vahid metodoloji, texnoloji-proqram və texniki
qərarların istifadəsi ilə statistik müşahidələr
nəticəsində əldə edilmiş digər göstəricilər də
nəzərə alınmaqla, məlumatların toplanmasını,
işlənməsini,
saxlanmasını,
axtarışını
və
yayılmasını təmin edən informasiya sistemidir.
Hüquqi
şəxslərin,
onların
xüsusiləşdirilmiş
bölmələrinin və fərdi sahibkarların dövlət statistik
registri
hal-hazırda
Azərbaycanda
fəaliyyət
göstərən, bütün mülkiyyət və təsərrüfatçılıq
növlərindən olan müəssisə və təşkilatları özündə
cəmləşdirən Statistik vahidlərin Dövlət registrinin
(SVDR) inkişaf etdirilmiş forması hesab edilir.
HÜQUQĐ ÜNVAN
– hüquqi şəxsin rəsmi qeyd
olunmuş, reyestrə daxil edilmiş, qeydiyyat zamanı
yazılmış ünvanıdır.
261
HÜQUQĐ VAHĐD
– hüquqi status verilmiş
vahiddir. Hüquqi vahid statistik vahid kimi
təsnifləşdirilmir. Hüquqi vahid fiziki və ya hüquqi
şəxs ola bilər. Aşağıdakılar hüquqi vahid hesab
edilirlər:
- şəxslərdən və ya onların malik olduqları və ya
üzvü olduqları idarələrdən və ya ayrı-ayrı fərdi
şəxslərin
və
ya
müəssisələrin
mülkiyyəti
çərçivəsində həyata keçirilməsindən və ya onlar
bu
müəssisənin
işçiləri
hesab
edilib-
edilməməsindən asılı olmayaraq, mövcudluğu
qanunla tanınmış hüquqi şəxslər;
- müstəqil surətdə iqtisadi fəaliyyət həyata keçirən
fiziki şəxslər.
Hüquqi vahidlər təklikdə, bəzən isə digər hüquqi
vahidlərlə
birlikdə
statistik
vahid
olan
“müəssisə”nin hüquqi əsası hesab edilir.
262
-X-
X12-arima .................................................. 262
“Xalis” ........................................................ 264
Xalis aktivlərin dəyəri ................................ 264
Xalis daxili məhsul..................................... 264
Xalis dövriyyə ............................................ 264
Xalis əlavə dəyər ........................................ 264
Xalis investisiyalar ..................................... 264
Xalis kredit vermə və ya borc alma ........... 264
Xalis milli gəlir .......................................... 264
Xalis registr tutumu .................................... 264
Xalis səhvlər və buraxılışlar ....................... 264
Xalq ............................................................ 264
Xalq təsərrüfati balansı .............................. 264
Xammal ...................................................... 265
Xammal vahidindən alınan məhsul ............ 265
Xammal və materiallar ............................... 265
Xammal, material və digər əmək əşyalarının
ehtiyatlarının dəyişməsi ............................. 265
Xammal, material, digər əmək əşyaları və
xidmətlərin alınması ................................... 265
Xarici bazarda ixracın payı ........................ 266
Xarici bazarda topdansatış ticarəti ............. 266
Xarici əmtəələr ........................................... 266
Xarici gömrük sərhədində nəqliyyat növü . 266
Xarici iqtisadi əlaqələr ............................... 266
Xarici iqtisadi əlaqə statistikası.................. 266
Xarici iqtisadi fəaliyyətdə xidmətlər .......... 266
Xarici investisiyalar ................................... 266
Xarici investorlar........................................ 266
Xarici kredit ............................................... 266
Xarici miqrasiya ......................................... 266
Xarici mülkiyyət ........................................ 266
Xarici portfel investisiyaları ....................... 266
Xarici ticarət ............................................... 267
Xarici ticarət balansı .................................. 267
Xarici ticarət qiyməti ................................. 267
Xarici ticarət müqaviləsi ............................ 267
Xarici ticarət üzrə gömrük statistikasının
metodologiyası ........................................... 267
Xarici ticarətdə orta qiymət indeksi ........... 267
Xarici ticarətin fiziki həcm indeksi ............ 267
Xarici ticarətin qiymət indeksləri ............... 267
Xarici ticarətin ölçü vahidi təsnifatı ........... 268
Xarici ticarətin uçot sistemi ....................... 268
Xarici turizm statistikası ............................ 268
Xarici valyuta ............................................. 268
Xarici yaddaş.............................................. 268
Xedjer ......................................................... 268
Xedjerləşdirmə ........................................... 268
Xərclər ........................................................ 268
Xərclər mərkəzi .......................................... 269
Xərclər üzrə ümumi daxili məhsul ............ 269
“Xərclər-buraxılış” cədvəlləri .................... 269
“Xərclər-buraxılış” modeli ........................ 269
Xərclərin inflyasiyası ................................. 269
Xərclərin və gəlirlərin tənzimlənməsi və
bölüşdürülməsi hesabları ........................... 270
Xəstəxana çarpayıları ................................. 270
Xəstəxana müəssisələri .............................. 270
Xəstələnmə ................................................ 270
Xəstələnmə cədvəlləri ................................ 270
Xəstələnmə səviyyəsi ................................. 270
Xəstəlik statistikası .................................... 270
Xəstəlik, zədə və ölümün səbəbləri
təsnifatı ...................................................... 271
Xəstəliklərin beynəlxalq təsnifatı .............. 271
Xəstənin stasionarda qalma müddətinin orta
uzunluğu .................................................... 271
Xətali seçmə ............................................... 271
Xətti istehsal funksiyası ............................. 272
Xətti trend .................................................. 272
Xəzinə istiqraz kağızı ................................ 272
Xidmət ....................................................... 272
Xidmət sahələrinin fəaliyyətinin nəticələri 272
Xidmət sahəsi ............................................. 272
Xidmət sahəsində ümumi əlavə dəyər ....... 272
Xidmət sahəsinin infrastrukturu ................ 273
Xidmət sahəsinin mənfəəti ........................ 273
Xidmət sahəsinin sosial-iqtisadi potensialı 273
Xidmət səviyyəsi ....................................... 273
Xidmət statistikası ..................................... 273
Xidmət tarifləri .......................................... 273
Xidmətin göstərilməsinə görə fəaliyyətdən
dövriyyə ..................................................... 273
Xidmətin satışından mədaxilin həcmi ....... 273
Xidmətlər ................................................... 273
Xidmətlərə tələbat ...................................... 274
Xidmətlərin kollektiv istehlakı .................. 274
Xidmətlərin son istehlakı ........................... 274
XML - extensible markup language .......... 274
Xüsusi (şəxsi) kapital ................................. 274
Xüsusi avtokorrelyasiya funksiyası ........... 274
Xüsusi borcalma hüquqları ........................ 275
Xüsusi fondlardan sosial sığortalar üzrə
müavinətlər ................................................ 275
Xüsusi gömrük statistikası ......................... 275
Xüsusi iqtisadi zona (xiz) .......................... 275
Xüsusi korrelyasiya əmsalı ........................ 275
Xüsusi mülkiyyət ....................................... 275
Xüsusi təşkil edilmiş müşahidə ................. 275
Xüsusi təyinatlı avadanlıqlar ..................... 276
263
Xüsusi təyinatlı mənzil fondunun yaşayış
sahələri ....................................................... 276
Xüsusi təyinatlı minik avtomobilləri .......... 276
Xüsusi ticarət.............................................. 276
264
1>0>1> Dostları ilə paylaş: |