A. M. Vəliyev Elmi redaktorlar: R. A. Səlimov, S. A. Sadıqova, T.Ə. Paşayev



Yüklə 17,41 Mb.
Pdf görüntüsü
səhifə63/182
tarix21.04.2017
ölçüsü17,41 Mb.
#14975
1   ...   59   60   61   62   63   64   65   66   ...   182

HAZIR  MƏHSUL

  –  istehsalı  başa  çatdırılmış, 

tam dəyişdirilmiş və qüvvədəki standartlara uyğun 

olan, anbara təhvil verilmiş və təhvil sənədləri ilə 

rəsmiləşdirilmiş  və  satışa,  yaxud  sifarişçiyə 

göndərmək,  istehsalçı  müəssisədən  aparılmaq 

üçün hazır olmuş məhsuldur.  

 

HAZIR 



MƏMULATLAR

 

– 

tam 


komplektləşdirilmiş,  hazırlığını  və  standartlara 

uyğunluğunu 

təsdiq 

edən 


sənədlərlə 

rəsmiləşdirilmiş,  müəssisə  tərəfindən  istehsalı 

qurtarmış 

məmulatlardır. 

Əgər 

müqavilədə 



məhsulun  istehlakçıya  bilavasitə  təhvil  verilməsi 

nəzərdə  tutulmuşsa,  bu  zaman  hazır  məmulat 

sifarişçinin nümayəndəsi tərəfindən qəbul edilmiş 

və  “Qəbul  aktı”  ilə  rəsmiləşdirilmiş  məmulat 

hesab edilir. 

 

HAZIR  SƏNƏDLƏR  BANKI

  –  cədvəllər, 

qrafiklər,  təhlili  və  metodiki  materiallar  şəklində 

olan  hazır  statistik  materialların  saxlanması  və 

yayılması üçün nəzərdə tutulmuşdur. 

 

HERFĐNDAL-QRĐŞMAN ĐNDEKSĐ (H1

) – 

statistika 

təcrübəsində 

tətbiq 


olunan 

təmərküzləşmə dərəcəsinin göstəricisidir. Sahənin  

məhsulunun  ümumi  həcmində  hər  5-10  ən  iri 

təsərrüfat    subyektlərindən  hər  birinin  payının 

kvadratının  cəmi  kimi  müəyyənləşdirilir.  H1 

kəmiyyəti  0-dan  (tam  qeyri-təmərküzləşmə) 

10000-dək 

(mütləq 


inhisar) 

dəyişir. 

H1 

hesablanarkən  təsərrüfat    subyektlərinin  payı 



faizlə  ifadə  edilir.  Təmərküzləşmə  əmsalından 

bazarın  inhisarlaşma  səviyyəsini  tənzimləmək 

üçün istifadə edilir.  

 

HESAB

  –  1)  bankın  mühasibat  balansının 

registridir,  onun  köməyi  ilə  iqtisadi  tərkiblərinə 

görə  bankın  müxtəlif  fəaliyyət  istiqamətləri 

qruplaşdırılır  və  əks  etdirilir.  Detallaşdırma 

dərəcəsi  üzrə  hesablar  birinci  və  ikinci  dərəcəli 

balans  hesablarına  bölünür.  Đqtisadi  əlamətinə  və 

ya nəzərə alınan əməliyyatların xüsusiliyinə görə, 

birləşdirilmiş 

göstəricilər 

birinci 

dərəcəli 

hesablarda 

əks 


etdirilirlər. 

Đkinci 


dərəcəli 

hesablarda  isə  pul  vəsaitlərinin  növünə  və 

təyinatına,  sahə  əlaməti  və  hesab  sahiblərinin 

tabeçiliyinə, 

hesab-pul 

əməliyyatlarının 

xarakterinə görə detallaşdırılırlar.

 

Birinci və ikinci 



dərəcəli  hesablar  üzrə  sintetik  uçotu  aparılır. 

Analitik  uçot  ikinci  dərəcəli  hesablarda  aparılır. 

Hesabı  balans  hesabına  və  qeyri-balans  hesabına 

bölürlər.  Balans  hesabları  qarşılıqlı  əlaqəlidirlər, 

öz  aralarında  uyğun  gəlirlər,  onlar  üzrə  uçot  ikili 

yazı  ilə  aparılır.

 

Qeyri-balans  hesablarında 

müvafiq hesabların mədaxil və məxarici üzrə sadə 

yazı  üsulu  ilə  müxtəlif  qiymətlilər  və  sənədlər 

uçota  alınır.  Hesablar  aktiv,  passiv    və  aktiv-

passiv  hesablara

 

ayrılır.  Passiv  hesablardan 



bankın şəxsi və cəlb edilmiş ehtiyatlarının, onların 

yaranma və təyinat mənbələrinə  görə  uçotu  üçün 

istifadə  olunur.  Aktiv  hesablardan  şəxsi  və  cəlb 

edilmiş  vəsaitlərin  yerləşdirilməsi  üçün  istifadə 

olunur.  Hesabların  müəyyən  hissəsi  qarışıq 

xarakterə  malik  olurlar  və  buna  görə  də,  onları 



aktiv-passiv hesablar adlandırırlar; 

2)  bankda  yığılan  və  lazım  olduqda  istifadə 

olunan  sərbəst  vəsaitlərin  əmanətçilərinin  (fiziki 

və  ya  hüquqi  şəxslərin)  registridir.  Hesab  cari, 



əmanət,  çek,  depozit    hesabı  ola  bilər.  Bank  və 

müştəri  arasındakı    sövdələşməyə  görə,  hesab 



təcili  və  tələb  olunanadək  ola  bilər,  yəni  ondan 

müəyyən  vaxt  keçdikdən  sonra  və  ya  daima 

istifadə etmək olar.  

 

HESABAT  FORMASI

  –  statistik  hesabat 

qaydasında 

müəssisələrdən 

(təşkilatlardan, 

idarələrdən)  və  fərdi  sahibkarlardan  ilkin  statistik 

məlumatların  yığılması  üçün  nəzərdə  tutulmuş 

statistik formulyardır. 

 

HESABAT  VAHĐDĐ

  –  (I)  -  müayinənin 

təşkilatçılarına  hesabatlar  təqdim  edən  vahiddir. 

O,  müşahidə  olunan  vahid  üzrə  məlumat  təqdim 

edir.  Müəyyən  hallarda  hesabat  vahidi  müşahidə 

olunan vahid ola bilər.  

(II)  –  sorğu  vərəqəsi  göndərilən  vahiddir, 

respondentdir. 



 

HESABAT,  STATĐSTĐKA  HESABATI

  – 

qanunvericiliyə uyğun qaydada müəyyən olunmuş 

şəkildə,  məlumatların  etibarlılığına  və  təqdim 

olunmasına  cavabdeh  olan  şəxslərin  imzası  ilə, 

müvafiq  orqanlar  tərəfindən  müəssisələrdən 

(təşkilat  və  idarələrdən),  fiziki  şəxslərdən  alınan 

rəsmi  statistika  müşahidəsi  formasıdır.  Təqdim 

edilmə  üsuluna  görə,  hesabatlar  poçt  və  təcili 

(teleqraf, elektron poçt və s.) olmaqla fərqlənirlər. 

Dövriliyinə  görə  hesabatlar  dövri  və  birdəfəlik 

hesabatlara  bölünürlər.  Dövri  hesabatlar  cari  və 

illik hesabatlara bölünürlər. 

 

HESAB-FAKTURA

  –  1)  əmtəələrin  faktiki 

tədarükünü  və  xidmətin  göstərilməsini,  onların 

dəyərlərini  təsdiq  edən  sənəddir.

 

Əmtəənin  son 



qəbulundan  sonra  satıcı  (tədarükçü,  podratçı) 

tərəfindən 

sonda 

alıcının 



(istehlakçının, 

sifarişçinin) 

adına 

yazılır. 



Hesab-fakturada 

 

245 


tədarük  edilən  məhsulun  və  (və  ya)  göstərilən 

xidmətlərin  tam  təsviri  və  qiyməti,  yüklənmə 

sənədinin  nömrəsi,  hesab  məbləği  və  digər 

rekvizitlər  olur  və  əmtəə  ilə  göndərilən  qaimə, 

xüsusi  blankın  tərtibi  zamanı  isə  əmtəənin 

mənşəyi haqqında sertifikat ola bilir. 

2)  daxili  gömrük  tranziti  üsulunun  həyata 

keçirilməsi  üçün  vacib  olan  sənəddir;  milli  və  ya 

ingilis  dillərində  tərtib  edilir  və  gömrük  nəzarəti 

üçün  vacib  olan  məlumatlara  malik  olur  (tərtib 

olunma  tarixi,  idxalçı  və  ixracatçının  adı  və  poçt 

ünvanı,  müqavilənin  nömrəsi  və  tarixi,  tədarük 

şəraiti,  əmtəənin  adı  və  əmtəə  nomenklaturası 

(ƏN) üzrə kodu, yük yerlərinin növü və keyfiyyəti 

və  onların  markalanması  haqqında  məlumatlar, 

brutto çəkisi, əmtəənin ölkənin Mərkəzi Bankı ilə 

təyin  edilmiş  valyutada  dəyəri,  ixracatçının 

möhürü).  



 

HESABĐ  ORTA

  –  MX  riyazi  gözləniləninin 

empirik  (seçmə)  oxşarıdır.  Əgər  x

1

,  x


2

,  ...,  x

n, 



kəmiyyətinin 



faktiki 

müşahidə 

edilmiş 

qiymətidirsə,  onda 

.

Const

=

  (sabit)  olur,  əgər 

x

1

,  x



2

,  ...,  x



təsadüfi  kəmiyyət  kimi  şərh  edilərsə, 

kəmiyyətin  mümkün  qiyməti  X  olar,  onda 



x

  - 


təsadüfi kəmiyyətdir. 

 

HESABLAMA (KLĐRĐNQ) PALATASI

 –  


fyuçers  müqavilələrinin  ticarətində  klirinq  və 

hesablamaları 

təmin 

edən 


təşkilatdır. 

Sövdələşmələrin  yerinə  yetirilməsində  təminatçı 

kimi  çıxış  edir,  fyuçers  müqavilələrinin  yerinə 

yetirilməsini  təşkil  edir.  Bir  hesablama  (kliring) 

palatası  bir  sıra  birjalara  xidmət  göstərə  bilər;  2) 

dövlətdə  ali  maliyyə  (maliyyə-iqtisadi)  nəzarəti 

üzrə  kollegial  orqanın  dünyada  geniş  yayılmış 

adıdır. 


ABŞ-da 

Baş 


Hesablama 

Đdarəsi, 

Braziliyada,  Əlcəzairdə,  Fransada  və  Rumıniyada 

Hesablama 

Məhkəməsi 

adlanır. 

Hesablama  

Palatasının  hüquqi  vəziyyəti  və  səlahiyyət  dairəsi 

müxtəlifdir.  Dövlətlərin  əksəriyyətində  onlar 

parlamentin  köməkçi  orqanı  kimi  çıxış  etməklə, 

onun  büdcə  üzrə  nəzarət  funksiyasının  icrasını 

təmin edirlər. 

Azərbaycan  Respublikasında  Hesablama  Palatası 

Azərbaycan  Respublikasının  Milli  Məclisinə 

hesabat  verən,  daimi  fəaliyyət  göstərən  dövlət 

büdcə 


nəzarəti 

orqanıdır. 

Azərbaycan 

Respublikası  Konstitusiyasının  92-ci  maddəsinə 

əsasən, Milli Məclis tərəfindən yaradılır. 

 

HESABLAMA  XƏRCLƏRĐ

  -  heç  bir  ödəmə 

nəzərdə  tutulmayan  amortizasiya  ayırmaları  və 

uçot ehtiyatlarıdır. 

 

HESABLAMA  MAŞINLARININ  PROQ-

RAMI

  –  elementar  əməliyyatların  terminlərində 

yazılmış,  məsələlərin  həlli alqoritminin  təsviridir. 

Hesablama  maşınlarının  proqramı  EHM-in  qəbul 

etdiyi  formada  məsələnin  həlli  alqoritmini  verir. 

Alqoritmlərin  maşında  reallaşdırılması  üçün 

onların  yazılma  vasitəsi  proqramlaşdırma  dili 



hesab  edilir.  Hesablama  maşınlarının  proqramı 

özündə  proqramlaşdırmanın  konkret  dilində 

əməliyyatların 

ardıcıllığını 

əks 

etdirir. 



Proqramlaşdırmanın  hər  hansı  bir  dildə  verilmiş 

hesablama  maşınlarının  proqramının  maşın  dilinə 

çevrilməsi  translyatorun  köməyi  ilə  həyata 

keçirilir. 



 

HESABLAMA  MƏRKƏZĐ  (HM)

  –  böyük 

əmək 

tələb 


edən 

hesablama 

işlərinin 

avtomatlaşdırılmasına  imkan  verən  EHM  ilə 

məlumatların  hazırlanması,  ötürülməsi  və  digər 

hesablama  texnikası  vasitələri  ilə    təchiz  edilmiş  

müəssisədir.  Đdarəetmə,  elmi-texniki,  iqtisadi, 

statistik  və  digər  geniş  əhatəli  məsələlərin  həlli 

üçün nəzərdə tutulmuşdur. Hesablama Mərkəzinin 

təşkilati  strukturu  onun  təyinatı,  yerinə  yetirəcəyi 

funksiyalar, 

işlənəcək 

məlumatların 

həcmi, 

məlumatların  ötürülmə  vasitələri,  hesablama  və 



təşkilati texnikası ilə müəyyən edilir. 

 

HESABLAMA  PROSESĐ

  –  konkret  ilkin 

məlumatlar  əsasında  nəticənin  alınması  məqsədi 

ilə  hesablama  alqoritminin  yerinə  yetirilməsidir. 

Hesablama  prosesinin  xətti,  budaqlı  və  dövri 

növləri  fərqləndirilir.  Xətti  hesablama  prosesində 

sərbəst  mərhələlər  onların  yazılışının  xətti 

ardıcıllığı  ilə  yerinə  yetirilir.  Budaqlı  hesablama 

prosesində 

ilkin 


şərtlərdən 

və 


ya 

aralıq 


nəticələrdən  asılı  olaraq,  hesablama  prosesinin 

istiqaməti  əvvəlcədən  nəzərə  alınmış  mümkün 

istiqamətlərdən birinə yönəldilir. Dövri hesablama 

prosesi,  özlüyündə,  hesablamanın  çox  sayda 

təkrarlanması deməkdir.   

 

HESABLAMA 

SAHƏSĐ

 

– 



əhalinin 

siyahıyaalınması 

(müşahidəsi) 

zamanı 


siyahıyaalma 

sayıcısının 

sakinlər 

haqqında 

məlumat 

topladığı 

ərazidir; 

siyahıyaalma 

sahəsinin  növü,  siyahıyaalma  rayonlaşdırmanın 

ilkin  ünsürlərindən  biridir.  Hesablama  sahəsi 

siyahıyaalma 

heyətinə 

düşən 

yükün 


orta 

normalarına müvafiq yaradılır. 



 

HESABLAMA  SĐSTEMĐ

  –  1)  EHM-in 

ümumi 

səmərəliliyinin 



yüksəldilməsi 

üçün 


istifadə  olunan  hesablama  və  proqram  vəsaitləri 

kompleksidir. 

Çoxprosessorlu 

hesablama 

sistemləri  bir  neçə  prosessordan  ibarətdir  və 

onların  hər  biri  ümumi  əməliyyatlar  sisteminin 



 

246 


 

idarəsi  altında  işləyir,  operativ  yaddaşın  və  xarici 

qurğuların ümumi sahəsinə daxil olmaq imkanına 

malikdir.  Đstifadəçinin  proqramı  ardıcıl  olaraq  bir 

prosessorda  və  ya  paralel  olaraq  bir  neçə 

prosessorda  yerinə  yetirilə  bilər.  Çoxmaşınlı 

hesablama 

sistemləri 

xüsusi 

vasitələrlə 



birləşdirilən iki və ya daha çox seriyalı  EHM-dən 

ibarət  olur.  Çox  prosessorludan  fərqli  olaraq, 

onlar  ümumi  operativ  yaddaş  sahəsinə  malik 

olmurlar;  2)  rəqəmlərin  (işarələrin)  qeyd  edilmə 

(yazılma)  üsullarının  məcmusudur.  Rəqəmlər 

mövqelərdən ibarətdir. Əgər işarənin mənası onun 

mövqeyindən  asılı  deyilsə,  belə  sistem  mövqesiz 

(roma)  adlandırılır;  əgər  asılıdırsa  –  mövqeli 

hesablama sistemidir (məsələn, ikili sistem).  

 

HESABLAMA  ŞƏBƏKƏSĐ  (EHM  ŞƏBƏ-

KƏSĐ)

  –  hesablama  mərkəzinin  rabitə  kanalları 

ilə  birləşdirilmiş,  bir-birindən  uzaqda  yerləşən 

məntəqələrin məcmusudur. Hər bir belə mərkəzin  

EHM-in  baş  mərkəzinə  çıxışı  vardır;  hesablama,  

proqram  və  məlumat  vasitələri  birlikdə  istifadə 

olunur. Hesablama şəbəkəsinin tərkibinə EHM və 

ya 


hesablama 

sistemləri, 

rabitə 

kanalları, 



məlumatları 

ötürmə 


aparatları, 

terminallar, 

unifikasiya  edilmiş  (vahid  şəklə  salınmış) 

interfeyslər daxildir. Hesablama şəbəkəsinin idarə 

edilməsi əməliyyatlar sistemi  ilə  həyata keçirilir. 



 

HESABLAMA  TEXNĐKASI

  –  məlumatların 

işlənməsinin  avtomatlaşdırılması  üçün  nəzərdə 

tutulmuş 

texniki 

vəsaitlərin 

məcmusudur. 

Hesablama texnikasından böyük hesablama həcmi 

olan 

məsələlərin 



həllində, 

avtomat 


və 

avtomatlaşdırılmış 

idarəetmə 

sistemlərində,  



məlumatların işlənməsi sistemlərində və s. istifadə 

olunur.  Hesablama  texnikasına  məlumatların 

hazırlanması, 

ötürülməsi, 

işlənməsi, 

təsvir 


edilməsi kimi texniki vasitələr daxildir. 

 

HESABLANMIŞ (ƏLAVƏ) FAĐZLƏR



 – (I) 

-  bank  xidmətlərinin  göstərilməsinə  görə  bankın 

aldığı  haqdır.  Hesablanmış  faizin  iki  növü 

mövcuddur:  bankların  əsas  fəaliyyətinin  iki 

növünə – fiziki və hüquqi şəxslərin əmanətlərinin 

saxlanmasına  və  kreditlərin  verilməsinə  uyğun 

olan  kredit-faiz  və  debet-faiz.  Bu  halda  bankın 

mənfəəti,  alınmış  pulun  məbləğindən  xərclər 

çıxılmaqla  müəyyən  olunur.  Bundan  başqa,  bank 

qeyri-ənənəvi  bank  xidmətlərinin,  o  cümlədən 

məsləhət, 

vasitəçilik 

xidmətlərinin 

yerinə 

yetirilməsinə görə də faiz alır. 



(II)  borclunun  kreditora  ödədiyi  pul  ssudasının 

“qiymət”idir.  Hesablanmış  faizlərin  miqdarı, 

faizin  pul  ssudasına  nisbəti  kimi  müəyyən  edilən 

faiz dərəcəsi ilə ifadə olunur. Kredit (depozit) üzrə 

faizi bank və ya bank xidmətlərini həyata keçirən 

idarələr  alır  (ödəyir).  Adətən  bu  məbləğ  kreditin 

(depozitin)  növündən  və  alınma  (verilmə) 

şərtlərindən  asılı  olur.  Sadə  və  mürəkkəb  faizlər 

fərqləndirilir. Sadə faizlər Đ=P*R*t 

düsturu  ilə  hesablanır  ki,  burada  da  Đ  –  faizin 

kəmiyyətini,  P  -  kreditin  (depozitin)  əsas 

məbləğini,  R  –  faiz  dərəcəsinin  miqdarını,  t  – 

kreditin  (depozitin)  verildiyi  (alındığı)  vaxt 

dövrünü göstərir. Mürəkkəb faizlər Đ=P(1+R)

n-1

 

düsturu ilə hesablanır. Burada n - faizin ayrılıqda 



hesablandığı  müvəqqəti  dövrlərin  sayını  göstərir. 

Faizlərin  hesablanmasında  əsas  məqsəd  kapital 

qoyuluşunu  həyata  keçirmək  məqsədilə  bankın 

aktiv və pozitivləri arasında tarazlığa, gəlirlərin və 

banklararası  kreditlərin  alınmasına,  həmçinin 

maliyyə  bazarında  tələb  və  təklif  arasında 

tarazlığa nail olunması hesab edilir. Bundan əlavə, 

hesablanmış  faizlər  ümumi  –  ən  çox  dövlət 

qiymətli  kağızlarının  tədavülündə  istifadə  olunan 

brutto  (vergilər  ödənənə  qədər)  və  xalis  –  netto 

(vergilər ödənildikdən sonra) ola bilər. 

 

HESABLANMIŞ GƏLĐRLƏR



 – iş və  yaxud 

ona  aid  olan  əmtəələrin  tədarükü  yerinə 

yetirilməmişdən  və  ya  göndərilməmişdən  əvvəl 

alınmış  və  yaxud  hesablanmış  gəlirdir.  Bu  halda 

şirkət öz borcunu natura formasında ödəməlidir. 

Gəlirin  bu  növü  onun  götürüldüyü  hesaba  daxil 

olur. 

 

HESABLANMIŞ 



QIRILACAQ 

MEŞƏ 

SAHƏSĐ

 – ağacların əsas istifadəyə kəsilməsinin 

və  meşə  bərpası  üçün  kəsilmələrin  illik  həcminin 

normasıdır. 

Qırılacaq 

meşə 


sahəsi 

meşə 


təsərrüfatının  təşkili  və  aparılması  ilə  əlaqədar 

tədbirlər  zamanı  yetkin  ağacların  mövcudluğu, 

təkrar istehsalın xarakteri, ağaca olan tələbat və s. 

amillər  əsasında,  həmçinin  meşənin  fasiləsiz  və 

tükənməz  istifadəsi  nəzərə  alınmaqla  hesablanır.

 

Qırılacaq  meşə  sahəsinin  hesablanması  ərazi 



bölgüsündə  hər  bir  meşə  təsərrüfatı  müəssisəsi 

üzrə,  həmçinin  meşə  və  təsərrüfat  (iynəyarpaqlı, 

bərkyarpaqlı  və  yumşaqyarpaqlı)  qrupları  üzrə 

aparılır.  Qırılacaq  meşə  sahəsinin  hesablanması 

meşə  ehtiyatlarının  səmərəli  istifadəsi  üçün  vacib 

meyardır. 

 

HESABLANMIŞ  QĐYMƏT  ĐNDEKSLƏ-

RĐNĐN 

REPREZENTATĐVLĐYĐ

 

hesablanan 



qiymət 

indeksi 

sistemlərinin 

etibarlılığı,  onların  hesablanması  üçün  qəbul 

edilmiş 


metodologiyadan, 

onun 


çərçivəsi 

daxilində  qiymətlər  üzərində  seçmə  müşahidənin 



təşkili  üçün  istifadə  olunan  informasiya  bazasının 

təmsilçiliyi  və  keyfiyyətindən  asılıdır.  Seçmə 

müşahidələrin 

nəticələrinin 

reprezentativlik 

ölçüsü kimi, seçmənin səhvləri xidmət edir ki, bu 



 

247 


da  seçmə  məlumatları  üzrə  alınmış  statistik 

parametrlərin 

öyrənilən 

hadisənin 

bütün 

məcmusuna  yayılmasının  dəqiqliyini  xarakterizə 



edir. 

Hesablamaların 

reprezentativliyi 

həm 


təmsilçi-məhsulların, həm də baza müəssisələrinin 

məcmusunun  formalaşdırılması  zamanı  müəyyən 

edilir. Hesablanan indekslərin reprezentativliyinin 

əsaslandırılması 

müşahidə 

obyektlərinin 

seçilməsinin  optimal  variantının  axtarılması 

metodologiyasının 

işlənməsi, 

iqtisadi 

hesablamaların  qarşılıqlı  əlaqələndirilməsi  və  yol 

verilə 


biləcək 

xətanın 


həddinin 

müəyyənləşdirilməsi  əsasında  aparılır.  Qiymət 

indeksi 

sisteminin 

hesablanmasının 

reprezentativliyinin  yüksəldilməsi  üzrə  işlərin 

əsas  istiqamətlərindən  biri  qiymət  indeksinin 

hesablanması 

üçün 

informasiya 



bazasının 

formalaşdırılmasının 

elmi 

əsaslandırılmış 



metodlarının işlənməsidir.  

 

HESABLARA  ĐZAHLAR



  –  illik  mühasibat 

hesabatlarında  mövcud  olan  maliyyə  hesabları ilə 

əlaqədar  izahlardır.  Bu  izahlar  balansın  və 

mənfəət  və  zərər  hesablarının  yaxşı  başa 

düşülməsi  üçün  verilir,  bu  hesabların  nə  qədər 

zəruri  olduğunu  tamamlayır  və  ya  istifadəçilər 

üçün  zəruri  olan  məlumatları  başqa  formada 

göstərir. 

 

HESABLAŞMA 

QĐYMƏTĐ

 

– 



ticarətin 

bağlanmasının  rəsmi  birja  qiymətidir.  Müəyyən 

müvəqqəti  intervala  görə  orta  çəkili  qiymət  kimi 

hesablana  bilər  və  ya  son  sövdələşmənin  qiyməti 

ola bilər. Birja ticarətində fyuçers müqavilələri və 

opsionlardan istifadə olunur. 

 

HEYƏTĐN  ĐXTĐSAS  SƏVĐYYƏSĐ

  –  əmək 

statistikası 

sahəsində 

müxtəlif 

sosial 

kateqoriyaları müqayisə etmək üçün aparılır.  



Belə  bölgü  investisiyaların  qeyri-maddi  aktivlərə 

təsirini  qiymətləndirmək  məqsədilə  müəssisələr 

statistikasında  da  istifadə  edilə  bilər.  Sənayedə 

yüksək  səviyyəli  ixtisas  qeyri-maddi  aktivlərin 

yüksək dəyərinin izah edilməsi ola bilər. 

 

HEYƏTĐN  ĐXTĐSASLAŞMA  SƏVĐYYƏSĐ 

ÜZRƏ  (MƏŞĞULLUQ  STATUSU  ÜZRƏ) 

GÖSTƏRĐCĐLƏR

  -  əmək  haqqı  alan  şəxslər 

yüksək səviyyəli ixtisasa malik olan rəhbərlərə və 

mütəxəssislərə,  həmçinin  xidmət  sahəsinin  fəhlə 

və  işçilərinə  bölünürlər.  Əmək  haqqı  almayan 

şəxslər  isə  rəhbərlərə  (işverənlərə  və  sərbəst 

əməklə  məşğul  olan  şəxslərə)  və  ailənin  kömək 

edən üzvlərinə bölünürlər. 

Qruplaşmalar  arasında  aparılması  mümkün  olan 

fərqlər  hər  bir  işçiyə  əmək  haqqının  və  əlavə 

məbləğin  səviyyəsinin  müəyyənləşdirilməsində 

müəyyənləşdirici amil hesab edilir. 

 


Yüklə 17,41 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin