GÖMRÜK BĐLDĐRĐŞĐ
– xarici iqtisadi
fəaliyyətin dövlət tənzimlənməsinin üsullarından
biridir.
GÖMRÜK BĐRLĐYĐ
– iki və ya daha çox
ölkənin üçüncü ölkələrə münasibətdə vahid
gömrük tarifi və qarşılıqlı münasibətdə rüsumların
tam ləğvi ilə əhatə olunan ümumi gömrük
ərazisidir.
GÖMRÜK BROKERĐ
- öz adından başqa
şəxsin əvəzinə hərəkət etdiyini bildirən hər bir
şəxs gömrük brokeri hesab edilir və yalnız öz
adından başqa şəxsin əvəzinə hərəkət etməklə,
gömrük
ərazisində
gömrük
bəyannaməsinin
təqdim edilməsi zamanı digər şəxsləri onların
əvəzinə təmsil etmək hüququna malikdirlər
GÖMRÜK EKSPERTĐZASI
-
gömrük
orqanları tərəfindən gömrük nəzarəti və gömrük
rəsmiləşdirilməsi zamanı mübahisəli məsələləri
həll etmək məqsədilə, gömrük laboratoriyaları
tərəfindən
aparılan
ekspertizadır.
Gömrük
ekspertizasının məqsədi gömrük sərhədindən
keçirilən malların tərkibinin keyfiyyətini müəyyən
etmək üçün tədqiqatlar aparmaqla, onların xarici
iqtisadi fəaliyyətinin mal siyahısına uyğun düzgün
təsnifləşdirilməsini müəyyən etməkdən ibarətdir.
GÖMRÜK ƏRAZĐSĐ
– dövlətin quru ərazisi,
onun ərazi və daxili suları və üzərində olan hava
məkanıdır. Azərbaycan Respublikasında gömrük
ərazisinə, onun yalnız iqtisadi dəniz zonasında
yerləşən süni adaları, Azərbaycan Respublikasının
hüquqi cəhətdən malik olduğu qurğu və tikililər
daxildir. Azərbaycan Respublikasının ərazisində
sərbəst gömrük zonaları və sərbəst anbarlar
yerləşə bilər. Sərbəst gömrük zonası və sərbəst
anbar
əraziləri
Azərbaycan
Respublikasının
Gömrük Məcəlləsi və gömrük işləri üzrə
Azərbaycan Respublikasının digər qanunvericilik
aktlarının müəyyən etdikləri hallar istisna
olmaqla, gömrük ərazisi xaricində sayılır.
GÖMRÜK
NƏZARƏTĐ
–
gömrük
sərhədindən keçən mal və nəqliyyat vasitələrinin
bütün növləri üzrə həyata keçirilir. Gömrük
nəzarəti – gömrük işi haqqında Azərbaycan
Respublikasının
qanunvericiliyinə,
həmçinin
icrasına nəzarət Azərbaycan Respublikasının
gömrük orqanlarına həvalə edilmiş, Azərbaycan
Respublikasının
digər
qanunvericiliyinə
və
Azərbaycan
Respublikasının
dövlətlərarası
müqavilələrinə riayət edilməsini təmin etmək
məqsədilə həyata keçirilən tədbirlər toplusudur.
Mal və nəqliyyat vasitələri nəzarətin başlandığı
andan qurtarmasınadək, gömrük rejiminə uyğun
olaraq, gömrük nəzarəti altında olur. Đdxal zamanı
gömrük nəzarəti mal və nəqliyyat vasitələrinin
gömrük sərhədlərini keçdiyi andan, ixrac zamanı
isə - gömrük bəyannaməsinin qəbul edildiyi andan
başlanır. Gömrük ərazisi sərhədlərindən xaricə
göndərilən
mal
və
nəqliyyat
vasitələrinin
buraxılışı zamanı, gömrük nəzarəti onların
ölkənin gömrük sərhədini keçdiyi andan başa
çatmış olur.
GÖMRÜK
REJĐMĐ
–
Azərbaycan
Respublikasının gömrük sərhədindən keçən mal
və nəqliyyat vasitələrinin statusunu müəyyən edən
Gömrük Məcəlləsində nəzərdə tutulan maddələrin
(hüquqi təyinatların) məcmusudur. Mal və
nəqliyyat
vasitələrinin
Azərbaycan
Respublikasının gömrük sərhədlərindən keçməsi,
bu mal və nəqliyyat vasitələrinin istifadə və idarə
olunmasının həyata keçirilməsi gömrük rejiminə
uyğun olaraq baş verir. Malların yerdəyişməsini
həyata keçirən şəxs istənilən vaxt istənilən
gömrük rejimini seçməyə və yaxud onu, malın
236
xarakterindən, sayından, təyinat ölkəsindən və ya
mənşə ölkəsindən asılı olmayaraq, dəyişmək
hüququna malikdir. Azərbaycan Respublikasının
Gömrük Məcəlləsində gömrük rejimi tətbiqinin
bəzi məsələlərini tənzimləyən maddələr nəzərə
alınmadığı
halda,
müvafiq
qanunvericilik
aktlarının qəbul edilməsindən öncə, Azərbaycan
Respublikasının hökumətinin və Dövlət Gömrük
Komitəsinin özünün səlahiyyətləri çərçivəsində
gömrük
rejiminin
hüquqi
tənzimlənməsinin
xüsusiyyətlərini müəyyən etməyə, həmçinin
Gömrük Məcəlləsində nəzərə alınmamış gömrük
rejimini təyin etməyə hüququ vardır. Azərbaycan
Respublikasında gömrük tənzimləməsi məqsədləri
üçün mal və nəqliyyat vasitələrinin gömrük
rejiminin aşağıdakı növləri vardır: 1) sərbəst
dövriyyə üçün buraxılış; 2) yenidən idxal; 3)
tranzit; 4) gömrük anbarı; 5) rüsumsuz ticarət
mağazası; 7) gömrük nəzarəti altında emal; 8)
müvəqqəti idxal (ixrac); 9) sərbəst gömrük zonası;
10) sərbəst anbar; 11) gömrük ərazisindən
kənarda emal; 12) ixrac; 13) yenidən ixrac; 14)
məhvetmə; 15) dövlətin xeyrinə imtina.
GÖMRÜK RƏSMĐLƏŞDĐRMƏSĐ
- mal və
nəqliyyat vasitələrinin müəyyən gömrük rejimi
altında
yerdəyişmə
prosesi
və
bu
rejim
fəaliyyətinin
Azərbaycan
Respublikasının
Gömrük Məcəlləsinin maddələrinin tələblərinə
uyğun
olaraq
başa
çatmasıdır.
Gömrük
rəsmiləşdirməsi mal göndərənin və ya mal alanın,
yaxud onun alt strukturlarının yerləşdiyi, gömrük
orqanının fəaliyyət göstərdiyi regionun bunun
üçün müəyyən olunmuş yerlərində aparılır.
Gömrük rəsmiləşdirməsi mənfəət götürənin xahişi
ilə, onun hesabına və razılığı ilə digər yerlərdə və
gömrük orqanının iş vaxtından kənar vaxtlarda
aparıla bilər. Đdxal və ixrac zamanı, gömrük
rəsmiləşdirməsi gömrük orqanının vəzifəli şəxsi
tərəfindən, əməliyyatların əvvəlcədən aparılma
qaydalarının gözlənilməsi ilə, yük gömrük
bəyannaməsinin qəbulu anından başlayır. Gömrük
rəsmiləşdirməsi, yük gömrük bəyannaməsinə
“Buraxılışa icazə var” möhürünün vurulması
anına aid olur. Gömrük rəsmiləşdirməsi başa
çatdırılmayınca mal və nəqliyyat vasitələrindən,
heç kimin istifadə etməyə hüququ yoxdur
(Gömrük Məcəlləsi və Dövlət gömrük normativ
aktlarında nəzərdə tutulan hallar istisna olmaqla).
Azərbaycan Respublikasının gömrük sərhədlərini
keçən, mal və nəqliyyat vasitələrinə görə
səlahiyyətə malik olan şəxs, yük aparan şəxs,
anbar sahibi və ya digər şəxslər gömrük
orqanlarının tələblərinə uyğun olaraq, yükün nəql
edilməsini, çəkilməsini və ya mal sayının digər
şəkildə
müəyyənləşdirilməsini,
yükün
vurulmasını,
boşaldılmasını,
yenidən
yüklənməsini, zədələnmiş qablaşdırmanın bərpa
edilməsini, qablaşdırmanın açılmasını, gömrük
rəsmiləşdirməsi aparılmış malların və nəqliyyat
vasitələrinin qablaşdırılmasını və ya yenidən
qablaşdırılmasını, həmçinin onların yerləşdiyi
yerlərin, tutumların və digər yerlərin açılmasını
həyata
keçirməyə
borcludurlar.
Gömrük
orqanlarının
gömrük
rəsmiləşdirməsi
üçün
malların nümunələrini götürmək, onları tədqiq
etmək hüquqları vardır.
GÖMRÜK SƏRHƏDĐ
– ölkənin gömrük
ərazisinin hüdudlarıdır, həmçinin sərbəst gömrük
zonalarının və sərbəst anbarların perimetrləridir.
Azərbaycanda bu, Azərbaycan Respublikasının
quru ərazisindən, daxili sulardan, Xəzər dənizinin
(gölünün) Azərbaycan Respublikasına mənsub
olan bölməsindən (o cümlədən onda yerləşən
adalar, qurğular və tikililər) və onların üzərindəki
hava məkanından ibarət olan sərhəddir.
GÖMRÜK STATĐSTĐKASI
– xarici əlaqələr
statistikasının
tərkib
hissəsidir
və
ölkənin
sərhədindən keçən mallarla yanaşı, həm də
göstərilən xidmətləri öyrənir. Gömrük statistikası
xarici ticarətin gömrük statistikasına və xüsusi
statistikaya bölünür.
GÖMRÜK STATĐSTĐKASI ÜZRƏ KON-
FĐDENSĐAL MƏLUMAT
– xarici iqtisadi
əlaqələrin iştirakçıları ilə bağlanmış konkret
sövdələşmələr
haqqında
yük
gömrük
bəyannamələrində
əks
olunan
məlumatdır.
Azərbaycan
Respublikasında
qanunvericiliklə
müəyyən olunmuş qaydalara uyğun olaraq,
konfidensial məlumat qismində xarici ticarətin
gömrük statistikasının formalaşması prosesində
meydana gələn digər məlumat və göstəricilər də
ola bilər. Azərbaycan Respublikasının dövlət
müəssisələri, idarələri, təşkilatları və vətəndaşları
haqqında gömrük orqanları tərəfindən təqdim
olunan xarici ticarət üzrə məlumatlar yalnız
gömrük məqsədləri üçün istifadə oluna bilər.
Konfidensiallıq rejiminin tətbiq edilməsi zamanı
statistik hesabatlarda təhrif etmələrin əmələ
gəlməsinə yol verməmək üçün, həmçinin nəşr
olunan məlumatların tamlığını saxlamaq məqsədi
ilə, xarici ticarətin gömrük statistikasında nəşr
olunan
ümumi
massivdə
konfidensial
məlumatların seçilməsinə imkan verməyən xüsusi
texniki üsullardan istifadə edilir. Xarici iqtisadi
əlaqələrin konkret iştirakçılarının idxal-ixrac
əməliyyatları haqqında məlumatların təqdim
edilməsi,
Azərbaycan
Respublikasının
qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna
olmaqla, qadağan edilir.
237
GÖMRÜK
STATĐSTĐKASI
ÜZRƏ
NƏŞRLƏR
- müvafiq olaraq, rüblük və illik
dövrilikdə nəşr olunan rəsmi statistika məcmuələri
və bülletenləridir. Ölkənin xarici ticarətinin
vəziyyətini xarakterizə edən əsas məlumatları əks
etdirir: bütövlükdə və ölkələr və ölkə qrupları üzrə
bölgüdə ixrac və idxalın dəyərini, xarici ticarət
balanslarının saldosunu; bu və ya digər məhsulun
mənşə və təyinat ölkələri haqqında məlumatları.
Đxracın və idxalın dəyəri haqqında məlumatlar
ölkələrin aşağıdakı iqtisadi qrupları üzrə bölgüdə
verilir: MDB, Avropa Đttifaqı, Mərkəzi və Şərqi
Avropa, ĐƏĐT, OPEK ölkələri və s. Malların ixracı
və idxalı haqqında məlumatlar natural və dəyər
ifadəsində Xarici Đqtisadi Fəaliyyətin Əmtəə
Nomenklaturasının kodlarında “məhsul-ölkə” və
“ölkə-məhsul” bölgüsündə verilir. Xarici ticarətin
gömrük statistikası nəşrlərində yerləşdirilmiş
statistik məlumatlar, iqtisadi məzmunu və
hesablama üsulları xarici ticarətin gömrük
statistikasının metodologiyası ilə müəyyən olunan
xüsusi göstəricilər üzrə verilir. Bu, ölkələr
arasında
və
illər
üzrə
məlumatların
müqayisəliliyini
təmin
edir.
Məcmuə
və
bülletenlərdə nəşr olunan göstəricilərə və ayrı-ayrı
cədvəllərə qısa metodoloji izahatlar verilir.
Xarici ticarət gömrük statistikası üzrə rəsmi
nəşrlər beynəlxalq təcrübədə qəbul edilmiş
reqlament müddətlərində: illik məcmuə - hesabat
dövründən sonrakı 120-ci gün, rüblük bülletenlər
– hesabat rübündən sonrakı 60-cı gün çıxır. Xarici
ticarətin gömrük statistikası üzrə rəsmi dövri
nəşrlər, dövlət hakimiyyəti və idarələri üçün xarici
ticarətin dövlət tənzimləməsi məsələləri üzrə
qərarların
qəbulu
zamanı
məlumatların
təminatının mühüm mənbəyidir.
GÖMRÜK TARĐFĐ
–
ölkənin
gömrük
sərhədlərindən keçən mallara tətbiq olunan
gömrük rüsumlarının normaları (Gömrük tarifləri)
haqqında
məlumatdır.
Azərbaycan
Respublikasında
gömrük
tariflərinin
tərtib
edilməsi və tətbiqi qaydaları, həmçinin sərhəddən
keçən mallara vahid gömrük ərazisində fəaliyyət
göstərən (“Gömrük rüsumları haqqında” Qanunla
müəyyən edilmiş) gömrük rüsumlarının tətbiqi
qaydalarıdır.
Gömrük
tarifi
Azərbaycan
Respublikasının Xarici ticarət fəaliyyətinin mal
nomenklaturasına uyğun olaraq, sistemləşdirilmiş
mallara
tətbiq
edilir,
gömrük
rüsumları
normalarını, norma növlərini və onların təyinat
qaydalarını: mövsümi və xüsusi rüsumların
tətbiqini;
malların
gömrük
dəyərinin
müəyyənləşdirməsinin sistem və üsullarını və
onların tətbiqi qaydalarını; malların mənşə
ölkəsinin müəyyənləşdirmə prinsiplərini; tarif
imtiyazlarını,
üstünlüklərini
təyin
edir.
Azərbaycan Respublikasının dünya bazarı ilə
qarşılıqlı əlaqəsində onun ticarət siyasətinin və
daxili əmtəə bazarında dövlət tənzimlənməsinin
aləti kimi iştirak edən Gömrük tarifinin əsas
məqsədləri bunlardır: 1) ölkəyə mal idxalının mal
strukturunun səmərələşdirilməsi; 2) ölkə ərazisinə
mal idxal və ixracının, valyuta gəlirləri və
xərclərinin səmərəli nisbətinə kömək edilməsi; 3)
ölkədə malların istehsal və istehlak strukturunda
proqressiv dəyişikliklər üçün şəraitin yaradılması;
4) ölkə iqtisadiyyatının arzu olunmayan xarici
rəqabət təsirindən müdafiəsi; 5) Azərbaycan
Respublikasının dünya iqtisadiyyatına səmərəli
inteqrasiyası üçün şərtlərin təmin edilməsi.
GÖMRÜK TRANZĐTĐ
- malların bir gömrük
orqanından gömrük nəzarəti altında digər gömrük
orqanına daşınması və nəqlidir.
GÖMRÜK YÜK BƏYANNAMƏSĐ (GYB)
– rezidentliyindən, hüquqi statusundan, coğrafi
mövqeyindən, gömrük güzəştlərinin istifadəsindən
asılı
olmayaraq,
xarici
ticarət
əməliyyatı
iştirakçılarının
Azərbaycan
Respublikasının
gömrük sərhədlərindən keçirilən malların hər
partiyası üçün tərtib edilən gömrük məqsədləri
üçün unifikasiya edilmiş sənəddir. GYB-də xarici
ticarət əməliyyatının növü, rekvizitləri, malı
göndərən və qəbul edən, ödəmə valyutası, ümumi
faktiki dəyəri və malın və valyuta mədaxilinin
mahiyyətini göstərən məlumatlar əks olunur.
GYB universal statusa malikdir. O, xarici ticarətin
gömrük statistikasının formalaşdırılmasına xidmət
edən baza sənədi olmaqla yanaşı, həm də maliyyə
sənədlərinə
gömrük
nəzarətinin
həyata
keçirilməsi,
xarici
iqtisadi
əlaqələr
üzrə
iştirakçıların
dövlət
büdcəsi
ilə
qarşılıqlı
münasibətlərinin müəyyənləşdirilməsi üçün əsas
hesab edilən hüquqi sənəddir.
Azərbaycan
Respublikasında
GYB-nin
doldurulması qaydası Gömrük Məcəlləsinə əsasən
hazırlanmışdır, gömrük orqanlarının və xarici
iqtisadi fəaliyyət iştirakçılarının uzunmüddətli
perspektivdə işlərinin həyata keçirilməsini özündə
əks etdirir.
GÖMRÜKXANA ƏRAZĐSĐNDƏN KƏ-
NARDA MALLARIN EMALI
- ölkənin
mallarının iqtisadi siyasət tədbirləri tətbiq
olunmadan
ixrac
edilməsinin
və
ölkənin
gömrükxana ərazisindən kənarda onların emalı
(quraşdırma, emal, təmir, bərpa və malın emalının
özü) məqsədi ilə və ölkənin gömrükxana
ərazisində sərbəst tədavülə sonrakı buraxılış üçün
əvvəlcədən ödənilmiş ümumi ixrac rüsumlarının,
vergilərinin qaytarılması ilə, tam və ya qismən
vergi, ixrac rüsumlarının yığılmasından azad
238
edilməsi, həmçinin məhsullara iqtisadi siyasət
ölçüsü
tətbiq
edilməsinin
gömrükxana
qaydalarıdır. Gömrükxana ərazisindən kənarda
məhsulların emalı lisenziya ilə aparılır. Gömrük
ərazisindən kənarda emal ölkənin gömrük orqanı
tərəfindən təyin olunmuş və gömrük orqanlarının
qaydaları
ilə
müəyyən
olunmuş
vaxtda
aparılmalıdır. Vaxtın müəyyən edilməsi məhsul
emalı işinin iqtisadi cəhətdən əsaslandırılmış
davamiyyətinə əsaslanır. Gömrük orqanı həmçinin
(gömrük məqsədi ilə) məhsul emalından alınan
çıxışın mütləq kəmiyyətini də müəyyən edə bilər.
Gömrükxana ərazisindən kənarda malların emalı
zamanı gömrük rejimindən aşağıdakı hallarda
istifadə oluna bilməz: 1) əgər malların ixracı idxal
gömrük rüsumlarının, vergilərinin qaytarılmasını,
onlardan azad etməni, yaxud ixrac zamanı verilən
ödəmələri tələb etmək üçün əsas verirsə; 2) əgər
mallar ixrac edilməzdən əvvəl idxal gömrük
rüsumlarından,
vergilərdən
tamamilə
azad
olunmaqla
sərbəst
dövriyyəyə
buraxılıbsa,
azadetmədən istifadə başa çatanadək; 3) ölkə
gömrük işini aparan Dövlət Gömrük Komitəsi
Đqtisadi Đnkişaf Nazirliyi ilə razılaşdırma əsasında
müəyyən etdiyi hallarda.
GÖMRÜYÜN TƏYĐNATI
- vahid inzibati
sənəddə nəzərdə tutulmuş üsullardır ki, bunun
əsasında malların idxal və ya ixracı bəyan (rəsmi
surətdə elan) edilir.
GÖNDƏRĐLMĐŞ (YÜKLƏNMĐŞ) MƏH-
SULLARIN
HƏCMĐ
–
istehsalçının
hesablaşma hesabına pul vəsaitinin daxil olması
faktından asılı olmayaraq, istehlakçıya faktiki
göndərilmiş öz istehsal etdiyi məhsulların
(yerində akt üzrə sifarişçiyə təqdim olunmuş
məhsullar da daxil edilməklə), sifarişçi tərəfindən
qəbul edilmiş, yerinə yetirilmiş iş və xidmətlərin
dəyəridir.
GÖNDƏRMƏ (MALIN) ÖLKƏSĐ
- malın
hərəkətinin fasiləsizliyinə əməl etməklə və ya
tranzit ölkədə müvafiq olmayan daşınmalarla
hüquqi əməliyyatların həyata keçirilməməsi
şərtləri ilə, idxalçı ölkəyə əmtəəni göndərən ilkin
ölkədir.
GÖNDƏRMƏ (MALLARIN)
- malların
ölkələrin birindən o birisinə göndərilməsidir və
mallar göndərmənin predmeti hesab edilir.
GÖNDƏRMƏ AYI
- fyuçer müqaviləsinin
(gələcəyə dair müqavilə) satıcısı ona uyğun olaraq
əmtəələri
göndərməli
olduğu,
fyuçer
müqaviləsinin alıcısının isə həmin malları qəbul
etməli olduğu aydır.
GÖNDƏRMƏ KATEQORĐYASI
– vaqon və
konteynerlərin verilməsi, istifadə edilməsi və
daşımaların
təşkil
edilməsi
şərtlərini
müəyyənləşdirən, dəmiryol nəqliyyatında konkret
yük
partiyasının
(dəstinin)
əlamətidir
(nişanəsidir).
Aşağıdakı
kateqoriyalar
fərqləndirilir: xırda (kiçik) – ayrıca vaqon
verilməsini tələb etməyən, konteyner – konteyner
və konteyner qruplarının verilməsini tələb edən,
vaqon – vaqonun və ya kiçik vaqonlar qrupunun
verilməsini tələb edən, marşrut – şəbəkənin
konkret poliqonuna çevrilən, qatar karvanına
bərabər olan vaqonlar qrupunun verilməsini tələb
edən.
GÖSTƏRĐCĐ
(ĐŞARƏ)
(məlumatların
işlənməsində) – EHM-in yaddaşında saxlanan
məlumatların
elementlərini
göstərə
bilən
informasiya növüdür.
GÖSTƏRĐCĐLƏR
– hadisələr və onların
inkişafı haqqında fikir yürütməyə imkan verən
məlumatlardır (artım göstəriciləri, orta göstəricilər
və sair).
GÖZLƏMƏ MÜDDƏTĐ
– 1) kütləvi xidmət
sistemində tələbin yarandığı anla bu tələbin
ödənilməsinə başlanılan an arasındakı müddətdir;
2) sorğuya cavab almaq üçün gözlənilən
müddətdir; 3) mərkəzi prosessorun gözləmə
vəziyyətində olma müddətidir.
GÖZLƏNĐLMƏYƏN
NƏTĐCƏLƏR
–
müəyyən bir dövrdə aşağıdakı gözlənilməyən
vəziyyətləri əhatə edən nəticələrdir:
- şirkətin iş fəallığının adi növlərinə uyğun
gəlməyən və nadir hallarda baş verən vəziyyət;
- metodiki dəyişikliklərin və səhvlərin təshih
edilməsinin nəticəsi;
- bölmələrin və yaxud iş fəallığının ayrı-ayrı
növlərinin satılmasının və yaxud bağlanmasının
nəticəsi;
-
qanunla
müəyyənləşdirilmiş
ehtiyatların
hərəkəti.
Onlar adətən mənfəətə vergilər çıxılmaqla
göstərilir.
Dostları ilə paylaş: |