A. M. Vəliyev Elmi redaktorlar: R. A. Səlimov, S. A. Sadıqova, T.Ə. Paşayev



Yüklə 17,41 Mb.
Pdf görüntüsü
səhifə62/182
tarix21.04.2017
ölçüsü17,41 Mb.
#14975
1   ...   58   59   60   61   62   63   64   65   ...   182

GÜCLƏRĐN  (ĐSTEHSAL  OBYEKTLƏ-

RĐNĐN) ĐSTĐFADƏYƏ VERĐLMƏSĐ

 –  əsas 

fondlara investisiya qoyuluşu nəticəsində yaranan 

güc  (məhsuldarlıq,  tutum,  buraxılış  qabiliyyəti, 

sahə,  uzunluq  (məsafə)  və  s.)  göstəricisidir. 

Đstehsal, mülki-yaşayış təyinatlı obyektlər və əsas 

fondlara  dair  güclərin  istifadəyə  verilməsinin 

statistik  hesabatlara  daxil  edilməsi,  güclərin  və 



 

239


obyektlərin müəyyənləşdirilmiş qaydada istismara 

qəbulundan  sonra,  dövlət  komissiyasının  təsdiq 

etdiyi 

qəbul 


aktlarında 

göstərilmiş 

faktiki 

ölçülərdə göstərilir.  

 

GÜCÜN VƏ ENERJĐNĐN ÖLÇÜ VAHĐDĐ

 

–  avadanlıqların  gücünün,  istehsal  və  ya  istehlak 

olunmuş  enerjinin  ölçülməsi  üçün  istifadə  edilən 

kəmiyyətdir.  Đstehsal  prosesinə  xidmət  edən 

mühərriklərin gücü və istehsal (istehlak) olunmuş 

mexaniki  və  elektrik  enerjisinin  miqdarı,  uyğun 

olaraq, kilovat və kilovat-saatla (kVt və kVt.saat) 

müəyyənləşdirilir. 

Đstilik 


qurğularının 

gücü 


onlarda  -  saatda  kilocoullarla  (kC,saat)  istehsal 

olunan  istiliyin  miqdarı  ilə,  buxar  qazanlarının 

gücü  onlarda  –  saatda  istehsal  olunan  normal 

buxarın  (normal  buxar  kimi  100

0

  S  və  98,0665 



kPa-da,  yəni  1  kiloqramda  olan  2679,552  kC 

istilik  hesab  edilir)  miqdarı  ilə  xarakterizə  edilir. 

Đstehsal  (istehlak)  olunmuş  istilik  enerjisinin 

miqdarı  giqacoulla  ifadə  edilir.  Güc  və  enerjinin 

əvvəllər  istifadə  edilən  ölçü  vahidləri  (at  gücü, 

kalori)  tədricən  yeniləri  ilə  əvəz  olunur.  Zəruri 

hallarda  onların  hazırda  istifadə  olunan  ölçü 

vahidlərinə 

keçirilməsi 

aşağıdakı 

nisbətdə 

götürülür: 1a.g.=0.736kVt; 1kkal=4,1868kC; 1atm 

(fiz.)=1013,25qPa; 1atm(texn.)=980,665qPa.  

 

GÜNDƏLĐK 



GƏLĐRLƏRĐ 

ALICILIQ 

QABĐLĐYYƏTĐ 

PARĐTETĐNƏ 

(AQP) 

GÖRƏ  ÇEVRĐLMĐŞ  1  DOLLARDAN  AZ 

OLAN  ƏHALĐNĐN  XÜSUSĐ  ÇƏKĐSĐ

 

(Minilliyin 

bəyannaməsində 

əks 

olunmuş 

inkişaf 

göstəricilərindən) 

1993-cü 


ilin 

beynəlxalq  qiymətlərinə  görə,  əhalinin  1,08 

dollardan  az  gündəlik  məbləğlə  yaşayanların 

faizlə  ifadə  olunan  hissəsidir.  Yoxsulluğun  rəsmi 

səviyyəsi  günə  1  dollarda  əhalinin  hər  nəfərinə 

düşən istehlak və ya gəlirin səviyyəsi ilə müqayisə 

edilir və şəxsi istehsal məhsullarının istehlakını və 

natural  ifadədə  gəlirləri  də  özündə  birləşdirir. 

Yoxsulluğun bu həddi müxtəlif ölkə və rayonlarda 

alıcılıq  qabiliyyətinin  qeyd  olunmuş  səviyyəsini 

göstərir  və  çox  vaxt  “yoxsulluğun  mütləq  həddi” 

və ya ifrat yoxsulluğun meyarı adlandırılır.   

Dünya  Bankı,  müntəzəm  olaraq,  günə  1  dollarla 

yoxsulluq  həddi  əsasında  yoxsulluq  səviyyəsinin 

qiymətləndirilməsini 

aparır. 


Belə 

qiymətləndirmələrin  əsasını  ev  təsərrüfatlarının 

müayinəsi  nəticəsində  əldə  edilmiş  gəlir  və  ya 

istehlakın səviyyəsinə dair məlumatlar təşkil edir. 

Yoxsulluğun  səviyyəsinin  müəyyən  edilməsi 

üçün,  imkanlara  görə  istehlaka  dair  məlumatlar 

daha  üstün  hesab  edilir.  Gəlirlər  haqqında 

məlumatlardan, 

istehlaka 

dair 


məlumatlar 

olmadığı hallarda istifadə edilir. 

Đstehlakın, 

cümlədən 



şəxsi 

istehlak 

məhsullarının və yaxud hər bir adamın gəlirlərinin 

göstəriciləri, həmçinin onların bölgü variantları ev 

təsərrüfatlarının  müayinə  məlumatları  əsasında 

qiymətləndirilir. 

Adambaşına 

düşən 


gəlirin 

müəyyən  edilməsi  üçün  istehlak  və  ya  gəlir 

göstəriciləri  həmin  ev  təsərrüfatlarının  üzvlərinin 

sayına bölünür. 

Đstehlakın  və  gəlirlərin  bölüşdürülməsi  ev 

təsərrüfatlarının  ölçüləri  üzrə  çəkili  empirik 

(bölgüyə  münasibətdə)  Lorens  əyrisinin  tətbiq 

edilməsi  ilə  qiymətləndirilir.  Bütün  hallarda 

Lorens  əyrisinin  alınması  üçün  kasıblıq  həddi 

mövcud 


qiymətləndirmələr 

əsasında 

deyil, 

məlumatların ilkin mənbələri əsasında hesablanır.  



Bu  və  ya  digər  ölkədə  yoxsulluğun  səviyyəsi 

Dünya Bankının qiymətləndirmə məlumatlarından 

götürülmüş  istehlak  üzrə  alıcılıq  qabiliyyəti 

paritetinin  mübadilə  kursları  haqqında  son 

məlumatlardan  istifadə  etməklə,  yerli  valyuta  ilə 

gündəlik  gəliri  1  dollar  olan  yoxsulluq  həddinin 

konvertasiyası  yolu  ilə  qiymətləndirilir.  Sonra 

müayinələrin  keçirilməsi  zamanı  fəaliyyətdə  olan 

qiymətlərlə münasibət üzrə, yerli valyuta ilə ifadə 

edilən, 


yoxsulluq 

həddinin 

beynəlxalq 

göstəricilərinin  təshih  edilməsi  məqsədi  ilə 

istehlak qiymətlərinin yerli indekslərindən istifadə 

edilir. 


Beynəlxalq 

yoxsulluq 

həddinin 

bu 


göstəricisindən  gəliri  gündə  1  dollardan  az  olan 

adamların  sayını  müəyyən  etmək  üçün  istifadə 

edilir.  

Alıcılıq  qabiliyyətinin  paritetinə (AQP)  əsaslanan 

beynəlxalq  yoxsulluq  həddi  göstəricisi  yalnız 

müxtəlif ölkələrdən alınan məlumatların müqayisə 

edilməsi  üçün  və  yoxsulluq  səviyyəsinin  yekun 

qiymətləndirilməsini çıxarmaq üçün zəruridir. Bir 

çox ölkələrdə həmçinin ölkə üzrə yoxsulluq həddi 

müəyyənləşdirilir. 

 

GÜNDƏLĐK  MÜŞAHĐDƏ  METODU

  - 


turist  xərcləri  haqqında  statistik  məlumatların 

toplanılması  zamanı  istifadə  olunan  metodlardan 

biridir.  Onun  köməyi  ilə  bir  müştərinin  gün 

ərzində xərcləri müəyyənləşdirilir. Daxilolmaların 

ümumi  həcmi  gələn  turistlərin  sayını  bir  nəfərə 

düşən  orta  xərclərə  və  bir  turistin  ölkə  ərazisində 

qalmasının  orta  davamiyyət  müddətinə  vurmaqla 

hesablanır. Səyahətin əvvəlində müştərilərə xüsusi 

blanklar  (gündəliklər)  paylanılır  və  onu  səyahət 

ərzində  doldurmaq  və  səfərin  sonunda  qaytarmaq 

xahiş olunur. Bu blanka xərclərin ümumi məbləği, 

onun xərc maddələri və günlər üzrə bölgüsü daxil 

edilir, səyahətin məqsədi, əsas təyinat yeri, turistin 

qaldığı  rayonlar  və  gecələmələrin  sayı  qeyd 

olunur.  Daha  dərin  müayinələr  zamanı  gündəliyə 

turisti  (yaş,  cins),  istifadə  olunmuş  nəqliyyat 



 

240 


növlərini  və  xərclərin  həyata  keçirildiyi  yerləri 

xarakterizə edən bölmələr artırılır.  

 

GÜNDƏLĐK  TƏLƏBAT  MALLARI  MA-

ĞAZASI

  (aşağı  qiymətlərlə)  –  pərakəndə  satış 

mağazası  olub,  aşağı  qiymətli  və  çox  da  yüksək 

olmayan xidmət səviyyəsi olan, müxtəlif şöbələri, 

çox  da  mürəkkəb  olmayan  gündəlik  tələbat 

mallarının nisbətən geniş çeşidlərini təqdim edən, 

özünəxidmət və ya əvvəlcədən malların seçilməsi 

üsulu  ilə  işləyən  mağazadır.  Belə  növ  mağazalar, 

məsələn,  ABŞ-da  “on  sentilli”  adı  altında 

tanınırlar.  Belə  mağazaların  ərzaq  şöbələri 

tutduğu  sahədən  və  əmtəə  dövriyyəsindən  asılı 

olaraq, özünü super-market kimi təqdim edə bilər. 

 

GÜNDÜZ  STASĐONARLARI



  –  ambulator-

poliklinika 

müəssisələrində 

(ambulator-

poliklinika  müəssisələrində  gündüz  stasionarları), 

xəstəxanalarda (xəstəxanalarda gündüz qalmaların 

olması) və yaxud gündüz vaxtlarında əhaliyə tibbi 

yardım  göstərilməsi  üçün  evlərdə  çarpayılarla 

təchiz olunmuş bölmələrdir.  

 

GÜZƏŞTLĐ  KREDĐT



  –  (I)  –  xüsusi 

proqramlar  üzrə,  yaxud  beynəlxalq  banklar  və 

fondlar  tərəfindən  inkişaf  etməkdə  olan  ölkələrə 

yardım çərçivəsində verilən kreditlərdir;   



(II)  -  borc  alana  (kredit  təşkilatları  istisna 

olmaqla)  verilmə  anında  qüvvədə  olan  yenidən 

maliyyələşdirmə  tarifindən  aşağı  tarif  faizində 

verilən kreditdir. 

 


 

241 


-H- 

Hadisə......................................................... 243 

Hadisənin nöqtəsi ....................................... 243 

Haqqı ödənilmədən məşğul şəxslər tərəfindən 

işlənmiş saatların miqdarı .......................... 243 

Haqqı ödənilməyən ailə işçisi .................... 243 

Harmonik çəkilər metodu........................... 243 

Harmonizasiya edilmiş sistem ................... 243 

Hava nəqliyyatında qeyri-müntəzəm 

daşımalar .................................................... 243 

Hava nəqliyyatında müntəzəm daşımalar .. 243 

Havaya atılan tullantıların yol verilə         

bilən son həddi ........................................... 243 

Hazır məhsul .............................................. 244 

Hazır məmulatlar ........................................ 244 

Hazır sənədlər bankı ................................... 244 

Herfindal-Qrişman indeksi ......................... 244 

Hesab .......................................................... 244 

Hesabat forması.......................................... 244 

Hesabat vahidi ............................................ 244 

Hesabat, statistika hesabatı ........................ 244 

Hesab-faktura ............................................. 244 

Hesabi orta ................................................. 245 

Hesablama (klirinq) palatası ...................... 245 

Hesablama xərcləri ..................................... 245 

Hesablama maşınlarının proqramı ............. 245 

Hesablama mərkəzi .................................... 245 

Hesablama prosesi...................................... 245 

Hesablama sahəsi ....................................... 245 

Hesablama sistemi...................................... 245 

Hesablama şəbəkəsi ................................... 246 

Hesablama texnikası .................................. 246 

Hesablanmış (əlavə) faizlər ........................ 246 

Hesablanmış gəlirlər .................................. 246 

Hesablanmış qırılacaq meşə sahəsi ............ 246 

Hesablanmış qiymət indekslərinin 

reprezentativliyi ......................................... 246 

Hesablara izahlar ........................................ 247 

Hesablaşma qiyməti ................................... 247 

Heyətin ixtisas səviyyəsi ............................ 247 

Heyətin ixtisaslaşma səviyyəsi üzrə 

(məşğulluq statusu üzrə) göstəricilər ......... 247 

Heyvandarlıq məhsulları ............................ 247 

Heyvandarlıq statistikası ............................ 247 

Heyvandarlıqda yem bazası ....................... 248 

Həddi-buluğa çatmamışların       

cinayətkarlığı .............................................. 248 

Həddi-buluq (məhsuldar) dövrü ................. 248 

Həkim və orta tibbi heyət vəzifələrinin 

komplektliliyi ............................................. 248 

Həqiqi əmsal .............................................. 248 

Həqiqi-təsadüfi  seçmə ............................... 249 

Hər 100 000 nəfərə düşən qəsdən adam 

öldürmələrin sayı ....................................... 249 

Hər 100 nəfərə düşən fərdi kompüterlərin  

sayı ............................................................. 249 

Hər 100 nəfərə düşən internet istifadəçilərinin 

sayı ............................................................. 249 

Hər 100 nəfərə düşən telefon xətlərinin və 

mobil rabitə abunəçilərinin sayı ................. 249 

Hərəkət əmsalı ........................................... 250 

Hərəkət heyəti (nəqliyyat vasitələri) parkının 

texniki hazırlıq əmsalı ................................ 250 

Hərəkət heyəti (nəqliyyat vasitələri) 

parkından istifadə əmsalı ........................... 250 

Hərəkət heyətinin (nəqliyyat vasitələrinin) 

dövriyyəsi .................................................. 250 

Hərəkət heyətinin (nəqliyyat vasitələrinin) işi 

və istifadəsinin statistikası ......................... 251 

Hərəkət heyətinin (nəqliyyat vasitələrinin) 

işinin ölçü vahidi ........................................ 251 

Hərəkət heyətinin (nəqliyyat vasitələrinin) 

məhsuldarlığı ............................................. 251 

Hərəkət heyətinin (nəqliyat vasitələrinin) 

parkı ........................................................... 251 

Hərəkət heyətinin (nəqliyyat vasitələrinin) 

sərnişin tutumundan istifadə əmsalı ........... 252 

Hərəkət heyətinin (nəqliyyat vasitələrinin) 

vaxtdan istifadə əmsalı .............................. 253 

Hərəkət heyətinin (nəqliyyat vasitələrinin) 

yükdaşıma qabiliyyətindən istifadə əmsalı 253 

Hərəkət heyətinin (nəqliyyat vasitələrinin) 

yürüşü ........................................................ 253 

Hərəkət heyətinin (nəqliyyat vasitələrinin) 

yürüşündən istifadə əmsalı ........................ 253 

Hərəkət heyətinin (nəqliyyat vasitəsinin)  

gücü ............................................................ 254 

Hərəkət heyətinin (nəqliyyat vasitəsinin) 

hərəkət sürəti .............................................. 254 

Hərəkətdə olan (kəfkirli, mütərəddid) 

miqrasiya .................................................... 254 

Hərəkətin sıxlığı ......................................... 254 

Hərəkətin təhlükəsizliyi ............................. 255 

Hərrac ........................................................ 255 

Hərrac (auksion) qiyməti ........................... 255 

Həyat potensialı ......................................... 255 

Həyat səviyyəsi .......................................... 255 

Həyat sığortası ........................................... 256 

Həyatda sağ qalma funksiyası ................... 256 

Həyatilik indeksi ........................................ 256 

Həyatın keyfiyyəti ..................................... 257 

Himayədə olanlar ....................................... 257 

Hiperinflyasiya .......................................... 257 


 

242 


 

Hipermarket və ya supermarket ................. 257 

Hissə (həlqə) (kommersiya) əmsalı............ 257 

Holdinq....................................................... 258 

Holdinq mənfəəti........................................ 258 

Homogen (oxşar) istehsal vahidləri ........... 258 

Hompers əyrisi ........................................... 258 

Hospitala yerləşdirilmiş xəstələrin          

tərkibi ......................................................... 258 

Html ........................................................... 258 

Hüquq statistikası ....................................... 258 

Hüquq subyekti .......................................... 259 

Hüquqi ad ................................................... 259 

Hüquqi əhali ............................................... 259 

Hüquqi status.............................................. 259 

Hüquqi şəxs ................................................ 259 

Hüquqi şəxsin dövlət qeydiyyatı ................ 260 

Hüquqi şəxslərin, onlarin xüsusiləşdirilmiş 

bölmələrinin  və sahibkarların dövlət   

statistik registri ........................................... 260 

Hüquqi ünvan ............................................. 260 

Hüquqi vahid .............................................. 261 



 

243 


HADĐSƏ

 

– 

müşahidə 

olunan 

vahidlər 



məcmusunda  olan  dəyişikliklərdir.  Nəticə  etibarı 

ilə  qeydiyyatdan  keçmiş  vahidlərin  mövcudluğu, 

quruluşu  və  ya  xarakteristikası  haqqında  olan 

məlumatların aktuallaşdırılması məqsədilə inzibati 

registrdə  qeydə  alınan  və  baş  verən  dəyişikliklər 

haqqında məlumatdır.  



 

HADĐSƏNĐN 

NÖQTƏSĐ

 

– 



demoqrafik 

cədvəldə  insanın  həyatında  hər  hansı  demoqrafik 

hadisənin 

şərti 


təsviridir. 

Ölüm 


hadisəsi 

öyrənilərkən  hadisənin  nöqtəsi,  yaxud  ölüm 



nöqtəsi  insan  ömrünün  başa  çatması  anına  uyğun 

gəlir,  bu  nöqtədə  həyat  (ömür)  xətti  qurtarır; 

başqa  demoqrafik  proseslər  üçün  (nikah,  nikahın 

pozulması, doğum) müvafiq demoqrafik hadisənin 

başlanması  (nikah  bağlama,  boşanma,  uşağın 

doğulması  və  s.),  yaxud  başqa  demoqrafik 

vəziyyətə  keçmə  anına  qurtarır.  Hadisənin 

nöqtəsinin  absisi  təqvim  vaxtında  hadisənin 

tarixinə,  ordinat  isə  hadisənin  başlanması  anına 

hər  hansı  bir  vəziyyətdə  qalma  müddətinin  dəqiq 

qiymətinə  uyğundur.  Ömür  xətti  hadisənin 

nöqtəsinin 

üçüncü 

koordinatını 



– 

insanın 


doğulduğu  tarixi,  yaxud  onun  həmin  vəziyyətə 

girməsi  tarixini  müəyyən  etməyə  imkan  verir. 

Hadisənin  nöqtəsi,  adətən  demoqrafik  şəbəkənin 

cizgisinə salınmır və onu yalnız təsəvvür edirlər. 

 

HAQQI 

ÖDƏNĐLMƏDƏN 

MƏŞĞUL 

ŞƏXSLƏR  TƏRƏFĐNDƏN  ĐŞLƏNMĐŞ 

SAATLARIN 

MĐQDARI

 

– 



haqqı 

ödənilməyən 

şəxslər, 

işverənlər 

və 

ailə 


müəssisələrində 

haqqı 


ödənilməyən 

işçilər 


tərəfindən  işlənmiş  saatların  ümumi  miqdarıdır, 

hesabat  dövründə  özünün  istehsal  vahidi  üçün 

faktiki işlədikləri saatların cəmini ifadə edir.  

Bu göstəricidən xəstəliyə görə məzuniyyət, nahara 

ayrılan vaxt, işə getməyə və qayıtmağa lazım olan 

vaxt  çıxılır,  iş  yerində  istirahət  üçün  kiçik 

fasilələr, istirahət və bayram günlərindəki iş, gecə 

növbəsindəki iş, müəssisə üçün kənarda görülən iş 

daxil edilir. 

 

HAQQI  ÖDƏNĐLMƏYƏN  AĐLƏ  ĐŞÇĐSĐ 

(AĐLƏ  MÜƏSSĐSƏSĐNĐN  HAQQI  ÖDƏ-

NĐLMƏYƏN  ĐŞÇĐSĐ)

  –  qohumunun  sahib 

olduğu xüsusi ailə müəssisəsində muzdsuz işləyən 

şəxsdir. 

 

HARMONĐK  ÇƏKĐLƏR  METODU

  – 


təsdiq  (approksiya)  edilmiş  xəttin  kəsikləri  ilə, 

həmin  xətt  üzərindəki  nöqtələrin  çəkilməsinin 



(ölçülməsinin)  sürüşkən  trendinin  (meylinin) 

ekstrapolyasiyasına  əsaslanan  proqnozlaşdırma 

metodudur. 

HARMONĐZASĐYA  EDĐLMĐŞ  SĐSTEM 

(HS)

  – dünyanın 120-dən çox ölkəsində istifadə 

olunan  məhsul  (məmulat)  nomenklaturasıdır.  Bu 

sistem  xarici  ticarət  və  gömrük  tarifləri  üzrə 

statistik  məlumatlar  nomenklaturası  üçün  əsas 

sayılır.  HS  Gömrük  Əməkdaşlığı  üzrə  Şuranın 

Nomenklaturanın  və  Beynəlxalq  Standart  Ticarət 

Təsnifatının 

bazası 

əsasında 



hazırlanmışdır. 

Buraya  təxminən  dörd  və  ya  altı  rəqəmli  kodla 

kodlaşdırılmış, 21 bölməyə və 96 qrupa bölünmüş 

ayrıca  5000  adlı  əmtəə  qrupları  daxildir. 

Harmonizasiya 

edilmiş 


sistem 

Gömrük 


Əməkdaşlığı  üzrə  Şuranın  himayəsi  altında 

hazırlanmış  və  imzalanmaq  üçün  1983-cü  il 

iyunun 

14-də 


Brüsseldə 

Beynəlxalq 

Konvensiyaya  təqdim  olunmuş  və  bu  konvensiya 

1988-ci il yanvarın 1-dən qüvvəyə minmişdir.  

 

HAVA 

NƏQLĐYYATINDA 

QEYRĐ-

MÜNTƏZƏM 

DAŞIMALAR

 

– 



çarter 

(sifariş) uçuşları və xüsusi reyslər, yəni müntəzəm 

daşımalarda  öz  əksini  tapmayan,  müqavilə 

əsasında  yerinə  yetirilən  reyslərlə,  həmçinin 

müntəzəm  daşınmalarda  əks  etdirilməyən  turist 

marşrutları 

ilə 

uçuşlarda 



həyata 

keçirilən 

daşımalardır. 

 

HAVA  NƏQLĐYYATINDA  MÜNTƏZƏM 



DAŞIMALAR

  –  elan  edilmiş  cədvələ  uyğun 

olaraq,  planlaşdırılmış  və  yerinə  yetirilmiş 

daşımaların  uçuşlarla  təmin  edilməsi  və  ya  elə 

müntəzəm və ya kifayət qədər sıx uçuşlarla təmin 

edilməsidir  ki,  bunlar  müəyyən  sistemləşməyə 

uyğunlaşdırılır 

və 


ictimai 

istifadə 

üçün 

əlverişlidir; buraya həmçinin, müntəzəm reyslərin 



həddindən  artıq  yüklənməsi  ilə  əlaqədar  olaraq 

əlavə edilən ticarət reysləri də daxildir.  

 

HAVAYA  ATILAN  TULLANTILARIN 

YOL  VERĐLƏ  BĐLƏN  SON  HƏDDĐ

  - 


verilən  yaşayış  məntəqəsində  (şəhərdə,  regionda, 

rayonda)  stasionar  və  hərəkət  edən  mənbə 

tərəfindən  atmosferə  atılmaq  üçün  qaz-hava 

qarışığında yol verilə bilən maddələrin maksimum 

miqdarıdır.  Havaya  atılan  son  dərəcə  yol  verilə 

bilən  tullantılar  atmosferi  çirkləndirən  hər  bir 

mənbə  üçün  o  şərtlə  müəyyən  edilir  ki,  şəhərin 

havanı  çirkləndirən  mənbələr  çoxluğunun  havaya 

atdığı  zərərli  maddələr  əhali,  bitki  və  heyvanlar 

aləmi  üçün  maddələrin  yol  verilə  bilən  qatılıq 

həddini aşmasın. 

  

Bir  çox  hallarda  iqtisadiyyat  və  istehsalat 



reallığından  irəli  gələn,  konkret  bir  müəssisə 

(təşkilat,  obyekt)  üçün  havaya  atılan  müvəqqəti 



razılaşdırılmış  tullantılar  –  verilən  müəssisə 

 

244 


 

tərəfindən,  hava  mühafizəsi  tədbirlərinin  yerinə 

yetirilməsi  şərti  ilə,  ciddi  məhdudlaşdırılmış 

zaman  ərzində  atmosferə  yol  verilə  bilən  hədd 

daxilində  atılan  zərərli  maddələrin  miqdarı 

müəyyən olunur. 

 


Yüklə 17,41 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin