FĐLĐAL –
hüquqi şəxsin olduğu yerdən kənarda
yerləşən və onun funksiyalarının hamısını və ya
bir
hissəsini,
o
cümlədən
nümayəndəlik
funksiyalarını həyata keçirən ayrıca bölmədir.
Filialların rəhbərləri hüquqi şəxs tərəfindən təyin
edilir və onun etibarnaməsi əsasında fəaliyyət
göstərir.
FĐLLĐPS ƏYRĐSĐ
– iqtisadi nəzəriyyədə
inflyasiyanın səviyyəsi ilə işsizliyin səviyyəsi
arasında qarşılıqlı əlaqəni göstərən əyridir. 1958-
ci ildə onu ilk dəfə təsvir edən Avstraliya
iqtisadçısı A.V.Fillipsin adından götürülmüşdür.
Absis oxu üzrə faizlə işsizliyin səviyyəsi, ordinat
oxu üzrə isə inflyasiyanın illik artımını əks
etdirilir.
Fillips
əyrisinə
uyğun
olaraq,
inflyasiyanın
yüksək
səviyyəsi
bazar
iqtisadiyyatında işsizliyin yüksək səviyyəsi ilə
müşahidə olunur və əksinə.
FĐZĐKĐ ŞƏXS
– (I) – a) hüquqi şəxs statusu
yaratmadan
mülki
hüquq
münasibətlərinin
iştirakçısı olan vətəndaşdır (mülki hüquq və
öhdəlikləri daşıyan vətəndaşdır). Fiziki şəxs
iqtisadi aktivlərə malik ola bilər, sazişlər bağlaya
bilər, öhdəliklərinə görə cavabdeh ola bilər; b)
hüquq münasibətlərində öz adından iştirak edən
224
insan fərdidir. Azərbaycan Respublikasında bütün
vətəndaşlar,
Azərbaycan
Respublikasının
ərazisində daimi yaşayan və ya müvəqqəti qalan
əcnəbilər və vətəndaşlığı olmayan şəxslər fiziki
şəxslərdir.
(II) – fiziki şəxs terminindən hüquqi statusu ifadə
edən hüquqlar verilmiş adamları qeyd etmək üçün
qanunvericilikdə və müxtəlif inzibati idarələrdə
istifadə edilir.
FOB (FRANKO-BORT)
- əmtəənin qiymətinə
onun dəyəri, daşınma xərcləri və müəyyən edilmiş
limanda əmtəənin yüklənmə xərclərinin daxil
edildiyi halda çatdırılma şərtləridir.
FOND BAZARI
– maliyyə bazarının qiymətli
kağızlarla əməliyyatlar həyata keçirilən bir
hissəsidir (“Qiymətli kağızlar bazarı”na bax).
Emitentlər tərəfindən qiymətli kağızların ilkin
yerləşdirilməsi ilkin fond bazarına aid edilir,
qiymətli kağızların alqı-satqısı üzrə sonrakı
əməliyyatlar
təkrar
fond
bazarını
yaradır.
Đştirakçıları fond birjaları, əmtəə və valyuta
birjalarının fond şöbələri hesab edilən birja fond
bazarı, qiymətli kağızlarla əməliyyatlar həyata
keçirən investisiya fondları, bankları, broker
firmaları və digər təşkilatların iştirakçısı olduğu
qeyri-birja fond bazarlarından fərqləndirilir. Fond
bazarlarında daima və fəal ticarət aparılan
qiymətli
kağızlara
hazırkı
dövrdə
dövlət,
qısamüddətli istiqraz vərəqələrini, xəzinədarlıq
öhdəliklərini,
özəlləşdirilmiş
müəssisələrin
səhmlərini və s. aid etmək olar.
FOND QĐYMƏTLĐLƏRĐ – mülkiyyət hüququnu
təsdiq
edən
müəyyən
forma
və
rekvizit
sənədləridir, yalnız bu, sənədlərin təqdim edilməsi
ilə mülkiyyət hüquqlarını həyata keçirmək və
vermək mümkün olar.
FOND VASĐTƏÇĐSĐ
– fond bazarında
vasitəçidir; adətən bu, broker (və ya diler)
firmasıdır. Fond vasitəçisi kimi çox vaxt
kommersiya bankları və maliyyə şirkətləri iştirak
edirlər.
FONDTUTUMU
– əsas vasitələrin dəyərinin
bu vasitələrin köməyi ilə buraxılmış illik məhsul
miqdarına
bölünməsindən
alınan
qiymətə
bərabərdir. Əsas vəsaitlərin istifadə edilməsi
səmərəliliyinin əks göstəricisi fondverimi adlanır.
FORFEYTĐNQ
– kommersiya kreditinin bank
kreditinə transformasiya formasıdır. Forfeter
(alıcı) kimi, adətən bank, satıcı kimi isə ixracatçı
iştirak edir, hansı ki, nağd vəsaitlərin çıxardılması,
özünün likvidliyinin yaxşılaşdırılması, kredit
riskinin aşağı salınması və öz balansının debitor
borc hissəsindən azad edilməsi məqsədi ilə
hesablaşma sənədlərini inkassa edir.
FORMAL
PARAMETR
–
alqoritmin
(proqramın) standart sahəsinin tərtibi üçün istifadə
olunan şərti dəyişən kəmiyyətdir.
FRAXT/DAŞIMA VƏ SIĞORTALAMA
… QƏDƏR ÖDƏNĐLĐB
(... təyinat yerinin
adı), CĐP (Carriage and Insurance Paid Тo (...
named place of destination)) - satıcı malı
göstərilmiş daşıyıcıya çatdıracaqdır mənasını
daşıyır. Bundan başqa, satıcı göstərilmiş təyinat
məntəqəsinə qədər malın daşınması ilə bağlı
xərcləri
ödəməlidir.
Bu
üsul
ilə
malın
çatdırılmasına qədər alıcı malın itkisi və ya
korlanması məsuliyyətini, həmçinin digər xərcləri
öz öhdəsinə götürür. Lakin CĐP şərtinə əsasən,
satıcının üzərinə, həmçinin daşınma zamanı malın
itkisi və korlanması təhlükəsinə qarşı sığortanın
alınması öhdəliyi alıcının xeyrinə olur. Beləliklə,
satıcı sığorta müqaviləsi bağlayır və sığorta
haqlarını ödəyir. Alıcı nəzərə almalıdır ki, CĐP
şərtinə
əsasən,
satıcıdan
yalnız
minimum
ödəmələrlə sığortanın təmin edilməsi tələb olunur.
Əgər alıcı daha böyük ödənişli sığorta istəyərsə, o
zaman o bu barədə ya satıcı ilə xüsusi olaraq
razılığa gəlməlidir, ya da özü əlavə sığorta
müqaviləsinin
bağlanması
üzrə
tədbirlər
görməlidir.
“Daşıyıcı” sözü altında daşınma müqaviləsi
əsasında dəmir yolu, avtomobil, hava, dəniz və
daxili su nəqliyyatı və ya bu nəqliyyat növləri ilə
birlikdə daşınmanı özü təmin etmək və ya təşkil
etmək öhdəliyini üzərinə götürmüş hər hansı şəxs
nəzərdə tutulur.
Razılaşdırılmış təyinat məntəqəsinə bir neçə
daşıyıcı tərəfindən daşınmanın həyata keçirilməsi
halında məsuliyyətin keçidi malın onlardan
birincisinə təhvil verilməsi anında baş verir.
CĐP şərtində tələb olunur ki, malın ixrac gömrük
rəsmiləşdirilməsini satıcı yerinə yetirsin.
Bu termin, qarışıq daşınmalar da daxil olmaqla,
hər hansı nəqliyyat növü ilə malın daşınması
zamanı tətbiq edilə bilər.
FRANÇAYZĐNQ
– iri şirkətlər (françayzerlər)
tərəfindən kiçik müəssisələrlə, sahibkarlarla
(françayzi)
françayzer
adından
fəaliyyət
göstərmək hüququ verən müqavilə əsasında
həyata keçirilən iri və kiçik sahibkarlığın qarışıq
formasıdır. Bu zaman kiçik müəssisə öz
sahibkarlıq
fəaliyyətini
yalnız
françayzerin
müəyyən etdiyi formada, vaxtda və yerdə həyata
keçirir. Françayzer isə françayzinqi mallar və
225
texnologiyalar ilə təmin edir, habelə onun
sahibkarlıq fəaliyyətinə hərtərəfli kömək göstərir.
FRANÇAYZĐNQ ZƏNCĐRĐNĐN VƏ YA
ALICI QRUPUNUN MAL GÖNDƏRƏNĐ
– bu göstərici topdan satıcı (və ya topdan
satıcılardan biri) hesab edilən və franşizə dair
sazişə və yaxud alıcı qrupuna üzv olması
haqqında kontrakta malik olan və bu qrupa
malların
çatdırılmasına
cavabdeh
olan
müəssisələrə aiddir.
Françayzinq - bir müəssisənin müəyyən qədər
haqq ödənilməklə bəzi xüsusi şəraitlərdə istifadə
edilməsi üçün təyin edilmiş simvolla xarakterizə
olunan ticarət markasının digərinə verilməsi üzrə
müqavilə ilə əlaqədar iki müstəqil müəssisə
arasında əməkdaşlıq sistemidir. Eyni zamanda,
françayzinq qeyd olunan markadan istifadə
etməyə imkan verən yardım və müntəzəm
xidmətlərə təminat verir.
Alıcı qrupu – ayrı-ayrı müəssisələrin müstəqil
əldə edə biləcəyinə nisbətən, malgöndərənlərdən
daha səmərəli şərtlər əldə etmək məqsədilə
yaradılmış müəssisələr qrupudur.
FRANKO BORT
(…yükləmə limanının adı),
FOB (Free On Board (... named port of
shipment)) – bu terminin mənası odur ki, mal
göstərilmiş
yükləmə
limanında
gəminin
məhəccərindən keçdikdə, satıcı daşınma üzrə öz
öhdəliyini yerinə yetirmiş olur. Bu andan etibarən
malların itkisi və ya korlanması üzrə bütün
xərcləri və zərərləri alıcı ödəyir. FOB şərtində
tələb
olunur
ki,
malın
ixrac
gömrük
rəsmiləşdirilməsini satıcı yerinə yetirsin. Bu
termin yalnız dəniz və ya daxili su nəqliyyatı ilə
malın daşınması zamanı tətbiq edilə bilər. Əgər
tərəflər malı gəminin məhəccərindən keçirmək
niyyətində deyillərsə, o zaman FCA termini tətbiq
edilməlidir.
FRANKO DAŞIYICI
(... yerin adı), FCA
(Free Carrier (...named place)) - termininin
mənası
odur
ki,
satıcı
malı
gömrük
rəsmiləşdirilməsindən keçirdikdən sonra, alıcı
tərəfindən
təyin
olunmuş
daşıyıcıya,
razılaşdırılmış yerə çatdıracaqdır. Çatdırılma
yerinin seçilməsi həmin yerdə malın yüklənməsi
və boşaldılması üzrə öhdəliklərə təsir edir. Əgər
çatdırılma satıcının binasında həyata keçirilirsə, o
zaman satıcı yüklənməyə görə cavabdehlik
daşıyır. Əgər çatdırılma digər yerdə həyata
keçirilirsə, o zaman satıcı malın yüklənməsinə
görə cavabdehlik daşımır.
Bu termin, qarışıq daşımalar da daxil olmaqla, hər
hansı nəqliyyat növü ilə daşınma zamanı istifadə
edilə bilər.
«Daşıyıcı» sözü altında daşınma müqaviləsi
əsasında dəmir yolu, avtomobil, hava, dəniz və
daxili su nəqliyyatı və ya bu nəqliyyat növləri ilə
birlikdə daşınmanı həyata keçirmək və ya təmin
etmək öhdəliyini üzərinə götürmüş hər hansı şəxs
nəzərdə tutulur. Əgər alıcı daşıyıcı olmayan digər
şəxsə malın qəbul edilməsini etibar edirsə, o
zaman satıcı malın çatdırılması üzrə öz öhdəliyini
malın həmin şəxsə verilməsi zamanından etibarən
yerinə yetirmiş hesab edilir.
FRANKO QĐYMƏTĐ
– yüklərin çatdırılması
üzrə nəqliyyat xərclərinin istehlakçı tərəfindən
ödənilməsindən
asılı
olaraq,
qiymətlərin
təsnifləşdirilməsini
əks
etdirir.
Əmtəələrin
çatdırılmasının son məntəqəsinin (vaqon, anbar,
gəmilərin bortu, dəmir yol stansiyası və s.)
göstərilməsi ilə əlaqədə tətbiq edilir. Franko-
stansiya göndərmə qiymətində əmtəə alıcıya onun
istehsal olunduğu yerdə satılır və alıcı təyinat
yerinədək məhsulun daşınması üzrə bütün faktiki
xərcləri
ödəyir;
franko-stansiya
təyinat
qiymətində istehlakçıların yerləşdiyi yerdən asılı
olmayaraq, onların hamısı üçün vahid qiymət
formalaşdırılır. Ona bütün daşımalar üzrə orta
tarif və məsafə üzrə hesablanan nəqliyyat
xərclərinin eyni məbləği daxil edilir.
Beynəlxalq ticarətdə daşınmalar üzrə xərclərin
ödənilməsi qaydaları göndərmələrin bazis şərtləri
ilə müəyyənləşdirilir və 13 variantı özündə
birləşdirir ki, bunlar da mal göndərənlərin və
alıcıların xərclərinin həcmi və nəqliyyatın növünə
görə fərqləndirilir.
FRANKO ZAVOD
(... yerin adı) - EX Works
(... named place) – bu termin onu göstərir ki,
satıcı malı öz müəssisəsində və ya digər
göstərilmiş yerdə alıcıya təhvil verdiyi andan
öhdəliyini yerinə yetirmiş olur (məsələn, zavodda,
fabrikdə, anbarda və s.). Satıcı malın nəqliyyat
vasitəsinə
yüklənməsinə
və
ixrac
gömrük
rəsmiləşdirilməsinə cavabdehlik daşımır.
Beləliklə, bu termin satıcının üzərinə minimum
öhdəliklər qoyur və alıcı malın satıcı-müəssisədən
təyinat yerinə qədər daşınması ilə əlaqədar bütün
riskləri və xərcləri özü çəkir. Lakin tərəflər
göndərilmə yerində malın yüklənməsi üzrə
öhdəliyin satıcının öz üzərinə götürməsini və belə
yükləmə üçün bütün riskləri və xərcləri çəkməsini
istəyirlərsə, o zaman bu, alqı-satqı müqaviləsinə
müvafiq əlavədə dəqiq qeyd edilməlidir. Alıcı
ixracat formallıqlarını birbaşa və ya qismən yerinə
yetirmək iqtidarında olmadığı zaman, bu termin
tətbiq edilə bilməz. Bu halda FCA (franko
daşıyıcı) termini tətbiq edilməlidir, bir şərtlə ki,
satıcı malın yüklənməsi üçün təhlükəsizliyə və
xərclərin çəkilməsinə razı olsun.
226
FRANKO
ZONASI
(GÖMRÜKSÜZ
TĐCARƏT
ZONASI)
VƏ
FRANKO-
ANBARLAR
- bir qayda olaraq, gömrük
ərazisinin hissəsi və ya onun ərazisində yerləşən
yer hesab edilir. Onlar qalan hissədən ayrılmış
şəkildə olurlar. Mallara idxal rüsumlarının
tutulması və qeyri-gömrük ərazisində olan
əmtəələr kimi, ticarət idxalı siyasəti tədbirlərinin
tətbiqi nöqteyi-nəzərindən baxılır.
FRANŞAYZĐNQ ZƏNCĐRĐ ĐLƏ BĐRLƏŞ-
MƏLƏR
(ƏMƏKDAŞLIQ)
–
franşiz
haqqında Avropa Birliyinin Nizamnaməsinə
uyğun
olaraq,
müqavilə
əsasında
müəyyənləşdirilmiş pərakəndə ticarətçilərlə mal
göndərənlərin (mal və xidmət istehsalçılarının və
ya topdansatış ticarətçilərin) əlaqələrini özündə
əks etdirir. Pərakəndə ticarətçi öz maliyyə
qoyuluşuna cavab olaraq, texniki köməkdən
istifadə edilməsində və adətən, mal göndərənin
məhdud
miqdarda
yaydığı
malların
göndərilməsində
üstünlük
hüququ
qazanır.
Pərakəndə ticarətçi mal göndərən tərəfindən
strateji planların qəbul edilməsində iştirak edə
bilməz.
Məqsədindən asılı olaraq, franşizlər bir neçə növə
bölünə bilər: sənaye franşizası əmtəə istehsalına,
ticarət franşizası əmtəələrlə ticarətə və xidmət
franşizası xidmət göstərilməsinə aiddir.
FRANŞĐZ (LĐSENZĐYA, HÜQUQ)
- (I)
müəssisənin və ya yerli vahidin istismar (istifadə)
formasıdır. O, texnologiya, ticarət və idarəetmə
sahəsində zəruri yardımın göstərilməsi ilə xüsusi
texnoloji proseslərlə məşğul olan, “lisenziar”
adlanan bir müəssisənin orijinal firma nişanından
istifadə lisenziyasının “lisenziat” adlanan digər
müəssisəyə verməsi ilə ifadə olunur. Lisenziar
buna görə lisenziya haqqı alır və müəssisənin
kapitalında iştirak hüququna malik olur. Lisenziat
öz investisiyalarına görə tam məsuliyyət daşıyır.
(II) - qeyri-maddi məhsullarla - əmtəə markaları,
firmaların adları, patentlər, nou-haularla ticarət
növləridir (icarələr, lisenziyalaşdırma).
(III) - franşiz haqqında xüsusi müqavilədir.
Franşizinq iki
müxtəlif
müəssisə arasında
müqavilə əsasında əməkdaşlıq sistemi hesab
edilir. Belə ki, bu müqavilə ilə bu müəssisələrdən
biri icarə haqqını, dəqiq müəyyən edilmiş şərtlərlə
öz ticarət nişanını və ticarət simvolunu digərinə
verir, həmçinin icarə edilmiş ticarət nişanından
daha səmərəli istifadə üçün təyin edilmiş yardıma
və müntəzəm xidmətlərin təmin edilməsinə
zəmanət verir.
FRANŞĐZ MÜQAVĐLƏSĐ
- turist xidmətləri
istehsalçısının turizm məhsulunun reallaşdırılması
üzərində olan hüquq və imtiyazlarının ötürülməsi
müqaviləsidir. Bu zaman franşiza verənin ticarət
markasının
istifadə
edilməsi
xidmətin
keyfiyyətinin təminatı kimi çıxış edir.
FRANŞĐZLƏR VƏ ONLARA BƏRABƏR
TUTULAN HÜQUQLAR, PATENTLƏR,
LĐSENZĐYALAR, ƏMTƏƏ NĐŞANLARI,
TEXNOLOJĐ PROSESLƏR, MÜLKĐY-
YƏT HÜQUQU VƏ ONLARA BƏRABƏR
OLAN QĐYMƏTLĐLƏR
- müəyyən şərtlər
daxilində ixtiraçıya, müəllifə və yaxud patent,
lisenziya, əmtəə nişanı, texnoloji proseslərdən
istifadə, yaxud ədəbi və ya bədii əsərlərə sahib
olma, yaxud franşiz sahibinə verilmiş hüququn
qorunmasının
təmin
edilməsi
ilə
əlaqədar
xərclərdir.
FRASKATĐ DƏRSLĐYĐ (“TƏDQĐQAT-
LARIN VƏ EKSPERĐMENTAL ĐŞLƏ-
MƏLƏRĐN MÜAYĐNƏSĐ ÜÇÜN TƏKLĐF
OLUNAN STANDART TƏCRÜBƏ”)
– elm
və texnika göstəriciləri üzrə Đqtisadi Əməkdaşlıq
və Đnkişaf Təşkilatının (ĐƏĐT) Milli ekspert qrupu
tərəfindən hazırlanmış elmi tədqiqatlar və
işləmələr
statistikası
üzrə
ĐƏĐT-in
rəsmi
tövsiyələrdir. Tövsiyələrin birinci versiyası, ĐƏĐT-
ə üzv olan
ölkələrdə elmi axtarış və tədqiqatların
statistik müayinəsinin keçirilməsinin yeganə üsulu
kimi, ĐƏĐT-in Milli ekspert qrupunun 1963-cü ilin
iyun ayında Đtaliyanın Fraskati şəhərində keçirilən
müşavirəsində qəbul edilmiş və tövsiyə şəhərin
adı ilə adlandırılmışdır. Həmin andan belə
müayinələr müntəzəm xarakter almışdır; onlardan
nəinki milli qiymətləndirmənin bazası kimi, həm
də elmi axtarış və tədqiqatlara çəkilən xərclər və
heyətin göstəricilərinin beynəlxalq müqayisəsi,
onların təşkilinin müqayisəli təhlili və elmi-
texniki siyasətinin maliyyələşdirilməsində baza
kimi istifadə olunur. Fraskati dərsliyi özündə
elmin inkişafı haqqında statistik məlumatların
yığılması,
işlənməsi
və
təhlilinə
dair
ümumiləşdirilmiş çoxillik beynəlxalq təcrübəni
tam əks etdirir. 1980-ci illərin sonlarından o, elmi
tədqiqat və işləmələr statistikası üzrə əsas
beynəlxalq standart olmuşdur ki, buna da ĐƏĐT-in
müxtəlif
təşəbbüsləri,
o
cümlədən
keçid
iqtisadiyyatlı Avropa ölkələri və ĐƏĐT-ə üzv
olmayan ölkələr üçün seminarların təşkili səbəb
olmuşdur. Elmi tədqiqatların və işləmələrin
təşkilində milli və beynəlxalq səviyyədə elmi-
texniki siyasətin strategiyasında dəyişikliklərlə,
həmçinin beynəlxalq statistik standartlara (Milli
hesablar sistemi, beynəlxalq təsnifatlar və s.)
227
yenidən
baxılması,
üzv-ölkələrdə
praktiki
təcrübənin toplanması ilə əlaqədar Fraskati
dərsliyi dövri olaraq dəqiqləşdirilir. Fraskati
dərsliyinin axırıncı, beşinci redaksiyası 1993-cü
ildə qəbul edilmiş və ingilis və fransız dillərində
1994-cü ildə nəşr edilmişdir. O, elmi tədqiqatlara
və
işləmələrə,
institusional
və
funksional
təsnifatlar sisteminə, elmi tədqiqatlarla və
işləmələrlə məşğul olan heyətin sayının və bu
məqsəd üçün xərclərin ölçülməsinə yanaşmalara,
müayinələrin
aparılması
üsullarına,
elmi
tədqiqatların və işləmələrin büdcə təxsisatlarının
qiymətləndirilməsi və təhlili üzrə tövsiyələrə,
deflyatorların
və
valyuta
prioritetlərinin
hesablanmasına aid olan əsas anlayışları müəyyən
edir. Fraskati dərsliyinin inkişaf ideyası üzrə ayrı-
ayrı spesifik problemlərə dair silsilə beynəlxalq
standartlar hazırlanmışdır (“Elm və innovasiya
statistikasının beynəlxalq standartları”na bax) və
onların dairəsi daima genişlənir.
FRĐKSĐON ĐŞSĐZLĐK
– (“Đşsizlik”ə bax).
FUNDAMENTAL
TƏDQĐQATLARA
XƏRCLƏR
– yalnız fundamental tədqiqatların
aparılmasında aşkar olunmuş faktlara ümumi
qanunların (qrafik
təsvirlərin
və
izahedici
tezislərin) tətbiqi məqsədi ilə aparılan fiziki və
təbii xüsusiyyətlərin, strukturların və hadisələrin
təhlili üçün ayrılan xərclərdir.
FUNKSĐONAL TƏHLĐL
– institusional vahid
tərəfindən həyata keçirilən fəaliyyətin tədqiqinə
xidmət edir. Belə ki, fəaliyyətin bir sıra növləri
hesab-fakturada əks olunmur, statistik məqsədlər
üçün
məlumatların
normal
qeydiyyatı
və
ölçülməsi olmur və bu da onlardan istehsalın
təhlilində və sahələr üzrə təhlildə istifadəyə imkan
vermir. Funksional təhlil iqtisadi hesablarda əks
olunan və olunmayan bütün fəaliyyət növlərinin
tədqiqatına aiddir.
Müəssisələr statistikasında aşağıdakı funksiyalar
fərqləndirilir: istehsal, tədarük, elmi-tədqiqat və
təcrübə konstruksiya işləri, satış və marketinq,
inzibatçılıq, mühasibat uçotu, idarəetmə, nəqliyyat
(daxili), təmir, ticarət və s. Bu funksiyalar
köməkçi fəaliyyət (müəssisə daxilində digər
fəaliyyət növlərinin həyata keçirilməsini mümkün
etmək üçün göstərilən xidmət növləri) kimi
olduqda, adətən hesablarda əks etdirilmir.
Funksiyalar üzrə təhlilin digər tərifi bu və ya digər
tələbatın ödənilməsi ilə bağlı olan istehsal
fəaliyyətinin bütün növlərini özündə birləşdirir.
Aşağıda göstərilən funksiyaları fərqləndirmək
olar: təhsil, müdafiə, mənzil tikintisi, geyim
istehsalı, marketinq, nəqliyyat, mühasibat uçotu,
ticarət və s. Buna görə də, funksiyalar üzrə təhlil
çoxsaylı sahə bölmələrini əhatə edə bilir. Bu
təhlilin məqsədi istehlakın ödənilməsini nəzərə
almaqdan ibarətdir, məsələn, təhsil müxtəlif sahə
bölmələri tərəfindən təmin edilir.
Funksional təhlil bir sıra xüsusi təsnifatların
yaradılmasına səbəb olmuşdur: məqsədlər üzrə
fərdi istehlaka xərclərin, ev təsərrüfatı xərclərinin,
dövlət idarəetmə orqanlarının, dövlət idarəetmə
xərclərinin təhlili təsnifatlarının.
Dostları ilə paylaş: |