FASĐLƏLĐ QĐYMƏT
– baş məcmunun
naməlum
parametrinin,
sərhədləri
nöqtəli
qiymətləndirmə olan interval şəklində verilən
ehtimallı
qiymətdir.
Đntervalın
sərhədləri
seçmənin nəticələrindən alınan qaydalar üzrə
hesablanır və beləliklə, seçmə funksiyası təsadüfi
kəmiyyət hesab edilir. Fasiləli qiymət
θ
naməlum
parametrinin nəzərdə tutulan (1-
α
) ehtimalı ilə
tamamlanan intervalının sərhədlərini müəyyən
etməyə imkan verir. Bu naməlum qiymət
etibarlılıq və ya etibarlılıq sahəsi, onun sərhədi isə
etibarlılıq sərhədi adlanır. Etibarlılıq ehtimalının
səviyyəsi onu göstərir ki, (1-
α
)x100% hadisənin
təkrarlanmasının
qiymətləndirilməsi
zamanı
parametr həqiqətən etibarlılıq intervalı ilə bağlanır
(tamamlanır). Etibarlılıq ehtimalının genişliyi
qiymətləndirmənin dəqiqliyini əyani surətdə
göstərir: etibarlılıq intervalı nə qədər geniş olarsa,
qiymətləndirmə bir o qədər dəqiqləşir. Məsələnin
qoyuluşundan asılı olaraq, interval ikitərəfli və
birtərəfli ola bilər. Đnterval qiymətləndirmənin
hesablanması zamanı onların bölgüsü və seçmənin
həcmi hökmən öyrənilir. Seçmənin böyük
olmayan həcmi (n
≤
60) və verilən etibarlılıq
ehtimalı ilə t etibarlılıq sərhədi cədvəl (Styudent
bölgüsü) üzrə sərbəst pillələrlə hesablanır.
FASĐLƏLĐ MÜŞAHĐDƏLƏR
– müəyyən
vaxtdan bir keçirilən statistik müşahidələrdir
(“Dövri müşahidələr”ə, “Birdəfəlik müşahidə”yə
bax).
FASĐLƏSĐZ ĐNVENTARLAŞDIRMA ME-
TODU
– keçən (əvvəlki) dövr ərzində kapital
qoyuluşuna dair illik məlumatlar əsasında
müəyyən dövrə əsas kapitalın mövcudluğunun
müəyyənləşdirilməsinə və əsas kapitalın orta
xidmət müddəti və onun sıradan çıxmasının
qanunauyğunluğu haqqında təkliflər verilməsinə
imkan verən, bir çox ölkələrin statistikasında
tətbiq edilən metoddur. Bir çox xarici ölkələrdə
bu metodun geniş tətbiqi, hər şeydən əvvəl, bu
ölkələrdə əsas kapitalın mövcudluğu haqqında
birbaşa məlumatların olmamasından irəli gəlir.
FASĐLƏSĐZ MÜŞAHĐDƏ
– faktların, onlar
baş verdikcə müntəzəm qeydə alınmasıdır.
Məsələn, vətəndaşlıq vəziyyəti aktlarının, yol-
nəqliyyat hadisələrinin, yanğınların və s. qeydə
alınması. Fasiləsiz müşahidələr həm də cari
müşahidələr adlanır (gündəlik və ya həftəlik
statistika hesabatları və yaxud monitorinqlər).
FAYDALI ĐŞ ƏMSALI
– müəyyən vaxt dövrü
üçün alınmış istiqrazın faktiki dəyəri və borc
kapitalının ümumi dəyəri arasındakı nisbəti əks
etdirən əmsaldır. Hesablama üsulları və faiz
məbləğinin ödənilməsi, qiymətlərdə fərqlər və
faktiki mövcud olan kapitalın ümumi miqdarı
nəzərə alınmaqla, istiqrazın nominal faiz tarifi
(bankla
müştəri
arasındakı
müqavilədə
şərtləşdirilmiş tarif) əsasında hesablanır. Ü m u m
i faydalılıq əmsalı hər bir müştəri-vergiödəyicisi
üçün konkret müəyyən edilmiş vergi ödəmələrinin
miqdarını nəzərə almır; xalis faydalılıq əmsalı
vergi ödəmələrini nəzərə alır.
FAYDALI QAZINTI EHTĐYATLARI
–
geoloji kəşfiyyat nəticəsində yerin altında aşkara
çıxarılmış müəyyən miqdarda mineral xammalın
mövcudluğudur.
Yataqların
kəşf
olunma
dərəcəsindən və dağ şəraitindən asılı olaraq,
statistikada balans arxası, balans və proqnoz
növlərinə bölünən faydalı qazıntıların müxtəlif
növləri (konkret növ mineral xammalı nəzərə
alınmaqla, ton və ya m
3
ilə) öyrənilir.
Statistik hesabatlarda A, B, S
1
və S
2
-
kateqoriyaları
üzrə,
yəni
onların
geoloji
öyrənilməsi səviyyəsindən asılı olaraq, balans və
balans arxası faydalı qazıntı ehtiyatlarını göstərir.
A kateqoriyası – detallarına qədər kəşf edilmiş və
öyrənilmiş,
yerləşmə
şəraitinin
tam
aydınlaşdırılması
təmin
edilmiş,
mineral
xammalların təbii tipləri və sənaye növləri,
onların nisbətləri, yerləşmə vəziyyəti, keyfiyyəti,
faydalı qazıntıların texnoloji xüsusiyyətləri və
dağ-istismar
işlərinin
aparılması
şəraitini
müəyyənləşdirən
təbii
amilləri
aşkarlanmış
ehtiyatlardır. B kateqoriyası – faydalı qazıntı
ehtiyatlarının şəraitini, forma və xarakterini,
mineral xammalların təbii tiplərinin və sənaye
növlərinin aşkara çıxarılmasını və hər bir növün
yerləşmə vəziyyəti qanunauyğunluqlarını, dağ-
istismar
işlərinin
aparılması
şərtlərini
müəyyənləşdirən
və
əsas
təbii
amillərin
keyfiyyətinin, əsas texnoloji xüsusiyyətlərini
221
müəyyən edən, detallarına qədər kəşf edilmiş və
öyrənilmiş ehtiyatlardır. S
1
kateqoriyası - filiz
ehtiyatlarının yatım, forma və quruluşunun
ümumi
xüsusiyyətlərinin,
onların
sənaye
növlərinin, keyfiyyətinin, texnoloji xassələrinin
aşkara çıxarılmasını təmin edən, detallarına qədər
kəşf edilmiş və öyrənilmiş ehtiyatlardır. S
2
kateqoriyası – ya ayrı-ayrı nöqtələrdə açılması və
yaxud da əvvəllər öyrənilmiş sahələrə oxşar
olaraq müəyyənləşdirilməsi əsasında, şəraiti ilkin
qiymətləndirilmiş ehtiyatlarıdır.
Proqnozlaşdırılmış
(geoloji)
faydalı
qazıntı
ehtiyatları – kəşf edilməmiş, geoloji inkişaf tarixi
və
geoloji-kəşfiyyat
xüsusiyyətləri
üzrə
məlumatlar əsasında güman edilən ehtiyatlardır.
Proqnozlaşdırılmış
ehtiyatlar
haqqında
məlumatlar perspektiv üçün sənaye ehtiyatlarının
aşkara çıxarılmasını göstərir və axtarış işlərinin
təşkilinin məqsədəuyğunluğunu müəyyənləşdirir;
bir qayda olaraq onlar statistika hesabatlarında əks
etdirilmir (əlavə olaraq qiymətləndirilir).
Faydalı qazıntı ehtiyatları haqqında yekun statistik
məlumatlar, hər bir mineral xammal növləri və
kateqoriyaları
üzrə
(ayrı-ayrı
yataqlar
göstərilməklə) balans cədvəlləri şəklində verilir.
Bununla yanaşı, balans cədvəllərində hesabat
dövrünün (adətən, ilin) əvvəlinə və axırına
ehtiyatların mövcudluğu, geoloji kəşfiyyatlar
(kəşfiyyata qədər) nəticəsində artım, hasilat
nəticəsində azalma, yerin altında itkilər və təsdiq
edilməmiş ehtiyatların silinməsi ayrıca göstərilir.
FAYDALI
QAZINTILARIN
BALANS
EHTĐYATLARI
– müasir şəraitdə iqtisadi
cəhətdən faydalı (qazanclı) olan, geoloji işlər
nəticəsində öyrənilmiş, yerin altında onların
hesablanması və istifadə edilməsi (hasilatı) üçün
müəyyənləşdirilmiş kondisiyaları (standartları,
normaları) təmin edən (ödəyən) mineral xammal
ehtiyatlarıdır.
Faydalı
qazıntıların
balans
ehtiyatları
mədənlərdə
müəyyən
miqdarda
ehtiyatlar
olması
ilə,
faydalı
qazıntı
komponentlərinin yüksək tərkibi və keyfiyyəti ilə,
hasilatın, zənginləşdirilməsinin və sonradan
emalının texnoloji cəhətdən əlverişliliyi (asanlığı)
ilə xarakterizə olunur.
FAYDALI QAZINTILARIN BALANS-
DAN KƏNAR EHTĐYATLARI
– yerin
altında olan və hazırda istifadəsi (hasilatı)
müxtəlif səbəblərə: yatağın az gücə malik
olmasına, faydalı komponentlərin keyfiyyət və
tərkibinin aşağı olmasına, hasilat və emalı daxil
olmaqla istismar şəraitinin mürəkkəbliyinə görə
iqtisadi cəhətdən səmərəli (əlverişli) olmayan
mineral xammal ehtiyatlarıdır.
Elmi-texniki tərəqqinin inkişafı və faydalı qazıntı
ehtiyatlarının
istismarı
üçün
daha
müasir
metodların tətbiqi, həmçinin iqtisadi səmərəli
yataqların işlənməsindən (tükənməsi səbəbindən)
balansdan kənar ehtiyatlar balans kateqoriyasına
keçirlər.
FAYDALI QAZINTILARIN YERĐN TƏ-
KĐNDƏ VƏ ZƏNGĐNLƏŞDĐRMƏDƏ ĐT-
KĐSĐ
- 1) hasilat vaxtı yerin təkindəki mineral
xammalın itkisidir – yataqlar işlənərkən yerin
təkindən çıxarılmamış, həmçinin hasil edilmiş,
lakin
süxur
tullantılarına
göndərilmiş,
anbarlaşdırma,
yükləmə
və
dağ-mədən
müəssisələrinin
nəqliyyat
yollarında
qalmış
faydalı qazıntı ehtiyatlarının bir hissəsidir; 2)
zənginləşdirmə vaxtı faydalı qazıntının və faydalı
komponentin itkisi - hasil edilmiş (emal edilmiş)
ehtiyatlardan əldə edilməmiş və zənginləşdirmə
vaxtı tullantılarda (quyruqlarda) qalmış mineral
xammalın
və
onun
tərkibindəki
faydalı
komponentlərin bir hissəsidir.
FAYDALI MODEL
– istehsal vasitələrinin,
istehlak əşyalarının və onların tərkib hissələrinin
yeni
texniki
həllidir,
konstruktiv
yerinə
yetirilməsidir; sənaye mülkiyyətinin mühafizə
obyektidir. Yenilik və sənayedə tətbiq olunması
faydalı modelin mühafizə qabiliyyətliyi şərtləri
hesab edilir, ona yüksək ixtiraçılıq səviyyəsi tələbi
irəli sürülmür.
FAYL
– eyni təyinatla birləşdirilmiş, məntiqi
yazılardan ibarət məlumatlar çoxluğudur.
FEMĐNĐZASĐYA
(lat. femina – qadın) -
demoqrafiyada əhalinin cins üzrə tərkibində
qadınların sayının artmasıdır.
FƏAL NƏQLĐYYAT VASĐTƏLƏRĐ
-
əmtəələrin daşınmasını təmin edən nəqliyyat
vasitələridir. Əgər nəqliyyat vasitəsi qoşqulu
mexaniki nəqliyyat vasitəsidirsə, onda fəal
nəqliyyat vasitəsi avtomobil hesab edilir.
FƏALĐYYƏT GÖSTƏRƏN GÜCLƏRĐN
SAXLANMASI
– istehsal fəaliyyəti prosesində
sıradan çıxmış əsas fondların daima təzələnməsi
ilə bağlı tədbirlərdir.
FƏALĐYYƏT GÖSTƏRƏN MÜƏSSĐSƏ-
LƏRĐN YENĐ TEXNĐKĐ VASĐTƏLƏRLƏ
TƏCHĐZ EDĐLMƏSĐ
– yeni texnika və
texnologiyanın tətbiqi, istehsal proseslərinin
mexanikləşdirilməsi
və
avtomatlaşdırılması,
köhnəlmiş
və
fiziki
cəhətdən
aşılanmış
222
avadanlığın yeniləri, daha məhsuldarları ilə əvəz
edilməsi, istehsalın təşkili və strukturunun
yaxşılaşdırılması
ilə
istehsalın
texniki
səviyyəsinin
yüksəldilməsi
üzrə
kompleks
tədbirlərin həyata keçirilməsidir.
FƏALĐYYƏT NÖVLƏRĐ VƏ SƏNAYE
MƏHSULLARI TƏSNĐFATI
– bu və ya
digər təsnifat vahidi tərəfindən qəbul edilmiş,
müəyyən edilmiş məhsulun alınmasına gətirib
çıxaran, sənayedə istehsal prosesi kimi başa
düşülən fəaliyyət növləridir. Đqtisadi fəaliyyət
növləri təsnifatına uyğun şəkildə, fəaliyyət
növündən asılı olaraq, hər bir sənaye müəssisəsi
təsnifatda göstərilmiş sənaye sahəsinin birinə aid
edilir. Hər bir sahə isə öz növbəsində daha kiçik
təsnifat qruplarına (qrupa, sinfə, altsinfə) bölünür.
Eynilik
dərəcəsindən
asılı
olaraq
sənaye
məhsulları təsnifatına əsasən, siniflərə, siniflər
altsinflərə, altsinflər isə məhsul növlərinə bölünür.
FƏALĐYYƏT NÖVÜ ÜZRƏ DÖVRĐYYƏ
-
burada aşağıdakı tiplərindən istifadə olunur:
- istehsal fəaliyyəti növlərindən dövriyyə;
- alış və təkrar satış üzrə fəaliyyətdən dövriyyə;
- xidmət göstərilməsi üzrə işgüzar fəallıqdan
dövriyyə;
- vasitəçilik fəaliyyətində dövriyyə.
Bu fəaliyyət növləri üzrə dörd rəqəm səviyyəsində
Avropa
Đttifaqının
fəaliyyət
təsnifatında
dövriyyənin müəyyənləşdirilməsi üçün maraq
yarada bilər.
FƏALĐYYƏTDƏ OLAN MÜƏSSĐSƏNĐN
MÜLKĐYYƏTĐ (BĐZNESĐN BÜTÖVLÜK-
DƏ DƏYƏRĐ
) – qeyri-material aktivləri də
daxil edilməklə, fəaliyyətdə olan müəssisənin
bütün əmlak kompleksinin dəyəridir. Fəaliyyətdə
olan müəssisənin mülkiyyətinin kəmiyyəti birinci
növbədə
onun
gələcəkdəki
gəlirlərinin
proqnozlaşdırılan miqdarı ilə müəyyən edilir.
FƏALĐYYƏTƏ YENĐDƏN BAŞLAMA
–
müvəqqəti dayandırılmadan sonra müəssisənin
yenidən fəaliyyətə başlamasıdır.
FƏALĐYYƏTĐN
COĞRAFĐYASI
–
müəssisələrin
əraziyə
uyğun
olaraq
bölüşdürülmüş qruplarıdır. Məsələn, Avropa
ölkələrinin
ərazilərində
onların
fəaliyyəti
aşağıdakı kimi baş verir:
• əsasən öz ölkəsində fəaliyyət göstərən
müəssisələr;
• əsasən öz ölkəsindən xaricdə, lakin AĐ daxilində
fəaliyyət göstərən müəssisələr;
• əsasən AĐ xaricində fəaliyyət göstərən
müəssisələr.
Bir qayda olaraq, müəssisələrin bu şəkildə
bölüşdürülməsi əsas fəaliyyəti topdansatış olan
müəssislər üçün istifadə olunur.
Topdansatışın aşağıdakı növləri bir-birindən
fərqləndirilir:
• Əsasən öz ölkəsində topdansatış ticarəti:
müəssisələr o zaman öz ölkəsində topdansatış
ticarətlə məşğul olan hesab edilir ki, onlar
topdansatış ticarətçilər olaraq öz alışlarını və
marketinqlərini yalnız və ya əsasən yerləşdikləri
ölkədə həyata keçirirlər (əmtəələrin alış və
satışının və təkrar satışının ümumi həcminin 50%-
dən azını idxal və ixrac təşkil edir);
•
Ölkə
xaricindəki
topdansatış
ticarət
müəssisələri o zaman öz ölkəsindən xaricdə
topdansatış ticarətlə məşğul olan hesab edilir ki,
onların
yeganə
və
ya
əsas
fəaliyyəti
aşağıdakılardan birini təşkil edir:
a) əmtəələrin xaricdən alınması və onların
müəssisəsinin yerləşdiyi ölkədə təkrar satışı (idxal
ticarəti);
b) əmtəələrin müəssisənin yerləşdiyi ölkədə
alınması və onların xaricdə satışı (ixrac ticarəti);
• əmtəələrin müəssisənin yerləşdiyi ölkənin
ərazisindən keçməsindən asılı olmayaraq, xarici
ölkələrdə alış və satışı (tranzit ticarəti). (Təkrar
satış üçün nəzərdə tutulmuş əmtəələrin idxalı və
ya əmtəələrin ixracı əmtəələrin alış və təkrar
satışının ümumi həcminə bərabərdir və ya 50%-
dən çoxunu təşkil edir).
FƏRDĐ (AĐLƏ) MÜƏSSĐSƏ
– vətəndaşın
mülkiyyətində və ya onun ailə üzvlərinin, əgər
onlar arasında sazişdə başqa hal nəzərdə
tutulmayıbsa, ümumi pay mülkiyyətində olan
müəssisədir.
FƏRDĐ (TƏK) ĐSTEHSAL
– müxtəlif məhsul
növləri bir və ya bir neçə nüsxədə (ədədlə
buraxılış) istehsal edilən, istehsalın təşkili
formasıdır (emal prosesinin növüdür). Son
məhsulun hər biri konstruksiyasına görə, yerinə
yetirilən vəzifələrə və digər əlamətlərə görə
unikaldır. Fərdi istehsalda universal avadanlıqlar
tətbiq olunur, yığma proseslərinin əhəmiyyətli
hissəsini əl işlərinin təşkil etməsi ilə xarakterizə
olunur, heyət universal vərdişlərə malikdir. Fərdi
istehsalda məhsulun hazırlanmasının istehsal
prosesi
fasiləli
xarakter
daşıyır.
Məhsul
buraxılışının hər birinə nisbətən uzun müddət: bir
neçə həftə, ay, il sərf olunur. Qara metallurgiya və
energetika, kimya sənayesi üçün iri maşınların
istehsalı xidmət sahəsində geniş yayılmışdır. Qərb
ölkələrinin ədəbiyyatlarında fərdi istehsalı adətən
layihə istehsalı adlandırırlar.
223
FƏRDĐ EHM
- fərdi istifadə üçün elektron
hesablama maşını, kompüter, tərkibi sistem
blokdan, klaviaturadan, displeydən və xarici
yaddaş qurğusundan ibarət olan stolüstü cihazdır.
Ona çap (printer) və səs qurğularının qoşulması
mümkündür. Xarici yaddaş kimi, sərt disklər, CD-
lər, flyəş-kartlar və s. istifadə olunur.
FƏRDĐ ƏSASDA ĐŞLƏYƏN ŞƏXS
– sərbəst
bir və ya bir neçə işgüzar tərəfdaşla gəlir gətirən
fəaliyyətlə
məşğul
olan,
muzdlu
işçilərin
əməyindən istifadə etməyən və yaxud onlardan
çox qısa müddətdə (mövsümü və təsadüfü işlərə)
istifadə
edən
şəxsdir.
Bu
halda
işgüzar
əməkdaşların hamısı fərdi əsasda işləyən şəxslər
sayılır.
FƏRDĐ
QEYRĐ-BAZAR
MAL
VƏ
XĐDMƏTLƏRĐ
– fərdi ev təsərrüfatlarına
ümumi dövlət idarələrinin qeyri-bazar istehsalçı
bölmələri və ya qeyri-kommersiya təşkilatları
tərəfindən, pulsuz və yaxud iqtisadi əhəmiyyət
kəsb etməyən qiymətlərlə təqdim olunan əmtəə və
xidmətlərdir.
FƏRDĐ QĐYMƏTLƏNDĐRMƏ
– yaradılmış
məhsul və ya xidmət növü vahidinin normativ
dəyəridir. Özündə işçilərin əsas əmək haqqını,
materialların,
məmulatların,
konstruksiyaların
dəyərini, maşın və mexanizmlərin istismarına
normativ xərcləri birləşdirir. Đşçilərin əməyi,
material ehtiyatları, maşın və mexanizmlərin
xərcləri smeta və ya istehsal normaları əsasında
təyin edilir. Tikintinin yerli şəraiti nəzərə
alınmaqla, hər hansı rayonun ərazisində yerləşən
tikinti
üçün
rayonun
vahid
fərdi
qiymətləndirilməsi işlənilib hazırlanır. Tikinti və
montaj
işlərinin
smeta
dəyərini
müəyyənləşdirmək üçün tətbiq edilir.
FƏRDĐ SAHĐBKAR
– hüquqi şəxs yaratmadan
təsərrüfat fəaliyyəti ilə məşğul olan, fəaliyyət
göstərdiyi yer üzrə vergi orqanlarında dövlət
qeydiyyatından keçmiş və qeydiyyatdan keçməsi
haqqında şəhadətnamə almış vətəndaşdır (fiziki
şəxsdir). Fərdi sahibkar aşağıdakı səbəblərdən
təsərrüfat fəaliyyətinə olan hüququnu itirir: a)
əgər o, ona verilən şəhadətnamənin və keçdiyi
qeydiyyatın ləğvi haqqında ərizə təqdim edirsə; b)
əgər məhkəmə onun imkansız (müflis) olması
haqqında qərar çıxararsa.
FƏRDĐ SEÇMƏ
– hər dəfə bir vahidin
seçilməsinə
əsaslanan
müşahidə
vahidinin
seçilməsidir. Fərdi seçmə müşahidə üçün lazım
olan vahidlərin sayı qədər təkrarlanır.
FƏRDĐ TĐKĐNTĐ
– vətəndaşların xüsusi
mülkiyyəti hesab edilən, əhalinin öz vəsaiti
hesabına və əvəzi ödəniləcək bank kreditlərinin
köməyi ilə yaşayış evlərinin ucaldılmasıdır. Fərdi
tikinti həm öz gücünə, həm də cəlb edilmiş işçi
qüvvələrinin və podrat təşkilatlarının köməyi ilə
həyata keçirilir.
FƏRMAN
–
1) ali dövlət hakimiyyəti
orqanlarının (dövlət başçısının) hüquqi aktıdır.
Hüquqi məzmununa görə normativ fərman, yaxud
müəyyən normalarını müəyyənləşdirən fərman və
fərdi fərman, yaxud hüquq normasını konkret
hadisəyə tətbiq edən fərman mövcuddur (məsələn,
şəxsin
vəzifəyə
təyin
edilməsi,
mükafatlandırılması
barədə
fərman);
2)
Azərbaycan
Respublikasında
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinə
əsasən, fərman vermək səlahiyyəti Azərbaycan
Respublikası
Prezidentinə
məxsusdur;
3)
parlamentli dövlətlərdə fərman dövlət başçısının
(prezidentin) verdiyi hüquqi aktdır. Fövqəladə
fərmanların verilməsi də geniş yayılmışdır. Belə
fərmanlar qanun qüvvəsinə malikdir və parlament
tərəfindən qəbul edilmiş qanunların qüvvəsini
dayandıra bilər.
Dostları ilə paylaş: |