RĐLMƏSĐ
- əsas fondların dəyərinin həmin dövr
müəyyən edilməsidir.
ƏSAS FONDLARIN LƏĞVĐ
– xidmət
müddətinin başa çatması ilə əlaqədar olaraq, əsas
fondların
fəaliyyətdə
olanların
tərkibindən
çıxarılmasının əsas fondların balansında əks
etdirilməsidir.
Təşkilatlar
səviyyəsində
əsas
fondların ləğvi aşağıdakı səbəblər üzündən baş
verir: 1) obyektin gələcəkdə istifadəsini yararsız
edən fiziki aşınma və köhnəlmə; 2) fiziki
vəziyyətindən asılı olmayaraq, ondan istifadə
edilməsi
iqtisadi
nöqteyi-nəzərdən
səmərəli
olmayan, mənəvi aşınma; 3) təbii fəlakət və
fövqəladə hadisələr (daşqın, zəlzələ, yanğın və s.);
4) müəssisələrin ləğv edilməsi; 5) sair səbəblər.
Ləğv edilən əsas fondlar tam ilkin dəyər və yaxud
bərpa dəyəri ilə mühasibat balansından silinir.
ƏSAS FONDLARIN MƏNƏVĐ (TEXNĐKĐ,
FUNKSĐONAL)
KÖHNƏLMƏSĐ
–
fəaliyyətdə olan təkrar istehsalın ucuzlaşması və
ya təzə və daha müasir əsas fondların yaradılması
nəticəsində əmək vasitələrinin və uzunmüddətli
maddi nemətlərin dəyərinin azalmasıdır. Əsas
fondların dəyərinin dəyişməsini müəyyənləşdirən
iki mənəvi köhnəlmə forması fərqləndirilir: 1)
əmək məhsuldarlığının artırılmasına səbəb olan,
əsas fondların obyektləri və həmçinin onların
hazırlanması üçün zəruri olan xammal, material,
yarımfabrikatlar, hazır məhsulları yaradan ictimai
zəruri xərclərin onların təkrar istehsalına görə
azalması; 2) əsas fondların, elmi texniki
tərəqqinin təsiri altında əvvəllər fəaliyyətdə olmuş
fondlardan
daha
yaxşı
texniki-iqtisadi
xarakteristikalıların (gücünün, səmərəliliyinin,
faydalılığının, təmirə yararlılığının, rahatlığının və
s.) meydana çıxması.
ƏSAS FONDLARIN MÖVCUDLUĞU
–
müəyyən tarixə dəyər ifadəsində əsas fondların
həcmini əks etdirən göstəricidir. Bütövlükdə,
iqtisadiyyat,
fəaliyyət
növləri,
müəssisələr,
mülkiyyət formaları, ərazilər üzrə hesablanır.
Əsas fondların dəyərini faktiki (qarışıq) və
müqayisəli qiymətlərlə əks etdirmək olur.
ƏSAS FONDLARIN NÖVLƏRĐ
– müəyyən
təbii-maddi əlamətlərə görə formalaşdırılan əsas
fondların qruplarıdır. Nümunəvi təsnifat əsas
fondları binalara, tikililərə (qurğulara), maşın və
avadanlıqlara (o cümlədən güc və işçi maşın və
avadanlıqlarına, ölçü və tənzimləyici cihaz və
qurğulara,
laboratoriya
avadanlıqlarına,
hesablama
texnikasına,
digər
maşın
və
avadanlıqlara), nəqliyyat vasitələrinə, istehsal və
təsərrüfat inventarlarına, işçi, məhsuldar və cins
mal-qaraya,
çoxillik
əkmələrə,
torpaqların
yaxşılaşdırılmasına çəkilən əsaslı xərclərə və
digər maddi əsas fondlara, həmçinin qeyri-maddi
əsas fondlara bölür. Statistik hesabatlarda əsas
fondlar nümunəvi təsnifat bazası əsasında növlər
üzrə qruplaşdırılır. Lakin bu zaman onların
tərkibinin sahə xüsusiyyətləri nəzərə alınır.
Məsələn,
kənd
təsərrüfatında
tikililərin
(qurğuların) tərkibində irriqasiya, meliorasiya və
su vermə qurğuları ayrılıqda göstərilir.
Milli hesablar sistemində əsas fondların aşağıdakı
təsnifatı qəbul edilmişdir:
AN.11 Əsas fondlar
AN.111 Maddi əsas fondlar
AN.1111 Yaşayış binaları və evləri
AN.1112 Digər binalar və qurğular
AN.11121 Qeyri-yaşayış binaları
AN.11122 Digər tikili və qurğular
AN.1113 Maşın və avadanlıqlar
AN.11131 Nəqliyyat avadanlığı
AN.11132 Digər maşın və avadanlıqlar
AN.1114 Kultivasiya olunan aktivlər
AN.11141 Damazlıq, südverən və işlək heyvanlar
və s.
AN.11142
Üzümlüklər,
meyvə
bağları
və
müntəzəm bar verən ağac plantasiyaları
AN.112 Qeyri-maddi əsas fondlar
AN.1121 Faydalı qazıntıların kəşfiyyatı
AN.1122 Hesablama texnikası üçün proqram
təminatı
AN.1129 Ədəbiyyat və incəsənət əsərlərinin
orijinalları
ƏSAS
FONDLARIN
ORTA
ĐLLĐK
DƏYƏRĐ
- il ərzində mövcud olan əsas fondların
malik olduğu dəyər göstəricisinin orta qiymətidir.
Statistika təcrübəsində, bütün əsas fondların ilin
əvvəlinə və sonuna yarı dəyərlərinin və onların
hesabat ilinin qalan aylarının birinci gününə olan
dəyərlərinin cəmindən alınan məbləğin 12-yə
bölünməsindən alınan qismət kimi, orta xronoloji
düsturla hesablanır. Əsas fondların orta illik
balans dəyərləri ilə yanaşı, əsas fondların orta illik
209
qiymətlərdə orta illik dəyərlərini də hesablamaq
olur. Qalıq ilkin dəyər, əsas fondların obyektləri
aşındıqca, həmçinin onların genişləndirilməsi,
müasirləşdirilməsi və yenidən qurulması ilə
əlaqədar
dəyişir.
Əsas
fondların
yenidən
qiymətləndirilməsi zamanı qalıq bərpa dəyəri ilə
əvəz olunur.
ƏSAS FONDLARIN SAHƏLƏRARASI
BALANSI
- məhsul və xidmətlərin istehsalı və
bölüşdürülməsinin
sahələrarası
balansının
siyahısında
sahələr
üzrə
əsas
fondların
mövcudluğu və növ tərkibini xarakterizə edir.
Əsas
fondların
sahələrarası
balansının
məlumatları müfəssəl sahə bölgüsündə əsas
fondların mövcudluğu və tərkibinə dair ətraflı
məlumat almağa, buraxılan məhsulların həcmi ilə
əlaqədə onun növ tərkibini dərindən və hərtərəfli
öyrənməyə, əsas fondları məhsul istehsalı ilə
əlaqələndirən
məhsulların
birbaşa
və
tam
fondtutumu əmsallarını hesablamağa imkan verir.
Əsas fondların sahələrarası balansında əsas
fondların mövcudluğu ortaillik hesablama ilə
balans dəyərində əks etdirilir.
Əsas fondların sahələrarası balans hesabatı fond
istehsal edən (maşınqayırma, tikinti) sahələrlə və
bu fondlardan məhsul və xidmətlər istehsalı üçün
istifadə edən sahələr arasında sahələrarası
əlaqələri aşkar etməyə, bir sıra digər iqtisadi
hesablamaları həyata keçirməyə imkan verir.
ƏSAS FONDLARIN SIRADAN ÇIXMASI
– (I) - əsas fondların ləğvi və sair çıxılmalarıdır
(satışı, kənara verilməsi).
(II) - əsas fondların satılması, sökülməsi,
dağılması və qırıntılara çevrilməsidir. Müəssisələr
statistikası üçün əsas fondların məxarici onların
satılmasıdır,
çünki
onlar
daha
asanlıqla
qiymətləndirilir.
Əsas fondların satışı balans dəyərləri ilə deyil,
faktiki alış qiymətləri ilə qiymətləndirilir. Burada
həm maddi aktivlərin, həm də qeyri-maddi
aktivlərin çıxılması qeydiyyata alınır.
Əldə olunan və ya çıxılan (silinən) əsas fondların
saldosu iqtisadi vahidin və ya sahənin hesabat ili
ərzindəki investisiyasını hesablamağa imkan verir.
ƏSAS FONDLARIN TAM BƏRPA DƏ-
YƏRĐ
– yenidən qiymətləndirmənin keçirildiyi
dövrə mövcud olan qiymətlər və tariflər üzrə
oxşar mövcud yeni obyektlərin təkrar istehsalına
(hazırlanmasına, nəqlinə, qurulmasına və s.)
çəkilən xərclərin dəyəridir.
ƏSAS FONDLARIN TƏMĐRĐ
–
işçi
vəziyyətində saxlanması üçün əsas fondların
qismən bərpasıdır. Sənayedə təmir - cari, orta və
əsaslı təmirə bölünür. Təmirin bütün növlərinin
xərcləri istehsal xərclərinə daxil edilir. Əsas
fondların
təmiri
planlaşdırılmış
və
müəyyənləşdirilmiş vaxtdan əvvəl yerinə yetirilən
və qəzaya görə təmirdən ibarət ola bilər.
ƏSAS
FONDLARIN
YARARLILIQ
ƏMSALI
- əsas fondların qalıq dəyərinin
onların tam ilkin (bərpa) dəyərinə olan nisbətidir
(“Əsas fondların ilkin dəyəri”nə bax). Əsas
fondların yararlılıq əmsalı - əsas fondların
köhnəlmə
(aşınma)
səviyyəsi
göstəricisinin
əksidir.
ƏSAS FONDLARIN YAŞ XARAKTE-
RĐSTĐKALARI
– mövcud əsas fondların orta
yaşını, onların yaş qruplarını, sıradan çıxmış əsas
fondların orta yaşını, orta xidmət (faktiki və
normativ) müddətini əks etdirən göstəricilərdir.
ƏSAS FONDLARIN YAŞI
– istismara
verilmə tarixi ilə müşahidə tarixi arasındakı
vaxtdır. Əsas fondların yaşını xarakterizə etmək
üçün həm də onların qruplaşdırılmasından istifadə
edilir. Məsələn, 5 ilədək, 5 ildən çox - 10 ilədək,
10 ildən çox - 20 ilədək, 20 ildən çox. Əsas
fondların ayrı-ayrı növlərinin yaşlarının müxtəlif
olduqlarını nəzərə alaraq, onların orta yaşının
müəyyən edilməsi daha məqsədəuyğundur.
ƏSAS
FONDLARIN
YENĐLƏŞMƏ
ƏMSALI
- əsas fondların təkrar istehsalını
xarakterizə edir. Đlin sonuna bütün fondların
ümumi həcmində yeni işə salınmış bütün
fondların xüsusi çəkisini əks etdirir. Đl ərzində
istifadəyə verilmiş əsas fondların dəyərinin ilin
sonuna əsas fondların dəyərinə nisbəti kimi
müəyyənləşdirilir. Đnflyasiyanın yüksək artım
şəraitində müqayisəli qiymətlərlə hesablanır. Əsas
fondların yeniləşmə əmsalı həm ümumilikdə əsas
fondlar üzrə, həm də onların ayrı-ayrı növləri üzrə
dəyər və natural ölçülərdə müəyyənləşdirilir.
ƏSAS ĐSTEHSAL FONDLARI – sosialist
iqtisadiyyatında məhsulların istehsalı və ya
xidmətlərin (nəqliyyat, rabitə, ticarət və s.
xidmətlərin) göstərilməsi üçün istifadə edilən
əsas fondlar olmuşdur.
ƏSAS ĐŞ (GƏLĐRLĐ MƏŞĞULLUQ)
–
iqtisadi fəaliyyətlə məşğul olanlara aid olan və
əlavə işi (gəlirli məşğulluğu) olan bütün şəxslər
üçün müəyyən edilir. Əsas iş (gəlirli məşğulluq)
şəxsin özü üçün əsas hesab etdiyi, yaxud daha
artıq iş saatı işlənən və ya daha çox gəlir gətirən iş
hesab edilir. Əsas işdən başqa, şəxs ona gəlir
210
gətirən ikinci işdə də işləyə bilər və bu iş həmin
şəxs üçün əlavə (ikinci) məşğulluq hesab edilir.
ƏSAS KAPĐTAL
– təqribən “əsas fondlar”ın
müəyyənləşdirilməsinə (anlayışına) uyğun olan
kateqoriyadır, uzun müddət işçi (əməliyyat)
dövrləri ərzində istifadə oluna bilən maddi, qeyri-
maddi və maliyyə aktivləridir. Əsas kapital, əsas
fondların tərkibinə daxil olan elementlərdən
başqa, özündə başa çatdırılmamış tikinti hissəsini
- başa çatdırılmamış tikinti işlərinin dəyərini də
birləşdirir, bu şərtlə ki, tikilmiş obyekt üçün alıcı
tapılmış və əvvəlcədən onunla satış haqqında
müqavilə imzalanmış olsun. Əsas kapitala torpaq
və
binalar,
istehsal
tikililəri,
maşın
və
avadanlıqlar, investisiyalar aid edilir. Əsas
kapitala xərclər onlardan gözlənilən istifadə
müddəti ərzində gəlirdən silinir, bununla yanaşı,
onlar əsas fondların balans dəyərindən çıxılır və
amortizasiya ayırmalarının hesabına aid edilir.
ƏSAS KAPĐTAL (ƏSAS FONDLAR)
-
istehsal aktivləri kimi müəyyənləşdirilir və
istehsal prosesində bir ildən çox dəfələrlə və ya
daima istifadə olunur.
ƏSAS KAPĐTALA ĐNVESTĐSĐYALAR
–
bütün
növ
əsas
vəsaitlərin
alınmasına,
yaradılmasına və istehsalına yönəldilmiş xərclərin
məcmusudur.
Əsas
kapitala
yönəldilmiş
investisiyalar
-
tikinti-quraşdırma
işlərinə,
quraşdırılması
tələb
olunan
və
ya
tələb
olunmayan, tikili və obyektlərin smetasına daxil
olan və ya daxil olmayan maşın və avadanlıqların
alınmasına və quraşdırılmasına, işçi və məhsuldar
heyvanların alınmasına, çoxillik əkmələrin və
meşə zolaqlarının salınmasına, istehsal olunmayan
aktivlərə mülkiyyət hüququnun verilməsinə,
qeyri-maddi əsas fondların (layihə-axtarış işləri
proqram təminatı, məlumat bazası, incəsənət və
əyləncəli janr əsərlərinin orijinalları və s.)
alınması və hazırlanmasına və əsas fondların
dəyərinin artırılmasına yönəldilən sair işlərin
yerinə
yetirilməsinə
sərf
edilən
xərclərin
cəmindən ibarətdir. Əsas kapitala yönəldilmiş
investisiyaların
maliyyələşdirmə
mənbələri
müəssisə və təşkilatların öz vəsaitləri, büdcə
vəsaitləri (dövlət büdcəsi və ya yerli büdcələr),
əhalinin
şəxsi
vəsaitləri,
bank
kreditləri,
büdcədənkənar fondların vəsaitləri və digər
vəsaitlər ola bilər.
ƏSAS KAPĐTALDA DĐGƏR MƏNBƏLƏ-
RĐN
PAYI
– yeni biznesin təşkili üçün özünün
xüsusi vəsait, dotasiya və istiqrazlarından başqa,
digər
vəsait
mənbələrindən
istifadə
edən
müəssisələrin faizidir.
ƏSAS KAPĐTALIN ĐSTEHLAKI
– (I) -
istehsalçıda mövcud olan əsas kapitalın dəyərinin
müəyyən hesabat dövrü ərzində fiziki, mənəvi
aşınması
və
ya
korlanması
nəticəsində
azalmasıdır.
(II) - özündə müvafiq dövr ərzində normal olaraq
fiziki köhnəlmiş və mənəvi cəhətdən köhnəlmiş
əsas fondların istehlak məbləğini, o cümlədən
sığortalanması mümkün olan bədbəxt hadisələr
nəticəsində itirilmiş əsas fondlar da daxil olmaqla,
nəzərdə tutulmuş itkiləri əks etdirir.
(III) – istehsal xərclərinə aiddir. O, ümumi sözlə
hesabat dövrü ərzində istehsalçıya aid olan və
onun tərəfindən istifadə olunan əsas kapitalın cari
ehtiyatlarının dəyərinin normal fiziki və mənəvi
aşınma və ya qəzadan adi korlanma nəticəsində
azalması kimi ifadə olunur. Əsas kapitalın istifadə
olunmasına hərbi əməliyyatlar və ya çox gec-gec
baş verən iri təbii fəlakətlər kimi xüsusi
hadisələrdə dağılmış əsas kapitalın dəyəri daxil
edilmir. Bu itkilər MHS-də “Aktivlərin həcmində
digər dəyişikliklər” hesabında yazılır. MHS-də
əsas kapitalın istehlakı elə müəyyənləşdirilmişdir
ki, o nəzəri cəhətdən düzgündür və iqtisadi
təhlilin məqsədlərinə uyğundur. Onun kəmiyyəti
mühasibat uçotunda əks olunan və ya vergi ödəmə
məqsədi ilə, xüsusən inflyasiya mövcud olduqda
müəyyənləşdirilən amortizasiya ayırmalarından
əhəmiyyətli dərəcədə fərqlənə bilər.
ƏSAS KAPĐTALIN SATILMASI
– əsas
kapitalın satılmasının həcmi balans dəyəri üzrə
deyil, əlavə dəyər vergisi çıxılmaqla, faktiki
qiymət üzrə müəyyənləşdirilir. Həm material, həm
də qeyri-material aktivlərinə investisiyaların
nəticəsi hesab edilən əsas kapitalın satışının
növləri qeydiyyatdan keçirilir.
Qeyd: Qazancların və əsas kapitalın satışı balansı
hesabat dövrü ərzində vahidin və ya bölmənin
investisiyalarını müəyyənləşdirməyə imkan verir.
ƏSAS KAPĐTALIN ÜMUMĐ YIĞIMI
– (I)
– rezidentlərin gələcək dövrlərdə istehsalda
istifadə edəcəkləri və beləliklə, yeni gəlir
yaradacaq əsas kapital obyektlərinə qoyduqları
vəsaitdir. MHS-nin “Kapitalla əməliyyatlar”
hesabının
göstəricisidir.
Sıradan
çıxmışlar
çıxılmaqla alınmış əsas fondların dəyəri, üstəgəl
qeyri-istehsal maddi aktivlərin yaxşılaşdırılmasına
və bütün qeyri-istehsal aktivlərlə bağlı mülkiyyət
hüquqlarının verilməsinə xərclərin dəyəri kimi
müəyyən edilir.
(II) - Avropa hesablar sisteminə (AHS) görə, əsas
kapitalın ümumi yığımı əsas fondların silinməsi
çıxılmaqla, istehsalçı-rezidentlərin əldə etdikləri
əsas fondlar, üstəgəl istehsalçı və ya institusional
211
vahidlərin həyata keçirdikləri istehsal fəaliyyəti
nəticəsində qeyri-istehsal aktivlərinin dəyərlərinə
bəzi əlavələr kimi müəyyən edilir. Qeyri-istehsal
aktivlərinin dəyərinə olan əlavələrə - torpaq
bəndlər
tikilməklə
meliorasiya
nəticəsində
torpağın
yaxşılaşdırılmasına
çəkilən
kapital
xərcləri daxil edilir.
Əsas kapitalın ümumi yığımı müsbət və ya mənfi
ola bilər.
Müsbət yığıma daxildir: satın alınmış, barter
vasitəsilə əldə olunmuş, təbii şəkildə kapital
transferləri köçürmələri kimi alınmış və ya
maliyyə lizinqi üzrə istifadəçi tərəfindən əldə
olunmuş yeni və ya mövcud əsas fondların
dəyələri; istehsal edilmiş və istehsalçı tərəfindən
özünün şəxsi istifadəsi üçün saxlanmış əsas
fondların dəyərləri; əsas fondların və mövcud
tarixi abidələrin, fondların təbii artması və əsaslı
yaxşılaşdırılması dəyərləri.
Mənfi dəyərlərə daxildir: əsas fondların silinməsi,
məsələn, satılan, barter yolu və ya kapital transferi
köçürmələri kimi təbii şəkildə verilən mövcud
əsas fondlar. Əsas fondların silinməsi mənfi əldə
etmə kimi uçota alınır və əsas fondların istifadəsi
və fövqəladə hadisələr (quraqlıq və ya digər təbii
fəlakətlər) nəticəsindəki itkilər ona daxil deyildir.
(III) – institusional vahidlərin və ya sektorun əsas
kapitalının ümumi yığımı yeni və ya mövcud əsas
fondlardan
sıradan
çıxmışlar
çıxılmaqla
alınmışların dəyərinə görə müəyyən edilir.
Çıxılmaya əsas kapitalın istehlakı daxil edilmir.
ƏSAS QEYRĐ-ĐSTEHSAL FONDLARI
–
sosialist iqtisadiyyatında qeyri-maddi xidmətlərin
göstərilməsi üçün istifadə edilən əsas fondlar
olmuşdur.
ƏSAS QĐYMƏT
– (I) - mal və xidmət
vahidinin dəyərini əks etdirən MHS göstəricisidir.
Bu qiymətə məhsula vergilər, yaxud subsidiyalar,
həmçinin ayrılıqda hesablanan tədarük üzrə
xərclər daxil edilmir.
(II) - istehsal olunmuş mal və xidmət vahidinə
görə istehsalçıların alıcılardan aldığı qiymətdir ki,
burada onun istehsalı və satışı ilə bu vahid
tərəfindən ödənilən vergilər (yəni məhsula vergi)
çıxılır, məhsulun istehsalı və satışının nəticəsi
kimi bu vahidin aldığı hər hansı subsidiya (yəni
məhsula subsidiya) üstə gəlinir. Ona istehsalçı
tərəfindən hesab-fakturaya daxil edilmiş nəqliyyat
əlavələri daxil edilmir, hətta hesabda ayrıca
maddə kimi göstərilsə belə.
ƏSAS QĐYMƏTLƏRLƏ ƏLAVƏ DƏYƏR
- əsas qiymətlərlə ifadə olunmuş ümumi məhsul
buraxılışından istehlakçı qiymətləri ilə ifadə
olunmuş aralıq istehlakın çıxılması yolu ilə
hesablanır. Əsas qiymət – məhsula görə
ödənilməsi nəzərdə tutulan bütün vergilər
çıхılmаqlа və məhsula görə subsidiyаlаr dахil
edilməklə,
istehsalçının
məhsul
(xidmət)
vahidinin satışından əldə etdiyi məbləğdir. Məhsul
və xidmətlərin ümumi buraxılışı - nəzərdən
keçirilən dövr ərzində təsərrüfаt vahidlərinin-
rezidentlərin istehsal fəaliyyətinin nəticəsi оlаn
məhsul və xidmətlərin dəyəri оlmаqlа istehsаl
fəаliyyətinin həcmini səciyyələndirir. Đstehsаl
fəаliyyətinin MHS-də qəbul edilmiş sərhədlərin
аnlаyışınа uyğun оlаrаq burахılış аşаğıdакılаrı
özündə birləşdirir:
1) istehsalçısı оlmаyаn vahidlərə göndərilən
məhsul və хidmətlər;
2)
istehsаlçının
mаddi
dövriyyə
vəsаitləri
ehtiyаtlаrınа аid оlаn məhsul dа dахil edilməкlə,
özünün sоn istehlакı və yа yığımı üçün istehsаl
оlunаn məhsul;
3) özünün sоn istehlакı üçün istehsаl edilən bəzi
хidmətlər.
Aralıq istehlak - məhsul və xidmətlərinin istehsalı
ilə əlaqədar istehsal prosesində istifadə olunan
əmək və xidmət predmetlərindən ibarət xərclər
göstəricisidir.
Məhsulа görə vergilər - аdətən məhsul və yа
хidmət vаhidinə görə, yəni rezidentlər tərəfindən
istehsаl edilən, sаtılаn və yа idхаl edilən məhsul
və хidmətlərin miqdаrınа, yахud dəyərinə
mütənаsib оlаrаq аlınаn vergilərdir. Bu vergilərə
əsasən əlavə dəyər vergisi, aksiz vergisi, xarici
iqtisadi fəaliyyətlə bağlı vergilər və s. aiddir.
Məhsulа görə subsidiyаlаr - аdətən rezidentlər
tərəfindən istehsаl edilən, sаtılаn və yа idхаl
edilən məhsul və хidmətlərin miqdаrınа və yа
dəyərinə
prоpоrsiоnаl
оlаrаq
ödənilən
subsidiyаlаrdır. Müəssisələrin istehsаl etdiyi
məhsulun
sаtış
qiymətinin
оrtа
istehsаl
хərclərindən аşаğı təyin edilməsi nəticəsində bаş
verən dаimi zərərlərə görə dövlət büdcəsindən
müntəzəm ödəmələr, iхrаc və idхаl subsidiyаlаrı
və s. аiddir.
Dostları ilə paylaş: |