ÖDƏMƏLƏR
–
aşağıdakıları
özündə
birləşdirir:
- müəssisə tərəfindən işçi heyətinə ödənilən əmək
haqqının bütün növlərini. Həmçinin yerinə
yetirilmiş
işə
görə
təkbaşına
sahibkara
kompensasiya kimi ödəniş də daxil edilə bilər;
- əmək haqqı ilə əlaqədar olan və müəssisədə
işləyənlərin xeyrinə həyata keçirilən xərclər:
sosial sığortaya ödəmələr, bayram günlərinin
ödəmə fondlarına ödənişlər, çoxuşaqlı ailələrə
müavinətlər, xeyriyyə məqsədlərinə xərclər,
qarşılıqlı yardım kassalarına, pensiya fondlarına
və s. xərclər.
ƏMƏK HAQQININ ALICILIQ QABĐ-
LĐYYƏTĐ
- mal və xidmətlərin əldə edilməsi
üzrə əhalinin potensial imkanları göstəricisidir.
Ölkə (region) üzrə əmək haqqının orta mal
ekvivalenti və onun yaşayış minimumunun
müvafiq kəmiyyətinə nisbəti vasitəsi ilə ifadə
olunur.
ƏMƏK HAQQININ FORMALARI
- əmək
haqqının təşkilinin növ müxtəlifliyidir. Əmək
haqqının iki forması fərqləndirilir: vaxtamuzd və
işəmuzd. Əməyin işəmuzd ödənilməsi – işəmuzd
qiymət müəyyən edilmiş iş dərəcələri, əməyin
ödənilmə dərəcələri, tarif maaşları və hasilat
normaları əsas götürülməklə müəyyən edilir.
Əməyin vaxtamuzd ödənilməsi – vaxtamuzd
qiymət görülən işin dərəcəsinə uyğun olan
gündəlik və ya saatlıq tarif maaşının günlə (və ya
saatla)
müəyyən
edilmiş
vaxt
normasına
vurulması yolu ilə tapılır. Đşəmuzd ödəmələr fərdi
və kollektiv (qrup, briqada) olur. Kollektiv
işəmuzd əməyə görə, ödəmələr zamanı əmək
haqqı bütün kollektivə (qrupa, briqadaya)
hesablanır
və
kollektivin
üzvləri
arasında
mütənasib olaraq, hər bir kollektiv üzvünün tarif
əmsalı və tarif üzrə ona verilən dərəcə nəzərə
alınmaqla işlənmiş saatlarına görə və ya xüsusi
hesablanmış əməkdə iştirak əmsalının köməyi ilə
bölüşdürülür.
ƏMƏK
HAQQININ
MĐNĐMUM
MƏBLƏĞĐ
– normal iş şəraitində işçilər
tərəfindən sadə işlərin yerinə yetirilməsində
onlara
ödənilən
əmək
haqqının
minimum
həddidir. Əmək haqqının minimum miqdarı
198
Azərbaycan
Respublikasında
qanunla
müəyyənləşdirilir. Qanuna görə ay ərzində
müəyyən iş vaxtı normalarını tam işləmiş və
özünün əmək vəzifəsini (əmək normasını) tam
yerinə yetirmiş işçinin aylıq əmək haqqı
müəyyənləşdirilmiş minimum həddən az ola
bilməz.
ƏMƏK HAQQININ ÜMUMĐ MƏBLƏĞĐ
–
evdə (onlar tərəfindən görülmüş işlərin ödənilməsi
yolu ilə) işləyənlər də daxil olmaqla, müəssisədə
işləyənlərin hamısına, birbaşa vergilər və işçilərin
sosial sığorta və pensiya fondlarının üzvlük
haqları çıxılmazdan əvvəl nağd pul və natura ilə
ödənilən əmək haqlarının ümumi cəmidir.
Əmək haqqının ümumi məbləğinə bütün pul
müavinətləri, mükafatlar, “on üçüncü maaş”,
işdən çıxma pulu (işdən çıxan zaman işçiyə
verilən kompensasiyalar), mənzilə görə maddi
yardımlar (icarə haqqı), nəqliyyat yardımları,
minimum əmək haqqına görə müavinətlər,
çoxuşaqlı ailələrə maddi yardımlar, çaypulu,
komisyon mükafatlandırmalar (iclaslarda iştiraka
görə) və işçilərin aldığı digər ödənişlər, həmçinin
sosial sığortaya üzvlük haqları və işçilərin ödədiyi
və işverənin hesablanmış məbləğdən tutduğu
digər məbləğlər daxildir.
Bu göstəriciyə həmçinin xəstəlik, bədbəxt
hadisələr, hamiləlik zamanı işverənin işçiyə
ödəməyi davam etdirdiyi əmək haqqı da daxildir.
Đstisna edilən yardımlar: işverənin ödədiyi sosial
sığorta və pensiya fondunun üzvlük haqları, ailə
müavinətləri, qocalığa görə pensiyalar, əmək
haqqına olan vergilər. Əmək haqqının ümumi
məbləği bir işçiyə və ya bir saata düşən orta əmək
haqqının hesablanması üçün bazadır.
ƏMƏK QABĐLĐYYƏTLĐ YAŞ (ĐŞÇĐ YAŞ)
– insan yaşının, onun istehsalda iştirak etməsindən
asılı olan, şərti dərəcə elementlərindən biridir.
Azərbaycan Respublikasında əmək qabiliyyətli
yaşa 15-63 yaşda kişilər, 15-60 yaşda qadınlar
daxildir. Əmək qabiliyyətli yaşda olan əhalinin
sayı doğum və ölümlə, ayrı-ayrı ərazilər üçün həm
də miqrasiya ilə müəyyən edilir. Bu proseslərin
intensivliyindən asılı olaraq, əhəmiyyətli dərəcədə
kənarlaşmalar ola bilər. Əmək qabiliyyətli yaşda
olanlar arasındakı əmək ehtiyatlarının təhlili
zamanı, cavan əmək qabiliyyətli yaşdakılar 40
yaşadək, yaşlı əmək qabiliyyətli yaşdakılar 40
yaşdan sonra seçilir. Bu da onların əmək
məhsuldarlığı,
peşəkarlığı,
ərazidə
hərəkət
etmələri və s. ilə əlaqədardır.
ƏMƏK QABĐLĐYYƏTLĐ YAŞDA OLAN
ƏHALĐNĐN MƏŞĞULLUQ SƏVĐYYƏSĐ
(Minilliyin
bəyannaməsində
əks
olunmuş
inkişaf göstəricilərindən) - 15-64 yaşında olan
insanları əhatə edir. Məşğulluq beynəlxalq
təriflərə uyğun başa düşülür və konkret hesabat
dövründə bu və ya digər gəlir gətirən iqtisadi
fəaliyyət növlərində iştirakı, yaxud müvəqqəti
iştirak edilməsini bildirir. Đqtisadi fəallıq haqqı
ödənilməklə və ya gəlir əldə etmək məqsədi ilə,
yaxud ev təsərrüfatında istifadə üçün mal və
xidmətlərin istehsalını əhatə edir.
Əmək qabiliyyətli yaş bu və ya digər milli
reallıqlardan asılı olaraq müəyyən edilir. Belə ki,
uşaqların əksəriyyəti məcburi təhsili başa vurur və
müvafiq pensiya sisteminin ümumi şərtlərinə
uyğun olaraq, müvafiq yaş həddinə çatdıqda
adamlar pensiyaya çıxmaq hüququ alırlar. BMT
siyahıyaalma
cədvəllərində
əhalinin
məşğulluğunu 15 yaş və daha böyük, hələ 15 yaşı
olmayan adamları isə işə götürməyə hədd
qoymağı tövsiyə edir.
Đşləyənlərin
sayı
əhalinin
seçilmiş
əmək
qabiliyyətli yaş diapazonuna daxil olan (adətən
15-64 yaş) adamların ümumi sayına bölünür.
ƏMƏK QABĐLĐYYƏTLĐ YAŞDA OLAN
ƏMƏK QABĐLĐYYƏTLĐ ƏHALĐ
- I və II
qrup işləməyən əlillərdən, imtiyazlar əsasında
pensiya alan işləməyən şəxslərdən başqa, əmək
qabiliyyətli yaşda olan əhalidir.
ƏMƏK MƏHSULDARLIĞI
(bir işçiyə
hesablamaqla) – bu göstərici uçotda aşağıdakı
kimi müəyyənləşdirilir: “Bazar qiymətlərində
ümumi əlavə dəyər / muzdlu işçilərin sayı”.
ƏMƏK MƏHSULDARLIĞI ƏMSALINA
NĐSBƏT ÜZRƏ ƏMƏK HAQQI
– bazar
qiymətləri ilə ümumi əlavə dəyərin heyətin əmək
haqqı xərclərinə nisbətidir.
ƏMƏK
MĐQRASĐYASI
–
iş
yerinin
dəyişməsi
ilə
əlaqədar
məşğul
əhalinin
yerdəyişməsidir.
Daxili
və
xarici
əmək
miqrasiyası
fərqləndirilir.
Daxili
əmək
miqrasiyasına
ölkənin
daxilində
ayrı-ayrı
regionlar, şəhərlər, şəhər və kənd arasındakı
miqrasiyalar aiddir. Xarici əmək miqrasiyasına isə
işləmək məqsədi ilə ölkədən kənara hərəkət daxil
edilir.
ƏMƏK MĐQRASĐYASI KVOTASI
– il
ərzində ölkə ərazisində haqqı ödənilən əmək
fəaliyyəti ilə məşğul olmaları nəzərdə tutulan
əcnəbilərin sayının son həddidir. Kvota yerli əmək
ehtiyatlarından səmərəli istifadə edilməsi və əmək
miqrasiyası
proseslərinin
tənzimlənməsi
199
sahəsindəki işlərin səmərəliliyinin artırılması
məqsədi ilə tətbiq edilir.
Kvota daxili əmək bazarının vəziyyəti, işçi
qüvvəsinə tələbat, iş yerinin tələblərinə cavab
verən peşə hazırlığına və ixtisasa malik ölkə
vətəndaşının iddia etmədiyi boş iş yerlərinin
mövcudluğu, məşğulluq xidməti orqanlarının
işəgötürənlərin işçi qüvvəsinə olan ehtiyaclarını
yerli əmək ehtiyatları hesabına təmin etmək
imkanı nəzərə alınmaqla müəyyən edilir.
ƏMƏK MÜBAHĐSƏSĐ
– müəyyən məsələlər
üzrə işçilər və işverənlər arasında narazılıq baş
verdiyi vəziyyətdir.
ƏMƏK
SƏRFĐNĐN
SAHƏLƏRARASI
BALANSI
– məhsul (xidmət) istehsalı və sahələr
arasındakı əlaqələr prosesi əmək sərfi ilə ifadə
olunmuş iqtisadi cədvəldir. Əmək sərfinin
sahələrarası
balansı
məlumatları
ayrı-ayrı
məhsulların (xidmətlərin) istehsalında canlı və
maddiləşmiş əmək sərfinin ümumi həcmini
müəyyənləşdirməyə, bu sərfin hər bir sahə üzrə
ayrılıqda nisbətini müəyyənləşdirməyə, ayrı-ayrı
məhsul növlərinin istehsalına birbaşa və tam
əmək sərfləri əmsalını hesablamağa və bir sıra
digər hesablamaları aparmağa imkan verir.
Balansda əmək sərfləri orta illik işçilərə görə
göstərilir. Onu həm də adam-günlə hesablamaq
olur.
Hər bir sahə üzrə maddiləşmiş əməyin sərfi
göstəriciləri, müəyyən sahənin məhsullarının
digər sahələrdə istifadəsinə uyğun olaraq, sahədə
mütənasib bölünən canlı əmək sərfi haqqında
məlumatlar əsasında müəyyənləşdirilir. Belə
bölgü şərti xarakter daşıyır, lakin sahələr üzrə
məhsul istehsalına maddiləşmiş əmək sərfi
haqqında təxmini təsəvvür verir.
Əmək sərfinin sahələrarası balansının hər bir sətri
müvafiq sahənin məhsul istehsalına canlı əmək
sərfinin, onun məhsulundan istifadə edən bütün
sahələr arasında, həmçinin son istehlaka və ümumi
kapital yığımına necə bölüşdürüldüyünü göstərir.
Əgər balansın məlumatlarına şaquli xətt üzrə
baxsaq, onda əməyin bu sərfinin ayrı-ayrı
sahələrin aralıq istehlakında sərfi kimi istifadə
olunan, məhsullarda maddiləşmiş keçmiş əmək
sərfi kimi çıxış etdiyini görərik. Bundan əlavə, hər
bir sütunda canlı əməyin sərfi göstərilir. Yekunda
sahələrin hər bir qrupu üzrə, hər bir sahə üzrə
məhsul istehsalına canlı və maddiləşmiş əməyin
sərfinin cəmi (məcmu əmək sərfi) barədə
məlumatlar əldə edilir. Əmək sərfinin sahələrarası
balansının tərtib edilməsi üçün əsas mənbə
sahələrarası
balansın
(SAB)
və
əmək
statistikasının məlumatları hesab edilir.
ƏMƏK
STATĐSTĐKASI
HAQQINDA
1985-ci il KONVENSĐYASI
– 25 iyun 1985-ci
ildə Beynəlxalq Əmək Təşkilatının baş konfransı
tərəfindən qəbul edilmişdir, əmək statistikasının
müntəzəm toplanmalı və dərc edilməli olan əsas
göstəricilərinin siyahısını əhatə edir. Göstəricilər
aşağıdakı
bölmələrdə
qruplaşdırılmışdır:
a)
iqtisadi fəal əhali, məşğulluq, işsizlik; natamam
məşğulluq; b) iqtisadi fəal əhalinin strukturu və
bölünməsi; c) orta əmək haqqı, əmək haqqının
vaxtamuzd tarifi, iş vaxtının davamlılığı; ç) əmək
haqqı; d) iş qüvvəsinin dəyəri; e) istehlak
mallarının qiymət indeksi; ə) ev təsərrüfatlarının
xərcləri, ev təsərrüfatlarının gəlirləri; f) istehsal
zədələri
və
peşə
xəstəlikləri;
g)
əmək
mübahisələri.
ƏMƏLĐYYAT
–
iqtisadi
qiymətlilərin
yaradılması,
dəyişdirilməsi,
mübadiləsi,
ötürülməsi və ya ləğv edilməsini əks etdirən və
mal və ya maliyyə aktivlərinə mülkiyyət
hüququnun dəyişməsini, xidmət göstərilməsini,
yaxud əmək və kapitalın verilməsini birləşdirən
iqtisadi axındır.
ƏMƏLĐYYAT (SÖVDƏLƏŞMƏ)
- xarici
ticarət statistikası ilə əhatə olunan, əmtəələrin
hərəkətini öz arxasınca çəkən ixtiyari kommersiya
və ya qeyri-kommersiya əməliyyatlarıdır.
ƏMƏLĐYYAT BORCLARI
- əməliyyat
dövrləri (silsiləsi) ilə əlaqəli və öhdəliklərə
ekvivalent olan borclardır.
ƏMƏLĐYYAT DEBĐTOR BORCLARI
-
əməliyyat dövrləri (silsiləsi) ilə bağlı və debitor
öhdəliklərinə ekvivalent olan debitor borclarıdır.
ƏMƏLĐYYAT
LĐZĐNQĐ
–
maşın
və
avadanlıqların texniki xidmətləri və təmiri də
daxil olmaqla, onların icarəyə verilməsi ilə bağlı
xidmətlərin göstərilməsi üzrə istehsal fəaliyyəti
növüdür. Bu xidmətlərin dəyəri icarə haqqı ilə
müəyyənləşdirilir.
ƏMƏLĐYYAT SĐSTEMĐ
– məlumatların
işlənməsi prosesinin planlaşdırılması və təşkili,
onların
daxil
edilməsinin-çıxışının
və
məlumatların
idarə
olunmanın,
EHM
ehtiyatlarının bölüşdürülməsinin, proqram və
xidmətin
digər
köməkçi
əməliyyatlarının
hazırlanması və sazlanması üçün nəzərdə tutulmuş
proqram təminatının özək hissəsidir.
ƏMƏLĐYYAT SUBSĐDĐYALARI
– əsas iş
fəaliyyətindən gəlir üzrə mövcud çatışmazlığı
200
kompensasiya etmək və ya bəzi istismar xərclərini
örtmək məqsədi ilə şirkətin aldığı subsidiyadır
(köməkdir).
ƏMƏLĐYYATLARIN
(SÖVDƏLƏŞMƏ-
LƏRĐN) XARAKTERĐ
– bir əməliyyatı
digərindən fərqləndirən bütün xarakteristikalardır
(məsələn, alqı-satqı, lizinq, emal və s.).
ƏMƏYĐN ELEKTRĐK ENERJĐSĐ ĐLƏ
TƏCHĐZ EDĐLMƏSĐ
– istehsalda elektrik
enerjisinin və ya iş vaxtı vahidində elektrik
gücünün istehlak səviyyəsini xarakterizə edən
göstəricidir. Burada iki göstərici hesablanır:
əməyin elektrik enerjisi ilə təchizi əmsalı və
işçilərin elektrik enerjisi ilə təchizi əmsalı.
Əməyin elektrik enerji ilə təchizatı əmsalı - dövr
ərzində istehsalda istehlak olunan elektrik
enerjisinin ümumi həcminin işçilərin orta siyahı
sayına və ya onların işlədikləri vaxta (adam-gün
və ya adam-saata) bölünməsi ilə müəyyən edilir.
Đşçilərin elektrik enerjisi ilə təchizatı əmsalı -
istehsal
prosesinə
xidmət
edən
elektrik
mühərriklərinin və elektrik cihazlarının elektrik
güclərinin cəminin növbədə ən çox məşğul olan
işçilərin sayına bölünməsi ilə hesablanır.
ƏMƏYĐN ENERJĐ TƏCHĐZATI
- əməyin,
enerjinin bütün növləri ilə təminatını xarakterizə
edən göstəricidir. Əməyin enerji təminatının
potensial və faktiki əmsallarından istifadə edilir.
Əməyin enerji təminatının potensial əmsalı, bütün
maşın və mexanizm mühərriklərinin, həmçinin
istehsal
prosesinə
xidmət
edən
elektrik
cihazlarının güclərinin, işçilərin ümumi sayına
bölünməsi ilə müəyyən edilir. Əməyin enerji
təminatının faktiki əmsalı, istehsala sərf edilmiş
mexaniki və elektrik enerjisinin orta hesabla bir
işçiyə və ya bir işlənmiş adam-saata (adam-günə)
düşən miqdarını xarakterizə edir.
ƏMƏYĐN
FONDLA
TƏCHĐZATI
–
müəssisə və ya sahə işçilərinin əsas fondlarla
təchizatını xarakterizə edən göstəricidir. Əməyin
fondla təchizatı əsas fondların orta illik dəyərinin
işçilərin və ya fəhlələrin orta illik sayına nisbəti
ilə müəyyən edilir.
ƏMƏYĐN TAM SƏRFĐ ƏMSALLARI
–
verilmiş
sahənin
digər
sahələrlə
texnoloji
əlaqələrinin bütün silsiləsi üzrə əlaqədar sahələrdə
məhsulların istehsalı ilə həm birbaşa, həm də
dolayısı ilə bağlı olan əməyin (canlı və
maddiləşmiş) tam sərfini xarakterizə edir. Əmək
sərfinin sahələrarası balansının hər bir elementi
üzrə və hər bir sahə üzrə ümumilikdə hesablana
bilər. Birinci halda, əməyin tam sərfi əmsallarının
matrisi sahələrarası balansın I kvadrantının
elementləri üzrə alınır. Hesablama D
tr
= K
m.ə
*(E-
A)
-1
düsturu (matrisa qeydi) ilə hesablanır, burada
D
tr
-tam əməyin tam sərfi əmsalının matrisi; K
ə.m.
-
məhsul istehsalına maddiləşmiş əməyin birbaşa
sərfi əmsalının matrisası; (E-A)
-1
– məhsul
istehsalında aralıq istehlakı elementlərinin tam
sərfi əmsalının matrisasıdır. Đkinci halda hər bir
sahələrarası balansın hər bir sahəsi üzrə bütün
məhsulların istehsalına əməyin tam sərfinin
vektoru alınır. Hesablama t=T(E-A)
-1
düsturu ilə
aparılır. Burada, t - sahələrarası balansın sahələri
üzrə əməyin tam sərfi əmsalının vektoru; T –
sahələrarası balansın sahələri üzrə canlı əməyin
birbaşa sərfi vektorudur. Təcrübədə adətən t, yəni
sahələrarası balansın sahələri üzrə əməyin tam
sərfi əmsalının vektoru hesablanır.
ƏMƏYĐN
TEXNĐKA
ĐLƏ
TƏCHĐZ
EDĐLMƏ (SĐLAHLANMA) ƏMSALI
–
işçilərin istehsal avadanlıqları ilə (iş və güc maşın
və avadanlıqları, ölçü və tənzimedici cihaz və
qurğular, nəqliyyat vasitələri və s.) təchiz edilməsi
göstəricisidir. Əməyin texnika ilə təchiz edilməsi
əmsalı özündə, istehsal avadanlıqlarının dəyərinin
işçilərinin sayı çox olan növbədə məşğul olan
işçilərin sayına olan nisbəti əks etdirir.
ƏMLAK
– aşağıdakıları ifadə etmək üçün tətbiq
olunan
anlayışdır:
1)
vətəndaşların
şəxsi
mülkiyyətində, yaxud təşkilatın mülkiyyətində
olan şeylərin və maddi sərvətlərin məcmusudur.
Pul və qiymətli kağızlar da əmlaka aiddir.
Əmlakın tərkibinə aid olan obyektlərin dairəsi
əmlakın
hansı
mülkiyyət
formasına
daxil
olmasından asılıdır; 2) başqa şəxslərdən şeylərin
alınması, yaxud əmlak xarakterli digər hüquqların
məcmusudur (aktiv); 3) şəxsin əmlak vəziyyətini
(aktiv və passiv) xarakterizə edən şeylərin, əmlak
hüquqlarının
və
vəzifələrinin
məcmusudur.
Vərəsəlikdə və yenidən qurulması nəticəsində
hüquqi şəxsə xitam verilməsi ilə əlaqədar ümumi
hüquq varisliyi (aktiv və passivin, yəni hüquq və
vəzifələrin başqasına keçməsi) də əmlakın bu cür
başa düşülməsi ilə bağlıdır.
Əmlak iki yerə bölünür - daşınar və daşınmaz
əmlaka.
ƏMLAK CĐNAYƏTĐ
– oğurluq, soyğunçuluq,
quldurluq, fırıldaqçılıq, zorakılıq, şantaj yolu ilə
dövlətin,
müəssisələrin,
idarələrin,
ictimai
təşkilatların və vətəndaşların əmlak hüququ və
maraqlarına qəsd etmək, həvalə edilmiş əmlakı
mənimsəmək, qəsdən əmlakı məhv etmək və ya
korlamaqdır.
201
ƏMLAK SIĞORTASI
– sığorta obyektinin
məruz qaldığı zərərə görə tam ölçüdə və ya
qismən
kompensasiya
ödənilməsinin
(verilməsinin) sığorta ödənişləri üzrə sığortaçının
vəzifələrini nəzərdə tutan sığorta növlərinin
məcmusudur.
Bu zaman sığorta obyekti şəxsin
əmlak maraqları olur, çünki onun əmlaka malik
olmaq, idarə etmək, istifadə etmək, habelə əmlaka
(yerüstü, hava və su nəqliyyat vasitələrinə,
yüklərə, ev əmlakına, avadanlıqlara, əmtəə-mal
qiymətlilərinə və s.) zərər dəyərsə və ya əmlak
dağılarsa, onun sığortası haqqında bağlanmış
müqavilədə (sığorta olunanın müqaviləsi) nəzərdə
tutulduğu həcmdə ödəniş almaq hüququna malik
olur. Əmlak sığortasına həm də maliyyə
risklərinin sığortası aiddir.
ƏMLAKIN BAZAR DƏYƏRĐ
- əmlakın pul
ifadəsində qiymətidir və o, açıq bazarda əmlakın
xüsusiyyətləri haqqında xəbərdar olanların və
tipik səbəbləri olan və əmlakın satışa kifayət
qədər uzun müddətə qoyulması şəraitində öz
xeyrini güdmək maraqlarına malik alıcı və
satıcıları məcbur etmədən, fəaliyyət göstərənlərin
arasındakı rəqabət şəraitində bir əldən o biri ələ
keçməsidir. Əmlakın dəyəri, onun satış xərclərini
çıxmaqla, xalis bazar dəyəridir.
Dostları ilə paylaş: |