ƏLAVƏ VAHĐDLƏR
– kiloqramla ifadə
olunan, kütlə ölçü vahidindən fərqlənən miqdar
ölçü
vahidləridir.
Onlar
qəbul
olunmuş
birləşdirilmiş (kombinə edilmiş) nomenklaturaya
uyğun olaraq göstərilir.
ƏLAVƏ, ĐKĐNCĐ
DƏRƏCƏLĐ
–
bu
anlayışdan “iqtisadi fəaliyyət növü” termini kimi
istifadə olunur. O, əsas və köməkçi hesab
edilməyən fəaliyyət növünə aiddir.
ƏLĐLLĐK
(latınca invalidus - zəif, gücsüz
deməkdir) – orqanizmin funksiyasının davamlı
olaraq pozulması ilə (xəstəliklə) şərtlənən, zədə və
qüsurlar
nəticəsində
həyat
fəaliyyətini
məhdudlaşdıran və zəruri sosial yardıma səbəb
olan səhhətin pozulmasıdır. Əlillik xəstəlik, yaxud
şikəstlik nəticəsində öz peşəsi (ixtisası) üzrə əmək
qabiliyyətinin həmişəlik və ya uzun müddətə tam
və ya qismən itirilməsidir. Əlil kimi tanınmış 18
yaşdan yuxarı şəxslər üçün əlillik qrupları, 18
yaşınadək olan uşaqlar üçün isə “sağlamlıq
imkanları məhdud olan uşaqlar” kateqoriyası
müəyyənləşdirilir.
Qanunvericilikdə
əmək
qabiliyyətinin itirilməsindən asılı olaraq, əlilliyin
3 qrupu nəzərdə tutulur. Əlillik faktı Tibbi-Sosial
Ekspert Komissiyası (TSEK) tərəfindən müəyyən
edilir. Statistik müşahidələrdə əlillik, ilkin əlillik –
hesabat
ilində
ilk
dəfə
əlil
kimi
müəyyənləşdirilmiş şəxslər və əlil olma vaxtından
asılı olmayaraq, sosial müdafiə şöbəsində uçotda
olan əlilləri xarakterizə edən kontingent - ümumi
əlillər fərqləndirilir. Əlillik öz səviyyəsinə görə
əhalinin müxtəlif növ tibbi yardıma olan
ehtiyacının, sosial yardımın və dövlət yardımının,
əmək güzəştlərinin və maddi təminatın ölçüsü ilə
müəyyən edilir.
ƏLVERĐŞSĐZ
ƏMƏK
ŞƏRAĐTĐNDƏ
MƏŞĞULLUQ
– zərərli və ağır, xüsusilə
zərərli və ağır əmək şəraitində işlədiklərinə görə
bir və ya bir neçə növ güzəşt və ya kompensasiya
almaq hüququna malik olan şəxsləri əhatə edən
statistik göstəricilərdir ki, bu göstəricilərə də
aşağıdakılar aiddir: əlavə məzuniyyət, qısaldılmış
iş günü, pulsuz müalicə-profilaktika qidası, pulsuz
süd və ya digər eyni əhəmiyyətə malik olan ərzaq
məhsulları, yüksəldilmiş tarif dərəcəsi (maaş),
əmək şəraiti və intensivliyinə görə əlavələr,
güzəştli şəraitdə pensiya. Əlverişsiz təbii-iqlim
şəraitində çalışan şəxslər, həmçinin məktəb və
digər uşaq müəssisələrində müəllimlik fəaliyyəti
ilə məşğul olanlar üçün müəyyən edilmiş
güzəştlərə malik olan işçilər, teatrlar və digər
teatr-tamaşa
müəssisə
və
kollektivlərində
yaradıcılıq işi ilə əlaqədar uzun müddət xidmətə
görə pensiya almaq hüququna malik olanlar bu
kateqoriyaya daxil edilmir.
ƏMANƏT BANKI
– kredit müəssisəsidir. Əsas
funksiyası əhalinin sərəncamında sərbəst qalan
pul vəsaitlərini və yığımlarını müvəqqəti olaraq
cəlb etməkdən ibarətdir.
ƏMANƏT FUNKSĐYASI
-
əmanətlərin
ümumi səviyyəsi ilə əhalinin real gəlirləri
arasında asılılıq yaradan əlaqədir.
ƏMANƏTLƏR VƏ KAPĐTAL TRANS-
FERTLƏRĐ
NƏTĐCƏSĐNDƏ
XÜSUSĐ
KAPĐTALIN
XALĐS
DƏYƏRĐNĐN
DƏYĐŞMƏSĐ
– kapitalla əməliyyatlar hesabının
sağ tərəfində ehtiyatların ümumi məbləği əks
etdirilir və əmanətlər və xalis kapital transfertləri
nəticəsində xüsusi kapitalının xalis dəyərinin
dəyişməsi kimi xarakterizə olunur. O, özündə
maliyyə və qeyri-maliyyə aktivlərinin əldə
edilməsi üçün vahidlərin və ya bölmənin
sərəncamında olan müsbət və mənfi məbləğləri
əks etdirir.
ƏMANƏTLƏRĐN QALIĞI
– müəyyən tarixə
əmanət
və
kommersiya
banklarında
fiziki
şəxslərin hesablarında olan əmanətlərin ümumi
miqdarıdır. Əmanətlərin qalığı əsasında əhalinin
əmanətlərinin artması və ya azalması, mal və
xidmətlərə yığılmış və ya ödənilməmiş tələbatının
miqdarının, həyat, rifah halının səviyyəsinin,
istehlak səbətinin tərkibinin təhlili aparılır.
ƏMƏK
– insanın, insanların dərk edilmiş,
enerjitutumlu, hamı tərəfindən məqsədəuyğun
sayılan, səylərin göstərilməsini, işin görülməsini,
işin görülməsini tələb edən fəaliyyəti, istehsalın
dörd amillərdən biridir.
ƏMƏK
BAZARI
–
işçi
qüvvəsinin
bölüşdürülməsi
və
istifadə
edilməsini
əlaqələndirən və tənzimləyən iqtisadi, sosial,
təşkilati, hüquqi tədbirlər və institutlar sistemidir.
Əmək bazarının fəaliyyəti bazar iqtisadiyyatının
formalaşmasının ayrılmaz hissəsi sayılır.
Əmək bazarı statistikası yalnız tələb və təklifin
məcmusu olan işçi qüvvəsini öyrənmir. O, eyni
195
zamanda əmək haqqı, əmək şəraiti və kadrların
peşə
hazırlığını,
əmək
bazarı
siyasətinin
müəyyənləşdirilməsi üçün zəruri olan bir sıra
digər problemləri də öyrənir.
Başlanğıc mövqeyindən asılı olaraq, bu sahədə iki
siyasət növü fərqləndirilir: əmək bazarında ümumi
iqtisadi siyasət və fəal siyasət.
ƏMƏK BAZARI STATĐSTĐKASI
- həm
iqtisadi, həm də sosial statistikanın mühüm tərkib
hissəsidir. Əmək ehtiyatlarına, əhalinin iqtisadi
fəallığına, məşğulluq və işsizliyə dair məsələləri
öyrənir, əmək haqqının səviyyəsi və dinamikasını,
əmək haqqının miqdarına görə işləyənlərin
təbəqələşməsini, işləyənlərin əmək şəraitini tədqiq
edir.
ƏMƏK EHTĐYATLARI
– iqtisadi fəaliyyətlə
məşğul olan və işləmək qabiliyyətlinə malik olan,
lakin müəyyən səbəbdən işləməyən əhalidir.
Əmək ehtiyatlarına daxildir: I və II dərəcəli
işləməyən əlillərdən və imtiyazlar əsasında
pensiya alan işləməyən şəxslərdən başqa, əmək
qabiliyyətli yaşda olan əhali; işləyən yeniyetmələr
və pensiya yaşında olan işləyən şəxslər.
ƏMƏK EHTĐYATLARI BALANSI
– əmək
ehtiyatlarının mövcudluğunu, onların sahələr və
fəaliyyət növləri üzrə bölüşdürülməsini əks
etdirən göstəricilər sistemidir. Hər il üçün şəhər
və kənd yerlərinə bölünməklə, ölkə üzrə tərtib
olunur. Əmək ehtiyatları balansı iki - ehtiyat və
istifadə bölməsindən ibarətdir. Birinci bölmədə
əmək ehtiyatları və onların formalaşma mənbələri
xarakterizə edilir: əmək qabiliyyətli yaşda olan
əhali və yaşı əmək qabiliyyətli yaş həddində
olmayan işləyən şəxslər (pensiya yaşında olan
şəxslər və yeniyetmələr). Birinci bölmənin
məlumatlarını tərtib etmək üçün aşağıdakı
məlumatlardan
istifadə
edilir:
demoqrafiya
statistikasının əmək qabiliyyətli yaşda olan əhali
sayı haqqında cari məlumatlarından; imtiyazlı
şərtlərlə təqaüd alan şəxslərin və işləməyən
əlillərin
sayı
haqqında
sosial
müdafiə
təşkilatlarının
məlumatlarından;
işləyən
pensiyaçıların və yeniyetmələrin sayı haqqında
məşğulluq üzrə işçi qüvvəsi müayinəsinin
məlumatlarından. Đkinci bölmədə əmək ehtiyatları
iqtisadi fəal əhaliyə (iqtisadi fəaliyyətlə məşğul
olanlar və işsizlər) və ayrıca bir mövqe ilə ayrılan,
gündüz təhsil alan, işləmək istəməyən əmək
qabiliyyətli yaşında iqtisadi qeyri-fəal əhaliyə
bölünür. Đqtisadi fəal əhali fəaliyyət növləri və
mülkiyyət formaları üzrə bölünür. Đkinci bölməni
tərtib etmək üçün məlumat mənbəyi muzdlu
şərtlərlə
işləyənlər
haqqında
müəssisə
və
təşkilatların məlumatları hesab edilir: məşğulların
və işsizlərin sayı haqqında məşğulluq üzrə
əhalinin müayinə materiallarının məlumatları;
rəsmi
olaraq
dövlət
məşğulluq
xidməti
orqanlarında
qeydə
alınmış
işsizlərin
sayı
haqqında məlumatlar; təhsil müəssisələrində
gündüz təhsil alanların sayı haqqında məlumatlar.
Balansın ehtiyat və istifadə hissələrindəki (I və II
bölmələr) məlumatların uyğunluğunu əldə etmək
məqsədilə ölkə ərazisində işləmək üçün cəlb
edilmiş xarici işçi qüvvəsi haqqında məlumatlar
ayrıca element kimi əmək ehtiyatlarına daxil
edilir.
Əmək ehtiyatları balansı əmək ehtiyatlarının
iqtisadi
fəallığını,
məşğulluq
və
işsizliyin
səviyyəsini müəyyən etməyə, məşğulların sayının,
onların fəaliyyət sahələri üzrə bölüşdürülməsi
haqqında məlumatların əldə edilməsinə imkan
verir.
ƏMƏK ƏŞYALARINA (və ya MƏHSUL
və XĐDMƏTLƏRƏ) BĐRBAŞA SƏRF
ƏMSALLARI
- bir məhsulun (xidmətin) digər
məhsul (xidmət) vahidinin istehsalına sərfini və
yaxud bir sahənin məhsulunun digər sahənin
məhsul
istehsalına
sərfini
əks
etdirən
göstəricilərdir. Hesablamalar
j
ij
ij
X
X
a =
düsturu üzrə hesablanır. Burada,
ij
a
-
i sahəsinin və ya i məhsulunun (xidmətinin) j
sahəsinin vahidinə və ya j məhsuluna (xidmətinə)
birbaşa sərfi əmsalı; X
ij
– i sahəsinin məhsulunun
və ya i məhsulunun (xidmətinin) j sahəsinin
məhsul istehsalına və yaxud j məhsuluna
(xidmətinə) sərfi; X
j
– j sahəsinin bütün
məhsulları və ya j məhsullarıdır (xidmətidir).
Məhsul
və
xidmətlərin
istehsalı
və
bölüşdürülməsinin sahələrarası balansı əsasında
hesablanır.
ƏMƏK ƏŞYALARINA (və ya MƏHSUL
və
XĐDMƏTLƏRƏ)
TAM
XƏRC
ƏMSALLARI
– məhsulların və ya xidmətlərin
verilmiş növünün istehsalı ilə bağlı digər
sahələrdə olan yalnız birbaşa xərcləri deyil, həm
də dolayı xərcləri nəzərə alan bir sahənin digər
sahənin son məhsul vahidinin istehsalına əmək
əşyaları (və ya məhsul və xidmət) xərclərini ifadə
edən göstəricilərdir. Məhsul və xidmətlərin
istehsalı
və
bölüşdürülməsinin
sahələrarası
balansının məlumatları üzrə hesablanır. Əmək
əşyalarına tam xərc əmsalları birbaşa xərclər
əmsalı əsasında aşağıdakı düsturla hesablanır:
(E-A)
-1
,
burada: A – birbaşa xərclərin matrisi; E – vahid
matrisidir. Matrisin dövr etmə əməliyyatının
196
riyazi düsturu xüsusi proqram üzrə hesablama
texnikasında yerinə yetirilir.
ƏMƏK ƏŞYALARININ BĐRBAŞA MƏS-
RƏFLƏRĐ
– məhsul və xidmətlərin istehsal və
bölüşdürülməsinin sahələrarası balansı əsasında
hesablanan, bir məhsulun (xidmətlərin) digər
məhsulların istehsalına məsrəfləri və ya bir
sahənin məhsullarının digər sahənin məhsullarının
istehsalına sərf edilməsidir. Natural və pul
ifadəsində (məsələn, kömürün elektrik enerjisinin
istehsalına natural ifadədə sərfi və ya qara
metallurgiya
sahəsinin
məhsullarının
dəzgahqayırma sahəsinin məhsulunun istehsalına
dəyər ifadəsində xərcləri) hesablanır. Mövcud
məhsul növünün istehsalı ilə bilavasitə bağlı olan
məsrəfləri qeydə alan mühasibat uçotundan fərqli
olaraq, sahələrarası balansda göstərilmiş birbaşa
məsrəflərə
həmçinin
ümumzavod
və
sex
xərclərinə məsrəflər də daxil edilir. Bu,
iqtisadiyyatda məhsulların və xidmətlərin istehsal
və bölüşdürülməsi prosesində yaranan ayrı-ayrı
sahələr arasında olan qarşılıqlı əlaqələri daha
dolğun qeydiyyata almağa imkan verir.
ƏMƏK ƏŞYALARININ TAM MƏSRƏFĐ
-
məhsul
və
xidmətlərin
istehsalı
və
bölüşdürülməsinin
sahələrarası
balansının
məlumatları əsasında hesablanan, verilmiş məhsul
(xidmət) növünün istehsalı ilə bağlı olan xammal
və
materialların,
yanacaq
və
enerjinin,
komplektləşdirici
məmulatların
və
yarımfabrikatların birbaşa və dolayısı ilə sərfidir.
Məsələn,
dəzgahların
istehsalında
elektrik
enerjisinin tam məsrəfinin müəyyən edilməsi üçün
yalnız dəzgahqayırma müəssisələrində birbaşa
məsrəflər deyil, həm də dəzgahlar hazırlanan
poladın əridilməsinə, metalların emalına və digər
materialların istehsalına sərf olunan elektrik
enerjisi; dəzgahqayırma istehsalı prosesində
istehlak olunan yanacağın istehsalı; bütün bu
materialların ilkin istehsal olunduğu yerdən
istehlakçı müəssisələrə qədər daşınma xərcləri də
nəzərə alınır. Beləliklə, dəzgahların istehsalında
elektrik enerjisinin tam sərfinin müəyyən edilməsi
üçün ictimai əmək bölgüsünün ümumi sistemində
dəzgahqayırmanın başqa sahələrlə zəncirvari
texnoloji əlaqələrinin mövcud olduğu bütün
sahələrin məsrəflərini nəzərə almaq lazımdır.
ƏMƏK HAQQI
– (I) - işlənmiş vaxta və ya
yerinə yetirilmiş işə görə, həmçinin işlənməmiş,
ancaq ödəməyə aid olan vaxta (məsələn, illik
məzuniyyətə) görə muzdlu işçilərin aldığı pul və
ya natural formada ödəmələrin məbləğidir. Bu
məbləğə
əmək
haqqına
edilən
əlavələrin,
mükafatların və digər ödənclərin məbləği də daxil
edilir. Aylıq iş vaxtı normasını işləmiş və əmək
funksiyasını yerinə yetirmiş işçinin əmək haqqı
müəyyən edilmiş minimum əmək haqqından aşağı
ola bilməz.
(II) - ödəmələrin əməyin vaxtamuzd və ya
işəmuzd
ödənilməsi
əsasında
həyata
keçirilməsindən və onların müntəzəm və ya qeyri-
müntəzəm
aparılmasından
asılı
olmayaraq,
hesabat dövrü ərzində yerinə yetirilən işə görə
ödəmə cədvəlində (evdə iş görənlər də daxil
edilməklə) adları göstərilmiş bütün şəxslərə
ödənilən pul və ya natural formada haqdır.
Əmək haqqına muzdlu işçilər tərəfindən sosial
sığortaya, gəlirə vergilərə və s. (hətta əgər onlar
işverən tərəfindən faktiki tutulursa və muzdlu
işçilərin adından birbaşa sosial sığortaya, vergi
xidmətlərinə və s. ödənilirsə də) istənilən
ödəmələr daxil edilir. Əmək haqqına işverənin
özü tərəfindən sosial sığortaya ödəmələr daxil
edilmir.
Muzdlu işçilərin əmək haqqına daxildir: bütün
həvəsləndirici ödəmələr, mükafatlar, xeyriyyə
ödəmələri, on üçüncü əmək haqqı, işdən çıxmaya
görə ödəmələr, ev kirayə etməyə və nəqliyyat
xərclərinə vəsait, həyat səviyyəsini saxlamaq üçün
müavinətlər və ailə müavinətləri, çaypulu,
komisyon haqqı, peşə təhsilinə və ixtisasartırma
üzrə kurslara getməyə vəsait, işverən tərəfindən
tutulan vergilər, sosial sığorta üzrə ödəmələr və
digər məbləğlər. Konkret iqtisadi vahid tərəfindən
tətbiq olunan uçot təcrübəsindən asılı olaraq,
işverən tərəfindən xəstəlik, istehsalat zədəsi
hallarında,
hamiləlik
və
doğuş
üzrə
məzuniyyətlərdə, iş vaxtının ixtisara salınmasına
görə ödənilən əmək haqqı və ya sosial sığortaya
xərclər nəzərə alına bilər.
(III) - evdə iş görənlərə onlar tərəfindən yerinə
yetirilən işə görə ödəmələr də daxil edilməklə,
ödəmə cədvəlinə daxil edilmiş bütün işləyən
şəxslərə vahid tərəfindən hesablanmış nağd pul və
natura şəklində ödəmələrin bütün növləri (birbaşa
vergilər və işçilərin sosial sığortaya üzvlük haqları
tutulmamışdan əvvəl) və pensiya fondlarına
ödəmələr daxildir.
(IV) – işverən tərəfindən sosial sığortaya
ayırmalar istisna olmaqla, muzdlu işçilərin əmək
haqqından ibarətdir.
ƏMƏK HAQQI FONDU
– geniş mənada,
muzdlu işçilərin gördükləri işin miqdar və
keyfiyyətinə uyğun olaraq, onların əmək haqlarına
sərf olunan milli gəlirin istehlak fondunun bir
hissəsidir.
Əmək üzrə dövlət statistika müşahidəsinin
aparılması
zamanı,
əmək
haqqı
fonduna
müəssisələrin
(idarələrin,
təşkilatların)
köçürdükləri pul məbləğləri, onların ödəniş
197
mənbəyindən və smetalarından asılı olmayaraq,
daxil edilir. Bütün məbləğlər, işçilərə ödəniş
müddətindən və onların faktiki ödənişlərindən
asılı olmayaraq, əmək haqqına, mükafatlara və s.
görə hesablaşmalar aparılan ödəniş sənədlərinə
uyğun olaraq nəzərə alınır.
Əmək haqqı fondunun tərkibinə daxil olan əlavə
edilən məbləğlər: işlənmiş və işlənməmiş iş
vaxtına görə əmək haqları (pul və natura
şəklində); həvəsləndirici əlavələr və artımlar; iş
rejimi və əmək şəraiti ilə əlaqədar kompensasiya
ödənişləri, mükafatlar və birdəfəlik həvəsləndirici
ödənişlər, həmçinin müntəzəm xarakter daşıyan
qidaya, yaşayışa, yanacağa görə ödənişlərdən
ibarətdir.
Əmək haqqının natura şəklində ödənişi zamanı,
məbləğ, müvafiq regionda hesablama anında
tətbiq olunan bazar qiymətləri üzrə hesablamaya
uyğun olaraq daxil edilir. Əgər əmtəə və ya
məhsullar aşağı qiymətlərlə verilərsə, onda
onların tam dəyərləri ilə işçilərə ödənilən
dəyərləri arasındakı fərq də daxil edilir.
ƏMƏK
HAQQI
SĐSTEMĐ
–
əməyin
nəticələrinin qiymətləndirilməsinin forma və
şərtlərindən
asılı
olaraq,
əmək
haqqının
hesablanması
üsullarıdır
(“Əmək
haqqının
formaları”na bax). Əmək haqqı vaxt hesabı
formasına görə iki sistemə bölünür: sadə vaxt
hesabı ilə və vaxt hesabı-mükafat. Əmək haqqının
miqdarının sadə vaxt hesabı üsulu ilə müəyyən
edilməsi üçün bir iş saatı, ya da günü üçün
hesablanan ödəmə tarifini işlənmiş iş saatı, ya da
gününə vurmaq lazımdır. Vaxt hesabı mükafat
sistemində sadə vaxt hesabı üzrə əmək haqqı,
ödəmə miqdarının işin keyfiyyət və kəmiyyət
göstəricilərinə görə, mükafat şəklində əlavə
ödəmələrlə artırılır (məsələn, təmirçilərə qəzasız
iş və onların xidmət etdikləri mexanizmin boş
dayanmadan işi üçün; yağlayıcıların yağlama
materiallarında qənaətli istifadəsi üçün və s.).
Đşəmuzd formada əmək haqqı aşağıdakı əsas
sistemlərə
ayrılır:
işlənmiş
malların
iş
normalarının yerinə yetirilmə səviyyəsindən asılı
olaraq, işlənmiş məhsul vahidi üçün qiymətin
dəyişmədiyi birbaşa işəmuzd sistemi; birbaşa
işəmuzd qiymətləndirmə üzrə ödəmədən başqa
işçilərə yerinə yetirmə və vaxtından əvvəl yerinə
yetirmə üçün mükafat verilən işəmuzd-mükafat
sistemi;
ödəmə
müəyyənləşdirilmiş
istehsal
həddində birbaşa işəmuzd qiymətləri üzrə icra
edilən,
lakin
müəyyənləşdirilmiş
istehsal
tapşırığından çox istehsal olunan məhsul üçün
qiymət müəyyən edilmiş istehsal normasını
artıqlaması ilə yerinə yetirmənin dərəcəsindən
asılı olaraq, proqressiv artan işəmuzd-proqressiv
sistemi; ödəmə təyin edilmiş müqavilə miqdarında
ümumilikdə (iş növləri kompleksi üçün) bütün iş
üçün icra edilən akkord sistemi; birbaşa akkord
sistemi üzrə ödəmədən başqa, işçilərə işin
keyfiyyət və kəmiyyət göstəricilərinə görə
mükafatların verildiyi akkord-mükafat sistemi.
ƏMƏK
HAQQINA
SƏRF
OLUNAN
Dostları ilə paylaş: |