A. M. Vəliyev Elmi redaktorlar: R. A. Səlimov, S. A. Sadıqova, T.Ə. Paşayev



Yüklə 17,41 Mb.
Pdf görüntüsü
səhifə52/182
tarix21.04.2017
ölçüsü17,41 Mb.
#14975
1   ...   48   49   50   51   52   53   54   55   ...   182

 

ƏMLAKIN  BƏRPA  DƏYƏRĐ

  –    əmlakın, 

onu  əvəz  edən  oxşar  funksiya  xüsusiyyətlərinə 

malik,  lakin  müasir  tikinti  norma,  material  və 

texnologiyanın  tətbiqi  ilə  yenidən  yaradılması 

üzrə çəkilən cari xərcləridir. 

 

ƏMTƏƏ – (I) - yararlı xüsusiyyətlərə malik olan 

və 


satış 

üçün 


nəzərdə 

tutulmuş 

bazar 

iqtisadiyyatının ən vacib kateqoriyasıdır, fəaliyyət 



obyektidir, 

maddi 


və 

ya 


qeyri-maddi 

substansiyadır.  Əmtəəyə  aid  edilir:  əmək  və  ya 

təbii  fəaliyyətin  nəticəsi  olan,  əşya  formasına 

malik  olan  -  məhsullar;  tikililər,  müəssisələr, 

firmalar;  maliyyə,  məlumat  və  intellektual 

məhsullar;  məhsulun  qeyri-maddi  formaları, 

məsələn,  firmanın  adı,  əmtəənin  markası  və  s., 

həmçinin xidmətlər. 



(II)  -  mübadilə  predmeti  ola  bilən  məhsuldur.  O, 

çeşid növlərindən biri, yeganə əsər (məsələn, rəsm 

əsərləri),  ya  da  iş  üçün  aralıq  material  (proqram 

təminatı  üçün  disket)  ola  bilər.  Bu  anlayışdan 

gömrük təsnifatlarında istifadə edilir. 

 

ƏMTƏƏ  ÇEŞĐDĐ

  –  çeşid  əlamətləri  adlanan 

əmtəələrin  sortları,  növləri,  tipləri,  markaları

onların  siyahısı  və  tərkibidir.  Əmtəə  çeşidi 

genişliyi  (çeşid  qruplarının  sayı)  və  əhatəliliyi 

(çeşid  dairəsində  əmtəə  variantlarının  sayı)  ilə 

xarakterizə olunur. 

  

ƏMTƏƏ  DÖVRĐYYƏSĐ

  -  əmtəələrin  pulla 

mübadiləsi prosesini xarakterizə edən göstəricidir. 

Əmtəə  dövriyyəsi  əmtəə  kütləsinin  dəyərini, 

satıcıların  pul  qazanclarını  və  eyni  zamanda 

alıcıların  əldə  etdikləri  əmtəələrə  çəkdikləri 

xərcləri 

əks 


etdirir. 

Əmtəə 


dövriyyəsinin 

aşağıdakı növləri vardır: Ümumi əmtəə dövriyyəsi 

–  çoxhəlqəli  əmtəə  hərəkəti  zamanı  bütün 

satışların məbləği; xalis əmtəə dövriyyəsi – təkrar 

hesabdan  azad;  topdansatış  əmtəə  dövriyyəsi  – 

topdan satış bazarda əmtəə satışı, pərakəndə satış 

əmtəə  dövriyyəsi  -  əhaliyə  əmtəə  satışı.  Əmtəə 

dövriyyəsinin  statistikası  əmtəə  dövriyyəsinin 

dinamikasını,  strukturunu  və  regional  fərqliliyini 

öyrənir və modelləşdirir. 

 

ƏMTƏƏ 

DÖVRĐYYƏSĐNĐN 

FĐZĐKĐ 

HƏCM  ĐNDEKSĐ

  -  əmtəə  kütləsinin  (əmtəə 

dövriyyəsinin 

kəmiyyət 

amilinin) 

həcminin 

dəyişməsini  əks  etdirən  nisbi  kəmiyyətdir.  Bir 

əmtəə (fərdi, satılmış əmtəə kəmiyyətinin indeksi) 

üzrə o, artım tempi kimi hesablanır: 

 

                           



0

1

i



i

q

q

q

=

 

  



 

    

q

i0



  və  q

i1

  –  uyğun  olaraq  baza  və  cari  dövrdə  i 



satılmış  əmtəənin  kəmiyyətidir  (natural  ifadədə). 

Əmtəələrin 

məcmusu 

üzrə 


müqayisəli 

qiymətlərdə  əmtəə  dövriyyəsi  indeksinin  dəyəri 

kimi hesablanır.  

Laspeyres 

sxemi 


üzrə 

qurulmuş 

əmtəə 

dövriyyəsinin  fiziki  həcm  indeksi  aşağıdakı 



düsturlardan biri ilə hesablana bilər.  



=

=

=



n

i

i

i

n

i

i

i

fot

q

p

q

p

I

1

0



0

1

1



0

=



=

=



n

i

i

i

n

i

i

i

p

q

p

q

p

i

1

0



0

1

1



1

1

 =



=



=

n

i

i

i

n

i

i

i

q

q

p

q

p

i

1

0



0

1

0



0

 

burada 



0

1

i



i

p

p

p

=

- qiymətlərin fərdi indeksi, 

0

1

i



i

q

q

q

=

-  kəmiyyətin  fərdi  indeksi,  p

i0

  və  p


i1

  – 


uyğun  olaraq  baza  və  cari  dövrdə  i  əmtəəsinin 

qiymətləri,  q

i0

  və  q


i1

  –  uyğun  olaraq  baza  və  cari 

dövrlərdə  i  əmtəəsinin  kəmiyyəti;  n  –  tədqiq 

edilən məcmuda i əmtəəsinin sayıdır. 

Birinci  (indeksin  aqreqat  forması)  əmtəələrin 

satışı  natural  vahiddə  nəzərə  alındığı  halda 

istifadə  edilir;  ikinci  -  əmtəənin  satışı  dəyər 

vahidində  nəzərə  alındıqda  istifadə  edilir,  bu 



 

202 


zaman  müqayisəli  qiymətlərdə  baza  dövrünün 

dəyər  göstəricilərinin  təkrar  sayılması  həyata 

keçirilir;  üçüncüsü  (orta  riyazi  indeks  forması)  - 

əmtəənin  kəmiyyət  indeksi  və  baza  dövrünün 

əmtəə 

dövriyyəsinin 



struktur 

göstəriciləri 

mümkün  olduqda  tətbiq  olunur.  Bütün  üç  indeks 

düsturları uyğundur (eynidir). 

Deflyatordan  istifadə  zamanı  (Laspeyres  düsturu 

üzrə  fəaliyyətdə  olan  təcrübəyə  uyğun  olaraq 

qurulmuş 

ümumi 


qiymət 

indeksi) 

əmtəə 

dövriyyəsinin  fiziki  həcm  indeksi  cari  dövrün 



(Paaşe  düsturu  üzrə  indeks  hesabatı  sadələşir, 

amma  dinamiki  sıralarının  aparılması  çətinləşir) 

qiymətləri ilə hesablanır. 

 



=

=



=

n

i

i

i

n

i

i

i

fot

q

p

q

p

I

1

0



0

1

1



1

=



=

=



n

i

i

i

n

i

i

i

q

p

q

p

1

0



0

1

0



1

=



=

=



n

i

i

i

n

i

i

i

q

p

q

p

1

0



1

1

1



1

 

 



ƏMTƏƏ  DÖVRĐYYƏSĐNĐN  SÜRƏTĐ

  -  


əmtəə  dövriyyəsini,  əmtəələrin  tam  dövr  etmə 

(anbara daxil olan andan onun son satışına qədər) 

sayını xarakterizə edən birbaşa göstəricidir. Əmtəə 

dövriyyəsinin 

dövr 


ərzində 

orta 


əmtəə 

ehtiyatlarına  nisbəti  və  ya  dövrdə  olan  günlərin 

sayının  əmtəənin  dövr  etdiyi  vaxta  olan  nisbəti 

kimi hesablanır.  



 

ƏMTƏƏ  EHTĐYATI

  -  əmtəə  dövriyyəsi 

sahəsində,  həmçinin  istehsalçıda  və  yolda  olan 

əmtəələrdir. 

Əmtəə 

ehtiyatları 



əmtəə 

dövriyyəsinin normal prosesinin fasiləsiz olmasını 

təmin 

etmək, 


əmtəələrin 

daxil 


olmasında 

gözlənilməyən 

fasilələri 

sığortalamaq 

üçün 

lazımdır.  Bundan  başqa,  onların  mövcudluğu, 



əmtəələrin  alıcıların  tələbatına  uyğun  olmaması, 

həmçinin təklifin tələbdən çox olması nəticəsində 

(satış  böhranı)  ticarətdə  əmtəələrin  yığılması  ilə 

bağlıdır.  Əmtəə  ehtiyatlarının  normal  saxlanması 

və 

əmtəə 


ehtiyatlarının 

qeyri-müntəzəm 

yeniləşdirilməsi 

fərqləndirilir 

(əmtəələrin 

mövsümi  və  uzun  müddətə  saxlanması,  uzaq  və 

çətinliklə  gedilə  bilən  rayonlara  çatdırılması). 

Əmtəə  ehtiyatlarının  ölçüsü  əmtəə  dövriyyəsinin 

həcmindən 

və 


tələb 

və 


təklifin 

balanslaşdırılmasından  asılıdır.  Buna  görə  də, 

əmtəə  ehtiyatları  göstəricilərindən  konyunktur 

(vəziyyət)  indikatorlar  kimi  istifadə  edilir.  Əmtəə 

ehtiyatları  –  ani  kəmiyyət,  dövrün  (ayın,  rübün, 

ilin)  sonuna  olan  vəziyyət  üzrə  nəzərə  alınır. 

Əmtəə  ehtiyatları  statistikası  əmtəə  ehtiyatlarının 

həcmini,  strukturunu  və  dinamikasını,  əmtəə 

dövriyyəsinin  ehtiyat  həcminin  səviyyəsini  və 

onun optimallaşdırılması dərəcəsini öyrənir.  



 

 

ƏMTƏƏ  KREDĐTĐ



  –  1)  Malın  dəyərinin 

ödənilməsinə  möhlət  şəklində  satıcı  tərəfindən 

alıcıya  təqdim  edilən  kreditin  xüsusi  növüdür;  2) 

Əmtəə şəklində təqdim edilən kreditdir.  

 

ƏMTƏƏ NĐŞANI (XĐDMƏT NĐŞANI)

 – bir 


istehsalçının 

əmtəə 


və 

xidmətlərini 

digər 

istehsalçının  buna  oxşar  əmtəə  və  xidmətlərindən 



fərqləndirmək üçün orijinal tərtibat, qrafiki təsvir, 

rəqəm, 


hərf 

və 


ya 

söz 


birləşməsidir; 

müəssisələrin, 

təşkilatların 

qeyri-maddi 

aktivlərinin 

tərkibinə 

daxildir; 

lisenziya 

müqavilələrinin  mövzusudur  və  sənayedə  xüsusi 

mülkiyyətin 

mühafizə 

obyektidir. 

Ölkələrin 

qanunvericilikləri  mühafizə  qabiliyyətli  əmtəə 

nişanlarının  əlamətlərini  və  mühafizə  qabiliyyətli 

əmtəə 

nişanları 



dairəsindən 

kənarlaşma 

meyarlarını müəyyən edirlər.  

Statistika,  texnologiyaya  görə  ödəniş  balansının 

qurulması  məqsədi  ilə  beynəlxalq  sazişlər 

əsasında istehsal olunan əmtəə nişanlarının ticarət 

mübadiləsi  zamanı  ödəniş  və  daxil  olmalarını 

nəzərə alır və müqayisə edir. 



 

ƏMTƏƏ NOMENKLATURASI

 - əmtəələrin 

siyahısıdır, əmtəə vahidlərinin çoxluğudur. 

 

ƏMTƏƏ  VAHĐDĐ 

-  əmtəənin  bütün  əlamət, 

xüsusiyyət  və  atributlarına  malik  olan  ayrıca 

kəmiyyətdir;  onun  xüsusiyyətlərini  itirməməklə, 

əmtəəni bölməklə, minimum kəmiyyəti tapılır. 

 

ƏMTƏƏLƏR  BAZARI

  –  1)  onların  qarşılıqlı 

axtarış  mexanizmi  daxil  edilməklə,  iqtisadi 

müstəqil 

satıcıların 

və 

alıcıların 



alış-veriş 

münasibətləri  sistemidir;  2)  əmtəələrin  pula 

dəyişdirildiyi sferadır.  

 

ƏMTƏƏLƏRĐN  EMAL  EDĐLMƏDƏN 



ALINIB  SATILMAS

I  –  “Fəaliyyət  növü  üzrə 

dövriyyə” maddəsinin alt bölməsidir.  

Müəssisənin  öz  adından  və  öz  xüsusi  hesabına 

aldığı və dəyişilməz vəziyyətdə, yaxud topdan və 

adətən, 

pərakəndə 

ticarət 

müəssisələrinin 

təcrübəsində  olduğu  kimi,  qablarının,  sarğılarının 

markalanmasından 

sonra 

yenidən 


satılan 

əmtəələrin satışıdır. Alınıb satmaların belə növləri 

aşağıdakı kimi bölüşdürülə bilir: 

-  digər  ticarətçilərə,  kommersiya  istehlakçılarına 

və digərlərinə satış (topdan ticarət); 

-  əhaliyə  (ev  təsərrüfatlarına)  və  ya  xırda  (kiçik) 

kommersiya  istehlakçılarına  satış  (pərakəndə 

ticarət). 

 


 

203


ƏMTƏƏLƏRĐN 

ĐDXAL-ĐXRAC 

BA-

LANSI

  –  ərazi  əmtəə  əlaqələrini,  onların 

dövriyyəsinin  intensivliyini  və  optimallığını, 

regionun statusunu (idxal-ixrac qalıqları (saldosu) 

üzrə)  əks  etdirən  balansdır.  Şahmat  sxemi  üzrə 

qurulur. 

 

ƏMTƏƏLƏRĐN  ĐXRACI



  -  əsasən  üçüncü 

ölkələr  və  ixracatçı  gömrük  rejimində  və  yaxud 

passiv  emal  və  ya  aktiv  emaldan  sonra  yenidən 

ixrac üçün nəzərdə tutulan əmtəələrdir. 

 

ƏMTƏƏLƏRĐN 

SATIŞINDAN 

MƏN-

FƏƏT

    -  ticarət  fəaliyyətinin  əsas  nəticə 

göstəricisidir  və  satış  qiymətlərinin  artımı  ilə 

tədavül xərcləri arasındakı fərqlə hesablanır.  

 

ƏMTƏƏLƏRĐN 



TƏDARÜKÜNÜN 

AHƏNGDARLIĞI

  –  əmtəələrin  müqavilədə 

nəzərdə  tutulduğu  vaxtda  və  miqdarda  daxil 

olmasıdır.  Əmtəələrin  tədarükünün  ahəngdarlığı 

faktiki 


tədarüklərin 

müqavilədə 

nəzərdə 

tutulduğundan orta xətti kənarlaşmanın köməyi ilə 

qiymətləndirilir.  

 

ƏMTƏƏNĐN  ARTĐKULU



  –  əmtəənin  qısa 

tərifi, şifri, onun nömrəsidir. 

 

ƏMTƏƏNĐN DÖVRĐYYƏ QABĐLĐYYƏTĐ 

-  əmtəələrin  dövr  etmə  prosesidir,  onların 

istehsalçıdan  istehlakçıyadək  əmtəə  hərəkətinin 

tam  dövrünü  bərpa  edən  əmtəə  tədavülü 

sahəsindən 

keçməsidir. 

Bazar 

proseslərinin 



səmərəliliyinə, 

xüsusilə 

də 

əmtəənin 



satış 

gəlirliyinə  əhəmiyyətli  təsir  edir.  Đki  statistik 

göstərici 

ilə 


xarakterizə 

olunur: 


əmtəə 

dövriyyəsinin  sürəti  və  əmtəənin  dövretmə  vaxtı. 

Əmtəənin  dövriyyə  qabiliyyətinin  statistikası 

onun 


dinamikasını 

və 


regional 

qanunauyğunluğunu  öyrənir,  faktor  indekslərini 

və reqressiya modellərini qurur. 

 

ƏMTƏƏNĐN HƏRƏKƏTĐ

 - əmtəənin coğrafi 

məkanda  yerdəyişməsi  ilə  bir  sahibkardan 

digərinə keçməsi prosesidir.  

 

ƏMTƏƏNĐN 



HƏRƏKƏTĐ 

HĐSSƏSĐ 

(ANBAR)

 – istehsalçıdan istehlakçıya gedən yol 

üzrə 


əmtəənin 

bir 


anbardan 

digərinə 

dəyişmələrinin  sayıdır.  Mühasibat  uçotunun 

məlumatları  üzrə  “yük  boşaltma  məntəqələrinin” 

sayı kimi müəyyən edilir.  

 

ƏMTƏƏ 

HƏRƏKƏTĐNĐN 

HĐSSƏSĐ 

(KOMMERSĐYA və ya HESABLANMIŞ)

 - 

əmtəənin  sahiblərinin  dəyişməsini,  onun  alınıb 

satılma  sayını  xarakterizə  edən  göstəricidir. 

Əmtəə  hərəkətinin  hissəsi  əhəmiyyətli  dərəcədə 

özünü 

əmtəə 

dövriyyəsində 

və 


dövriyyə 

xərclərində

nəticə 


etibarı 

ilə 


isə 

bazar 


proseslərinin  iqtisadi  səmərəliyində  göstərir. 

Əmtəə hərəkətinin hissəsi hissə əmsalı ilə ölçülür. 

 

ƏMTƏƏNĐN  HƏYAT  DÖVRÜ

  –  hər  hansı 

bir  əmtəənin  bazarda  mövcud  olmasından 

bazardan çıxdığı vaxta qədər olan bütün müddətdə 

bazarın  əsas  parametrlərini  əks  etdirən  modeldir. 

1965-ci  ildə  Amerika  marketoloqu  T.Levitt 

tərəfindən təklif edilmişdir. Əmtəənin həyat dövrü 

aşağıdakı 

mərhələlərə 

bölünür: 

əmtəənin 

hazırlanması  (əmtəənin  buraxılışa  texnoloji, 

iqtisadi  və  marketinq  hazırlığı);  məhsulun  bazara 

çıxarılması;  artım;  sabitlik  və  ya  yetkinlik; 

azalma. 


Statistikanın və marketinq tədqiqatının əsas vacib 

vəzifəsi 

əmtəənin 



həyat 

dövrünün 

hər 

mərhələsində  tələbatın  proqnozlaşdırılmasıdır; 



onun 

həlli 


hər 

mərhələnin 

sürəkliliyinin 

tənzimləməsinə,  tələbatın  stimullaşdırılmasına, 

gəlirlərin  əldə  edilməsinin  təmin  edilməsinə, 

bazarın  tam  doldurulma  anının  qabaqcadan  xəbər 

verilməsinə imkan verir. 

 

ƏMTƏƏNĐN  KƏMĐYYƏTĐ  (MĐQDARI)

  - 

onun  netto  çəkisi  üzrə,  kombinə  edilmiş 



nomenklaturada  baxıldıqda  isə  əlavə  vahidlərlə 

müəyyən edilən miqdarıdır.  

 

ƏN  KĐÇĐK  KVADRATLAR  ÜSULU

  –  baş 



məcmunun 

parametrlərinin 

qiymətlərinin 

tapılmasının  statistik  metodudur.  Ən  kiçik 

kvadratlar  üsulu  interpolyasiya  çoxhədlisinin 

qurulması  üçün  nəzərdə  tutulmuşdur,  faktiki  və 

hesablama 

məlumatları 

arasındakı 

kənarlaşmaların 

kvadratlarının 

cəminin 


minimuma  endirilməsi  meyarlarına  əsaslanır. 

Reqressiya  təhlilində  ən  kiçik  kvadratlar  üsulu 

nominal tənliklər sisteminin həll edilməsi yolu ilə 

reqressiyanın 

əsas 


əmsalının 

qiymətinin 

tapılmasında  istifadə  edilir.  Müntəzəm  olmayan 

səhvlərə  malik  xətti  əlaqələr  üçün  ən  kiçik 

kvadratlar  üsulu  dəyişdirilməmiş  qiymətdir.  Əgər 

normal məcmudan seçmə tədqiq edilirsə, onda ən 

kiçik  kvadratlar  üsulu  səmərəli  qiymətdir. 

Beləliklə,  ən  kiçik  kvadratlar  üsulunun  göstərilən 

şərtlərin 

yerinə 


yetirilməsində 

ən 


yaxşı 

qiymətlərin əldə edilməsinə imkan verir. 

 

ƏRAZĐ  QRUPLAŞMALARI

  -  son  10  il 

ərzində  topdan  və  pərakəndə  ticarətin  inkişafının 

vacib  xarakteristikası  ticarət  vahidlərinin  coğrafi 

zona və ya ərazi ticarət mərkəzlərində cəmlənməsi 

hesab  olunur.  Xüsusilə,  topdansatış  ticarəti  üçün, 


 

204 


bu  onun  müasirləşdirilməsi,  torpaq  sahələrindən 

səmərəli  istifadə  problemlərinin  həlli  və  şəhərin 

mərkəzinə  malik  olma  aspektlərindən  biridir. 

Pərakəndə  ticarətə  gəldikdə  isə,  yerli  ticarət 

vahidlərinin  cəmlənməsi  elə  metodlardan  biridir 

ki, bunun nəticəsində sərbəst ticarətlə məşğul olan 

şəxsə,  xüsusilə  də  qeyri-ərzaq  məhsullarının 

ticarəti  ilə  məşğul  olanlara  supermarketlərin 

rəqabətinə  cavab  verməyə  və  davam  gətirməyə 

imkan verir. Nəticə etibarı ilə, söhbət çox vacib və 

əhəmiyyətli  göstəricidən  gedir.  O,  sorğular 

vasitəsilə  müayinələrin  aparılması  yolu  ilə  ticarət 

mərkəzlərinin  və  digər  cəmlənmə  formalarının 

təriflərinin  tənqidi 

surətdə 

öyrənilməsi 

və 

təhlilindən sonra müəyyənləşdirilməlidir.  



 

ƏRAZĐNĐN  MEŞƏLĐLĐYĐ

  –  faizlə,  meşə  ilə 

örtülmüş  sahənin  regionun  bütün  ərazisinə  olan 

nisbətidir.  Ərazinin  meşəliliyi  ölkədə  meşə 

örtüklü 


əraziləri 

(regionları) 

əks 

etdirir. 



Məlumatların  və  meşə  örtüyünün  mənbəyi 

meşələrin  uçotunun  statistik  məlumatları  hesab 

edilir.  

 

ƏRZAQ  MƏHSULLARI  BALANSLARI



  - 

əsas  ərzaq  ehtiyatlarının  formalaşma  mənbələrini 

və  onlardan  istifadə  yollarını  xarakterizə  edən 

göstəricilər sistemidir. Ərzaq məhsulları balansları 

məhsulun 

istehsalı 

prosesindən 

onun 


son 

istifadəsinədək  hərəkətini  əks  etdirir,  ərzaq 

bazarında cari vəziyyəti təhlil etməyə və inkişafını 

proqnozlaşdırmağa, 

idxala 

tələbatı 



qiymətləndirməyə,  ərzaq  məhsullarının  istehlak 

fondunu  müəyyənləşdirməyə  imkan  verir.  Ərzaq 

məhsulları  balansı  statistika  orqanları  tərəfindən 

təqvim  ili  üçün  ət,  süd,  yumurta,  buğda,  buğda 

emalı  məhsulları,  kartof,  tərəvəz  və  bostan 

bitkiləri,  meyvə,  bitki  yağı,  şəkər  və  s.  məhsullar 

üzrə  natura  ifadəsində  tərtib  olunur.  Ərzaq 

məhsulları  balansına  həm  xam  məhsula  dair 

məlumatlar,  həm  də  əsas  məhsul  növünə 

çevirməklə  emal  məhsulları  haqqında  məlumatlar 

daxildir (taxıl istisna olmaqla).  

Ərzaq  məhsulları  balansının  tərtib  edilməsində 

rəsmi  statistika  müşahidəsi  formalarının,  kənd 

təsərrüfatı  müəssisələrinin  və  ev  təsərrüfatları 

müayinələrinin, 

birdəfəlik 

uçot 

və 


siyahıyaalmaların,  gömrük  statistikasının,  illik 

xüsusiləşdirilmiş  mühasibat  hesabatı  formalarının 

məlumatlarından istifadə edilir.  

Dənlilər  üçün  balansın  sxemi  aşağıdakı  kimidir: 

Đlin  əvvəlinə  qalıq  +  Đstehsal  +  Đdxal  =  Toxum 

üçün istifadə + Mal qara və quş yemi üçün istifadə 

+ Ərzaq məhsullarının alınması üçün emal edilmiş 

məhsullar  +  Ərzaq  məhsulu  kimi  birbaşa  istifadə 

edilmiş məhsullar + Emalın digər növləri + Đtkilər 

+ Đxrac + Đlin sonuna qalıq. 



ƏSAS  FƏALĐYYƏT  NÖVÜ

  –  müşahidə 

vahidinin  fəaliyyət  növüdür.  Bu,  vahidin  ən 

mühüm  fəaliyyət  növüdür  ki,  onu  həyata 

keçirərkən  ən  yüksək  əlavə  dəyər  yaranır. 

Müəssisə  hüquqi  vahidlərin  kombinasiyasına 

uyğun gəldiyi vaxt, onlardan biri baş vahid olaraq, 

istehsal  prosesində  köməkçi  kimi  iştirak  edən 

digər  vahidlərin  istismarına  və  nəzarətinə  görə 

hüquqi məsuliyyət daşıyır.  


Yüklə 17,41 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin