ƏMLAKIN BƏRPA DƏYƏRĐ
– əmlakın,
onu əvəz edən oxşar funksiya xüsusiyyətlərinə
malik, lakin müasir tikinti norma, material və
texnologiyanın tətbiqi ilə yenidən yaradılması
üzrə çəkilən cari xərcləridir.
ƏMTƏƏ – (I) - yararlı xüsusiyyətlərə malik olan
və
satış
üçün
nəzərdə
tutulmuş
bazar
iqtisadiyyatının ən vacib kateqoriyasıdır, fəaliyyət
obyektidir,
maddi
və
ya
qeyri-maddi
substansiyadır. Əmtəəyə aid edilir: əmək və ya
təbii fəaliyyətin nəticəsi olan, əşya formasına
malik olan - məhsullar; tikililər, müəssisələr,
firmalar; maliyyə, məlumat və intellektual
məhsullar; məhsulun qeyri-maddi formaları,
məsələn, firmanın adı, əmtəənin markası və s.,
həmçinin xidmətlər.
(II) - mübadilə predmeti ola bilən məhsuldur. O,
çeşid növlərindən biri, yeganə əsər (məsələn, rəsm
əsərləri), ya da iş üçün aralıq material (proqram
təminatı üçün disket) ola bilər. Bu anlayışdan
gömrük təsnifatlarında istifadə edilir.
ƏMTƏƏ ÇEŞĐDĐ
– çeşid əlamətləri adlanan
əmtəələrin sortları, növləri, tipləri, markaları,
onların siyahısı və tərkibidir. Əmtəə çeşidi
genişliyi (çeşid qruplarının sayı) və əhatəliliyi
(çeşid dairəsində əmtəə variantlarının sayı) ilə
xarakterizə olunur.
ƏMTƏƏ DÖVRĐYYƏSĐ
- əmtəələrin pulla
mübadiləsi prosesini xarakterizə edən göstəricidir.
Əmtəə dövriyyəsi əmtəə kütləsinin dəyərini,
satıcıların pul qazanclarını və eyni zamanda
alıcıların əldə etdikləri əmtəələrə çəkdikləri
xərcləri
əks
etdirir.
Əmtəə
dövriyyəsinin
aşağıdakı növləri vardır: Ümumi əmtəə dövriyyəsi
– çoxhəlqəli əmtəə hərəkəti zamanı bütün
satışların məbləği; xalis əmtəə dövriyyəsi – təkrar
hesabdan azad; topdansatış əmtəə dövriyyəsi –
topdan satış bazarda əmtəə satışı, pərakəndə satış
əmtəə dövriyyəsi - əhaliyə əmtəə satışı. Əmtəə
dövriyyəsinin statistikası əmtəə dövriyyəsinin
dinamikasını, strukturunu və regional fərqliliyini
öyrənir və modelləşdirir.
ƏMTƏƏ
DÖVRĐYYƏSĐNĐN
FĐZĐKĐ
HƏCM ĐNDEKSĐ
- əmtəə kütləsinin (əmtəə
dövriyyəsinin
kəmiyyət
amilinin)
həcminin
dəyişməsini əks etdirən nisbi kəmiyyətdir. Bir
əmtəə (fərdi, satılmış əmtəə kəmiyyətinin indeksi)
üzrə o, artım tempi kimi hesablanır:
0
1
i
i
q
q
q
i =
q
i0
və q
i1
– uyğun olaraq baza və cari dövrdə i
satılmış əmtəənin kəmiyyətidir (natural ifadədə).
Əmtəələrin
məcmusu
üzrə
o
müqayisəli
qiymətlərdə əmtəə dövriyyəsi indeksinin dəyəri
kimi hesablanır.
Laspeyres
sxemi
üzrə
qurulmuş
əmtəə
dövriyyəsinin fiziki həcm indeksi aşağıdakı
düsturlardan biri ilə hesablana bilər.
∑
∑
=
=
=
n
i
i
i
n
i
i
i
fot
q
p
q
p
I
1
0
0
1
1
0
=
∑
∑
=
=
n
i
i
i
n
i
i
i
p
q
p
q
p
i
1
0
0
1
1
1
1
=
∑
∑
=
=
n
i
i
i
n
i
i
i
q
q
p
q
p
i
1
0
0
1
0
0
burada
0
1
i
i
p
p
p
i =
- qiymətlərin fərdi indeksi,
0
1
i
i
q
q
q
i =
- kəmiyyətin fərdi indeksi, p
i0
və p
i1
–
uyğun olaraq baza və cari dövrdə i əmtəəsinin
qiymətləri, q
i0
və q
i1
– uyğun olaraq baza və cari
dövrlərdə i əmtəəsinin kəmiyyəti; n – tədqiq
edilən məcmuda i əmtəəsinin sayıdır.
Birinci (indeksin aqreqat forması) əmtəələrin
satışı natural vahiddə nəzərə alındığı halda
istifadə edilir; ikinci - əmtəənin satışı dəyər
vahidində nəzərə alındıqda istifadə edilir, bu
202
zaman müqayisəli qiymətlərdə baza dövrünün
dəyər göstəricilərinin təkrar sayılması həyata
keçirilir; üçüncüsü (orta riyazi indeks forması) -
əmtəənin kəmiyyət indeksi və baza dövrünün
əmtəə
dövriyyəsinin
struktur
göstəriciləri
mümkün olduqda tətbiq olunur. Bütün üç indeks
düsturları uyğundur (eynidir).
Deflyatordan istifadə zamanı (Laspeyres düsturu
üzrə fəaliyyətdə olan təcrübəyə uyğun olaraq
qurulmuş
ümumi
qiymət
indeksi)
əmtəə
dövriyyəsinin fiziki həcm indeksi cari dövrün
(Paaşe düsturu üzrə indeks hesabatı sadələşir,
amma dinamiki sıralarının aparılması çətinləşir)
qiymətləri ilə hesablanır.
∑
∑
=
=
=
n
i
i
i
n
i
i
i
fot
q
p
q
p
I
1
0
0
1
1
1
=
∑
∑
=
=
n
i
i
i
n
i
i
i
q
p
q
p
1
0
0
1
0
1
=
∑
∑
=
=
n
i
i
i
n
i
i
i
q
p
q
p
1
0
1
1
1
1
ƏMTƏƏ DÖVRĐYYƏSĐNĐN SÜRƏTĐ
-
əmtəə dövriyyəsini, əmtəələrin tam dövr etmə
(anbara daxil olan andan onun son satışına qədər)
sayını xarakterizə edən birbaşa göstəricidir. Əmtəə
dövriyyəsinin
dövr
ərzində
orta
əmtəə
ehtiyatlarına nisbəti və ya dövrdə olan günlərin
sayının əmtəənin dövr etdiyi vaxta olan nisbəti
kimi hesablanır.
ƏMTƏƏ EHTĐYATI
- əmtəə dövriyyəsi
sahəsində, həmçinin istehsalçıda və yolda olan
əmtəələrdir.
Əmtəə
ehtiyatları
əmtəə
dövriyyəsinin normal prosesinin fasiləsiz olmasını
təmin
etmək,
əmtəələrin
daxil
olmasında
gözlənilməyən
fasilələri
sığortalamaq
üçün
lazımdır. Bundan başqa, onların mövcudluğu,
əmtəələrin alıcıların tələbatına uyğun olmaması,
həmçinin təklifin tələbdən çox olması nəticəsində
(satış böhranı) ticarətdə əmtəələrin yığılması ilə
bağlıdır. Əmtəə ehtiyatlarının normal saxlanması
və
əmtəə
ehtiyatlarının
qeyri-müntəzəm
yeniləşdirilməsi
fərqləndirilir
(əmtəələrin
mövsümi və uzun müddətə saxlanması, uzaq və
çətinliklə gedilə bilən rayonlara çatdırılması).
Əmtəə ehtiyatlarının ölçüsü əmtəə dövriyyəsinin
həcmindən
və
tələb
və
təklifin
balanslaşdırılmasından asılıdır. Buna görə də,
əmtəə ehtiyatları göstəricilərindən konyunktur
(vəziyyət) indikatorlar kimi istifadə edilir. Əmtəə
ehtiyatları – ani kəmiyyət, dövrün (ayın, rübün,
ilin) sonuna olan vəziyyət üzrə nəzərə alınır.
Əmtəə ehtiyatları statistikası əmtəə ehtiyatlarının
həcmini, strukturunu və dinamikasını, əmtəə
dövriyyəsinin ehtiyat həcminin səviyyəsini və
onun optimallaşdırılması dərəcəsini öyrənir.
ƏMTƏƏ KREDĐTĐ
– 1) Malın dəyərinin
ödənilməsinə möhlət şəklində satıcı tərəfindən
alıcıya təqdim edilən kreditin xüsusi növüdür; 2)
Əmtəə şəklində təqdim edilən kreditdir.
ƏMTƏƏ NĐŞANI (XĐDMƏT NĐŞANI)
– bir
istehsalçının
əmtəə
və
xidmətlərini
digər
istehsalçının buna oxşar əmtəə və xidmətlərindən
fərqləndirmək üçün orijinal tərtibat, qrafiki təsvir,
rəqəm,
hərf
və
ya
söz
birləşməsidir;
müəssisələrin,
təşkilatların
qeyri-maddi
aktivlərinin
tərkibinə
daxildir;
lisenziya
müqavilələrinin mövzusudur və sənayedə xüsusi
mülkiyyətin
mühafizə
obyektidir.
Ölkələrin
qanunvericilikləri mühafizə qabiliyyətli əmtəə
nişanlarının əlamətlərini və mühafizə qabiliyyətli
əmtəə
nişanları
dairəsindən
kənarlaşma
meyarlarını müəyyən edirlər.
Statistika, texnologiyaya görə ödəniş balansının
qurulması məqsədi ilə beynəlxalq sazişlər
əsasında istehsal olunan əmtəə nişanlarının ticarət
mübadiləsi zamanı ödəniş və daxil olmalarını
nəzərə alır və müqayisə edir.
ƏMTƏƏ NOMENKLATURASI
- əmtəələrin
siyahısıdır, əmtəə vahidlərinin çoxluğudur.
ƏMTƏƏ VAHĐDĐ
- əmtəənin bütün əlamət,
xüsusiyyət və atributlarına malik olan ayrıca
kəmiyyətdir; onun xüsusiyyətlərini itirməməklə,
əmtəəni bölməklə, minimum kəmiyyəti tapılır.
ƏMTƏƏLƏR BAZARI
– 1) onların qarşılıqlı
axtarış mexanizmi daxil edilməklə, iqtisadi
müstəqil
satıcıların
və
alıcıların
alış-veriş
münasibətləri sistemidir; 2) əmtəələrin pula
dəyişdirildiyi sferadır.
ƏMTƏƏLƏRĐN EMAL EDĐLMƏDƏN
ALINIB SATILMAS
I – “Fəaliyyət növü üzrə
dövriyyə” maddəsinin alt bölməsidir.
Müəssisənin öz adından və öz xüsusi hesabına
aldığı və dəyişilməz vəziyyətdə, yaxud topdan və
adətən,
pərakəndə
ticarət
müəssisələrinin
təcrübəsində olduğu kimi, qablarının, sarğılarının
markalanmasından
sonra
yenidən
satılan
əmtəələrin satışıdır. Alınıb satmaların belə növləri
aşağıdakı kimi bölüşdürülə bilir:
- digər ticarətçilərə, kommersiya istehlakçılarına
və digərlərinə satış (topdan ticarət);
- əhaliyə (ev təsərrüfatlarına) və ya xırda (kiçik)
kommersiya istehlakçılarına satış (pərakəndə
ticarət).
203
ƏMTƏƏLƏRĐN
ĐDXAL-ĐXRAC
BA-
LANSI
– ərazi əmtəə əlaqələrini, onların
dövriyyəsinin intensivliyini və optimallığını,
regionun statusunu (idxal-ixrac qalıqları (saldosu)
üzrə) əks etdirən balansdır. Şahmat sxemi üzrə
qurulur.
ƏMTƏƏLƏRĐN ĐXRACI
- əsasən üçüncü
ölkələr və ixracatçı gömrük rejimində və yaxud
passiv emal və ya aktiv emaldan sonra yenidən
ixrac üçün nəzərdə tutulan əmtəələrdir.
ƏMTƏƏLƏRĐN
SATIŞINDAN
MƏN-
FƏƏT
- ticarət fəaliyyətinin əsas nəticə
göstəricisidir və satış qiymətlərinin artımı ilə
tədavül xərcləri arasındakı fərqlə hesablanır.
ƏMTƏƏLƏRĐN
TƏDARÜKÜNÜN
AHƏNGDARLIĞI
– əmtəələrin müqavilədə
nəzərdə tutulduğu vaxtda və miqdarda daxil
olmasıdır. Əmtəələrin tədarükünün ahəngdarlığı
faktiki
tədarüklərin
müqavilədə
nəzərdə
tutulduğundan orta xətti kənarlaşmanın köməyi ilə
qiymətləndirilir.
ƏMTƏƏNĐN ARTĐKULU
– əmtəənin qısa
tərifi, şifri, onun nömrəsidir.
ƏMTƏƏNĐN DÖVRĐYYƏ QABĐLĐYYƏTĐ
- əmtəələrin dövr etmə prosesidir, onların
istehsalçıdan istehlakçıyadək əmtəə hərəkətinin
tam dövrünü bərpa edən əmtəə tədavülü
sahəsindən
keçməsidir.
Bazar
proseslərinin
səmərəliliyinə,
xüsusilə
də
əmtəənin
satış
gəlirliyinə əhəmiyyətli təsir edir. Đki statistik
göstərici
ilə
xarakterizə
olunur:
əmtəə
dövriyyəsinin sürəti və əmtəənin dövretmə vaxtı.
Əmtəənin dövriyyə qabiliyyətinin statistikası
onun
dinamikasını
və
regional
qanunauyğunluğunu öyrənir, faktor indekslərini
və reqressiya modellərini qurur.
ƏMTƏƏNĐN HƏRƏKƏTĐ
- əmtəənin coğrafi
məkanda yerdəyişməsi ilə bir sahibkardan
digərinə keçməsi prosesidir.
ƏMTƏƏNĐN
HƏRƏKƏTĐ
HĐSSƏSĐ
(ANBAR)
– istehsalçıdan istehlakçıya gedən yol
üzrə
əmtəənin
bir
anbardan
digərinə
dəyişmələrinin sayıdır. Mühasibat uçotunun
məlumatları üzrə “yük boşaltma məntəqələrinin”
sayı kimi müəyyən edilir.
ƏMTƏƏ
HƏRƏKƏTĐNĐN
HĐSSƏSĐ
(KOMMERSĐYA və ya HESABLANMIŞ)
-
əmtəənin sahiblərinin dəyişməsini, onun alınıb
satılma sayını xarakterizə edən göstəricidir.
Əmtəə hərəkətinin hissəsi əhəmiyyətli dərəcədə
özünü
əmtəə
dövriyyəsində
və
dövriyyə
xərclərində,
nəticə
etibarı
ilə
isə
bazar
proseslərinin iqtisadi səmərəliyində göstərir.
Əmtəə hərəkətinin hissəsi hissə əmsalı ilə ölçülür.
ƏMTƏƏNĐN HƏYAT DÖVRÜ
– hər hansı
bir əmtəənin bazarda mövcud olmasından
bazardan çıxdığı vaxta qədər olan bütün müddətdə
bazarın əsas parametrlərini əks etdirən modeldir.
1965-ci ildə Amerika marketoloqu T.Levitt
tərəfindən təklif edilmişdir. Əmtəənin həyat dövrü
aşağıdakı
mərhələlərə
bölünür:
əmtəənin
hazırlanması (əmtəənin buraxılışa texnoloji,
iqtisadi və marketinq hazırlığı); məhsulun bazara
çıxarılması; artım; sabitlik və ya yetkinlik;
azalma.
Statistikanın və marketinq tədqiqatının əsas vacib
vəzifəsi
-
əmtəənin
həyat
dövrünün
hər
mərhələsində tələbatın proqnozlaşdırılmasıdır;
onun
həlli
hər
mərhələnin
sürəkliliyinin
tənzimləməsinə, tələbatın stimullaşdırılmasına,
gəlirlərin əldə edilməsinin təmin edilməsinə,
bazarın tam doldurulma anının qabaqcadan xəbər
verilməsinə imkan verir.
ƏMTƏƏNĐN KƏMĐYYƏTĐ (MĐQDARI)
-
onun netto çəkisi üzrə, kombinə edilmiş
nomenklaturada baxıldıqda isə əlavə vahidlərlə
müəyyən edilən miqdarıdır.
ƏN KĐÇĐK KVADRATLAR ÜSULU
– baş
məcmunun
parametrlərinin
qiymətlərinin
tapılmasının statistik metodudur. Ən kiçik
kvadratlar üsulu interpolyasiya çoxhədlisinin
qurulması üçün nəzərdə tutulmuşdur, faktiki və
hesablama
məlumatları
arasındakı
kənarlaşmaların
kvadratlarının
cəminin
minimuma endirilməsi meyarlarına əsaslanır.
Reqressiya təhlilində ən kiçik kvadratlar üsulu
nominal tənliklər sisteminin həll edilməsi yolu ilə
reqressiyanın
əsas
əmsalının
qiymətinin
tapılmasında istifadə edilir. Müntəzəm olmayan
səhvlərə malik xətti əlaqələr üçün ən kiçik
kvadratlar üsulu dəyişdirilməmiş qiymətdir. Əgər
normal məcmudan seçmə tədqiq edilirsə, onda ən
kiçik kvadratlar üsulu səmərəli qiymətdir.
Beləliklə, ən kiçik kvadratlar üsulunun göstərilən
şərtlərin
yerinə
yetirilməsində
ən
yaxşı
qiymətlərin əldə edilməsinə imkan verir.
ƏRAZĐ QRUPLAŞMALARI
- son 10 il
ərzində topdan və pərakəndə ticarətin inkişafının
vacib xarakteristikası ticarət vahidlərinin coğrafi
zona və ya ərazi ticarət mərkəzlərində cəmlənməsi
hesab olunur. Xüsusilə, topdansatış ticarəti üçün,
204
bu onun müasirləşdirilməsi, torpaq sahələrindən
səmərəli istifadə problemlərinin həlli və şəhərin
mərkəzinə malik olma aspektlərindən biridir.
Pərakəndə ticarətə gəldikdə isə, yerli ticarət
vahidlərinin cəmlənməsi elə metodlardan biridir
ki, bunun nəticəsində sərbəst ticarətlə məşğul olan
şəxsə, xüsusilə də qeyri-ərzaq məhsullarının
ticarəti ilə məşğul olanlara supermarketlərin
rəqabətinə cavab verməyə və davam gətirməyə
imkan verir. Nəticə etibarı ilə, söhbət çox vacib və
əhəmiyyətli göstəricidən gedir. O, sorğular
vasitəsilə müayinələrin aparılması yolu ilə ticarət
mərkəzlərinin və digər cəmlənmə formalarının
təriflərinin tənqidi
surətdə
öyrənilməsi
və
təhlilindən sonra müəyyənləşdirilməlidir.
ƏRAZĐNĐN MEŞƏLĐLĐYĐ
– faizlə, meşə ilə
örtülmüş sahənin regionun bütün ərazisinə olan
nisbətidir. Ərazinin meşəliliyi ölkədə meşə
örtüklü
əraziləri
(regionları)
əks
etdirir.
Məlumatların və meşə örtüyünün mənbəyi
meşələrin uçotunun statistik məlumatları hesab
edilir.
ƏRZAQ MƏHSULLARI BALANSLARI
-
əsas ərzaq ehtiyatlarının formalaşma mənbələrini
və onlardan istifadə yollarını xarakterizə edən
göstəricilər sistemidir. Ərzaq məhsulları balansları
məhsulun
istehsalı
prosesindən
onun
son
istifadəsinədək hərəkətini əks etdirir, ərzaq
bazarında cari vəziyyəti təhlil etməyə və inkişafını
proqnozlaşdırmağa,
idxala
tələbatı
qiymətləndirməyə, ərzaq məhsullarının istehlak
fondunu müəyyənləşdirməyə imkan verir. Ərzaq
məhsulları balansı statistika orqanları tərəfindən
təqvim ili üçün ət, süd, yumurta, buğda, buğda
emalı məhsulları, kartof, tərəvəz və bostan
bitkiləri, meyvə, bitki yağı, şəkər və s. məhsullar
üzrə natura ifadəsində tərtib olunur. Ərzaq
məhsulları balansına həm xam məhsula dair
məlumatlar, həm də əsas məhsul növünə
çevirməklə emal məhsulları haqqında məlumatlar
daxildir (taxıl istisna olmaqla).
Ərzaq məhsulları balansının tərtib edilməsində
rəsmi statistika müşahidəsi formalarının, kənd
təsərrüfatı müəssisələrinin və ev təsərrüfatları
müayinələrinin,
birdəfəlik
uçot
və
siyahıyaalmaların, gömrük statistikasının, illik
xüsusiləşdirilmiş mühasibat hesabatı formalarının
məlumatlarından istifadə edilir.
Dənlilər üçün balansın sxemi aşağıdakı kimidir:
Đlin əvvəlinə qalıq + Đstehsal + Đdxal = Toxum
üçün istifadə + Mal qara və quş yemi üçün istifadə
+ Ərzaq məhsullarının alınması üçün emal edilmiş
məhsullar + Ərzaq məhsulu kimi birbaşa istifadə
edilmiş məhsullar + Emalın digər növləri + Đtkilər
+ Đxrac + Đlin sonuna qalıq.
ƏSAS FƏALĐYYƏT NÖVÜ
– müşahidə
vahidinin fəaliyyət növüdür. Bu, vahidin ən
mühüm fəaliyyət növüdür ki, onu həyata
keçirərkən ən yüksək əlavə dəyər yaranır.
Müəssisə hüquqi vahidlərin kombinasiyasına
uyğun gəldiyi vaxt, onlardan biri baş vahid olaraq,
istehsal prosesində köməkçi kimi iştirak edən
digər vahidlərin istismarına və nəzarətinə görə
hüquqi məsuliyyət daşıyır.
Dostları ilə paylaş: |