ƏSAS QĐYMƏTLƏRLƏ ÜMUMĐ ƏLAVƏ
DƏYƏR
– alıcıların qiymətlərindən aralıq
istehlak
çıxılmaqla,
əsas
qiymətlərlə
qiymətləndirilmiş buraxılışdır.
ƏSAS MADDĐ VASĐTƏLƏR ŞƏKLĐNDƏ
KAPĐTALLAŞDIRILMIŞ MƏHSUL
– öz
işçi qüvvəsinin köməyi ilə və öz istifadəsi üçün
müəssisə tərəfindən istehsal olunmuş və ya
tikilmiş əsas maddi vasitələrin dəyəri, həmçinin
müəssisənin özü tərəfindən müstəqil aparılan iri
təmir işlərinin dəyəridir.
212
Əsas maddi vasitələr şəklində kapitallaşdırılmış
məhsul maddi aktivlərə qoyulan investisiyanın
hissəsi hesab edilir.
ƏSAS MASSĐV METODU
– müayinəyə ən
iri,
əhəmiyyətli
(çox
mühüm)
müşahidə
vahidlərinin məruz qaldığı qeyri-ümumi müşahidə
metoddur.
ƏSAS MƏHSUL
- müəssisənin istehsalının
yönəldildiyi və müəssisənin ümumi məhsulunun
həcmində daha çox xüsusi çəkiyə malik olan
məhsuldur.
ƏSAS
MƏHSULLARIN
TƏSNĐFATI
(ƏMT
) – BMT-nin Əsas Məhsulların Təsnifatı
yalnız malların deyil, həm də xidmətləri əhatə
edən məhsulların tam təsnifatıdır. ƏMT mal,
xidmət və aktivlərlə bağlı iqtisadi prosesləri əks
etdirən müxtəlif növlü statistik məlumatların
beynəlxalq müqayisəsinin əsasını təmin edir.
ƏMT-də mal və xidmətlərin hər bir növü elə
müəyyənləşdirilmişdir ki, onlar, bir qayda olaraq,
iqtisadi fəaliyyətin bütün növlərinin Beynəlxalq
standart sahə təsnifatında (BSST) yalnız bir
fəaliyyət növünün məhsulu hesab edilirlər və
əksinə, Beynəlxalq standart sahə təsnifatının
(BSST) hər bir iqtisadi fəaliyyət növü elə
müəyyənləşdirilmişdir ki, o, bir qayda olaraq,
ƏMT-də (hər bir məhsul növü eyni kodla
məhsulun ayrılıqda bir sıra növ müxtəlifliklərinə
malik olduqda) nəzərdə tutulmuş məhsullardan
yalnız bir növünü istehsal edir. Praktiki imkanlar
daxilində bu iki təsnifat arasında birə-bir
uyğunluq tapmağa cəhd edilmişdir. ƏMT-də
məhsulun hər bir kateqoriyası BSST sinfinə
(haradakı, bu məhsul və ya xidmət əsasən istehsal
olunur) istinad edilməklə müşayiət olunur. Lakin
həmişə birə-bir uyğunluğuna nail olmaq mümkün
deyildir. Buna görə də, praktikada bir məhsuldan
artıq,
onun
nə
qədər
məhdud
səciyyələndirilməsindən asılı olmayaraq, sahənin
məhsuluna birləşdirilməsi tendensiyası mövcud
olur.
Məhsulların iqtisadi fəaliyyət növləri üzrə
təsnifatı Avropa Birliyi səviyyəsində statistik
təsnifatlar sistemi hesab edilir.
ƏSAS SEÇMƏ
–
müşahidə
obyektinin
çoxməqsədli müayinələrinin keçirilməsi üçün
nəzərdə tutulmuş iri ölçülü (həcmli) seçmədir. Bu
seçmədən xüsusilə işçi qüvvəsinin müayinələri
zamanı geniş istifadə edilir.
ƏSAS
SĐSTEM
–
mühasibat
uçotunun
genişləndirilmiş
sistemi
tətbiq
olunmayan
şirkətlər üçün nəzərdə tutulmuş mühasibat uçotu
sistemidir.
ƏSAS TELEFON APARATLARI
– şəhər
telefon stansiyalarında sərbəst mövcud nömrələrə
malik olan telefon aparatlarıdır. Bura əsas telefon
aparatının
xəttinə
birləşdirilmiş,
stansiyada
müstəqil nömrəsi olmayan telefon aparatları daxil
edilmir.
ƏSAS VƏSAĐTLƏRĐN HƏRƏKƏTĐ
– hər
hansı bir dövr ərzində əsas vəsaitlərin daxil olması
və çıxmasını, onların həcminin və strukturunun
dəyişməsini xarakterizə edən prosesdir. Əsas
vəsaitlərin daxil olması əsas etibarilə tikintisi başa
çatmış yeni obyektlərin istifadəyə verilməsi və
yaxud onların hazır şəkildə əldə edilməsi
(alınması) ilə baş verir. Əsas vəsaitlərin çıxması,
onların fiziki və mənəvi cəhətdən köhnəlməsi,
təbii fəlakətlərdən dağılması, başqa müəssisə və
təşkilatlara satılması nəticəsində baş verir. Əsas
vəsaitlərin hərəkətinin intensivliyi (səmərəliliyi)
əsas vəsaitlərin yeniləşmə və çıxma əmsalları ilə
xarakterizə olunur. Yeniləşmə əmsalı dövr ərzində
istifadəyə verilmiş yeni əsas vəsaitlərin bütün
vəsaitlərin onların dövrün sonuna olan ümumi
dəyərinə nisbəti kimi müəyyən edilir. Çıxma
əmsalı dövr ərzində çıxmış əsas vəsaitlərin
dəyərinin bütün vəsaitlərin dövrün əvvəlinə olan
dəyərinə nisbəti kimi müəyyən edilir. Əsas
vəsaitlərin hərəkəti haqqında daha dolğun
məlumatı əsas fondların balansı verir.
ƏSASƏN ƏRZAQ MALLARININ SATIŞI
– ixtisaslaşdırılmamış mağazalarda ümumi satışın
həcmində ərzaq mallarının satışı 35%-dən çox
olan satışdır.
ƏSASLI QĐYMƏTLƏNDĐRMƏ
– qeyri-
müəyyən artma zamanı n müşahidə sayının
θ
həqiqi
parametrinə
yönələn
T
n
nöqtəli
qiymətləndirilməsidir. Burada bütün
ε
>0 halları
üçün
Lim P
{
θ
−
n
T
>
ε
}
n
zamanı
dispersiya
sıfıra
doğru
istiqamətləndikdə, əsas qiymətləndirmə istənilən
dəyişməyən qiymətləndirilmədir.
ƏSASLI TƏMĐR
– istehsal xidmətləri (işləri)
formasında müxtəlif tikinti məhsullarıdır. Bina və
tikililərin ayrı-ayrı köhnəlmiş konstruktiv element
və hissələrinin yeniləri ilə dəyişdirilməsindən
ibarətdir. Əsaslı təmir əsasən məhsulun (işin)
maya dəyəri hesabına normativlər üzrə əmələ
213
gələn (yaranan) təmir fondunun vəsaiti hesabına
həyata keçirilir. Avadanlıqların əsaslı təmiri
onların keyfiyyətinin və iş qabiliyyətinin bərpa
edilməsi üzrə kompleks tədbirlərin həyata
keçirilməsindən
ibarətdir
və
bu
zaman
avadanlıqların
müasirləşdirilməsi
də
həyata
keçirilir.
ƏSASLI TĐKĐNTĐ STATĐSTĐKASI
– təkrar
istehsal hadisələri və proseslərini və yeni əsas
fondların
yaradılmasını
öyrənən
statistika
sahəsidir. Əsaslı tikinti statistikası iki tədqiqat
obyektinə malikdir: kapital qoyuluşu sahəsində -
kapital qoyuluşunu həyata keçirən fiziki və
hüquqi şəxslərin məcmusu (investisiya layihəsinin
reallaşdırılması); tikinti fəaliyyəti sahəsində -
maddi istehsal sahəsi kimi tikinti.
Əsaslı tikinti sahəsinin predmetinə tikintidə
kapital qoyuluşunun həyata keçirilməsi vasitəsi ilə
əsas fondların təkrar istehsalı sahəsində baş verən
və inkişaf edən, kütləvi amillərin və proseslərin
kəmiyyət ifadəsi və münasibətləri xidmət edir.
Əsaslı tikinti statistikasının əsas vəzifəsi tikinti və
əsas fondların təkrar istehsalında kapital qoyuluşu
haqqında
düzgün
və
elmi
əsaslandırılmış
məlumatların
vaxtında
əldə
edilməsi
və
işlənməsindən ibarətdir.
ƏSASLI TĐKĐNTĐDƏ HESABAT
– sifarişçi,
podratçı müəssisələrinin (təşkilatlarının), tikintiyə
xidmət edən layihə və axtarış təşkilatlarının
fəaliyyəti üzərində statistik müşahidənin əsas
formasıdır. Əsaslı tikintidə hesabat, özündə
təşkilati-hüquqi
formasından
və
mülkiyyət
formasından asılı olmayaraq, əsas kapitala
investisiya
yönəldən
(investisiya
layihəsini
reallaşdıran),
tikintidə
podrat
müqavilələri,
həmçinin təsərrüfat üsulu üzrə tikintidə iş yerinə
yetirən, fiziki və hüquqi şəxslərin dövri təqdim
etdikləri
statistika
müşahidəsi
formalarının
məcmusunu əks etdirir.
ƏSASLI TĐKĐNTĐNĐN MALĐYYƏLƏŞ-
DĐRĐLMƏSĐ
-
(“Đnvestisiya
fəaliyyətinin
maliyyələşmə mənbələri” nə bax,).
ƏSASLI TĐKĐNTĐNĐN PODRAT ÜSULU
–
müəyyən olunmuş qaydada qeydiyyatdan keçmiş
və
tikinti
fəaliyyətinə
lisenziya
almış,
ixtisaslaşdırılmış tikinti təşkilatları (əsas podratçı
və subpodratçı) tərəfindən tikinti, həmçinin digər
işlərin həyata keçirilməsinin təşkilati-hüquqi
formasıdır. Əsaslı tikintinin podrat üsulunda,
tikinti prosesində iki tərəf iştirak edir – sifarişçi və
əsas podratçı (müqaviləçi). Onların qarşılıqlı
əlaqələri
tikinti
üzrə
müqavilə
ilə
müəyyənləşdirilir.
(“Əsaslı
tikintiyə
podrat
müqaviləsi”nə bax).
ƏSASLI TĐKĐNTĐYƏ PODRAT MÜQA-
VĐLƏSĐ
– icraçı ilə sifarişçi arasında bağlanmış
müqavilə (kontrakt) əsasında onların qarşılıqlı
münasibətlərini tənzimləyən əsas hüquqi sənəddir.
Podratçı (kontraktor) tərəfindən öz riski hesabına
müqavilədə nəzərdə tutulmuş vaxtda öhdəsinə
götürdüyü obyektin tikilməsi və təhvil verilməsi,
yaxud müqavilədə şərtləndirildiyi kimi, tikinti
işlərinin yerinə yetirilməsi, sifarişçi tərəfindən
podratçıya tikinti sahəsinin verilməsi, yaxud işin
hərtərəfli təmin edilməsi, onun qəbulu və
ödənilməsinə dair müqavilədir. Əsaslı tikintidə
podrat müqaviləsi mülki-hüququ müqavilənin bir
növüdür.
Əgər podratda hər hansı məmulatın hazırlanması
nəzərdə tutularsa və podratçı onu özünün əldə
etdiyi materiallardan hazırlayarsa, hazırlanmış
məmulatın dəyəri sifarişçi tərəfindən ödənilirsə,
onda mülkiyyət hüququ sifarişçiyə keçir. Əgər
əvəz edilən əşya hazırlanmışdırsa, burada alqı-
satqı qaydaları tətbiq edilir. Əgər razılaşmada
başqa qayda müəyyənləşdirilməyibsə, podratla
bağlı smetanın tərtibi ödənilmir.
ƏSASSIZ VEKSEL (VALYUTASIZ VEK-
SEL)
- əsassız və ya kifayət qədər əsası olmadan
verilməsi faktı sübut olunmuş vekseldir.
ƏTRAF MÜHĐT
- insanların həyatı, həyat
şəraitinin keyfiyyəti və heyvan və bitkilərin
yaşayışı üçün normal şəraitli təbii mühit kimi
müəyyən edilir.
Ətraf
mühitin
aşağıdakı
komponentləri
eyniləşdirilə (identifikasiya edilə) bilər:
- Atmosfer
- Su
- Bitki aləmi
- Heyvanlar aləmi
- Torpaq
- Yaşayış məntəqələri.
ƏTRAF MÜHĐTĐN ÇĐRKLƏNMƏSĐ ĐLƏ
MÜBARĐZƏ VƏ XÜSUSĐ ÇĐRKLƏNDĐR-
MƏ ƏLEYHĐNƏ APARATLAR (ƏSASƏN
TEXNOLOJĐ
PROSESĐN
SONUNDA
YERLƏŞƏN TƏMĐZLƏYĐCĐ VƏ TUL-
LANTI
EMAL
EDƏN
TĐKĐLĐLƏR)
ÜÇÜN NƏZƏRDƏ TUTULMUŞ AVA-
DANLIQLAR VƏ QURĞULARA ĐNVES-
TĐSĐYALAR
-
ətraf
mühitin
qorunması
kontekstində istifadə olunan texniki qurğuları əks
etdirir.
Bu
ekoloji
aqreqatlar,
istehsal
avadanlıqlarından
asılı
olmayaraq
(onlarla
214
paralel), fəaliyyət göstərir və çirkləndirici
maddələrin
və
çirkləndirici
maddələrin
tullantılarının birləşdirilməsini, emal edilməsini,
təmizlənməsini,
zərərsizləşdirilməsini,
kənarlaşdırılmasını və s., həmçinin dağıdılmasını
(ekologiyanı
pozmadan
yayılmasını)
həyata
keçirir. Buraya ətraf mühitin çirkləndirilməsi
səviyyəsinin
ölçülməsi
üzrə
avadanlıqlara
investisiyalar da daxil edilir. Avadanlıqların
layihələşdirilməsi və quraşdırmaya xərclər də
daxil olmaqla, investisiyalar qurğuların alınması
və ya tikilməsini ödəyir. Bu qurğular üçün zəruri
torpaq sahəsinin alınması da buraya daxil edilir.
ƏTRAF MÜHĐTĐN ÇĐRKLƏNMƏSĐNƏ
NƏZARƏT ÜÇÜN AVADANLIQ VƏ
QURĞULARA
VƏ
ÇĐRKLƏNMƏYƏ
QARŞI XÜSUSĐ APARATLARA (ƏSA-
SƏN TEXNOLOJĐ PROSESĐN TAMAM-
LAYICI MƏRHƏLƏSĐNDƏ ĐSTĐFADƏ
OLUNAN AVADANLIQLARA) ĐNVES-
TĐSĐYALAR
- fəaliyyət növü ilə bağlı, əsas
məqsədi ətraf mühitin çirklənməsinin və ya digər
pisləşməsinin qarşısının alınması, azaldılması və
ya ləğv edilməsi hesab edilir.
Ətraf mühitin vəziyyətini yaxşılaşdıran, lakin
ətraf mühitin qorunması ilə bağlı olmayan
fəaliyyət növləri istisna edilir. Beləliklə, ətraf
mühitə əlverişli təsir edən, əsasən müəssisənin
təhlükəsizliyi üçün daxili texniki tələbləri təmin
edən bütün işlər istisna edilir. Bu məhdudiyyətlər
əksər
hallarda
“Đqtisadi
fəaliyyət
növləri”
təsnifatının 37.00 (tullantıların emalı) siniflərində
göstərilən tullantıların emalı ilə bağlı fəaliyyət
növlərinə aiddir. Belə fəaliyyət növləri Đqtisadi
Fəaliyyət
Növləri
Təsnifatının
digər
qruplaşmalarına daxil edilməməlidir.
Đstehsalın tamamlayıcı mərhələsində istifadə
olunan avadanlıqlar ətraf mühitin vəziyyətinə
nəzarət etmək üçün istifadə olunan əlavə texniki
qurğuları birləşdirir. Bu qurğular müstəqil
fəaliyyət göstərir və ya istehsal avadanlığının bir
hissəsi hesab olunur, ətraf mühitin çirklənməsini
aradan qaldırır, tullantıların və ya zərərli
maddələrin yayılmasının qarşısını alır və ya
çirklənmənin səviyyəsini ölçür. Đnvestisiyaların
həcmi,
qurğuların
layihələşdirilməsi
və
quraşdırma xərcləri də daxil edilməklə, onların
alınma qiyməti və ya qurğuların tikilməsinin
dəyəri ilə hesablanır. Quraşdırma üçün lazım olan
torpağın alınmasına çəkilən xərclər də həmçinin
buraya
daxil
edilir.
Lakin
iş
yerlərində
sağlamlığın təhlükəsizliyi şəraitinin yaradılması
məqsədi ilə birbaşa edilmiş məsrəflər istisna
olunur.
Bu investisiyaları ətraf mühitin aşağıdakı 4 və ya
daha çox sahələrinə ayırmaq olar:
- tullantılar;
- havaya atılan zərərli maddələr;
- su mühitinin qorunması;
- səs-küy və vibrasiya.
ƏTRAF MÜHĐTĐN ÇĐRKLƏNMƏSĐNĐN
TEXNOLOJĐ
CƏHƏTDƏN
AZAL-
DILMASI ÜÇÜN ĐSTĐFADƏ OLUNAN
AVADANLIQ VƏ QURĞULARA ĐNVES-
TĐSĐYALAR (ĐNTEQRASĐYA OLUNMUŞ
TEXNOLOGĐYA)
- fəaliyyət növü ilə bağlı,
əsas məqsədi ətraf mühitin çirklənməsinin
qarşısının alınması, azaldılması və ya ləğv
edilməsi hesab edilir.
Ətraf mühitin vəziyyətini yaxşılaşdıran, lakin
ətraf mühitin qorunması ilə bağlı olmayan
fəaliyyət növləri istisna edilir. Beləliklə, ətraf
mühitə əlverişli təsir edən, lakin əsasən
müəssisənin təhlükəsizliyi üçün daxili texniki
tələbləri təmin edən bütün işlər istisna edilir. Bu
məhdudiyyətlər əksər hallarda Đqtisadi Fəaliyyət
Növləri Təsnifatının 37.00 (tullantıların emalı)
siniflərində göstərilən tullantıların emalı ilə bağlı
fəaliyyət növlərinə aiddir. Belə fəaliyyət növləri
Đqtisadi Fəaliyyət Növləri Təsnifatının digər
qruplaşmalarına daxil edilməməlidir.
Ətraf
mühitin
çirklənməsinin
azaldılması
məqsədilə hazırlanmış qurğular, daha təmiz
texnologiyanı təmin etmək üçün istifadə olunan
qurğular hesab edilir. Bu məqsəd üçün istehsalın
tamamlanma
mərhələsində
tətbiq
olunan
avadanlıqdan
fərqli
olaraq,
daha
təmiz
texnologiyanı təmin edən avadanlıqlar istehsal
prosesinə inteqrallaşır (birləşir). Bununla əlaqədar
olaraq, belə avadanlıqlara investisiyaya əlavə
kapital xərcləri daxil edilir. Belə avadanlıqlara
istehsal prosesi ilə əlaqədar olmayan ayrıca bir
hissə kimi baxılmır, ona görə də ona çəkilən
xərclər aşağıdakı kimi qiymətləndirilməlidir.
Məsələn, ətraf mühitin qorunmasına dair hüquqi
aktlara düşməyən mövcud alternativ qurğulara (və
ya onların hissələrinə) çəkilən xərclərlə müqayisə
yolu ilə qiymətləndirilməlidir.
Mövcud avadanlığın məcburi dəyişdirilməsi
hallarında
bu
avadanlığın
qalıq
dəyərini
investisiyaya əlavə etmək lazımdır. Đş yerlərində
sağlamlığın təhlükəsizliyi şəraitinin yaradılması
məsrəflərini çıxmaq lazımdır.
Məcburi dəyişdirilmiş mövcud avadanlığın qalıq
dəyərinin məbləği aşağıdakı kimi tapılır:
Mövcud avadanlığın bərpa dəyəri, vurulsun
dəyişdiriləcək
avadanlığın
gözlənilən
qalan
xidmət
müddəti,
bölünsün
dəyişdiriləcək
avadanlığın ümumi xidmət müddəti.
215
Bu investisiyaları ətraf mühitin aşağıdakı 4 və ya
daha çox sahələrinə ayırmaq olar:
- tullantılar;
- havaya atılan zərərli maddələr;
- su mühitinin qorunması;
- səs-küy və vibrasiya.
ƏTRAF
MÜHĐTĐN
MÜHAFĐZƏSĐNƏ
ÇƏKĐLƏN CARĐ XƏRCLƏR
- ətraf mühitin
qorunması
üçün
avadanlıqlara
investisiya
qoyuluşu həyata keçirildikdə əmələ gəlir. Onlara
aşağıdakılar daxildir: işçilərin əmək haqqının
ödənilməsi, icarə haqqı, ətraf mühitin qorunması
üçün vasitə və avadanlıqların istismarı və təmiri
üçün zəruri olan əmtəə və xidmətlərin (enerji,
materiallar,
təmir,
daşınma,
məlumatların
alınması, sığorta və s.) istehlakı. Lakin, bir sıra
hallarda həyata keçirilən fəaliyyətlər istehsal
prosesi ilə birbaşa əlaqəli olmur və işlərin
əlaqələndirilməsi,
tədqiqatlar,
torpağın
təmizlənməsi, tullantıların kənarlaşdırılması və s.
kimi
ətraf
mühit
üçün
normal
şərtlərin
dəstəklənməsi məqsədini daşıyır. Cari xərclərə
eyni zamanda ətraf mühitin qorunması üçün
alınmış xidmətlərin və iqtisadi vahidin öz işçi
heyətindən
istifadə
etməklə
ətraf
mühitin
vəziyyətinə nəzarətin təmin edilməsinin dəyəri,
həmçinin ətraf mühitə müsbət təsir göstərən,
üçüncü tərəfdən alınmış əlavə xərclər də daxil
edilir. Buna görə də, xərclərin ümumi məbləği bu
xərclərin toplanması yolu ilə qiymətləndirilməli
və “Ətraf mühitin mühafizəsi xərcləri – dövlət və
iqtisadiyyatın
bölməsində
məlumatların
toplanması metodu”na dair sorğu kitabçasında
(Avrostat, Seriya 8D, 1994) göstərilmiş mənfəət
çıxılmaqla göstərilməlidir.
Aşağıdakı maddələr əlavə edilməlidir:
Ətraf
mühitin
vəziyyətinə
nəzarət
üzrə
xidmətlər:
- öz işçi heyətindən istifadə etməklə və onlarının
əməyinin də ödənilməsi daxil olmaqla ətraf
mühitin vəziyyətinə nəzarət üzrə xidmətlərin
istehsalı üçün iqtisadi vahid tərəfindən alınmış
bütün əmtəə və xidmətlərin cari xərcləri;
- ətraf mühitin vəziyyətinə nəzarət üzrə
xidmətlərin göstərilməsi üçün üçüncü tərəfə
ödəmələr;
- ətraf mühitin vəziyyətinə xüsusi nəzarətlə
əlaqədar olmayan fəaliyyətdə istifadə olunan
əmtəə və xidmətlər (istehsal, idarəetmə, alış və
marketinq, tədqiqat və s.);
- xammal və ya köməkçi material və yaxud digər
əmək əşyaları (yalnız əlavə xərclər daxil edilir)
qismində istifadə olunan, ətraf mühit üçün
nisbətən təhlükəsiz olan məhsullara çəkilən cari
xərclər;
- şəxsi istehlak üçün (bir qayda olaraq, əmtəə
vahidinin yüksək olmayan dəyəri ilə və müntəzəm
əsasda əvəz edilən) nəzərdə tutulmayan maddi
əmtəələrin dəyərinə müvafiq əmtəələrin tam
dəyəri və məhsulların əvəz edilməsi üçün yararlı
olan əlavə xərclər daxil edilir.
Aşağıdakı maddələr əlavə edilməməlidir:
- amortizasiya;
- faizlər;
- ətraf mühitlə əlaqədar qəbul edilmiş qaydaların
pozulmasına görə cərimələr və ya ətraf mühitə
vurulan ziyana görə üçüncü tərəfə ödənilən
kompensasiya və oxşar xərclər.
Bu investisiyalar ətraf mühitin müxtəlif mühafizə
sahələrinə aid olan dörd və ya daha çox hissələrə
bölünə bilər:
- tullantılar;
- atmosferə atılan zərərli tullantılar;
- su mühitinin qorunması;
- səs-küy və vibrasiya.
Dostları ilə paylaş: |