A. M. Vəliyev Elmi redaktorlar: R. A. Səlimov, S. A. Sadıqova, T.Ə. Paşayev



Yüklə 17,41 Mb.
Pdf görüntüsü
səhifə56/182
tarix21.04.2017
ölçüsü17,41 Mb.
#14975
1   ...   52   53   54   55   56   57   58   59   ...   182

ƏTRAF 

MÜHĐTĐN 

MÜHAFĐZƏSĐNƏ 

XƏRCLƏR 

-  ətraf  mühitin  çirklənməsinin  və 

ona  hər  hansı  digər  zərərin  vurulmasının 

qarşısının 

alınması, 

azaldılması 

və 


ləğv 

edilməsinə  yönəldilmiş  fəaliyyətlə  bağlı  olan 

xərclərdir. 

Əsasən digər məqsədlərə xidmət edən, lakin ətraf 

mühitə  faydalı  təsir  göstərən  fəaliyyət  ətraf 

mühitin  mühafizəsi  kimi  təsnifləşdirilə  bilməz. 

Beləliklə,  bu  kateqoriyadan  ətraf  mühit  üçün 

əlverişli  sayılan,  müəssisənin  texniki  tələblərini 

ödəyən  və  ya  müəssisənin  sağlam  şəraitini  və 

təhlükəsizliyini  təmin  edən  daimi  fəaliyyət  tələbi 

çıxılır.  

 

ƏTRAF  MÜHĐTĐN  VƏZĐYYƏTĐNƏ  NƏ-



ZARƏT 

ÜZRƏ 

XĐDMƏTLƏR

 

 

aşağıdakılardan ibarətdir: 

- öz işçi heyətindən istifadə etməklə, ətraf mühitə 

nəzarətin  həyata  keçirilməsi  üçün  alınmış  bütün 

mal  (avadanlıq)  və  xidmətlərə  çəkilən  cari 

xərclərdən; 

- ətraf mühitə nəzarət üzrə xidmətlərə görə üçüncü 

şəxsə ödəmələrdən. 

 

ƏTRAF  TƏBĐĐ  MÜHĐTĐN  QORUNMASI 

XƏRCLƏRĐ

  –  məqsədli  və  ya  dolayısı  ilə 

təbiətin  qorunmasında  əhəmiyyətə  malik  olan 

dövlətin, 

müəssisənin 

(təşkilatın, 

idarənin) 

xərclərinin ümumi məbləğidir. Buraya həm təbiəti 

mühafizə  üzrə  əsas  fondların  saxlanması  və 

istismarına  kapital  qoyuluşu  və  cari  xərclər,  həm 

də  əsas  fəaliyyəti  ətraf  təbii  mühitin  qorunması 

ilə əlaqədar olan dövlət strukturlarının saxlanması 

üzrə əməliyyat büdcə xərcləri daxildir.  



 

216 


Eyni  zamanda,  ətraf  təbii  mühitin  qorunması 

xərclərinin tərkibinə kommersiya, ictimai və digər 

təşkilatların təbiətin mühafizəsi fəaliyyəti ilə bağlı 

elmi-texniki,  reklam,  təhsil  və  digər  xidmət 

xərcləri də daxil edilə bilər.   

 

ƏVƏZÇĐLƏR



  –  əsas  işlə  yanaşı,  müntəzəm 

olaraq  digər  işləri  yerinə  yetirən  şəxslərdir. 

Əvəzçilər  həm  kənardan  cəlb  oluna  bilərlər,  həm 

də 


həmin 

(mövcud) 

müəssisədə 

(idarədə, 

təşkilatda)  işləyənlər  ola  bilərlər.  Kənardan  cəlb 

edilən əvəzçilər xüsusi siyahıda qeydə alınırlar və 

onlar 

əvəzçilik 



üzrə 

işlədiyi 

müəssisənin 

işçilərinin  siyahı  tərkibinə  daxil  edilmirlər.  Bir 

müəssisədə iki, bir yarım, birdən aşağı aylıq maaş 

alan  işçilər  və  ya  bir  müəssisə  daxilində  əvəzçi 

kimi  qeydiyyatda  olanlar  siyahı  və  orta  siyahı 

sayında  bir  nəfər  (bütöv  vahid)  kimi  nəzərə 

alınırlar.  

Əvəzçiliyə  qanunla  nəzərdə  tutulan  hallarda 

müvəqqəti  tədbir  kimi  icazə  verilir.  Azərbaycan 

Respublikasında əvəzçilik üzrə yalnız başqa idarə, 

müəssisə və ya təşkilatlarda işləməyə icazə verilir.  

 

ƏVƏZÇĐLĐK



  –  işçinin  əsas  vəzifəsi  ilə  yanaşı 

eyni 


vaxtda 

digər 


vəzifəni 

(əməkhaqqı 

ödənilməklə)  də  tutması,  habelə  əsas  işdən  başqa 

digər  daimi  işi  (əməkhaqqı  ödənilməklə)  yerinə 

yetirilməsidir. Əvəzçiliyə qanunla nəzərdə tutulan 

hallarda  müvəqqəti  tədbir  kimi  icazə  verilir. 

Əvəzçilik üzrə yalnız başqa-başqa idarə, müəssisə 

və  təşkilatlarda  (bir  sıra  istisnalardan  başqa) 

işləməyə icazə verilir. 

 

 



ƏVƏZEDĐCĐ  ƏMTƏƏ  (SUBSTĐTUT)

  – 


bərabər  dəyərli  istehlak  xüsusiyyətlərinə  və 

keyfiyyət  xarakteristikalarına  malik  olan  oxşar 

əmtəədir. 

 


 

217


-F-

Faiz ............................................................. 218 

Faiz dərəcəsi ............................................... 218 

Faiz ödəmələri ............................................ 218 

Faiz tarifi .................................................... 218 

Faizlə istehsalçıdan alınan pay ................... 218 

Faizlə peşəkar istifadəçilərə düşən dövriyyə 

payı ............................................................. 218 

Faizlə pərakəndə satış ticarətçilərinə düşən 

dövriyyə payı.............................................. 218 

Faizlə son istehlakçılara düşən dövriyyənin 

payı ............................................................. 218 

Faizlə topdansatıiş ticarətçilərdən və  

tədarükçü qruplarıdan alınan pay ............... 218 

Faizlərin ödənilməsi əmsalı ....................... 219 

Faktiki nikah .............................................. 219 

Faktiki parametr ......................................... 219 

Faktiki yazma ............................................. 219 

Faktor (amil) təhlili .................................... 219 

Faktor dəyəri üzrə əlavə dəyər ................... 219 

Faktor gəliri ................................................ 219 

Faktorinq .................................................... 219 

Fasiləli qiymət ............................................ 220 

Fasiləli müşahidələr ................................... 220 

Fasiləsiz inventarlaşdırma metodu ............. 220 

Fasiləsiz müşahidə ..................................... 220 

Faydalı iş əmsalı......................................... 220 

Faydalı qazıntı ehtiyatları........................... 220 

Faydalı qazıntıların balans ehtiyatları ........ 221 

Faydalı qazıntıların balansdan kənar 

ehtiyatları ................................................... 221 

Faydalı qazıntıların yerin təkində və 

zənginləşdirmədə itkisi .............................. 221 

Faydali model ............................................. 221 

Fayl............................................................. 221 

Feminizasiya .............................................. 221 

Fəal nəqliyyat vasitələri ............................. 221 

Fəaliyyət göstərən güclərin saxlanması ..... 221 

Fəaliyyət göstərən müəssisələrin yeni texniki 

vasitələrlə təchiz edilməsi .......................... 221 

Fəaliyyət növləri və sənaye məhsulları 

təsnifatı ....................................................... 222 

Fəaliyyət növü üzrə dövriyyə ..................... 222 

Fəaliyyətdə olan müəssisənin mülkiyyəti .. 222 

Fəaliyyətə yenidən başlama ....................... 222 

Fəaliyyətin coğrafiyası ............................... 222 

Fərdi (ailə) müəssisə .................................. 222 

Fərdi (tək) istehsal ...................................... 222 

Fərdi EHM ................................................. 223 

Fərdi əsasda işləyən şəxs............................ 223 

Fərdi qeyri-bazar mal və xidmətləri ........... 223 

Fərdi qiymətləndirmə ................................. 223 

Fərdi sahibkar ............................................ 223 

Fərdi seçmə ................................................ 223 

Fərdi tikinti ................................................ 223 

Fərman ....................................................... 223 

Filial ........................................................... 223 

Fillips əyrisi ............................................... 223 

Fiziki şəxs .................................................. 223 

Fob ............................................................. 224 

Fond bazarı ................................................ 224 

Fond qiymətliləri ....................................... 224 

Fond vasitəçisi ........................................... 224 

Fondtutumu ................................................ 224 

Forfeytinq .................................................. 224 

Formal parametr ......................................... 224 

Fraxt/daşima və sığortalama ...................... 224 

Françayzinq ................................................ 224 

Françayzinq zəncirinin və ya alıcı qrupunun 

mal göndərəni ............................................ 225 

Franko bort ................................................. 225 

Franko daşıyıcı ........................................... 225 

Franko qiyməti ........................................... 225 

Franko zavod ............................................. 225 

Franko zonasi (gömrüksüz ticarət zonasi) və 

franko-anbarlar .......................................... 226 

Franşayzinq zənciri ilə birləşmələr ............ 226 

Franşiz  ....................................................... 226 

Franşiz müqaviləsi ..................................... 226 

Franşizlər və onlara bərabər tutulan hüquqlar, 

patentlər, lisenziyalar, əmtəə nişanları, 

texnoloji proseslər, mülkiyyət hüququ və 

onlara bərabər olan qiymətlilər .................. 226 

Fraskati dərsliyi ......................................... 226 

Friksion işsizlik .......................................... 227 

Fundamental tədqiqatlara xərclər .............. 227 

Funksional təhlil ........................................ 227 

Fyuçer ........................................................ 227 

Fyuçer bazarı ............................................. 227 

Fyuçer müqaviləsi ...................................... 227 



 

218 


FAĐZ

 - % işarəsi ilə ifadə olunan, tam kimi qəbul 

edilən ədədin yüzdə bir hissəsidir. Bütün maliyyə 

hesablamaları sadə və mürəkkəb faiz anlayışlarına 

əsaslanır.  Məsələn,  banka  qoyulmuş  əmanət  bir 

ildə  p  %  bəndi  artır  və  t  ildən  sonra:  x  = 

a(1+pt/100)-yə bərabər olacaq – bu sadə faizlərin 

düsturudur  (hər  bir  il  başa  çatdıqdan  sonra  bu  il 

üçün 

olan 


gəlirin 

əmanətçi 

tərəfindən 

götürüldüyünü  fərz  etsək).  Əgər  başlanğıc 

məbləğə  illik  gəliri  əlavə  etsək,  t  ilindən  sonra 

əmanətin  məbləği:  y=a(1+p/100)

t

–yə  bərabər 



olacaq – bu mürəkkəb faiz düsturudur. 

Sadə  faiz  bir  çox  hallarda  dövriyyənin  bir  ildən 

artıq  olmayan  dövrü  üçün  tətbiq  olunur.  Onlar 

kapitala  hesablanarkən  adi  və  dəqiq  faizlər 

fərqləndirilir.  Adi  faiz  360  gündən  ibarət  olan  ilə 

görə,  dəqiq  faiz  isə  365  gündən  ibarət  olan  ilə 

görə  hesablanır.  Mürəkkəb  faizdən  əldə  olunmuş 

məbləğin  səviyyəsinin  özü  artımın  əsası  olduğu 

yerdə  istifadə  olunur.  Maliyyə  hesabatlarında 

mürəkkəb  faiz  təkcə  illik  gəlirin  ilkin  məbləğə 

deyil, 

həmçinin 



əvvəlki 

dövrün 


artırılmış 

məbləğinə  hesablandığı  hallarda  da tətbiq olunur. 

Mürəkkəb faiz bütün uzunmüddətli əməliyyatların 

əsasını təşkil edir.       

 

FAĐZ  DƏRƏCƏSĐ  (TARĐF) 

–  kreditin 

dəyərinin  istehlak  normasıdır,  verilmiş  pul 

kapitalına 

görə 


ödəmədir. 

Faiz 


dərəcəsi 

sistemində  əsas  rolu  Mərkəzi  Bankın  yenidən 

maliyyələşdirilmədə rəsmi dərəcəsi oynayır. Onun 

əsasında  qısamüddətli  ssuda  almaqla  və  ya 

kommersiya  veksellərini  yenidən  uçota  almaqla, 

kredit  təşkilatları  yenidən  Mərkəzi  Bankda 

maliyyələşdirilir. 

Baza  faiz  dərəcəsinin  iki  forması  mövcuddur: 

yenidən  maliyyələşdirmə  dərəcəsi  və  yenidən 

uçota alma (diskont etmə) dərəcəsi. 



 

FAĐZ  ÖDƏMƏLƏRĐ

  -  (I)  –  bu  maddəyə 

kreditorlara  faiz  ödəmələri,  o  cümlədən  bütün 

mənbələrə,  özəl  və  dövlətə  faiz  ödəmələri 

daxildir.  Bank  komisyon  ödəmələri,  həmçinin 

borcların ödənilməsinə sərf edilən illik ödəmələrin 

bir hissəsi istisna edilir. 



(II)  -  bütün  özəl  (şəxsi)  və  dövlət  mənbələrinə 

faiz  ödəmələri  də  daxil  edilməklə,  özündə  kredit 

verənlərə  faiz  ödəmələrini  birləşdirir.  Bankların 

komisyon  ödəmələri,  həmçinin  illik  ödəmələrin 

borcların ödənməsinə sərf olunan hissəsi çıxılır.  

 

FAĐZ  TARĐFĐ

  –  müəyyən  dövr  müddətində 

(adətən  ilə  görə)  kredit  verənin  borcludan  aldığı 

borcun  pul  qiymətidir.  Borc  üçün  verilən  pulun 

məbləğinin  borcun  kəmiyyətinə  nisbəti  kimi 

müəyyən  olunur.  Faiz  tarifi  pul  vəsaitlərinin 

dərhal  istifadəsi  imkanlarının  itirilməsini,  onların 

kreditin  fəaliyyəti  müddəti  ərzində  inflyasiya 

nəticəsində  qiymətdən  düşməsini  və  vəsaitlərin 

özgəninkiləşdirilməsi ilə bağlı riski kompensasiya 

edir.  Faiz  tarifinin  səviyyəsi  və  dinamikası 

maliyyə  bazarının  ayrı-ayrı  seqmentləri  üzrə 

fərqlənirlər:  pul  bazarının  tarifləri  (faizin  uçot 

tarifi,  xəzinədarlıq  öhdəliklərinə  görə  tariflər  və 

s.);  fond  bazarının  tarifləri;  kredit  idarələrinin 

əməliyyatları  üzrə  tariflər  və  s.  Faiz  tarifi 

dinamikası  əhəmiyyətli  dərəcədə  kredit  bazarının 

konyunkturası  və  inflyasiya  proseslərinin  inkişaf 

meyli ilə müəyyən olunur.  



 

FAĐZLƏ 

ĐSTEHSALÇIDAN 

ALINAN 

PAY

  –  bu  göstərici  “Faizlə  topdan  satış 

ticarətçilərdən  və  tədarükçü  qruplarından  alınan 

pay”  göstəricisi  kimi  əmtəələrin  pərakəndə  satış 

ticarətinə  göndərilməsi  şəbəkəsini  təsvir  edir.  Bu 

təqribi  kəmiyyət  pərakəndə  satış  ticarətçisinin 

bilavasitə  istehsalçıdan  birbaşa  aldığı  payın 

qiymətləndirilməsi üçün hesablanır.  

 

FAĐZLƏ  PEŞƏKAR  ĐSTĐFADƏÇĐLƏRƏ 

DÜŞƏN  DÖVRĐYYƏ  PAYI

  (topdansatış 

ticarətçilər  və  digərləri)  -    topdansatış  ticarəti 

müəssisələrinin  peşəkar  istifadəçilərə  aid  olan 

dövriyyə  payıdır.  Belə  peşəkar  istifadəçilər  digər 

topdansatış ticarətçilər və ya bir neçə topdan satış 

ticarətçisi  daxil  olan  əmtəələrin  (əmtəənin  son 

istifadəçiyə  düşməsindən  əvvəl)  yayılmasının 

daha mürəkkəb strukturlu şəbəkəsi ola bilər.  

 

FAĐZLƏ  PƏRAKƏNDƏ  SATIŞ  TĐCA-

RƏTÇĐLƏRĐNƏ 

DÜŞƏN 

DÖVRĐYYƏ 

PAYI 

– 

topdansatış 



müəssisəsinin 

dövriyyəsindən  pərakəndə  satış  ticarətçisinə  aid 

olan  paydır.  Bu  pay  ənənəvi  “istehsalçı  - 

topdansatış ticarətçisi – pərakəndə satış ticarətçisi 

– istehlakçı” sxeminə uyğundur. 

 

FAĐZLƏ  SON  ĐSTEHLAKÇILARA  DÜ-

ŞƏN  DÖVRĐYYƏNĐN  PAYI

  –  topdan  satış 

ticarət  müəssisəsinin  son  istehlakçılara  aid  olan 

dövriyyə  payıdır.  Bu,  pərakəndə  satış  ticarətçiləri 

kimi, 

fəaliyyət 



göstərən 

topdansatış 

ticarətçilərinin ikinci fəaliyyətinə uyğundur.  

 

FAĐZLƏ  TOPDANSATIŞ  TĐCARƏTÇĐ-

LƏRDƏN  VƏ  TƏDARÜKÇÜ  QRUPLAR-

DAN  ALINAN  PAY

  –  bu  xarakteristika  eyni 

vaxtda  əmtəələrin  pərakəndə  satış  ticarətinə 

göndərilməsi  şəbəkəsini  təsvir  etməklə  yanaşı, 

bilavasitə 

topdansatış 

ticarətçilərindən 

və 


tədarükçü 

qruplardan 

aldıqları 

payların 

qiymətləndirilməsi 

üçün 


pərakəndə 

satış 


ticarətçilərinin hesabladıqları təqribi kəmiyyətdir.  

 

219


FAĐZLƏRĐN  ÖDƏNĐLMƏSĐ  ƏMSALI

  - 

vergilər  və  faizlər  ödənilənə  qədər  gəlirlərin  faiz 

üzrə  borc  ödəmə  xarakteristikasını  əks  etdirən 

əmsaldır.  Kreditlərə  uzunmüddətli  və  yaxud 

uzunmüddətli, qısamüddətli və overdraftın toplusu 

kimi  də  baxmaq  olar.  Sonuncu  variant  daha 

sərfəlidir.  Faizlərin  ödənilməsi  əmsalı  gəlirlərin 

struktur göstəricisinin əks kəmiyyətidir. 



 

FAKTĐKĐ  NĐKAH

  –  qanunla  müəyyən 

olunmuş 

qaydada 


rəsmiləşdirilmiş 

ər-arvad 

münasibətləridir. 

Bəzi 


ölkələrdə 

əhalinin 

siyahıyaalınmasında  nikahın  qeydiyyatından  asılı 

olmayaraq, onun faktiki vəziyyəti nəzərə alınır.  



 

FAKTĐKĐ  PARAMETR

  –  formal  parametrə 

uyğun  qoyulan  və  alqoritmin  (proqramın)  bir 

hissəsinin  icrasına  verilən  müəyyən  qiyməti  alan 

kəmiyyətdir.  

 

FAKTĐKĐ  YAZMA

  (məlumatların  işlən-



məsində)  –  xarici  yaddaş  qurğularına  yazılan  və 

ya  hesablama  texnikası  vasitələri  ilə  onlardan 

oxunan məlumatlar çoxluğudur. 

 

FAKTOR  (AMĐL)  TƏHLĐLĐ

  –  çoxölçülü 

statistik  təhlilin,  tədqiq  olunan  əlamət  ölçülərinin 

kiçildilməsinin 

riyazi-statistik 

bölməsidir. 

Məsələnin belə qoyuluşunun formalaşdırılmasının 

olduqca  sadə  variantı  səbəb  təhlilinin,  ümumi 

amillərlə  və  nəzəri  cəhətdən  əsaslandırılan 

həllinin  bir-birindən  asılı  olmayan  qalıqlarla 

qarşılıqlı  olan  xətti  normal  modelidir.  Təcrübədə 

səbəb  təhlilinin  daha  ümumi  versiyasından  geniş 

istifadə  olunur:  ilkin  məlumatların  üçölçülü 

matrislərindən  istifadə  edən,  qeyri-kəmiyyət 

dəyişənlər  üzərində  qurulan  qeyri-xətti  model. 

Belə  modellər  bir  qayda  olaraq,  onların 

xüsusiyyətlərinin  az  da  olsa  inandırıcı  riyazi-

statistik təhlili ilə müşayiət olunmur, lakin evristik 

və  ya  yarım  evristik  xüsusiyyətli  hesablama 

tövsiyələrinə əsaslanır. 

Səbəb 

təhlili 


iqtisadiyyatda, 

sosiologiyada, 

səhiyyədə  və  s.  daxili  qanunauyğunluqların  aşkar 

olunması üçün tətbiq olunur. 



 

FAKTOR 

DƏYƏRĐ 

ÜZRƏ 

ƏLAVƏ 

DƏYƏR

  –  əsas  qiymətlərlə  əlavə  dəyərlərin 

istehsalla  bağlı  vergi,  rüsum  və  istehsala  olan 

əməliyyat 

subsidiyalarının 

miqdarına 

təshih 

edilməsi yolu ilə hesablanır. 



Đstehsala  olan  subsidiyaları  iki  qrupa  bölmək 

olar. Birinci qrupa birbaşa dövriyyə ilə bağlı olan 

və 

məhsullara 



subsidiyalar 

kimi 


tanınan 

subsidiyalar  daxildir.  Đkinci  qrup  subsidiyalar 

istehsalla 

bağlı 


subsidiyalar 

kimi 


tanınır. 

Đstehsalla bağlı subsidiyalar – istehsal olunmuş və 

ya  satılmış  əmtəələrin  dəyəri  və  ya  keyfiyyəti  ilə 

bağlı  olmayan  alınmış  subsidiyalardır.  Bu 

subsidiyalara əmək haqqına və əmək ehtiyatlarına 

subsidiyalar, 

ətraf 

mühitin 


qorunmasına 

subsidiyalar və vergilər üzrə faiz ödənişlərinə olan 

dotasiyalar  (imtiyazlar)  daxildir.  Đnvestisiya 

subsidiyaları istisna olunur.  



Dolayı vergiləri iki qrupa bölmək olar: 

•  Birinci  qrupa  əlavə  dəyər  vergisi  (ƏDV)  və 

müəssisənin  mühasibat  hesabatında  dövriyyəyə 

daxil  edilməyən,  yəni  faktor  dəyəri  üzrə  əlavə 

dəyərin  hesablanması  zamanı,  əsas  qiymətlərə 

olan  əlavə  dəyərdən  çıxılmayan  birbaşa  dövriyyə 

ilə bağlı digər vergilər daxildir.   

• Đkinci qrupa istehsalla bağlı digər bütün vergi və 

rüsumlar  aiddir.  Bunlar  dövlət  və  ya  digər 

orqanlar tərəfindən əmtəə və xidmətlərin istehsalı 

və idxalı, əmək ehtiyatlarından istifadə, istehsalda 

istifadə  olunan  torpağa,  binalara  və  ya  digər 

aktivlərə  sahib  olmaq  və  ya  onlardan  istifadə  ilə 

əlaqədar alınan pul və ya natura şəklində məcburi 

və  qaytarılmaz  ödənişlərdir.  Onlara  daxildir: 

aksizlər;  müəyyən  məhsulların  satışına  olan 

rüsumlar; maliyyə və kapital əməliyyatlarına olan 

vergilər; avtonəqliyyatların  qeydiyyatına  vergilər; 

əyləncə 

vergiləri; 

lotereyalardan, 

qumar 


oyunlarından  və  bağlanmış  mərclərdən  vergilər; 

sığorta mükafatlarından vergilər və s. Bu vergilər 

gəlirin 

olub-olmamasından 

asılı 

olmayaraq 



ödənilir.  Faktor  dəyəri  üzrə  əlavə  dəyəri 

hesablamaq  üçün,  dolayı  vergilərin  bu  ikinci 

qrupu əsas qiymətlərlə əlavə dəyərdən çıxılır.  

Faktor dəyəri üzrə əlavə dəyər “ümumi” kəmiyyət 

kimi  hesablanır.  Belə  ki,  əlavə  dəyərdən  əsas 

kapitalın istehlakı çıxılmır. 

Faktor  dəyəri  üzrə  əlavə  dəyər  aşağıdakı  kimi 

hesablanır: 

   Əsas qiymətlərdə əlavə dəyər 

+ Đstehsalla bağlı subsidiyalar 

-  Đstehsalla  bağlı  vergi  və  rüsumlar  (dövriyyə  ilə 

birbaşa bağlı olan ƏDV və sair vergilərdən başqa) 

 = Faktor dəyəri üzrə əlavə dəyər 

Faktor  dəyəri  üzrə  əlavə  dəyər  “Ümumi  gəlirin 

(istehsaldan)”  və  MHS-in  digər  aqreqatlarının 

hesablanmasında istifadə edilir. 

 

FAKTOR 

GƏLĐRĐ

 

– 



beynəlxalq 

metodologiyaya  görə,  istehsal  amili  olan  işçi 

qüvvəsi, kapital və torpağın yaratdığı gəlirdir. 

 

FAKTORĐNQ



 

(şəxsi 

borclarını 

ödəmək 

məqsədi  ilə  malik  olduqları  borc  tələblərinin 

satılması) – 1) bank fəaliyyətində -  müştərilərin 

(fiziki 


və 

ya 


hüquqi 

şəxslərin) 

kapital 

dövriyyələrinin  kreditləşməsini  və  komisyon-



 

220 


ticarət  əməliyyatlarının  elementlərini  birləşdirən 

bank 


əməliyyatıdır. 

Faktorinq, 

həm 

bank 


idarələrinin, 

həm 


də 

müştərilərin 

risk 

səviyyələrinin 



optimallaşdırılması 

məqsədilə, 

debitor  borclarının  inkasso  edilməsini  birləşdirir. 

Banklar  müqavilələr  əsasında  faktorinqi  həyat 

keçirirlər.  Bu  zaman  tədarük  olunan  əmtəələrə, 

yerinə  yetirilən  işlərə,  göstərilən  xidmətlərə  görə 

tədarükçünün  ödəniş  tələbləri  üzrə  ödənişlərin 

alınması  hüququ  banka  verilir.  Belə  hallarda 

bankın bürünc vekseli əldə etmək imkanına diqqət 

yetirmək  vacibdir;  2)  ticarətdə  və  satışda  – 

komisyon  əməliyyatıdır,  bu  zaman  bir  şirkət 

əmtəə  tədarük  edənə,  ondan  müştərinin  debitor 

borclarını 

almaqla, 

ona 

müvafiq 


faizlərlə 

(komisyon)  kredit  verir.  Mahiyyətinə  görə,  belə 

ticarət borc öhdəlikləri ilə olan ticarətdir. 

 


Yüklə 17,41 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin