A. M. Vəliyev Elmi redaktorlar: R. A. Səlimov, S. A. Sadıqova, T.Ə. Paşayev



Yüklə 17,41 Mb.
Pdf görüntüsü
səhifə57/182
tarix21.04.2017
ölçüsü17,41 Mb.
#14975
1   ...   53   54   55   56   57   58   59   60   ...   182

FASĐLƏLĐ  QĐYMƏT

  –  baş  məcmunun 

naməlum 


parametrinin, 

sərhədləri 

nöqtəli 

qiymətləndirmə  olan  interval  şəklində  verilən 

ehtimallı 

qiymətdir. 

Đntervalın 

sərhədləri 

seçmənin  nəticələrindən  alınan  qaydalar  üzrə 

hesablanır  və  beləliklə,  seçmə  funksiyası  təsadüfi 

kəmiyyət hesab edilir. Fasiləli qiymət 

θ

 naməlum 



parametrinin  nəzərdə  tutulan  (1-

α

)  ehtimalı  ilə 



tamamlanan  intervalının  sərhədlərini  müəyyən 

etməyə  imkan  verir.  Bu  naməlum  qiymət 

etibarlılıq və ya etibarlılıq sahəsi, onun sərhədi isə 

etibarlılıq  sərhədi  adlanır.  Etibarlılıq  ehtimalının 

səviyyəsi onu göstərir ki, (1-

α

)x100% hadisənin 



təkrarlanmasının 

qiymətləndirilməsi 

zamanı 

parametr həqiqətən etibarlılıq intervalı ilə bağlanır 



(tamamlanır).  Etibarlılıq  ehtimalının  genişliyi 

qiymətləndirmənin  dəqiqliyini  əyani  surətdə 

göstərir: etibarlılıq intervalı nə qədər geniş olarsa, 

qiymətləndirmə  bir  o  qədər  dəqiqləşir. Məsələnin 

qoyuluşundan  asılı  olaraq,  interval  ikitərəfli  və 

birtərəfli  ola  bilər.  Đnterval  qiymətləndirmənin 

hesablanması zamanı onların bölgüsü və seçmənin 

həcmi  hökmən  öyrənilir.  Seçmənin  böyük 

olmayan  həcmi  (n

  60)  və  verilən  etibarlılıq 



ehtimalı  ilə  t  etibarlılıq  sərhədi  cədvəl  (Styudent 

bölgüsü) üzrə sərbəst pillələrlə hesablanır. 



 

FASĐLƏLĐ  MÜŞAHĐDƏLƏR

  –  müəyyən 

vaxtdan  bir  keçirilən  statistik  müşahidələrdir 



(“Dövri  müşahidələr”ə,  “Birdəfəlik  müşahidə”yə 

bax). 



 

FASĐLƏSĐZ ĐNVENTARLAŞDIRMA ME-

TODU

  –  keçən  (əvvəlki)  dövr  ərzində  kapital 

qoyuluşuna  dair  illik  məlumatlar  əsasında 

müəyyən  dövrə  əsas  kapitalın  mövcudluğunun 

müəyyənləşdirilməsinə  və  əsas  kapitalın  orta 

xidmət  müddəti  və  onun  sıradan  çıxmasının 

qanunauyğunluğu  haqqında  təkliflər  verilməsinə 

imkan  verən,  bir  çox  ölkələrin  statistikasında 

tətbiq  edilən  metoddur.  Bir  çox  xarici  ölkələrdə 

bu  metodun  geniş  tətbiqi,  hər  şeydən  əvvəl,  bu 

ölkələrdə  əsas  kapitalın  mövcudluğu  haqqında 

birbaşa məlumatların olmamasından irəli gəlir.  

 

FASĐLƏSĐZ  MÜŞAHĐDƏ

  –  faktların,  onlar 

baş  verdikcə  müntəzəm  qeydə  alınmasıdır. 

Məsələn,  vətəndaşlıq  vəziyyəti  aktlarının,  yol-

nəqliyyat  hadisələrinin,  yanğınların  və  s.  qeydə 

alınması.  Fasiləsiz  müşahidələr  həm  də  cari 

müşahidələr  adlanır  (gündəlik  və  ya  həftəlik 

statistika hesabatları və yaxud monitorinqlər). 

 

FAYDALI ĐŞ ƏMSALI



 – müəyyən vaxt dövrü 

üçün  alınmış  istiqrazın  faktiki  dəyəri  və  borc 

kapitalının  ümumi  dəyəri  arasındakı  nisbəti  əks 

etdirən  əmsaldır.  Hesablama  üsulları  və  faiz 

məbləğinin  ödənilməsi,  qiymətlərdə  fərqlər  və 

faktiki  mövcud  olan  kapitalın  ümumi  miqdarı 

nəzərə  alınmaqla,  istiqrazın  nominal  faiz  tarifi 

(bankla 


müştəri 

arasındakı 

müqavilədə 

şərtləşdirilmiş tarif) əsasında hesablanır. Ü m u m 

i  faydalılıq  əmsalı  hər  bir  müştəri-vergiödəyicisi 

üçün konkret müəyyən edilmiş vergi ödəmələrinin 

miqdarını  nəzərə  almır;  xalis  faydalılıq  əmsalı 

vergi ödəmələrini nəzərə alır. 

 

FAYDALI  QAZINTI  EHTĐYATLARI

  – 

geoloji  kəşfiyyat  nəticəsində  yerin  altında  aşkara 

çıxarılmış  müəyyən  miqdarda  mineral  xammalın 

mövcudluğudur. 

Yataqların 

kəşf 


olunma 

dərəcəsindən  və  dağ  şəraitindən  asılı  olaraq, 

statistikada  balans  arxası,  balans  və  proqnoz 

növlərinə  bölünən  faydalı  qazıntıların  müxtəlif 

növləri  (konkret  növ  mineral  xammalı  nəzərə 

alınmaqla, ton və ya m

3

 ilə) öyrənilir. 



Statistik  hesabatlarda  A,  B,  S

1

  və  S



-

kateqoriyaları 



üzrə, 

yəni 


onların 

geoloji 


öyrənilməsi  səviyyəsindən  asılı  olaraq,  balans  və 

balans arxası faydalı qazıntı ehtiyatlarını göstərir. 

A kateqoriyası – detallarına qədər kəşf edilmiş və 

öyrənilmiş, 

yerləşmə 

şəraitinin 

tam 

aydınlaşdırılması 



təmin 

edilmiş, 

mineral 

xammalların  təbii  tipləri  və  sənaye  növləri, 

onların  nisbətləri,  yerləşmə  vəziyyəti,  keyfiyyəti, 

faydalı  qazıntıların  texnoloji  xüsusiyyətləri  və 

dağ-istismar 

işlərinin 

aparılması 

şəraitini 

müəyyənləşdirən 

təbii 


amilləri 

aşkarlanmış 

ehtiyatlardır.  B  kateqoriyası  –  faydalı  qazıntı 

ehtiyatlarının  şəraitini,  forma  və  xarakterini, 

mineral  xammalların  təbii  tiplərinin  və  sənaye 

növlərinin  aşkara  çıxarılmasını  və  hər  bir  növün 

yerləşmə  vəziyyəti  qanunauyğunluqlarını,  dağ-

istismar 

işlərinin 

aparılması 

şərtlərini 

müəyyənləşdirən 

və 

əsas 


təbii 

amillərin 

keyfiyyətinin,  əsas  texnoloji  xüsusiyyətlərini 


 

221


müəyyən  edən,  detallarına  qədər  kəşf  edilmiş  və 

öyrənilmiş  ehtiyatlardır.  S

1

  kateqoriyası  -  filiz 



ehtiyatlarının  yatım,  forma  və  quruluşunun 

ümumi 


xüsusiyyətlərinin, 

onların 


sənaye 

növlərinin,  keyfiyyətinin,  texnoloji  xassələrinin 

aşkara çıxarılmasını təmin edən, detallarına qədər 

kəşf  edilmiş  və  öyrənilmiş  ehtiyatlardır.  S

2

 

kateqoriyası – ya ayrı-ayrı nöqtələrdə açılması və 



yaxud  da  əvvəllər  öyrənilmiş  sahələrə  oxşar 

olaraq  müəyyənləşdirilməsi  əsasında,  şəraiti  ilkin 

qiymətləndirilmiş ehtiyatlarıdır.   

Proqnozlaşdırılmış 

(geoloji) 

faydalı 

qazıntı 


ehtiyatları – kəşf edilməmiş, geoloji inkişaf tarixi 

və 


geoloji-kəşfiyyat 

xüsusiyyətləri 

üzrə 

məlumatlar  əsasında  güman  edilən  ehtiyatlardır. 



Proqnozlaşdırılmış 

ehtiyatlar 

haqqında 

məlumatlar  perspektiv  üçün  sənaye  ehtiyatlarının 

aşkara  çıxarılmasını  göstərir  və  axtarış  işlərinin 

təşkilinin  məqsədəuyğunluğunu  müəyyənləşdirir; 

bir qayda olaraq onlar statistika hesabatlarında əks 

etdirilmir (əlavə olaraq qiymətləndirilir). 

Faydalı qazıntı ehtiyatları haqqında yekun statistik 

məlumatlar,  hər  bir  mineral  xammal  növləri  və 

kateqoriyaları 

üzrə 


(ayrı-ayrı 

yataqlar 

göstərilməklə)  balans  cədvəlləri  şəklində  verilir. 

Bununla  yanaşı,  balans  cədvəllərində  hesabat 

dövrünün  (adətən,  ilin)  əvvəlinə  və  axırına 

ehtiyatların  mövcudluğu,  geoloji  kəşfiyyatlar 

(kəşfiyyata  qədər)  nəticəsində  artım,  hasilat 

nəticəsində  azalma,  yerin  altında  itkilər  və  təsdiq 

edilməmiş ehtiyatların silinməsi ayrıca göstərilir. 

 

FAYDALI 

QAZINTILARIN 

BALANS 

EHTĐYATLARI

  –  müasir  şəraitdə  iqtisadi 

cəhətdən  faydalı  (qazanclı)  olan,  geoloji  işlər 

nəticəsində  öyrənilmiş,  yerin  altında  onların 

hesablanması  və  istifadə  edilməsi  (hasilatı)  üçün 

müəyyənləşdirilmiş  kondisiyaları  (standartları, 

normaları)  təmin  edən  (ödəyən)  mineral  xammal 

ehtiyatlarıdır. 

Faydalı 


qazıntıların 

balans 


ehtiyatları 

mədənlərdə 

müəyyən 

miqdarda 

ehtiyatlar 

olması 


ilə, 

faydalı 


qazıntı 

komponentlərinin yüksək tərkibi və keyfiyyəti ilə, 

hasilatın,  zənginləşdirilməsinin  və  sonradan 

emalının texnoloji cəhətdən əlverişliliyi (asanlığı) 

ilə xarakterizə olunur. 

 

FAYDALI  QAZINTILARIN  BALANS-

DAN  KƏNAR  EHTĐYATLARI

  –  yerin 

altında  olan  və  hazırda  istifadəsi  (hasilatı) 

müxtəlif  səbəblərə:  yatağın  az  gücə  malik 

olmasına,  faydalı  komponentlərin  keyfiyyət  və 

tərkibinin  aşağı  olmasına,  hasilat  və  emalı  daxil 

olmaqla  istismar  şəraitinin  mürəkkəbliyinə  görə 

iqtisadi  cəhətdən  səmərəli  (əlverişli)  olmayan 

mineral xammal ehtiyatlarıdır.     

Elmi-texniki tərəqqinin inkişafı və faydalı qazıntı 

ehtiyatlarının 

istismarı 

üçün 

daha 


müasir 

metodların  tətbiqi,  həmçinin  iqtisadi  səmərəli 

yataqların  işlənməsindən  (tükənməsi  səbəbindən) 

balansdan  kənar  ehtiyatlar  balans  kateqoriyasına 

keçirlər. 



 

FAYDALI  QAZINTILARIN  YERĐN  TƏ-

KĐNDƏ  VƏ  ZƏNGĐNLƏŞDĐRMƏDƏ  ĐT-

KĐSĐ 

-  1)  hasilat  vaxtı  yerin  təkindəki  mineral 

xammalın  itkisidir  –  yataqlar  işlənərkən  yerin 

təkindən  çıxarılmamış,  həmçinin  hasil  edilmiş, 

lakin 

süxur 


tullantılarına 

göndərilmiş, 

anbarlaşdırma, 

yükləmə 


və 

dağ-mədən 

müəssisələrinin 

nəqliyyat 

yollarında 

qalmış 


faydalı  qazıntı  ehtiyatlarının  bir  hissəsidir;  2) 

zənginləşdirmə vaxtı faydalı qazıntının və faydalı 

komponentin  itkisi  -  hasil  edilmiş  (emal  edilmiş) 

ehtiyatlardan  əldə  edilməmiş  və  zənginləşdirmə 

vaxtı  tullantılarda  (quyruqlarda)  qalmış  mineral 

xammalın 

və 


onun 

tərkibindəki 

faydalı 

komponentlərin bir hissəsidir.  



 

FAYDALI  MODEL

  –  istehsal  vasitələrinin, 

istehlak  əşyalarının  və  onların  tərkib  hissələrinin 

yeni 

texniki 


həllidir, 

konstruktiv 

yerinə 

yetirilməsidir;  sənaye  mülkiyyətinin  mühafizə 



obyektidir.  Yenilik  və  sənayedə  tətbiq  olunması 

faydalı  modelin  mühafizə  qabiliyyətliyi  şərtləri 

hesab edilir, ona yüksək ixtiraçılıq səviyyəsi tələbi 

irəli sürülmür.  



 

FAYL

  –  eyni  təyinatla  birləşdirilmiş,  məntiqi 

yazılardan ibarət məlumatlar çoxluğudur. 



 

FEMĐNĐZASĐYA

  (lat.  femina  –  qadın)  -  

demoqrafiyada  əhalinin  cins  üzrə  tərkibində 

qadınların sayının artmasıdır.  



 

FƏAL  NƏQLĐYYAT  VASĐTƏLƏRĐ

  -  

əmtəələrin  daşınmasını  təmin  edən  nəqliyyat 

vasitələridir.  Əgər  nəqliyyat  vasitəsi  qoşqulu 

mexaniki  nəqliyyat  vasitəsidirsə,  onda  fəal 

nəqliyyat vasitəsi avtomobil hesab edilir. 

 

FƏALĐYYƏT  GÖSTƏRƏN  GÜCLƏRĐN 



SAXLANMASI

  –  istehsal fəaliyyəti prosesində 

sıradan  çıxmış  əsas  fondların  daima  təzələnməsi 

ilə bağlı tədbirlərdir. 

 

FƏALĐYYƏT  GÖSTƏRƏN  MÜƏSSĐSƏ-

LƏRĐN  YENĐ  TEXNĐKĐ  VASĐTƏLƏRLƏ 

TƏCHĐZ  EDĐLMƏSĐ

  –  yeni  texnika  və 

texnologiyanın  tətbiqi,  istehsal  proseslərinin 

mexanikləşdirilməsi 

və 

avtomatlaşdırılması, 



köhnəlmiş 

və 


fiziki 

cəhətdən 

aşılanmış 


 

222 


avadanlığın  yeniləri,  daha  məhsuldarları  ilə  əvəz 

edilməsi,  istehsalın  təşkili  və  strukturunun 

yaxşılaşdırılması 

ilə 


istehsalın 

texniki 


səviyyəsinin 

yüksəldilməsi 

üzrə 

kompleks 



tədbirlərin həyata keçirilməsidir. 

 

FƏALĐYYƏT  NÖVLƏRĐ  VƏ  SƏNAYE 



MƏHSULLARI  TƏSNĐFATI 

–  bu  və  ya 

digər  təsnifat  vahidi  tərəfindən  qəbul  edilmiş, 

müəyyən  edilmiş  məhsulun  alınmasına  gətirib 

çıxaran,  sənayedə  istehsal  prosesi  kimi  başa 

düşülən  fəaliyyət  növləridir.  Đqtisadi  fəaliyyət 

növləri  təsnifatına  uyğun  şəkildə,  fəaliyyət 

növündən  asılı  olaraq,  hər  bir  sənaye  müəssisəsi 

təsnifatda  göstərilmiş  sənaye  sahəsinin  birinə  aid 

edilir.  Hər  bir  sahə  isə  öz  növbəsində  daha  kiçik 

təsnifat qruplarına (qrupa, sinfə, altsinfə) bölünür. 

Eynilik 

dərəcəsindən 

asılı 

olaraq 


sənaye 

məhsulları  təsnifatına  əsasən,  siniflərə,  siniflər 

altsinflərə, altsinflər isə məhsul növlərinə bölünür.  

 

FƏALĐYYƏT NÖVÜ ÜZRƏ DÖVRĐYYƏ



 - 

burada aşağıdakı tiplərindən istifadə olunur: 

- istehsal fəaliyyəti növlərindən dövriyyə; 

- alış və təkrar satış üzrə fəaliyyətdən dövriyyə; 

-  xidmət  göstərilməsi  üzrə  işgüzar  fəallıqdan 

dövriyyə; 

- vasitəçilik fəaliyyətində dövriyyə. 

Bu fəaliyyət növləri üzrə dörd rəqəm səviyyəsində 

Avropa 

Đttifaqının 



fəaliyyət 

təsnifatında 

dövriyyənin  müəyyənləşdirilməsi  üçün  maraq 

yarada bilər. 

 

FƏALĐYYƏTDƏ  OLAN  MÜƏSSĐSƏNĐN 

MÜLKĐYYƏTĐ  (BĐZNESĐN  BÜTÖVLÜK-

DƏ  DƏYƏRĐ

)  –  qeyri-material  aktivləri  də 

daxil  edilməklə,  fəaliyyətdə  olan  müəssisənin 

bütün  əmlak  kompleksinin  dəyəridir.  Fəaliyyətdə 

olan  müəssisənin  mülkiyyətinin  kəmiyyəti  birinci 

növbədə 

onun 


gələcəkdəki 

gəlirlərinin 

proqnozlaşdırılan miqdarı ilə müəyyən edilir. 

 

FƏALĐYYƏTƏ  YENĐDƏN  BAŞLAMA

  – 

müvəqqəti  dayandırılmadan  sonra  müəssisənin 

yenidən fəaliyyətə başlamasıdır.  

 

FƏALĐYYƏTĐN 

COĞRAFĐYASI

 

– 

müəssisələrin 



əraziyə 

uyğun 


olaraq 

bölüşdürülmüş  qruplarıdır.  Məsələn,  Avropa 

ölkələrinin 

ərazilərində 

onların 

fəaliyyəti 

aşağıdakı kimi baş verir:  

•  əsasən  öz  ölkəsində  fəaliyyət  göstərən 

müəssisələr; 

• əsasən öz ölkəsindən xaricdə, lakin AĐ daxilində 

fəaliyyət göstərən müəssisələr; 

•  əsasən  AĐ  xaricində  fəaliyyət  göstərən 

müəssisələr. 

Bir  qayda  olaraq,  müəssisələrin  bu  şəkildə 

bölüşdürülməsi  əsas  fəaliyyəti  topdansatış  olan 

müəssislər üçün istifadə olunur. 

Topdansatışın  aşağıdakı  növləri  bir-birindən 

fərqləndirilir: 

•  Əsasən  öz  ölkəsində  topdansatış  ticarəti

müəssisələr  o  zaman  öz  ölkəsində  topdansatış 

ticarətlə  məşğul  olan  hesab  edilir  ki,  onlar 

topdansatış  ticarətçilər  olaraq  öz  alışlarını  və 

marketinqlərini  yalnız  və  ya  əsasən  yerləşdikləri 

ölkədə  həyata  keçirirlər  (əmtəələrin  alış  və 

satışının və təkrar satışının ümumi həcminin 50%-

dən azını idxal və ixrac təşkil edir); 

• 

Ölkə 

xaricindəki 

topdansatış 

ticarət 

müəssisələri  o  zaman  öz  ölkəsindən  xaricdə 

topdansatış  ticarətlə  məşğul  olan  hesab  edilir  ki, 

onların 


yeganə 

və 


ya 

əsas 


fəaliyyəti 

aşağıdakılardan birini təşkil edir: 

 a)  əmtəələrin  xaricdən  alınması  və  onların 

müəssisəsinin yerləşdiyi ölkədə təkrar satışı (idxal 

ticarəti); 

b)  əmtəələrin  müəssisənin  yerləşdiyi  ölkədə 

alınması və onların xaricdə satışı (ixrac ticarəti); 

 •  əmtəələrin  müəssisənin  yerləşdiyi  ölkənin 

ərazisindən  keçməsindən  asılı  olmayaraq,  xarici 

ölkələrdə  alış  və  satışı  (tranzit  ticarəti).  (Təkrar 

satış  üçün  nəzərdə  tutulmuş  əmtəələrin  idxalı  və 

ya  əmtəələrin  ixracı  əmtəələrin  alış  və  təkrar 

satışının  ümumi  həcminə  bərabərdir  və  ya  50%-

dən çoxunu təşkil edir). 

 

FƏRDĐ  (AĐLƏ)  MÜƏSSĐSƏ

  –  vətəndaşın 

mülkiyyətində  və  ya  onun  ailə  üzvlərinin,  əgər 

onlar  arasında  sazişdə  başqa  hal  nəzərdə 

tutulmayıbsa,  ümumi  pay  mülkiyyətində  olan 

müəssisədir.  

 

FƏRDĐ (TƏK) ĐSTEHSAL



 – müxtəlif məhsul 

növləri  bir  və  ya  bir  neçə  nüsxədə  (ədədlə 

buraxılış)  istehsal  edilən,  istehsalın  təşkili 

formasıdır  (emal  prosesinin  növüdür).  Son 

məhsulun  hər  biri  konstruksiyasına  görə,  yerinə 

yetirilən  vəzifələrə  və  digər  əlamətlərə  görə 

unikaldır.  Fərdi  istehsalda  universal  avadanlıqlar 

tətbiq  olunur,  yığma  proseslərinin  əhəmiyyətli 

hissəsini  əl  işlərinin  təşkil  etməsi  ilə  xarakterizə 

olunur,  heyət  universal  vərdişlərə  malikdir.  Fərdi 

istehsalda  məhsulun  hazırlanmasının  istehsal 

prosesi 


fasiləli 

xarakter 

daşıyır. 

Məhsul 


buraxılışının hər birinə nisbətən uzun müddət: bir 

neçə həftə, ay, il sərf olunur. Qara metallurgiya və 

energetika,  kimya  sənayesi  üçün  iri  maşınların 

istehsalı xidmət sahəsində geniş yayılmışdır. Qərb 

ölkələrinin  ədəbiyyatlarında  fərdi  istehsalı  adətən 

layihə istehsalı adlandırırlar.  



 

223


FƏRDĐ  EHM

  -  fərdi  istifadə  üçün  elektron 

hesablama  maşını,  kompüter,  tərkibi  sistem 

blokdan,  klaviaturadan,  displeydən  və  xarici 

yaddaş  qurğusundan  ibarət  olan  stolüstü  cihazdır. 

Ona  çap  (printer)  və  səs  qurğularının  qoşulması 

mümkündür. Xarici yaddaş kimi, sərt disklər, CD-

lər, flyəş-kartlar və s. istifadə olunur.  

 

FƏRDĐ ƏSASDA ĐŞLƏYƏN ŞƏXS 

– sərbəst 

bir  və  ya  bir  neçə  işgüzar  tərəfdaşla  gəlir  gətirən 

fəaliyyətlə 

məşğul 


olan, 

muzdlu 


işçilərin 

əməyindən  istifadə  etməyən  və  yaxud  onlardan 

çox  qısa  müddətdə  (mövsümü  və  təsadüfü  işlərə) 

istifadə 

edən 

şəxsdir. 



Bu 

halda 


işgüzar 

əməkdaşların  hamısı  fərdi  əsasda  işləyən  şəxslər 

sayılır. 

 

FƏRDĐ 

QEYRĐ-BAZAR 

MAL 

VƏ 

XĐDMƏTLƏRĐ

  –  fərdi  ev  təsərrüfatlarına 

ümumi  dövlət  idarələrinin  qeyri-bazar  istehsalçı 

bölmələri  və  ya  qeyri-kommersiya  təşkilatları 

tərəfindən,  pulsuz  və  yaxud  iqtisadi  əhəmiyyət 

kəsb etməyən qiymətlərlə təqdim olunan əmtəə və 

xidmətlərdir. 



 

FƏRDĐ  QĐYMƏTLƏNDĐRMƏ

  –  yaradılmış 

məhsul  və  ya  xidmət  növü  vahidinin  normativ 

dəyəridir.  Özündə  işçilərin  əsas  əmək  haqqını, 

materialların, 

məmulatların, 

konstruksiyaların 

dəyərini,  maşın  və  mexanizmlərin  istismarına 

normativ  xərcləri  birləşdirir.  Đşçilərin  əməyi, 

material  ehtiyatları,  maşın  və  mexanizmlərin 

xərcləri  smeta  və  ya  istehsal  normaları  əsasında 

təyin  edilir.  Tikintinin  yerli  şəraiti  nəzərə 

alınmaqla,  hər  hansı  rayonun  ərazisində  yerləşən 

tikinti 

üçün 


rayonun 

vahid 


fərdi 

qiymətləndirilməsi  işlənilib  hazırlanır.  Tikinti  və 

montaj 

işlərinin 



smeta 

dəyərini 

müəyyənləşdirmək üçün tətbiq edilir.  

 

FƏRDĐ SAHĐBKAR

 – hüquqi şəxs yaratmadan 

təsərrüfat  fəaliyyəti  ilə  məşğul  olan,  fəaliyyət 

göstərdiyi  yer  üzrə  vergi  orqanlarında  dövlət 



qeydiyyatından  keçmiş  və  qeydiyyatdan  keçməsi 

haqqında  şəhadətnamə  almış  vətəndaşdır  (fiziki 

şəxsdir).  Fərdi  sahibkar  aşağıdakı  səbəblərdən 

təsərrüfat  fəaliyyətinə  olan  hüququnu  itirir:  a) 

əgər  o,  ona  verilən  şəhadətnamənin  və  keçdiyi 

qeydiyyatın ləğvi haqqında ərizə təqdim edirsə; b) 

əgər  məhkəmə  onun  imkansız  (müflis)  olması 

haqqında qərar çıxararsa. 

 

FƏRDĐ  SEÇMƏ

  –  hər  dəfə  bir  vahidin 

seçilməsinə 

əsaslanan 

müşahidə 

vahidinin 

seçilməsidir.  Fərdi  seçmə  müşahidə  üçün  lazım 

olan vahidlərin sayı qədər təkrarlanır.  



 

FƏRDĐ  TĐKĐNTĐ

  –  vətəndaşların  xüsusi 

mülkiyyəti  hesab  edilən,  əhalinin  öz  vəsaiti 

hesabına  və  əvəzi  ödəniləcək  bank  kreditlərinin 

köməyi ilə yaşayış evlərinin ucaldılmasıdır. Fərdi 

tikinti  həm  öz  gücünə,  həm  də  cəlb  edilmiş  işçi 

qüvvələrinin  və  podrat  təşkilatlarının  köməyi  ilə 

həyata keçirilir.  

 

FƏRMAN

 

– 

1)  ali  dövlət  hakimiyyəti 

orqanlarının  (dövlət  başçısının)  hüquqi  aktıdır. 

Hüquqi məzmununa görə normativ fərman, yaxud 

müəyyən normalarını müəyyənləşdirən fərman və 

fərdi  fərman,  yaxud  hüquq  normasını  konkret 

hadisəyə tətbiq edən fərman mövcuddur (məsələn, 

şəxsin 


vəzifəyə 

təyin 


edilməsi, 

mükafatlandırılması 

barədə 

fərman); 



2) 

Azərbaycan 

Respublikasında 

Azərbaycan 

Respublikası Konstitusiyasının 109-cu  maddəsinə 

əsasən,  fərman  vermək  səlahiyyəti  Azərbaycan 

Respublikası 

Prezidentinə 

məxsusdur; 

3) 


parlamentli  dövlətlərdə  fərman  dövlət  başçısının 

(prezidentin)  verdiyi  hüquqi  aktdır.  Fövqəladə 

fərmanların  verilməsi  də  geniş  yayılmışdır.  Belə 

fərmanlar qanun qüvvəsinə malikdir və parlament 

tərəfindən  qəbul  edilmiş  qanunların  qüvvəsini 

dayandıra bilər.      

 


Yüklə 17,41 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin