GƏLĐRLƏRĐN ĐNDEKSLƏŞDĐRĐLMƏSĐ
– istehlak qiymətlərinin artması ilə əlaqədar
olaraq,
vətəndaşların
pul
gəlirlərinin
və
əmanətlərinin artırılmasının dövlət tərəfindən
müəyyənləşdirilmiş
mexanizmidir.
Gəlirlərin
indeksləşdirilməsinin məqsədi – vətəndaşların pul
gəlirlərinin və əmanətlərinin alıcılıq qabiliyyətinin
saxlanmasıdır. O həm uyğunlaşdırıla bilər, həm də
müəyyən hallarda əhalinin gəlirlərini tənzimləyən
digər
dövlət
metodları
ilə
(əmək
haqqı
səviyyəsinə,
pensiya,
təqaüd
və
sosial
müavinətlərin miqdarına yenidən baxılmaqla)
dəyişdirilə bilər. Gəlirlərin indeksləşdirilməsi
obyektləri aşağıdakılar ola bilər: pensiya, təqaüd,
sosial müavinətlər (uşaqlı ailələrə, işsizlərə,
müvəqqəti əmək qabiliyyətini itirmişlərə və s.);
mülkiyyət
formasından
asılı
olmayaraq,
müəssisələrin, idarələrin və təşkilatların işçilərinin
əməyinin ödənilməsi; vətəndaşların kommersiya
banklarındakı əmanətləri; dövlət istiqrazları və
digər dövlət qiymətli kağızları, sosial sığorta
təşkilatlarına
ödəmələr
və
s.
Gəlirlərin
indeksləşdirilməsi üçün əsas istehlak qiymətləri
indeksi hesab olunur. Dünya təcrübəsində
gəlirlərin indeksləşdirilməsinin iki əsas forması
mövcuddur – avtomatik və yarım avtomatik.
232
Gəlirlərin avtomatik indeksləşdirilməsində əmək
haqqı və digər gəlirlər proporsional olaraq artırılır.
Gəlirlərin yarım avtomatik indeksləşdirilməsi
(müqavilə ilə) aşağıdakı qaydada aparılır: dövlət
səviyyəsində alim-mütəxəssislər cəlb edilməklə,
işverənlər,
həmkarlar
ittifaqı
və
hökumət
orqanlarının iştirakı ilə danışıqlar aparılır.
Danışıqların nəticəsi kollektiv müqavilələrin
bağlanması üçün sosial müdafiənin ən aşağı
həddini təyin edən tövsiyələr hesab edilir. Hər bir
müəssisədə işçilərin müxtəlif sosial müdafiə
tədbirlərini nəzərə alan öz daxili kollektiv
müqavilələri bağlanır.
GƏLĐRLƏRĐN
NATURA
ŞƏKLĐNDƏ
TƏKRAR BÖLÜŞDÜRÜLMƏSĐ HESABI
–
MHS-nin hesabıdır. Bu hesabda sərəncamda
olan təshih edilmiş gəlir yaranır və pul formasında
sərəncamında qalan gəlirlərdən başqa, bazar və
qeyri-bazar məhsul və xidmətlər şəklində natura
formasında sosial transferlər də daxil edilir.
GƏLĐRLƏRĐN
TƏKRAR
BÖLÜŞDÜ-
RÜLMƏSĐ
HESABI
–
Milli
hesablar
sisteminin hesabıdır, institusional vahidin və ya
bölmələrin əldə etdiyi ilkin gəlirlərinin, cari
transferlərin alınması və verilməsi nəticəsində
sərəncamda qalan gəlirlərə necə çevrilməsini
göstərir. Cari transferlər gəlir vergisindən, maddi
qiyməlilərə və s. vergilərdən, sosial sığortaya,
dövlətin və ev təsərrüfatlarına xidmət göstərən
qeyri-kommersiya
təşkilatlarının
sosial
transferlərinə
üzvlük
haqlarından,
maddi
yardımlardan, digər transferlərdən (həyat sığortası
ilə bağlı olmayan sığorta mükafatları və sığorta
iddiaları) ibarətdir.
GƏLĐRLƏRĐN TƏMƏRKÜZLƏŞMƏ ĐN-
DEKSĐ (CĐNĐ ƏMSALI)
– gəlirlərin bərabər
ölçüdə bölüşdürülməsi xəttindən onun əhali
arasında
faktiki
bölüşdürülməsi
həcminin
kənarlaşma səviyyəsini əks etdirir. Gəlirlər
bərabər bölüşdürüldükdə Cini əmsalı 0-a yaxın
olur; əhalinin polyarlaşması səviyyəsi artdıqca,
əmsal 1-ə yaxınlaşır.
GƏLMƏ
VƏRƏQƏSĐNƏ
QOŞULAN
STATĐSTĐK
UÇOT
TALONU
–
miqrasiyanın cari uçotunun ilkin sənədlərindən
biridir. Vətəndaşların qeydə alınması zamanı
pasport işinin aparılmasına səlahiyyət verilən
şəxslər
tərəfindən
tərtib
olunur.
Talonda
miqrasiyanın axınları və miqrasiya edənlərin
tərkibi haqda toplu məlumatları almaq üçün zəruri
olan
məlumatlar
verilir:
miqrasiya
edənin
doğulduğu tarix və yer, milliyyəti, təhsili, haradan
və nə vaxt gəlib, əvvəlki yaşayış yerində harada
və nə vəzifədə işləmiş, neçə il orada yaşamış,
nikah vəziyyəti və ər (arvadı) ilə və ya onsuz
gəlib, əgər 15 yaşınadək uşaqlarla gəlibsə, onda
hər
valideynin
talonunda
uşaqların
sayı,
valideynlərdən birinin talonunda isə – hər bir
gələn uşağın cinsi, doğulduğu il və ay göstərilir.
Ərazi daxili işlər orqanları ayda 1 dəfədən az
olmayaraq doldurulmuş talonları işlənmək üçün
yerli statistik orqanlarına təqdim edirlər.
GƏMĐ
-
yük və sərnişin daşımaq, təsərrüfat,
elmi-tədqiqat, ov, idman, turizm, faydalı qazıntı
hasilatı,
habelə
hərbi
məqsədlər
ücün
quraşdırılmış suda üzən qurğudur. Gəmilərin adı
dedikdə istismarçı tərəfindən gəmiyə şərti olaraq
verilmiş ad nəzərdə tutulur. Onların tipi texniki-
istehsal göstəricilərinə (registr tutumu, sərnişin
tutumu, gücü və s.) uyğun olaraq gəmilərin
qruplaşdırılmasıdır. Gəminin gücü – gəminin
mühərrikinin mexaniki gücünü, avar vintinə
ötürülən gücünü göstərir və kVt və ya At Gücü ilə
ölçülür. 1 kVt=1.36 a.g və ya 1 a.g=0.735 kVt.
Statstikada gəminin balans dəyəri inventar
uçotunun muhasibat sənədlərinə uyğun olaraq ilin
sonuna manatla göstərilir.
GƏMĐ BORTU BOYUNCA FRANKO
(…yükləmə
limanının
adı),
FAS
(Free
Alongside Ship (... named port of shipment)) -
«Gəmi bortu boyunca franko» termininin mənası
odur ki, satıcı malı razılaşdırılmış yükləmə
limanına gətirir və onu gəmi bortu boyunca
sahildə və ya lixterlərdə yerləşdirdikdə, öz
öhdəliyini yerinə yetirmiş olur. Bu andan etibarən,
malların itkisi və ya korlanması üzrə bütün
xərcləri və zərərləri alıcı ödəyir. FAS şərtində
tələb
olunur
ki,
malın
ixrac
gömrük
rəsmiləşdirilməsini
satıcı
yerinə
yetirsin.
“Đnkoterms”in əvvəlki nəşrlərində malın ixracının
gömrük rəsmiləşdirilməsi öhdəliyi alıcının üzərinə
düşürdü. Lakin əgər tərəflər malın ixrac gömrük
rəsmiləşdirilməsi üzrə öhdəliyi alıcının öz üzərinə
götürməsini istəyirlərsə, o zaman bu, alqı-satqı
müqaviləsinə müvafiq əlavədə dəqiq qeyd
edilməlidir.
Bu termin yalnız dəniz və ya daxili su nəqliyyatı
ilə malın daşınması zamanı tətbiq edilə bilər.
GƏMĐDƏN
GÖNDƏRĐŞ
(...
təyinat
limanının adı), DES (Delivered Ex Ship (...
named port of destination)) - mənası odur ki,
satıcı idxal gömrük rəsmiləşdirilməsini keçməmiş
malı razılaşdırılmış təyinat limanında gəminin
bortunda alıcıya təhvil verdiyi zaman çatdırılmanı
yerinə yetirmiş sayılır. Malın boşaldılması anına
qədər təyinat limanına malın çatdırılması üzrə
233
bütün xərcləri və məsuliyyəti satıcı çəkməlidir.
Əgər tərəflər malın boşaldılması üzrə xərcləri və
məsuliyyəti satıcının öz öhdəliyinə götürməsini
istəyirlərsə, o zaman DEQ (gəminin yan aldığı
körpüdən göndəriş) termini tətbiq edilməlidir.
Bu termin yalnız dəniz və ya daxili su nəqliyyatı
vasitəsilə daşınmalar zamanı və ya mal təyinat
limanına
gəmidə
gətirilən
zaman
qarışıq
daşınmalarda tətbiq edilə bilər.
GƏMĐLƏRĐN FRAXTI (KĐRAYƏLƏN-
MƏSĐ)
– yük daşınması üçün gəmilərin kirayə
edilməsi haqqında fraxt (çarter) müqaviləsinin
bağlanmasıdır. Çarter gəmi sahibi ilə kirayəçi
arasında bütün gəminin və ya onun bir hissəsinin
müəyyən reys və ya müddətə kirayə edilməsi
haqqında tərtib edilir və onda, tərəflərin adları
(gəmini kirayəyə verən və kirayəçi), onların
olduqları yer, kirayənin miqdarı, gəmi və yükün
xüsusiyyətləri və s. qeyd olunur. Kirayəçi –
kirayələmə müqaviləsi üzrə müəyyən məbləğə,
müəyyən yükün kirayələnmiş gəmidə və ya onun
bir hissəsində dəniz yolu ilə daşınmasına hüququ
olan
şəxsdir.
Gəmini
kirayəyə
verən
–
kirayələnmə müqaviləsi üzrə yük daşınması üçün
gəmini, onun bir hissəsini və ya konkret gəmi
yerini verən şəxsdir. Fraxt – yükün dəniz yolu ilə
daşınmasının ödəniş haqqıdır.
GƏMĐNĐN YAN ALDIĞI KÖRPÜDƏN
GÖNDƏRĐŞ
(... təyinat limanının adı), DEQ
(Delivered Ex Quay (... named port of
destination) - mənası odur ki, satıcı idxal gömrük
rəsmiləşdirilməsindən
keçməyən
malı
razılaşdırılmış təyinat limanında gəminin yan
aldığı körpüdə alıcıya təhvil verdiyi zaman
çatdırılmanı yerinə yetirmiş sayılır. Satıcı malın
daşınması və gəminin yan aldığı körpüyə
boşaldılması ilə bağlı bütün risk və xərcləri
çəkməlidir. DEQ (gəminin yan aldığı körpüdən
göndəriş) termini alıcının üzərinə idxal gömrük
rəsmiləşdirilməsi, eləcə də rüsum, vergi və idxal
zamanı digər yığımların ödənilməsi öhdəliyini
qoyur.
Lakin tərəflər malın idxalı üzrə xərclərin hamısını
və ya bir hissəsinin satıcının öz üzərinə
götürməsini istəyirlərsə, o zaman bu, alqı-satqı
müqaviləsinə müvafiq əlavədə dəqiq qeyd
edilməlidir.
Bu termin yalnız dəniz və ya daxili su nəqliyyatı
vasitəsilə daşınmalar zamanı və ya mal təyinat
limanında gəmidən gəminin yan aldığı körpüyə
boşaldılan zaman qarışıq daşınmalarda tətbiq edilə
bilər. Əgər tərəflər malın limanda gəminin yan
aldığı körpüdən digər yerə (anbara, terminala və
s.) və ya limandan kənarda yerdəyişməsi ilə bağlı
məsuliyyət və xərcləri satıcının öhdəliklərinə
daxil etmək istəyərlərsə, o zaman DDU (rüsum
ödənilmədən
göndəriş)
və
DDP
(rüsum
ödənilməklə
göndəriş)
terminləri
istifadə
edilməlidir.
GƏMĐNĐN YÜKDAŞIMA QABĐLĐYYƏ-
TĐNDƏN ĐSTĐFADƏ ƏMSALI
– nəqliyyat
gəmisində yükdaşıma qabiliyyətindən istifadə
dərəcəsidir. Hesabat dövrü ərzində gəmi ilə yerinə
yetirilmiş yük dövriyyəsinin (ton-millərlə və ya
ton-kilometrlərlə), bu dövr ərzində limanda boş və
ya yüklənmiş vəziyyətdə olan gəmilərin yolda
olma vaxtına (ton-millərlə və ya ton-kilometrlərlə)
nisbəti ilə müəyyənləşdirilir.
GƏNC ƏHALĐ – əhalinin yaş strukturunun
ümumiləşdirilmiş xarakteristikasıdır ki, burada
uşaqların xüsusi çəkisi çox, ahıl və qoca
adamların payı isə azdır. BMT-nin təsnifatına
görə, gənc əhali o əhali sayılır ki, onda 65 və daha
yuxarı yaşda olan şəxslər 4%-dən az təşkil edir.
Əhalinin təkrar istehsalının daxili qarşılıqlı
əlaqələrində gənc əhali yüksək doğum və ölüm
səviyyələrinin saxlanılmasının nəticəsidir, yaş
piramidasının konfiqurasiyası isə enli oturacağa
və daralmış təpəyə malikdir. Gənc əhali üçün
əhalinin yüksək artım templəri səciyyəvidir.
GĐRĐŞ BAZA MƏLUMATLARI
– müşahidə
obyektləri tərəfindən elektron şəklində verilən
statistik hesabat blanklarından məlumatların daxil
edilməsi
və
ya
fayllardan
məlumatların
yüklənməsindən sonra informasiyaları qəbul edən
məlumatlar bazasıdır.
GĐRĐŞ NÖQTƏSĐ
(proqramlaşdırmada) –
əməliyyatçının simvolik adı, işarəsi və ya
ünvanıdır. Onun vasitəsilə proqramlar üçün
mümkün olan (altproqramlar, modullar, bölmələr,
fazalar, qaydalar) müstəqil proqram vahidlərinin
çıxışı zamanı müraciətin idarəetmə vasitəsidir.
GĐRĐŞ-ÇIXIŞ
QURĞUSU
-
giriş
məlumatlarının
və
proqramlarının
EHM–in
yaddaşına daxil edilməsini, həmçinin əlifba-rəqəm
və qrafik məlumatların alınmasını həyata keçirən
qurğudur.
GĐROV
– borclu tərəfindən qəbul edilmiş
vəzifələrin yerinə yetirilməsinin təmin edilməsi
qismində ona verilmiş əmlaka münasibətdə,
kreditorun müəyyən hüquqlarını birləşdirən,
sazişin şərtlərinin yerinə yetirilməsinə təminatın
növüdür. Əmlak üzərində girov hüququna malik
olan kreditor girov alan, özünə və ya digər şəxsə
(onun razılığı ilə) məxsus olan mülkü girov verən
borclu isə girov verən adlanır. Qanunla qadağan
234
edilən xüsusi hüquqların (aliment haqqında tələb,
səhhətə vurulmuş zərərin əvəzinin ödənilməsi və
s.) başqasına güzəştə gedilməsi istisna olmaqla,
girov əşyası kimi bütün əmlak çıxış edə bilər.
Girov haqqında müqavilə yazılı formada bağlanır
və girova qoyulmuş əşya, onun qiyməti,
mövcudluğu, ölçüsü və vəzifələrinin yerinə
yetirilməsi müddəti göstərilir. Girov əmlakı həm
əmlakın fiziki verilməsi, həm də onsuz, yəni
verilmədən
(daşınmaz
əmlak
girov-ipoteka)
həyata keçirilə bilər. Borclu vəzifələrini yerinə
yetirmədiyi təqdirdə, girov alan kreditor girova
qoyulmuş
əmlakın
satılması
yolu
ilə
kompensasiya (gəlir) əldə etmək hüququna
malikdir. Girov qoyanın öz vəzifələrini yerinə
yetirməsi girov müqaviləsində natura şəklində
deyil,
dəyər
ifadəsində
göstərilir.
Girov
dövriyyədə olur, yalnız borcun qaytarılma vaxtı
çatarkən müştərinin ödəmə qabiliyyəti aşağı
olduqda, satış üçün təklif oluna bilər, yəni borclu
əmlakdan təsərrüfat fəaliyyətinin aparılması üçün
istifadə etmə hüququna malikdir və eyni zamanda
istər onun üçün, istərsə də kreditor üçün riskin
səviyyəsi azalır.
GĐROVLA BORC
– banklar tərəfindən açılan
və müştəriyə aid olan mal, ya da qiymətli kağızlar
(daşınan əmlaka) hüququna zəmanətlə girova
verilən kreditdir.
“GĐZLĐ (KÖLGƏ) ĐQTĐSADĐYYAT”
– 1)
məcmu məlumatlarda öz əksini tapmayan,
“ənənəvi müşahidə metodları ilə müşahidə
olunmayan” iqtisadiyyatın bir hissəsidir. Gizli
iqtisadiyyat MHS-93-də iqtisadiyyatda qanuni
fəaliyyət olmaqla aşağıdakı səbəblərə görə
məlumatların gizlədilməsi kimi başa düşülür:
gəlir, əlavə dəyər və digər vergilərini ödəməkdən
yayınma; sosial sığorta ayırmalarını ödəməkdən
yayınma; qanunvericiliklə müəyyən olunmuş
standartlarda, məsələn, əməyin ödənilməsinin
minimum əmək haqqı ilə uzlaşması, iş vaxtının
uzunluğu, təhlükəsizlik və sanitariya normalarına
uyğunluq
baxımından
yayınma;
müəyyənləşdirilmiş
inzibati
qaydalardan,
o
cümlədən statistika və digər inzibati hesabatların
doldurulmasından yayınma. Gizli iqtisadiyyat
aşağıdakı formalarda özünü göstərir: statistik
hallarda – hesabatın təqdim olunmaması, aktual
olmayan
informasiyanın
təqdim
olunması,
qeydiyyatdan keçməmək, məlumatları bilərəkdən
təhrif etmək. Statistikada gizli iqtisadiyyat termini
ilə yanaşı, müşahidə olunmayan iqtisadiyyatın
“qeyri-qanuni”, “qeyri-formal” istehsal (xidmət)
və “ev təsərrüfatlarının öz istehlakı üçün” istehsalı
da istifadə olunur. 2) qanunla qadağan olunmayan
mal və xidmətlər istehsalı ilə məşğul olan, lakin
müəyyən səbəblərə görə fəaliyyətini dövlət
orqanlarından
gizlədən
istehsal
vahidlərinin
məcmusudur. Bu vahidlər tərəfindən fəaliyyətləri
barədə məlumatların gizlədilməsi və ya təhrif
edilməsinə aşağıdakılar səbəb ola bilər:
- vergilər və sosial təminat ödəmələrindən boyun
qaçırmaq;
-
qanunvericiliklə
müəyyən
olunmuş
bəzi
standartlara (minimum əmək haqqı, iş vaxtı,
əməyin təhlükəsizliyi və sanitar normaları və s.)
riayət olunmaması;
- müəyyən inzibati proseduralardan (statistik və
digər hesabatların təqdim edilməsi) boyun
qaçırmaq.
Gizli fəaliyyət nəticəsində real və iqtisadi
əhəmiyyət kəsb edən həcmlərdə məhsul və
xidmətlər istehsal olunursa, bu fəaliyyət istehsal
sərhədlərinə daxil edilir və Milli Hesablar Sistemi
göstəricilərində nəzərə alınmalıdır.
Gizli istehsal qeyri-qanuni və qeyri-formal
istehsalla
birlikdə
müşahidə
olunmayan
iqtisadiyyatı təşkil edir.
GĐZLĐ
CĐNAYƏTKARLIQ
–
real
cinayətkarlığın
müəyyən
səbəblər
üzündən
statistikada uçota alınmayan hissəsinin qeydə
alınması üçün qəbul edilmiş şərti anlayışdır.
GÖMRÜK ANBARI
– (I) - malların, gömrük
rüsumu və vergilər ödənilmədən, həmçinin onlara
ticarət siyasəti tədbirləri tətbiq edilmədən, gömrük
nəzarəti altında olan ərazidə gömrük nəzarəti
altında
saxlanılmasından
ibarət
gömrük
qaydalarıdır.
(II) - malların saxlanıla biləcəyi, gömrük
orqanları tərəfindən bəyənilən və nəzarət olunan
istənilən yerdir. Anbarlaşdırmanın belə üsulları
aşağıdakı
malların
gömrük
anbarlarında
saxlanmasına imkan verir:
- AĐ-yə üzv ölkələrin malları hesab olunmayan,
idxal rüsumları və ya ticarət siyasəti tədbirlərinə
məruz qalmamış əmtəələr;
- AĐ-yə üzv dövlətlərin mallarıdır və bunlar üçün
AĐ-nin xüsusi qaydasında nəzərdə tutulur ki,
onların gömrük anbarlarında yerləşdirilməsi
malların ixracı ilə əlaqədar tədbirlərin tətbiq
edilməsinə səbəb olacaqdır. Müəyyən edilmiş
şərtlərlə,
mallar
gömrük
anbarlarında
yerləşdirilməməklə də gömrük qaydalarına məruz
qala bilər.
GÖMRÜK BƏYANETMƏSĐ
– xarici iqtisadi
fəaliyyəti tənzimləyən dövlət üsullarından biridir.
Gömrük sərhədindən keçirilən mallar və nəqliyyat
vasitələri və ya aid olduğu gömrük rejimi
dəyişdirilən mallar və nəqliyyat vasitələri, habelə
Azərbaycan
Respublikasının
qanunvericilik
235
aktları ilə müəyyən olunan digər hallarda mallar
və nəqliyyat vasitələri haqqında Azərbaycan
Respublikası gömrük orqanlarına verilən sənəddir.
Bəyanetmə müəyyən olunmuş formada (yazılı,
şifahi, elektron cihazlar vasitəsilə və digər
formalarda) mallar və nəqliyyat vasitələri, onların
gömrük rejimi haqqında və gömrük məqsədləri
üçün lazım olan digər dəqiq məlumatların
verilməsi yolu ilə həyata keçirilir. Gömrük
bəyanetməsində xarici ticarət əməliyyatlarının
növü, əmtəəni göndərən və alan, ödəmə valyutası,
ümumi faktura dəyəri və əmtəələrin mahiyyətini
və
valyuta
gəlirlərinin
əldə
edilməsinin
xüsusiyyətlərini açıqlayan digər məlumatlar
göstərilir. Bu və digər məlumatlar xarici ticarətin
gömrük
statistikası
üzrə
rəsmi
nəşrlərin
formalaşdırılmasını təmin edir.
Azərbaycan
Respublikasında
bəyanetmə
formasını və qaydalarını, həmçinin gömrük
məqsədləri
üçün
lazım
olan
məlumatların
siyahısını Dövlət Gömrük Komitəsi müəyyən
edir.
Mallar onların gömrük rəsmiləşdirilməsini həyata
keçirən Azərbaycan Respublikasının gömrük
orqanına bəyan edilir.
Dəniz, çay və hava gəmiləri Azərbaycan
Respublikasının gömrük ərazisində, gəldikləri su
və ya hava limanında, yaxud Azərbaycan
Respublikası gömrük ərazisindən yola düşdükləri
su və ya hava limanında bəyan edilir.
Boş nəqliyyat vasitələri və sərnişin daşıyan
nəqliyyat vasitələri Azərbaycan Respublikasının
gömrük sərhədini keçərkən bəyannamə təqdim
edirlər.
Dostları ilə paylaş: |