X12-ARĐMA
–
dəyişən
(sürüşən)
kəmiyyətlərdən
istifadə
edərək
mövsümi
kənarlaşmaların hamarlaşdırılması üzrə kompüter
proqramıdır. Sıralar ARĐMA modellərinə uyğun
olaraq
mövsümi
kənarlaşmaların
hamarlaşdırılması üzrə proqnozlaşdırılır.
“XALĐS”
- MHS-nin termini kimi iki əsas
mənaya malikdir: 1) əsas kapitalın istehlakı
nəzərə alınmır, məsələn, iqtisadiyyatın xalis gəliri,
xalis mənfəəti; 2) balanslaşdırıcı hesab edilir, yəni
əks iqtisadi faydaya malik məbləğin ondan
çıxılması yolu ilə müəyyənləşdirilir, məsələn xalis
vergilər (subsidiyalar çıxılmaqla vergilər), xalis
ixrac (idxal çıxılmaqla ixrac).
XALĐS AKTĐVLƏRĐN DƏYƏRĐ
- əgər
müəssisənin daimi fəaliyyət göstərə bilməyəcəyi
nəzərə alınarsa, xərclər çıxılmaqla aktiv və
passivlərin satışının dəyəridir.
XALĐS DAXĐLĐ MƏHSUL
- bazar qiymətləri
üzrə xalis daxili məhsul ÜDM-dən əsas kapitalın
istehlakını çıxmaq yolu ilə əldə edilir.
XALĐS DÖVRĐYYƏ
- (Avropa Đttifaqı
Şurasının 4-cü direktivinin 28-ci maddəsində
müəyyən edildiyi kimi) əmtəə və xidmətə görə
artıq ödənişlərin qaytarılması, ƏDV və dövriyyə
ilə əlaqədar olan digər vergilər çıxılmaqla, şirkətin
tipik fəaliyyətinə aid olan əmtəələrin satılması və
xidmətlərin göstərilməsindən əldə edilən gəlirlərin
məbləğindən ibarətdir.
XALĐS ƏLAVƏ DƏYƏR
- aralıq istehlakın və
əsas kapitalın istehlakının dəyəri çıxılmaqla,
məhsulun dəyəri kimi müəyyənləşdirilir.
XALĐS ĐNVESTĐSĐYALAR
- əsas fondların
amortizasiyasının
həcmindən
investisiya
çıxılmaqla, ümumi investisiyadır.
XALĐS KREDĐT VERMƏ VƏ YA BORC
ALMA
- kapitalla əməliyyatlar hesabında
balanslaşdırıcı maddədir və aşağıdakı kimi
müəyyən edilir:
a) xalis yığım üstəgəl əldə edilmiş kapital
transferlər, çıxılsın ödənilmiş kapital transferlər;
b) əsas kapitalın istehlakı, silinmiş qeyri-maliyyə
aktivləri çıxılmaqla alınmış dəyər.
XALĐS MĐLLĐ GƏLĐR
- istehsal prosesində
əldə olunmuş ilkin gəlirlərin MHS-də ümumi
kəmiyyətidir və qalan dünya ölkələri ilə qarşılıqlı
əlaqələr nəticəsində mülkiyyətdən gəlirlərin
saldosudur. Xalis milli gəlir ümumi milli gəlirdən
əsas kapitalın istehlakının çıxılması ilə bazar
qiymətləri üzrə müəyyənləşdirilir.
XALĐS REGĐSTR TUTUMU (netto)
-
gəminin kommersiya məqsədilə istismar olunan
həcmidir. Bu göstərici gəminin tam registr
tutumundan yük və sərnişin daşımaq üçün istifadə
edilə
bilməyən
hissələrini
çıxmaqla
müəyyənləşdirilir.
XALĐS SƏHVLƏR VƏ BURAXILIŞLAR
(MÜHASĐBAT
UÇOTUNDA)
-
ikili
yazmanın
nəzəri
sistemidir,
kredit
üzrə
yazmaların məbləğinin debet üzrə yazmaların
məbləğinə
bərabər
olmasını,
başqa
sözlə,
hesabların saldosunu ifadə edir. Təcrübədə,
məlumatların müxtəlif keyfiyyət üzrə fərqlənən
mənbələrindən istifadə edilməsinə uyğun olaraq,
bir sıra əməliyyatlar üzrə göstəricilər qeyri-dəqiq
müəyyənləşdirilə
bilər
və
ümumiyyətlə,
müəyyənləşdirilə bilməz. Bu ona gətirib çıxarır ki,
kredit və debet yazmalarını balanslaşdırmaq
mümkün deyildir, onlar “xalis səhvlər və
buraxılışlar” adlanan balanslaşdırıcı yazmaları
aparmaq hesabına kənarlaşdırılır. Bu yazma
müəyyən dəqiqliyi təmin edir, lakin yadda
saxlamaq lazımdır ki, kredit və debet üzrə
yazmalardakı səhvlərin özü balanslaşdırıla bilər,
buna görə də, bu yazmanın adı “xalis” terminini
özündə birləşdirir.
XALQ
– etnik mənada etnosdur.
XALQ TƏSƏRRÜFATI BALANSI (XTB)
– planlı iqtisadiyyat şəraitində, təkrar istehsalın
əsas iqtisadi göstəricilərini, artım sürətini və
proporsiyalarını əks etdirən balans cədvəlləridir.
Keçmiş SSRĐ-də ölkə üzrə XTB ilk dəfə 1923/24-
cü maliyyə ili üçün tərtib edilmişdir və 1991-ci
ilədək hazırlanmışdır. XTB aşağıdakı üç hissədən
ibarət olmuşdur: 1) ümumi məhsulun və milli
gəlirin təkrar istehsalı balansı; 2) əmək balansı; 3)
milli sərvət balansı. XTB ümumi məhsulun
istehsalı, istehlakı və yığımı balansı (toplu maddi
balansı); ümumi məhsulun və milli gəlirin
istehsalı, bölüşdürülməsi, yenidən bölüşdürülməsi
və son istehlakı balansı (yekun maliyyə balansı);
ümumi məhsulun dövriyyəsi balansı; məhsul və
xidmətlərin
istehsalı
və
bölüşdürülməsinin
sahələrarası balansı; əhali balansı (demoqrafik
balansı); əmək ehtiyatları balansı; fəhlə və
mütəxəssislərin ixtisaslı kadrlar balansı; əsas
fondlar balansı; kapital qoyuluşları balansı; əmək
və əsas fondların sahələrarası balansı; dövlətin
maliyyə ehtiyatları balansı, əhalinin pul gəlirləri
və xərcləri balansı göstəriciləri daxil edilirdi.
265
XTB-də xalq təsərrüfatı iki: istehsal (maddi
nemətlər yaradan) və qeyri-istehsal (maddi
nemətləri istehlak edən) sahələrinə bölünürdü.
Đstehsal sferasında yaradılan məhsullar bölünürdü:
maddi-əşya
forması
baxımından
istehsal
vasitələrinə
və
istehlak
mallarına;
dəyər
baxımından digər malların üzərinə keçirilmiş və
yeni yaradılmış (ödəmələr və milli gəlir) dəyərə.
Ölkənin
təsərrüfat
fəaliyyətinin
və
maddi
istehsalının son nəticəsi bütövlükdə milli gəlirin
həcmi ilə müəyyən edilirdi. Beləliklə, XTB-də
qeyri-istehsal sahəsində əhaliyə (maarif, səhiyyə,
mədəni xidmət) və cəmiyyətə göstərilən xidmətlər
(elm, idarəetmə) kənarda qalırdı. XTB-də
cədvəllər sahələr və mülkiyyət növlərinə görə
tərtib edilirdi.
Hazırda XTB əvəzinə Milli Hesablar Sistemi
(MHS) tətbiq olunur.
XAMMAL
– hasil edilmiş faydalı qazıntılar və
başqa təbii resurslar, onlardan hazırlanmış,
sonradan
yenidən
emal
edilməli
olan
materiallardır.
XAMMAL
VAHĐDĐNDƏN
ALINAN
MƏHSUL
–
hazır
məhsul
istehsalında
xammaldan
istifadənin
texniki-iqtisadi
göstəricisidir. Müəyyən növ hazır
məhsul
buraxılışının, məhsulun istehsalına sərf olunan
əsas xammalın və ya yarımfabrikatın miqdarına
olan nisbəti kimi hesablanır; xammal nə qədər
yaxşı istifadə olunarsa, xammal vahidindən alınan
məhsul bir o qədər çox, xammal sərfinin xüsusi
çəkisi isə az olar. Xammal vahidindən alınan
məhsul göstəricisi məhsul vahidinə sərf olunan
xammalın xüsusi çəki göstəricisinə tərs mütənasib
göstəricidir və bu, daha çox kənd təsərrüfatı
məhsullarının təkrar emalı sahəsində tətbiq
olunur.
Xüsusi çəki sərfi (m) adətən, maddi ehtiyatların
hər bir növünün ayrı-ayrılıqda fiziki vahidlərdə
məhsul növünün natura formasında verilən
vahidinə bölünməsi ilə, m =
g
M
düsturu ilə
hesablanır (burada M - bütün məhsul həcminin
istehsalı üçün verilən ehtiyat növünün ümumi
sərfi; g – istehsal edilmiş yararlı məhsul
vahidlərinin sayıdır). Xammal vahidindən alınan
məhsul göstəricisi (G) oxşar olaraq hesablanır və
aşağıdakı düsturla müəyyən edilir:
G =
m
1
və ya G =
M
g
Xammal vahidindən alınan məhsul göstəricisinin
dinamika əmsalı ümumi şəkildə aşağıdakı kimi
olur:
1
0
m
m
=
0
0
M
g
:
1
1
M
g
XAMMAL VƏ MATERĐALLAR
– (I) -
böyük və ya kiçik dərəcədə emala məruz qalmış,
sonradan hazır məhsulun hissəsi olacaq əşya və
maddələrdir.
(II) - mal və xidmətlərin istehsalı və əsas
fondların artırılması üçün alınmış əşya və
materiallardır.
Köməkçi
və
qablaşdırıcı
materiallar kimi istehlak olunan xammalı özündə
birləşdirir.
(III) - öz istehsalı prosesində aralıq ehtiyatlar
qismində sahibkarın istifadə üçün nəzərdə tutduğu
mallardır (yanacaq, alınmış yarımfabrikatlar və
komplektləşdirici məmulatlar, konstruksiyalar və
detallar, ehtiyat hissələri, məhsulların (malların)
qablaşdırılması və nəqli üçün taralar, tikinti
materialları, toxum və əkmək materialları, yem,
mineral gübrələr, zəhərli kimyəvi preparatlar,
biopreparatlar). Belə mallar yenidən satılmaq
üçün nəzərdə tutulmamışdır.
XAMMAL, MATERĐAL VƏ DĐGƏR
ƏMƏK ƏŞYALARININ EHTĐYATLARI-
NIN DƏYĐŞMƏSĐ
– ƏDV (əlavə dəyər vergisi)
çıxılmaqla,
alıcıların
qiymətləri
ilə
qiymətləndirilir. Bu ehtiyatlar istehsalda aralıq
məsrəflər kimi istifadə olunmaq üçün nəzərdə
tutulur. Müsbət və mənfi olan bu göstəricilər
əlavə dəyərin hesablanmasına imkan verir.
Đstehsal prosesində istifadə olunmaq üçün nəzərdə
tutulmuş məhsullar həm mal, həm də xidmətlər
kimi ola bilər.
Đstifadəçilərdə ehtiyatların dəyişməsi istehsal
vahidində olan xammal, material və digər əmək
əşyalarının bütün ehtiyatlarına bərabərdir. Belə ki,
bu ehtiyatlar iqtisadi vahidin istehsal prosesində
istifadə olunur və onlar “aralıq istehlakın”
makroiqtisadi
kateqoriyasının
bir
hissəsini
formalaşdırır.
XAMMAL, MATERĐAL, DĐGƏR ƏMƏK
ƏŞYALARI VƏ XĐDMƏTLƏRĐN ALIN-
MASI
- mülkiyyət və avadanlıqların icarəsi,
lizinq, müvəqqəti heyət və ümumilikdə şəxsi
istifadə (təhlükəsizlik xidməti, süpürgəçilər və s.)
üçün kənar təşkilatların bütün xidmətləri kimi
istehsal amillərinin təmin edilməsinə aid edilən
istehsal prosesində və xidmət göstərilməsində
istifadə olunan bütün mallar hesab edilir.
Alındığı vəziyyətdə yenidən satılmaq üçün
alınmış xammal, material, digər əşyalar və
xidmətlər bu maddədən çıxarılır və “Alındığı
vəziyyətdə yenidən satılması üçün əmtəə və
xidmətlərin alınması” başlığı altına daxil edilir.
266
Xammal, material, digər əmək əşyaları və
xidmətlərin alınması Avropa Milli Hesablar
Sistemində (AMHS) müəyyənləşdirildiyi kimi,
milli hesablar sistemində “Aralıq istehlak”
sərlövhəsi altında təsnifləşdirilir.
Xammal, material, digər əmək əşyaları və
xidmətlərin alınması “Əmtəə və xidmətlərin
alınması” göstəricisinin bir hissəsi hesab edilir.
XARĐCĐ BAZARDA ĐXRACIN PAYI
–
ölkənin dünya tələbatında ixracatının həcmidir.
XARĐCĐ BAZARDA TOPDANSATIŞ TĐ-
CARƏTĐ
– müəssisələrə o zaman xarici bazarda
topdansatış ticarət fəaliyyətli kimi baxılır ki,
onların əsas və yeganə iş fəaliyyəti aşağıdakı
fəaliyyət növlərindən biri olsun:
- əmtəənin xaricdə alınması və onların topdansatış
ticarəti müəssisəsinin yerləşdiyi ölkədə təkrar
satışı (idxal ticarət);
- əmtəələrin topdansatış ticarəti müəssisəsinin
yerləşdiyi ölkədə alınması və onların xarici
ölkələrdə təkrar satışı (ixracat);
- əmtəələrin xarici ölkələrdə alışı və təkrar satışı.
Bu zaman müəssisənin yerləşdiyi ölkədə bu
əmtəələrin sərhədi keçməsi faktı əhəmiyyət kəsb
etmir (tranzit ticarət). Təkrar satış üçün nəzərdə
tutulmuş əmtəələrin idxalı və ya əmtəələrin ixracı,
müvafiq olaraq, əmtəə alışı və ya təkrar satışının
ümumi həcminin 50%-nə bərabər və ya ondan
çoxdur.
XARĐCĐ ƏMTƏƏLƏR
– 1) xarici mənşəli
olub, müəyyən ölkə xaricində sərbəst dövriyyəyə
buraxılan əmtəələrdir; 2) Azərbaycan əmtəələri
kateqoriyasına düşməyən istənilən əmtəələrdir.
XARĐCĐ GÖMRÜK SƏRHƏDĐNDƏ NƏQ-
LĐYYAT NÖVÜ
– “fəal nəqliyyat növü” kimi
müəyyənləşdirilmiş növdür. Burada,
- ixracda əmtəələr ölkənin statistik ərazisindən
çıxarılmalıdır;
- idxalda əmtəələr ölkənin statistik ərazisinə daxil
olmalıdır.
XARĐCĐ ĐQTĐSADĐ ƏLAQƏLƏR (XARĐ-
CĐ ĐQTĐSADĐ FƏALĐYYƏT)
- dövlətin
xarici
ölkələrlə
ticarət-iqtisadi,
elmi-texniki
əməkdaşlığının,
valyuta-maliyyə
və
kredit
münasibətlərinin istiqamət, forma, üsul və
vasitələrinin məcmusudur.
XARĐCĐ ĐQTĐSADĐ ƏLAQƏ STATĐSTĐ-
KASI
– xarici ölkələrlə ticarət, xidmət, xarici
investisiya, turizm, istehsal kooperasiyaları və
valyuta
əməliyyatlarını
xarakterizə
edən
statistikadır.
XARĐCĐ
ĐQTĐSADĐ
FƏALĐYYƏTDƏ
XĐDMƏTLƏR
– istehsal prosesi ilə sıx bağlı
olan xidmətlərlə beynəlxalq ticarətdir. Belə ki,
xidmətin istehsalı prosesi azı iki tərəfin –
rezidentlərin və qeyri-rezidentlərin iştirakını
nəzərdə tutur. Xidmətin fərqləndirici cəhəti
istehsal və istehlak arasında qarşılıqlı əlaqə hesab
edilir. Bu onu göstərir ki, yeni yaradılan xidmət
sonrakı istehlak üçün saxlanıla bilməz.
Beynəlxalq xidmətin əsas növlərinə aşağıdakılar
daxildir: nəqliyyat və turist xidmətləri (səfərlər),
rabitə xidmətləri, tikinti xidmətləri, sığorta və
maliyyə xidmətləri, kompüter və informasiya
xidmətləri, lizinq mükafatlandırılması və digər
işgüzar xidmətlər, mədəniyyət və istirahət
sahələrində xidmətlər, təhsil xidmətləri, hüquq və
mühasibat xidmətləri, dövlət xidmətləri və
göstərilənlərə daxil olmayan digər növ xidmətlər.
XARĐCĐ
ĐNVESTĐSĐYALAR
–
xarici
investorların gəlir əldə etmək məqsədi ilə
sahibkarlıq və digər fəaliyyət növləri obyektlərinə
qoyduqları bütün növ əmlak və intellektual
dəyərlərdir. Xarici fiziki və hüquqi şəxslər,
dövlətlər, beynəlxalq təşkilatlar xarici investor ola
bilərlər. Xarici investisiyalar birbaşa, portfel və
sair investisiyalara bölünür.
XARĐCĐ ĐNVESTORLAR
– hər hansı bir
ölkədə, yerləşdikləri ölkənin qanunvericiliyinə
əsasən investisiyalar həyata keçirən ölkələrin
xarici fiziki şəxsləri, həmçinin dövlət və
beynəlxalq təşkilatlarıdır.
XARĐCĐ KREDĐT
– borc kapitalının valyuta və
əmtəə resurslarının qaytarılma, müddətlilik və
faizlərin ödənilməsi şərtləri ilə müvəqqəti
istifadəyə verilməsi ilə bağlı beynəlxalq iqtisadi
münasibətlər sahəsindəki hərəkətidir.
XARĐCĐ
MĐQRASĐYA
-
“Beynəlxalq
miqrasiya”ya bax.
XARĐCĐ
MÜLKĐYYƏT
–
beynəlxalq
təşkilatların, xarici dövlətlərin, xarici hüquqi
şəxslərin, xarici vətəndaşların və vətəndaşlığı
olmayan şəxslərin mülkiyyətidir.
XARĐCĐ PORTFEL ĐNVESTĐSĐYALARI
– səhmlərə investisiyaların qoyulması, digər
qiymətli kağızlar və onların birbaşa investisiyalara
daxil olmayan, “portfel investisiya”nı təşkil edən
törəmə
maliyyələridir.
Qiymətli
kağızlara
267
səhmlərdən başqa istiqrazlar, bonlar (pul və s.
almaq üçün kredit kağızı), veksellər, köçürülmüş
depozit sertifikatları, imtiyazlı səhmlər, bank
akseptləri (pul sənədinin ödənməsinə razılıq
haqqında qeyd) və bazar borc qəbzləri aid edilir.
XARĐCĐ TĐCARƏT
– ixrac və idxaldan ibarət
ölkələrarası ticarətdir. Xarici-ticarət maliyyə
əməliyyatları müəssisə və təşkilatlar tərəfindən
sərbəst keçirilir, silah və strateji xammal ticarəti
isə dövlətin səlahiyyətində qalır.
XARĐCĐ TĐCARƏT BALANSI
– digər
ölkələrlə ixrac və idxalın həcmini əks etdirən
sənəddir. Đxracın həcmi idxalın həcmindən çox
olduqda, xarici ticarət balansı aktiv, əksinə
olduqda isə passiv sayılır.
XARĐCĐ TĐCARƏT QĐYMƏTĐ
– idxal və
ixrac məhsullarının satış qiymətidir. Onun
formalaşdırılmasında dünya qiymətinin səviyyəsi
və bazarın konkret seqmentində qiymət səviyyəsi,
rəqiblərin təklif etdikləri məhsulların satış şərtləri,
satışın həcmi, əmtəələrin çatdırılması vaxtı, onun
yenilikləri və keyfiyyəti nəzərə alınır. Xarici
ticarət təcrübəsində məhsulların satışının müxtəlif
variantları yayılmışdır ki, bu da mal göndərmə
(göndərmə, təyinat və s. məntəqələr) şərtlərindən
fərqlənir.
Vergilərin
ödənilməsi,
əmtəələrin
sığortalanması və nəqliyyat xərclərinin ödənməsi
sövdələşmənin şərtləri ilə müəyyən edilir.
XARĐCĐ TĐCARƏT MÜQAVĐLƏSĐ (SA-
ZĐŞĐ)
– tərəflərdən biri (kontragent) xarici hüquqi
şəxs olan və həm alıcı (idxalçı), həm də satıcı
(ixracatçı) tərəfindən imzalanan müqavilədir
(sazişdir). Müqavilədə mal, xidmət və s.
mübadiləsi
üzrə
idxal-ixrac
əməliyyatları
sahəsində tərəflərin (kontragentlərin) müəyyən
hüquq
və
vəzifələri
müəyyənləşdirilir.
Müqavilənin əsas şərti əmtəənin mülkiyyət
hüququnun satıcıdan alıcıya keçməsidir.
XARĐCĐ TĐCARƏT ÜZRƏ GÖMRÜK
STATĐSTĐKASININ
METODOLOGĐ-
YASI
–
ölkənin
xarici
ticarətinə
dair
məlumatların kontragent-ölkələrin məlumatları ilə
müqayisəliliyini təmin etmək məqsədilə tətbiq
edilən, xarici ticarət üzrə statistik göstəricilərin
unifikasiyası, onların hesablanması metodları,
təsnifat və siyahılarına dair materiallardır. Bu
metodologiya Gömrük Əsasnaməsi və “Gömrük
tarifləri barədə” ölkənin qanunvericilik aktlarına
əsaslanır, ölkənin bu sahədə qanunvericilik
aktlarında BMT-nin Statistika Komissiyasının
təklifləri və AĐ Statistika Bürosunun “Xarici
ticarət
statistikası
üzrə
istifadəçilər
üçün
tövsiyə”ləri nəzərə alınmışdır. Metodologiyada
xarici ticarətin gömrük statistikasının uçot
obyektləri və onların, o cümlədən boru kəmərləri
ilə nəql edilən və elektrik ötürücüləri vasitəsilə
ötürülən malların (əmtəələrin) uçotu qaydalarını
müəyyənləşdirir. Bütün idxal olunan və ölkədən
ixrac edilən malların uçotunun əsas prinsipləri
gömrük
rejimi
ilə
müəyyənləşdirilir.
Metodologiyada həmçinin kontragent-ölkənin,
malların uçotu anlarının, malların statistik
dəyərinin,
malların
təsnifatının
və
s.
müəyyənləşdirilməsi prinsipləri də verilir. Xarici
ticarətin gömrük statistikasında malların idxal və
ixracının uçotu ticarətin uçotunun ümumi sistemi
əsasında aparılır. Materiallarda istifadə edilən
göstəricilərin eyni qaydada şərh edilməsinin təmin
olunmasına dünya təcrübəsində və özündə əsas
gömrük
rejimi
anlayışlarını
əks
etdirən
Azərbaycan
Respublikasının
Gömrük
Məcəlləsində verilmiş termin və anlayışların
köməyi ilə nail olunur.
Dostları ilə paylaş: |