HƏRƏKƏTDƏ
OLAN
(KƏFKĐRLĐ,
MÜTƏRƏDDĐD) MĐQRASĐYA
- əhalinin
müntəzəm olaraq bir yaşayış məntəqəsindən
digərinə işə və ya təhsil almağa getməsi və geriyə
hərəkətidir. Müntəzəmlik əmək fəaliyyəti və ya
təhsil rejiminə uyğun gəlir. Hərəkətdə olan
miqrasiya urbanizasiya şəraitində inkişaf etməyə
başlamışdır. Hərəkətdə olan miqrasiyanın əsas
istiqamətləri kənddən şəhərə, kiçik şəhərlərdən iri
şəhərlərə hərəkətlərdən ibarətdir. Hərəkətdə olan
miqrasiya ən çox iri şəhərlərin şəhərətrafı
zonalarında
və
şəhərlərə
toplaşmalarda
(aqlomerasiyalarda),
orta
və
kiçik
şəhər
məntəqələrində
(zonalarında),
urbanizasiya
ərazilərinin kənd yerlərində müşahidə olunur.
Ümumilikdə, şəhərlərin şəhərətrafı rayonlarında
hərəkətdə olan miqrasiyanın sabit zonaları
formalaşır ki, onun da əsas şərti nəqliyyatın
inkişafıdır.
Hərəkətdə olan miqrasiya şəhərlərdə əmək
ehtiyatlarının formalaşmasının əsas mənbəyi
hesab edilir və o iş yerinin, peşə təhsilinin
seçilməsində eyni dərəcəli şərait yaradır. O,
əhalinin səfərbərliyinə, dəyişkənliyinə, kənd
sakinlərinin sosial quruluşunun dəyişməsinə və
şəhər həyat tərzinin yayılmasına təsir göstərir.
Bununla yanaşı, iqtisadi, nəqliyyat və sosial
nöqteyi-nəzərindən, müəyyən mənfi cəhətlərə
malikdir, xüsusən yola vaxt sərfi nəzərəçarpacaq
dərəcədə yüksək olur.
Hərəkətdə olan miqrasiya üzrə saldo (qalıq)
müəyyən regiona gələnlərlə həmin regiondan
digər regionlara gedənlər arasındakı fərq kimi
müəyyənləşdirilir. Əmək ehtiyatları balansının
qurulmasında tətbiq edilir. Onun köməyi ilə
əhalinin yaşayış yeri üzrə, iş yeri üzrə
qeydiyyatdan irəli gələn məsuliyyət balansın
ehtiyat
və
bölünmə
hissələri
arasındakı
uyğunsuzluqlar aradan qaldırılır.
HƏRƏKƏTĐN SIXLIĞI
– gün ərzində, orta
hesabla, əlaqə yolları şəbəkəsi bölməsindən bir və
ya
hər
iki istiqamətdə
keçmiş
nəqliyyat
vahidlərinin
sayıdır.
Hərəkətin
intensivlik
(gərginlik) göstəricisi kimi xarakterizə olunur.
Bölmələrin məcmusu üçün bölmələrin hərəkətinin
255
sıxlığının qiymətinin orta kəmiyyəti, onların
uzunluğu nəzərə alınmaqla, qatarların (gəmilərin,
avtomobillərin) hərəkətdə olma məsafəsinin
bölmələrin istismar uzunluğuna və hesabat
dövründəki
günlərin
sayına
nisbəti
kimi
hesablanır.
HƏRƏKƏTĐN TƏHLÜKƏSĐZLĐYĐ
- dövlət
hakimiyyəti
və
yerli
özünü
idarəetmə
orqanlarının,
müəssisələrin,
idarələrin
və
vətəndaşların fəaliyyətinə aid olan, daşınma
əməliyyatları prosesində nəqliyyatın fasiləsiz
işləməsinə və qəza vəziyyətlərinin yaranmasına
yol verilməməsinə, həmçinin mümkün qəzaların
nəticələrinin azaldılmasına yönəldilmiş kompleks
şəraitdir.
Hərəkətin
təhlükəsizliyi
vəziyyəti
nəqliyyat hadisələrinin sayı, onlarda ölənlərin və
yaralananların, korlanmış nəqliyyat vasitələrinin
sayı və s. göstəricilərlə xarakterizə olunur.
HƏRRAC
(AUKSĐON)
–
əvvəlcədən
qoyulmuş hər hansı bir şərt olmadan müəssisənin,
əmlakın, qiymətli kağızların və s. qabaqcadan
müəyyən edilmiş vaxtda və qabaqcadan təyin
edilmiş yerdə açıq satışıdır. Satışa çıxarılan
“obyekt” ən yüksək qiymət təklif edən tərəfindən
əldə edilir.
HƏRRAC
(AUKSĐON)
QĐYMƏTĐ
–
hərracın aparılmasında əmtəənin qeydə alınmış
rəsmi qiymətidir. Bazar qiymətindən əhəmiyyətli
dərəcədə fərqlənə bilər, belə ki, əmtəənin nadir, az
rast gəlinən xüsusiyyətlərini və əlamətlərini əks
etdirir. Hərrac qiyməti hərrac edənin ustalığından
əhəmiyyətli dərəcədə asılıdır.
HƏYAT POTENSĐALI
– müəyyən yaşda
şəxsin, yaxud şəxslər qrupunun gələcək ömür
yaşlarının sayıdır; ölüm cədvəlləri əsasında yaşlar
üzrə ölümün həmin səviyyəsini saxlamaq şərti ilə
hesablanır. Potensial demoqrafiyanın mərkəzi
anlayışı və əsas ümumiləşdirilmiş göstəricisidir.
Adam-il ilə ölçülür; “nəslin əmək potensialı”
anlayışı ilə qarşılıqlı bağlıdır.
Dəqiq x yaşda şəxsin bu yaşda orta ömür
uzunluğu ilə müəyyən edilir. Şəxsin x, x+1
intervalında orta həyat potensialı x və x+1
arasındakı yaşlarda olan bütün şəxslərin həyat
potensialından orta kəmiyyətdir. Əhalinin məcmu
həyat potensialı bütün yaşayanların həyat
potensialının cəmi ilə müəyyən edilir; həyat
potensialının artımı - əsasən doğulanların və
gələnlərin sayı ilə, azalması – ölənlərin və
gedənlərin sayı ilə müəyyən edilir. Bir şəxs üçün
orta kəmiyyət kimi hesablanan həyat potensialı
tək (fərdi) həyat potensialı adlanır. Fərdin, yaxud
şəxslər qrupunun gələcək ömür illərinin ümumi
sayı ümumi, yaxud tam həyat potensialıdır və onu
xüsusi, yaxud qismi həyat potensialına bölmək
olur.
Şəxslər qrupunun m-dən M-dək yaşda bütün
gələcək ömrünün (son w yaşa çatanadək) həyat
potensialı (V) bərabərdir:
∑
−
+
+
⋅
=
1
1
2
)
,
0
;
,
(
M
m
x
x
x
e
e
P
w
M
m
V
burada P
x
– x yaşda olan şəxslərin sayı, e
x
–
gələcək ömrün orta uzunluğudur.
m-dən M-dək yaşda olan əhalinin n-dən N-dək
gələcək ömrü dövrünün həyat potensialına
bərabərdir:
(
) (
)
(
)
∑
−
+
+
⋅
−
=
1
1
2
1
,
;
,
M
m
x
x
x
N
N
n
n
l
l
P
e
l
e
l
N
n
M
m
V
m-dən M-dək yaşda olan şəxslər qrupunun həmin
dövrə, yəni m-dən M-dək qismi potensialı
bərabərdir:
(
)
(
)
(
)
=
−
=
w
M
M
m
V
w
M
m
V
M
m
M
m
V
,
;
,
,
0
;
,
,
;
,
=
(
)
∑
∑
−
+
−
+
+
−
+
⋅
1
1
2
1
1
1
2
M
m
x
x
x
M
M
M
m
x
x
x
l
l
P
e
l
e
e
P
burada l
x
– ölüm cədvəlində x yaşadək sağ
qalanların sayıdır.
Müəyyən qrup əhalinin həyat potensialı onun
tərkibinə daxil olan şəxslərin sayından, qrupun
yaş üzrə strukturundan və ayrı-ayrı yaşlar üçün
(tam və ya natamam – hansı potensialın tədqiq
olunduğundan
asılı)
gələcək
ömrün
orta
uzunluğundan asılıdır.
Əhali qrupunun həyat potensialının dəyişməsi
doğulanların və ölənlərin sayı ilə, yaş üzrə
ölənlərin strukturu, ayrı-ayrı yaş qrupları üçün
gələcək ömrün orta uzunluğunun dinamikası,
əhalinin qocalması, həmçinin gələnlərin və
gedənlərin sayı və onların yaş strukturu ilə
müəyyən edilir.
HƏYAT SƏVĐYYƏSĐ
– ayrıca ölkənin, yaxud
ərazinin vətəndaşları və ya sosial qruplarının rifah
halını və həyatının keyfiyyətini xarakterizə edən
kompleks göstəricidir.
Əhalinin rifah halı əhali gəlirlərinin səviyyəsi,
toplanmış maddi əmlak (mənzil, məişət texnikası
əşyaları daxil olmaqla) və dövlət tərəfindən
pulsuz göstərilən (təhsil, tibbi xidmət və s.) sosial
xidmətlərin sayı ilə müəyyən edilir.
Həyat səviyyəsini müəyyən etmək üçün müxtəlif
metodikalardan, məsələn, minimum istehlak
büdcələri sistemindən (fizioloji, yaşayış və sosial
minimumlar) istifadə olunur, onların köməyi ilə
müvafiq həddən (kasıblıq, yoxsulluq və s.) aşağı
səviyyədə yaşayan şəxslərin payı, yaxud ailə
büdcələrinin statistik müşahidəsi ilə müəyyən
256
olunur. Müxtəlif ölkələrdə iqtisadi inkişaf
dərəcəsindən asılı olaraq, bu göstərici çox və ya
az sosial yükü (minimum gəlirin əlavə sosial
tələbatları ödəmək qabiliyyətini, adətən, mühüm
tələbatların məhdud dairəsi) özündə daşıyır. Həyat
səviyyəsini
daha
dolğun
müəyyən
etmək
məqsədilə əhalinin müəyyən əmtəə növləri (bir
insanın il ərzində istehlak etdiyi ətin miqdarı və
s.), yaxud xidmətləri (min nəfərə düşən xəstəxana
çarpayılarının sayı) ilə təmin olunmasının statistik
göstəricisi də tətbiq olunur.
Bir çox inkişaf etmiş ölkələrin həyat səviyyəsinə
dair əsas vəzifə ayrı-ayrı əhali kateqoriyaları üçün
onun lazımi səviyyədə saxlanmasıdır. Bu əhali
kateqoriyasına əhalinin əmək qabiliyyəti olmayan
qrupları, yaxud gəlir səviyyəsini öz əməyi ilə
kifayət qədər təmin etməyə imkanı olmayan
şəxslər aiddir. Bu halda müxtəlif sosial təminat
sistemləri – əlillərə, işsizlərə, uşaqlı qadınlara
müavinətlər, pensiyalar, maddi yardım, vergi
güzəştləri tətbiq olunur.
Əmək qabiliyyətli əhalinin həyat səviyyəsinin
ümumi dövlət müdafiə sisteminə, inflyasiya
səviyyəsindən
asılı
olaraq,
gəlirlərin
indeksasiyası, yaxud ölkə iqtisadiyyatı və
maliyyənin stabilləşməsinə yönələn siyasətin
aparılması daxildir. Əhalinin sahibkarlıqla məşğul
olan
təbəqəsinin
həyat
səviyyəsinin
əsas
tənzimləmə üsulu – vergi siyasətidir. Bu siyasət
gəlirlərdə diferensiasiyanı ya artıra, ya da onu
tarazlaşdıra bilər.
HƏYAT SIĞORTASI
– aşağıdakı hallarda
sığorta ödənişi üzrə sığortaçının vəzifələrini
nəzərdə
tutan
şəxsi
sığorta
növlərinin
məcmusudur:
sığorta
olunanın
sığorta
müddətinədək və ya onun sığorta müqaviləsində
müəyyən
olunan
yaşınadək
yaşaması,
sığortalananın ölümü, həmçinin sığorta olunana
sığorta müqaviləsində nəzərdə tutulan hallarda
pensiyanın (rentanın) ödənilməsi üzrə (“Sığorta
müqaviləsi”nə
bax)
(sığorta
müqaviləsinin
müddətinin qurtarması, sığorta olunanın müəyyən
yaşa çatması, ailəni dolandıranın ölməsi, əmək
qabiliyyətinin daimi itirilməsi, sığortanın qüvvədə
olduğu dövrdə cari ödənişlər (annuitetlər) və s.).
Həyat sığortası müqavilələri bir ildən az olmamaq
şərti ilə bağlanır.
HƏYATDA SAĞ QALMA FUNKSĐYASI
–
ömür prosesinin kəmiyyət xarakteristikasıdır və
funksiya elə ehtimala bərabərdir ki, yeni
doğulmuş uşaq hər hansı dəqiq x-yaşadək sağ
qalacaq, burada x – istənilən həqiqi rəqəmdir.
Demoqrafiya ədəbiyyatında, adətən, l(x) kimi
işarələnir. X-arqumentin tam qiymətinə müvafiq
olan həyatda sağ qalma funksiyası qiymətləri
ölüm cədvəllərində (sağ qalanların sayı) verilir, bu
zaman ömür ehtimalı 1000, 10 000, yaxud
100 000-ə bərabər olan cədvəlin kökünə vurulur.
Həyatda sağ qalma funksiyası əhalinin təkrar
istehsalının riyazi modelləri sahəsində tətbiq
olunur, burada həyatda sağ qalma funksiyası
ölümün əsas xarakteristikası kimi istifadə olunur.
Kəsilməz həyatda sağ qalma funksiyası əsasən
modellərdən istifadə edir və burada nəzərdə
tutulur ki, l(x) x-dən olan kəsilməz və
diferensiasiyalanan
funksiyadır.
Determinist
modellərdə hər hansı x-yaşına sağ qalma ehtimalı
və bu yaşa çatmış şəxslərin payı üst-üstə düşür.
Bundan çıxış edərək, həyatda sağ qalma
funksiyası əhalinin təkrar istehsalının inteqral
tənliyində doğulanların sayı əsasında müəyyən yaş
intervalında yaşayanların sayını müəyyən etmək
üçün istifadə olunur.
Həyatda sağ qalma funksiyası üçün universal
riyazi düsturu tapmaq üçün bir neçə cəhdlər
edilmişdir, lakin riyazi modellərin qurulması
əsasında həyatda sağ qalma funksiyası daha geniş
yayılmışdır. Həyatda sağ qalma funksiyası
əsasında bir sıra digər ölüm xarakteristikaları
hesablanır. Belə ki, ölümün gücü (x) həyatda sağ
qalma
funksiyasının
loqarifmin
törəməsinə
bərabərdir:
)
(
1
)
(
x
nl
dx
d
x
−
=
µ
x-yaşa gözlənilən ömür uzunluğu aşağıdakı kimi
hesablanır:
∫
∞
=
x
x
dx
x
l
x
l
e
)
(
)
(
1
yeni doğulanlar üçün müvafiq göstərici əyrinin
altında olan sahəyə bərabərdir l(x).
HƏYATĐLĐK ĐNDEKSĐ
– müəyyən vaxt
ərzində, adətən bir ildə, doğulanların sayının
ölənlərin sayına nisbəti, demoqrafik indekslərdən
biridir. Əhalinin müsbət təbii artımı zamanı
həyatilik indeksi birdən çox, mənfidə isə birdən
azdır. Hesablanması üçün əhalinin sayı haqqında
məlumat tələb etməyən nəsillərin təzələnməsinin
şərti ölçüsü kimi, XIX əsrin ikinci yarısında
yayılmağa başlamışdı. Rusiyada həyatilik indeksi
(“yaşamaq
qabiliyyəti
əmsalı”)
birinci
V.Đ.Pokrovski (1897), Amerikada R.Pirl tətbiq
etmişdi.
Əhalinin
sayı
haqqında
düzgün
məlumatların meydana çıxması ilə əhalinin təkrar
istehsalı ölçüsü kimi həyatilik indeksi əvvəl
əhalinin təbii artımı əmsalı ilə, sonralar əhalinin
yaş tərkibindən asılı olmayan digər göstəricilərlə,
məsələn, əhalinin təkrar istehsalının netto-əmsalı
ilə sıxışdırıldı. Müasir tədqiqatlarda həyatilik
indeksi demək olar ki, tətbiq olunmur.
257
HƏYATIN KEYFĐYYƏTĐ
– (I) əhalinin
həyat səviyyəsi və şəraitinin xarakteristikasıdır.
Müəyyən ərazinin, yaxud dövlətin əhalisinin
həyat keyfiyyəti bir sıra iqtisadi, sosial,
demoqrafik, ekoloji, coğrafi, siyasi və mənəvi
amilləri ilə müəyyən edilir. Obyektiv amillər
sırasında qida məhsullarının istehsalı, mənzil
şəraiti, məşğulluq, xidmət sahəsinin inkişafı,
təhsil, sosial təminat səviyyəsi və s. subyektiv
amillər sırasında – iş və həyat şəraiti, fərdin sosial
statusu, ailənin vəziyyəti və s. göstərilə bilər.
Ölkələrin çoxu BMT ekspertlərinin (1961)
hazırladığı əhalinin keyfiyyət və həyat səviyyəsi
göstəricilərinin təsnifatından istifadə edir. Belə ki,
BMT-nin Avropa Đqtisadi Komissiyasının təsnifatı
həyatın keyfiyyətini 8 qrup göstəricilərinə ayırır.
Əgər 60-cı illərin sonu – 70-ci illərin əvvəlində
işlənmiş həyatın keyfiyyətinin Đsveç modelində
birinci yerdə əmək və onun şərtləri, insanın
iqtisadi və siyasi imkanları dururdusa, hazırda
bütün ölkələrə (o cümlədən inkişafda olan)
yayılan BMT-nin təsnifatında ərzaq (qida)
məhsullarının
istehlakı,
əhalinin
sağlamlıq
vəziyyəti, təhsil səviyyəsi durur. Ölkələrarası
müqayisələri aparmağa imkan verən həyatın
səviyyəsinin və həyatın keyfiyyətinin vacib
göstəricilərinə körpə ölümü əmsalı, həmçinin
əhalinin qida rasionunun strukturu aiddir. Həyatın
keyfiyyəti xarakteristikasında Đqtisadi Əməkdaşlıq
və Đnkişaf Təşkilatı tərəfindən işlənib hazırlanmış
sosial göstəricilər sisteminin böyük əhəmiyyəti
var və o həyat fəaliyyətinin 8 əsas aspektini:
sağlamlıq və əmək həyatının keyfiyyətini, boş
vaxt və istirahəti, istehlak əmtəə və xidmətlər
bazarının,
ətraf
mühitin
vəziyyətini, şəxsi
təhlükəsizliyi, sosial imkanları və sosial fəallığı
əhatə edir.
Həyatın keyfiyyətinin artması uzun müddət
istifadədə
olan
malların
(məsələn,
məişət
texnikası) istehlakının artımında, bunun hesabına
vaxtın və ev əməyinə məsrəflərin qənaətində, boş
vaxtın genişlənməsində, xidmətlərə, istirahətə,
mədəni istirahətə, turizmə və səyahətlərə xərclərin
artımında əksini tapır. Həyatın keyfiyyəti əhalinin
məlumatlanma səviyyəsindən və informasiyaya
çatmasının mümkünlüyündən, vətəndaş və siyasi
azadlıqlar səviyyəsindən və s. asılıdır.
(II) - şəxsiyyətin mövcudluğu, inkişaf səviyyəsi
və insanların tələblərinin və maraqlarının bütün
kompleksinin ödənilməsi dərəcəsi üçün, bütün
mövcud olanları birləşdirən mürəkkəb sintetik
kateqoriyadır. Bu kateqoriyanın komponentlərinə
mal və xidmətlər, gəlirlər, yığımlar, mənəvi
tələblər, şəxsi təhlükəsizlik və sosial rahatlığın
digər atributları, həmçinin ekoloji vəziyyət aid
edilir.
HĐMAYƏDƏ OLANLAR
– digər şəxsin
himayəsində
olan
və
ya
ondan,
özünün
yaşamasının əsas vəsait mənbəyi hesab edilən,
daimi yardım alan şəxslərdir. Əgər himayədə olan
şəxslərin əsas və daimi vəsait mənbəyi digər
şəxslərin yardımı hesab olunursa, bu zaman
pensiya və təqaüdlərin alınması və yaxud müstəqil
olaraq əldə etdikləri gəlir bu şəxslərin himayədə
olanlar kimi tanınmasına maneə (əngəl) kimi
xidmət edə bilməz. Əhalinin siyahıyaalınması
zamanı
himayədə
olanlar
yaşama
vəsaiti
mənbəyindən asılı olaraq, ayrıca qrup kimi nəzərə
alınır.
HĐPERĐNFLYASĐYA
– ölkənin aşağıdakı
göstəricilərini əks etdirən iqtisadi vəziyyətdir:
- alış və satış üzrə ticarət əməliyyatları kreditin
verildiyi bütün müddət ərzində (verilən müddət
davamiyyətli olmasa da) alıcılıq qabiliyyətinin
gözlənilən azalmasını nəzərə alan qiymətlərlə
həyata keçirilir;
- əhali öz pullarını nisbətən sabit xarici valyutada
saxlamağa üstünlük verir;
- tarif faizləri, əmək haqqı və qiymətlər qiymət
indekslərindən asılı olur;
- son üç ildə inflyasiyanın ümumi səviyyəsi
100%-i aşır.
HĐPERMARKET VƏ YA SUPERMAR-
KET
– ərzaq və qeyri-ərzaq mallarının geniş
çeşidini təklif edən, maşınlar üçün dayanacaq yeri
və müəyyən iri ticarət meydanına malik olan
özünəxidmət
formasında
pərakəndə
satış
obyektləridir (dükanlarıdır) (Məsələn, Belçika,
Danimarka,
Đspaniya,
Yunanıstan,
Đtaliya,
Lüksemburq, Hollandiya, Portuqaliyada ticarət
meydanlarının sahəsi 2500 kv. m. və ya daha çox;
Almaniyada 1500 kv. metrdən – 4999 kv.
metrədək, iri supermarketlərin sahəsi 5000 kv.
metr və ya daha çox; Đrlandiya, Böyük
Britaniyada 2323 kv. m. və daha çoxdur).
Qitədə yerləşən hipermarketlərdən fərqli olaraq,
Đrlandiya
və
Böyük
Britaniyadakı
super-
marketlərdə qeyri-ərzaq mallarının çox kiçik
seksiyaları mövcuddur.
Dostları ilə paylaş: |