A. M. Vəliyev Elmi redaktorlar: R. A. Səlimov, S. A. Sadıqova, T.Ə. Paşayev



Yüklə 17,41 Mb.
Pdf görüntüsü
səhifə92/182
tarix21.04.2017
ölçüsü17,41 Mb.
#14975
1   ...   88   89   90   91   92   93   94   95   ...   182

 

KƏND  TƏSƏRRÜFATI  ĐSTEHSALININ 

MEXANĐKLƏŞDĐRĐLMƏSĐ

 



əsas 

(texnoloji)  işlərin  yerinə  yetirilməsi  üçün  maşın, 

mexanizm  və  avadanlıqların  istehsalda  tətbiqi 

prosesidir. 

Statistika 

təcrübəsində 



işlərin 

mexanikləşdirilməsi 

səviyyəsi 

hesablanır. 

Bitkiçilikdə  bu  göstərici  maşınlarla  yerinə 

yetirilmiş müəyyən növ işin həcminin, həmin növ 

işin (tərəvəz, kartof, şəkər çuğunduru və s. yığımı) 

ümumi 


həcminə 

nisbəti 


kimi 

hesablanır; 

heyvandarlıqda  -  konkret  növ  işlərin  (suyun 

verilməsi,  yemin  paylanması,  tövlənin  (yerin) 

təmizlənməsi 

və 


s.) 

mexanikləşdirildiyi 

fermalarda və komplekslərdə olan mal-qaranın bu 

növdən  olan  mal-qaranın  ümumi  sayında  payı 

kimi  tapılır;  Heyvandarlıqda  mexanikləşdirmə 

səviyyəsinin 

müəyyənləşdirilməsində 

ümumiləşdirici 

göstərici 

suyun 


verilməsi, 

yemlərin 

paylanması, 

tövlənin 

peyindən 

təmizlənməsi 

kimi 

işlərin 


eyni 

vaxtda 


mexanikləşdirilməsi  daxil  olan  fermalarda  və 

komplekslərdə 

işlərin 

kompleks 

mexanikləşdirilməsi  hesab edilir;  göstərilənlərdən 

əlavə, bu göstəricilərə inək  tövlələrində inəklərin 

sağılması, 

yumurtlayan 

toyuqlar 

üçün 


isə 

yumurtaların 

yığılması 

daxildir. 



Əməyin 

mexanikləşdirilməsi  səviyyəsi  mexanikləşdirilmiş 

əmək sərfinin ümumi əl işi və mexanikləşdirilmiş 

əmək sərfinə olan nisbəti kimi hesablanır.  

 

KƏND  TƏSƏRRÜFATI  MƏHSULLARI-

NIN 

BURAXILIŞI

 

– 

kənd 


təsərrüfatı 

bitkilərinin 

becərilməsi, 

kənd 


təsərrüfatı 

heyvanlarının, quşların, dovşanların, arıların, ipək 

qurdlarının 

və 


xəz 

dərili 


heyvanların 

yetişdirilməsindən  alınan  məhsulların,  həmçinin 

bu 

məqsədlər 



üzrə 

göstərilən 

aqrotexniki, 

zootexniki, baytarlıq, meliorasiya və su təsərrüfatı 

təşkilatları 

xidmətlərinin 

dəyəridir. 

Bazar 


məqsədləri və ya istehsalçının öz tələbatını (şəxsi 

istehlaka,  toxuma,  yemə  və  s.  məsrəflər)    təmin 

etmək  üçün  nəzərdə  tutulur.  Kənd  təsərrüfatı 

məhsullarının  buraxılışı  qismən  aşağıdakı  kimi 

qiymətləndirilir: bazar məhsulları  satışının faktiki 

qiymətləri  üzrə;  qeyri-bazar  məhsulları  –  oxşar 

bazar məhsullarının əsas qiymətləri və ya istehsal 

olunmuş məhsulun maya dəyəri üzrə.  

Kənd 

təsərrüfatı 



məhsulları 

buraxılışının 

tərkibindəki  xidmətlər,    onların  faktiki  ödənişləri 

ilə,  bu  xidmətlər  pulsuz  göstərildikdə  isə  xərclər 

üzrə qiymətləndirilir. 

 

KƏND  TƏSƏRRÜFATI  MƏHSULLARI-



NIN  ĐSTEHSAL  ĐNDEKSĐ

  –  hesablanarkən 

keçən  ilin  müqayisəli  qiymətləri  ilə  onun  həcm 

göstəricilərindən  istifadə  edilir.  Kənd  təsərrüfatı 

məhsullarının  istehsal  indeksi  müqayisə  edilən 

dövrlərdə 

istehsal 

olunan 


bitkiçilik 

və 


heyvandarlıq məhsullarının kütləsinin dəyişməsini 

xarakterizə edən nisbi göstəricidir. 

 

KƏND  TƏSƏRRÜFATI  MƏHSULLARI-

NIN  SATIŞ  QĐYMƏTĐ

  –  kənd  təsərrüfatı 

müəssisələri  və  təşkilatlarının  istehsal  etdikləri 

kənd  təsərrüfatı  məhsullarını  satdıqları  qiymətdir. 

Belə  qiymətlərlə  müqavilələr  əsasında  tədarüklə 

məşğul  olan  təşkilatlar  icarədarlarla,  fərdi 

təşkilatlar, 

ailə 

kəndli 


təsərrüfatları 

ilə 


hesablaşmaları  həyata  keçirirlər.  1992-ci  ildən 

satış  qiymətləri  sərbəstdir  və  tərəflərin  razılığına 

əsasən müəyyən edilir. 

Onların  quruluşu  məhsulların  istehsalına  xərcləri 

və  tələb  və  təklifin  təsiri  altında  əmələ  gəlmiş 

mənfəəti  nəzərə  alır.  Satış  qiymətləri  kənd 

təsərrüfatı  xammalından  hazırlanan  yüngül  və 

yeyinti məhsullarının pərakəndə qiymətləri ilə sıx 

bağlıdır; onların səviyyəsinə kənd təsərrüfatı üçün 

satılan  sənaye  məhsullarının  (texnika,  gübrə, 

bitkilərin 

qorunmasının 

kimyəvi 

vasitələri, 

elektrik enerjisi, yanacaq-sürtgü materialları və s.) 

topdansatış qiymətləri də təsir göstərir.  

 

KƏND  TƏSƏRRÜFATI  MƏHSULLARI-

NIN  SATIŞI

  –  bilavasitə  kənd  təsərrüfatı 

mallarının istehsalçıları tərəfindən məhsulun satışı 

prosesidir.  Satılmış  məhsula  həm  məbləği  faktiki 

ödənilən  yüklənmiş  (buraxılmış)  məhsul,  həm  də 

ödənişi  müəssisənin  hesabına  hələlik  daxil 

olmamış  və  ya  ödəniş  hesabına  veksel  alınmış 


 

355


məhsul  daxil  edilə  bilər.  Satışın  həcminə  -  kənd 

təsərrüfatı 

müəssisələrinin, 

ailə 


kəndli 

təsərrüfatlarının 

bazarda 

satışları, 

tədarük 

qaydasında  birjalarda,  hərraclarda,  özünün  şəxsi 

ticarət 

şəbəkəsindən 

və 

ictimai 


iaşə 

müəssisələrindən,  barter  və  s.  üzrə  satdıqları 

məhsul, həmçinin əhali tərəfindən bazarda tədarük 

qaydasında  əmtəə  və  xidmətlərin  ödənişinə  görə 

satdıqları,  bağışladıqları,  borcların  ödənilməsinə 

görə  verdikləri  məhsul  və  s.  daxil  edilir.  Kənd 

təsərrüfatı məhsullarının satışının həcmi natura ilə 

və  hesabat  dövründə  faktiki  mövcud  qiymətlərlə 

dəyər  ifadəsi  ilə  hesablanır.  Kənd  təsərrüfatı 

məhsullarının tədarükü – dövlətin kənd təsərrüfatı 

məhsullarının,  xammallarının  və  ərzağın  sonrakı 

təkrar istehsalı  və  ya  qarşılıqlı  mənfəət  şəraitində 

istehlakçıya 

(alıcıya) 

satışı 

üçün 


əmtəə 

istehsalçılarından  təşkil  olunmuş  alış  formasında 

olan,  məhsul  satışının  formalarından  biridir. 

Tədarük  əsasında  dövlətin  ehtiyacları  üçün 

məhsul,  xammal  və  ərzaq  fondu  formalaşdırılır. 

Məhsul  tədarükünü  ölkə  v  ə  ya  icra  hakimiyyəti 

orqanları,  yaxud  onların  tapşırığı  ilə  müəssisələr, 

təşkilatlar, 

kommersiya 

strukturları 

və 

s. 


tərəfindən  müəyyən  edilmiş  dövlət  sifarişçiləri 

həyata keçirirlər. 

 

KƏND  TƏSƏRRÜFATI  MƏHSULLARI-

NIN  SATIŞI  STATĐSTĐKASI

  –  kənd 

təsərrüfatı  statistikasının  bir  bölməsidir,  kənd 

təsərrüfatı  məhsullarının  satışı  prosesini  öyrənir; 

ölkənin 


ərzaq 

və 


xammal 

fondlarının 

formalaşdırılması  üzərində  operativ  müşahidəni 

təmin edir, özünün ticarət şəbəkəsi və ictimai iaşə 

müəssisələri  vasitəsilə,  barter  üzrə,  əmək  haqqı 

formasında  və  s.  kənd  təsərrüfatı  məhsullarının 

bazarlara, birjalara, hərraclara satış həcmini qeydə 

alır; 


kənd 

təsərrüfatı 

məhsullarının 

istehsalçılarının  və  alıcılarının  (müəssisələrin, 

təşkilatların,  fiziki  şəxslərin)  tərkibini;  bazarın 

infrastrukturu  və  rəqabət  vasitələri,  qiymət 

səviyyəsi və s. vəziyyətini öyrənir. 

 

KƏND  TƏSƏRRÜFATI  MƏHSULUNUN 



MAYA  DƏYƏRĐ 

–  məhsulun  (işin,  xidmətin) 

istehsalı  prosesində  istifadə  olunan  xammalın, 

materialların,  yanacağın,  enerjinin,  əsas  fondların 

(amortizasiya  həcmində),  əmək  ehtiyatlarının 

(ayırmalarla  əmək  haqqı  ölçüsündə),  həmçinin 

istehsal  xərclərinin  (istehsal  maya  dəyəri)  dəyər 

qiymətidir.  Maya  dəyərinin  hesablanmasında 

aşağıdakı  əsas  məsrəf  hissələri  konkret  becərilən 

bitki,  ya  da  heyvanların  növünə  aid  edilir:  əmək 

haqqının  ödənilməsi  xərcləri,  yanacağın  dəyəri, 

sürtgü  materialları,  toxum,  yemlər,  döşəmə, 

gübrələr,  bitki  və  heyvanları  qoruma  vasitələri, 

konkret  kalkulyasiya  obyektləri  ilə  əlaqəli  digər 

xərclər.  Müəyyən  məhsul  növlərinin  maya 

dəyərinə birbaşa daxil edilməsi mümkün olmayan 

xərclər  (köməkçi  istehsal  xərcləri,  ümümistehsal 

və  ümumtəsərrüfat    xərcləri)  dolayı  metodlarla 

bölüşdürülür.  Tam,  ya  da  kommersiya  maya 

dəyərini  istehsal  maya  dəyərinin  və  məhsulların 

satış  xərclərinin  (məhsulun  satışı  ilə  əlaqədar 

xərclər:  saxlama,  qablaşdırma,  nəqliyyat  xərcləri) 

cəmi yaradır. 

 

KƏND  TƏSƏRRÜFATI  MÜƏSSĐSƏSĐ

  – 


mülkiyyətində  və  ya  təsərrüfatının  aparılmasında 

torpağı,  həmçinin  digər  xüsusiləşdirilmiş  əmlakı 

olan  və  bitkiçilik  və  heyvandarlıq  məhsulları 

istehsalını,  kənd  təsərrüfatına  xidməti  həyata 

keçirən  hüquqi  şəxsdir.

 

Təsərrüfatçılığın  kənddə 



üstünlük  təşkil  edən  təşkilati-hüquqi  formalı  ailə 

kəndli  təsərrüfatlarıdır.  Bu  təsərrüfatlarla  yanaşı, 

həmçinin  digər  müəssisələr  fəaliyyət  göstərir: 

təsərrüfatlararası,  sənaye,  nəqliyyat  və  digər 

müəssisə  və  təşkilatların,  elmi-tədqiqat  idarə  və 

təşkilatlarının yardımçı təsərrüfatları.  

Kənd 

təsərrüfatı 



müəssisələrinin 

statistik 

öyrənilməsi 

statistika 

orqanlarının 

apardığı 

statistik müşahidələr, seçmə müayinələr, həmçinin 

registr vasitəsilə həyata keçirilir. 

 

KƏND TƏSƏRRÜFATI SĐYAHIYAALIN-



MASI 

-    kənd  təsərrüfatının  vəziyyəti  haqqında 

statistik  məlumatların  toplanmasının  xüsusi  təşkil 

olunmuş  birdəfəlik  prosesidir.  Siyahıyaalma 

ölkənin  bütün  ərazisini  və  ya  onun  hissələrini 

əhatə  edə,  kənd  təsərrüfatı  istehsalının  ayrı-ayrı 

elementlərini  və  ya  onun  bütün  məcmusunu 

öyrənə  bilər.  Kənd  təsərrüfatı  siyahıyaalınması 

eyni bir ana müşahidə vahidlərinin qeydiyyatı ilə, 

vahid  proqram  və  metodologiya  əsasında  həyata 

keçirilir. 1950-ci ildən BMT-nin FAO təşkilatı 10 

ildə 

bir 


dəfə 

ümumi 


kənd 

təsərrüfatı 

siyahıyaalınması  keçirilməsi  üçün  metodologiya 

hazırlayır və onun keçirilməsi üçün bütün ölkələrə 

tövsiyələr 

verir. 


Azərbaycan 

müstəqillik 

qazandıqdan 

sonra 


ilk 

kənd 


təsərrüfatı 

siyahıyaalınması 2005-ci ildə keçirilmişdir. 

 

KƏND TƏSƏRRÜFATI STATĐSTĐKASI

 – 

1)  sosial-iqtisadi  statistika  sahəsidir,  kənd 

təsərrüfatı  istehsalının  kütləvi  hadisələri  və 

proseslərinin 

statistik 

göstəricilər 

sistemini 

öyrənir,  onların  dərketmə  metod  və  üsullarını 

işləyib  hazırlayır;  2)  kənd  təsərrüfatı  istehsalının 

şəraiti, 

hərəkəti, 

nəticələri 

və 

səmərəliliyi 



haqqında  statistik  məlumatların  toplanmasını, 

işlənməsini,  təhlilini  və  yayılmasını  təmin  edən 

praktiki fəaliyyət  sahəsidir;  3)  kənd  təsərrüfatının 

vəziyyəti  haqqında  məlumatların  məcmusudur. 

Kənd  təsərrüfatı  statistikasında  əsas  müşahidə 


 

356 


vahidləri  müxtəlif  növ  və  formalardakı  kənd 

təsərrüfatı  müəssisələri,  ailə  kəndli    və  ev 

təsərrüfatları  hesab  edilir.  Đstehsalın  şəraiti  və 

nəticələrinin  tədqiqində  eyni  zamanda  torpaq 

sahələri,  heyvanlar,  işçilər  və  s.  müşahidə  vahidi 

ola bilər. Onlar haqqında məlumatların toplanması 

statistika  müşahidələrinin  köməyi  ilə  həyata 

keçirilir.  Məlumatların  mənbəyi  ilkin  hesabat 

sənədləri, 

ya 


da 

vətəndaşların 

bilavasitə 

sorğusudur. 

Statistik  məlumatlar  bütünlükdə  kənd  təsərrüfatı 

statistikası,  bitkiçilik  və  heyvandarlıq  sahələri 

üzrə, 

mülkiyyət 



formaları 

və 


təsərrüfat 

kateqoriyaları  üzrə,  inzibati-ərazi  bölmələri  üzrə 

birləşdirilir 

(“Kənd 



təsərrüfatı”, 

Bitkiçilik 

(əkinçilik) 

statistikası”, 

“Heyvandarlıq 

statistikası”, 

və 

“Kənd 

təsərrüfatı 

siyahıyaalınması”na  bax). 

 

KƏND TƏSƏRRÜFATI TĐKĐNTĐSĐ

 – kənd 

təsərrüfatı  sahəsinə  xidmət  edən  su  təsərrüfatı 

tikintisi də daxil olmaqla, kənd təsərrüfatı təyinatlı 

istehsal  əsas  fondlarının  yenilərinin    yaradılması, 

fəaliyyət 

göstərənlərinin 

genişləndirilməsi, 

yenidən qurulmasıdır. 

 

KƏND  TƏSƏRRÜFATI  YERLƏRĐ

  –  kənd 

təsərrüfatı  məhsullarının  əldə  edilməsi  üçün 

müntəzəm  istifadə  olunan  torpaq  yerləridir. 

Bunlara  əkin  yerləri,  dincə  qoyulmuş  torpaqlar, 

çoxillik əkmələr, biçənək və otlaqlar daxildir. 

 

KƏND  TƏSƏRRÜFATINDA  ĐXTĐSAS-



LAŞMA

  –  əməyin  ictimai  bölünməsi  və  onun 

səmərəli  təşkili  formalarından  biridir.  Özünü  öz 

aralarında  bazar  əlaqələri  olan  sərbəst  sahələrdə, 

istehsalda  və  müəssisələrdə  ayrı-ayrı  kənd 

təsərrüfatı  məhsulları  növlərinin  istehsalının  bir 

yerə  toplanmasında  göstərir.  Kənd  təsərrüfatında 

ixtisaslaşma  iqtisadi,  sosial,  demoqrafik,  elmi-

texniki  və  təbii  amilləri,  bitki  və  heyvanların 

bioloji 

xüsusiyyətlərini, 

torpaqdan, 

maddi 


vasitələrdən  və  s.  istifadənin  xüsusiyyətlərini 

nəzərə  almaqla  həyata  keçirilir.  Zona  (ölkə, 

iqtisadi  rayon,  bölgə,  kənd  təsərrüfatı  zonası  və 

s.),  sahədaxili  (əlaqədar  məhsulların  ayrı-ayrı 

növlərinin istehsalının, ya da onun mərhələlərinin 

nisbətən  sərbəst  sahə  və  altsahələrə  ayrılması), 



təsərrüfat  (az  ixtisaslaşmış  müəssisələr  və  s.), 

təsərrüfatdaxili 

(müəssisənin 

struktur 

bölmələrinin  məhsulun,  işin  ayrı-ayrı  növlərinin 

istehsalı  üzrə  ixtisaslaşması)  ixtisaslaşdırmalar 

bir-birindən  fərqləndirilir. Đxtisaslaşma  şey  (oxşar 

məhsulların  ayrılmış  istehsalı,  məsələn,  südün, 

taxılın,  yunun),  mərhələli  (məsələn,  quşçuluqda 

ana  quşların  ayrılması,  yumurtaların  inkubasiyası 

və s.), funksional ola bilər. Đxtisaslaşma haqqında 

ümumi  və əmtəəlik  məhsulların, əkin sahələrinin, 

heyvanların sayının strukturları üzrə də mühakimə 

yürütmək olar. 

 

KƏND  TƏSƏRRÜFATINDA  MATERĐAL 



XƏRCLƏRĐ

  –  kənd  təsərrüfatı  istehsalında 

istifadə  olunan  material  ehtiyatlarının  və  istehsal 

xarakterli  işlərin  (xidmətlərin)  ödənilməsinə 

xərclərin dəyəridir. Kənd təsərrüfatı məhsullarının 

istehsalı və satışına material xərclərinin tərkibində 

toxum  və  əkin  materialları;  yem,  o  cümlədən 

sənaye  istehsalı  olan  yemlər,  kənd  təsərrüfatının 

sair  məhsulları  (peyin,  döşəmə  materialları, 

inkubasiya  üçün  yumurta);  mineral  gübrələr;  neft 

məhsulları;  elektrik  enerjisi;  yanacaq;  ehtiyat 

hissələri;  təmir  üçün  təmir  və  tikinti  materialları; 

kənar  təşkilatlar  tərəfindən  yerinə  yetirilmiş  iş  və 

xidmətlərin  haqqının  ödənilməsi  və  sair  material 

(yüklərin 

daşınması 

üzrə, 


torpağın 

yaxşılaşdırılması  və  yerin  kimyalaşdırılması  və 

digər  aqrokimyəvi  işlər,  texnikanın  təmiri, 

zootexniki  və  zoobaytar  və  xidmətlər  və  s.  üzrə) 

xərcləri daxildir.     

Kənd təsərrüfatı müəssisələrində material xərcləri 

faktiki  qiymətlərlə  onların  mühasibat  uçotunun 

məlumatlarına,  ailə-kəndli  və  ev  təsərrüfatlarının 

isə  müvafiq  material  ehtiyatlarının  (iş,  xidmət) 

müvafiq  növlərinin  orta  alış  qiymətlərinə  uyğun 

olaraq qiymətləndirilir. 

 

KƏND 



TƏSƏRRÜFATININ 

ENER-

GETĐK  GÜCLƏRĐ

  (at  gücündə)  –  istehsal 

prosesinə  xidmət  edən  bütün  enerji  mənbələrinin 

güclərinin  cəmidir  və  ona  daxildir:  mexaniki  və 

elektrik  mühərriklərinin,  elektrik  qurğularının 

gücləri,  canlı  qoşqu  gücləri.  Kənd  təsərrüfatının 

energetik güclərinin göstəricilərindən biri – enerji 

təminatı göstəricisidir, enerji gücləri cəminin əkin 

sahəsinə nisbəti ilə müəyyən edilir, digər göstərici 

-  əmə

Yüklə 17,41 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin