KƏND TƏSƏRRÜFATI ĐSTEHSALININ
MEXANĐKLƏŞDĐRĐLMƏSĐ
-
əsas
(texnoloji) işlərin yerinə yetirilməsi üçün maşın,
mexanizm və avadanlıqların istehsalda tətbiqi
prosesidir.
Statistika
təcrübəsində
işlərin
mexanikləşdirilməsi
səviyyəsi
hesablanır.
Bitkiçilikdə bu göstərici maşınlarla yerinə
yetirilmiş müəyyən növ işin həcminin, həmin növ
işin (tərəvəz, kartof, şəkər çuğunduru və s. yığımı)
ümumi
həcminə
nisbəti
kimi
hesablanır;
heyvandarlıqda - konkret növ işlərin (suyun
verilməsi, yemin paylanması, tövlənin (yerin)
təmizlənməsi
və
s.)
mexanikləşdirildiyi
fermalarda və komplekslərdə olan mal-qaranın bu
növdən olan mal-qaranın ümumi sayında payı
kimi tapılır; Heyvandarlıqda mexanikləşdirmə
səviyyəsinin
müəyyənləşdirilməsində
ümumiləşdirici
göstərici
suyun
verilməsi,
yemlərin
paylanması,
tövlənin
peyindən
təmizlənməsi
kimi
işlərin
eyni
vaxtda
mexanikləşdirilməsi daxil olan fermalarda və
komplekslərdə
işlərin
kompleks
mexanikləşdirilməsi hesab edilir; göstərilənlərdən
əlavə, bu göstəricilərə inək tövlələrində inəklərin
sağılması,
yumurtlayan
toyuqlar
üçün
isə
yumurtaların
yığılması
daxildir.
Əməyin
mexanikləşdirilməsi səviyyəsi mexanikləşdirilmiş
əmək sərfinin ümumi əl işi və mexanikləşdirilmiş
əmək sərfinə olan nisbəti kimi hesablanır.
KƏND TƏSƏRRÜFATI MƏHSULLARI-
NIN
BURAXILIŞI
–
kənd
təsərrüfatı
bitkilərinin
becərilməsi,
kənd
təsərrüfatı
heyvanlarının, quşların, dovşanların, arıların, ipək
qurdlarının
və
xəz
dərili
heyvanların
yetişdirilməsindən alınan məhsulların, həmçinin
bu
məqsədlər
üzrə
göstərilən
aqrotexniki,
zootexniki, baytarlıq, meliorasiya və su təsərrüfatı
təşkilatları
xidmətlərinin
dəyəridir.
Bazar
məqsədləri və ya istehsalçının öz tələbatını (şəxsi
istehlaka, toxuma, yemə və s. məsrəflər) təmin
etmək üçün nəzərdə tutulur. Kənd təsərrüfatı
məhsullarının buraxılışı qismən aşağıdakı kimi
qiymətləndirilir: bazar məhsulları satışının faktiki
qiymətləri üzrə; qeyri-bazar məhsulları – oxşar
bazar məhsullarının əsas qiymətləri və ya istehsal
olunmuş məhsulun maya dəyəri üzrə.
Kənd
təsərrüfatı
məhsulları
buraxılışının
tərkibindəki xidmətlər, onların faktiki ödənişləri
ilə, bu xidmətlər pulsuz göstərildikdə isə xərclər
üzrə qiymətləndirilir.
KƏND TƏSƏRRÜFATI MƏHSULLARI-
NIN ĐSTEHSAL ĐNDEKSĐ
– hesablanarkən
keçən ilin müqayisəli qiymətləri ilə onun həcm
göstəricilərindən istifadə edilir. Kənd təsərrüfatı
məhsullarının istehsal indeksi müqayisə edilən
dövrlərdə
istehsal
olunan
bitkiçilik
və
heyvandarlıq məhsullarının kütləsinin dəyişməsini
xarakterizə edən nisbi göstəricidir.
KƏND TƏSƏRRÜFATI MƏHSULLARI-
NIN SATIŞ QĐYMƏTĐ
– kənd təsərrüfatı
müəssisələri və təşkilatlarının istehsal etdikləri
kənd təsərrüfatı məhsullarını satdıqları qiymətdir.
Belə qiymətlərlə müqavilələr əsasında tədarüklə
məşğul olan təşkilatlar icarədarlarla, fərdi
təşkilatlar,
ailə
kəndli
təsərrüfatları
ilə
hesablaşmaları həyata keçirirlər. 1992-ci ildən
satış qiymətləri sərbəstdir və tərəflərin razılığına
əsasən müəyyən edilir.
Onların quruluşu məhsulların istehsalına xərcləri
və tələb və təklifin təsiri altında əmələ gəlmiş
mənfəəti nəzərə alır. Satış qiymətləri kənd
təsərrüfatı xammalından hazırlanan yüngül və
yeyinti məhsullarının pərakəndə qiymətləri ilə sıx
bağlıdır; onların səviyyəsinə kənd təsərrüfatı üçün
satılan sənaye məhsullarının (texnika, gübrə,
bitkilərin
qorunmasının
kimyəvi
vasitələri,
elektrik enerjisi, yanacaq-sürtgü materialları və s.)
topdansatış qiymətləri də təsir göstərir.
KƏND TƏSƏRRÜFATI MƏHSULLARI-
NIN SATIŞI
– bilavasitə kənd təsərrüfatı
mallarının istehsalçıları tərəfindən məhsulun satışı
prosesidir. Satılmış məhsula həm məbləği faktiki
ödənilən yüklənmiş (buraxılmış) məhsul, həm də
ödənişi müəssisənin hesabına hələlik daxil
olmamış və ya ödəniş hesabına veksel alınmış
355
məhsul daxil edilə bilər. Satışın həcminə - kənd
təsərrüfatı
müəssisələrinin,
ailə
kəndli
təsərrüfatlarının
bazarda
satışları,
tədarük
qaydasında birjalarda, hərraclarda, özünün şəxsi
ticarət
şəbəkəsindən
və
ictimai
iaşə
müəssisələrindən, barter və s. üzrə satdıqları
məhsul, həmçinin əhali tərəfindən bazarda tədarük
qaydasında əmtəə və xidmətlərin ödənişinə görə
satdıqları, bağışladıqları, borcların ödənilməsinə
görə verdikləri məhsul və s. daxil edilir. Kənd
təsərrüfatı məhsullarının satışının həcmi natura ilə
və hesabat dövründə faktiki mövcud qiymətlərlə
dəyər ifadəsi ilə hesablanır. Kənd təsərrüfatı
məhsullarının tədarükü – dövlətin kənd təsərrüfatı
məhsullarının, xammallarının və ərzağın sonrakı
təkrar istehsalı və ya qarşılıqlı mənfəət şəraitində
istehlakçıya
(alıcıya)
satışı
üçün
əmtəə
istehsalçılarından təşkil olunmuş alış formasında
olan, məhsul satışının formalarından biridir.
Tədarük əsasında dövlətin ehtiyacları üçün
məhsul, xammal və ərzaq fondu formalaşdırılır.
Məhsul tədarükünü ölkə v ə ya icra hakimiyyəti
orqanları, yaxud onların tapşırığı ilə müəssisələr,
təşkilatlar,
kommersiya
strukturları
və
s.
tərəfindən müəyyən edilmiş dövlət sifarişçiləri
həyata keçirirlər.
KƏND TƏSƏRRÜFATI MƏHSULLARI-
NIN SATIŞI STATĐSTĐKASI
– kənd
təsərrüfatı statistikasının bir bölməsidir, kənd
təsərrüfatı məhsullarının satışı prosesini öyrənir;
ölkənin
ərzaq
və
xammal
fondlarının
formalaşdırılması üzərində operativ müşahidəni
təmin edir, özünün ticarət şəbəkəsi və ictimai iaşə
müəssisələri vasitəsilə, barter üzrə, əmək haqqı
formasında və s. kənd təsərrüfatı məhsullarının
bazarlara, birjalara, hərraclara satış həcmini qeydə
alır;
kənd
təsərrüfatı
məhsullarının
istehsalçılarının və alıcılarının (müəssisələrin,
təşkilatların, fiziki şəxslərin) tərkibini; bazarın
infrastrukturu və rəqabət vasitələri, qiymət
səviyyəsi və s. vəziyyətini öyrənir.
KƏND TƏSƏRRÜFATI MƏHSULUNUN
MAYA DƏYƏRĐ
– məhsulun (işin, xidmətin)
istehsalı prosesində istifadə olunan xammalın,
materialların, yanacağın, enerjinin, əsas fondların
(amortizasiya həcmində), əmək ehtiyatlarının
(ayırmalarla əmək haqqı ölçüsündə), həmçinin
istehsal xərclərinin (istehsal maya dəyəri) dəyər
qiymətidir. Maya dəyərinin hesablanmasında
aşağıdakı əsas məsrəf hissələri konkret becərilən
bitki, ya da heyvanların növünə aid edilir: əmək
haqqının ödənilməsi xərcləri, yanacağın dəyəri,
sürtgü materialları, toxum, yemlər, döşəmə,
gübrələr, bitki və heyvanları qoruma vasitələri,
konkret kalkulyasiya obyektləri ilə əlaqəli digər
xərclər. Müəyyən məhsul növlərinin maya
dəyərinə birbaşa daxil edilməsi mümkün olmayan
xərclər (köməkçi istehsal xərcləri, ümümistehsal
və ümumtəsərrüfat xərcləri) dolayı metodlarla
bölüşdürülür. Tam, ya da kommersiya maya
dəyərini istehsal maya dəyərinin və məhsulların
satış xərclərinin (məhsulun satışı ilə əlaqədar
xərclər: saxlama, qablaşdırma, nəqliyyat xərcləri)
cəmi yaradır.
KƏND TƏSƏRRÜFATI MÜƏSSĐSƏSĐ
–
mülkiyyətində və ya təsərrüfatının aparılmasında
torpağı, həmçinin digər xüsusiləşdirilmiş əmlakı
olan və bitkiçilik və heyvandarlıq məhsulları
istehsalını, kənd təsərrüfatına xidməti həyata
keçirən hüquqi şəxsdir.
Təsərrüfatçılığın kənddə
üstünlük təşkil edən təşkilati-hüquqi formalı ailə
kəndli təsərrüfatlarıdır. Bu təsərrüfatlarla yanaşı,
həmçinin digər müəssisələr fəaliyyət göstərir:
təsərrüfatlararası, sənaye, nəqliyyat və digər
müəssisə və təşkilatların, elmi-tədqiqat idarə və
təşkilatlarının yardımçı təsərrüfatları.
Kənd
təsərrüfatı
müəssisələrinin
statistik
öyrənilməsi
statistika
orqanlarının
apardığı
statistik müşahidələr, seçmə müayinələr, həmçinin
registr vasitəsilə həyata keçirilir.
KƏND TƏSƏRRÜFATI SĐYAHIYAALIN-
MASI
- kənd təsərrüfatının vəziyyəti haqqında
statistik məlumatların toplanmasının xüsusi təşkil
olunmuş birdəfəlik prosesidir. Siyahıyaalma
ölkənin bütün ərazisini və ya onun hissələrini
əhatə edə, kənd təsərrüfatı istehsalının ayrı-ayrı
elementlərini və ya onun bütün məcmusunu
öyrənə bilər. Kənd təsərrüfatı siyahıyaalınması
eyni bir ana müşahidə vahidlərinin qeydiyyatı ilə,
vahid proqram və metodologiya əsasında həyata
keçirilir. 1950-ci ildən BMT-nin FAO təşkilatı 10
ildə
bir
dəfə
ümumi
kənd
təsərrüfatı
siyahıyaalınması keçirilməsi üçün metodologiya
hazırlayır və onun keçirilməsi üçün bütün ölkələrə
tövsiyələr
verir.
Azərbaycan
müstəqillik
qazandıqdan
sonra
ilk
kənd
təsərrüfatı
siyahıyaalınması 2005-ci ildə keçirilmişdir.
KƏND TƏSƏRRÜFATI STATĐSTĐKASI
–
1) sosial-iqtisadi statistika sahəsidir, kənd
təsərrüfatı istehsalının kütləvi hadisələri və
proseslərinin
statistik
göstəricilər
sistemini
öyrənir, onların dərketmə metod və üsullarını
işləyib hazırlayır; 2) kənd təsərrüfatı istehsalının
şəraiti,
hərəkəti,
nəticələri
və
səmərəliliyi
haqqında statistik məlumatların toplanmasını,
işlənməsini, təhlilini və yayılmasını təmin edən
praktiki fəaliyyət sahəsidir; 3) kənd təsərrüfatının
vəziyyəti haqqında məlumatların məcmusudur.
Kənd təsərrüfatı statistikasında əsas müşahidə
356
vahidləri müxtəlif növ və formalardakı kənd
təsərrüfatı müəssisələri, ailə kəndli və ev
təsərrüfatları hesab edilir. Đstehsalın şəraiti və
nəticələrinin tədqiqində eyni zamanda torpaq
sahələri, heyvanlar, işçilər və s. müşahidə vahidi
ola bilər. Onlar haqqında məlumatların toplanması
statistika müşahidələrinin köməyi ilə həyata
keçirilir. Məlumatların mənbəyi ilkin hesabat
sənədləri,
ya
da
vətəndaşların
bilavasitə
sorğusudur.
Statistik məlumatlar bütünlükdə kənd təsərrüfatı
statistikası, bitkiçilik və heyvandarlıq sahələri
üzrə,
mülkiyyət
formaları
və
təsərrüfat
kateqoriyaları üzrə, inzibati-ərazi bölmələri üzrə
birləşdirilir
(“Kənd
təsərrüfatı”,
“Bitkiçilik
(əkinçilik)
statistikası”,
“Heyvandarlıq
statistikası”,
və
“Kənd
təsərrüfatı
siyahıyaalınması”na bax).
KƏND TƏSƏRRÜFATI TĐKĐNTĐSĐ
– kənd
təsərrüfatı sahəsinə xidmət edən su təsərrüfatı
tikintisi də daxil olmaqla, kənd təsərrüfatı təyinatlı
istehsal əsas fondlarının yenilərinin yaradılması,
fəaliyyət
göstərənlərinin
genişləndirilməsi,
yenidən qurulmasıdır.
KƏND TƏSƏRRÜFATI YERLƏRĐ
– kənd
təsərrüfatı məhsullarının əldə edilməsi üçün
müntəzəm istifadə olunan torpaq yerləridir.
Bunlara əkin yerləri, dincə qoyulmuş torpaqlar,
çoxillik əkmələr, biçənək və otlaqlar daxildir.
KƏND TƏSƏRRÜFATINDA ĐXTĐSAS-
LAŞMA
– əməyin ictimai bölünməsi və onun
səmərəli təşkili formalarından biridir. Özünü öz
aralarında bazar əlaqələri olan sərbəst sahələrdə,
istehsalda və müəssisələrdə ayrı-ayrı kənd
təsərrüfatı məhsulları növlərinin istehsalının bir
yerə toplanmasında göstərir. Kənd təsərrüfatında
ixtisaslaşma iqtisadi, sosial, demoqrafik, elmi-
texniki və təbii amilləri, bitki və heyvanların
bioloji
xüsusiyyətlərini,
torpaqdan,
maddi
vasitələrdən və s. istifadənin xüsusiyyətlərini
nəzərə almaqla həyata keçirilir. Zona (ölkə,
iqtisadi rayon, bölgə, kənd təsərrüfatı zonası və
s.), sahədaxili (əlaqədar məhsulların ayrı-ayrı
növlərinin istehsalının, ya da onun mərhələlərinin
nisbətən sərbəst sahə və altsahələrə ayrılması),
təsərrüfat (az ixtisaslaşmış müəssisələr və s.),
təsərrüfatdaxili
(müəssisənin
struktur
bölmələrinin məhsulun, işin ayrı-ayrı növlərinin
istehsalı üzrə ixtisaslaşması) ixtisaslaşdırmalar
bir-birindən fərqləndirilir. Đxtisaslaşma şey (oxşar
məhsulların ayrılmış istehsalı, məsələn, südün,
taxılın, yunun), mərhələli (məsələn, quşçuluqda
ana quşların ayrılması, yumurtaların inkubasiyası
və s.), funksional ola bilər. Đxtisaslaşma haqqında
ümumi və əmtəəlik məhsulların, əkin sahələrinin,
heyvanların sayının strukturları üzrə də mühakimə
yürütmək olar.
KƏND TƏSƏRRÜFATINDA MATERĐAL
XƏRCLƏRĐ
– kənd təsərrüfatı istehsalında
istifadə olunan material ehtiyatlarının və istehsal
xarakterli işlərin (xidmətlərin) ödənilməsinə
xərclərin dəyəridir. Kənd təsərrüfatı məhsullarının
istehsalı və satışına material xərclərinin tərkibində
toxum və əkin materialları; yem, o cümlədən
sənaye istehsalı olan yemlər, kənd təsərrüfatının
sair məhsulları (peyin, döşəmə materialları,
inkubasiya üçün yumurta); mineral gübrələr; neft
məhsulları; elektrik enerjisi; yanacaq; ehtiyat
hissələri; təmir üçün təmir və tikinti materialları;
kənar təşkilatlar tərəfindən yerinə yetirilmiş iş və
xidmətlərin haqqının ödənilməsi və sair material
(yüklərin
daşınması
üzrə,
torpağın
yaxşılaşdırılması və yerin kimyalaşdırılması və
digər aqrokimyəvi işlər, texnikanın təmiri,
zootexniki və zoobaytar və xidmətlər və s. üzrə)
xərcləri daxildir.
Kənd təsərrüfatı müəssisələrində material xərcləri
faktiki qiymətlərlə onların mühasibat uçotunun
məlumatlarına, ailə-kəndli və ev təsərrüfatlarının
isə müvafiq material ehtiyatlarının (iş, xidmət)
müvafiq növlərinin orta alış qiymətlərinə uyğun
olaraq qiymətləndirilir.
KƏND
TƏSƏRRÜFATININ
ENER-
GETĐK GÜCLƏRĐ
(at gücündə) – istehsal
prosesinə xidmət edən bütün enerji mənbələrinin
güclərinin cəmidir və ona daxildir: mexaniki və
elektrik mühərriklərinin, elektrik qurğularının
gücləri, canlı qoşqu gücləri. Kənd təsərrüfatının
energetik güclərinin göstəricilərindən biri – enerji
təminatı göstəricisidir, enerji gücləri cəminin əkin
sahəsinə nisbəti ilə müəyyən edilir, digər göstərici
- əmə
Dostları ilə paylaş: |