A. M. Vəliyev Elmi redaktorlar: R. A. Səlimov, S. A. Sadıqova, T.Ə. Paşayev



Yüklə 17,41 Mb.
Pdf görüntüsü
səhifə93/182
tarix21.04.2017
ölçüsü17,41 Mb.
#14975
1   ...   89   90   91   92   93   94   95   96   ...   182

KƏND 

VƏ 

MEŞƏ 

TƏSƏRRÜFATI, 

BALIQÇILIQ,  SƏNAYE  VƏ  TĐKĐNTĐ 

FƏALĐYYƏTĐNDƏN DÖVRĐYYƏ

 - iqtisadi 

fəaliyyət 

növləri 


təsnifatının 

müvafiq 


bölmələrində  təsnif  olunan  müvafiq    fəaliyyət 

növləri üzrə alınan hissədir.  

Bu  göstəriciyə  subpodrat  münasibətlər  obyekti 

olan  əmtəə  və  xidmətlərin  satışından  alınan 

dövriyyə  daxildir.  Alınmış  vəziyyətdə  təkrar 

satılmaq  üçün  alınan  əmtəə  və  xidmətlər 

dövriyyəsi istisna edilir. 

Sənaye 


fəaliyyətindən 

dövriyyə 

şirkətin 

hesablarında  ayrıca  göstərilə  bilməz.  Bu  göstərici 

“Xalis  dövriyyə”nin  və  “Đstehsal  fəaliyyətindən 

digər gəlirlər”in bir hissəsidir. 

Bu  göstərici  əsas  və  ya  qeyri-əsas  fəaliyyət 

növünün  nəticəsi  olan  “Sənaye  fəaliyyətindən 

dövriyyə”ni  əhatə  edir.  Sənaye  və  tikinti 

fəaliyyətinin  bəzi  növləri  həmçinin  xidmət 

sahəsində də həyata keçirilə bilər. 

 

KƏND 



YAŞAYIŞ 

MƏNTƏQƏLƏRĐ 

(KƏND  MƏSKUNLAŞMA  YERLƏRĐ)

  – 


qanunvericilikdə 

şəhər 


yaşayış 

məntəqələri 

kateqoriyasına  aid  edilməyən  və  kənd  yerlərində 

yerləşən 

yaşayış 

yerləridir. 

Kənd 

yaşayış 


məntəqələri  (kənd  məskunlaşma  yerləri)  tiplərə 

görə  bölünürlər:  kənd  təsərrüfatı  (arasında  rayon 

mərkəzləri seçilən), qeyri-kənd təsərrüfatı, qarışıq 

(aqrar-sənaye), həmçinin sakinlərin sayına görə.  

 

KƏNDLĐ  (FERMER)  TƏSƏRRÜFATI 

– 

mülkiyyətinə  verilmiş  torpaq  üzərində  əmtəəlik 

kənd  təsərrüfatı  məhsulları  istehsalı,  emalı  və 

satışı  ilə  məşğul  olan  vətəndaşların  əmək  birliyi 

olmaqla, sərbəst sahibkarlıq formalarından biridir. 

Kənd  təsərrüfatı  ailə  üzvlərinin  və  onlarla  birgə 

daimi 

işləyən 


digər 

şəxslərin 

ümumi 

mülkiyyətində  olan  istehsal  aləti  və  vasitələrinə, 



 

358 


əsasən,  bir  ailə  üzvlərinin  əməyinə  əsaslanan, 

hüquqi  şəxs  statusuna  malik  olan  müstəqil 

təsərrüfat  subyektidir.  Kəndli  təsərrüfatı  bir 

nəfərdən də ibarət ola bilər. 

Kəndli  təsərrüfatının  başçısı,  maraqlarını  təmsil 

edən,  onun  tam  hüquqlu  üzvü  olur.  Təsərrüfat 

fəaliyyəti  iqtisadi  mənafe  prinsiplərinə  əsasən 

aparılır. 



 

KƏSĐLMƏK  ÜÇÜN  MAL-QARA  VƏ 

QUŞLARIN  ĐSTEHSALI 

-  ətliyə  kəsilmək 

üçün  mal-qara  və  quşların  istifadə  nəticəsini  əks 

etdirən  göstəricidir.  Kəsilmək  üçün  mal-qara  və 

quşların  istehsalının  ümumi  həcminə,  kəsim 

çəkisinə hesablanmaqla həm kəsimə aid olan mal-

qara və quşların satılması, həm də kənd təsərrüfatı 

müəssisələrində, kəndli (fermer) təsərrüfatlarında, 

fərdi  sahibkarlar  və  əhali  təsərrüfatlarında 

kəsilmiş mal-qara və quşlar aid edilir.  

 

KƏSMƏ  XƏTASI



  –  bir  sıra  qaydalara  uyğun 

olaraq,  hesablama  prosesinin  dayandırılması 

nəticəsində  meydana  çıxan  xətadır.  Ona  A 

ədədinin  dəqiq  qiyməti  və  n-ci  dərəcəyə  qədər 

kəsilən A

ı

 ədədinin qiyməti uyğun gəlir (A- A



ı

 ). 


 

KĐÇĐK 

BĐZNES

 

– 



kiçik 

sahibkarlıq 

subyektlərinin:  kiçik  müəssisələrin  və  fərdi 

sahibkarların  fəaliyyətlərinin məcmusudur.  



 

KĐÇĐK  MÜƏSSĐSƏ

  –  1)  bazar  strukturlarının 

mühüm 

elementlərindən 



biridir. 

Kiçik 


müəssisələrin  yaradılması  rəqabət  mühitinin 

formalaşdırılması,  yeni  iş  yerlərinin  yaradılması, 

bazarların mal və xidmətlərlə təchiz edilməsi üçün 

zəruri  şərait  yaradır.  Orta  və  iri  müəssisələrə 

nisbətən kiçik müəssisələr bazar konyunkturasının 

(tələbatının)  dəyişikliklərinə  daha  tez  reaksiya 

göstərmək, 

istehsalını 

təkmilləşdirmək, 

innovasiya 

fəaliyyətini 

həyata 


keçirmək 

imkanlarına malikdir. 

Azərbaycan  Respublikasında  kiçik  müəssisələrin 

statistik 

uçotunun 

metodoloji 

əsasları 

sahibkarlığa,  o  cümlədən  kiçik  sahibkarlığa  dair 

qanunvericilik  aktlarına  müvafiq  surətdə,  habelə 

kiçik  müəssisələrin  inkişafının  iqtisadi  şərtlərinin 

dəyişdirilməsi  nəzərə  alınmaqla  yaradılmış  və 

təkmilləşdirilmişdir;  2)  işçilərin  məhdud  sayı  ilə 

bir  neçə  yüzdən  çox  olmayaraq  səciyyələnən  və 

müəssisə  üçün  profilli  olan  ölkə,  region  üzrə 

ümumi  fəaliyyət  həcmində  çox  az  payı  olan  hər 

hansı  mülkiyyət  formalı  müəssisədir.  Belə 

müəssisələrə  istehsal  firma  və  müəssisələrindən 

başqa,  kommersiya  və  konsaltinq  firmaları, 

pərakəndə  ticarətin  xidmət  sferasının  bir  çox 

müəssisələri  də  aid  edilir.  Kiçik  müəssisələrə 

dövlət  himayəsi  göstərilir.  Bununla  əlaqədar 

olaraq, 


Azərbaycan 

Respublikasında 

kiçik 

sahibkarlığa  dövlət  köməyinin  iqtisadi,  hüquqi, 



təşkilati  əsasları,  forma  və  üsullarını  müəyyən 

edən 


“Kiçik 

sahibkarlığa 

dövlət 

köməyi 


haqqında” Qanun qəbul edilmişdir. 

 

KĐÇĐK SAHĐBKARLIQ SUBYEKTĐ

 – kiçik 



sahibkarlıq sahəsində fəaliyyət göstərən təsərrüfat 

subyektidir.  Bu  kateqoriyaya  kiçik  müəssisələr 

daxil edilir.  

Bir  neçə  fəaliyyət  növünü  həyata  keçirən  (çox 

profilli) müəssisələr o fəaliyyət növü meyarına aid 

edilir  ki,  onların  illik  dövriyyə  həcmində  və  ya 

illik gəlir həcmində payı ən çox olsun.  

Kiçik  sahibkarlıq  subyektinə  fermer  təsərrüfatları 

və  hüquqi  şəxs  yaratmadan  sahibkarlıq  fəaliyyəti 

ilə məşğul olan fiziki şəxslər də əlavə edilir.  



 

KĐÇĐK  SERĐYALI  ĐSTEHSAL

  –  istehsalın 

təşkilinin  fərdi  məhsul  istehsalından  seriyalı 

istehsala  keçid  formasıdır.  Məmulatın  buraxılışı 

kiçik  partiyalarla  həyata  keçirilə  bilər.  Đş  yerləri 

əməliyyatların 

funksional 

planlaşdırılmasına 

malik  ola  bilər,  bu  zaman  avadanlıqlar  yerinə 

yetirilmiş  işlərin  əlamətləri  üzrə  qruplaşdırılır. 

Məsələn,  avtomobil  gövdələrinin  hazırlanması 

sahəsi,  qabaq  asmaların  təmiri  sahəsi  və  s. 

Hazırda  maşınqayırmada  rəqabət  qabiliyyəti 

amillərindən  biri,  şirkətlərin  alıcıların  xüsusi 

sifarişi əsasında kiçik partiyalarla unikal, çox vaxt 

yüksək 


dərəcəli 

mürəkkəb 

avadanlıqlar 

hazırlamaq 

bacarığına 

malik 


olmasıdır. 

Kompüterləşmə istehsalın çevikliyini yüksəltməyə 

və  kiçik  seriyalı  istehsala  konveyer  cizgiləri 

gətirməyə  imkan  verir.  Məsələn,  avadanlığı 

yenidən  qurmaq  üçün  minimal  vaxt  sərf  etməklə 

bir  konveyer  xəttində  bir  neçə  növ  məmulat 

hazırlamaq imkanı yaranmışdır. 

 

KĐÇĐK  VƏ  ORTA  MÜƏSSĐSƏLƏR

  – 


Avropa  Komissiyası  kiçik  və  orta  müəssisələri 

aşağıdakı  kimi  müəyyənləşdirməyi  təklif  etmişdir 

(30.04.1996-cı il, ĐJ №L107 tövsiyələrində): 

Mikro müəssisələr: 10 nəfərdən az işçisi olanlar; 

Kiçik  müəssisələr:  50  nəfərdən  az  işçisi  və  illik 

dövriyyəsi 7 milyon avro və ya mühasibat balansı 

5 milyon avrodan çox olmayanlar; 

Orta  müəssisələr:  250  nəfərdən  az  işçisi  və  illik 

dövriyyəsi  40  milyon  avrodan  və  ya  mühasibat 

balansı 27 milyon avrodan çox olmayanlar. 

Azərbaycanda  kiçik  sahibkarlıq  subyektlərinin 

müəyyənləşdirilməsi onlarda çalışan işçilərin sayı 

və  illik  dövriyyəsi  göstəriciləri  əsasında  aparılır. 

“Đqtisadi  fəaliyyət  növləri  üzrə  kiçik  sahibkarlıq 

subyektlərinin  müəyyənləşdirilməsi  meyarlarının 

hədləri”  haqqında  Azərbaycan  Respublikası 

Nazirlər  Kabinetinin  2009-cu  il  18  dekabr  tarixli 



 

359


192 

nömrəli 


qərarında 

kiçik 


sahibkarlıq 

subyektləri 

aşağıdakı 

meyar 


hədləri 

üzrə 


müəyyənləşdirilir.  

Đqtisadi fəaliyyət növləri üzrə kiçik sahibkarlıq 

subyektlərinin 

müəyyənləşdirilməsi 

meyarlarının hədləri* 

 

Đqtisadi fəaliyyət 

növləri 

Đşçilərin 

sayı 

Đllik 


dövriyyə 

Sənaye (ĐFNT üzrə 

B, C, D və E 

seksiyaları)  

50 

nəfərdən 



az 

500 min  

manatdan 

az 


Tikinti (ĐFNT üzrə 

F seksiyası) 

50 

nəfərdən 



az 

500 min  

manatdan 

az 


Topdansatış ticarət 

(ĐFNT üzrə 45 və 

46-cı bölmələr)   

15 


nəfərdən 

az 


1.0 milyon  

manatdan 

az 

Pərakəndə satış 



ticarəti (ĐFNT üzrə 

47-ci bölmə) 

10 

nəfərdən 



az 

250 min  

manatdan 

az 


Yaşayışın təşkili 

və ictimai iaşə 

(ĐFNT üzrə Đ 

seksiyası)  

10 

nəfərdən 



az 

250 min  

manatdan 

az 


Nəqliyyat və anbar 

təsərrüfatı (ĐFNT 

üzrə H seksiyası) 

10 


nəfərdən 

az 


250 min  

manatdan 

az 

Đnformasiya və 



rabitə (ĐFNT üzrə J 

seksiyası) 

10 

nəfərdən 



az 

250 min  

manatdan 

az 


Maliyyə və sığorta 

(ĐFNT üzrə K 

seksiyası) 

10 


nəfərdən 

az 


250 min  

manatdan 

az 

Daşınmaz əmlakla 



əlaqədar 

əməliyyatlar 

(ĐFNT üzrə L 

seksiyası) 

10 

nəfərdən 



az 

250 min 


 manatdan 

az 


Peşə, elmi və 

texniki fəaliyyət 

(ĐFNT üzrə M 

seksiyası 

10 

nəfərdən 



az 

250 min 


 manatdan 

az 


Təhsil (ĐFNT üzrə 

P seksiyası) 

10 

nəfərdən 



az 

250 min 


 manatdan 

az 


Əhaliyə səhiyyə və 

sosial xidmətlərin 

göstərilməsi (ĐFNT 

üzrə Q seksiyası) 

 

10 


nəfərdən 

az 


250 min 

 manatdan 

az 

Đstirahət, əyləncə 



və incəsənət  

(ĐFNT üzrə R 

seksiyası) 

 

10 



nəfərdən 

az 


250 min 

 manatdan 

az 

Digər sahələrdə 



xidmətlərin 

göstərilməsi (ĐFNT 

üzrə S seksiyası) 

10 


nəfərdən 

az 


250 min 

 manatdan 

az 

 

 



*)  cədvəl  qərar  əsasında,  Đqtisadi  Fəaliyyət 

Növləri Təsnifatına uyğun tərtib edilmişdir.  

Qərara  müvafiq  olaraq  sahibkarlıq  subyektinin 

kiçik  sahibkarlıq  sektoruna  aid  edilməsi  üçün  hər 

iki  göstərici  –  işçilərin  sayı  və  illik  dövriyyə 

göstəriciləri  bu  sektor  üçün  müəyyənləşdirilmiş 

hədlər  daxilində  olmalıdır.  Yeni  fəaliyyətə 

başlayan  sahibkarlıq  subyektləri  üçün  1  il 

müddətində bu hədlərlə müəyyən edilmiş işçilərin 

say meyarı əsas götürülür.  

Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə 

məşğul  olan  fiziki  şəxslər  üçün  bu  hədlərlə 

müəyyən  edilmiş  illik  dövriyyə  meyarı  əsas 

götürülür. 

 

KĐNOQURĞU 

(KĐNOTEATR)

 

– 

kinofilmlərin  nümayişi  üçün  istifadə  olunan 

ləvazimatlar  kompleksidir.  Kinoqurğular  xüsusi 

təchiz  olunmuş  yerdə  (kinoteatrda,  klub  tipli 

mədəniyyət  binasında  və  s.)  daimi  quraşdırılmış 

stasionar  və  yalnız  kinofilmlərin  göstərilməsi 

zamanı  quraşdırılan  aparatlardan  ibarət  hərəkətdə 

olan  qurğular  olmaqla,  iki  hissəyə  bölünür. 

Stasionar  kinoqurğularda  filmlərin  göstərilməsi 

üçün 


təchiz 

olunmuş 


bina 

– 

kinoteatr; 



kinoproyeksiya 

aparatı, 

işığı 

əks 


etdirən 

səskeçirici  ekranla  və  səsucaldıcı  ilə  təchiz 

olunmuş  tamaşaçı  zalları  əsas  hesab  edilir. 

Biletlərin  satışı  ilə  film  nümayiş  etdirən 

kinoqurğular  statistik  hesabat  təqdim  edirlər. 

Biletlərin  satışı  olmadan  tədris  və  s.  filmlər 

nümayiş etdirən kinoqurğular ümumi ekranlı kino 

şəbəkəyə daxil edilmir və onlar tərəfindən statistik 

hesabatlar  tərtib  olunmur.  Kinoqurğunun  işi 

aşağıdakı  göstəricilərlə  xarakterizə  olunur:  kiçik 

və böyüklər üçün nümayiş etdirilən kinoseansların 

sayı,  tamaşaçıların  və  ümumi  yığılan  vəsaitin 

miqdarı,  işlənən  günlərin  və  kinoqurğuların 

dayanmalarının sayı və onların səbəbləri. 

 

KĐNO-VĐDEO  PROKAT

  –  yerli  və  xarici 

kino-videofilmlərin  nümayişi,  onların  reklam 

edilməsi, 

əhaliyə 


yaxşı 

yeni 


və 

köhnə 


kinolentlərin  daha  çox  göstərilməsi  şəraitinin 

yaradılması,  film  fondunun  formalaşdırılması  və 

qorunması,  onun  texniki  vəziyyəti  və  səmərəli 

istifadəsinə  nəzarət  üzrə  kino-video  prokat 

təşkilatları  tərəfindən      həyata  keçirilən  təşkilati-

mədəni fəaliyyət növüdür. 

 

KĐOTĐ 

KONVENSĐYASI

 

– 

gömrük 



əsasnaməsini və konsepsiyasını müəyyənləşdirmiş 

 

360 


və təsdiq etmiş beynəlxalq gömrük müqaviləsidir. 

Konsepsiyanın  məlumatlarının  bəzilərindən  bu 

konvensiyanı bəyənmiş və imzalamış ölkələr üçün 

xarici ticarətin müəyyənləşdirilməsində baza kimi 

istifadə olunur. 

 

KĐTAB



 – əsasən, üzlənmiş və ya cildlənmiş, çap 

materialının  həcmi  48  səhifədən  çox  olan,  kitab 

şəklinə salınmış qeyri-dövri nəşrdir. 

 

KĐTABÇA  (BROŞÜRA)



  –  həcmi  4  səhifədən 

çox,  lakin  48  səhifədən  çox  olmayan  qeyri-dövri 

mətnlərin nəşridir. 

 

KĐTABXANA



 

– 

1) 


elm, 

informasiya, 

mədəniyyət, təhsil və tərbiyə müəssisəsi kimi çap 

əsərlərini  və  digər  informasiya  daşıyıcılarını 

toplayıb  mühafizə  edən,  onların  sistemli  ictimai 

istifadəsini təşkil edən, cəmiyyətin intellektual və 

mənəvi  potensialının  inkişafına  xidmət  göstərən 

sosial  institutdur;  2)  tirajı  müəyyən  olunmuş 



sənədlər (kitablar, köhnəlmiş nəşrlər, audiovizual 

və  texniki  vasitələrlə  oxunan  materiallar  və  digər 

sənədlərin  dövri  nəşrləri)  fonduna  malik  olan 

informasiya 

idarəsidir. 

Kitabxana 

müstəqil, 

təşkilatın  və  ya  müəssisənin,  idarənin,  təşkilatın 

struktur bölməsi ola bilər. Kitabxanalar təyinatına, 

fəaliyyət 

xüsusiyyətlərinə, 

kitab 


fondlarının 

tərkibinə  görə  kütləvi  (ümumi),  tədris,  elmi, 



texniki  və  digər  ixtisaslaşdırılmış  kitabxanalara 

bölünürlər. 



Statistikada 

kitabxanalar 

illik 

müşahidələrdə nəzərə alınır. 



 

KĐTABXANA  FONDU

  –  1)  fondun  tərkibinə 

kitab,  jurnal,  qəzet,  digər  çap  məhsulları, 

audiovizual 

və 


texniki 

vasitələrlə 

oxunan 

materiallar,  əlyazmalar  və  başqa  informasiya 



daşıyıcıları daxildir. Kitabxana fondları universal, 

sahəvi, çoxsahəli və ixtisaslaşdırılmış ola bilər; 2) 



sənədlərin  təşkil  edilmiş  toplusudur.  Kitabın, 

kitabçanın 

nüsxələri, 

böyük 

həcmli 


aylıq 

jurnalların  ayrı-ayrı  nömrələri,  kiçik  həcmli 

jurnalların  nömrələrinin  cildlənmiş  komplektləri, 

qəzetlərin  illik  tikmələri,  notların,  kartoqrafik  və 

izonəşrlərin  ayrı-ayrı  nüsxələri,  pozitivlər  üçün 

komplektlər,  audiovizual  və  texniki  vasitələrlə 

oxunan  sənədlərin  ayrı-ayrı  nüsxələri  uçot  vahidi 

hesab 


edilir. 

Kitabxana 

fondu 

inventar 



kitablarında  aşağıdakı  sxem  üzrə  hesaba  alınır: 

hesabat  ilinin  əvvəlində  mövcud  olan,  il  ərzində 

daxil  olan,  il  ərzində  çıxarılan,  hesabat  ilinin 

sonuna mövcud olan. 

 

KĐTABXANA  FONDUNUN  DÖVR  ET-

MƏSĐ 

– 

fonddan 


istifadənin 

intensivlik 

göstəricisidir.  Kitab  vermələrin  sayının  fondun 

həcminə nisbəti kimi müəyyən edilir. 



KĐTABXANA  PROQRAMLARI

  –  ümumi 

istifadə 

üçün 

nəzərdə 


tutulmuş 

ayrı-ayrı 

proqramlar və proqram paketlərinin məcmusudur. 

Kitabxana  proqramlarının  komponentlərinin  bir-

biri ilə əlaqədar olması məcburi deyildir. Proqram 

translyatorları  xidmətedici  proqramlar,  riyazi 

hesablamalar üçün proqram paketləri və s. özündə 

birləşdirir.  

 

KĐTABXANANIN  OXUCULARININ  SA-

YI 

–  kitabxanadan  istifadə  edən  oxucuların 

ümumi  sayıdır.  Kitabxana  oxucularının  uçotu 

abonoment qeydlərinə və ya oxucuların formulyar 

siyahısına  əsasən  aparılır.  Đl  ərzində  fərdi 

abonoment üzrə kitab alan oxucuların ümumi sayı 

il  ərzində  sonuncu  formulyarın  sıra  nömrəsi  ilə 

müəyyən  olunur.  Kitabxananın  oxucularının 

hərəkətinin  uçotu  kitabxananın  iş  gündəliyindəki 

qeydlərə 

əsasən 

aparılır: 



ayın 

əvvəlində 

qeydiyyatda  idi,  ay  ərzində  yazılmışdır,  ayın 

axırına qeydiyyatdadır.  

 

KĐTABIN  VERĐLMƏSĐ

  –  oxu  zalında  və  ya 

abunəçiyə  müvəqqəti  istifadə  üçün  sənədlərin 

(kitabın,  dövrü  nəşrlərin,  audiovizual  və  maşın 

oxuma  materialları  da  daxil  olmaqla,  digər 

sənədlərin)  bir  nüsxəsinin  verilməsidir.  Statistik 

hesabatlarda  sənəd  (nəşr,  audiovizual  materiallar 

və  s.)  növləri  üzrə  kitabların  verilməsinin 

bölüşdürülməsi verilir. 

 

KĐTABLARIN 



OXUNAQLILIĞI

 

 

– 

oxucuların  kitabxana  fondundan  istifadə  etməsi 



dərəcəsini  göstərir.  Đl  ərzində  verilən  kitabların 

sayının  kitablardan  istifadə  edən  oxucuların 

sayına bölünməsi yolu ilə hesablanır  

 

KLASTER TƏHLĐLĐ



 – aralarındakı məsafə və 

yaxud  əlaqələr  (yaxınlıq  ölçüsü)  haqqında 

məlumatlar 

üzrə 


bir-birindən 

nisbətən 

“uzaqlaşdırılmış” 

“eyni 


cinsli” 

obyektlər 

qrupunun 

formalaşdırılması 

üçün 

nəzərdə 


tutulmuş, 

çoxölçülü 

statistik 

metodların 

məcmusudur. Aralarındakı korrelyasiya əmsalının 

verilmiş 

matrisası 

üzrə 


sosial-iqtisadi 

göstəricilərin məcmusunun strukturunun, çoxsaylı 

təcrübədən 

asılı 


olmayaraq, 

eyni 


hüquqlu 

əlamətlərlə 

təsvir 

edilmiş 


sosial-iqtisadi 

obyektlərin  (müəssisələrin,  regionların  və  s.) 

təhlili  üçün  istifadə  edilir.  Klasterlərin  axtarılıb 

tapılmasından 

asılı 

olaraq, 


klaster 

təhlili 


metodlarının iki əsas tipi fərqlənir: eyni vaxtlı (1) 

və ardıcıl (2). Birincilər arasında klaster strukturu 

ilə  aşkar  edilmiş  bu  və  ya  digər  keyfiyyət 

göstəricilərinin  optimallaşdırılmasına  əsaslanan 

variasiya  metodu  və  ən  yaxın  klaster  cütlüyünün 


 

361


ardıcıl  birləşməsinə  əsaslanan  aqlomerativ  metod 

geniş  yayılmışdır.  Đkincilər  arasında  klaster 

anlayışının 

müəyyən 


edilməsinə 

əsaslanan 

metodları,  bir  qayda  olaraq,  maksimum  mümkün 

“radius”  və  ya  əlaqələrin  “zərurilik  astanası” 

terminlərini qeyd etmək olar.  

Klaster  təhlilin  aqlomerativ  qaydaları,  adətən 

tədqiqatçı  tərəfindən  bir  sıra  qərarların  qəbuluna 

imkan verən, tədqiqatçı üçün şərh edilmə nöqteyi-

nəzərindən  daha  mükəmməl  olan  parametrləri 

birləşdirir.  

 

KLASTER  TƏHLĐLĐN  ĐYERARXĐYA 

ALQORĐTMLƏRĐ

  –  daha  geniş  yayılmış  

“öyrətmədən”  təsnifləşdirmə  metodu  (EHM-də 

həyata  keçirilmə  mənasında)  hesab  olunur  və  iki 

növdə  ola  bilər:  aqlomerativ  və  divizim. 

Aqlomerativ  üsullardan  bir  elementlərdən  ibarət 

olan    siniflərin  bölüşdürülməsinin  ilkin,  bir 

sinifdən  olanların  bölüşdürülməsi  isə  sonuncu  

hesab olunur, divizim üsullarda isə - əksinə.  

Đyerarxiya  aqlomerativ  (divizim)  alqoritmlərin  iş 

prinsipi  ardıcıl  olaraq  əvvəlcə  ən  yaxın  (uzaq), 

sonra  isə  bir-birindən  (bir-birinə)  daha  uzaq 

(yaxın)  elementlər  qrupunun  birləşməsindən 

(bölünməsindən)  ibarətdir.  Bu  alqoritmlərin 

əksəriyyəti  məsafə  (oxşarlıq)  matrisasından  çıxır 

və  siniflər  arasındakı  məsafənin  hesablanması 

metodu  ilə  bir-birindən  fərqlənir.  Obyektlər 

arasındakı 

məsafə 


qismində 

daha 


çox 

Maxalanobis, 

evklidov 

və 


hemminqov 

məsafəsindən,  siniflər  arasında  isə  -  “yaxın 

qonşu”,  “uzaq  qonşu”,  “ağırlıq  mərkəzi”  sinifləri 

və  “orta  əlaqə”  prinsipləri  əsasında  ölçülən 

məsafədən istifadə edilir. 

Klaster  təhlilin iyerarxiya alqoritmlərində təsnifat 

qismində  daha  geniş  yayılmış  meyar,  siniflər 

daxili dispersiyanın minimuma endirilməsi meyarı 

hesab olunur. 

 


Yüklə 17,41 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin