KOLLEKTĐV ĐSTEHLAK
– cəmiyyətdə
ümumilikdə və ya ev təsərrüfatı qruplarında
kollektiv istehlak olunan xidmətlərin həcmini əks
etdirən MHS kateqoriyasıdır, məsələn, müdafiə,
şəhərin abadlığı və s. xidmətlər. Ümumi halda
kollektiv xidmətin göstərilməsində bu xidmətdən
istifadə edən ev təsərrüfatlarının konkret razılığı
tələb olunmur. Göstərilən kollektiv xidmətlərin
ümumi miqdarı onların ayrı-ayrı ev təsərrüfatları
tərəfindən istehlakının ölçüsündən asılı deyildir.
365
KOLLEKTĐV MÜLKĐYYƏT
– bir sıra
dövlətlərin
qanunvericiliyinə
görə,
dövlət
mülkiyyəti və xüsusi (şəxsi) mülkiyyətlə yanaşı
mövcud olan mülkiyyətin müstəqil formasıdır.
kollektiv
mülkiyyət
dedikdə,
adətən,
kooperativlərə məxsus olan mülkiyyət başa
düşülür.
KOMBĐNASĐYA
EDĐLMĐŞ
(BĐRLƏŞ-
DĐRĐLMĐŞ) NOMENKLATURA
– Ümumi
gömrük tarifi (ÜGT) və Avropa statistikasının
nomenklaturası
(ASN)
əsasında
işlənərək
genişləndirimiş Harmonikləşdirilmiş Sistemdir
(HS).
Ümumi
gömrük
tarifi
və
Avropa
statistikasının nomenklaturasından 1987-ci ilin
dekabrınadək
istifadə
edilmişdir.
Kombinə
edilmiş nomenklaturaya təxminən 10 000 qrup
əmtəə adları daxildir. Bu qruplar 21 bölməyə və
98 qrupa bölünən 4 rəqəmli kodla (mövqe) və ya
8
rəqəmli
kodla
(altmövqe)
identifikasiya
edilmişdir. Ondan istifadə haqqında Əsasnamə
01.01.1988-ci ildə qüvvəyə minmişdir (Əsasnamə
(AĐB) N 2658/87).
KOMĐSYON TĐCARƏTĐ
– (I) – komitentin
tapşırığı ilə komisyonçunun öz adından, lakin
komitent hesabına ticarətin həyata keçirilməsidir.
(II) - topdansatış komisyon ticarətinə əsas
fəaliyyət növü üçüncü tərəfin xeyrinə əmtəə
ticarəti olan bütün vahidlər daxildir. Onlar,
üçüncü tərəfin hesabına sövdələşmələri həyata
keçirən ticarət agentləri, brokerləri və ya ticarət
birlikləri ola bilərlər. Qeyd etmək lazımdır ki,
komisyon
pərakəndə
ticarətdə
ayrılıqda
göstərilmir, təsnifat üzrə müəyyən qrupa daxil
edilir.
KOMĐSYONÇULAR
– özləri mal sahibi
olmadan,
satıcı
və
alıcı
arasında
əlaqə
yaradılmasına kömək edən ayrı-ayrı şəxslər və ya
şirkətlərdir. Onların haqqı fəhlə və qulluqçulardan
fərqli olaraq ödənilir. Danışıqlar aparan brokerlər,
ticarət
təmsilçiləri,
vasitəçilər
(dəllallar)
komisyonçulara aid ola bilər.
Đşəmuzd haqqında müqavilə ilə bağı olmayan
ticarət
nümayəndələri
-
ayrı-ayrı
şəxslər,
müvəkkil nümayəndələri olduqları istehsalçılar və
ticarətçilər adından alqı-satqı, icarə haqqının
məbləği və ya onların adından və hesabına
xidmətin
göstərilməsi
haqqında
müntəzəm
danışıqlar aparır və bir sıra hallarda müqavilələr
bağlayır. Ticarət nümayəndəsinin peşəsi xüsusi
qanunlarla və sazişlərlə nizamlanır.
KOMMERSĐYA (KOMMERSĐYA FƏA-
LĐYYƏTĐ)
–
gəlirin
əldə
olunmasına
yönəldilmiş - 1) ticarətdir, ticarət fəaliyyətidir; 2)
istənilən bazar fəaliyyətidir. Hər iki tərif (anlayış)
eynidir. Belə ki, gəlir yalnız şəxsi fəaliyyətin və
ya alver məqsədilə alınmış malların, məhsulların
satılması nəticəsində əldə edilə bilər.
KOMMERSĐYA (SAHĐBKAR) RĐSKĐ
–
maddi ziyan gətirən hadisələrin baş vermə
mümkünlüyüdür.
Hər
bir
sahibkarlıq
və
innovasiya fəaliyyəti bu və ya digər səviyyədə
kommersiya (sahibkarlıq) riski ilə əlaqədardır.
Bununla əlaqədar olaraq, mümkün hadisələrin baş
verməsinin neytrallaşdırılması şərtlərindən biri
kommersiya
(sahibkarlıq)
risklərinin
sığortalanmasıdır.
KOMMERSĐYA
BANKI
–
mövcud
qanunvericiliyə uyğun olaraq və Mərkəzi Bank
tərəfindən verilən lisenziya əsasında, fiziki və
hüquqi şəxslərdən pul vəsaiti cəlb etmək və öz
adından onları qaytarmaq, ödəmək və təcililik
şərti ilə yerləşdirmək, həmçinin digər bank
əməliyyatlarını həyata keçirmək hüququ olan,
hüquqi
şəxs
hesab
olunan
kommersiya
müəssisəsidir. Kommersiya bankı konkret bank
əməliyyatlarının aparılması üçün xüsusi Dövlət
(Mərkəzi Bank və ya digər maliyyə orqanlarının)
icazəsinə malik ola, yəni müvəkkil və qeyri-
müvəkkil ola bilər. Yerinə yetirilən əməliyyatların
əhatə dairəsindən asılı olaraq, kommersiya
bankları universal, sahə və ixtisaslaşdırılmış
banklara bölünür. Universal kommersiya bankları
bütün növ müştərilər üçün ənənəvi və qeyri-
ənənəvi bank xidmətlərinin əsasən bütün növlərini
həyata keçirir. Sahə kommersiya bankları öz
xidmətlərini konkret bazar seqmentində həyata
keçirir. Đxtisaslaşdırılmış kommersiya bankları
aşağıdakı kimi təsnifləşdirilə bilər: funksional
ixtisaslaşma - uçot-depozit kommersiya bankları
(adətən, fiziki və hüquqi şəxslərin sərbəst
vəsaitlərinin qısamüddətli, altı aydan üç ilə qədər
olan vaxt ərzində kredit əməliyyatlarına cəlb
edilməsini və ya yerbəyer edilməsini həyata
keçirir, həmçinin qiymətli kağızlarla kredit və
uçot əməliyyatlarını həyata keçirir); investisiya və
innovasiya kommersiya bankları (hər şeydən
əvvəl, uzunmüddətli vaxt ərzində pul vəsaitlərini,
o cümlədən istiqraz vərəqələrinin buraxılması və
uzunmüddətli ssudaların verilməsi vasitəsilə ilə
qiymətli
kağız
şəklində
toplayır);
əmanət
kommersiya bankları (ayrı-ayrı şəxslərdən kiçik
əmanətləri müəyyən müddətə cəlb edir – təcili və
ya tələbli əmanətlər); ipoteka, torpaq kommersiya
bankları (daşınmaz əmlakın uzunmüddətli girovu
əsasında vəsaitlərin cəlb edilməsi və yerbəyer
366
edilməsi üzrə kredit əməliyyatlarını həyata keçirir,
ipoteka istiqrazlarını buraxır);
- müştərilərin müəyyən növlərinə xidmətlər üzrə
ixtisaslaşma - birja, istehlakçı kredit bankları,
kommunal, sığorta bankları;
- əraziyə görə ixtisaslaşma – beynəlxalq, milli,
rayon, bələdiyyə.
Nizamnamə kapitalının həcmindən asılı olaraq,
kommersiya bankları kiçik, orta və iri ola bilər.
KOMMERSĐYA
FƏALĐYYƏTĐ
ĐLƏ
BAĞLI XĐDMƏTLƏR
– idarəetmənin ümumi
məsələləri üzə, maliyyə idarəçiliyi məsələləri üzrə
(korporativ vergidən başqa), marketinqin, əmək
ehtiyatlarının, istehsalın idarə edilməsi üzrə,
ictimai təşkilatlarla əlaqələr üzrə, arbitraj və
barışıqlar üzrə, layihələrə rəhbərlik üzrə (tikinti
layihələrinə rəhbərlik üzrə xidmətdən başqa) və s.
məsləhət xidmətləridir.
KOMMERSĐYA
HAVA
GƏMĐSĐNĐN
YÜKLƏNMƏSĐ
– hava limanında təyyarəyə
kommersiya əsasında qəbul edilmiş sərnişinlərin
və yüklərin (tonla) kütləsidir. Poçtun, yüklərin
tonla çəkisinin və sərnişinlərin şərti kütləsinin,
sərnişinlərin və onların şəxsi yüklərinin orta
kütləsinin (hər sərnişin üzrə 90 kq) təyyarədəki
sərnişinlərin sayına vurmaqla müəyyənləşdirilir.
KOMMERSĐYA
MÜSABĐQƏS
Đ
–
özəlləşdirmədə ticarətin aparılması növlərindən
biridir. Fiziki və hüquqi şəxslər tərəfindən
özəlləşdirilən
obyektlər
şəxsi
mülkiyyətə
alınarkən
alıcıdan
özəlləşdirmə
obyektinə
münasibətdə müəyyən şərtlərin yerinə yetirilməsi
tələb edilərsə, o, kommersiya müsabiqəsi üzrə
satış hesab edilir. Müsabiqənin qalibi təklifi
tamamilə kommersiya müsabiqəsinə cavab verən
və qalibin aşkar edilməsi meyarlarına uyğun olan,
yəni özəlləşmənin digər şərtlərinə əməl edərək
maksimum qiymət təklif edən iştirakçı hesab
edilir.
KOMMERSĐYA SĐRRĐ
– müəssisənin iqtisadi
möhkəmliyini
və
rəqibləri
qarşısında
üstünlüklərini təmin edən istənilən məlumatlardır.
KOMMERSĐYA ŞĐRKƏTĐNĐN ADI
–
sahibkar tərəfindən yerli vahidə verilən hüquqi
addır.
KOMMERSĐYA
YÜKLƏNMƏSĐNĐN
YÜK DÖVRĐYYƏSĐ
(hava nəqliyyatında) –
hava gəmilərinin normativ kommersiya yük
götürmə qabiliyyətindən tam istifadəsində yük
dövriyyəsinin mümkün həddidir. Hava gəmisi
tərəfindən yerinə yetirilən hər reys üçün
kilometrlə tarif uçuş məsafəsinin kommersiya
hava gəmisinin yüklənmə səviyyəsinə hasillərinin
cəmi ilə təyin olunur.
KOMMUNAL
TƏSƏRRÜFATI
XĐD-
MƏTLƏRĐNĐN GÖSTƏRĐLMƏSĐ (BU
-
RAXILIŞI)
– kommunal-məişət ehtiyaclarına və
əhaliyə qaz, su, istilik paylaşdırılması, həmçinin
yaşayış
məntəqələrinin
abadlaşdırılması
ilə
məşğul olan müəssisələrin bazar və qeyri-bazar
xidmətlərinin dəyəridir. Bu xidmətlərin bazar
buraxılışı onların satışının dəyərlərini ifadə edir.
Qeyri–bazar buraxılışı şəhərlərin və digər yaşayış
məntəqələrinin abadlaşdırılması üçün dövlət
büdcəsinin və qeyri-büdcə fondlarının cari
xərclərinin miqdarı, həmçinin sahənin əsas
kapitalının sərfi (istehlakı) ilə müəyyən edilir.
KOMMUNAL TƏSƏRRÜFATI STATĐS-
TĐKASI
- əhalinin yaşayış şəraitini öyrənir və
buraya əhalinin kommunal və məişət su təchizatı,
qaz və istilik təchizatı, kanalizasiya və çirkab
suların
təmizlənməsi
üzrə
bölüşdürücü
şəbəkələrinin saxlanması və istismarı; şəhərlərin
və
yaşayış
məntəqələrinin
abadlaşdırılması
(yollar,
səkilər,
körpülər,
kəsişən
yolların
üstündən körpülərin salınması, tunel, piyada
keçidləri,
hidrotexniki
tikililər,
xarici
işıqlandırma, yaşıllaşdırma, sanitar təmizləmələri
və
s.);
abadlaşdırma obyektlərinin
və
s.
saxlanması və təmiri daxildir.
KOMPLEKS VƏ YA BĐRLƏŞDĐRĐLMĐŞ
TĐCARƏT
- müəssisənin vahid kimi fəaliyyət
göstərərək eyni zamanda pərakəndə və topdansatış
ticarəti apardığı, bəzi hallarda isə tədarükçü
(məsələn, universal mağaza, aşağı qiymətli
mağaza, universal mağazalar şəbəkəsi, istehlakçı
kooperativlər) kimi çıxış etdiyi ticarət növləridir.
KOMPLEKT
SƏNAYE
OBYEKTĐ
–
Harmonikləşdirilmiş Sistemin nomenklaturasının
müxtəlif mövqelərinə uyğun gələn maşın və
avadanlıqların,
cihazların,
alətlərin
və
materialların komplektidir. Mal istehsal edən və
ya xidmət göstərən iri müəssisələrin işi üçün
nəzərdə tutulmuşdur.
KOMPONENT TƏHLĐL
– ilkin əlamətlər
məkanının ölçüsünün azalması metodlarından
biridir. Güman edilir ki, əlamətlər çoxşaxəli
normal bölüşdürmə qanununa tabedir. Đlkin
əlamətlərin xətti kombinasiyalarının yenidən
yaranması əsas komponentlər adlanır. Onlar
367
mərkəzləşmiş əlamətlərin normallaşdırılmış düz
xətli kombinasiyaları hesab edilir.
Birinci əsas komponent qalan digərləri ilə
müqayisədə daha böyük dispersiyaya malik olur.
Đkinci baş komponent birinci baş komponentlə
korrelyasiya
edilməmiş
bütün
sonrakılarla
müqayisədə daha böyük dispersiyaya malikdir və
s.
Əsas
komponentlərin
çəki
əmsallarının
hesablanması ilkin əlamətlərin xüsusi vektorları
və kovariasiya matrisasının xüsusi sırasının
köməyi ilə həyata keçirilir. Alınmış xüsusi
rəqəmlər əsas komponentlərin dispersiyasına
bərabərdir. Həndəsi cəhətdən əsas komponentlər
elliptik hiper səthin düzbucaqlı oxu boyunca
yerləşir.
KOMPONENTLƏR METODU
– 1) əhalinin
gələcək sayının hesablanma prinsipidir, onun
dinamikasını
müəyyən
edən
müxtəlif
komponentlərin mümkün dəyişikliklərini uçota
almağa əsaslanır. Demoqrafik proqnozda belə
komponentlər
kimi
doğumda,
ölümdə,
miqrasiyada gələcək meyllər, əhalinin cins-yaş
strukturunda dəyişikliklər, habelə bu meyl və
dəyişikliklərin nəticələrinin əhalinin gələcək
sayına təsiri nəzərdə tutula bilər. Komponentlər
metodunu yaşlar üzrə yer dəyişdirmə ilə
eyniləşdirmək olmaz; 2) ölümün təhlilində – iki
əhalinin ölüm göstəricilərini müqayisə etdikdə,
istifadə olunan demoqrafik statistika metodudur.
Ayrı-ayrı yaş qruplarının ölüm göstəricilərindəki
və ölüm səbəblərinin strukturundakı fərqlər
gözlənilən ömür uzunluğunun diferensiasiyasına
təsirini
qiymətləndirməyə
imkan
verir.
Komponentlər
metoduna
görə,
ölüm
əmsallarındakı fərqlərin t ölüm səbəbindən x, x+τ
il yaşda təsiri aşağıdakı kimi ölçülə bilər:
(
)(
) (
)(
)
(
)
*
2
1
)
1
(
)
2
(
)
1
(
)
2
(
)
2
(
)
1
(
)
2
(
)
1
(
x
x
x
x
x
x
x
x
e
e
l
l
e
e
l
l
+
+
−
−
+
=
∆
+
+
+
+
τ
τ
τ
τ
)
2
(
)
1
(
)
2
(
)
1
(
*
x
x
i
x
i
x
m
m
m
m
τ
τ
τ
τ
+
−
burada l
x
, e
x
,
τ
m
x
,
τ
m
i
x
– x il yaşadək sağ qalanların
müvafiq sayları, x yaşda gözlənilən ömür
uzunluğu və x, x+τ yaş intervalında (ümumi və i
səbəbindən) (“Ölüm cədvəlləri”nə bax).
Ölüm səbəbləri nəzərə alınmadan komponentlər
metodunu ilk dəfə rus alimi Y.A.Korçak-
Çepurkovski (1968) təklif etmiş və səbəblər üzrə
ölüm halları üçün E.M.Andreyev tərəfindən
(1982) ümumiləşdirilmişdir. Oxşar metodikalar
müstəqil olaraq fransız demoqrafı R.Pressa (1985)
və Avstraliya demoqrafı C.Pollard (1988)
tərəfindən də təklif olunmuşdur.
KONDOMĐNĐUM
(birgə)
–
1)
mənzil
sahəsində daşınmaz əmlak mülkiyyətçilərinin
cəmiyyətidir (yoldaşlığıdır). Evlərin istismarının,
yaşayış
binalarının
və
ümumi
əmlakın
istifadəsinin təmin edilməsi məqsədilə yaradılır;
beynəlxalq hüquqda kondominium müəyyən
dövlətin ərazisində hakimiyyətin iki və ya daha
çox dövlət tərəfindən birgə həyata keçirilməsi
deməkdir.
KONFĐDENSĐAL MƏLUMATLAR
– (I) -
Azərbaycan
Respublikasında
istifadəsi
qanunvericiliyə uyğun olaraq məhdudlaşdırılan
sənədləşdirilmiş məlumatlardır.
(II) - Avropa Đttifaqında statistik məxfiliyə əməl
edilməsinə dair rəsmi qəbul olunmuş tərif yoxdur.
Avropa Statistika Bürosunun məqsədləri üçün
məxfi statistik məlumatlar, Şuranın 1588/90
nömrəli təlimatında müəyyənləşdirildiyi kimi, AĐ-
yə üzv ölkələrin öz milli qanunvericilikləri ilə və
ya təcrübədə qəbul etdikləri məxfi elan edilmiş
“məlumatlar” kimi müəyyən edilmişdir. Adətən,
Avropa Đttifaqına üzv olan ölkələr tərəfindən elan
edildiyi kimi məxfi məlumatların iki əsas
kateqoriyası mövcuddur: bunlar fərdi məlumatlar
və
dolayısı
yolla
fərdi
məlumatların
eyniləşdirilməsinə (açıqlanmasına) imkan verən
cədvəl məlumatlarıdır. Onlar həmçinin ilkin və
təkrar məxfilik kimi məlumdurlar.
Fərdi məlumatlar - bu, ayrıca bir iqtisadi vahidə
aid olan məlumatlardır. Onların birbaşa tanınması
statistik vahidin adı, ünvanı və ya rəsmi qaydada
ona verilən və ya dərc olunan nömrədə baş verə
bilər. Alternativ olaraq, iqtisadi vahid dolayı yolla
tanına bilər. Belə ki, ayrıca şəxsin (ayrıca iqtisadi
vahidin) tanınması üçün imkan verən əlavə
məlumat varsa, buna müəyyən vaxt, pul və əmək
sərf etməklə şəxsi (iqtisadi vahidi) eyniləşdirmək
(tanımaq) olar.
Cədvəl məlumatları – bu, statistik üsulların
nəticəsi olan məlumatlardır. Onlar yekun (cəm)
şəklində təqdim olunurlar və hər bir rəqəm
müvafiq xanada müvafiq fərdi məlumatın
aqreqasiya edilmiş nəticəsidir. Bu məlumatlar
adətən
məxfiliklə
əlaqədar
olaraq
məhdudlaşdırılırlar
(ayrıca
iqtisadi
vahidi
eyniləşdirmək imkanının yaranması halları istisna
olmaqla). Belə hallara aşağıdakıları misal
göstərmək olar:
- cədvəlin xanaları ayrılıqda götürülmüş bir
iqtisadi vahid haqqında məlumatları əks etdirir ki,
bu da yuxarıda təsvir edilmiş fərdi məlumatlardan
başqa bir şey deyildir;
- cədvəlin xanaları ayrıca iki iqtisadi vahid
haqqında məlumatları əks etdirir. Adətən, belə
məlumat konfidensial hesab edilir. Belə ki, hər bir
368
iqtisadi vahid digərinin məlumatlarını hesablaya
bilər;
- cədvəl xanalarında bir və ya iki iqtisadi vahid
statistik nəticəyə hakim (üstün) təsir göstərir. Bir
iqtisadi vahid halında (və ya iki iqtisadi vahid
halında birgə üstünlükdə) xanaların məxfiliyinin
eyniləşdirilməsinə gətirən məhdudluğun üstün
səviyyəsinin son həddi, bir qayda olaraq, 50-85%
arasında müəyyənləşdirilir.
Məxfi məlumatların təsadüfi açılması, yuxarıda
təsvir edilmiş üç kateqoriyadan birinə uyğun
olaraq, məxfi xanada nəticələrin hesablanması
üçün bir cədvəl və ya müxtəlif cədvəllər
hüdudunda bir neçə xananın kombinasiyada
istifadə oluna bildiyi zaman baş verə bilər.
Məxfi məlumatların açılmasından qaçmaq üçün
müxtəlif metodlar mövcuddur, o cümlədən qeyri-
məxfi
məlumatların
yayılmasının
məhdudlaşdırılması.
KONFLYUENT TƏHLĐL
– dəyişən X
(s)
deyil,
,
~
)
(
)
(
)
(
s
i
s
i
s
i
X
X
ε
+
=
i=1, ..., n
düsturu vasitəsilə ifadə olunan təsadüfi kəmiyyət
müşahidə olunduğu şərtlərdə X
(1)
...X
(p)
dəyişkən
kəmiyyətləri (təsadüfi və ya qeyri-təsadüfi)
arasında fərz edilən funksional əlaqələrin təhlilinə
aid olan, məlumatların işlənməsinin riyazi-
statistik metodunun məcmusudur. Burada:
)
( s
i
ε
-
müşahidəsində
X
(s)
-yə
dəyişən
X
i
(s)
-nin
ölçülməsində təsadüfi səhvdir; n - müşahidənin
ümumi sayıdır. Bu halda müşahidə olunmayan
X
(1)
...X
(p)
dəyişənləri arasında istifadə edilən
müşahidə
olunan
funksional
(“struktur”)
münasibətlərin ümumi məqsədi verilmiş hesab
edilir.
Konflyuent
təhlilin
vəzifələrinə
(tapşırığına)
tədqiq
edilən
“struktur”
münasibətlərin eyniləşdirilməsində iştirak edən
göstəricilərin
qeyri-müəyyən
qiyməti
üçün
statistik qiymətləndirilmə cərgəsi, həmçinin təhlil
olunan əlaqələrin xassələri haqqında müxtəlif
hipotezaların
(ehtimal)
yoxlanması
üçün
müəyyənləşdirilmiş statistik meyarlar daxil edilir.
Konfluyent təhlilin nəzəri və tətbiqi aspektlərinin
(baxışlarının) işlənməsi əsas etibarilə tədqiq
olunan struktur münasibətlərin xətti növünə uyğun
olaraq aparılır. Bununla yanaşı, konfluyent təhlil
tapşırığının əlaqədar xarakteri və reqressiya
(tənəzzül edən) təhlildən danışmaq olar.
Dostları ilə paylaş: |