A. M. Vəliyev Elmi redaktorlar: R. A. Səlimov, S. A. Sadıqova, T.Ə. Paşayev



Yüklə 17,41 Mb.
Pdf görüntüsü
səhifə90/182
tarix21.04.2017
ölçüsü17,41 Mb.
#14975
1   ...   86   87   88   89   90   91   92   93   ...   182

KADASTR

  –  özündə  obyektlərin  qiyməti  və 

orta mənfəətliyi haqqında məlumatları ehtiva edən 

reyestr,  rəsmi  orqanların  tərtib  etdiyi  siyahı, 

reyestrdir. 



 

KADRLARIN  DAĐMĐLĐK  (DƏYĐŞMƏZ-

LĐK)  ƏMSALI

  –  bütün  hesabat  ilində  siyahı 

tərkibində  olan  işçilərin  sayının  (“Đşçilərin  siyahı 



sayı”na  bax)  hesabat  ili  üzrə  işçilərin  orta  siyahı 

sayına  (“Đşçilərin  orta  siyahı  sayı”na  bax) 

nisbətidir. Yanvarın 1-dən dekabrın 31-dək siyahı 

tərkibində  olan  işçilərin  sayı  daxil  olmaqla,  yəni 

bütün  il  ərzində  işləyənlər  aşağıdakı  qaydada 

müəyyənləşdirilir:  ilin  əvvəlində  (1  yanvar) 

siyahıda olan işçilərin sayından, hesabat dövründə 

qəbul  olunanlardan  çıxanlar  istisna  olmaqla  (belə 

ki,  yanvarın  1-i  vəziyyətinə  onlar  müəssisənin 

siyahısında olmamışdır), il ərzində bütün səbəblər 

üzrə  işdən  çıxanlar  çıxılır.  Yanvarın  1-i 

vəziyyətinə  tərtib  olunmuş  siyahıda  olan  işçilərin 

sayından 

həmçinin 

digər 

müəssisələrə 



köçürülənlər də çıxılır.  

 

KAFĐ  QĐYMƏT

  –  parametrlərin  statistik 

qiymətləndirilməsi 

nəzəriyyəsinin 

ən 

əsas 


anlayışlarından  biridir.  Əgər  seçmənin  sıxlığı  (və 

ya  diskret  hadisənin  ehtimalı)  T(X

1

,X

2



  ....X

n

)=t 



olmaqla 

bu 


parametrdən 

asılı 


deyilsə, 

T=T(X


1

,X

2



,...X

n

)  qiymətləndirilməsi  (statistik) 



θ

 

parametri  üçün  kifayətedici  sayılır.  Kafi  qiymət 



seçmədə  mövcud  olan 

θ

  parametri  haqqında 



bütün  informasiyanı  özündə  saxlayır.  Kafi 

qiymətin 

sadə 

meyarı 


mövcuddur. 

Qiymətləndirmənin  kafi,  lazımi  olması  üçün 

T(X

1

,X



1

...X


n

)  =  q*(T

θ

)h(X


1

,X

2



...  X

n

)  olmalıdır. 



Burada  birinci  çoxluq  qiymətləndirmədən  və 

parametrin  özündən,  ikinci  isə  ancaq  seçmədən 

asılıdır. 

 

KALMAN  YOXLAMASI

  –  əvvəlcə  aprior, 

sonra 

isə 


E(

'

,



t

t

ε

ε



), 

E(

'



,

t

t

a

a

kovarision 



matrisinin  və  əgər 

t

t

a

,

ε



və 

t

S

  çoxölçülü  normal 

dəyişənləridirsə,  t  anında  alınan  müşahidələrin 

1



t

S

 

aposterior 



paylanması 

parametrlərinin 

qiymətləri  əsasında 

t

S

  aprior  paylanmasının 

riyazi  gözləməsinin  və  dispersiyasının  rekurrent 

tapılmasına imkan verən tənliklər sistemidir.  



 

KANONĐK  (QAYDAYA  UYĞUN)  KO-

RELLYASĐYA  TƏHLĐLĐ

  –  iki  təsadüfi 

kəmiyyət  çoxluğu,  X

1

,  X



2

,  ...,  X



p

və  X


1

+

p

X

2



+

p

,  ...,  X



q

p+

,  (burada  ρ≤q)  arasındakı (iki 

təsadüfi 

kəmiyyətin 

arasındakı) 

əlaqənin 

strukturunun  (quruluşunun)  tədqiqatı  metodudur. 

X

1



, X

2

, ..., X



p

və X


1

+

p

, X

2

+



p

, ..., X


q

p+

 təsadüfi 

kəmiyyətlərin  birləşmiş  sisteminin  kovariyasiya 

və  ya  korrelyasiya  matrislərinin  vektorlarının 

qiymətlərinin  xətti  dəyişməsinin  hesablanması  ilə 

kanonik  formada  təqdim  olunan  Y

1

,  Y


2

,  ..., 


Y

p

və  Y


1

+

p

,  Y

2

+



p

,  ...,  Y



q

p+

  kəmiyyətlərinin 

çoxluğuna  çevrilir.  Kanonik  Y

1

,  Y



2

,  ...,  Y



p

və 


Y

1

+



p

,  Y


2

+

p

,  ...,  Y

q

p+

  normalaşdırılmış  təsadüfi 

kəmiyyətin kovariyasiya matrisi aşağıdakı şəkildə 

olur: 


 

 

      E



p

 

 



R

1

      0 



 

0       R



p

 

 



      0 

 

R

1

      0 


      

0       R



p

 

 



      E

p

 

 



 

      0 


 

      0 


 

      0 


 

    E



p

q

 

 



burada E

k

- k ölçülü vahidin matrisidir; R

1

-  

mərkəzə  uyğunlaşdırılmış  X

1

,  X


2

,  ...,  X



p

və 


X

1

+



p

, X


2

+

p

, ..., X

q

p+

təsadüfi kəmiyyətlərin xətti 

kombinasiyası  olan  Y

1

və  Y



1

+

p

  qaydasına  uyğun 

təsadüfi  kəmiyyətlər  arasındakı  mütləq  qiymət 

üzrə  maksimum  korrelyasiya  əmsalıdır;  R

2



kanonik  korrelyasiyanın  ikinci  əmsalıdır,  Y

1

və 



 

348 


Y

1

+



p

  ilə  korrelyasiya  olunmayan    təsadüfi 

kəmiyyətlərin ilkin çoxluğunun Y

2

 və Y



2

+

p

 xətti 

kombinasiyaları arasındakı korrelyasiya əmsalının 



mütləq  qiyməti  üzrə  maksimalına  uyğundur. 

Kanonik dəyişənlərin sonradan gələn hər bir cütü 

analoji olaraq müəyyən edilir.  

 

KAPĐTAL



  –  adətən,  milli  hesablarda  sərvətin 

tərkibi  (müəssisələrə  və  ev  təsərrüfatlarına 

mənsub  olan  aktivlərin  məbləği)  kimi  müəyyən 

edilir.  

Kapital  iqtisadi  nəzəriyyədə  istehsal  faktoru 

anlayışına  uyğundur. Müəyyən  bir  fəaliyyət  növü 

üçün  bütün  istehsal  prosesinə  bu  faktorun  təsiri 

ölçülür.  

Mühasibat  uçotunda  kapital  mühasibat  balansı 

maddələrinə  uyğundur  (əsas  fondlar,  kapital  və 

ehtiyatlar).  Bu  göstəricidən  şirkətin  daxili 

səmərəliliyini  misallarla  aydınlaşdırmaq  üçün 

istifadə  oluna  bilər,  lakin  aktivlərin  əldə 

olunmasının 

ilkin 

dəyərləri 



üzrə 

onun 


qiymətləndirilməsinin 

mövcud 


prinsipləri, 

ayrılıqda  şirkətin  şəxsi  kapitalının  xalis  real 

dəyərini dəqiq ölçməyə imkan vermir. 

 

KAPĐTAL  (ƏSASLI)  MALLAR



  –  Đqtisadi 

Fəaliyyət  və  Məhsul  Növləri  Təsnifatına  uyğun 

olaraq, müəssisələr statistikasında kapital əmtəələr 

(mal) 


kimi 

müəyyənləşdirilmişdir. 

Material 

ehtiyatları  və  yanacaqlar  buraya  daxil  edilmirlər, 

onlardan istehsal prosesinin gedişində dəyişmədən 

digər  mal  və  ya  xidmətlərin  istehsalında  istifadə 

olunur.  Kapital  mallarına  istehsal  binaları, 

maşınlar, lokomotivlər, yük maşınları və traktorlar 

daxildir.  Torpaq  və  qeyri-maddi  aktivlər  kapital 

mallar sayılmırlar. 

Şirkətlərin hesablarında kapital mallar maddi əsas 

fondların  hissəsi  hesab  edilir  və  onlar  da  “maşın 

və avadanlıqlar” maddəsi üzrə hesaba alınırlar.  

Milli hesabda kapital mallar maddi əsas fondların 

hissəsi  hesab  edilir  və  maşınlar  və  avadanlıqlar 

kimi təsnifləşdirilir.  

 

KAPĐTAL  AKTĐVLƏRĐ,  ƏSAS  VƏSA-

ĐTLƏR

  -  şirkətin  fəaliyyətində  uzun  müddətə 

istifadə  üçün  nəzərdə  tutulmuş  aktivlərdir.  Çox 

qısa  müddət  ərzində  aşınan  avadanlıqların  bəzi 

ucuz  qiymətli  vahidlərinə  istismara  verildikləri 

maliyyə  ili  ərzində  bütünlüklə  istifadə  olunan 

aktivlər kimi baxmaq olar və təbii ki, onlar kapital 

aktivləri  kimi  təsnifləşdirilə  bilməzlər.  (“Maddi 

aktivlər”ə  “Uzunmüddətli  aktivlər”ə  və  “Qeyri-

maddi aktivlər”ə bax). 

 

KAPĐTAL  HESABI



  –  kapital  transferləri  və 

qeyri-istehsal  qeyri-maliyyə  aktivlərinin  alınması 

və  ya  satılmasını  əks  etdirir.  Kapital  transferlər 

həm  dəyər,  həm  də  natura  formasında  ola  bilər. 

Dəyər  formasında  transfer əsas  kapitalın alınması 

və  satılması  ilə  əlaqədardır.  Natura  formasında 

kapital  transfer  ya  mülkiyyətçilik  hüquqlarının 

əsas  kapitalın  hər  hansı  elementlərinə  verilməsini 

(keçirilməsini),  ya  da  borclu  ilə  qarşılıqlı 

razılaşma 

əsasında 

borcun 


tutulmasında 

kreditordan imtina edilməsini əks etdirir. 

 

KAPĐTAL  QOYULUŞLARININ    TƏK-

RAR  ĐSTEHSALININ  STRUKTURU

  – 

bütün kapital qoyuluşlarının (əsas fondların təkrar 

istehsalının 

istiqamətlərinə 

uyğun 

olaraq) 


aşağıdakı  qruplara    bölünməsidir:  yeni  tikinti, 

genişləndirmə,  yenidənqurma,  fəaliyyət  göstərən 

müəssisələrin texniki təchizatının yeniləşdirilməsi 

və 


fəaliyyət 

göstərən 

istehsal 

güclərinin 

saxlanması. 

Kapital 


qoyuluşlarının 

təkrar 


istehsalının 

strukturunun təhlili həm bütövlükdə, həm də ayrı-

ayrı fəaliyyət sahələri üzrə aparılır. 

 

KAPĐTAL  QOYULUŞLARININ  SAHƏ 



QURULUŞU

 – həmcins məhsullar istehsal edən 

və  yaxud  oxşar  tələbatları  ödəyən  müəssisə  və 

obyektlərin  tikintisi  üçün  istifadə  edilən  kapital 

qoyuluşlarının  əlamətləri  üzrə  bölüşdürülməsidir. 

Kapital  qoyuluşları  yeni  tikilən,  yenidən  qurulan, 

genişləndirilən  müəssisələrin  hansı  fəaliyyət 

növünə  aid  olmasından  asılı  olaraq,  iqtisadi 

fəaliyyət  növləri  və  sənayenin  sahələri  üzrə 

bölüşdürülür. 

Kapital 

qoyuluşlarının 

sahə 

quruluşunun  əsasında  Đqtisadi  Fəaliyyət  Növləri 



Təsnifatı durur. 

 

KAPĐTAL  QOYULUŞLARININ  TEXNO-



LOJĐ  STRUKTURU

  –  iş  və  məsrəflərin 

aşağıdakı 

növlərinin 

dəyərini 

birləşdirən 

kateqoriyadır:  tikinti  işlərinin  bütün  növlərini; 

avadanlıqların  quraşdırılması  üzrə  işləri;  tikinti 

smetasında 

nəzərdə 


tutulan 

avadanlıqları 

(quraşdırma  tələb  edən  və  quraşdırma  tələb 

etməyən);  tikinti  smetasına  daxil  edilmiş  alət  və 

inventarları;  tikinti  smetasına  daxil  edilməyən 

maşın  və  avadanlıqları  (“Avadanlıqlara  kapital 



qoyuluşu”na  bax);  sair  əsaslı  tikinti  işləri  və 

xərcləri.  

 

KAPĐTAL QOYULUŞU

 – (I) kapital yaradan 

investisiyanın  tərkib  hissəsidir.  Əsas  fondların 

yaradılmasına  və  təkrar  istehsalına  yönəldilmiş 

xərclərin məcmusunu özündə əks etdirir.  



(II) -  şirkətin əsas kapitala (aktivlərə) xərcləridir. 

 

 

349


KAPĐTAL  QOYULUŞU  MƏRHƏLƏSĐ 

(LAQI)

 – kapital qoyuluşunun həyata keçirilməsi 

ilə nəticənin əldə edilməsi arasındakı müddətdir. 

 

KAPĐTAL 

QOYULUŞUNUN 

XÜSUSĐ 

ÇƏKĐSĐ

  –  istifadəyə  verilən  güc  vahidinə  və  ya 

obyektin  ölçüsünə,  həmçinin  məhsulun  həcminin 

illik  artım  vahidinə  düşən  kapital  qoyuluşunun 

həcmidir.  Kapital  qoyuluşunun  xüsusi  çəkisi 



istehsal 

gücləri 

və 


qeyri-istehsal 

təyinatlı 

obyektlər 

üzrə 


müəyyənləşdirilir. 

Kapital 


qoyuluşunun 

faktiki 


xüsusi 

çəkisi 


kapital 

qoyuluşunun  layihənin  texniki-iqtisadi  hissəsində 

göstərilmiş xüsusi  çəkisi ilə müqayisə oluna bilər. 

 

KAPĐTAL  QOYULUŞUNUN  TƏSNĐFATI



 

–  xarakter  və  istifadə  istiqamətlərinə  uyğun 

olaraq, kapital qoyuluşunun qruplaşdırılmasıdır. 

 

KAPĐTAL  TRANSFERLƏR



  –  birinci  halda 

əgər  o,  dövri  maddi  vəsait  ehtiyatları  istisna 

olmaqla, aktivlərə mülkiyyət hüququnun verilməsi 

ilə bağlıdırsa, onda natura şəklində transfer kapital 

transferidir.  Đkinci  halda  isə,  əgər  o,  əməliyyat 

iştirakçılarının  hər  iki  tərəfi  üçün  aktivin  (dövri 

maddi vəsait ehtiyatlarından başqa) alınması və ya 

çıxması (ləğvi) ilə bağlıdırsa və ya şərtlənirsə, pul 

şəklində  transfer  kapital  transferidir  (məsələn, 

investisiya subsidiyaları).  

 

KAPĐTAL TUTUMU

 - əsas kapitalın müvafiq 

dövrdə  istehsal  edilmiş  məhsula  və  ya  onun 

hissəsinə - xalis gəlirə, mənfəətə, milli gəlirə olan 

nisbətini  müəyyən  edən  göstəricidir.  Məhsul, 

əmtəə,  xidmətlərin  dəyərinin  bir  vahidinin 

istehsalı  üçün  tələb  olunan  əsas  kapitalı 

səciyyələndirir. Əks göstərici kapital verimidir.   

 

KAPĐTAL  VERĐMĐ



  –  kapitaldan  istifadə 

səmərəliliyinin  –  kapital  tutumunun  tərsi  olan 

göstəricidir. 

 

KAPĐTAL  YARADAN  ĐNVESTĐSĐYA-



LAR 

–  tikinti  (genişləndirmə,  yenidənqurma, 

müasirləşdirmə) 

və 

investisiya 



qoyulan 

obyektlərin 

avadanlıqlarla 

təchiz 


edilməsi, 

təşkilatların  normal  fəaliyyəti  üçün  vacib  olan, 

əsaslı    tikintiyə  hazırlıq  və  dövriyyə  vasitələrinin 

və  qeyri-maddi  aktivlərin  çoxaldılması  xərcləri 

üçün 

zəruri 


olan 

vəsaitlərin 

cəmi 

kimi 


müəyyənləşdirilən qoyuluşdur.  

 

KAPĐTALA 

CARĐ 

VERGĐLƏR

 

– 



qiymətlərin 

dəyişməsi 

nəticəsində 

gəlirlərə, 

mənfəətə  və  kapitalın  dəyərinin  artmasına  görə 

vergilərin  daxil  olduğu,  MHS-də  qəbul  edilmiş 

vergilər qrupunun göstərilməsidir. Onlar, ayrı-ayrı 

şəxslərin,  ev  təsərrüfatlarının,  qeyri-kommersiya 

təşkilatlarının  və  korporasiyaların  faktiki  və  ya 

ehtimal olunan gəlirlərinə tətbiq olunur. 



 

KAPĐTALA 

ĐNVESTĐSĐYA

 

– 

onun 


maliyyələşdirilməsi  üçün  bir  neçə  müxtəlif 

mənbələr 

müəyyənləşdirilə 

və 


aşağıdakı 

təsnifləşdirmədən istifadə edilə bilər:  

- xüsusi vəsait; 

- subsidiyalar; 

- istiqrazlar. 

 

KAPĐTALA  VERGĐLƏR

  –  miras  qalma, 

hədiyyə  etmə  və  digər  transferlər  nəticəsində 



institusional  vahidə  mənsub  olan  xüsusi  kapitalın 

aktivlərinə və ya xalis dəyərinə qoyulan, MHS-də 

qəbul  edilmiş  qeyri-müntəzəm  vergiləri  əks 

etdirir.  

 

KAPĐTALLA  ƏMƏLĐYYATLAR  HESA-

BI

  –  yığımı  xarakterizə  edən  hesablardan  biridir. 

Kapitalla  əməliyyatlar  hesabında  qeyri-maliyyə 

aktivləri  ilə  əməliyyatlarda  uçota  alınır  və 

“Đstifadə”  bölməsində  hesabın  sol  tərəfində  əks 

olunur;  bu  əməliyyatlar  yeni  qeyri-maliyyə 

aktivlərinin  alınması  və  mövcud  qeyri-maliyyə 

aktivlərinin  dəyərinin  xalis  artmasından  ibarətdir.

 

Hesabın 


sağ 

tərəfində 

passivlərdə 

olan 


dəyişikliklər  və    kapitalın  xalis  dəyəri  göstərilir. 

Kapitalla  əməliyyatlar  hesabının  balanslaşdırıcı 

maddəsi  –  xalis  kreditlər  və  ya  borclardır;  o, 

qeyri-maliyyə 

aktivlərinə 

çəkilən 


xərclərlə 

müqayisədə  maliyyə  mənbələrinin  çox  və  ya 

kifayət qədər olmamasını göstərir.  

Hesabın  sol  tərəfində  əks  etdirilən  aktivlərdəki 

dəyişikliklər  əsas  kapitalın  ümumi  yığımını,  əsas 

kapitalın istehlakını,  maddi  və  dövriyyə  vəsaitləri 

ehtiyatlarının dəyişməsini, dəyərlərin, torpağın və 

s.  xalis  əldə  olunmasını  birləşdirir.

 

Đqtisadiyyat 



səviyyəsində  bütövlükdə,  xalis  kreditləşdirmə  və 

ya xalis borc ehtiyatlarının miqdarını göstərir. Bu, 

ölkənin  “Qalan  dünya”ya  verdiyi  və  ya  əksinə, 

Qalan  dünya”nın  bu  ölkəyə  verdiyi  ehtiyatların 

miqdarıdır. 

 

KAPĐTALLAŞDIRILMIŞ  MƏHSUL

  –  öz 


işçi  qüvvəsindən  istifadə  etməklə  və  öz  istifadəsi 

üçün  müəssisə  tərəfindən  istehsal  olunmuş  və  ya 

tikilmiş  kapital  mallarının,  həmçinin  müəssisənin 

özü  tərəfindən  aparılan  iri  təmir  işlərinin 

dəyəridir.  

Kapitallaşdırılmış  məhsul  əsas  kapital  hesabına 

daxil  olan  qeyri-bazar  məhsuludur  və  o,  istehsal 

xərcləri 

əsasında 

qiymətləndirilir. 

Müəssisə 

daxilində  istifadə  üçün  hazırlanmış  xüsusi  maşın 

və  avadanlıqları  da  bu  məhsula  daxil  etmək  olar. 


 

350 


Onlara,  həmçinin  maddi  əsas  vasitələri  (məsələn, 

əgər  söhbət  dəmir  yolu  müəssisələrindən  gedirsə, 

dəmir  yolu  xətləri)  və  qeyri-maddi  aktivlərə 

investisiyaları  da  (məsələn,  əgər  söhbət  filmlərin 

buraxılışı  üzrə  müəssisələrdən  gedirsə,  kompüter 

proqram  təminatı  və  ya  kinofilmlər)  aid  etmək 

olar.  Birinci  göstərilən  əsas  vasitələr  “Maddi 

aktivlərə  investisiyalar”a,  ikinci  göstərilənlər  isə 

“Qeyri-maddi  aktivlərə  investisiyalar”a  daxil 

edilir.  Bu,  “məhsulu”  MHS-ə  uyğun  olaraq 

müəyyən etməyə imkan verir.  

 

KAPĐTALLAŞMA

  –  1)  şirkətin  (bankın) 

kapitalının  digər  hüquqi  şəxsə  ötürülməsi  aktıdır; 

2)  aşağıdakıları  xarakterizə  edən  göstəricilərdir: 

xüsusi (səhmdar) və borc kapitalı (borc əmsalı K

b



0,3-0,5  çərçivəsində  yerləşən  optimal  qiymət) 



arasındakı  nisbətlə  ifadə  olunan  şirkətin  (bankın) 

kapitalının strukturu; qiymətli kağızlar portfelinin 

strukturu, yəni adi və imtiyazlı səhmlər arasındakı 

nisbət  (əlaqə);  3)  şirkətin  (bankın)  ehtiyatlarının 

səhmlərin  “bonus”  emissiyası  yolu  ilə  kapitala 

çevrilməsi,  yəni  ehtiyat  fondlarında  gəlirlərin 

toplanması  nəticəsində  yaranan  səhmlərin  yeni 

sertifikatlarının  səhmdarlar  arasında  yayılması. 

Səhmdarlar  yeni  səhmləri  pulsuz  olaraq  elə 

müəyyən  nisbətdə  (məsələn,  1:3,  yəni  bir  köhnə 

səhmə 3 yeni səhm) əldə edirlər ki, bu da onların 

rifahına  təsir  etmir,  amma  gələcəkdə  səhmin 

qiyməti  artdıqda,  onun  yüksəlməsi  ehtimalını 

artırır.  



 

KARQO

  –  gəmidə  daşınan  və  sığortalanmaya 

məruz  qalan  yüklərin  dəqiq  adı  göstərilmədiyi 

hallarda istifadə olunan termindir. 

 

KASSA

  –  1)  müəssisədə  olan  nağd  puldur;  2) 

müəssisələrin,  təşkilatların  kassa  əməliyyatlarını 

yerinə  yetirən  struktur  bölməsidir;  3)  mühasibat 

uçotunda nağd pulun hərəkətini, daxil olmasını və 

verilməsini  əks  etdirən  hesabdır;  4)  pul  və  digər 

qiymətlilərin 

qəbul 

edilməsi, 



saxlanması, 

verilməsi üçün xüsusi təchiz edilmiş yerdir. 

 

KASSA ƏMƏLĐYYATI – nağd pulların qəbulu, 

saxlanması  və  verilməsidir.  Bu  qayda  maliyyə 

hüquq  normaları  ilə  tənzimlənir  və  xüsusi  hüquq 

institutunu təşkil edir.  



 

KASSA  GÜZƏŞTLƏRĐ

  –  müştərinin  cari 

hesabında  müvəqqəti  və  məcburi  olaraq  yaranan 

debet  saldosuna  (qalığına)  bankirin  yol  verilə 

bilən  münasibətidir.  Kassa  güzəştləri  danışıqsız 

razılaşma  üzrə,  yaxud  xüsusi  icazə  üzrə    qısa 

müddətə 


verilir. 

O, 


müştərinin 

əlavə 


maliyyələşdirilməsi  vasitəsi  hesab  edilmir,  amma 

müştəriyə  öz  borclarının  ödənilməsi  və  pul   

vəsaitlərinin 

daxil 


olması 

arasındakı 

vaxt  

intervalında “ayaqda durmağa” imkan verir. Bank 



güzəştlərindən  daimi  və  ya  dövri  (silsiləvi, 

mövsümi)  istifadə  edilməsi  qısamüddətli  təmin 

olunmamış kredit adlanır. 

 

KASSADA  NAĞD  PUL

  –  şirkətin  kassasında 

olan nağd puldur, nağd pulun daxil olmasından və 

bankdan alınmış nağd vəsaitlərdən yaranır.  


Yüklə 17,41 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin