A. N. Abbasbəyli, S. Z. Yusifzadə


Cənubi Qafqaz ugrunda hərbi-siyasi mübarizənin  beynəlxalq nəticələri



Yüklə 1,43 Mb.
Pdf görüntüsü
səhifə35/71
tarix02.01.2022
ölçüsü1,43 Mb.
#39696
növüDərs
1   ...   31   32   33   34   35   36   37   38   ...   71
Beynelxalq munasibetler tarixi en qedim dovrlerden XIX yuzilliyin 70-ci illerinin sonuna qeder

 
9.3. Cənubi Qafqaz ugrunda hərbi-siyasi mübarizənin  beynəlxalq nəticələri 
Cənubi Qafqaz tarixinin 1385-1408-ci illəri  əhatə edən 23 illik dövrü ölkənin ictimai-siyasi həyatının 
gərginliyi, yadelli istilaçıların azğınlığı, xalq kütlələrinin vəziyyətini həddindən artıq ağırlığı ilə  səciyyələnir. 
Teymuri ordularının 23 il davam edən fasiləsiz talançı yürüşləri nəticəsində  Şirvanşahlar dövlətinin  ərazisi 
istisna olmaqla bütün Cənubi Qafqaz vilayətləri var-yoxdan çıxarıldı. Orta əsr müəlliflərinin yazdığına görə, 
teymuri qoşunlarının ayağı dəydiyi yerdə daş-daş üstə qalmırdı, Teymurləng təkcə şəhər və kəndləri qarət edib 
dağıtmaqla kifayətlənmirdi, istila olunmuş yerlər başdan-başa talan edilir, əhali isə  bəzən ucdantutma məhv 
edilirdi. Adamları diri-diri torpağa basdırmaq, divara hörmək, qala hasarlarından aşağı tullamaq, qılıncla 
doğramaq, işgəncə ilə öldürmək, xalqın əsrlər boyu yaratmış olduğu mədəniyyət abidələrini uçurub yerlə yeksan 
etmək adi hal almışdı. Teymur məhv etdiyi şəhərlərin yerinə günahsız insanların başlarından qüllələp düzətməyə 
adət etmişdi. 
K.Marks Teymurləngin yeritdiyi siyasəti və etdiyi zülmü aşağıdakı kimi səciyyələndirmişdi: 
«Teymurun siyasəti minlərlə qadın, uşaq, kişi və cavanlara işgəncə verməkdən, onları qılıncdan keçirməkdən, 
qırmaqdan və bununla da hər yerdə  dəhşət yaymaqdan ibarət idi… O hər yerdə  şəhərləri dağıdır, yandırır, 
əhalini isə zülmlə öldürürdü». «Teymur hər yerdə özündən bir qəbristan sükutu qoyub gedirdi». 
Teymurləng də öz sələfi Çingiz xan kimi «dünya imperiyası» yaratmaq arzumunda idi. Lakin əgər 
Çingiz xan yaradacağı imperiyanı monqol atlarının dırnaqları dəyən yerlə hüdudlaşdırırsa, Teymurləng: «Göydə 
allah tək olduğu kimi, yer üzündə də ancaq bir şah olmalıdır, dünyanın əhali yaşayan hissəsi o qədər kiçikdir ki, 
iki padşahın olmasına ehtiyac yoxdur»- deyirdi.  
Məğribdən məşriqə kimi kilometlərlə uzanan teymuri imperiyasında «hülakü ulusu» Cənubi Qafqaz öz 
strateji  əhəmiyyətinə, ictimai-siyasi mövqeyinə görə xüsusi əhəmiyyət kəsb edirdi. Təsadüfi deyildi ki
Teymurləng Cənubi Qafqaza dörd yürüş etmişdi, üçillik, beşiillik və yeddiillik yürüşlərin başlıca hədəfi 
Azərbaycan və Gürcüstan idi.  
Son dərəcə  qəddar və amansız yadelli işğalçılara qarşı  təklikdə müqavimət göstərməyin səmərəsizliyi 


 
58
Cənubi Qafqaz xalqlarının, xüsusilə gürcülərin və azərbaycanlıların yaxınlaşmasına səbəb olmuşdu. Təsadüfi 
deyildi ki, gürcü çarı VII Georgi, Şəki hakimləri Sidi Əli və Sidi Əhməd,  Ərdəbil hakimi Bistan Cəyir və 
başqaları Şirvanşah I İbrahimə yaxınlaşaraq onun müttəfiqi olmuşdular. Seperatçılıq göstərən, hadisələri seyrçi 
gözü ilə izləyən erməni feodallarının aqibəti xeyli ağır oldu, belə ki, Teymurləng müsəlmanlara nisbətən xristian 
ermənilərə münasibətdə yumşaq olmasına baxmayaraq istila etdiyi yerlərdəki (Foma Metsonski Teymurun viran 
qoyduğu 40-dək yerin adını çəkir) qalaları, müdafiə tikililərini uçurub yerla yeksan edirdi. 
Qeyd edildiyi kimi, Cənubi Qafqazda Teymurun işğalçı yürüşlərindən xilas olmaq ancaq Şirvanşahlara 
müəssər olmuşdu. Şirvanşah I İbrahim Dərbəndi öz uzaqgörənliyi və diplomatik bacarığı nəticəsində Teymurun 
rəğbətini qazanmışdı. Cənnabi yazırdı ki, Şirvanşah İbrahim öz mülazimlərini çağırıb Teymura müharbə edib-
etməmək haqqında onlarla məsləhətləşmişdi. Mülazimlər müharibə etməyin lazım olduğunu söylədikdə I 
İbrahim onlara gözlənilməyən cavab vermişdi: «Mən öz qoşunumu qıpçağın qılıncına verib, öz rəiyyətimi at 
dırnaqları altında məhv edə bilmərəm. Mən özüm şəxsən onun yanına gedəcəyəm. Əgər ölsəm heç, qalsam o 
zaman mənim rəiyyətlərimi cığatay soyğunundan və talanından xilas olmuş olar ki, bu da mənim ən sonuncu 
məqsədimdir». 
Şirvanşahlar dövlətinin teymurilərlə ittifaq ölkənin daxili qüvvələrini qorunub saxlanılmasına imkan 
yaradaraq  Şirvanşahların Azərbaycanın  şimal torpaqlarının öz ətrafında birləşməsi uğrunda mübarizənin 
gedişində Azərbaycan dövlətçiliyinin əsasları qoyulurdu. XIV əsrin sonlarından etibarən güclənməkdə olan bu 
proses XV əsrdə Azərbaysanın cənubundakı tarixi ərazilərində Qaraqoyunlu (1410-1467) və Ağqoyunlu (1468-
1500),  şimal torpaqlarında  isə  Dərbəndilər sülaləsinin idarə etdiyi Şirvanşahlar dövlətinin (1382-1538) 
yüksəlməsi ilə  nəticələndi. Gürcüstanda isə bu proses VII Georginin xələflərinin hakimiyyətdə olduğu gürcü 
çarlığının möhkəmlənməsinə  gətirib çıxardı. Qeyd etmək yeriən düşərdi ki, gürcü çarlığı ilə  Şirvanşahlar 
dövlətinin ittifaqı qohumluq əlaqələri ilə də möhkəmləndirildi. 
Cənubi Qafqazın, xüsusilə Azərbaycanın zəngin yaylaqları  və qoşunları  Ə.Ə.Əlizadənin dönə-dönə 
qeyd etdiyi kimi türkdilli köçəri-maldar tayfaların  ən çox arzuladığı yer olmuşdu. Köçəri  əyanların Arran və 
Muğanda daimi məskənləri meydana gəlirdi. Teymurilərin hakimiyyətdə olduğu dövr ərzində Orta Asiyadan 
İran,  İraq və  hətta Kiçik Asiya vasitəsilə türk etnosunun Azərbaycana axını ayrı-ayrı teymuri hökmdarlarının 
müdaxiləsi nəticəsində olduqca gücləndirilirdi. Belə ki, Miranşahın əmri ilə XIV əsrmn sonlarında Türkiyə və 
Suriyadan türkdilli 50 min əsir ailə Qarabağ, Gəncə və İrəvana köçürülmüşdü. Məcbur olaraq Cənubi Qafqaza 
köçürülən türk ailələri Miranşahın ordusuna on minlərlə əsgər verirdi. Zaman keçdikcə bu köçərilər yerli əhali 
ilə qaynayıb-qarışır, assimliyasiya olunurdular. 
Beynəlxalq karvan ticarəti yollarının ayrıcında olan Azərbaycan  şəhərlərini daimi əllərində saxlamaq 
üçün bu şəhərlərdə türkdilli ailələrin yerləşdirilməsi təbii hala çevrilmişdi. «Azərbaycan» kitabının müəllifi 
Məhəmədhəsən Baharlı (Vəliyov) göstərirdi ki, Hülakülərin hakimiyyəti dövründə  İrana 200 min türk ailəsi 
köçürülmüşdü ki, sonralar Teymuri işğalları dövründə  həmin ailələr Azərbaycanda məskunlaşmışdılar. 
Mənbələr həmin ailələrin əsasən aşağıdakı qəbilələrdən ibarət olduğunu söüləmyə imkan verir: qacar, zülqədər, 
çobani, baharlı, padar, ustaclı, lək, xəlildli, sar-sar, işqaq, osallı, zəngan, armalı,  şilyar (şiryan) və s. 
Azərbaycandan Kiçik Asiyaya köçmüş  səlcuq qəbilələrinin bir hissəsi də XIV əsrdə Azərbaycana qayıtmışdı. 
Belə ki, mənbələrdə «ayrum-Rum elindən çıxmışlar» (Anadoludan) adlanan səlcuq qəbiləsindən olanlar Gəncə 
və Qarabın  ərazisində yerləşmişdilər. Məhz qeyd edilən prosesi nəticəsində artıq XIII əsrdən etibarən 
Azərbaycan dili Cənubi Qafqazda işlək dilə çevrilmişdi. XIV əsrdən etibarən isə bu dildə ilk ədəbi  əsərlər 
meydana gəlməyə başlamışdı. XII-XIV əsrlərə dair erməni, gürcü mənbələri, Avropa səyyahlarının qeydləri 
məhz XVII-XIV əsrlərdən etibarən türk-Azərbaycan dilinin bütün Qafqazda ümumişlək dilə çevrildiyini 
söyləməyə əsas verir. 
Teymurilərin ağalığı dövründə Azərbaycana türkdilli etnosun miqrasiyası ilə yanaşı, yerli oturaq türk 
etnosunun zorla öz tarixi ərazilərində uzuqlaşdırılması prosesi gedirdi. Min illər boyu yaşadıqları topaqlarda 
nadir sənət inciləri – maddi-mədəniyyət nümunələri yaratmış yüz minlərlə Azərbacyan sənətkarları, ədəbiyyat, 
elm, incəənət xadimləri, zorla Orta Asiyaya və Volqaboyuna köçürülür, Azərbaycan torpağının yeraltı  və 
yerüstü sərvətləri talan edilirdi. Təsadüfi deyildi ki, dünya mədəniyyəti xəzinəsinə saysız incilər bəxş etmiş, 
özündən əvvəlki və sonrakı yüzilliklərlə müqayisədə XIII-XIV əsrlər son dərəcə kimsəsiz və kasıb görünürdü. 
Əvəzində Volqaboyundakı Qızıl Orda, Orta Asiyadakı Teymuri şəhərləri çiçəklənir, indinin özündə belə bəşəri 
təxəyyülü heyrətdə qoyan memarlıq, sənətkarlıq və mədəniyyət işçiləri meydana gəlirdi, möhtəşəm sarayların 
divarları, elmi fikrin nailiyyətləri türk-oğuz etnosunun alın təri və əti-qanı ilə yoğrulmuşdu. 
Bütövlükdə götürüldükdə,  monqolların və teymuri ordularının talançı yürüşləri Azərbaycannı ictimai, 
siyasi və iqtisadi inkişafının azı iki əsr ləngitmişdi, kənd təsərrüfatı bərbad vəziyyətə düşmüş, aclıq «qılıncını 
sıyırmış», çiçəklənən vilayətlər xarabazara çevrilmiş,  şəhər həyatı  tənəzzülə  uğramış, beynəlxalq ticarətin 
inkişafına ağır zərbə vurulmuşdu. Hadisələrin müasirlərindən birinin yazdığı aşağıdakı sətirlər dövrün acınacağlı 
mənzərəsini canlandırmağa imkan verir: «Teymur gedəndən sonra ölkəmizdə  dəhşətli aclıq yarandı, aclıq hər 
yeri bürüdü…. Gözlərimizlə görüb, qulaqlarımızla eşitdiklərimizin hamısını, insan nəslinin necə  qırıldığını 
söyləməyə gücümüz çatmır». 


 
59
Teymurun yürüşlərindən  ən çox  çəkən Cənubi Qafqaz şəhərləri- Təbriz və Tiflis idi. Hər iki şəhər 
Teymurun «üçlük», «beşillik», və «yeddiillik» yürüşlərinin bütün əzablarına məruz qalmışdı, istilaçılar Tiflis 
şəhərində böyük dağıntılar törətmişdilər. 1385-1392-c illər  ərzində  Təbriz 8 dəfə Toxtamış  və Teymurun 
hücumlarına məruz qalmışdı. 1385-1401-ci illər arasında Azərbaycanın  ərazisində (Təbriz  şəhəri nəzərə 
alınmamaqla) 10 dəfə qanlı vuruşma getmişdi, 1385-ci ildə Marağa, 1386-cı ildə Naxçıvanada, 1387-ci iddə 
Şəkidə, 1387 və 1394-cü illərdə  Şirvanda, 1388-ci ildə  Mərənddə, 1387, 1393, 1397 və 1400-cü illərdə isə 
Əlincə qalası ətrafında gedən döyüşlərdə on minlərlə azəri türkü doğma torpaq uğrunda qurban getmişdi. 
Tədqiqatçılardan A.Y.Yakubovski Teymurləngin Orta Asiya tarixində oynadığı mütərəqqi  rolu eynilə 
başqa xalqlara da şamil etməyə çalışır. Həmin fikrin Cənubi Qafqaza aid edilməsi özünü yalnız Teymurun Qızıl 
Ordaya münasibəti məsələsində doğrulda bilər. Belə ki, Volqaboyuna 1395-ci il yürüşü zamanı Qızıl Ordaya – 
Cuci ulusuna elə bir ağır zərbə vuruldu ki, bununla da Qızıl Ordanın Cənubi Qafqaza yürüşləriniə birdəflik son 
qoyuldu. Şübhəsiz ki, bu Teymurun Cənubi Qafqaz xalqları qarşısında ən böyük, həm də «yeganə» xidməti idi. 
Teymurun Qızıl Orda üzərinə sonuncu qələbəsi onun ömrünü heç olmasa yarım əsr gödəltdi. 
Nəhayət, Cənubi Qafqaz xalqlarının həyatında teymuri işğallarının nəticələrindən danışarkən bir cəhəti 
yaddan çıxarmaq olmaz ki, istilaçıların azğınlığı, törətdiyi vəhşiliklər xalq kütlələrinin dərin narazılığına səbəb 
olaraq azadlıq uğrunda mübarizənin güclənməsinə təkan verirdi. 1403-1406-cı illərdə İspaniya kralı tərəfindən 
Səmərqəndə, Teymurun sarayına elçi sifəti ilə göndərilən Klovixo Qonzales de Ryun Teymurun tutduğu 
yerlərdə  əhaliyə edilən zülmdən, ordu məmurlərının və  əsgərlərin özbaşınalığından bəhs edərək yazırdı: 
«Teymurilər sarayına gəlmiş  hər hansı bir dövlətin elçilərini müşayət edən  əsgərlər, hər hansı  şəhər və  kənd 
olursa olsun, girən kimi qabaqlarına düşən birinci adamı tutub… özləri at üstünda getdikləri halda onu 
dallarınca sürükləyib ərrənsin (kəndxudanın) evini göstərməsini tələb edirdi. təsadüf etdikləri adamdarı əvvəlcə 
ağac və qamçı ilə döyərək  ət, yağ, çörək, bal və s. gətirmələrini tələb edirdilər. Elçini görən kimi bazar və 
küçələrdə bir adam belə qalmırdı, hamı «elçi» deyərək dükanları bağlayıb evlərində gizlənirdilər». Səyyah 
davam edərək göstərirdi ki, «çox təəccüblüdür… bu adamlar həddindən artıq vəhşicəsinə hərəkət edirlər. Onlar 
hökmdarın fərmanıdır deyə istədikləri şeyi alır və əhalini döyürdülər. Əgər bu elçilər gecələməli olsalar əhali 
onların atlarını yerləşdirməli və özlərini lazımi ərzaq ilə təchiz etməli idilər». 
Teymurilərin zülmünə qarşı güclənməkdə olan xalq hərəkatı öz ifadəsini  dini-siyasi təlimlərdə tapırdı, 
bu ictimai ədalətsizliyə, zülmə qarşı mübarizənin təzahür vasitəsi idi. Azərbaycanda islam dini ehkamlarına və 
Teymurilərin ağalığına qarşı çevrilmiş belə dini-siyasi təlimlərdən biri də hürufilik (ərəbcə «hərflər» sözündən 
olub şiəlikdə təriqət bildirir) idi. Hürufilik XVI əsrin sonlarında Naxçıvanda, Astrabadda meydana gəlmiş, XV 
əsrin  əvvələrində isə  İran, Türkiyə  və Azərbaycanın qalan ərazilərinə yayılmışdı. Hürifilik təliminin banisi 
Fəzlullah  əl Hürufi Təbrizi Astrabadi Nəimi,  ən görkəmli ardıcıllıraı  Əliyül-Əla, Nəsimi, Seyid İshaq və 
başqaları idi. Hürufilik təlimi XIV əsrin ictiimai-fəlsəfi  fikri  tarixində mühüm yer tutan məzdəkilik, xürrəmilik, 
manixiyçilik, vəzəsilik hərəkatın ilə üzvi surətdə bağlı idi. 
Hürufilik mənəvi və cismani inikşaf nəticəsində insanın allahlaşmasına, ilahiləşməsinə, həmin inkişafın 
pozulması nəticəsində isə insannı dəcalə çevrilməsinə inanırdılar. Hürufilər məhz bu mənada Fəzlullaha iman 
gətirir, onun ilahiliyinə inanırdılar. Mənbələr hürufiliyin təlimdən təşiklata çevrilməsi haqqında maraqlı 
məlumatlar verir. Hürufilik siyasi təlim kimi  Nəiminin «Məhəbətnamə», «Vəsiyyətanmə», «Naumnamə», 
«Cavilane-Kəbir», «Cavidane-Səqir» və  «Ərşnamə»  əsərlərində  şərh olunmuşdur. Mənbələrə görə, Nəimi 
Teymurləngin əmri ilə Şirvanda həbsə alınaraq dini məhkəməyə verilmiş və 1394-cü ildə Miranşah tərəfindən 
Naxçıvanda edam edilmişdi. Nəiminin ömründən sonra onun tərəfdarları müsəlman  Şərqinin hər yerinə 
yayılaraq «dəcca»lın zühur etdiyini (hürufilərə görə Teymurləng dəccal hesab olunurdu) və onun «şərinin» 
aradan götürülməsinin savab olduğunu təbliğ etməklə teymuri hökmranlığına qarşı barışmaz mübarizə 
aparırdılar. Təsadüfi deyildi ki, hürufilik Teymurləng və onun xələfləri tərəfindən amansız təqib olunurdu. 
Nəiminini ardıcıllarından  İmadəddin Nəsiminin də taleyi ustadının taleyi kimi faciəli olmuşdu. 
Ruhanilərin fitvası ilə Nəsimi 1417-ci ildə Suriyanın Hələb şəhərində dərisi diri-diri soyulmaqla əzablı ölümə 
məhkum edilmşidi. Nəsimi yaradıcılığını hürufilik təliminini zirvəyə çatması deməkdir. Nəsiminin allahlaşmış 
insanı hər cür zülmə və dini xürafata ölüm hökmü yazırdı.  
Beləliklə, Teymurləngin və onun xəlifələrinin işğalçılıq yürüşləri nəticəsində törədilən dağıntılar, 
əhaliyə tutulan işgəncəli divanlar teymuri dövlətinin  əsalarındadək sarsıdan xalq azadlıq  mübarizəsinə  təkan 
verməklə onun süqutunu sürətləndirdi. Teymuri «imperiyasının» xarabalıqları üzərində Azərbaycanda 
Qaraqoyunlu və Şirvanşahlar dövlətləri yüksəlməyə başladı.  
Bəşər tarixinin qədim və orta əsrlər dövrü ayrı-ayrı dövlət xadimi və  sərkərdələrin işğalçı yürüşləri 
nəticəsində yaradılmış yüzlərlə irili-xırdalı dövlət birləşməsinin adını qoruyub çaxlamışdır. Belə böyük feodal 
«imperiya»larından biri də XIV-XV əsrlərin hüdudunda meydana gəlmiş Teymuri dövləti idi. XIV əsrin 70-ci 
illərində Teymurləngin başçılığı altında Məvaraünnəhrdə yaradılmış feodal dövlətinin altında özünün və 
xələflərinin apardığı işğalçılıq müharibələri nəticəsində qərbdə Egey dənizi və Fələstinə, şimalda Dəşti-qınçaqa 
(Qıpçaq səhrasına), cənubda Misir sərhədlərinə, şərqdə isə Çin sərhəddini qədər uzanırdı. 
Teymurilərin istilaları  ərəfəsində  Cənubi Qafqazda feodal pərakəndliyi hökm sürürdü. Belə ki, 


 
60
Azərbaycanın  Şirvanşahlar dövlətinin tərkibində olan Kür çayına qədər olan şimal torpaqların istisna olmaqla 
qalan ərazilərində feodal pərakəndliyi hökm sürürdü. Azərbaycanın cənubunda yüksəlməkdə olan Qaraqoyunlu 
tayfa ittifaqı hələ cənub torpaqlarının birləşdirmək ixtiyarında deyildi. Gürcüstanda yeodal pərakəndliyi hökm 
sürürdü. Tarixi torpaqları Cənubi Qafqazın hdudlarından kənarda yerləşən Ermənistan (Erməniyyəni) ayrı-ayrı 
şəhərlər təmsil edirdilər. XIV əsrin sonlarında Cənubi Qafqazda mövcud olan belə  şərait ölkənin maddi 
ehtiyatlarının və canlı qüvvələsini teymurilərə qarşı birləşdirməyə imkan vermirdi. Yaranmış şəraitdə ayrı-ayrı 
feodal hökmdarların teymurilərlə itifaqa girərək vassal asılılığını qəbul etməsi onların hakimiyyəti altında olan 
ərazilərin teymurilərin talançı yürüşlərindən xilas olmasına imkan yaradırdı. Şirvanşah I İbrahim Dərbəndinin 
Teymurləngin müttəfiqinə çevrilməsi  Şirvan dövlətinin talançı yürüşlərə  hədəf olmaqdan xilas etdisə, 
Şirvanşahın vasitəçiliyi ilə Şəki hakimi Sidi Ədi və gürcü çarı Georginin Teymur tərəfindən tanınması Şəki və 
Gürcüstanın tarixi taleyində əhəmiyyətli rol oynadı. 
Gürcü, erməni və rum mənbələri Teymurləngi «tanrının növbəti bəlası», onun istilaçı yürüşləri dövrünü 
isə fəlakət və faciələr dövrü kimi səciyyələndirirdi. Foma Metsopski yazırdı ki,, «Teymurləng gedəndən sonra 
fəryad səsləri göylərə ucaldı… Arçeşdən tutmuş  İberiyaya- Ağvanın Kür çayınadək bütün ölkə  əzab və 
işgəncələrə tutulmuş, (əhalisi) qırılmış və əsir edilmiş, günahsızların qanına boyanmışdı».  
Teymuri işğalları  əkinçilik mədəniyyətinin yüksək səviyyədə olduğu ölkələrin təsərrüfat həyatına və 
mədəni inkişafına ölümcül zərbə vurdu. Oturaq xalqların min illər boyu yaratdıqları köçərilərin zərbələri altında 
yerlə yeksan edildi. Məhsuldar zəmilər  suvarma sistemləri, nadir mədəniyyət abidələri və bu abidələri yaradan 
xalqlar – bir sözlə, teymuri  qoşunlarının atının ayağı dəyən yerlər xarabazara çevrilirdi, bütün yaxşı sənətkarlar, 
istila olunmuş ölkələrin var-dövlət Orta Asiyaya yola salınırdı. Bütün tarixi ədəbiyyatlarda XV əsr Orta Asiya 
xalqlarının mədəni inkişafının yüksək səviyyəsi ilə  səciyyələndirilir.  Əslində  həmin mədəniyyət öz 
vətənlərindən didərgin salınmış adlı-sanlı ustaların, sənət adamlarının çiyinləri üzərində yüksəlmişdi. Teymuri 
işğallarından sonrakı dövrdə  həmin işğallara məruz qalmış xalqların mədəni inkişafında, iqtisadi həyatında 
boşluq yarandığını görürük. Teymurləngin Orta Asiya tarixində müsbət rol oynadığını göstərən tədqiqatçılar 
onun ümumiyyətlə təbii-tarixi inkişaf prosesinə vurduğu zərərin üstündən sükutla keçirdilər. 
Görkəmli  şərqşünas tədqiqatçılardan B.Bortold və A.Yakubovski Teymurləngin «dünya xalqları 
qarşısında iki böyük xidmətini» xüsusi qeyd edirlər. Birincisi, 1395-ci ildə Teymurləngin Qızıl Ordanı 
darmadağın etməsi nəticəsində rus, Volqaboyu və  Cənubi Qafqaz xalqlarının tatar zülmündən xilas olması, 
ikincisi, 1402-ci ildə Osmanlı Türkiyəsinin darmadağın edilməsi nəticəsində Avropa, Afrika və  cənub-qərbi 
Asiyanın türk zülmündən nicat tapması.  Şübhəsiz, Qızıl Ordanın darmadağın edilməsi mütərəqqi hadisə idi. 
Lakin Osmanlı Türkiyəsi haqında ikinci fikir düzgün deyil. Çünki Osmanlı Türkiyəsi göstərilən dövrdə 
özünütəsdiq uğrunda mübarizə aparırdı. Teymurləngin müdaxiləsi həmin prosesi ləngitsə də, onun qarşısını ala 
bilmədli. 
Teymurləngin strateji planlarında «Hülakü ulusuna» - Cənubi Qafqaza xüsusi əhəmiyyət verilirdi. 
Təsadüfi deyildi ki, 1385-1405-ci illərdə Teymurləng Cənubi Qafqaza dörd yürüş etmişdi, Azərbaycan və 
Gürcüstan «3 illik», «5 illik» və «7 illik» yürüşlərin başlıca hədəfi idi. Ermənistan da fəlakətdən kənarda 
qalmamışdı. F.Metsopskinin yazdığına görə, teymurilərin yürüşləri nəticəsində minlərlə adam həlak olmuş, qul  
edilmiş, 40-dan yuxarı yaşayış məskəni yerlə-yeksan edilmiş, qalalar, müdafiə istehkamları uçulub yerlə yeksan 
edilmiş, ölkə kmmsəıizləşmişdi.  
Teymurun istilaçı yürüşləri başqa yerlərdə olduğu kimi, Cənubi Qafqazda da kortəbii kəndli çıxışlarına 
səbəb oldu, xalq kütlələrinin azadlıq mübarizəsinin güclənməsinə Azərbaycan və gürcü xalqlarının 
yaxınlaşmasına gətirib çıxardı.  Əlincə qalasının 14 ilədək davam edən müdafiəsi uğrunda döyüşlərdə gürcü 
xalqının oğulları da qurban getdi. Teymuri işğallarına qarşı mübarizə sonralar qoca şərqin bir çox ölkələrində 
özünə  tərəfdar toplamış hürufilik dini-siyasi hərəkatının meydana gəlməsinə  səbəb oldu, dahi Azərbaycan 
mütəfəkkirləri Fəzlullah Nəimi və İmadəddin Nəsimi bu yolda şəhid oldular. 
Teymurilərə qarşı mübarizənin gedişində Azərbaycan dövlətçiliyinin  əsasları qoyulmuşdu. XV əsrin 
əvvəllərindən etibarən tarixi Azərbaycan torpaqlarında tarix səhnəsinə müstəqil Qaraqoyunlu, Ağqoyunlu və 
Şirvanşahlar dövlətləri qədəm qoydu: müstəqil Azərbaycan dövlətinin yaranması ilə paralel olaraq  Azərbaycan 
xalqının təşəkkülü, türk-azəri  ədəbi dilinin formalaşması prosesləri gedirdi. Yerli türk etnosu Teymurləngin 
köçürmə siyasəti nəticəsində Cənubi Qafqazda yerləşdirilmiş köçəri türk xalqları hesabına daha da gücləndirildi. 
Cənubi Qafqazın təbii-coğrafi şəraiti çox tezliklə həmin tayfaların oturaqlaşmasına səbəb oldu.  Nəticədə türk-
azəri dili Cənubi Qafqaz və Yaxın Şərqin ümumişlək dilinə çevrildi. 
Teymur və monqol istilaları Cənubi Qafqaz xalqlarına görünməmiş müsibətlər gətirərək onun ictimai-
siyasi, mədəni və iqtisadi inkişafını azı iki əsr ləngitmiş, bütün orta əsr səyyahlarının dönə-dönə vəsf etdikləri 
Qafqaz şəhərlərini, onların təsərrüfat həyatını tənəzzülə uğratmışdılar. 
 

Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin